Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1693/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə ucuz qiymətə dərmanlar alınaraq baha qiymətə dərman depolarına və apteklərə satacağına dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanın qarşısında 10000 manat məbləğində pulu və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən «Xətai» metrostansiyasının qarşısında 5000 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 15000 (on beş min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə ucuz qiymətə dərmanlar alınaraq baha qiymətə dərman depolarına və apteklərə satacağına dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28A ünvanında yerləşən 53 saylı dövlət notariat kontorunda 127.500 manat məbləğində pulunu tamah məqsədi ilə ələ keçirərək, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs1 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 atası Şahid3 komendant olduğu Xətai rayonu, M.Hadi küçəsi, ev 39 D saylı binada yaşayır, Nəsimini atasının vasitəsi ilə tanımış və sonradan onunla dostluq etməyə başlamışdır. 2021-ci ildə Səbail rayonu, Sahil Metrosunun yaxınlıqdakı «Star» aptekini icarə əsasında işlətdiyi vaxtlarda, müxtəlif pis vərdişlərdən istifadə etdiyinə və pulla oyun oynadığından çoxlu borca düşmüşdür. Həmin pulları qaytarmaq barədə düşündüyü vaxtda Nəsiminin imkanlı olduğunu zənn edib ona bildirmişdir ki, aptek işlədir tanış firmalardan ucuz qiymətə dərmanlar alaraq depolara yerləşdirib sonradan götürüb satmaqla çoxlu miqdarda pul qazanmaq olur. Yəni belə bir biznes qura biləcəyini Nəsimiyə demiş, lakin razılaşmamış, sonradan Nəsimi ilə telefonla danışanda onunla iş görə biləcəyini demiş və bundan sonra Nəsimi ilə yaşadığı evin yaxınlığındakı kafedə əyləşib məsləhətləşmişlər. Nəsimiyə belə bir iş görmək üçün çox pul lazım olduğunu dedikdə Nəsimi 10000 manat verə biləcəyini demiş, xx.xx.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsi, ev 39 D saylı evin yaxınlığında Nəsimi ona 10000 manat vermiş, həmin günün səhərisi o adını çəkmək istəmədiyi şəxsə olan borcundan 10000 manatını qaytarmışdır. Elə həmin vaxt Nəsimiyə zəng edib pulu biznesə yönəltdiyini, lakin azlıq etdiyini əlavə pul lazım olduğunu demişdir. Nəsimi imkanı olmadığını, Vadim adlı tanışını bu işə cəlb edə biləcəyini demiş, xx.xx.2021-ci il tarixdə Nəsimi və Vadimlə birlikdə Bakı şəhərinin müxtəlif yerlərində bir neçə dəfə görüşüb məsləhətləşmiş, o inandırıcı olmaq üçün bir miqdar fikirləşərək onlara demək fikrinə düşmüşdür. Belə ki, biznesə əlavə 127.500 manat lazım olduğunu və bir neçə vaxt ərzində əlavə təxminən 50000 manat qazanmaq olduğunu demişdir. Vadim əvvəl razılaşmasa da onun vədindən və Nəsiminin təkidindən sonra razılaşmış və səhərisi günü, xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, İnşaatçılar prospekti, 28 A ünvanda yerləşən 53 saylı Notariat Kontorunda Vadim 127.500 manatı sayıb ona vermiş və bu barədə müqavilə bağlanılmışdır. X5 «sənə inanıb pul verdim, pula özün nəzarət et» deyə bildirmiş, pulu aldıqdan sonra Vadim getmiş və Nəsimi ilə ayrı-ayrılıqda «Star» aptekinin qarşısına getmişlər. Avtomobilindən düşüb Nəsiminin avtomobilinə yaxınlaşaraq avtomobildən düşməməsini, indi firma avtomobili dərmanları gətirəcəyini demişdir. Həmin vaxtı gələn dərmanların adi qaydada aptekə gələn dərmanlar olmuşdur. Yəni onlar gətirib aptekə dərman verib pullarını götürüb gedirmişlər. Ara-bir dərmanları öz avtomobilinə qoyurmuş və sonradan aptekə aparırmış. Nəsimi sözünə görə avtomobildən düşməmişdir. Xatırlamadığı hansısa firmanın avtomobili aptekin qarşısına gəlmiş və bir neçə kisədə dərman verib avtomobilinə qoymuşdur. Nəsimiyə bildirmişdir ki, depo növbəli şəkildə işləyir, ertəsi gün aparıb depoya verəcəkdir. Nəsimini inandırdığından çıxıb getmişdir. Sonradan o aptekə aid olan dərmanları aptekə yerləşdirmişdir. Yəni həmin dərmanların Nəsimi və Vadimə heç bir aidiyyəti olmamışdır. Həmin dərmanlar aptekə adi qaydada gələn dərmanlar olmuşdur. Dərmanlar aptekə təhvil veriləndən sonra köhnədən qalan borclarını götürüb gedirmiş və yaxudda verilən dərmanların pulunu sonradan gəlib aparırmışlar. Belə ki, aptekdə işini qurtardıqdan sonra Vadimdən aldığı pulun böyük hissəsini borclarına, qalan hissəsini isə gecə ilə pulla oynadığı oyunlarda uduzmuşdur. Səhərisi günü Nəsimi bildirmişdir ki, dərmanları aparıb depoya təhvil versinlər. O, Nəsimiyə yalandan güya dərmanları hansısa depoya təhvil verdiyi demiş, əslində isə onlardan aldığı pulla hər hansı bir iş görməmişdir. Buna baxmayaraq Nəsimi duyuq düşərək «bizi aldatmırsankı demişdir». Nəsimiyə heç vaxtı “Sizi aldatmaram” deyərək inandırmşdır. Həmçinin yalandan 1 ay müddətində dərmanları satıb pulunu verəcəyini, əldə olan gəliri üç yerə böləcəyini demişdir. Sonradan Nəsimi və Vadimə yalandan demişdir ki, əlavə 15000 manat da lazımdır. Lakin onlar bu məbləği verməyəcəklərini demişlər. Həmçinin işi hansı formada gördüyünü onlara açıqlamasını demişlər. O yaxın günlərdə açıqlama verə biləcəyini deyib vacibi pul vermək lazım olduğunu demişdir. Belə olan halda Nəsimi ona 5000 manat verə biləcəyini demişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Xətai rayonu, Xocalı prospekti 39-da yerləşən Bakı Metropoliteninin Xətai stansiyasının yaxınlığında Nəsimi və Vadimlə görüşmüş, Nəsimi ona 5000 manat verərək bildirmişdir ki, yaxın günlərdə dərmanları satıb pulları qaytarsın. Lakin həmin günü pulu Nəsimidən aldıqdan sonra yenə bir hissəsini borclarına və qalan hissəsini isə pis vərdişlərə xərcləmişdir. Bundan sonra «Aptek»-in fəaliyyətini dayandırmış və firmalara xəbər etmişdir ki, gəlib dərmanları aparsınlar. Hazırda oranı kimsə şirniyyat evi kimi istifadə edir. Həmin vaxtdan sonra Nəsimi və Vadimin telefonuna cavab verməmiş, lakin atası Firudinin sözündən sonra xx.xx.2022-ci il tarixdə Nəsiminin yaşadığı binanın yaxınlığında görüşmüşlər. Orada atasının yanında Nəsimi və Vadimə bildirmişdir ki, onlayn oyunlarda pul uduzduğundan və borcları olduğundan bütün pulları oraya yönəltmişdir, yəni onların pulu ilə heç bir iş görmədiyini demişdir. Belə olan halda atası onlara digər oğlu Anarın Türkiyədə yaşadığını, ordan dərman göndərəcəyini, Raulun həmin dərmanları satıb onların pulunu verəcəyini, yaşadığı evi satışa qoyub satılanda həm onların pullarını və həm də digər şəxslərə olan borclarını verəcəyini demişdir. Bundan sonra Nəsimi və Vadimin tanıdıqları şəxslər Nihad və Həsənin, atasının iştirakı ilə onlardan 142500 manat almağı barədə izah da imzalayıb vermişdir. Borcları çox olduğundan verə bilməyib 2022-ci ilin iyun ayında Rusiya Federasiyasına getmiş, xx.xx.2024-cü il tarixdə isə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bundan başqa o, əməlindən peşman olduğunu və bir daha belə işlərə yol verməyəcəyini bildirmişdir. Vadimə olan borcdan 44.000 manat verildiyini, hazırda Nəsimiyə 15000 manat və Vadimə isə 83.500 manat verəcəyi vardır. «Star» aptekini işlədərkən orada Turanə və adını unutduğu başqa bir qadın işləmişdir. Onlarla heç bir əlaqəsinin olmadığını, hər hansı bir əlaqə nömrələrini və ünvanlarını bilmədiyini, Vadim və Nəsimini aldatmağından onların xəbərləri olmamış, Vadim və Nəsimi aptekə daxil olmamışlar. Aptek Zakir adlı şəxsə məxsus olmuş, onunla icarə müqaviləsi olmuşdur. Həmin müqavilə onda olmuş, sonradan X3 Xidməti tərəfindən tutulmuşdur. Dərmanları Avromed şirkətindən götürdüyü üçün həmin şirkətin «VÖEN»-ilə işləyirmiş. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 olan borcundan 44.000 manat pulu geri qaytarmış, hazırda Nəsimiyə 15.000 manat, Vadimə isə 83.500 manat borcu olduğunu, hazırda işsiz olduğundan ödəniş etmək imkanı olmadığını, ancaq işləyib pul qazanaraq vurduğu ziyanı aradan qaldıracağını bildirmişdir. Daha sonra özünü təqsirli bilərək, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid3 2014-cü ildən tanıyır. Belə ki, həmin şəxs yaşadığı binada komendant vəzifəsində işləyir. Buna görə də aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs isə Şahid3 oğludur. Onların hər ikisi yaşadığı binada eyni mənzildə yaşayırlar və Firudinə görə Raulla da münasibətləri yaranmışdır. 2021-ci ilin dekabr ayında Raul ona zəng vuraraq Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil” metrostansiyasının yaxınlığında “Star” adlanan aptekini icarəyə götürüb işlətdiyini və aptekdə dərmanların saxlanıldığı depodan ucuz qiymətə dərmanlar götürərək baha qiymətə satdığını, bununla da xeyli gəlir əldə etdiyini, iş qurmaq istədiyini, lakin əlində yetəri qədər pul olmadığını bildirərək ona pul verməsini və bunun müqabilində ucuz qiymətə dərmanlar gətirib baha qiymətə sataraq əldə etdiyi gəliri birlikdə bölmələrini təklif etmişdir. O, ilkin olaraq Raula razılıq verməmişdir. Lakin Raulun verdiyi vəd onda maraq oyatmış və onu yoxlamaq üçün ilkin olaraq icarə əsasında işlətdiyi Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil” metrostansiyasının yaxınlığındakı “Star” adlı aptekin qarşısına getmişdir. Həmin apteki müşahidə etdikdə müəyyən etmişdir ki, Raul həmin apteki icarə əsasında işlədir və orada işləyən işçilərə göstərişlər verir. Bu zaman Raula qarşı inamı yaranmış, verəcəyi pul müqabilində Raulun ucuz qiymətə dərmanlar gətirib baha qiymətə sataraq əldə etdiyi gəliri böləcəyinə inanmışdır. Bundan təxminən 3-4 gün sonra Raul yenə zəng edərək eyni təklifi yenidən etmiş, bu zaman qismən inam yaranmışdır ki, Raul verdiyi vədi yerinə yetirəcəkdir. Bundan sonra Raulla birlikdə yaşadığı binanın yaxınlığında yerləşən kafelərin birində əyləşərək ətraflı danışmış, söhbət əsnasında gətirəcəyi dərmanların şəkillərini mobil telefonunda göstərərək bildirmişdir ki, dərmanları gətirən firmalar Raulu tanıyır və ucuz qiymətə dərmanları onun icarə əsasında işlətdiyi aptekə gətirəcəklər və sonradan həmin dərmanları depoya yerləşdirməklə satışı həyata keçəcəkdir. Bir ay ərzində dərmanlar depodan satıldıqdan sonra əldə edilən gəlir yarıya bölünəcəkdir. Bundan sonra o, Rauldan soruşmuşdur ki, hansı miqdarda pul lazım olacaqdır. Raul ilkin olaraq böyük məbləğ istədiyindən, həmin miqdarda pulunun olmadığını bildirib, 10.000 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra Raul ona ilkin olaraq 10000 manat məbləğində pul verəcəyini, sonra yenə lazım olarsa verəcəyini bilmişdirmiş, o da Raul ilə razılaşmışdır. Ertəsi günü Raulun atası Firudinlə oğlu barədə soruşduqda Firudin Raulun dedikərini təsdiq edərək Raulun dərman işi ilə məşğul olmasını və ucuz qiymətə dərman alaraq bahaya satıb yaxşı gəlir əldə etdiyini bildirmişdir. Bu zaman Raula qarşı inamı yaranmış və xx.xx.2021-ci il tarixdə 10.000 (on min) manat pulu yaşadığı ünvan 7 binanın qarşısında tək olaraq Raula vermişdir. Bundan sonra Raul ona zəng vuraraq bildirmişdir ki, verdiyi 10.000 manat pul azdır və həmin məbləğdə pul ilə az miqdarda gəlir əldə edilir. Buna görə də böyük miqdarda pul istəmişdir. O isə cavabında Raula böyük miqdarda pulu olmadığını bildirmişdir. Buna baxmayaraq Vadim adlı dostuna Raulun təklifini demişdir. Vadim ilkin olaraq razılıq verməsə də, sonradan Vadimlə görüşərək ətraflı söhbətləşmişlər. Bundan sonra Vadimlə birlikdə bir neçə dəfə Raulla şəhərin müxtəlif yerlərində görüşmüşlər. Hər görüşdə Raul ona dediyi formada Vadimə də bildirmişdir ki, ucuz qiymətə tanıdığı firmalardan dərmanlar alaraq depoya yerləşdirib baha qiymətə sataraq gəlir əldə edəcək və əldə etdiyi gəliri üç yerə böləcəkdir. Bundan sonra Vadim və o Raulun verdiyi vədin müqabilində hasnı miqdarda pul verməli olduqlarını soruşduqda Raul 200.000 (iki yüz min) manat məbləğində pul istəmişdir. Lakin bu qədər məbləğdə pulları olmadığını bildirmişlər. Sonradan Vadimlə təklikdə danışdıqda Vadim bildirmişdir ki, bu işin həyata keçməsi üçün 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pul verə bilər, lakin işin gedişatına nəzarətdə saxlamağı ona tapşırmışdır. Bundan sonra Vadimlə birlikdə Raulla görüşəndə Vadim ona 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat pul verə biləcəklərini bildirmiş, Raulda bununla razılaşmışdır. Bundan sonra Rauldan işi görməsi üçün təminat istəmişlər. Raul bildirmişdir ki, əgər istəyirlərsə evini girov qoya bilər və ya pulun verilməsini notariusda rəsmiləşdirsinlər. xx.xx.2021-ci il tarixdə Vadim və Raulla birlikdə razılaşaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariat kontoruna getmişlər və orada Vadim 127.500 manat məbləğində bağlanılmış müqaviləyə əsasən pulu Raula vermişdir. Raulun bu cür müqavilə bağlamaqla pulu götürməsi onlarda inam yaratmışdır. Həmin günü axşam ayrı-ayrı avtomobillərdə Raulun icarə əsasında işlətdiyi Bakı şəhəri, Səbail rayonunda yerləşən “Star” adlı aptekin yanına getmişlər. Bundan sonra Raul idarə etdiyi avtomobildən düşərək ona yaxınlaşıb bildirmişdir ki, avtomobildən düşməsin və bir qədər sonra dərmanları gətirən avtomobil gələrək dərmanları təhvil alacaqdır. Bir qədər sonra dövlət qeydiyyatda nişanını yadında qalmayan bir avtomobil gəlmiş və Raul həmin avtomobildən bir neçə qutu götürərək idarə etdiyi avtomobilə yerləşdirmişdir. Bundan sonra dərman gətirən avtomobil getmiş və Raul ona yaxınlaşıb həmin düşürdüyü qutuların satılacaq olan dərmanlar olduğunu bildirmişdir. Raula bildirmişdir ki, razılıqlarına əsasən həmin dərmanları depoya aparmalıdılar. O isə bildirmişdir ki, depo növbəli şəkildə işlədiyindən sabah depoya gedərək dərmanları təhvil verib bu barədə rəsmi sənəd əldə edəcəkdir. xx.xx.2021-ci il tarixdə günorta vaxtı Raula zəng vuraraq bildirmişdir ki, aldığı dərmanları depoya aparıb versinlər. Lakin Raul bildirmişdir ki, səhər vaxtı dərmanları depoya vermiş və səhər tez getdiyi üçün onu narahat etməmişdir. Sonra Raula yenədə xəbərdar etmişdir ki, onları aldatmasın. Raul da öz cavabında belə bir hadisə ola bilməyəcəyini və 1 ay sonra artıq dərmanların satılaraq və cəmisi 157.500 manat pul əldə ediləcəyini, ümumi puldan xərclər çıxılmaqla gəlirin üç yerə bölünəcəyini bildirmişdir. Sonuncu görüşlərdə Raul dərmanların sənədləşməsi üçün əlavə olaraq 15.000 (on beş) min manat pul istəmişdir. Lakin onlar əlavə pul verməyəcəklərini bildirərək, verdikləri pul əsasında gəlirləri göstərməsini, həmin gəlirin isə aralarında bölməyi bildirmişlər. Bundan sonra Raul bir neçə təkid etdikdən sonra o, Raula bildirmişdir ki, sonuncu olaraq ona 5000 (beş min) manat pul verə bilər. Raulda bununla razılaşmış və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai” metrostastansiyasının yaxınlığında görüşmüşlər və görüş əsnasında 5000 (beş min) manat məbləğində pulu Raula vermişdir. Raulu xəbərdar etmişlər ki, verdiyi vədinə əməl etsin və pulu gəlirli şəkildə geri qaytarsın. 2022-ci ilin yanvar ayının əvvəllərində Raula dəfələrə zəng etsə də, Raul zənglərini qəbul etməmişdir. Bundan sonra Raulun icarə əsasında işlətdiyi “Star” aptekə getmiş, lakin görmüşdür ki, aptek bağlanıb və aptekin içərisində olan bütün dərmanlar götürülmüşdür. Bu zaman onda şübhələr yaranmışdır ki, Raul onlara yalan vəd verərək aldadıb və pullarını ələ keçirmişdir. Bundan sonra Raulun atası Firudinə zəng edərək Raulun zəngləri qəbul etmədəyini bildirmişdir. Bu zaman Firudin ona Raulun borcu olub-olmaması barədə soruşduqda, cavabında Raulun yalan vəd verərək pullarını ələ keçirməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Vadimlə birlikdə Raul və Firudin ünvan 7 ünvanın qarşısında görüşmüş, görüş zamanı Raul onlayn qumar oynayaraq onlardan aldığı pulları uduzmasını bildirmişdir. Bu zaman Rauldan pullarını tələb etdikdə Firudin bildirmişdir ki, digər oğlu Anarın İstanbulda yaşadığını və Anarın Türkiyə Respublikasından dərmanlar göndərəcəyini, sataraq pullarının ödəniləcəyini bildirmişdir. Bundan başqa Firudin bildirmişdir ki, öz evini satışa qoyub və satacağı təqdirdə əldə etdiyi puldan oğlunun digər borclarını və onların pullarını qaytaracaqdır. Bundan sonra həmin Firudin 2022-ci ilin yanvar ayında Raulun yalan vəd verərək aldığı 142.500 (yüz qırx beş min beş yüz) manat puldan 15000 (on beş min) manat pulu geri qaytarmış, həmin pul isə Vadimə çatmışdır. Bu zaman inam yaranmışdır ki, onlar pulu hissə-hissə qaytaracaqdır. Lakin Firudin və Raul 2022-ci ilin iyun ayının sonlarından əlaqə saxlamamışlar. Sonradan onlara məlum olmuşdur ki, Raul və Firudin artıq evlərini satıblar və onların binalarında yaşayan şəxslər bildirmişlər ki, artıq Firudin və Raul Türkiyə Respublikasına gediblər. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir tanıyır dostluq münasibətlərindədir. Təqsirləndirilən şəxs və atası Şahid3 əvvəllər tanımamışdır. Adları qeyd olunan şəxsləri dostu Nəsiminin vasitəsi ilə tanımışdır. Belə ki, Nəsimi ilə söhbət əsnasında Təqsirləndirilən şəxs və atası Şahid3 2014-cü ildən tanıdığını bildirmiş və Raulun dərman işi ilə məşğul olmasını bildirmişdir. 2021-ci ilin dekabr ayında Nəsimi Raulun deməsinə əsasən bildirmişdir ki, Raul özü aptek işlədir və ucuz qiymətə dərman alaraq dərmanların satılması üçün nəzərdə tutulan depoya verməklə həmin dərmanları baha qiymətə sataraq gəlir əldə edir. Bundan əlavə Nəsimi bildirmişdir ki, Raul ona təklif etmişdir ki, qeyd olunan işə girməklə gəlir əldə etmək olar. Bu zaman o ilkin olaraq razılıq verməsə də, sonradan bu işə marağı yaranmışdır. Beləliklə, Nəsimiyə təklif etmişdir ki, Raulla birlikdə görüşərək bu barədə ətraflı danışsınlar. Bundan sonra Nəsimi ilə birlikdə Raulla bir neçə dəfə görüşmüşlər və görüş zamanı Raul ona və Nəsimiyə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil” metrostansiyasının yaxınığındakı “Star” adlı apteki işlətdiyini bildirərək, ucuz qiymətə dərmanlar alıb, həmin dərmanların satılması üçün nəzərdə tutulan depoya verməklə baha qiymətə satılmasını həyata keçirir və bununla da gəlir əldə edir. Bununla yanaşı Raul mobil telefonunda olan bəzi dərmanları göstərib həmin dərmanların alınıb-satılmasını həyata keçirdiyini bildirmişdir. Bundan başqa Raul bildirmişdir ki, kifayət qədər pulu yoxdur ki, həmin işi həyata keçirsin və təklif etmişdir həmin işə girməklə əldə olunan gəliri 3 yerə bölüb pul qazansınlar. Bundan sonra Nəsimi və o, Raulun verdiyi vədin müqabilində hansı miqdarda pul verməli olduqlarını soruşmuşlar. Bu zaman Raul 200.000 (iki yüz min) manat pul istəmişdir. Lakin bu qədər məbləğdə pul olmadığını bildirmişlər. Sonradan o, Nəsimi ilə təklikdə danışdıqda bildirmişdir ki, bu işin həyata keçməsi üçün 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat pul verə bilər Nəsimi də işin gedişatını nəzarətdə saxlasın və əldə edilən gəliri sonradan 3 yerə bölsünlər. Bundan sonra o, Nəsimi və Raul görüşərək söhbətləşməyə başlamışlar. Söhbət əsnasında o və Nəsimi Raula verdiyi vədi yerinə yetirmək üçün 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat pul verə biləcəyini bildirmişdir. Raul da bununla razılaşmış və bundan sonra Rauldan işi görməsi üçün təminat istəmişlər. Bunun ardınca Raul ona və Nəsimiyə bildirmişdir ki, Nəsimini və ailəsini tanıyır, əgər istəyirsə evini girov qoya bilər və ya pulun verilməsini notariusda rəsmiləşdirsinlər. xx.xx.2021-ci il tarixdə o və Nəsimi Raulla razılaşmışlar və Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariusların birinə 127.500 manat pulu gətirib sayaraq Raulla kredit müqaviləsi bağlanmaqla pulu Raula vermişdir. Raulun bu cür müqavilə bağlamaqla pulu götürməsi onlarda Raula qarşı inam yaratmışdır. Bundan sonra razılaşma əsasında Raul dərmanları icarə əsasında işlətdiyi aptekə gətirəcəkmiş və həmin dərmanları daha sonra depoya verməklə 1 ay ərzində satışını həyata keçirəcəkmiş. Bu gedişat zamanı isə Nəsimi Raulun yanında olmaqla işi nəzarətdə saxlayacaqmış. Lakin sonradan o, Nəsimi ilə danışdıqda məlum olmuşdur ki, həmin gün yəni, xx.xx.2021-ci il tarixdə axşam radələrində Nəsimi və Raul ayrı-ayrı avtomobillərdə Raulun icarə əsasında işlətdiyi Bakı şəhəri, Səbail rayonunda yerləşən “Star” adlı aptekin yanına getmişlər. Bundan sonra Raul idarə etdiyi avtomobildən düşərək Nəsiminin avtomobilinə yaxınlaşaraq bildirmişdir ki, Nəsimi avtomobildən düşməsin və bir qədər sonra dərmanları gətirən avtomobil gələrək dərmanları təhvil almasını müşahidə etsin. Lakin dərmanları gətirən şəxslər Nəsimini görməsin, çünki həmin şəxslər Raulu tanıyırmış, Nəsimi də Raulla razılaşmışdır. Bir qədər sonra bir avtomobil gəlmiş və Raul həmin avtomobildən bir neçə qutu götürərək idarə etdiyi avtomobilə yerləşdirmişdir. Bundan sonra dərman gətirən avtomobil getmiş və Raul Nəsimiyə yaxınlaşıb həmin düşürdüyü qutuların satılacaq olan dərmanlar olduğunu bildirmişdir. Nəsimi də Raula inanmışdır. Bundan sonra Nəsimi Raula bildirmişdir ki, onlar razılığa əsasən həmin dərmanları depoya aparmalıdır. Bundan sonra Raul Nəsimiyə bildirmişdir ki, depo növbəli şəkildə işlədiyindən onlar sabah gedərək dərmanları depoya təhvil verib, bu barədə rəsmi sənəd əldə edəcəkdir. Nəsimi də Raulla razılaşmışdır. Lakin xx.xx.2021-ci il tarixdə günorta radələrində Nəsimi Raula zəng vuraraq bildirmişdir ki, aldıqları dərmanları depoya verməlidirlər. X7 səhər radələrində həmin dərmanları depoya verdiyini və səhər tez getdiyi üçün Nəsimini narahat etmək istəmədiyini bildirmişdir. Bundan sonra Nəsimi Raula yenə də xəbərdar etmişdir ki, onları aldatmasın. Raul da öz cavabında belə bir hadisə ola bilməyəcəyini və 1 ay sonra artıq dərmanların satılacaq və 157500 manat məbləğində pul əldə ediləcəkdir. Həmin puldan xərclər çıxılmaqla qalan pulun üçünün arasında bölünməliymiş. Bundan sonra onlar Raulla bir neçə dəfə görüşmüşlər. Sonuncu görüşlərdə Raul dərmanların sənədləşməsi üçün əlavə olaraq 15000 (on beş) min manat məbləğində pul istəmişdir. O və Nəsimi ona pul verməyəcəklərini bildirərək, verdikləri pul əsasında gəlirləri göstərməsini, həmin gəliri isə aralarında bölməyi bildirmişlər. Bundan sonra Raul təkid etdikdən sonra Nəsimi Raula bildirmişdir ki, sonuncu olaraq ona 5000 (beş min) manat məbləğində pul verə bilər. Raulda bununla razılaşmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai” metrostastansiyasının yaxınlığında görüşmüşlər. Görüş əsnasında Nəsimi 5000 (beş min) manat məbləğində pulu Raula vermişdir. Raulu xəbərdar etmişlər ki, verdiyi vədə əməl etsin və pulu gəlirli şəkildə geri qaytarsın. Bundan sonra ayrılmışlar. 2022-ci ilin yanvar ayının əvvəllərində Raula dəfələrə zəng etsələr də, Raul zəngləri qəbul etməmişdir. X8 icarə əsasında işlətdiyi “Star” aptekə getsə də, aptekin bağlandığının şahidi olmuşdur. Bu zaman onlarda şübhələr yaranmışdır ki, Raul yalan vəd verərək onları aldadıb pullarını ələ keçirmişdir. xx.xx.2022-ci il tarixdə o, Nəsimi, Raul və souncunun Firudin birlikdə ünvan 7 ünvanın qarşısında görüşmüşlər. Görüş zamanı Raul onlayn qumar oynayaraq onlardan aldığı pulları uduzmasını bildirmişdir. Bu zaman Rauldan pullarını tələb etdikdə atası Firudin bildirmişdir ki, digər oğlu Anar İstanbulda yaşayır və Anar Türkiyə Respublikasından dərmanlar göndərəcək və onları sataraq pulları ödəniləcəkdir. Bundan başqa Firudin bildirmişdir ki, öz evini satışa qoyub və satacağı təqdirdə əldə etdiyi puldan oğlunun digər borclarını və onların pullarını qaytaracaqdır. Onlar Firudinin sözlərinə inanmışlar. Bundan sonra Firudin 2022-ci ilin yanvar ayında Raulun onlardan yalan vəd verərək aldığı 142.500 (yüz qırx iki min beş yüz) manat puldan 15000 (on beş min) manat pulu ona geri qaytarmışdır. Bu zaman onlarda inam yaranmışdır ki, pullarını hissə-hissə qaytaracaqdır. Lakin Firudin və Raul 2022-ci ilin iyun ayının sonlarında əlaqə saxlamamışlar. Sonradan onlara məlum olmuşdur ki, Raul və Firudin artıq evlərini satıblar və onların binalarında yaşayan şəxslər bildirmişlər ki, artıq Firudin və Raul Türkiyə Respublikasına gediblər. Belə ki, hazırkı vaxtadək ondan alınan 127.500 manatın 44.000 manatının qaytarıldığını və ona 83.500 manat verilməli olacağını bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyana görə 83.500 (səksən üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 341 (üç yüz qırx bir) manat, cəmi 83,341 (səksən üç min səkkiz yüz qırx bir) manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, sonuncu təxminən 2015-ci il tarixdən aptek işi ilə məşğul olurdu. Belə ki, 2022-ci ilin yanvar ayında o, komedantı işlədiyi və yaşadığı Xətai rayonu, M.Hadi küçəsi 39D binasında yaşayan qonşusu Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə göstərdiyi binada ona yaxınlaşaraq aptekdə dərman alış-satışı etməklə gəlir əldə etmək adı ilə oğlu Raulun ondan 142,500 manat pul vəsaitini 2021-ci ilin dekabr ayında aldığını və pulu mənimsədiyini bildirdi. O, həmin vaxt təlaşa düşərək tez Raulu tapıb bu barədə söhbət etmiş, Raul ona göstərilən məbləği Nəsimi və onun dostu Vadimdən notariat qaydasında götürdüyünü, həmin məbləğlə dərman işi görməklə gəlir əldə etmək istədiyini, lakin həvəsinə uyaraq 142.500 manat vəsaitin tamını internetde telefon vasitəsi qumarda uduzduğunu söylədi. Bundan sonra xx.xx.2022-ci il tarixdə Nəsimi, onun dostu olan sonradan adının Vadim olduğunu bildiyi şəxslə o və Raul evin qarşısında görüşmüş və sözü gedən məsələ üzrə söhbət etmişlər. Raul Vadim və Nəsimiyə həmin 142.500 manat vəsaitin tamını internetdə telefon vasitəsi ilə qumarda uduzduğunu bildirdi. Söhbət əsnasında ona Vadim Nəsimi ilə birlikdə həmin məbləği Raula verdikləri məlum olmuşdur. Həmin zaman Vadimlə Nəsimi ilkin mərhələdə 25.000 manat pul, qalan məbləği isə hissə-hissə ödəmələrinə razılaşacaqlarını bildirdilər. O, onlara deyilən məbləği tez bir zamanda düzəldə bilməyəcəyimi demiş, lakin buna baxmayaraq bir həftə ərzində borc-xərc tapıb 15.000 manat Nəsimiyə vermiş, daha sonra 2022-ci ilin iyun ayının sonunadək 29.000 manat pulu yenədə Nəsimiyə ödədim. Qalan məbləği ödəmək imkanım olmadığı üçün o, daha onlara pul ödəyə bilməmiş, çünki bundan öncə yəni Nəsimi Raulun ona pul borclu olduğunu deyənədək, o, Raulun digər 170.000 manat pul əvəzinə ona məxsus Xətai rayonu, M.Hadi küçəsi, ev 39D, 115 saylı 3 otaqlı evi borc yiyələrinə etibarnamə əsasında notariat kontorunda vermişdir. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 İstanbul şəhərində yaşayan və dərman işinə baxan oğlu Anarın oradan dərman göndərib həmin dərmanları satıb ona pulun qalaq hissəsini ödəyəciyinə dair bir vəd verməmiş, oğlu Anar həqiqətəndə İstanbul şəhərində yaşasada, o, universitetlərdən birində müəllim vəzifəsində işləyir, onun dərman alış-verişi ilə heç bir əlaqəsi yoxdur. Onun Zərərçəkmiş şəxs2la Raul ilə dərman işi görməmişdən öncə ona pul verməyi inandıraraq qarant durması ilə bağlı hər-hansı bir söhbəti və ya verilmiş vədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la onlarla mütəmadi olaraq ofisdə və ya şəhərdə görüşmüşdür. 2022-ci ilin yanvar ayında Nihad, Vadim və Zərərçəkmiş şəxs2la növbəti dəfə görüşəndə söhbət əsnasında Vadim və Nəsimi bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs onları aldadaraq ümumilikdə 142.500 manat məbləğində pullarını alıb və onlara deyib ki, guya dərman satışı ilə məşğul olmaq istəyir və onlardan aldığı pulları da dərman satışı biznesinə əlavə edəcək və qazandığı pulları da onlarla böləcəkdir. Guya ucuz qiymətə dərrmanlar alıb həmin dərmanları aptek və depolara baha qiymətə satıb külli miqdarda pul qazanmaq imkanı olacaqdır. Ancaq sonradan bilmişlər ki, əslində pul vəsaitlərini birlikdə iş qurmaq üçün deyil, öz borclarını bağlamaq üçün alıbdır. Vadim və Nəsimi ona və Nihada demişdir ki, Raul xx.xx.2022-ci il tarixədək pulu qaytaracağına onlara söz veribdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bu dəfə də pulu qaytarmayanda Vadim və Nəsimi ona təkrar müraciət edib Raula sonuncu dəfə şans vermək istədiklərini bildirmişlər. Onların sözlərinə əsasən Raul onlara demişdir ki, xx.xx.2022-ci il tarixədək pulların hamısını qaytaracaqdır. Ondan və Nihaddan xahiş etmişlər ki, Raulun bu vədini yazılı qaydada rəsmiləşdirməkdə onlara kömək etsinlər. xx.xx.2022-ci il tarixdə Vadim, Nəsimi və Raul onların ofisinə gəlmişlər. Həmin tarixdə Raul onların yanında həqiqətən də Vadim və Nəsimidən ümumilikdə 142.500 manat məbləğində pul aldığını və həmin pul vəsaitini pul qazanmaq üçün deyil, öz şəxsi borclarını qaytarmaq üçün aldığını bildirmişdir. Beləliklə, Vadim və Nəsimini aldatdığını etiraf etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixə qədər aldığı pul vəsaitlərini tam məbləğdə qaytaracağı ilə bağlı söz vermişdir. Vadim, Nəsimi və Raulun sözlərinə görə onların xahişinə əsasən izahı tərtib etmiş və Raula imza etməsi üçün vermişlər. Raul yazılı izahı oxumuş və imzalayaraq xx.xx.2022-ci il tarixə qədər borcunu ödəyəcəyinə dair söz vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Raul Azərbaycanı tərk edib və növbəti dəfə Vadim və Nəsimini aldadaraq söz verdiyi pulları geri qaytarmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmədə bilavasitə iştirakının olmadan baxılmasını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 108-111-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 25 (iyirmi beş) gün həddində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli sonuncunun tutulduğu andan hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Moskvada İnterpol-un Milli Mərkəzi Bürosunun əməkdaşları tərəfindən saxlanılaraq RF-sı Leninqrad vilayətinin Volxovsk şəhəri Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Cinayət işinə əlavə edilmiş maildən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası, Leninqrad şəhərinin Volxovsk rayonunda tutulmuşdur. Cinayət işinin 118-ci vərəqəsində olan Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-55/2-2877 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Rusiya Federsiyasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə ekstradisiya olunaraq Bakı şəhəri 1 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Cinayət işinin 198-202-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 226-227-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli izahdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 127500 (yüz iyirmi yeddi min beş yüz) manat pul götürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs işlətdiyi apteki üsul olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 göstərib bildirmişdir ki, müxtəlif dərmanların satışı ilə fəaliyyət göstərir və tanıdığı şəxslərdə dəyərindən ucuz qiymətə dərmanlar var, həmin dərmanları alıb aptek və depolara daha baha qiymətə sataraq 26% gəlir əldə etmək olar. Gəlirləri 3 nəfər yəni, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında bölmək olar və bunun üçün külli miqdarda pul vəsaiti lazımdır. Bu üsulla qeyd olunan fəaliyyətlə məşğul olmaq niyyəti olmadan, Vadim və Nəsimini inandıraraq, onların etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə 15000 manat və Zərərçəkmiş şəxs1 xx.xx.2021ci il tarixdə 127500 manat notariat qaydada almışdır. Aldığı pul vəsaitlərini öz ehtiyaclarına xərcləmişdir və Nəsimi ilə Vadimin tərəfindən aldanıldıqları barədə məlumatları olduqdan sonra, aralarında əldə olunan şifahi razılığa görə həmin pul vəsaitini xx.xx.2022-ci il tarixdə qaytaracağına söz vermiş, lakin həmin pul vəsaitini qaytarmamışdır. Atası Şahid3 tərəfindən qeyd olunan məbləğdən hissə-hissə cəmi 15000 manat qaytarılmışdır. Hazırda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitinin qalıq məbləğini xx.xx.2022ci il tarixdə qaytarmağı öz öhdəsinə götürür. Cinayət işinin 12-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 (borc verən) və Təqsirləndirilən şəxs (borc alan) arasında həmin tarixdə müqavilə bağlanılmış və borc verən borc alana 127500 manat 00 qəpik (mərkəzi bankın məzənnəsinə əsasən 75000 ABŞ dolları) məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytardığı günün Mərkəzi Bankın məzənnəsinə əsasən Azərbaycan manatı ilə qaytarmağı öhdəsinə götürmüşdür. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 168-176-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 127.500 manat, Zərərçəkmiş şəxs2 15000 manat almasına dair vermiş olduğu “İzah” və Zərərçəkmiş şəxs1 127.500 manat almasına dair “Notariat kontorunda bağlanılmış kredit müqaviləsinin surətləri sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 176-a vərəqində olan AZE № 18279751 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Günəş Əliyevadır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, “İzah” və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla yanaşı, məhkəmə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının nümayəndəsi və vəkilinin təqsirləndirilən şəxsin atası Şahid3 cinayət məsuliyyətinə cəlb edilməsi barədə prokurorluğa məlumatın verilməsi ilə bağlı vəsatətə qiymət verərək hesab edir ki, vəsatətdə göstərilmiş hallar, yəni Təqsirləndirilən şəxs atası Şahid3 qabaqcadan onunla əlbir olmaqla zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsi faktı istər təqsirləndirilən şəxsin, istər zərərçəkmiş şəxslərin, istərsə də şahidlərin ifadələri, eləcə də cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmadığından vəsatət rədd edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən onilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanıazadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və hal-hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməli və vurulmuş maddi zərərə 83.500 (səksən üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 341 (üç yüz qırx bir) manat, cəmi 83,341 (səksən üç min səkkiz yüz qırx bir) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin digər zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 127.500 manat, Zərərçəkmiş şəxs2 15000 manat almasına dair vermiş olduğu “İzah” və Zərərçəkmiş şəxs1 127.500 manat almasına dair “Notariat kontorunda bağlanılmış kredit müqaviləsinin surətləri” cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 127.500 manat, Zərərçəkmiş şəxs2 15000 manat almasına dair vermiş olduğu “İzah” və Zərərçəkmiş şəxs1 127.500 manat almasına dair “Notariat kontorunda bağlanılmış kredit müqaviləsinin surətləri” cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin və vurulmuş maddi zərərə 83.500 (səksən üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 341 (üç yüz qırx bir) manat, cəmi 83,341 (səksən üç min səkkiz yüz qırx bir) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Digər zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1693/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1693/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver