Məhkəmə qərarları › İş №1(101)-1695/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1695/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1695/2021 27.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, 29 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3,834 qram külli miqdarda narkotik vasitə heronini, ümumi təmiz çəkisi 1,225 qram psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 4,513 qram qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini yaşadığı ünvan 2 ünvanında saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə əvvəlcədən alınmış məlumat əsasında 21.05.2021-ci il tarixdə saat 22 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq yaşadığı ünvana baxış keçirilən zaman əynindəki ağ rəngli qısaqol köynəyin sol döş cibindən 3(üç) büküm, yaşadığı evin otağındakı masanın üzərindən 1 (bir) büküm və masanın üzərindəki dəmir qabın içərisində saxladığı 9 (on iki) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,125 qram, 0,429 qram, 0,459 qram, 0,422 qram, 0,448 qram, 0,425 qram, 0,408 qram, 0,483 qram, 0,434 qram, 0,043 qram, 0,014 qram, 0,081 qram, 0,063 qram olmaqla ümumi təmiz çəkisi 3,884 qram narkotik vasitə olan heroin, 07 (yeddi) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,455 qram, 0,429 qram, 0,063 qram, 0,085 qram, 0,009 qram, 0,130 qram, 0,054 qram olmaqla ümumi təmiz çəkisi 1,225 qram psixotrop maddə metamfetamin, 02 (iki) ədəd kibrit qutusunun içərisində ayrıayrılıqda təmiz çəkiləri 2,059 qram, 2,324 qram və siqaretin içərisində təmiz çəkisi 0,130 qram olmaqla, ümumi təmiz çəkisi 4,513 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə satışı ilə məşğul olmamış, sadəcə olaraq narkotik vasitə istifadəçisi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün üzərində narkotik vasitə yox idi, lakin yaşadığı evdə olan dəmir qabın içərisində var idi. Evində olan narkotik vasitənin miqdarı isə ittiham aktında göstərilən miqdarda deyildi. Sadəcə olaraq 0,5 qram heroin, 1 qram metamfetamin var idi. Evindən aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün nəzərdə tutmuşdu və onları satmaq məqsədi olmayıb. O polis bölməsində ona təqdim olunana sənədləri imzalayanda yanılmışdı, elə bilmişdi ki, 234.1-ci maddə ilə onu təqsirləndirillər. Polis əməkdaşları ona təzyiq göstərək, həmin sənədləri imzalamağa razı saldılar. Axtarış aparılanda videoçəkilişdən istifadə olunmuşdu. Narkotik vasitəni tanımadığı şəxsdən almışdı. Üzərində və ya evində tərəzi olmayıb, polis əməkdaşları sexində olan tərəzini götürüblər. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə "Rüfət” adlı şəxsin qanunsuz olaraq üzərində və yaşadığı evdə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Rüfət» adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə 21 may 2021-ci il tarixdə o və digər əməkdaş Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdu. O, Şahid1 və təhqiqatçı Samir Allahverdiyev birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getdilər. Orada Təqsirləndirilən şəxs özlərini təqdim etdilər və ona bölmənin əməliyyat aparatına yaşadığı evdə narkotik vasitə olması barədə məlumat daxil olduğunu bildirərək, yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmamasını soruşdular. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı o özü könüllü olaraq evdə narkotik vasitə olduğunu bildirdi və yaşadığı evə daxil olaraq narkotik vasitələrin olduğu yeri göstərdi. Baxış zamanı masanın üzərində olan metal qabın içərisindən təxminən 19 büküm və 1 elektron tərəzi aşkar edildi. Təqsirləndirilən şəxs üzərində də narkotik vasitə olduğunu bildirirərək, əynindəki köynəyin cibindən 03 ədəd bükümü təqdim etdi. Təqsirləndirilən şəxs həmin maddələri "Koroğlu” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən aldığını bildirdi. Aşkar edilmiş bükümlər qablaşdırılıb möhürlənərək götürüldü və bu barədə protokol tərtib edildi. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı evdə onun ailə üzvləri yox idi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə və onda ittiham aktında qeyd olunan məbləğdə narkotik vasitə olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 21 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/2012 saylı, 22.05.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 9(doqquz) ədəd şəffaf polietilen bükümde ayrıayrılıqda təmiz çəkisi 0,125 qr, 0,429 qr, 0,459qr, 0,422 qr, 0,448 qr, 0,425 qr, 0,408 qr, 0,483 qr, 0,434 qr, və 4(dörd) ədəd "gümüşü" rəngli kağız bükümdə ayrı-ayrılıqda temiz çəksi 0,043 qr, 0,014 qr, 0,081 qr, 0,063 qr, ümumi təmiz çəkisi 3,834 qram qəhvəyi rəngli tozşəkili maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,455 qr və 0,429 qr və 5(beş) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,063 qr, 0,085 qr, 0,009 qr, 0,130 qr, 0,054qr, ümumi təmiz çəkisi 1,225 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd arxasında "500 g x 0,01 g” yazısı olan elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 3,834 qram,tədqiqata sərf edildi 0,13 qram, qalıq 3,704 qram, metamfetaminin ümumi təmiz çəkisi 1,225 qram, tətqiqata sərf edildi 0,07 qram, qalıq 1,155 qram. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 7/477 saylı, 22.05.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən şikar edilərək götürülmüş” yazılar və imzalar olan üzəri skoçla bağlanmış birinci ağ rəngli polietilen bağlamada 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,059 qram, 2,324 qram və həmin bağlamada bir ədəd yarı hissəsi yanmış, düzəldilmiş siqaretdəki qarışıq kütlədə təmiz çəkisi 0,130 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 4,513 qramdır. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ikinci ağ rəngli polietilen bağlamada bir ədəd arxasında “500 g x 0,01g” yazısı olan elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Marixuananın ümumi təmiz çəkisi 4,513 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 4,453 Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 6/2431 saylı, 07.07.2021-ci il tarixli rəyi İlə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti № 59” ştamp əksi olan paketdəki, vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 13 (on üç) ədəd bükümdə heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 7 (yeddi) ədəd bükümlərdə metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 1,155 qram, tədqiqata sərf edildi 0,07 qram, qalıq 1,085 qram, heroinin ümumi təmiz çəkisi 3,704 qram,tədqiqata sərf edildi 0,13 qram, qalıq 3,574 qram. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 7/561 saylı, 25.06.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki,tədqiqata təqdim olunmuş mərkəzə məxsus bir ədəd qəhvəyi rəngli kağız paketdəki üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamada olan 2 (iki) ədəd (qırmızı və göy rəngli) kibrit qutularında olan marixuanalar bir-birindən fərqlənir Marixuananın ümumi təmiz çəkisi 2,304 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 2,019 qram, 2,284 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 16.06.2021-ci il tarixli, 1912 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 21 may 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlində cəzanın ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutlar otağında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan qalıq çəkisi 4,303 qram qurudulmuş marixuana, 3,574 qram heroin, 1,085 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 360 (üç yüz atmış) 92 (doxsan iki) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 360 (üç yüz atmış) 92 (doxsan iki) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan qalıq çəkisi 4,303 qram qurudulmuş marixuana, 3,574 qram heroin, 1,085 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar