Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1695/2022 25.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X6 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək məqsədi ilə 2022-ci ilin mart ayında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq külli miqdarda, yəni 265 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin çətənə bitkilərinin hissələrini toplayıb qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 10015 qram (10 kq 15 qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etdikdən sonra həmin narkotik vasitəni bir ədəd sintetik torbada qablaşdırıb yaşadığı evin həyətində olan ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin içərisində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2022-ci i! tarixdə saat 16:52-də Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən həmin ərazidə xüsusi qulluq göstərilərək yetişdiriüb kultivasiya edilmiş külli miqdarda, yəni 265 ədəd təmiz çəkisi 44700 qram (44 kq 700 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və narkotik tərkibli çətənə bitkilərindən qurutmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni 10015 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana fərdi yaşayış evinin həyətində olan ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin içərisindən bir ədəd sintetik torbada olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Artıq uzun müddətdir ki, narkotik vasitələrin qurudulmuş marixuana növündən istifadə edir. 2022-ci ilin əvvəllərində o, yaşadığı evin həyətyanı sahəsində gələcəkdə istifadə etmək məqsədi ilə narkotik vasitə əkmək qərarına gəlmiş və istifadə etdiyi narkotik vasitələrin içəirisindən çıxan toxumları yığıb özündə saxlamışdır. Çətənə bitkilərinin əkib becərdilməsinin qanunla qadağan olduğunu bilmişdir. 2022-ci ilin mart ayında əvvəllərində o, həmin çətənə toxumlarını yaşadığı evin həyətində əkmiş və əkdiyi bitkiləri mütəmadi olaraq sulamağa başlamışdır. 16 iyun 2022-ci il tarixdə yaşadığı evdə tək olduğu zaman bir neçə mülki geyimli şəxslər onun yaşadığı evə gələrək kim olduğunu soruşmuş, o da özünü təqdim etdikdən sonra həmin şəxslər özlərini Daxili lşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra onun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək yaşadığı evin həyətinə və içərisinə baxış keçirilməli olduğunu və baxışın videoçəkilişlə aparılacağım izah etmişlər. Bundan sonra videoçəkilişdən istifadə edilməklə baxışa başlanılmış, baxış zamanı ərizə yazaraq baxışın keçirilməsinə etiraz etmədiyimi bildirmişdir. Bundan sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və bu zaman o, narkotik tərkibli bitkiləri əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Bu zaman oradan təxminən 150-yə yaxın sayda bitkilər aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları qonşusu olan Anardan torba götürərək, əkib becərdiyi çətənə birkilərindən yerə düşmüş yarpaqları həmin torbaya yığmışlar. Həmin yarpaqlar yaş vəziyyətdə olmaqla, torba tərəzi ilə çəkildiyi zaman ümumi çəkisi ittiham aktında göstərildiyi kimi 10 kg deyil, daha az çəkidə olmuşdur. Həmin vaxt polis əməkdaşları onu ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunması ilə hədə-qorxu gələrək təziq göstərdiklərinə görə o, polis əməkdaşlarının dedikləri ilə razılaşaraq, videoçəkiliş zamanı həmin kisənin ona məxsus olmaqla, kisədə olan çətənə bitkisinin hissələrinin istifadə üçün yararsız olduğundan onları çıxarıb kisəyə yığıb saxladığını demişdir. Bundan sonra videoçəkiliş dayandrılmış və o polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. İdarədə sənədləşmə işləri aparılmış, o da həmin vaxt təziq altında olduğuna görə ona təqdim olunmuş bütün sənədləri imzalamışdır. Elan edilməklə ona təqdim olunmuş məhkəmə-bioloji ekspertizasının 16 iyun 2022-ci il tarixii 7/637 nömrəli rəyi ilə o, ibtidai istintaq zamanı tanış olmuş, həmin ekspertiza rəyinə əsasən yaşadığı evin həyətyanə sahəsində aşkar olunmuş ağ rəngli sintetik torbanın içərisində olan narkotik vasitə marixuananın - 10015 qram (10 kq 15 qram) çəkidə olması ona aydındır. Lakin bildirir ki, həmin kisədə göstərilən çəkidə marixuana olmasını təsdiq etmir. Bir daha bildirir ki, həmin kisə ona məxsus deyil. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bildiyini qeyd edib, himayəsində iki azyaşlı uşağının olmasını və vərəm xəstəliyindən əziyyət çəkdiyini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirindən əvvəl tanımamışdır. 15 iyun 2022-ci il tarixdə əməkdaşı olduğu idarəyə Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edib saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat idarənin əməkdaşı X2 tərəfindən rəsmiləşdirildikdən sonra əməliyyat qrupu yaradılmaqla, qrupa rəhbərlik Elsəvər Abbasova həvalə olunmuş, o, və Şahid3 isə qrupun tərkibinə daxil edilmişlər. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini kultivasiya etməsi barədə məlumat daxil olduğundan onlar qeyd olunan ünvana getmişlər. Həmin gün saat 16:40-da qeyd olunan ünvana çatdıqda qapı döyülmüş, həmin vaxt bir nəfər qapını açmış və ondan kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduqlarını, onun yaşadığı evin həyətində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək saxlaması barədə məlumat daxil olduğunu deyərək evin həyətyanı sahəsinə baxış keçirilməsinə zərurət yarandığını izah edib baxış keçirilməsinə icazə verməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində, həmçinin üzərində qanunsuz əşya, narkotik tərkibli çətənə bitkiləri olub-olmaması barədə soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onları mişar daşları ilə hörüldüyü yerə aparmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin yeri özünün mişar daşları ilə hördüyünü, məqsədinin oraya ailə üzvlərinin, eləcə də digər şəxslərin daxil olmaması, həmçinin kənardan görünməməsi olduğunu, özünün həmin yerə nərdivanla daxil olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin tikilini sökərək orada olan sahəyə onları dəvət etmiş, torpaq sahəsinə daxil olan zaman orada çətənə kollarının olması müşahidə edilmiş, baxışda iştirak edən aqronom həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onların suallarına cavab olaraq həmin kolların çətənə bitkiləri olduğunu, onları 2022ci ilin mart ayında özünə məxsus olan çətənə bitkisinin toxumlarını əkdiyini, sonradan onlara qulluq etdiyini, özünün uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyindən həmin kolları şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Həmin kollar tək-tək torpaqdan çıxarılmaqla sayılmış və orada ümumilikdə 265 ədəd çətənə bitkisinin olması müəyyən olunmuşdur. Həmin bitkilər qablaşdırılaraq götürüldükdən sonra Təqsirləndirilən şəxs əkdiyi çətənə birkisinin kollarının bir hissəsinin yarpaqlarını yığaraq yarımtikilidə saxladığını deyərək onları da təqdim edə biləcəyini demiş, həmin ərazidə olan yarımtikiliyə baxış keçirilən zaman oradan bir ədəd kisəni götürüb təqdim etmişdir. Həmin kisəyə baxış zamanı orada qurudulmuş marixuana olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kisədə olan narkotik vasitələrin kultivasiya etdiyi kolların yarpaqlarından yığıb qurutduğunu və orada saxladığını bildirmişdir. Həmin kisə də qablaşdırılaraq götürülmüş, bundan sonra evin içərisinə və digər hissələrə baxış keçirilmiş, qanunsuz əşya aşkar olunmamış, lakin ona məxsus olan şəxsiyyət vəsiqəsi götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qanunsuz əşya aşkar olunmamış, lakin ona məxsus olan mobil telefon götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılaraq birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmış, daha sonra baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün yazıldığı üçün həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirildiyi zaman sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi BMCMİ-nin əməkdaşı Şahid3 oğlu digər Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar massivi ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun qaynı və həmçinin qonşusudur. 15 iyun 2022-ci il tarixdə evdə olduğu zaman Seyfəddinin oğlu Həsən onların yaşadığı evə gələrək, Seyfəddinin evinə polis əməkdaşlarının gəldiyi barədə məlumat vermiş, o da həmin vaxt onların evinə getmişdir. Seyfəddinin yaşadığı evin həyətinə daxil olduğu zaman o, polis əməkdaşlarının əraziyə baxış keçirdiklərini görmüşdür. Həmin vaxt polis əməkdaşları ondan boş kisə istədikləri üçün o, evinə qayıdaraq, oradan boş kisə gətirib polis əməkdaşlarına vermişdir. Belə hesab edir ki, Seyfəddinin həyətində göstərilən miqdarda kol aşkar oluna bilməzdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edib saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa Baş İdarənin əməkdaşları Şahid2, Şahid3 və xüsusi mühüm işlər üzrə baş təhqiqatçı Mirata Seyidov daxil olmuş, qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini kultivasiya etməsi barədə məlumat daxil olduğundan əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd olunan ünvana getmişlər. Həmin vaxt videoçəkilişdən istifadə olunmuş və baxışda iştirak etməsi üçün aqronom dəvət edilmişdir. Həmin gün saat 16:40-da qeyd olunan ünvana çatdıqda qapı döyülmüş, həmin vaxt bir nəfər qapını açmış və ondan kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduqlarını, onun yaşadığı evin həyətində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək saxlaması barədə məlumat daxil olduğunu deyərək evin həyətyanı sahəsinə baxış keçirilməsinə zərurət yarandığını izah edib baxış keçirilməsinə icazə verməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək bu barədə ərizə yazıb yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar və ona evin həyətyanı sahəsində, həmçinin üzərində qanunsuz əşya, narkotik tərkibli çətənə bitkiləri olub-olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri olduğunu bildirmiş və onları evin həyətində olan yardımçı tikilinin arxa hissəsinə dəvət etmişdir. Həmin yerə çatan zaman sözü gedən yerin mişar daşları ilə hörüldüyünü görmüşlər. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin yeri özünün mişar daşları ilə hördüyünü, məqsədinin oraya ailə üzvlərinin, eləcə də digər şəxslərin daxil olmaması, həmçinin kənardan görünməməsi olduğunu, özünün həmin yerə nərdivanla daxil olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin tikilini sökərək orada olan sahəyə onları dəvət etmiş, torpaq sahəsinə daxil olan zaman orada çətənə kollarının olması müşahidə edilmiş, baxışda iştirak edən aqronom həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kolların çətənə bitkiləri olduğunu, onları 2022-ci ilin mart ayında özünə məxsus olan çətənə bitkisinin toxumlarını əkdiyini, sonradan onlara qulluq etdiyini, özünün uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyindən həmin kolları şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Həmin kollar tək-tək torpaqdan çıxarılmaqla sayılmış və orada ümumilikdə 265 ədəd (iki yüz altmış beş) çətənə birkisinin olması müşahidə olunmuşdur. Həmin bitkilər qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs əkdiyi çətənə birkisinin kollarının bir hissəsinin yarpaqlarını yığaraq yarımtikilidə saxladığını deyərək onları da təqdim edə biləcəyini demiş, həmin ərazidə olan yarımtikiliyə baxış keçirilən zaman oradan bir ədəd kisəni götürüb təqdim etmişdir. Həmin kisəyə baxış zamanı orada qurudulmuş marixuana olması aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kisədə olan narkotik vasitələrin kultivasiya etdiyi kolların yarpaqlarından yığıb qurutduğunu və orada saxladığını demişdir. Həmin kisə də qablaşdırılaraq götürülmüş, bundan sonra evin içərisinə və digər hissələrə baxış keçirilmiş, qanunsuz əşya aşkar olunmamış, lakin ona məxsus oian şəxsiyyət vəsiqəsi götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qanunsuz əşya aşkar olunmamış, lakin ona məxsus olan mobil telefon götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılaraq birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmış, daha sonra baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün yazıldığı üçün həmin protokolu imza etmişdir (cild 01, iş vər. 103-105). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanladığı 15 iyun 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə müraciət edərək polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi ünvanına baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 13). “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 15 iyun 2022-ci il tarixdə Bakı şəhərində tərtib olunmuş 04 vərəqdən ibarət “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman evin həyətinyanı sahəsindən külli miqdarda 265 ədəd aqrotexniki qaydada qulluq edərək yetişdirilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmin evin həyətində olan ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin içərisindən isə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana bir ədəd sintetik torbada aşkar edilərək götürülmüşdür (cild 01, iş vərəqi 14-17) “Şübhəli şəxsin tutulması haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 28). Məhkəmə-bioloji ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixii 7/637 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı..." yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı təmiz çəkisi - 10015 qram (10 kq 15 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd polietilen torbalardakı ümumi sayı 265 (iki yüz altmış beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 44700 qram (44 kq 700 qram) olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Qeyd : marixuananın təmiz çəkisi - 10015 qram (1 NQ-li ob) tədqiqata sərf olundu - 0.2 qram, qalıq 10014.8 qram. Çətənə bitkilərinin ümumi çəkisi - 44700 qram (3 N°-li ob) tədqiqata sərf edildi - 0.4 qram, qalıq 44699.6 qram (cild 01, iş vər. 47-51). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 66- 67). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-720/2022 saylı, 17 iyun 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 87-91). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnfromasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Orenburq vilayəti Qay Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının hökmünün tanınması və Azərbaycab Respublikası qanunvericiliyi ilə tənzimlənməsinə dair xx.xx.2005-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş, ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkumluğu ödənilmiş və götürülmüşdür (cild 01, iş vər. 99-102). Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ evi 340 ünvanında qeydiyyatdadır, həmin ünvanda yaşadığı dövr ərzində barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cild 01, iş vər. 120). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin 4-5 aydır ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (cild 01, iş vər. 134-135). “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 yanvar 2010-cu il təvəllüdlü Həsən və 28 yanvar 2018-ci il təvəllüdlü İslam adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Göründüyü kimi həmin siyahıda narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı – 5 qram, külli miqdarı isə 500 qramdan artıq olması nəzərdə tutulmuşdur. Bundan başqa qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (İİİ siyahı) miqdarları çətənə növlü bitkilər 3-15 ədəd olmaqla xeyli miqdar kimi, 16 ədəd və daha artığı külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” 15 iyun 2022-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntü və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etməsinin satış məqsədi ilə deyil, gələcəkdə həmin bitkilərdən istifadə etməsi məqsədilə kultivasiya etdiyi barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan çətənə bitkilərinin toxumlarını yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkdiyi andan artıq cinayət əməli başa çatmışdır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan toxumları əkdikdən sonra müntəzəm olaraq suvarmaqla və ətrafındakı digər yabanı otlardan təmizləməklə qulluq etmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca şərh verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir. Bununla əlaqədar məhkəmələrə izah olunsun ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə – həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər, belə maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), bu maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Şəxsə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olub-olmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs özünə məxsus həyətyanı sahədə əkdiyi narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplayaraq qurutmaqla qurudulmuş marixuana hazırlamışdır. Əkdiyi narkotik tərkibli çətənə bitkilərindən qurudulmuş marixuana hazırlayıb əldə etməklə bir ədəd sintetik torbada qablaşdırıb yaşadığı evin həyətində olan ev quşlarının saxlanılması üçün nəzərdə tutulmuş tikilinin içərisində saxlamışdır. Bundan başqa Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs yaşadığı evinhəyətyanı sahəsindən yuxarıda göstərilən şəraitdə 01 ədəd sintetik torbada ümumi təmiz çəkisi 10015 qram (10 kq 15 qram) çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: AR DİN BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- 03 ədəd polietilen bağlamalardakı ümumi təmiz çəkisi tədqiqatdan sonra 44699.6 qram qalmış 265 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri və 01 ədəd sintetik torbada ümumi təmiz çəkisi tədqiqatdan sonra 10014.8 qram qalmış çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: AR DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- 03 ədəd polietilen bağlamalardakı ümumi təmiz çəkisi tədqiqatdan sonra 44699.6 qram qalmış 265 ədəd narkotik vasitə çətənə (kannabis) bitkiləri və 01 ədəd sintetik torbada ümumi təmiz çəkisi tədqiqatdan sonra 10014.8 qram qalmış çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1695/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1695/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver