Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1697/2021 15.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, Məcidov X5 və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X3 və Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə xx.xx.1993-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs1, 11.06.2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 10 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,888 qram narkotik vasitə olan heroini və 02 bükümdə təmiz çəkisi 0,368 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12,06.2021-ci il tarixdə saat 15:40-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 136 saylı binanın qarşısında saxlanılıb, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçsi 4/6 ünvanında yerləşən RPİ-nin 34- cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisindən 10 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,322 qram, 0,431 qram, 0,374 qram, 0,404 qram, 0,393 qram, 0,407 qram, 0,346 qram, 0,325 qram və 0,456 qram olmaqla küllü miqdarda ümumi təmiz çəkisi 3,888 qram kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə olan heroin və 01 ədəd şəffaf rəngli sellofan və 01 ədəd kağız bükümdə ayrılıqda çəkiləri 0,105 qram və 0,263 qram olmaqla ümumi təmiz çəkisi 0,368 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 4,338 qram çəkidə narkotik vasitə heroini və 0,368 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 11 iyun 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evinin yaxınlığında həmin narkotik vasitə heroindən külli miqdarda 3,888 qram çəkidə olan hissəsini və psixotrop maddə metamfetamindən 0,368 qram çəkidə olan hissəsini tanışı Təqsirləndirilən şəxs1 nisyə olaraq 170 manat müqabilində satmış, 12 iyun 2021-ci il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs1 Xətai RPİ-nin NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 həmin gün saat 17:30-da ünvan 3 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçsi 4/6 ünvanında yerləşən RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd bükümdə 0,450 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il yarımdır ki, narkotik vasitə və psixatrop maddələrdən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitələrdən yalnız heroin və psixotrop maddələrdən isə yalnız metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 “Əzəmət” adlı ortaq dostu vasitəsilə tanımış, 3 ildir ki, dostluq münasibətləri var. Şamxalla bir neçə dəfə narkotik vasitələri birgə qəbul etmişlər. O, heç vaxt Şamxaldan narkotik vasitə və psixotrop maddə almamış, belə ki, ikisi də ayrı-ayrı şəxslərdən almışlar. 12 iyun 2021 -ci il tarixdə saat 12 radələrində evdən çölə çıxmışdır. Evin qarşısında olan zaman özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər mülki geyimli şəxs ona təzyiq göstərərək maşına otuzdurmuşlar. O, tutulan anda üzərində olan 02 büküm heroini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Bundan sonra onu maşında saxlayaraq yaşadığı mənzilə qalxmışlar. Avtomobildə olduğu müddət Təqsirləndirilən şəxs2 ona zəng etmiş və polislər ondan kim olduğunu soruşduqda, dostu olduğunu bildirmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, Şamxalı çağırsın və o da onların dediklərini etmişdir. Təqsirləndirilən şəxs2 yaxınlaşan kimi onu da zorla maşına otuzdurmuşlar. Bundan sonra onları Xətai RPİ-nin 34-cü Polis şöbəsinə aparmışlar. Polis idarəsinə çatana kimi ikisinidə döyüb işgəncə etmişlər. Onun üzərində hər birində yarım qram olmaqla 02 büküm heroin olub, yaşadğı evdə isə yarım qram heroin və 0,2 qram metamfetamin olmaqla 02 büküm olub. Heroin və metamfetamini Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 11 iyun 2021-ci il tarixdə almışdır. Həmin şəxslə öncədən əlaqə yaratmamış, o, günün çox vaxtı orada olur və o da həmin şəxsi görmüş və pul verib narkotik vasitə və psixotrop maddə almışdır. Təqsirləndirilən şəxs2lə onun arasında narkotik vasitələrin alışı və satışı ilə bağlı telefon danışıqlar və yazışmalar olmayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 ildir ki, Əzəmət adlı ortaq tanış vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Sonradan onunla dostluq münasibətləri davam edib. 12 iyun 2021-ci il tarixdə Emilə zəng edərək onunla çay içmək istədiyimi bildirmiş və harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 “Xalqlar dostluğu” ərazisində olduğunu və ona “KTV”-nin yanına gəldikdən sonra onunla əlaqə saxlamığını bildirmişdir. Saat təxminən 17 radələrində 62 nömrəli avtobusdan düşərək telefon vasitəsilə Emillə əlaqə saxlamaq istəyəndə 3 nəfər mülki geyimli şəxs üstünə hücum çəkmişdir. O, onların kim olduğunu bilməmiş, ümumiyyətlə şoka düşmüş və telefon da əlindən yerə düşmüşdür. Bundan sonra onu döyə-döyə maşına aparmışlar və bu zaman artıq avtomobildə Emilin olduğunu görəndən sonra məsələnin nə yerdə olduğunu anlamışdır. O, maşına minərkən Emilin üzünün qıpqırmızı, başının isə aşağı əyilmiş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra onları əvvəlcə Xətai RPİ-nə, daha sonra isə 34-cü PŞ-nə aparmışlar. Orada “Əli” adlı şəxs tərəziyə narkotik vasitə qoyaraq, ona məxsus olmasını bildirməsini tələb etmişdir. O da dediklərini etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, Xətai RPİ-də “Əli” adlı polis əməkdaşı ona demişdir ki, “Bu qədər malımız var, onsuzda tutulmuşam, götür boynuna”. O polis əməkdaşına bildirmişdir ki, “Düzdür, mən narkotik vasitə istifadəçisiyəm, lakin üzərimdən heç nə aşkarlanmayıb və mənim deyil bunlar”. O isə bildirmişdir ki, “Mümkün deyil ki, buradan səni açıb buraxaq, az miqdardı, götür boynuna, əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edək”. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mən Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuş, bundan sonra o və Əli birlikdə məlumat əsasında saat 15:40 radələrində ünvan 3 ünvanının qarşısına gəlmişlər. Həmin vaxt Emilə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər və onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Asiman İmaməliyevə təhvil vermişlər. Bundan sonra onların və dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 oğlunun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 də, əynindəki şalvarın cibindən çıxardığı bir ədəd siqaret qutusundan içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 10 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü, içərisində kristal şəkilli maddə olan 01 ədəd şəffaf rəngli sellofana və l ədəd ağ rəngli kağıza bükülmüş bükümləri təqdim edərək, həmin 10 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə olan maddələrin narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofana və 0l ədəd ağ rəngli kağıza bükülmüş bükümlərdə olan maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivində tanıdığı Şamxal adlı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddəni aldığı Şamxal adlı şəxsin müəyyən edilməsi məqsədi ilə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat qrupu təşkil olunmuş, sonra o və Əli birlikdə məlumat əsasında saat 17:30 radələrində ünvan 3 ünvanının qarşısına gəlmişlər. Həmin vaxt onlar Şamxal adlı şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və Şamxala narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər və onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Asiman İmaməliyə təhvil vermişlər. Bundan sonra onların və dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmış, bu zaman o, əynindəki şalvarın cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığından adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından götürdüyünü bildirmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13.06.2021-ci il tarixli, 6/2400 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “..(imza) Xudiyev....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə- kimyəvi ekspertizanın 13.06.2021-ci il tarixli, 6/2401 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Mamayev (imza)...” sözləri olan zərfdəki 10 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,430 qr., 0,322 qr., 0,431 qr., 0,374 qr., 0,404 qr„ 0,393 qr., 0,407 qr., 0,346 qr., 0,325 qr., 0,456 qr., ümumi təmiz çəkisi 3,888 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qr., 0,263 qr., ümumi təmiz çəkisi təmiz çəkisi 0,368 qram olan ag rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.07.2021-ci il tarixli, 6/2663 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Xudiyev...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,400 qram olan narkotik vasitə - heroinlə, üzərində “...Mamayev (imza)...” sözləri 2 №-li zərfdəki 10 ədəd bükümdə ümumi təmiz çəkisi 3,788 qram olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. İstintaq zamanı Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,450 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,350 qram çəkidə narkotik vasitə heroin saxlamş üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 10 ədəd bükümdə ilkin təmiz çəkisi 3,888 qram narkotik vasitə olan heroin və 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,368 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 3,688 qram çəkidə narkotik vasitə heroin və 0,350 qram çəkidə psixotrop maddə metamfetamin saxlamş üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 25.06.2021-ci il tarixli, 2085 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 25.06.2021 -ci il tarixli, 2086 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055-780- 43-12 saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.01.2021-ci il tarixdən 12.06.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin arasında 06.06.2021-ci il tarixdən 11.06.2021-ci il tarixədək olan müddətdə müxtəlif vaxtlarda telefon danışıqlarının olması, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrədən 10.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070-300- 75-31 saylı mobil nömrəsinə “Qaqa bu yerbə yer elə özüm götürəcəm onda tələsdirməyəcəm rahat satıb pulun verərsən” sözləri yazılmış sms-nin göndərilməsi, aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə 19.05.2021 -ci il tarixdə “Ayıb olsun 10 manata görə atanızın qəbirinə and içdiz 4 uşaqınızm canına and içdiz yadınıza salın ağladız ver axşama pulu göndərirəm məndə verdim sizə dedim məni evdəkilərin yanında pis vəziyyətdə qoy mayın birdə mən sizə dedim axı aparıb sonra bəhanə eləməyin azdı mən az qoymamışam” və 02.06.2021-ci il tarixdə “Sərdar əmiyə de patı götürdüm istəyirsə xəbər eləsin” sözləri yazılmış sms- lərinin göndərildiyi aşkar edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070-300-75- 31 və ***-***- **-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.01.2021-ci il tarixdən 12.06.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 19.02.2021-ci il tarixdə “heleki yari axwam 1 de bidene gram goturecem” sözləri yazılmış sms-nin göndərildiyi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070- ***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 09.02.2021-ci il tarixdə “Bax imkanin olsa bes on manat kartima vur gel men sene torpağ vererem” sözləri yazılmış sms-lərinin göndərildiyi aşkar edilmişdir. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 23.03.2021-ci il tarixdə “Vallah sen soz baxacam meslhti veri nece elyim herweyi ustume gelir” və 21.04.2021-ci il tarixdə “Esdirsen ac temada v” sözləri yazılmış sms-lərinin göndərildiyi aşkar edilmişdir. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13.04.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Yuxarida ol lOdeyqeye ordayam indi aidim gelirem”, 21.04.2021- ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Esdirsen ac temada var tez gel yığ meni” sözləri yazılmış sms-lərinin göndərildiyi aşkar edilmişdir. İş üzrə "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş 2 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 12 iyun 2021-ci il Təqsirləndirilən şəxs1 üzərinə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən çıxardığı 1 ədəd “Sobranie” markalı siqaret qutusundan 10 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,322 qram, 0,431 qram, 0,374 qram, 0,404 qram, 0,393 qram, 0,407 qram, 0,346 qram, 0,325 qram və 0,456 qram olmaqla ümumi təmiz çəkisi 3,888 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrılıqda çəkiləri 0,105 qram və 0,263 qram olmaqla ümumi təmiz çəkisi 0,368 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüş, bu barədə həmin tarixdə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib olunaraq, keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, 12 iyun 2021-ci il Təqsirləndirilən şəxs2 üzərinə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,450 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülmüş, bu barədə həmin tarixdə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol tərtib olunaraq, keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 özünü müdafiə üçün dəlil gətirərək, üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, həmin dəlillərin yoxlanılması zamanı şahid ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün dəlil gətirərək, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satmadığım, əksinə birlikdə gedib aldığını bildirmiş, həmin dəlillərin yoxlanılması zamanı şahid ifadələri, üzləşdirmə protokolu, şəxsi axtarış və diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmə iclasında öz təsdiqini tapdığından onlar təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf edilməli və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətlərini yüngülləşdirən hallar müəyyən edilmədi. Cinayət işi üzrə Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 06.07.2015-ci il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 17.12.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 01 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzalarını ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində tutulduğu 12 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən çıxardığı 1 ədəd “Sobranie” markalı siqaret qutusundan 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,322 qram, 0,431 qram, 0,374 qram, 0,404 qram, 0,393 qram, 0,407 qram, 0,346 qram, 0,325 qram və 0,456 qram olmaqla ümumi təmiz çəkisi 3,888 qram ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,788 kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrılıqda çəkiləri 0,105 qram və 0,263 qram olmaqla ümumi təmiz çəkisi 0,368 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,308 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,450 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,400 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə axtarış və götürmə görüntülərini özündə əks etdirən 2 ədəd DVD diski iş materillarnda saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 245,46 (iki yüz qırx beş manat qırx altı qəpik) manat təqsirləndirilən şəxslər arasında bölünərək, 122,73 (yüz iyirmi iki manat yetmiş üç qəpik) manat Təqsirləndirilən şəxs1, 122,73 (yüz iyirmi iki manat yetmiş üç qəpik) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,788 qram çəkidə narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,308 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,400 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə axtarış və götürmə görüntülərini özündə əks etdirən 2 ədəd DVD diski iş materillarnda saxlanılsın. İş üzrə evkspertiza xərcləri 245,46 (iki yüz qırx beş manat qırx altı qəpik) manat təqsirləndirilən şəxslər arasında bölünərək, 122,73 (yüz iyirmi iki manat yetmiş üç qəpik) manat Təqsirləndirilən şəxs1, 122,73 (yüz iyirmi iki manat yetmiş üç qəpik) manat Təqsirləndirilən şəxs2 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1697/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1697/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver