Məhkəmə qərarları › İş №1(101)-1692/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1692/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1692/2024 24.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, qeyrirəsmi evli, himayəsində xx.xx.2024-cü il təvvəlüdlü uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etmə, gəzdirmə, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımaqda ittiham olunmuşdur. Belə ki, ona verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 5,057 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 19 yanvar 2024-cü il tarixdə saat 20:00-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 21:36-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 5,057 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının arxa kəmər hissəsindən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, üzərində hər hansı dəyişiklik edilməmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə nişanlısı Şahid3 və Xalidənin anası Şahid2 ilə toy qabağı Xalidənin qohumları ilə tanış olmaq üçün Cəlilabad rayonu Göytəpə qəsəbəsinə getmişlər. Ora gedəndə idarə etdiyi “Chevrolet” markalı, **-GK-*** qeydiyyat nişanlı avtomobilinin baqaj yerinə bir ədəd manqal və bir ədəd bıçaq qoymuşdur ki, qonaq getdiyi yerdə kabab hazırlasın. Qonaqlıq qurtardıqdan sonra nişanlısı və nişanlısının anası ilə Bakıya qayıtmışlar. Yolüstü manqalı götürdüyü yerə qaytarmış, bıçaq isə maşının baqajında qalmışdır. Bakı şəhərinə həmin gün saat 20:00 radələrində çatmış, ünvan 2 ünvanın yaxınlığında yol polisi əməkdaşı onu saxlamış, maşından enib saxlamasının səbəbini soruşduqda yol polisi əməkdaşı maşının sənədlərini göstərməyi tələb etmiş, o da maşının yanına qayıdaraq sənədləri götürüb dönmək istəyən zaman mülki geyimli bir neçə şəxs onu saxlayaraq BMCMİ-yə getmələrini bildirmiş, ona kimi maşina baxış keçirib baqajdan aşkar etdikləri bıçağı da götürərək onu və həmin bıçağı polis idarəsinə gətirmişlər. Orada bir neçə saat ona qarşı fiziki zor və təzyiqlər olmuş, polislər ondan tələb etmişlər ki, üzərinə qoyacaqları bir büküm metamfetamini özünə məxsus kimi təqdim etsin, əks halda nişanlısını və onun anasını da polisə çağırıb incidəcəkləri ilə hədələmişlər. Polislərin onun yaxınlarına toxunmasınlar deyə o, onların təklifi ilə razı olmuşdur. Bundan sonra polis əməkdaşları ona tövsiyə etmişlər ki, metamfetamini guya bir gün əvvəl küçədən tapdığını baxış zamanı bildirsin. Üzərinə baxış zamanı polislərin tapşırığı ilə şalvarın arxa hissəsinə qoyduğu bıçağı və gödəkçənin cibinə qoyduğu bir bükümü təhqiqatçının təklifi ilə masanın üzərinə qoymuş, sellofan bükümü guya bir gün əvvəl küçədən tapdığını demişdir. Bıçağı isə o, Sədərək bazarından əldə etmişdir. Həmin bıçaq açıq satışda idi. O, həmin bıçağın soyuq silah olmasını bilmirdi. Onun üzərində olan xəsarətləri istintaq təcridxanasında qeyd etmişlər. Bununla bağlı prokurorluq nümayəndəsi İT-na gələrək onun izahatını da almışdır. İzahatında hər şeyi olduğu kimi prokurorluğun əməkdaşına demişdir. Lakin qəbul olunmuş qərar barəsində məlumatı yoxdur. Qeyd etmək istəyir ki, atası Ruslan Nəzərov uzun müddət məhkumluq həyatı yaşamış, hal-hazırda xaricdə yaşayır. Hesab edir ki, onun tutulmasının səbəbi atası ilə bağlıdır. Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilmiş, həmin diskdən açıq-aşkar görünür ki, maşında ondan savayı nişanlısı Xalidə də olmuşdur. Hətta yolun bir hissəsini Xalidənin dayısıoğlu maşında olmuş, onu Göytəpə qəsəbəsindən Cəlilabada qədər aparıb orada düşürmüşlər. Manqalı Bakı şəhəri, 20 Yanvar dairəsində götürdüyü yerdə təhvil vermişdir. Onu saxlayan polis əməkdaşları 2 maşında olmuş, sayları 7-8 nəfər idi. BMCMİ-nin inzibati binasının girəcəyində üzəri yoxlanılmış, lakin heç nə aşkar edilməmişdir. Bundan sonra polislər onu xidməti otaqlardan birinə salaraq tələb etmişlər ki, o, ya silah, ya da ki, narkotiki üzərinə götürsün. O, razı olmadıqda polislər onu döymüşlər, dişini sındırmış, saqqalını qoparmışlar. Sonra bildirmişlər ki, onların dediklərini etməsə nişanlısını və anasını da idarəyə gətirəcəklər. Bundan sonra polislərin təklifi ilə razılaşmış, onun gödəkcəsinin sol cibinə bir sellofan bükümü qoyulmuş, maşının baqaj hissəsindən tapılan bıçağı isə şalvarın arxa hissəsinə qoymuşlar ki, guya bıçaq həmin yerdə olmuşdur. Onun döyülməsi ilə bağlı prokurorluğa məlumat sanksiya verilən zaman Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən verilmişdir. Lakin prokurorluğun əməkdaşı onu məhkəmə-tibbi ekspertizaya İT-na yerləşdirildikdən 9 gün sonra göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Mehdi qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi həyat yoldaşıdır. Ondan 23 həftə olmaqla hamilədir. Belə ki, 18 yanvar 2024-cü ildə anası Şahid2 ilə nişanlısı Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı maşınla doğulduğu və qohumlarının çoxunun yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhərinə getmişlər. Məqsəd ondan ibarət olmuşdur ki, nişanlısı Adeli qohumları ilə tanış etsin. Bakıdan çıxanda Adel maşınının yük yerinə kabab çəkmək üçün manqal və bıçağı qoymuşdur. Qohumları ilə görüşdükdən sonra xx.xx.2024-cü il tarixdə günortadan sonra Adellə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola çıxmışlar. “20 Yanvar” metrostansiyasının yanında Adel maşında olan manqalı bir tanışı ilə görüşüb vermişdir. Bıçaq isə maşının baqajında qalmışdır. Bundan sonra yollarını davam etdikdə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında DYP-si Adelin idarə etdiyi maşını saxlamış, Adeldən maşından çıxıb DYP-si əməkdaşlarının olduğu maşına yaxınlaşmış, qayıdıb öz maşınının sənədlərini götürüb DYP-in maşınına yaxınlaşmaq istədikdə mülki geyimli polis əməkdaşları Adeli saxlayaraq öz maşınlarına mindirib oradan aparmışlar. Onlarla qalan polis əməkdaşları isə ona və anasına maşından düşmələrini demiş və sonra maşını axtarmağa başlamışlar. Hətta polis əməkdaşları Adelin mobil telefonunu anası Vəsilədən almışlar. Onun və anasının iştirakı ilə polis əməkdaşları maşının baqajında olan bıçağı da götürmüşlər. Bundan sonra polislər onu və anasını bir taksiyə əyləşdirərək yola salmışlar. Sonra bilmişdir ki, yoldaşını narkotik vasitə və bıçağa görə saxlamışlar. Adel narkotik vasitə istifadəçisi deyil, nə də ki, belə vasitələrin satışı ilə məşğul deyildir. Adelə verilmiş ittihamla razı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Xalidənin qeyri-rəsmi əridir. Hadisə barədə onu göstərir ki, 18 yanvar 2024-cü ildə Təqsirləndirilən şəxs “Rentakar”-dan götürdüyü maşınla o, qızı və kürəkəni qohumlarının yaşadıqları Cəlilabad rayonu, Göytəpə şəhərinə getmişlər,maşını Adel idarə edirdi. Məqsəd ondan ibarət olmuşdur ki, nişanlısı Adeli qohumları ilə tanış etsin. Bakıdan çıxanda Adel maşınının yük yerinə kabab çəkmək üçün manqal və bıçağı qoymuşdur. Qohumları ilə görüşdükdən sonra xx.xx.2024-cü il tarixdə günortadan sonra Adellə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola çıxmışlar. “20 Yanvar” metrostansiyasının yanında Adel maşında olan manqalı bir tanışı ilə görüşüb vermiş, bıçaq isə maşının yük yerində qalmışdır. Bundan sonra yollarını davam etdikdə Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında DYP-sinin əməkdaşları Adelin idarə etdiyi maşını saxlamış, Adel maşından çıxıb polis əməkdaşlarının olduğu maşına yaxınlaşmış, qayıdıb öz maşınının sənədlərini götürüb DYP-in maşınına yaxınlaşmaq istədikdə mülki geyimli polis əməkdaşları Adeli saxlayaraq öz maşınlarına mindirib oradan aparmışlar. Onlarla qalan polis əməkdaşları isə ona və anasına maşından düşmələrini demiş və sonra maşını axtarmağa başlamışlar. Hətta polis əməkdaşları Adelin mobil telefonunu ondan almışlar. Onun və qızının iştirakı ilə polis əməkdaşları maşının baqajında olan bıçağı da götürmüşlər. Bundan sonra polislər onu və qızını bir taksiyə əyləşdirərək yola salmışlar. Sonra bilmişdir ki, Adeli narkotik vasitə və bıçağa görə saxlamışlar. Adelin narkoman olmasından və yaxud narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri nəticəsində tanımışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, 19 yanvar 2024-cü il tarixdə ona ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 19 yanvar 2024-cü il tarixli qərar çıxarmış və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili X11 və kiçik inspektor X4 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik onun özünə həvalə edilmişdir. 19 yanvar 2024-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olması müəyyən edildiyindən həmkarları ilə birlikdə həmin əraziyə gedərək Təqsirləndirilən şəxs maşının yanında görərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu idarəyə dəvət etmişlər. Adeli öz maşını ilə idarəyə aparmışlar. Adelin maşının o idarə etmiş, həmkarları isə arxa oturacaqda Adelin sağ-solunda oturmuşlar. Adeli saxladıqları zaman maşında kənar şəxslər olmamış, o tək olmuşdur. Adeli öz maşını ilə apardıqları üçün özlərinin həmin əraziyə gəldikləri maşın orada qalmışdır. İdarədə inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildiyini və Baş İdarənin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyini və əvvəlcə Təqsirləndirilən şəxs, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsinin təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə psixotrop maddə metamfetamin və 01 ədəd bıçaq olmasını bildirib, əynində olan boz rəngli cins şalvarının arxa bel nahiyəsindən 01 ədəd bıçaq tipli dəmir predmeti, həmin şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, bükümün içərisində ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, həmin maddəni təsadüfən küçədən tapdığını Adel bildirmişdir. Bundan sonra bıçaq və sellofan büküm qablaşdırılaraq möhürlənmişdir. Bir ədəd bıçağı isə bir neçə gün əvvəl “Sədərək” TM-dən aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə zalında müdafiəçinin təqdim etdiyi