Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1695/2024 26.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2mış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən həmin şəxsin istifadəsində olan +98-904-445-7047 «WhatsApp» nömrəsi ilə mesajlaşma tətbiqi vasitəsi ilə danışıb istintaqa məlum olmayan tarixdə digər şəxslərə çatdırmaq məqsədi ilə xeyli miqdarda təmiz çəkisi 370,0 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda təmiz çəkisi 91,107 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən narkotik vasitə heroini, təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda 1,6 qram təşkil edən 40 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə narkotik vasitə metadonu və külli miqdarda təmiz çəkisi 310,0 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq məqsədilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsi, ev 264 ünvanında gizlədərək saxlamış, əldə etdiyi ümumi narkotik vasitələrdən külli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 72,550 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsi, ev 264 ünvanın qarşısına qədər daşımış, onun narkotik vasitələrinin və psixotrop maddələrinin qanusuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 08 yanvar 2024-cü il tarixdə, saat 01:20-də həmin ünvanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və həmin idarədə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 72,550 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 04:30-də Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2dığı evə baxış keçirilmiş, evin yataq otağında olan bağlamadan külli miqdarda bir ədəd polietilen bağlamada bir ədəd bükümdə təmiz çəkisi 310,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış metamfetamin, külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 18,557 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 40 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda 1,6 qram (1 ədəd həblər 0,04 qram) təşkil edən metadon, bir ədəd polietilen bağlamada xeyli miqdarda təmiz çəkisi 370,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə olan heroinin izləri olan üç ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında evində olarkən polis əməkdaşları gəlib onu BNMİ-nin inzibati binasına aparmışlar. Polis əməkdaşları ona müəyyən qədər narkotik vasitə və psixotrop maddə verərək üzərinə götürməyini istəmişlər. O, əvvəlcə həmin maddələri üzərinə götürmək istəməsə də sonradan razılaşmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, o, marixuana olan narkotik maddə istifadə etdiyindən onu polis əməkdaşları saxlamışlar. Heroin olan narkotik maddədən və metamfetamin olan psixotrop maddədən əvvəllər istifadə etsə də müalicə almış və istifadə etmirdi. Hazırki cinayət işi üzrə polis əməkdaşları tərəfindən saxlanılarkən Bakı Ağır Cinayətlər Məhkəməsində başqa cinayət işi üzrə icraat davam etmişdir. Bu səbəbdən o, narkotik maddə istifadə etmirdi. Qeyd etdiyi digər cinayət işi üzrə barəsində bəraət hökmü çıxarılmışdır. Polis əməkdaşları evinin içərisində onu saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanıldığı saatı xatırlamır. Polis əməkdaşları onu saxladıqdan sonra BNMİ nin inzibati binasına aparmışlar, orada üzərinə şəxsi axtarış həyata keçirilərkən hər hansı qanunsuz maddə aşkarlanmamışdır. Polis əməkdaşları ona narkotik və psixotrop maddə verərək üzərinə götürməyini istəmişlər, o, buna narazılıq və etirazını bildirmiş, lakin, sonuncular onun övladlarını BNMİ-nin inzibati binasına gətirib ona göstərmişlər. Bundan sonra o, polis əməkdaşlarının dediklərini qəbul etmişdir. Polis əməkdaşlarının dediklərini qəbul etdikdən sonra uşaqlarını buraxmışlar və ona birlikdə evinə gedəcəklərini, orada çanta aşkarlanacağını və üzərinə götürməli olduğunu bildirmişlər. Polis əməkdaşlarının ona qarşı etdikləri qanunazidd hərəkətləri barədə müstəntiqə məlumat verib etirazını bildirmişdir. Ona sonradan təqdim edilən sənədləri imzalamamışdır. Polis əməkdaşlarının ona əvvəlcə təqdim etdiyi sənədləri imzaladığını bilmir. Polis əməkdaşlarının qanunazidd təklifini yalnız uşaqlarına görə qəbul etmişdir. Polis əməkdaşları uşaqlarını gətirənə qədər onu döymüşlər, amma sonuncuların təklifini qəbul etməmişdir. Polis əməkdaşları tərəfindən məruz qaldığı fiziki təzyiqlərə görə bədənində hər hansı xəsarət olsa da o, bunu hər hansı sənəddə qeyd etdirməmişdir. Polis əməkdaşları sillə ilə, ayaq zərbələri ilə bədəninə, dolu su vedrəsi ilə başına vurmuşlar. Polis əməkdaşlarının ona göstərdikləri fiziki təzyiqlər nəticəsində qolunda xəsarətlər yaranmış, amma bədənində olan xəsarətləri barədə soruşularkən yıxıldığını və qandalların yaratdığı iz olduğunu bildirmişdir. Saxlanıldığı günün gündüz vaxtı evdə olmuşdur. Saxlanıldığı gün kimləsə görüşüb narkotik maddə almamış, evində narkotik maddə olmamışdır. Saxlanıldığı vaxt gecə radələri idi, amma saatı dəqiq bilmir. Polis əməkdaşları onu saxlamaq üçün evinə gəldikdə evdə anası, arvadı və uşaqları omuşdur. Anası, arvadı və uşaqları onun polis əməkdaşları tərəfindən saxlanılıb aparıldığının şahidi olmuşlar. Əvvəlcə 2 nəfər, daha sonra 7-8 nəfər polis əməkdaşları evinə daxil olmuşlar. Polis əməkdaşları evinə daxil olarkən özlərini təqdim etməmişlər. Onu saxlayan polis əməkdaşlarının adlarını bilmir, amma viziual olaraq tanıya bilər. Polis əməkdaşları onu saxlayıb aparanda üzərində papaqlı gödəkçə olmuşdur. İstifadə etmək üçün aldığı narkotik maddə az olurdu deyə bir dəfəyə istifadə edirdi və əlavə qalmırdı. Narkotik maddə alarkən cibində artıq qaldığı olmuşdur. Sonuncu dəfə narkotik maddədən nə vaxt istifadə etdiyini xatırlamır. Polis əməkdaşları arxadan əlini bağlayıb BNMİ-yə aparmışlar. Polis əməkdaşları onu hara apardıqlarını deməmişlər. BNMİ-də olarkən polis əməkdaşları narkotik maddədən istifadə etdiyinə görə saxlanıldığını bildirmişlər. Polis əməkdaşları onu evdən aparanda saxlanılma səbəbini bildirməmişlər. Polis əməkdaşları tərəfindən BNMİ-nin inzibati binasının zirzəmi qatına aparılmışdır. Orada 2-3 saat gözlədib daha sonra üzərinə şəxsi axtarış həyata keçirmişlər. Üzərinə şəxsi axtarış gecə radələrində aparılmışdır. Polis əməkdaşları ona evinə birlikdə getməyi, orada videoçəkiliş olacağını və narkotik maddəni üzərinə götürməyi təkid etmişlər. Polis əməkdaşları ondan narkotik maddələrin dövriyyəsi ilə məşğul olan birini tanıdığını və barəsində məlumat verməyini tələb etmişlər. Gözündə viziual olaraq da bilinən problem polis əməkdaşlarının onu saxladığı vaxtdan sonra yaranmışdır. Əvvəllər gözündə xəsarət olmamışdır. Videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış həyata keçirilərkən vəkil də orada iştirak etmişdir. Videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış həyata keçirilməmişdən əvvəl vəkili ilə hər hansı danışığı olmamışdır. Videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış həyata keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri haqqında məlumat verilməmişdir. Ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim olunmamışdır. İbtidai istintaq dövründə sənədləri imzalamamışdır. İlk başlarda imzaladığı sənədlər ola bilər. Polis əməkdaşları Yusif adlı vəkilin müdafiəçi olmasını təklif etmişlər və bununla bağlı sənəd imzalatmışlar. Müstəntiq sənədə “özünü təqsirli bilmir” sözünü yazdırıb imzalatmışdır. Vəkili ona sənədlərdə qeyd olunanları oxumuş və o, həmin sənədi imzalamamışdır. İttihamda üzərindən aşkarlandığı qeyd olunan narkotik maddə və psixotrop maddəni əvvəllər istifadə etmişdir. Onu saxlayan şəxs Şahid1dir, amma onu deyilən ünvanda deyil, öz evində saxlamışlar. Polis əməkdaşları onu Şuşa qəsəbəsində saxlamışlar. Şahid1 tərəfindən ona qarşı hər hansı zorakılıq tətbiq olunmamışdır. Onu polis əməkdaşları saxlayarkən üzərində ittiham aktında qeyd olunan narkotik vasitələr olmamışdır. Video çəkilişdə göstərilən həmin maddələri onun cibinə polis əməkdaşları qoymuşdur. Onu polis əməkdaşları ittham aktında qeyd olunan ünvandan deyil, yaşadığı evdən aparmışlar. Video çəkiliş zamanı aşkar olunan narkotik vasitəni onun cibinə Şahid1 qoymamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq tətbiq olunub sadəcə Şahid2 tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmə protokolundakı ifadələri psixoloji təzyiqlər altında vermişdir. Mobil telefonundan aşkar olunmuş +**********47 nömrəli “Qerdes” adı kimi qeyd olunmuş şəxsi tanımır. Mobil telefonlarına baxış keçirilməsi haqqında protokolda cinayət işi materiallarına əlavə olunmuş tərəzi və büküm şəkillərinin ona aidiyyatı yoxdur. Həmin şəkilləri sonradan onun mobil telefonuna köçürmüşlər. +**********68 saylı nömrəyə ünvanlanmış “Tema tema deyirsən pulun var” SMS mətnlərində tema dedikdə narkotik vasitə marixuana nəzərdə tutulmuşdur. +**********68 saylı nömrədən ona ünvanlanmış “Qaga vezyetim pisdi komey ele” SMS mətnlərində +**********68 saylı nömrənin sahibi ondan borca pul istəmişdir. Onun imkanı yaxşı deyil, amma +**********68 saylı nömrənin sahibi qohumu olduğu üçün ondan borca pul istəmişdir. Himayəsində azyaşlı 3 övladının olmasını və ailədə gəlir gətirən yeganə insan olmasının nəzərə alaraq CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəat verilməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından azad olunmasına dair hökm çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 08 yanvar 2024-cü il tarixdə, saat 01:20-də o, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şuşa qəsəbəsi, ev 264 ünvanının qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan başqa, onun şalvarının sol yan cibindən yaşadığı evə aid 01 ədəd açar, şalvarının sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon və üzərində ***-***-**-** mobil nömrəsi olan “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Həmçinin, onun şalvarının arxa, sağ cibindən 1 ədəd pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsini açdıqda oradan ümumilikdə 375 manat və 50 dollar məbləğində pul, 6 ədəd bank kartı aşkar olunmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisi 74 qram olmuşdur. Aşkar olunmuş heroin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun tərəfindən imzalanmışdır. Aşkar olunmuş mobil telefonlar və bank kartları götürülmüş, açar və pul məbləği isə ona geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı mobil telefonunda adını “Qerdeş” kimi yazdığı telefon nömrəsi 098 904 *** **** olan şəxsdən Suraxanı rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, qeyd olunan narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının bildirəcəyi yerlərə yerləşdirəcəyini, gördüyü işin müqabilində İran İslam Respublikasının vətəndaşının ona 300 dollar pul ödədiyini, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmişdir. O, yaşadığı evin yataq otağında bir neçə ədəd bağlamanı təqdim edərək həmin bağlamalarda narkotik vasitə olduğunu bildirmişdir. Qeyd olunan bağlamaları açdıqda orada 3 ədəd tərəzi, ümumilikdə 40 ədəd metadon həbləri, 6 ədəd sellofan bağlamalarda narkotik vasitə olan heroin, 1 ədəd sellofan bağlamada psixotrop maddə olan metamfetamin və 1 ədəd şüşə qablaşdırmada narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 1376 qram, metamfetamin elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 326 qram, qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 406 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş maddələr, həblər və tərəzilər qablaşdırılmış, möhürlənmiş və üzəri onun tərəfindən imzalanmışdır. Sonra onun yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə aşkar edilməmişdir. O, aşkar olunmuş narkotik vasitənin özünə aid olduğunu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının Suraxanı rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, qeyd olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının bildirəcəyi yerlərə yerləşdirəcəyini, gördüyü işin müqabilində İran İslam Respublikasının vətəndaşının ona 300 dollar pul ödədiyini, yaşadığı evdə narkotik vasitə saxladığından arvadının xəbərinin olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Baş Narkotiklərlə Mübarizə İdarəsində yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. O, narkotik vasitəni satdığı şəxslərin adını bilməmişdir. İran vətəndaşı olan şəxs ona narkotiki qoyduğu yerin şəklini atmış, o, da götürüb həmin narkotik vasitələri və psixotrop maddələri tərəzi ilə çəkib İranlının dediyi yerlərə qoymuş, şəklini çəkib həmin şəxsə göndərmiş, həmin yerdən narkotiki gəlib alan adamlar götürmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında o, BNMİ-nin polis əməkdaşı Şahid2lə birlikdə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:20 radələrində saxlamışlar. Təqsirləndirilən şəxslə hadisədən əvvəl tanışlıqları olmamışdır. Onlar Şahid2lə birlikdə Təqsirləndirilən şəxs BNMİ-nin inzibati binasına gətirib, təhqiqatçı Nicat Osmanova təhvil vermişlər. BNMİ-də Təqsirləndirilən şəxs müdafiə hüququ üçün vəkillə təmin olunmuşdur. Təhqiqatçı N.Osmanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində bir ədəd narkotrik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Daha sonra təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitənin qalıqları olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə aparılan axtarış nəticəsində təxmini 1 kiloqram 300 qram heroin, 500 qram qurudulmuş marixuanaya bənzər maddə və 300 qram metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmçinin təqsirləndirilən şəxs aşkar olunan maddələri də İran İslam Respublikasının vətəndaşından alındığını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 2-nin yarısı saxlamışlar. Təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat həmin gün daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu qeyd olunmuşdur. Şəxsin narkotik vasitələrin kimdən əldə etməsi və kimə satması barədə məlumatların əldə olunması üçün əməliyyat tədbirləri davam edir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman hər hansı narazılıq və ya etiraz bildirməmişdir. Təqsirləndirilən şəxsi saxladıqları yer “Şuşa qəsəbəsi” adlandırılan məhlə olmuş və həmin yerin ətrafında həyət evləri olmuşdur. Təqsirləndirilən şəxs Şahid2lə birlikdə saxlamışlar. Tədbirdə 2 nəfər əməliyyatçı iştirak etmişlər. Təqsirləndirilən şəxsi hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları vaxt özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxladıqları yerdən birbaşa Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Təhqiqatçının göstərişi ilə həyata keçirilən video çəkilişdə iştirak etmişdir. Şəxsi axtarış nəticəsində metadon həblər də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlara həmin maddələrin İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və satmaq məqsədi ilə müəyyən ərazilərə yerləşdirəcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs təxmini saat 01:30 radələrində saxlamışlar. Daxil olmuş məlumatda təqsirləndirilən şəxsin harada saxlanılmağı qeyd olunmur, onlar özləri müəyyən edirlər. Qeyd etdiyi ünvana Şahid2lə birlikdə yollanmışlar və məlumatda qeyd olunan şəxsi müəyyən edərək saxlamışlar. Onlar daxil olan məlumata əsasən Təqsirləndirilən şəxs portaldan şəklini aşkar etmişlər. Təqsirləndirilən şəxs saxladıqları yer ara məhəllə olmuş, balaca bir mərtəbəli evlər olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin çəkisi video çəkiliş zamanı təhqiqatçı tərəfindən çəkilir. Onlar Təqsirləndirilən şəxs nə üçün saxladıqlarını yaxınlaşdıqları vaxt bildirmişlər. Onlar təqsirləndirilən şəxsə yaxınlaşdıqları vaxt ilk öncə özlərini sonuncuya təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlayarkən heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs BNMİ-yə dəvət etdikləri vaxt əllərini qandallamamışlar. Onlar Təqsirləndirilən şəxs BNMİ-yə onun avtomobili ilə aparmışlar. Avtomobilinin markası “BMW” olmuşdur. Təqsirləndirilən şəxsi saxladıqları vaxt iki nəfər olmuşlar. Avtomobili BNMİ-yə gedərkən o, idarə etmişdir. Təqsirləndirilən şəxsi BNMİ-yə aparan vaxt üzərində telefon olmuş, amma içində sim kart olmamışdır. O, Təqsirləndirilən şəxs yaşadığı ünvanı bilmiş və həmin ünvanda da axtarış aparmışdır. Təqsirləndirilən şəxs saxladıqları yer sonuncunun yaşadığı ev ünvanına yaxın olmuşdur. Onlar təqsirləndirilən şəxsi yaşadığı evdən deyil, qeyd etdiyi ünvanda saxlamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:20 radələrində Təqsirləndirilən şəxs Şuşa qəsəbəsində görmüşlər və sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-yə dəvət etmişlər. Oraya şəxsin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah olunmuşdur. Təhqiqatçının göstərişi ilə aparılan video çəkiliş zamanı təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin əynindəki şalvarın cibində bir büküm şəffaf sellofana bükülmüş heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onlara həmin maddəni İran İslam Respublikasından əldə etdiyini və həmin maddələri sataraq müqabilində 300 ABŞ dolları əldə etmək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evində də artıq narkotik maddələrin olduğunu bildirmişdir. Onlar təqsirləndirilən şəxsin evində də axtarış həyata keçirmişlər. Təqsirləndirilən şəxs video çəkiliş zamanı könüllü surətdə evində qalan narkotik vasitələri onlara təqdim etmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evdən 1 kiloqram 300 qramdan çox narkotik vasitə heroinə bənzər maddə, 400 qramdan çox marixuana, 300 qram metamfetamin və metadon həbləri aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxladıqları vaxt 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxs saxlayarkən istifadə etdikləri avtomobil şəxsi avtomobil olmuşdur. Təqsirləndirilən şəxsi 01:00-02:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqdan sonra BNMİ-yə aparmışlar. BNMİ-də Təqsirləndirilən şəxs hüquqlarını izah etmək üçün müdafiəçi dəvət olunmuş və müdafiə hüququ təmin edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq üzərindəki maddələri çıxarıb masanın üzərinə qoymuşdur. Video çəkilişdə də qeyd olunduğu kimi maddələri təqsirləndirilən şəxs özü səmimi olaraq təqdim etmiş və sonuncuya qarşı heç bir zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsi saxladıqları vaxt tək olmuş və sonuncunu hərəkətdə olduğu vaxt saxlamışlar. Onlarda təqsirləndirilən şəxs barədə əməliyyat məlumatları olduğundan sonuncuya şübhəli bilib yaxınlaşmışlar. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatları onlarda qabaqcadan olmuşdur. Ümumiyyətlə, təqsirləndirilən şəxsi saxlayarkən özünü şübhəli aparmış və saxladıqları vaxt üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barədə onlara əməliyyat məlumatları həmin gün daxil olmuşdur. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir, təzyiq olmamışdır. O, təqsirləndirilən şəxsin döyülməsinin şahidi olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 5) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 6-7) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:30-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 01:20-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 23) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən yaşadığı evə aid 1 (bir) ədəd açar, şalvarının sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon və üzərində ***-***-**-** mobil nömrəsi olan “Redmi” markalı mobil telefon, şalvarının arxa, sağ cibindən 1 ədəd pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsini açdıqda oradan ümumilikdə 375 manat və 50 dollar məbləğində pul, 6ədəd bank kartı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisi 74 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün aşkar olunmuş mobil telefonlar və bank kartları bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, açar və pul məbləği isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının Suraxanı rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, qeyd olunan narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının bildirəcəyi yerlərə yerləşdirəcəyini, gördüyü işin müqabilində İran İslam Respublikasının vətəndaşının ona 300 ABŞ dollar pul ödədiyini, yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, verilən sualları tam başa düşdüyünü, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. (l cild i.v 32-34, 140-141) xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında bir neçə ədəd bağlamanı təqdim edərək həmin bağlamalarda narkotik vasitə olduğunu bildirmişdir. Qeyd olunan bağlamaları açdıqda orada 03 ədəd tərəzi, hər birində 10 ədəd narkotik vasitə metadon həbi olan 4 ədəd blister, yəni ümumilikdə 40 ədəd metadon həbləri, 06 ədəd sellofan bağlamalarda açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd sellofan bağlamada kristalşəkilli, ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə və 01 ədəd şüşə qablaşdırmada açıq yaşımtıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 1376 qram, metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 326 qram, qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 406 qram olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının Suraxanı rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, qeyd olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının bildirəcəyi yerlərə yerləşdirəcəyini, gördüyü işin müqabilində İran İslam Respublikasının vətəndaşının ona 300 dollar pul ödədiyini, yaşadığı evdə narkotik vasitə saxladığından arvadının xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v 35-40, 140-141) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/40 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd zərfdə və bir ədəd qara rəngli polietilen bağlamada olan: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 72,550 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen bağlamada bir ədəd bükümdə təmiz çəkisi 310,0 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 840,0 qram, 230,0 qram, 140,0 qram, 18,641 qram, 9,680 qram ümumi təmiz çəkisi 1238,321 qram olan qəhvəyi rəngli maddələrin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 18,557 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş ümumi sayı 40 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metodonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 1,6 qram (1 həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş üç ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün olmadı. (İ cild i.v. 46-51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/23 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan maddə ...” yazı və imzalar olan 1 ədəd polietilen bağlamada təmiz çəkisi 370,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin bağlamada olan 3 (üç) ədəd tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. (İ cild i.v. 53-57) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 67-69) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-11/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 01:20-dən hesablanmışdır. (İ cild i.v. 89-92) xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video çəkilişi özündə əks etdirən bir ədəd CD disk, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin video çəkilişi özündə əks etdirən bir ədəd CD disk, "xxxx" Telekom MMCdən göndərilmiş bir ədəd CD disk və "xxxx" Telekom MMC-dən göndərilmiş bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S20” və “Redmi A10” markalı iki ədəd mobil telefon, 91,107 qram narkotik vasitə heroin, 310,0 qram psixotrop maddə metamfetamin, 40 ədəd metadon həbləri və 370,0 qram narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S20” və “Redmi A10” markalı iki ədəd mobil telefon, heroinin 0,1 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 91,007 qramı, metamfetaminin 0,05 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 309,95 qramı, metadonun 5 ədəd həbi ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 35 ədədi, qurudulmuş marixuananın 0,05 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 369,95 qramı, 5 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 840,0 qram, 230,0 qram, 140,0 qram, 18,641 qram, 9,680 qram ümumi təmiz çəkisi 1238,321 qram olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1238,121 qram qəhvəyi rəngli maddələrin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməyən maddələr və 03 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (İ cild i.v. 93-95, 156-170) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 110-111) xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş “Samsung Galaxy S20” və “Redmi A10” markalı ağıllı telefonlara baxış keçirilmişdir. Qeyd edilən “Samsung Galaxy S20” markalı telefona ayarlar bölümünə 0808 kodunu yazaraq daxil olduqdan sonra həmin telefonun içərisində ekrana toxunmaqla “whatsap” bölümünə daxil olub həmin bölümdə olan “Qerdes” kimi adı qeyd edilmiş şəxsin +**********47 nömrəsi olduğu müəyyən edilmişdir. Həmin nömrə ilə 07 yanvar 2024-cü il tarixdən zənglər və 05 saniyə səs yazısı olmuş, həmin səs yazısında narahat olma qağa 5 dəqiqə qalmış sən mənə de mən sənə təqdim edəcəm mən səni başa düşürüəm nə deyirsən deyir. “Samsung Galaxy S20” markalı ağıllı telefonun “whatsapp”da ***-***-**-** saylı sim nömrədən istifadə edilmişdir. “Redmi A10” markalı telefona ayarlar bölümünə 4589 kodunu yazaraq daxil olduqdan sonra həmin telefonun içərisində ekrana toxunmaqla “whatsap” bölümünə daxil olub həmin bölümdə olan “Qerdes” kimi adı qeyd edilmiş şəxsin +**********47 nömrəsi olduğu müəyyən edilmişdir. Həmin nömrə ilə 07 yanvar 2024-cü il tarixdən zənglər və 10 saniyə səs yazısı vardır həmin səs yazısında - saa canım qurban olsun səndə bu cür müəkəmməl şəkil var nə istəyirsən daa mükəmməl elə oxun ucundadı yerdəkindədi, sonra isə yazır-yerdəki taxtanın altında. İkinci səs yazısında işıqlarımız söndü deyə işıqlar getdi internet kəsildi başa düşdüm axıra kimi deyə bilmədim 5 dəqiqə qalmış sən maa de dalşe mənlikdi. “Redmi A10” markalı ağıllı telefonun “whatsapp”da ***-***-**-** saylı sim nömrədən istifadə edilir. Hər iki telefonun qaleriyasında Təqsirləndirilən şəxs göndərilmiş və onun göndərdiyi narkotik vasitələrin tərəzi üzərində olan foto şəkilləri və narkotik vasitələrin atılaraq götürüldüyü ünvanların xəritələri vardır. (İ cild, i.v. 128-133) xx.xx.2024-cü il tarixli Bakcell MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** saylı mobil telefon məlumatlarını özündə əks etdirən "xxxx" Telekom MMC-dən 29 fevral 2024-cü il tarixli, BKC/LGL-3617/24 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində «SMS Tarixcesi **********1700 558085525» adlı 70 KB həcmində, «SMS Tarixcesi **********0734 558085525» adlı 69 KB həcmində, «Zenglerin Detallasmasi **********5034 558085525» adlı 618 KB həcmində, «X2 **********5101 ********* BKC» adlı 66 KB həcmində olan fayıllar müəyyən edilmişdir. «SMS Tarixcesi **********0731 558085525» adlı 70 KB həcmində olan faylda Təqsirləndirilən şəxs yazdığı smslər vardır və bu sms-lər bunlardır: xx-xx-2023 17:08:17 xx-xx-2023 20:08:32 1.1.**********25 1.1.**********68 Tema tema deyirsən pulun var, xx-xx-2023 23:35:42 1.1.**********25 1.1.**********18 Emoglu nasosnudan tema götürüb gelik, «SMS Tarixcesi **********0734 558085525» adlı 69 KB həcmində olan fayılda Təqsirləndirilən şəxs yazılmış smslər olmuş və bu sms-lər bunlardır: xx-xx-2023 06:32:05 xx-xx-2023 06:32:05 1.1.**********68 1.1.**********25 Qaga vezyetim pisdi komey ele, xx-xx-2023 11:46:47 xx-xx-2023 11:46:48 1.1.**********68 1.1.**********25 Varindsa el tut qohum yaxşi deyilem, xx-xx-2023 17:28:07 xx-xx-2023 17:28:07 1.1.**********00 1.1.**********25 Qohum menem ildirim evin nomresidi 10 manatm var raminen gorusmedin, ********** saylı telefonun anteni xx.xx.2024-cü il tarixdə saat 21:37:33-də sonuncu danışıq üzrə LABS5591O6/LABS5591 Yeni Ramani/Bakı Metropolitan ərazisi olaraq göstərmişdir. (İ cild, i.v. 142-144) xx.xx.2024-cü il tarixli Azercell MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** saylı mobil telefon nömrəsinin məlumatlarını özündə əks etdirən "xxxx" Telekom MMC-dən 26 mart 2024-cü il tarixli 1385/24 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində “**********.tx” adlı 1 KB həcmində, “abuneciler” adlı 25 KB həcmində, “antena” adlı 26 KB həcmində olan fayıllar müəyyən edilmişdir. ********** saylı telefonun anteni xx.xx.2024-cü il tarixdə saat 22:39:41-də sonuncu danışıq üzrə Bakı şəhəri Sabunçu rayonu Şuşa qəsəbəsi olaraq göstərmişdir. (İ cild, i.v. 145-147) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X12 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 730 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 152-153) Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı azyaşlı uşaqları vardır. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 479/2024 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı hər iki yuxarı ətrafda tropik yaralar müşahidə edilmişdir. Məhkəmənin sorğusu əsasında Sabunçu rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.02024-cü il tarixdə səhər saat 07:20-də MSY-nə gətirilən zaman onun üzərinə tam baxış keçirilmiş, baxış zamanı bədənində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmənin sorğusu əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Baş İdarəyə gətirilmiş, şübhəli şəxs kimi tutulmuş, üzərinə şəxsi axtarış, yaşadığı evə baxış keçirilmiş, həmin gün Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Prosessual hərəkətlər zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təsirlərin olmadığını bildirmiş və bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiqlər göstərilməsi, polis əməkdaşlarının ona narkotik və psixotrop maddə verərək üzərinə götürməyini istəmələri və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “evə baxış keçirilməsi və götürmə haqqında” protokol, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Sabunçu rayon Polis İdarəsindən, Baş Narkotiklərlə Mübarizə İdarəsindən, Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı və evə baxış zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən və evindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı mobil telefonunda adını “Qerdeş” kimi yazdığı telefon nömrəsi 098 904 *** **** olan şəxsdən Suraxanı rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, qeyd olunan narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının bildirəcəyi yerlərə yerləşdirəcəyini, gördüyü işin müqabilində İran İslam Respublikasının vətəndaşının ona 300 dollar pul ödədiyini səmimi etiraf edir. Digər tərəfdən, Bakcell MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmiş mətn yazıları, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin miqdarının külli miqdar üçün müəyyən olunmuş həddindən dəfələrlə çox olması, həmçinin 3 ədəd tərəzinin də aşkar edilməsi və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində üç nəfər az yaşlı uşaqlarının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:30-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 01:20-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-11/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 01:20-dən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 135 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 91,007 qram narkotik vasitə heroin, 309,95 qram psixotrop maddə metamfetamin, 35 ədəd metadon, 369,95 qram narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S20” və “Redmi A10” markalı iki ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 91,007 qram narkotik vasitə heroin, 309,95 qram psixotrop maddə metamfetamin, 35 ədəd metadon, 369,95 qram narkotik vasitə qurudulmuş marixuana və 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S20” və “Redmi A10” markalı iki ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 135 (yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1695/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1695/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver