Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1696/2024 10.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 1 mart 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 iyul 2024-cü il tarixdə, saat 11:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 0,964 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kütlə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 13:30 radələrində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin (bundan sonra mətndə-Yasamal RPİ-nin 29-cu PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yasamal rayonu, Ə.Əhmədov küçəsi 3/8 ünvanının qarşısında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 0,964 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kütlə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür.
2. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək müəyyən olunmayan qaydada Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə yararsız yarımtikilidə yerləşdirdiyi sellofan bağlamada təmiz çəkiləri 1130 qram, 4,27 qram, 3,76 qram, 4,58 qram və 2,07 qram olmaqla ümumi təmiz çəkisi 1144,68 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 10 dekabr 2023-cü il tarixdə həmin yerdən götürüb əldə edərək sonradan “Maqsud” adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə təhvil verib əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə daşıyaraq yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində saxlamış, həmin narkotik vasitə olan quruldulmuş marixuananı 7 yanvar 2024cü il tarixdə, səhər saatlarında satmaq və ya narkotik vasitə olan heroinlə dəyişmək üçün yaşadığı evdən götürüb Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan əraziyə daşımış, orada həmin narkotik vasitəni sata və ya narkotik vasitə olan heroinlə dəyişə bilmədikdə həmin vaxt 20 manat müqabilində qeyd edilən yerdə məlum olmayan şəxsdən satış məqsədi olmadan, yəni istifadə etməsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 1,422 qram təşkil edən tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 7 yanvar 2024-cü il tarixdə, saat 11:45 radələrində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra mətndə-Yasamal RPİ-nin NMB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq həmin polis idarəsinin inzibati binasına gətirildikdən sonra orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir bükümdə xeyli miqdarda təmiz çəkisi 1,422 qram təşkil edən tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, eyni zamanda əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,27 qram, sağ əlində olan ağ rəngli sellofan torbanın içərisində qara rəngli üzəri yapışqanlı lentlə bağlanmış sellofanın içərisində təmiz çəkisi 1130 (1 kiloqram 130 qram) qram, həmin ağ rəngli sellofanın içərisində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 3(üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,76 qram, 4,58 qram və 2,07 qram olmaqla cəmi təmiz çəkisi 1144,68 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş birinci epizod üzrə olan ittihamla bağlı tam təqsirli bilərək 22 may 2024-cü il tarixli ifadəsində göstərdi ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkməklə narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. 16 oktyabr 2023-cü il tarixdə “20 Yanvar dairəsi” adlanan ərazinin yaxınlığında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, saxlanılarkən üzərində həqiqətdən də 0,964 qram psixotrop maddə metamfetamin olmuş, həmin vaxt ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməmiş, pis rəftara məruz qalmamışdır. O həmin ittihamla özünü tam təqsirli bilərək törətdiyi əməli etiraf etmiş və həmin əməlindən peşmanlıq çəkir. Lakin ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir və həmin ittihamı qəbul etmir. Belə ki, o, birinci epizod üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edildikdən sonra axtarışda olmuş, bununla əlaqədar olaraq 7 yanvar 2024-cü il tarixdə, saat 11-12 radələrində yaşadığı küçədə yerləşən “Ağ Çiçəyim” gül mağazasının arxasında saxlanılaraq polis idarəsinə aparılmış, saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir və ya təzyiq olmasa da, lakin ona guya iranlı ilə əlaqə saxlayıb sonuncudan narkotik vasitə alması barədə psixi təzyiq göstərilmişdir. Onun Maqsud adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamış, həmin şəxsdən narkotik vasitə alıb başqa hər hansı şəxsə satmamış, ümumiyyətlə sonuncunu tanımamışdır. Polis əməkdaşları onu qardaşı ilə hədələmiş, habelə o (Təqsirləndirilən şəxs) tutulduqdan sonra qardaşı da 16 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutularaq barəsində həbs qətimkan tədbiri seçilməklə sonuncu Bakı İstintaq Təcridxanasına göndərilmiş, lakin o, qardaşının tutulacağı ilə hədələnməsi barədə heç bir dövlət orqanına və ya hər hansı şəxsə şikayət etməmişdir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, saxlanılarkən üzərində narkotik vasitə qurudulmuş marixuana olmamış, həmin vaxt bədənində ağrıları olmuş, bu səbəbdən polis əməkdaşlarının dedikləri ilə razılaşaraq sonuncular nəyi necə demişlərsə elə də etmişdir. O, 7 yanvar 2024-cü il tarixdə ikinci dəfə Hüseyn, sonuncunun rəisi Anar, Etibar və Fəxrəddin adlı polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş, sonuncular orada ssenari quraraq törətmədiyi əməli onun boynuna qoymuşlar. O, narkotik vasitə heroindən istifadə etmiş, lakin marixuanadan istifadə etməmiş, əldə etdiyi narkotik vasitədən heç kimə satmamış, habelə heç kim ondan narkotik vasitə istəməmiş və o heç kimə narkotik vasitə verməmişdir. Həqiqətən də ittihamda göstərilən yerdə, tarixdə və vaxtda (7 yanvar 2024cü il tarixdə, saat 11:45 radələrində) saxlanılmış, üzərində videoçəkilişlə axtarış təxminən saat 16-17 radələrində keçirilmiş, həmin müddət ərzində o, Yasamal RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində saxlanılmış, orada Hüseyn adlı polis əməkdaşı ilə söhbət edərkən sonuncu onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirmişdir. O, 2023-cü ilin oktyabr ayından etibarən mobil telefondan istifadə etməmiş, habelə onun ümumiyyətlə mobil telefonu olmamış, iş materiallarında olan 055 744 06 36 mobil telefon nömrəsi isə qardaşına məxsus olmuş, üzərindən aşkar olunmuş İran nömrəsinin isə kimə məxsus olmasını bilmir. Barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmə iclasında ona hər hansı sual verilməmişdir. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən ayrı-ayrılıqda olmaqla istifadə etmişdir.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, o, 7 yanvar 2024-cü il tarixdə 4 nəfər polis əməkdaşı tərəfindən Yasamal rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” gül mağazasının arxasında saxlanılmış, həmin polis əməkdaşlarının arasında Anar İbrahimov da olmuş, lakin Fəxrəddin Nəsirov onun saxlanılmasında iştirak etməmiş, əvvəlki ifadələrində həmin şəxsin adını səhv salmış, saxlanılarkən həmin polis əməkdaşları tərəfindən döyülmüş, Şahid1 narkotik vasitəni boynuna aldığı təqdirdə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyinə köməklik göstərəcəyini deməklə onu aldatmış, o da Şahid1 sözlərinə inanaraq üzərində videoçəkilişlə şəxsi axtarış keçilərkən törətmədiyi əməli etiraf etmişdir. Ondan aşkar olunmuş kimi sənədləşdirilmiş narkotik vasitə qurudulmuş marixuananın çəkisinin bir kiloqram olmasını Yasamal RPİ-də üzərində videoçəkilişlə şəxsi axtarış keçirildikdən sonra öyrənmişdir. Polis idarəsində olarkən və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki təzyiq və ya təsir, habelə döyən olmamış, pis rəftara məruz qalmamışdır. Lakin Şahid1 onun buraxılacağına köməklik göstərəcəyinə dair vədlərinə inanaraq törətmədiyi əməli boynuna götürmüşdür. Onun saxlanılmasında və üzərində şəxsi axtarış keçirilərkən iştirak etmiş digər polis əməkdaşı Şahid2 tərəfindən isə ona qarşı hər hansı qanunsuz hərəkət olmamış, o cümlədən hər hansı vəd verilməmiş, yalnız Şahid1 onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini və etiraf etdiyi təqdirdə azad olunacağını deməklə aldatmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkdiyini, narkomaniya xəstəliyindən əziyyət çəkməklə müalicə olunmaq istədiyini bildirərək məhkəmədən yaşını və səhhətini nəzərə alaraq özünü təqsirli bildiyi əmələ münasibətdə ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, törətmədiyi digər əməllərə münasibətdə ona bəraət verilməsini və ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 16 oktyabr 2023cü il tarixdə günorta saatlarında psixotrop maddə əldə etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığına gedərək orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ona psixotrop maddə tapmasını xahiş etmişdir. Həmin şəxs ona 20 manat qarşılığında psixotrop maddə satmışdır. Aldığı psixotrop maddəni daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə, saat 13:30-da Yasamal rayonu, Ə.Əhmədov küçəsi 3/8 ünvanının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu Yasamal RPİ-nin 29-cu PB-yə dəvət etmişlər. Bölmənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil X5 iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı sellofana bükülmüş bükülünün içərisində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açdıqda içərisində psixotrop maddə metamfetamin aşkar etmişlər. Sorğu zamanı o, aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olmaqla ona məxsus olmasını bildirmişdir. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülməklə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proses video çəkilişlə qeydə alınmışdır. Bununla bağlı barəsində Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və hazırda həmin cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işi üzrə 18 oktyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. O, təxminən 2007-ci ildən başlayaraq narkotik vasitə heroin qəbul etsə də sonradan narkotik vasitə qəbulunu tərgitmişdir. Lakin son zamanlar o, “kakos” kimi bilinən narkotik vasitə heroini müxtəlif üsullarla qəbul etmişdir. O, təxminən bir ay əvvəl 2023-cü ilin dekabr ayının 10-da onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “Whatsap” mobil tətbiqi vasitəsi ilə sosial şəbəkə vasitəsi ilə tapdığı +**********56 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq İran İslam Respublikası vətəndaşı olmaqla adının Maqsud olduğunu bildirən şəxs “Kubinka” adlanan ərazidə qurudulmuş marixuana qoyduğunu, həmin marixuananı onun dediyi vaxtda dediyi şəxsə çatdırmaq lazım olduğunu və həmin şəxsdən bunun qarşılığında 500 manat pul alaraq daha sonra onun bildirəcəyi kart hesabına göndərməsini bildirmişdir. O da həmin şəxslə razılaşaraq Maqsudun dediyi Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə gedərək orada sökülmüş vəziyyətdə olan tikililər olan ərazidən içərisində qurudulmuş marixuana olan ağ rəngli sellofanı götürərək yaşadığı Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 183 B ünvanına gətirmişdir. Daha sonra o, mobil telefonunu şəxsi ehtiyaclarını qarşılamaq üçün satdığına görə həmin İran İslam Respublikası vətəndaşı Maqsudla əlaqəsi kəsilmişdir. Maqsudla əlaqəsi kəsildikdən sonra onun verdiyi qurudulmuş marixuananı nə edəcəyini bilmədiyi üçün qərara gəlmişdir ki, “Kubinka” adlanan əraziyə aparıb şəxsi istifadəsi üçün istifadə etdiyi “kakosla” orada kiminləsə dəyişsin və ya kiməsə satsın. 7 yanvar 2024-cü il tarixdə, səhər saatlarında o, narkotik vasitə heroin almaq üçün, habelə qurudulmuş marixuananı kiməsə satmaq və ya narkotik vasitə olan heroinlə dəyişmək üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəffaf sellofana bükülmüş bir ədəd bükümdə “kakos” kimi bildiyi narkotik vasitə heroini alıb əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Lakin qurudulmuş marixuananı nə kiməsə sata, nə də hər hansı maddə ilə dəyişə bilməmişdir. O həmin narkotik vasitə heroin bükümünü əldə etdikdən sonra axşam vaxtı istifadə etmək üçün tünd boz rəngli cins şalvarının sağ yan cibində gizlədərək əlində olan ağ rəngli sellofanla yaşadığı Yasamal rayonuna qədər üzərində daşımışdır. Həmin gün 7 yanvar 2024-cü il tarixdə, saat 11:45 radələrində o, ünvan 3 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş, o həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda sonuncular ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, daşınmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etməsi tələb olunmuşdur. O da həmin vaxt üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd boz rəngli rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan bükümü, 1 ədəd kibrit qutusunda qurudulmuş mariuxana, İran İslam Respublikası vətəndaşı “Maqsudun” mobil nömrəsinin qeyd olunduğu kağız parçasını, sağ əlində olan ağ rəngli sellofanın içərisində qara rəngli sellofanı və qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd kibrit qutusunda olan qurudulmuş mariuxananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm və kibrit qutusunda olan maddələr onun iştirakıyla açılan zaman onun içərisində qəhvəyi rəngli toz şəkilli maddə və yaşıl rəngli qurudulmuş marixuana aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin maddələrin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda, o həmin ağ rəngli şəffaf sellofana bükülmüş bükülüdəki maddənin “kakos” kimi bilinən narkotik vasitə heroin olduğunu, kibrit qutusunda olan maddələr və qara rəngli üzəri yapışqanlı lentlə bükülmüş bükülünün isə “nəşə” kimi bilinən qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan heroini 7 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 20 manat olmaqla şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Qurudulmuş marixuananı isə təxminən 1 ay bundan qabaq İran İslam Respublikası vətəndaşı Maqsud adlı şəxsin ona verdiyini, başqa bir şəxsə verərək qarşılığında 500 manat alacağını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş maddələr qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş o və digər iştirakçılar imzalarıyla həmin protokolu təsdiq etmişlər. Ondan aşkar edilmiş bir ədəd sellofan bükümdə olan psixotrop maddəni 16 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığından üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini 7 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 20 manat müqabilində əldə etmişdir. O öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxsin istifadəsində olan +**********56 mobil telefon nömrəsi ilə “Whatsap” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Lakin hal-hazırda mobil telefonunu şəxsi ehtiyacı üçün satdığı üçün Maqsud adlı şəxslə əlaqəsi kəsilmişdir. O narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı və dörd ədəd kibrit qutusunda olan marixuananı təxminən 1 ay bundan qabaq İran İslam Respublikası vətəndaşı Maqsud adlı şəxs başqa bir şəxsə vermək və qarşılığından 500 manat pul almaq üçün vermişdir. Lakin Maqsudla əlaqəsi kəsildiyi üçün narkotik vasitə olan qurudulmuş marixuananı narkotik vasitə olan heroinlə dəyişmək və ya kiməsə vermək istəmişdir. O üzərindən aşkar edilmiş qurudulmuş marixuananı kiməsə satmaq və ya narkotik vasitə olan heroinlə dəyişmək istəmişdir. Lakin hər hansı şəxsə sata bilməmişdir. Onun “Samsung” markalı mobil telefonu olmuş, lakin həmin telefon işləmədiyi üçün satdığından hal-hazırda mobil telefon istifadə etmir. Lakin ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. 16 oktyabr 2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-də və 7 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin inzibati binasında polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanadan və 1 ədəd narkotik vasitə olan heroin bükümündən əlavə nə yaşadığı evdə, nə də başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddələr saxlamamışdır. Narkotik vasitə olan heroini aldığı şəxs qaramtıl dərili, 40-46 yaşlarında, orta köklükdə 170-175 boylarında, saçı düz daranan, üzü tüklü və bığsız şəxs olmuş, həmin şəxsin görünüşündə hər hansı xüsusi əlamət olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 43-44;, 58-61; 72-75, 161-162; 178-179; 189-190; 280-284;).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, işlədiyi şöbəyə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 1 mart 1976-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə şöbənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 16 oktyabr 2023-cü il tarixdə, saat 13:30-da əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində və saxlanılmasında şübhəli şəxs kimi saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmiş və orada təhqiqatçı tərəfindən dəvət edilmiş Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə N.Mirqasımova üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa, masanın üzərinə qoyması təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni masanın üzərinə qoymuş və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf sellofanda olan maddənin psixotrop maddə metamfetamin olmasını və həmin psixotrop maddəni 16 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında Yasamal rayonu, 20 yanvar dairəsi yaxınlığından adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddəyə bənzər maddə olan 1 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək sonuncu və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərində aşkar olunan həmin psixotrop maddəni isə şəxsi istifadə etmək üçün əldə etdiyini və onun satışı ilə məşğul olmadığını bildirmişdir.
10. Şahid4 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməmiş, pis rəftara məruz qalmamış, habelə sonuncu saxlanılarkən hər hansı etirazını bildirmədən PŞ-yə gəlib könüllü olaraq üzərində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və daşıması barədə olmuş, həmin əməliyyat məlumatında sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid4lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 1 mart 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə tərəfindən, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid2 iştirakı ilə 7 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra o və əməliyyat qrupunun digər iştirakçısı polis baş leytenantı Şahid2 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Bu məqsədlə 7 yanvar 2024-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 6 ünvanının qarşısında olan zaman saat 11:45 radələrində orada piyada hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar ona narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofanın içərisindən qəhvəyi rəngli, içərisi ağ rəngli gödəkçəni və həmin ağ rəngli sellofanın içərisində qara rəngli üzəri şəffaf yapışqanlı lentlə bağlanmış bir ədəd bağlamanı masanın üzərinə qoymuşdur. Bundan sonra o, əynində olan tünd göy rəngli paltonun düymələrini açaraq əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə sağ əlini salaraq oradan iki ədəd üzərində “Fesko” sözləri olan kibrit qutusunu, bir ədəd şəffaf sellofana bükülmüş bükümü və bir ədəd üzərində “Maqsud” adlı İran İslam Respublikası mobil telefon operatorlarına məxsus nömrə olan kiril qrafikalı əlifba ilə Azərbaycan dilində əlyazma yazılmış kağız parçasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra qəhvəyi rəngli gödəkçəyə baxış zamanı həmin gödəkçənin sol cibindən üç ədəd kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutularında və qara rəngli üzəri yapışqanlı lentlə bağlanmış bağlamanın içərisində olan yaşıl rəngli ot şəkilli kütlələrin “nəşə” kimi bilinən bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxana olduğunu, digər qəhvəyi rəngli bükümün isə şəxsi istifadəsi üçün olan “kakos” kimi bilinən narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs “nəşə” kimi bilinən bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş mariuxananı İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxsdən aldığını və başqa şəxsə verəcəyini və qarşılığında 500 manat pul alacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş büküm və dörd ədəd kibrit qutusu, bir ədəd qara rəngli bağlama müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür.
13. Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, habelə sonuncu saxlanılarkən onlara qarşı, eləcə də üzərində aşkar edilmiş narkotik vasitələrə münasibətdə özünün hər hansı etirazını bildirməmişdir. Fəxrəddin Nəsirov adlı polis əməkdaşı iki ildir idarədə işləmir, sonuncu iki gün əvvəl bədbəxt hadisə nəticəsində vəfat etmiş, Anar İbrahimov isə Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi olmaqla əməliyyat tədbirlərinin həyata keçirilməsində ümumiyyətlə heç vaxt şəxsən iştirak etmir. Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılarkən, istər polis idarəsinə gətirilərkən, istərsə də polis idarəsində olduğu müddət ərzində hər hansı fiziki və ya psixi zorakılıq edilməmiş, pis rəftara məruz qalmamışdır. Həmçinin Təqsirləndirilən şəxs yalan vədlər verməklə aldatmamış, ona guya törətmədiyi əməlləri etiraf etdiyi halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirilməsinə köməklik edəcəyinə dair hər hansı vəd verməklə aldatması halı olmamışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə yalan ifadə verdiyini düşünür.
14. Məhkəməyərək icraat zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsi tərəflərin vəsatəti ilə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid2 həmin ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir (Cild 1, i.v.227-229;).
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ifadəsi elan edilməklə tədqiq Şahid2 ifadəsi, habelə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 7 yanvar 2024-cü il tarixdə, saat 11:45-də Yasamal RPİ-nin NMB-nin bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilməsi və orada üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın və heroinin aşkar edilməsi faktına görə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X21 tərəfindən 8 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
17. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 7 yanvar 2024-cü il tarixli qərardan və bu barədə toplanmış müvafiq materiallardan görünür ki, Yasamal RPİnin NMB-nin əməkdaşları tərəfindən ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 7 yanvar 2024-cü il tarixdə, saat 11:45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq saat 12:00 radələrində Yasamal RPİ-yə gətirilmişdir(Cild 1,i.v.4-13;).
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 yanvar 2024-cü il tarixli, 5(004)- 3/2024 saylı qərarından görünür ki, Yasamal NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov tərəfindən təsdiq edilmiş 7 yanvar 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 20;).
19. “Şübhəli şəxsin tutulması haqqında” 7 yanvar 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə həmin tarixdə, saat 12:45də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 7 yanvar 2024-cü il tarixdə, saat 11:45 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 28-29;).
20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 7 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 13:15-dən 13:45-dək Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən, həmin idarənin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə Yasamal RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində X3 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 7 yanvar 2024-cü il tarixdə, saat 11:45-də Yasamal RPİ-nin NMB-nin bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq şübhəli şəxs qismində Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusu, 1 (bir) ədəd şəffaf sellofan bükümü və sağ əlində ağ rəngli sellofan içərisində qara rəngli sellofanı və qəhvəyi rəngli gödəkçəni çıxarıb təqdim etmişdir. Qəhvəyi rəngli gödəkçənin sol yan cibində 3 (üç) ədəd kibrit qutusu aşkar olunmuşdur. Ümumilikdə 4 (dörd) ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə, qara rəngli sellofan bükümdə marixuanaya bənzər kütlə və 1 (bir) ədəd şəffaf sellofan bükümdə içərisində qəhvəyi rəngli kütlə aşkar edilərək götürülmüşdür. X3 üzərindən aşkar olunmuş naməlum maddə ekspertizaya təqdim etmək üçün 2 (iki) ədəd ağ rəngli zərflə və sellofanda qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, X1 İslam Respublikasının vətəndaşı “Maqsud” adlı şəxsin İran İslam Respublikası mobil telefon operatorlarına məxsus +**********56 mobil telefon nömrəsini kiril qrafikalı əlifba ilə Azərbaycan dilində əlyazma yazılmış ağ kağız parçasında təqdim etməklə əzbər şəkildə həmin nömrəni səsləndirmişdir. X6 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin “nəşə” və “patı” olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan “Maqsud” adlı şəxsin ona verdiyini, üzərindən aşkar edilmiş əlyazma ilə ağ kağız parçasında olan mobil telefon nömrəsinin Maqsud adlı şəxsə məxsus olduğunu, başqa bir tanımadığı şəxsin ondan götürəcəyini bildirmişdir. O, təxminən 1 aya yaxındır həmin narkotik maddələri saxladığını, bunun müqabilində İran İslam Respublikasının vətəndaşı “Maqsud” adlı şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Yasamal RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “İphone” markalı mobil telefondan istifadə etməklə videoyazının aparılması, həmin videoyazının əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 36-38;).
21. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 7 yanvar 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 14 dəqiqə 40 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq R.A.Şirinov tərəfindən baxış keçirilməsinə dair 15 yanvar 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs və müdafiəçisi X9 iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v.117-118;).
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 8 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/34 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi olan, “(imza) Məmmədqasımov” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,422 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 1,422 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq çəkisi – 1,322 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 45-49;).
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji” ekspertizasının 8 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 7/21 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi olan, “imza Məmmədqasımov“ sözləri yazılmış zərfi açdıqda içərisində 4 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,27 qram, 3,76 qram, 4,58 qram, 2,07 qram və ağ kağız üzərində “imza Məmmədqasımov“ sözləri yazılmış qara rəngli sellofan bağlamanı açdıqda içərisində bir ədəd təmiz çəkisi 1130 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi - 1144,68 qram, tədqiqata sərf edildi – 0,25 qram, qalıq – 1444,43 qram. Aparılmış tədqiqatın dəyərinin 89 (səksən doqquz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 51-54;).
24. “Materialın aidiyyəti üzrə göndərilməsi barədə” 8 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı A.M.Qədiməliyev tərəfindən HK-1/15 saylı iş üzrə toplanmış material Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 55;).
25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli, 4(004)- 5/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 7 yanvar 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittiham üzrə təqsirli bilərək barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimatın rədd olunmasını xahiş etmişdir (Cild 1, i.v. 92-94;).
26. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə, saat 13:30 dəqiqədə ünvan 10 ünvanının qarşısında saxlanılaraq saat 13:40-da Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş və orada polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükülünün aşkar olunması faktına görə sonuncunun barəsində 17 oktyabr 2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X7 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata götürülmüşdür (Cild 1, i.v.121;).
27. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan və bu barədə toplanmış müvafiq materiallardan görünür ki, Yasamal RPİnin 29-cu PŞ-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 tərəfindən ünvan 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Tural Nəzərov tərəfindən təsdiq edilərək Şahid4 rəhbərliyi ilə həmin idarənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə, saat 13:30-da ünvan 15 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir (Cild 1, i.v. 124-130;).
28. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 5(004)- 1103/2023 saylı qərarından görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin kibercinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 tərəfindən qəbul edilmiş 16 oktyabr 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 132;).
29. “Şübhəli şəxsin tutulması haqqında” 16 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X7 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə həmin tarixdə, saat 14:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 oktyabr 2023-cü il tarixdə, saat 13:30 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 147-148;).
30. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Yasamal RPİ-nin 29cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X7 tərəfindən həmin şöbənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis baş leytenantı Şahid4 iştirakı ilə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 16 oktyabr 2023-cü il tarixdə, saat 13:30-da ünvan 10 ünvanının qarşısında saxlanılaraq saat 13:40-da şübhəli şəxs qismində Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülünü, 1 (bir) ədəd “spiçka” dənəsini, 1 (bir) ədəd sancaq və kiçik həcmli pambığı çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisində kristal şəkilli ağ rəngdə narkotik vasitə və ya psixotrop maddəyə oxşar maddə aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kristal şəkilli ağ rəngli narkotik vasitə və ya psixotrop maddəyə bənzər maddə olan bir ədəd şəffaf sellofan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş maddənin “şüşə” kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, bu maddəni 16 oktyabr 2023cü il tarixdə səhər saatlarında Yasamal rayonu, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 16 oktyabr 2023-cü il tarixdə saat 13:30 radələrində ünvan 10 ünvanının qarşısında saxlandığını və PŞ-yə gətirildiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Samsung S21” markalı mobil telefondan istifadə etməklə videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 ədəd DVD formatlı diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 15:00-dan 15:35-dək protokol tərtib olunmuş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 157-159;).
31. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 oktyabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 9 dəqiqə 48 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq K.X.Namazov tərəfindən müdafiəçi C.Q.Bayramov və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinə dair 17 oktyabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən N.M.Məmmədasımovun və müdafiəçisi X9 iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 180;)
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-kimyəvi” (materialların) ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi olan, “...Təqdim etdi (imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,964 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin təmiz çəkisi – 0,964 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq çəkisi – 0,914 qram. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 167-171;).
33. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X7 tərəfindən ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-yə göndərilmiş, həmin idarənin müstəntiqi, polis kapitanı X12 tərəfindən cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 173;175;).
34. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X12 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 196-197;).
35. “Cinayət işinin icraata qəbul edilməsi, cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X21 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə cinayət işinin istintaqının ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır (Cild 1, i.v. 208- 209;).
36. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 yanvar 2024-cü il tarixli cavabından, müvafiq hökmün surətindən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ildən 1999-cu ilədək müvafiq məhkəmə hökmləri ilə 4 (dörd) dəfə müxtəlif cinayət əməllərinə görə (oğurluq, xuliqanlıq və sair) müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin cinayət əməllərinə cəzasını çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2004, 24 oktyabr 2007, 27 avqust 2010 və sonuncu dəfə isə 13 sentyabr 2013-cü il tarixli hökmləri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib hər bir hökm üzrə ayrı-ayrılıqda 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu cinayət əməlinə görə 14 noyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 212-219;).
37. Yasamal RPİ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Ramin Məmmədov tərəfindən həmin idarənin İŞ-nin rəisi, polis mayoru Elvin Nəsibova ünvanlanmış 10 yanvar 2024 və 28 mart 2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddənin mənbəyinin müəyyən olunması və ya kimdən alması, onun əvvəllər kimlərəsə narkotik vasitə satması, törətdiyi cinayət əməli barəsində kimlərin məlumatlı olmasının müəyyən edilməsi məqsədi ilə bir sıra əməliyyat tədbirləri aparılsa da, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa, qərəzsiz və etibarlı mənbələrdən daxil olmuş əməliyyat məlumatlarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, qəbulu və satışı ilə məşğuldur (Cild 1, i.v. 223; 230;).
38. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 26 fevral 2024cü il tarixli, 1282 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qatıb inyeksiya yolu ilə istifadə edir, viruslu “Hepatit C” xəstəliyi aşkar edilmişdir (Cild 1, i.v. 236-237;).
39. “Ambulator komisyon məhkəmə-psixiatrik” ekspertizasının 4 mart 2024-cü il tarixli, 622 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altında düşmür (Cild 1, i.v. 239-241;).
40. “Sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından “Maqsud” adlı şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkiləri 0,964 qram psixotrop maddə metamfetamin, 1,422 qram narkotik vasitə heroin və 1144,68 qram narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,914 qram psixotrop maddə metamfetamin, 1,322 qram narkotik vasitə heroin və 1144,43 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılmaları üçün Yasamal RPİnin məsul saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində aparılmış 16 oktyabr 2023 və 7 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 2 (iki) ədəd “DVD-R” formatlı diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 242-255; 257;).
41. “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X21 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə aldığı “Maqsud” adlı şəxsin barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmaqla icraatına qəbul edilərək istintaqı aparılmışdır (Cild 1, i.v. 258-259;).
42. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmaqla hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 271-273;).
43. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.A.Şirinov tərəfindən 19 aprel 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 23 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.294-308;).
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 450/2024 saylı tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, N.M.Məmmədqqasımov 9 yanvar 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş, özünün deməsinə görə hər hansı zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki saidin və qarnının ön səthində, sağ qol nahiyəsində köhnə çapıq toxumaları aşkar olunmuş, hər iki yuxarı və aşağı ətraflarda və sol qurşaqda narkotik vasitə qəbul etməklə bağlı inyeksiya izləri və çapıqları vardır. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qoyulmuş diaqnoza əsasən narkomaniya, apendektomiya, ağciyər vərəmi, sağ dirsək oynağının daxili sümüklərinin sınıqdan sonrakı qeyri-düzgün bitişməsi və hərəkət məhdudluğu, sol baldırın səthi venalarının varikoz genişlənməsi xəstəliklərindən əziyyət çəkir (Cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 228 sentyabrın 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
48. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
49. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.
50. Belə ki, CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur (CM-in 234.1-ci maddəsi ilə birinci epizod üzrə 20 may 2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Həmin maddəyə 26 aprel 2022-ci il tarixli qanunla edilmiş dəyişiklik 20 may 2022-ci il tarixdə dərc edilməklə qanuni qüvvəyə minməklə CM-in 234.1-ci maddədə “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir.
51. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir (Qanunun 13 dekabr 2023-cü il tarixədək qüvvədə olan redaksiyası).
53. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların 109.1ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
54. Məhkəmə qeyd edir ki, X2 əldə edərək saxladığı və daşıdığı 1144,68 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 228,9 dəfədən, külli miqdarından isə təxminən 2,2 dəfədən artıq olması, özünün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə etməsinə baxmayaraq üzərində külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi, o cümlədən özünün də müdafiəçisinin iştirakı ilə videoçəkilişlə həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı narkotik vasitə qurudulmuş marixuananı qeyriləri ilə qabaqcadan əlbir olaraq qazanc məqsədilə ədə etməsi ilə bağlı etirafedici ifadələri, üzərindən əlbir olduğu qeyrisi olan, şəxsiyyəti ayrılmış cinayət işi üzrə araşdırılan “Maqsud” adlı şəxslə əlaqə saxladığı mobil telefon nömrəsinin əlyazma ilə nömrəsinin qeyd edildiyi kağızın aşkar edilməsi, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı kibrit qutularında satış üçün əlverişli vəziyyətdə kiçik bükümlərə ayırması, özünün məhkəməyədək icraat zamanı etiraf etdiyi kimi həmin predmetləri İranlı Maqsuddan saxlanılmazdan təxminən bir az əvvəl əldə edərək üzərində və yaşadığı evdə saxlayaraq daşıması və sair hallar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Eyni zamanda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı haqlı olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,422 qram narkotik vasitə heroin və 0,964 qram psixotrop maddə metamfetaminin onun şəxsi istehlak məqsədi ilə əldə edərək üzərində saxlaması qənaətinə gəlmişdir.
55. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
56. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
58. Hökmün 57-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
59. Məhkəmə, Təqsirləndirilən şəxs 7 yanvar 2024-cü il tarixdə saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin olmaması, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşı Şahid1 onu CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirərək aldatması, həmin vaxt ağrılarının olması və polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması səbəbindən ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi, iranlı “Maqsud” adlı şəxsi tanımaması, sonuncu ilə hər hansı əlaqəsinin olmaması ilə bağlı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
60. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
61. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 20-21, 25, 30-31 və 44-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması və ya aldadılma yolu ondan etirafedici ifadələr alınmasına cəhd edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı psixi təzyiqlərə məruz qalması və ya aldatma yolu ilə ondan etirafedici ifadələrin alınması barədə hər hansı orqana, habelə məhkəmə nəzarəti qaydasında 9 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında baxılarkən məhkəməyə və vəkilinə hər hansı məlumat verməmişdir.
62. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
63. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
64. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
65. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
66. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır (CM-in 234.1-ci maddəsi ilə olan ittiham üzrə) və ağır (CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittiham üzrə) cinayətlər kateqoriyasına aid edilir.
67. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
68. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
69. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
70. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
71. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 48 yaşında olmaqla müxtəlif xəstəliklərdən, o cümlədən “Hepatit C” və ağciyər vərəmi xəstəliklərindən əziyyət çəkməsini, narkomaniya xəstəliyindən müalicə almaq istəməsini qeyd etməsini və məhkəmə icraatı zamanı davranışı, habelə ona elan edilmiş birinci epizod üzrə ittihamda özünü tam təqsirli bilərək səmimi ifadələr verməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
72. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin təkrarən törədilməsi onun cəzasını ağırlaşdıran haldır.
73. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
74. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
75. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
76. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
77. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
78. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona qəti cəza təyin edilməlidir.
79. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
80. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 7 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 7 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
81. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 7 yanvar 2024-cü il tarixdən hesablanmalı və 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.
82. Məhkəmə hökmün 38-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
83. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
84. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Yasamal RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1,322 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1144,43 qram narkotik vasitə olan qurudulmuş marixuana və qalıq çəkisi 0,914 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində 16 oktyabr 2023 və 7 yanvar 2024-cü il tarixlərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd disk və 1(bir) ədəd üzərində İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus Azərbaycan dilində kiril qrafikalı əlifba ilə yazılmış “Maqsud” adlı şəxsin +**********56 mobil telefon nömrəsi olan kağız parçası hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
85. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
86. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 284 (iki yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
87. İş üzrə mülki iddia verilməmişdir.
88. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
89. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
90. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 7 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1,322 qram olan narkotik vasitə heroin, tədqiqatlardan sonra qalıq çəkisi 1144,43 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqatlardan sonra qalıq çəkisi 0,914 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd diskin və 1(bir) ədəd kağız parçasının hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 284 (iki yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.