CD diskə baxmış, həqiqətən Təqsirləndirilən şəxs saxladıqları gün onun idarə etdiyi maşında nişanlısı olduğunu bildirdiyi xanımın olması görünür. Lakin həmin görüntü günorta saat 15 radələrində əks ounmuş, onlar isə Adeli həmin gün axşam saat 20 radələrində saxlamışlar. Bu zaman Adel maşında tək olmuşdur. Şahid1 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Şahid2 göstərmişdir ki, Adel saxlanılan zaman o və qızı maşında olmuş, bıçaq Adelin üzərində deyil, maşının baqajında olmuş, polislər maşını axtaran zaman bıçağı baqajdan aşkar edib götürmüşlər, Adelin telefonu onda olmuş, polisin tələbi ilə Adelin telefonunu onlara vermişdir. Polislərdən biri Adeli və onun maşınını özləri ilə apardıqda onu və qızını bir taksiyə mindirib yola salmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsilə nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapmış, lakin CM-nin 2324.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsilə ittiham olunmasına dair sübutlar: Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında (1-ci cild. i.v. 52-54), şübhəli şəxs qismində verdiyi ifadəsində (1-ci cild. i.v. 75-78), təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində (1-ci cild. i.v.107-111) və məhkəmə baxışı zamanı verdiyi ifadəsində tutulduğu 19 yanvar 2024-cü il tarixdən bir neçə gün əvvəl «Sədərək» ticarət mərkəzindən ov bıçağı aldığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələrində Təqsirləndirilən şəxs bıçağı üstündə gəzdirdiyini, lakin məhkəmədə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə bıçağı avtomaşının baqaj (yük) yerində saxladığını, bıçağı həmin yük yerindən polis əməkdaşları tərəfindən götürdüklərini, üzərinə polis idarəsində baxış zamanı həmin bıçağı şalvarının arxa bel hissəsinə yerləşdirdiklərini göstərmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokol və bu protokola aid DVD disk görüntülənməklə tədqiq edilmişdir. Bu görüntü zamanı Təqsirləndirilən şəxs şalvarının arxa hissəsindən uzun ov bıçağını təqdim etməsi muşahidə olunur. Lakin İbtidai araşdırma və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, onun nişanlısı olan və şahid qismində ifadə vermiş Şahid2, həmçinin sonuncunun anası olan və şahid qismində ifaəd vermiş Şahid3 ifadələrində göstərmişlir ki, xx.xx.2024-cü il tarixdə Göytəpə qəsəbəsindən Bakı şəhərinə gələrkən və polis əməkdaşları tərəfindən elə həmin tarixdə maşın saxlanıldıqda həmin bıçağ maşının yük (baqaj) yerində olmuş, polis əməkdaşları Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşını saxladıqları zaman bıçağı maşının yük (baqaj) yerindən aşkar edərək götürmüşlür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs idarə etidiyi “Chevrolet” markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış kneçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol və bu protokola aid DVD disk görüntülənməklə tədqiq edilmiş, avtomaşında hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/134 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçağın tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu kəsici xassəyə malik olmaqla zavod üsulu ilə hazırlanmış, tiyənin uzunluğu 185 mm, orta hissədən eni 40,8 mm, qalınlığı 4 mm, olmaqla soyuq silah hesab edilir. İbtidai araşdırma orqanı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş bir ədəd bıçaq maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsini aşağıdakı hallara görə sübuta yetirildiyini hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində qeyd edilmişdir ki, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunçaklar, gürzlər, toppuz və s. aid edilir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bıçağın soyuq silah olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/134 nömrəli rəyində həmin bıçağın soyuq silah olması qeyd edilmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs əməlində qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə cinayət əməlinin tərkibinin olduğunu göstərir. Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə etməsi və gəzdirməsi cinayət əməlini etiraf etməsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı verilmiş ittihamın əsası kimi qəbul edilməlidir. Bununla belə məhkəmə o qənaətə gəlmişdir ki, bıçaq üzərinə baxış zamanı deyil, Təqsirləndirilən şəxs idarə etdiyi maşının yük yerində aşkarlanmışdır. Ağla batan deyil ki, tiyəsinin uzunluğu 18 sm 05 mm və eni 4 sm 8 mm olan bıçaq Təqsirləndirilən şəxs Cəlilabad rayonundan Bakı şəhəri Nərimanov rayonuna gəldiyi yol boyu onun şalvarının arxa bel hissəsində olmaqla o maşını idarə etsin. Hadisə vaxtı maşında olduqlarını bildirən A. Nəzərovun nişanlısı Şahid3 və nişanlısının anası Şahid2 bıçağın maşının məhz yük yerində olduğunu, polis əməkdaşlarının bıçağı məhz yük yerindən aşkar edilib götürdüklərini göstərmişlər. Bunanla belə məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istər məhkəmədə verdiyi ifadəsində ov tipli bıçağın özü tərəfindən əldə edildiyini, maşında saxladığını və daşıdığını tam etiraf etmiş, bu bıçağın əldə etmə və gəzdirməsi üçün qanuni icazəsi olmasını təsdiq edən heç bir sənəd ibtidai istintaq orqanı və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkibi var və o bu maddə ilə məhkum olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittihmın şərhi: Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs “üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və bu istintaq hərəkətini özündə əks etdirən DVD diskə baxılmaqla tədqiq edilmiş, protokoldan və DVD diskdə olan görüntüdən müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ov bıçağı götürülməklə yanaşı şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd avtomobil açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli kristal hissəçiklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddənin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı ünvan 1 ünvanın yaxınlığında tapdığını, başqa şəxslərin, uşaqların əlinə keçməməsi üçün həmin yerdən götürərək üstündə saxlayıb gəzdirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə «baxış keçirilməsi və götürmə aparılması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və bu istintaq hərəkətini özündə əks etdirən DVD diskə baxış keçirilməklə müəyyən edilmişdir ki, avtomobilə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, hər hansı qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmədə müdafiəçi tərəfindən təqdim edilən DVD diskdə olan görüntülərə baxış keçirilməklə müəyyən edilmişdir ki, foto-1-də avtomaşının salonu və sərnişin əks olunmaqla şəklin «Adsız yol «Azərbaycan» qeydi ilə xx.xx.2024-cü il tarixdə saat 13:35-də çəkildiyi; foto 2-də avtomaşının salonu və sükanı arxasında Təqsirləndirilən şəxs oxşar şəxsin olmaqla «Göytəpə, Azərbaycan» qeydi ilə xx.xx.2024-cü il tarixdə saat 13:29-da çəkildiyi; foto 3-də avtomaşının salonun qabaq hissəsində olan idarəetmə paneli əks olunmaqla tarixi və saatı xx.xx.2024-cü il, saat 16:32-də çəkildiyi göstərilmiş; foto-4-də avtomaşının salonunun idarəetmə panelin üstündə 2 canlı dovşan balasının əks olunduğu, bu şəklin xx.xx.2024-cü il tarixdə saat 17:53-də çəkildiyi müəyyən olunur; videogörüntüdən (22 saniyəlik) müəyyən olunur ki, görüntüdə sükan arxasında Təqsirləndirilən şəxs, sərnişin yerində kişi cinsli bir şəxsin oturduqları, salonun arxa oturacağında isə Təqsirləndirilən şəxs oturacağına arxa tərəfdən bir qadın əlinin görüntüsü vardır, avtomaşının ətrafı əkin sahələri ilə əhatə olunmuş, avtomobilin hərəkət etməsi müşahidə olunur; videogörüntüdən (22 saniyəlik) eyni avtomaşının kənd yolu ilə hərəkət etdiyi, avtomaşını hansısa kəndin ərazisindən Təqsirləndirilən şəxs idarə etdiyi, salonda arxa oturacaqda olan qadının əli və qolunun bir hissəsinin görüntülərini görmək mümkündür; videogörüntü (14 saniyəlik), eyni avtomobili Təqsirləndirilən şəxs idarə edir, qabaq sərnişin yerində qadının əyləşdiyi, idarəetmə panelin üzərində 2 canlı dövşan balasının olması, avtomobilin şosse yolu ilə hərəkət etdiyi müşahidə olunur; videogörüntü (10 saniyəlik), eyni avtomobilin idarəetmə panelin üzərində 2 canlı dovşan balasının olması ilə saat 17:52-də Bakı şəhərin daxilində hərəkət etdiyi müşahidə edilir. Avtomaşının görüntüləri ilə bağlı Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Şahid2 göstərmişlər ki, bu görüntü və foto-şəkillər xx.xx.2024-cü il tarixində onların bir yerdə Göytəpə qəsəbəsindən Bakı şəhərinə gəldiyi yol zamanı çevrilmişdir və onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində YDM-də saxlandıqları zamana kimi maşında üçü bir yerdə olmuşlar. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamla bağlı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, saxlanılan zaman üzərində pixotrop maddə (həmçinin bıçaq da) olmamış, o narkoman deyildir, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul deyildir, ailə qurmağa hazırlaşırdı, Şahid3 ilə nişanlanmış, onun qohumları ilə tanış olmaq üçün 18 yanvar 2024-cü il tarixdə Şahid3 və Xalidənin anası Şahid2 ilə sonuncuların doğulduqları və qohumları yaşadığı Cəlilabad rayonu Göytəpə şəhərinə idarə etdiyi “Chevrolet” markalı maşınla getmiş, orada nişanlısı və gələcək qaynanası onu qohumlarına təqdim etmiş, 19 yanvar 2024-cü il tarixdə nişanlısı və nişanlısının anası ilə Bakı şəhərinə dönmüş, burada Nərimanov rayonu ərazisində yol polisi maşını saxlamış, ondan maşının sənədlərin tələb etmiş, o sənədlərini təqdim etmək istədikdə mülki geyimli şəxslər onu saxlayıb idarəyə aparmış, orada ona işgəncə vermiş, dişi sındırılmış, saqqalı qopardılmış, bu zor və təzyiqə görə, həmçinin nişanlısı və anasının polis idarəsinə gətirilməsilə hədələndiyi üçün polislərin şalvarının sol yan cibinə qoyduqları sellofan bükümünün özünə məxsus büküm kimi etiraf etmiş, həmin bükümü guya xx.xx.2024-cü il tarixdə Bakı şəhərində küçədən tapdığını polislərin tövsiyəsi ilə demişdir. Aldığı xəsarətləri istintaq təcridxanasında tibbi müayinə zamanı qeyd edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsində barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəmə iclasında ona olmuş fiziki zor və təzyiqlər barədə hakimə məlumat vermiş, hətta qırılmış dişini göstərmişdir. Məhkəmə bununla bağlı prokurorluğa məlumat vermiş, prokurorluğun əməkdaşı İT-na gəlib izahatını almış, İT-da olduğu 9 gündən sonra barəsində məhkəmə-tibbi ekspertiza keçirilmiş, hansı ki, o vaxta xəsarətləri sağalmışdır. Onun üzərinə baxış zamanı verdiyi izahında və sonrakı izahat və ifadələrində göstərdiklərinin həqiqətə uyğun olmaması onunla sübut olunur ki, o xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərindən Bakı şəhərinə idarə etdiyi avtomobillə gəldiyi üçün onun guya həmin tarixdə günorta saatlarında yaşadığı ünvanın yaxınlığında metanfetamin olan bükümü yerdən tapması, başqa şəxslərin əlinə keçməməsi üçün həmin yerdən götürərək üstündə saxlayıb gəzdirməsi işin hallarına uyğun deyildir. İstər ibidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayonunun Göytəpə şəhərində xx.xx.2000-ci il tarixdə anadan olmuş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nişanlısıdır, ondan hal-hazırda hamilədir, xx.xx.2024-cü ildə,yaxın zamanda toyları olacaqları üçün Adeli Göytəpə şəhərində yaşadığı qohumları ilə tanış etmək üçün Adelin idarə etdiyi maşınla anası Vəsilə ilə birlikdə Göytəpə şəhərinə getmiş,orada 1 gün qalaraq xx.xx.2024-cü il saat 16:00-da Bakı şəhərinə qayıtmışlar, hətta dayısıoğlu da Göytəpə qəsəbəsindən Cəlilabada qədər getmiş,orada düşmüşdür. Bakı şəhəri, “20 Yanvar” metrostansiyasına çatanda Adel rayona gedəndə götürdüyü manqalı qaytarmış,bıçaq isə baqaj yerində qalmışdır. Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığından keçərkən Yol Polisi maşını işarə edib onların olduğu maşını saxlatdırmış, X16 avtomobilinə yaxınlaşıb qısa müddət sonra maşının yanına qayıdıb maşının sənədlərini götürüb Yol Polisi maşınına yaxınlaşmaq istədikdə 8 nəfər mülki geyimdə olan şəxslər Adelin üzərinə hücum etmiş,ona zor tətbiq edərək qara rəngli avtomobilə apardılar. Digər polis əməkdaşları isə Təqsirləndirilən şəxs avtomaşınını axtarıb baqajında olan bıçağı götürdülər.Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində heç bir narkotik tərkibli maddə,eləcə də bıçaq olmamışdır.Şahid qismində dindirilmiş Şahid2 da Şahid3 verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş müdafiə tərəfindən təqdim edilmiş CD diskdə olan videogörüntü və fotoşəkillər ilə əlaqədar Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Şahid2 göstərmişlər ki, bu görüntü və fotoşəkillər xx.xx.2024-ü il tarixdə onların bir yerdə Göytəpədən Bakı şəhərinə gəldiyi yol zamanı çəkilmişdir və onların Bakı şəhəri Nərimanov rayonu ərazisində YDM-dlə saxlanıldıqları zamana kimi maşında üçü bir yerdə olmuşlar. Məhkəmədə tədqiq edilmiş müdafiəçi tərəfindən təqdim edilmiş CD diskdə olan videogörüntü və fotoşəkillərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:35-dən saat 17:52-dək idarə etdiyi maşında olmaqla Cəlilabad rayonunundan Bakı şəhər istiqamətində hərəkət etmiş,belə olan halda Təqsirləndirilən şəxs həmin tarixdə günorta saatlarında yaşadığı ünvanın yaxınlığında yerdən bir büküm taparaq, azyaşlı uşaqların əlinə keçməsin deyə cibinə qoyması barədə ibtidai araşdırma orqanının gəldiyi nəticə əsaslı deyil,həmin nəticə cinayət işinin məhkəmədə tədqiq edilmiş digər halları ilə təkzib edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 20 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/377 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,057 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2024-cü il tarixli 1277 nömrəli rəyindən müəyyən olunur Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitələrdən istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur, narkotik vasitələrdən psixi və fiziki asılılıq yoxdur, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində DİN BMCMİnin inzibati binasında xidməti otaqda üzərində aşkar olunmuş 01 ədəd selofan bükümdə olan 5,057 qram psixotrop maddə olan metamfetaminin istifadəçisi olmadığı və bu maddəni satış məqsədi ilə əldə etmə, saxlama və daşıma heç bir sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə nişanlısının qohumları ilə tanış olmaq üçün Göytəpə qəsəbəsinə getmiş, bir orada qalmış, nbvbəti gün idarə etdiyi maşınla Bakı şəhərinə qayıtması psixotrop maddəni özü ilə aparması, həmçinin nişanlısının qohumlarına və ya hər hansı başqa bir şəxsə satmaq niyyəti olması həmin şəraitə uyğun olmamaqla ağla batan deyildir. Belə ki, məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixi SMS məlumatlara baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrəyə dair "xxxx" MMC-nin SMS məlumat tarixçəsinə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir mesaj aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş AR DİN BMCMİ-nin rəis müavini,polis polkovniki M.Məmmədovun xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasını, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli şəxs olan şəxslərlə əlaqələrin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilib-keçirilməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs işgəncəyə məruz qalmaması barədə prokurorluğun gəldiyi nəticə və bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi 05 mart 2024- cü il tarixli qərarın nəticələri işin hallarına uyğun deyildir. Belə ki,həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs DİN BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə Bakı şəhəri, Nərimanov rayon məhkəməsindən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixlə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Abu Petrol” YDSU-də avtomaşında olan zaman avtomaşına polis əməkdaşı yaxınlaşaraq sənədləri tələb etmiş, o sənədləri təqdim etmək üçün avtomaşından düşüb sənədlərini təqdim etmək istədikdə 6- 7 nəfər mülki geyimli şəxslər onu saxlamış, qolunu burub qandal vuraraq qara rəngli avtomaşına əyləşdirib BMCMİ-nə aparmış, sonra həmin polis əməkdaşları bədənin müxtəlif nayihələrindən yumruq və təpiklə vurub üzərinə psixoprot maddə qoyaraq videoçəkiliş zamanı həmin maddəni təqdim etməyə məcbur etmişlər. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından müəyyən olunur ki, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkar tədbiri seçilmiş, həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittihamla özünü təqsirli bilməmiş, narkotik vasitənin ona aid olmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş Müdafiəçi vəsatətindən müəyyən olunur ki, təqsirləndirilən şəxslə konfidensial söhbət zamanı sonuncu ona bildirmişdir ki, ona zorakılıq nəticəsində xəsarət yetirilib və dişi qırılıb, belindən və gözündən xəsarətlər alıb, ondan narkotik vasitənin əldə olunması və eyni zamanda alışı barədə heç bir səbəb olmadan qanunsuz olaraq etirafedici ifadələr alınmışdır. Məhkəmədə tədqiq edilmiş Müdafiəçi xx.xx.2024-cü il tarixli digər vəsatətindən müəyyən olunur ki, təqsirləndirilən şəxsə qarşı saxlanıldıqdan sonra polis idarəsində fiziki zor tətbiq olunub, dişi sındırılıb, belindən və gözündən xəsarətlər yetirilməklə narkotik vasitənin əldə olunması və eyni zamanda alışı barədə heç bir səbəb olmadan qanunsuz olaraq etiraf edici ifadələr alınmış, fiziki təzyiqlər edilərək və işgəncə altında izahatı alınmış və qanunsuz ittiham elan olunmuşdur. Müdafiəçi vəsatətində ibtidai araşdırma orqanından məhkəmə-tibbi ekspertizasının təyin edilməsini,ekspert qarşısında Təqsirləndirilən şəxs bədəni üzərində, dişində, gözündə, xəsarətlərin olması, olduğu halda həmən xəsarətin əmələ gəlmə mexanizmi, müddəti və dərəcəsinin müəyyən olunmasını xahiş etmişdir. Məhkəmədə tətbiq edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından müəyyən olunur ki, məhkəmədə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkar tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçi X6 vəsatətinə baxılmış, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək tutularkən polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın tədqiqi ilə əlaqədar Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşlarının onun alt çənəsində olduğunu və üst çənəsinin olduğu və sındırdıqları dişlərindən birini o salfet kağızına bükmüş, məhəkəmədə həmin sınmış dişini hakimə göstərmiş və hakim prokurorluğa ona qarşı törədilmiş fiziki zorakılıq ilə əlaqədar məlumat göndərmişdir. Məhz bundan sonra araşdırma aparılmaqla izahatı alınmış, barəsində məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Məhkəmədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı iclasın audio-video yazısına baxış keçirilmiş, həmin iclasda Təqsirləndirilən şəxs tutulduqdan sonra ona fiziki zor tətbiq edildiyini, dişinin sındırılması, saqqalının qopardılması, bədəninə xəsarətlər yetirilməsini bildirmiş və sındırılmış dişini nümayiş etdirmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi, polis kapitanı K.Kərimlinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, o, təhqiqat orqanının materiallını qəbul etdiyi xx.xx.2024-cü il tarixdə təhqiqat materiallarında: şübhəli şəxsin üzərinə baxış və götürülmə protokolu və şübhəli şəxsin izahatından sonuncunun döyülməsi, xəsarət alması ilə əlaqədar heç bir şikayətin olmaması əks olunduğu halda qərarında göstərmədiyi səbəbdən şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin etmiş, qərarda Təqsirləndirilən şəxs xəsarətlərin olub-olmaması, müsbət halda həmin xəsaətlərin yetirilmə tarixini, lokalizasiyasını, ağırlıq dərəcəsini, yetirilmə mexanizmini və alətlərini müəyyən edilməsini ekspertə həvalə etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs tələbi olmadığı halda barəsində məhkəmə-tibbi ekspertizası təyin edilməsi anlaşılmayandır, Təqsirləndirilən şəxs satış məqsədilə psixotrop maddə əldə etmə, saxlama və daşımaqla əlaqədar şübhəli şəxs qismində tutulmuş, ona qarşı fiziki zor tətbiq olunmasına dair cinayət işinin bu anınadək heç bir məlumat olmamışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının başlanma tarixi xx.xx.2024-cü il tarixi, başa çatması tarixi xx.xx.2024-cü il olan 22/MEŞ nömrəli rəyin təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki,Təqsirləndirilən şəxs müayinəyə xx.xx.2024-cü il tarixində təqdim edilmiş, müayinə zamanı deməsinə görə xx.xx.2024-cü il tarixində saat 20:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır,xəsarət yetirilmədiyini bildirmişdir.Rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı xəsarət aşkar edilməmişdir. Bununula belə məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs tibbi kartın surətindən müəyyən olunur ki, o, xx.xx.2024-cü il tarixdə istintaq təcridxanasında tibbi müayinədən keçmiş və onda xəsarət aşkar edilmiş, həmin xəsarətin köhnə olduğu göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 623 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, AR Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Ekspertizanın gedişi zamanı Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə soruşulduqda o, narkotik vasitənin onun olmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixi SMS məlumatlara baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrəyə dair "xxxx" MMC-nin SMS məlumat tarixçəsinə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir mesaj aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş, Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamış, idmanla məşğul olmuş, idman naliyyətlərinə görə «Qarabağ müharibəsi şəhidləri»nin xatirəsinə həsr olunmuş Respublika turnirində 2-ci yerə layiq olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, anası X7 ilə b irlikdə yaşamaqla Həmidova Adelina (Xalidə) Mehti qızı ilə qeyri-rəsmi nigah münasibətlərində olmaqla xx.xx.2024-cü il tarixdə övladı olmuşdur. Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunması ilə əlaqədar hüquqi məsələlər: Məhkəmə aşağıdakı hallarla əlaqədar belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə nəzərdə tutulmuş əməli sübuta yetirilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni xx.xx.2024-cü il tarixində günorta saatlarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 11-in yaxınlığında küçədən tapdığını və üzərində daşımaqla həmin gün saat 20:00 radələrində ünvan 2 ünvanın yanında polis əməkdaşları tərəfindən saxlanıldığı qənaətinə gəlmiş, lakin təqsirləndirilən şəxsin, şahidlər Vəsilə və Şahid3ların ifadələrindən və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin xx.xx.2024-cü il tarixində saat 13:35-dən saat 17:53-dək Göytəpə qəsəbəsindən Bakı şəhərinə hərəkət etməyi əks etdirən DVD diskdə olan foto və videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində günorta saatlarında Bakı şəhərində olmamış və yaşadığı ünvanın yaxınlığında yerdən bir büküm metamfetaminin onun tərəfindən tapılması və üzərində daşıması işin hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu zaman təhqiqatçı tərəfindən üzərinə baxış və götürmə istintaq hərəkəti keçirildiyi zaman və ondan həmin tarixdə təhqiqatçı tərəfindən izahat alındığı zaman ona qarşı fiziki və ya psixoloji təzyiqlərin olması barədə məlumatların olmamasına baxmayaraq təhqiqat materialları növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə BMCMİ-nin İstintaq İdarəsinin müstəntiqi, polis kapitanı Kənan Kərimliyə təqdim edildiyi kimi, yəni elə xx.xx.2024-cü il tarixdə sonuncu tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilməklə bədənində xəsarətlərin olması,olduğu halda həmin xəsarətlərin xarakteri və lokalizasiyasının müəyyən edilməsi üçün tələbi qoyulması anlaşılmayandır. Məhkəmənin Təqsirləndirilən şəxs saxlanıldığı Ədliyyə Nazirliyinin PX-nin Müalicə Müəssisəsindən tələb olunduğu Təqsirləndirilən şəxs tibbi kartın surətindən müəyyən olunur ki, sonuncunun bədən səthində, sağ bud səthində çapıq toxuması aşkar edilmişdir. Beləliklə, işdə mövcud olan sübut növləri Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 20:00-da ünvan 2 ünvanın yaxınlığına saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə 5,057 qram psixotrop maddə metamfetamini aşkar edilərək götürülməsi faktını şübhə altına alır. Belə ki, məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs, şahidlər Vəsilə və Şahid3ların ifadələrindən, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillin hərəkətini əks etdirən DVD diskdə olan foto və videogörüntülərdə avtomobilin xx.xx.2024-cü il tarixdə saat 13:35-dən saat 17:53-dək Göytəpə qəsəbəsindən Bakı şəhərinə hərəkət etməsi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində günorta saatlarında Bakı şəhərində olmaması onun yaşadığı ünvanın yaxınlığında yerdən bir büküm metamfetaminin tapması və üzərində daşımasını qeyri mümkün edir. Belə ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir, həmin maddələrdən istifadə etmə halları onda müəyyən edilməmiş, ibtidai araşdırma orqanının əməliyyat tapşırığına əsasən verilmiş arayışda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmasını müəyyən edilməsi, onun psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs məxsus telefona və telefon nömrəsinə aid "xxxx" MMC-nin məlumatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə aid heç bir SMS və yazışma olmamış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının audio-video görüntüsünə baxış zamanı ona qarşı fiziki zor tətbiq edildiyini bir daha təsdiq etmiş, həmin məhkəmə iclasın nəticələrinə uyğun prokurorluğa məlumat verilmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə üzərinə baxış keçirilən və izahat verdiyi zaman psixotrop maddəni özünə məxsus olan maddə kimi izahına, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşılmalı, həmin ifadələrin, həmçinin, polis əməkdaşın bu hissədə olan ifadəsinə, yəni Təqsirləndirilən şəxs üzərindən bölmədə metamfetamin aşkar edilməsi barədə ifadəsinə tənqidi yanaşılmalı və məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli üzərinə baxış keçirilməsi protokolunun psixotrop maddəyə aid hissəsini, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, həmçinin polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərindən BMCMİ-də baxış zamanı metamfetamin aşkar edilməsinə dair ifadəsini sübutlar siyahısından xaric edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsn (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinə əsasən hökm çıxarıldıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilə bilər. Məhkəmə nəzərə alır ki, CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu maddənin məzmunu və mənasına əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən sübutların toplanılması, sübutların yoxlanılması və sübutların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının CPM-nin 143-145-ci maddələrin tələbləri pozularaq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, onların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu və ona əlavə edilmiş videoçəkilişi sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları, o cümlədən əməliyyat qrupunun üzvü olmuş polis əməkdaşlarının həm şəxsin saxlanılması, həm də onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı ifadələrini şübhə altına alır. Məhkəmə Şahid1 verdiyi ifadəsini yalnız xx.xx.2024-cü il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən gətirilib təhvil vermə həssəsində həqiqi sayır, şahidin ifadəsinin Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar edilməsinə dair hissəsini isə həqiqi olmayan, məhkəmədə tədqiq edilən sübutlarla təkzib edilən ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, polis əməkdaşı olan Şahid1 ifadəsini təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. Məhkəmə, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk və digər dörd ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 65 (altmış beş) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı aşkar edilmiş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq olan 5,007 qram psixotrop maddə metamfetaminin mənbəyi müəyyən edilməsi üçün prokurora göndərilməli olan, cinayət işinin materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə onun təqsirsiz olması nəticəsinə gəlmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona bu maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk məhkumluğunu, idman üzrə əldə etdiyi nailiyyətləri, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yungülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət, yəni Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğu üçün o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu müddəti ona təyin edilmiş cəzaya daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə isə Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin, dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin Maddi sübutların saxlanma kamerasına təhvil 01 ədəd soyuq silah hesab edilən ov bıçağı məhv edilməlidir. İş üzrə soyuq silahın ekspertiza tədqiqatı ilə bağlı ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 56-62, 344-347, 349-350, 353-cü maddələrinin tələblərini rəhbər tutarasq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 55-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı yaranmış 65 (altmış beş) manat məbləğində məhkəmə xərci dövlət hesabına aid edilsin. İş üzrə soyuq silahın ekspertiza tədqiqatı ilə bağlı ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə maddi sübüt - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd soyuq silah hesab edilən ov bıçağı məhv edilsin, məhkəmədə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut olan tədqiqatından sonra qalıq qalmış 5,007 qram heroinin mənbəyi müəyyən edilməsi üçün cinayət işinin materialları ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar