Məhkəmə qərarları › İş №1(101)-1697/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1697/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1697/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X22 (sədrlik edən), X18 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 10 avqust 1975-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, tam orta təhsilli, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-23/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi, xx xxx 1985-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üçü azyaşlı olmaqla himayəsində dörd yetkinlik yaşına çatmamış uşağı olan, natamam orta təhsilli, məhkumluğu olmayan, “MSDİS Holding” asfalt zavodunda operator işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ömrəsiz evdə yaşamış, 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 22/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Kəbi” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Kəbi” adlı şəxsin və qeyrilərinin xüsusilə külli miqdarda - 25972,919 qram çəkidə narkotik vasitə heroini və xüsusilə külli miqdarda - 4980,477 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra 08 yanvar 2024-cü il tarixdən 09 yanvar 2024-cü il tarixə keçən gün gecə saatlarında idarə etdiyi **-VB-*** dövlət qeydiyyat nişanlı, “Kia” markalı avtomobillə Cəlilabad rayonu ərazisinə gedib İran İslam Respublikasının vətəndaşı “Kəbi” adlı şəxsin və qeyrilərinin göndərdiyi qeyd edilən xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb Ələt-Astara-İran avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 61-ci kilometrliyində yerləşən “Hacıoğlu” restoranının həyətinə daşıyaraq narkotik vasitə heroinin 20,138 qramını 01 ədəd bükümdə, psixotrop maddə metamfetamin 31,076 qramını 01 ədəd bükümdə satış üçün ayıraraq üzərində saxlamaqla qalan narkotik vasitələri və psixotrop maddələri idarə etdiyi “MG” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə daşıması üçün Təqsirləndirilən şəxs2 tədqim etmiş, sonuncu narkotik vasitə heroinin 32,781 qram hissəsini 01 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 29,401 qram hissəsini 01 ədəd bükümdə satış üçün ayıraraq üzərində qalan maddələri isə idarə etdiyi avtomobildə saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 18 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 09 yanvar 2024-cü il tarixdə saat 04:20-də yuxarıda qeyd olunan ünvanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq idarə etdikləri avtomobillərlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə saat 06:10-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,138 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 31,076 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 32,781 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 29,401 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 09 yanvar 2024-cü il tarixdə, saat 08:00-dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılıq və iştirakları ilə sonuncunun idarə etdiyi “MG” markalı **-RD-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladıqları 04 ədəd bağlamada, 50 ədəd şəffaf polietilen bükümdə ümumilikdə xüsusilə külli miqdarda təmiz çəkisi 25920 qram olan narkotik vasitə heroin və 02 ədəd bağlamada, 10 ədəd şəffaf polietilen torbada ümumilikdə xüsusilə külli miqdarda təmiz çəkisi 4920 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, eləcə də şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Kəbi” adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Kəbi” adlı şəxsin və qeyrilərinin xüsusilə külli miqdarda - 25972,919 qram çəkidə narkotik vasitə heroini və xüsusilə külli miqdarda - 4980,477 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra aralarında olan cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 08 yanvar 2024-cü il tarixdən 09 yanvar 2024-cü il tarixə keçən gün gecə saatlarında idarə etdiyi **-VB-*** dövlət qeydiyyat nişanlı, “Kia” markalı avtomobillə Cəlilabad rayonu ərazisinə gedib İran İslam Respublikasının vətəndaşı “Kəbi” adlı şəxsin və qeyrilərinin göndərdiyi qeyd edilən xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən götürüb Ələt-Astara-İran avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 61-ci kilometrliyində yerləşən “Hacıoğlu” restoranının həyətinə daşıyaraq narkotik vasitə heroinin 20,138 qramını 01 ədəd bükümdə, psixotrop maddə metamfetamin 31,076 qramını 01 ədəd bükümdə satış üçün ayıraraq üzərində saxlamaqla qalan narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs2 idarə etdiyi “MG” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə daşıması üçün Təqsirləndirilən şəxs2 tədqim etmiş, sonuncu narkotik vasitə heroinin 32,781 qram hissəsini 01 ədəd bükümdə, psixotrop maddə metamfetaminin 29,401 qram hissəsini 01 ədəd bükümdə satış üçün ayıraraq üzərində qalan maddələri isə idarə etdiyi avtomobildə saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 18 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 09 yanvar 2024-cü il tarixdə saat 04:20-də yuxarıda qeyd olunan ünvanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq idarə etdikləri avtomobillərlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilməklə orada həmin tarixdə saat 06:10-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,138 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 31,076 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 32,781 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 29,401 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 09 yanvar 2024-cü il tarixdə, saat 08:00-dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 razılıq və iştirakları ilə sonuncunun idarə etdiyi “MG” markalı **-RD-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa yük hissəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladıqları 04 ədəd bağlamada, 50 ədəd şəffaf polietilen bükümdə ümumilikdə xüsusilə külli miqdarda təmiz çəkisi 25920 qram olan narkotik vasitə heroin və 02 ədəd bağlamada, 10 ədəd şəffaf polietilen torbada ümumilikdə xüsusilə külli miqdarda təmiz çəkisi 4920 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 tanıyır, onun bibisi qızının həyat yoldaşıdır və Bəhruzla yaxşı münasibəti vardır. Təxminən 1 ay bundan əvvəl İnstagram sosial şəbəkəsində bir nəfər iranlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona adının “Kəbi” olduğunu bildirmişdir. “Kəbi” ona telefon nömrəsi vermiş və “Whatsapp" mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. Təxminən 2- 3 gün bundan əvvəl “Kəbi” ona bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələr vardır və həmin maddələri Cəlilabad rayonundan götürüb Bakı şəhərinə aparmaq və orada müəyyən yerlərə qoyub “Kəbi”yə konum göndərmək lazımdır. Əlavə olaraq, “Kəbi” bildirmişdir ki, əgər “Kəbi” ilə razılaşsa, bunun qarşılığında ona 6000 manat pul verəcəkdir. O, “Kəbi” ilə razılaşmış və bundan sonra qohumu Təqsirləndirilən şəxs2lə telefonla əlaqə saxlamış və “Kəbi”nin dediklərini Bəhruza çatdıraraq bildirmişdir ki, ona köməklik etmək lazımdır. Həmçinin Bəhruza demişdir ki, əgər ona köməklik göstərsə, “Kəbi”dən alacağı 6000 manat pulu Bəhruzla yarı-yarıya böləcəkdir. Bəhruz da onunla razılaşmışdır. Birlikdə belə razılığa gəlmişlər ki, o, “Kəbi”nin göndərəcəyi konuma uyğun olaraq "Kia" markalı **- VB-*** qeydiyyat nişanlı avtomobillə gedib malları götürsün və Bəhruz "MG" markalı, **- RD-*** qeydiyyat nişanlı avtomobillə Salyan rayonunda yerləşən "Hacıoğlu" restoranının qarşısında onu gözləsin və o, oraya gəlib çatdıqdan sonra onlar iz itirmək üçün malları "Kia" markalı avtomobildən götürüb, "MG" markalı avtomobilə yerləşdirsinlər. 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında "Kia" markalı avtomobillə Bakı şəhərindən Cəlilabad rayonuna yola düşmüşdür. Yolda olduğu zaman “Kəbi” ona konum göndərərək bildirmişdir ki, mallar Cəlilabad rayonundadır. Konum Cəlilabad şəhəri ilə Göytəpə adlanan yer arasında olan ərazini göstərmişdir. O, konuma uyğun olaraq hərəkət edib, həmin yerə çatmışdır. Orada 03 ədəd kisə və bir sellofan torbada 04 ədəd büküm olmuşdur. “Kəbi” ona demişdir ki, həmin bükümləri üzərinizdə saxlayın, ola bilsin ki, yolüstü deyəcəyim yerə qoymalı olacaqsınız. O da həmin kisələri və sellofan torbanı götürüb avtomobilə yerləşdirmişdir. Təxminən 1 saatdan sonra o, Salyan rayonunda yerləşən "Hacıoğlu" restoranının qarşısına çatmışdır. O, oraya çatanda Bəhruz onu orada gözləmişdir. Onlar malları "Kia" markalı avtomobildən götürüb "MG" markalı avtomobilə yerləşdirmişlər. 04 ədəd bükümün cibində çox görünəcəyini görüb, iki bükümü öz cibinə qoyub qalan iki bükümü Bəhruza vermişdir. Bəhruz da həmin bükümləri öz cibinə qoymuşdur. Daha sonra o, "Kia" markalı avtomobillə, Bəhruz isə "MG" markalı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. Təxminən bir saat yarımdan sonra Bakı şəhərinə çatmışlar. 09 yanvar 2024cü il tarixdə, saat 04:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 18 ünvanın yaxınlığında “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yanında Təqsirləndirilən şəxs2lə birlikdə piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə BNMİ-yə getmişlər. Avtomobilləri isə BNMİ-nin duracağına gətirmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Bəhruz şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk şəxsi axtarış onun üzərinə olmuşdur. O, 01 ədəd avtomobil açarını, 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonu və 33 (otuz üç) manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 01 ədəd “İphone” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd özünə məxsus sürücülük vəsiqəsi, 01 ədəd bank kartı, 01 ədəd avtomobil açarı və 40 manat pul aşkar edilərək götürülmüşdür. Üzərilərinə şəxsi axtarış aparıldıqdan sonra o, Bəhruz, müdafiəçilər və polis əməkdaşları ilə BNMİ-nin duracağında “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillərinə baxış keçirilməsinə başlamışlar. Təqsirləndirilən şəxs2 “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 03 ədəd yaşıl rəngli kisəni təqdim etmişdir. Həmin kisələrin içərisindən 02 ədəd bağlamada psixotrop maddə metamfetamin, 04 ədəd bağlamada narkotik vasitə heroini təqdim etmişdir. 01 ədəd metamfetamin bağlamasının içərisindən 05 ədəd sellofanda metamfetamin aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra o və Təqsirləndirilən şəxs2 iştirakı ilə “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş maddələri iranlının dediyi yerlərə çatdırmaq məqsədi ilə əldə etmişlər. İranlı “Kəbi” adlı şəxslə görüşməmiş və anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin nə istifadəsi, nə də satışı ilə məşğul olmur. Üzərilərində və avtomobildə narkotik vasitə və psixotrop maddə olmasından yalnız onların ikisinin xəbəri olmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, İran vətəndaşı onunla hər kiloqrama görə 600 manat ödəniş edəcəyi barədə razılaşmışdır. O, hər bağlamada təxminən 5-10 kq marixuana olacağını zənn etmiş, lakin şübhəli şəxs qismində tutulduqdan sonra orada başqa narkotik vasitələrin də olduğunu öyrənmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, onun həyat yoldaşının dayısı oğludur və Zaurla yaxşı münasibəti vardır. 08 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək bildirmişdir ki, Zaurun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan bir nəfər tanışı var və əgər həmin tanışının dediyi yerdən malları götürüb Bakı şəhərinə çatdırsa, Zaura 6000 manat pul verəcəkdir. Əlavə olaraq Zaur qeyd etmişdir ki, Zaura bu işdə köməklik göstərmək lazımdır və əgər kömək etsə, ona həmin tanışının göndərəcəyi 6000 manat pulun yarısını verəcəkdir. O, Zaurla razılaşmışdır. Razılaşma belə olmuşdur ki, Zaur "Kia" markalı avtomobillə Cəlilabad rayonuna gedib malları götürsün və o, Zauru Salyan rayonunda yerləşən "Hacıoğlu" restoranının qarşısında gözləsin. Zaur malları götürüb "Hacıoğlu" restoranına çatanda onlar iz itirmək üçün malları onun istifadəsində olan "MG" markalı avtomobilə yerləşdirib Bakı şəhərinə getsinlər. 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən Salyan rayonuna yola düşmüşdür. Təxminən 2 saatdan sonra "Hacıoğlu" restoranının qarşısına çatmışdır. Təxminən yarım saatdan sonra Zaur "Kia" markalı avtomobillə həmin yerə gəlmişdir. Onlar orada malları "Kia" markalı avtomobildən götürüb onun istifadəsində olan "MG" markalı avtomobilə yerləşdirmişlər. Bundan sonra o, "MG" markalı avtomobillə, Zaur isə "Kia" markalı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Təxminən 1 saat yarım sonra onlar Bakı şəhərinə çatmışlar. 09 yanvar 2023cü il tarixdə, saat 04:20 dəqiqədə ünvan 5 ünvanın yaxınlığında “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yanında Təqsirləndirilən şəxs1lə birlikdə piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə BNMİ-yə getmişlər. Avtomobilləri BNMİ-nin duracağına yerləşdirmişlər. Burada dəvət olunmuş müdafiəçlərin iştirakı ilə o və Zaur şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərilərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk olaraq Zarun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs1 01 ədəd avtomobil açarını, 01 ədəd “Samsung” markalı mobil telefonu və 33 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmış və üzərində qanunsuz olaraq saxladığı maddələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi , 01 ədəd özünə məxsus sürücülük vəsiqəsi, 01 ədəd bank kartı, 01 ədəd avtomobil açarı və 40 manat pul aşkar edilərək götürülmüşdür. Üzərilərinə şəxsi axtarış aparıldıqdan sonra o, Zaur, müdafiəçilər və polis əməkdaşları ilə BNMİ-nin duracağında “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və “Kia” markalı **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobillərinə baxış keçirilməsinə başlamışlar. O, “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 3 (üç) ədəd yaşıl rəngli kisəni təqdim etmişdir. Həmin kisələrin içərisindən 2 (iki) ədəd bağlamada psixotrop maddə metamfetamin və 04 ədəd bağlamada narkotik vasitə heroini təqdim etmişdir. 01 ədəd metamfetamin bağlamasının içərisindən 05 ədəd sellofanda metamfetamin aşkar edilmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 və onun iştirakları ilə “MG” markalı 90-RD- 329 dövlət qeydiyyat nişanlı avtomobilin və “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş maddələri iranlının dediyi yerə çatdırmaq məqsədi ilə əldə etmişlər. İranlı “Kəbi” adlı şəxslə görüşməmiş və anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Zaur narkotik vasitələrin nə istifadəsi, nə də satışı ilə məşğul olmur. O, hər bağlamada təxminən 10 kq marixuana olacağını zənn etmiş, lakin şübhəli şəxs qismində tutulduqdan sonra orada başqa narkotik vasitələrin də olduğunu öyrənmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onların təqsiri özlərinin qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis mayoru Şahid ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonunda yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş idarənin əməliyyat müvəkkilləri X11, X13 və X23 daxil edilmişdir. 09 yanvar 2024-cü il tarixdə saat 04-05 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ərazisində olmaları müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 04:20-də ünvan 6 ünvanının qarşısında, “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı və "Kia” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxsi müəyyən etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərə satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmiş və BNMİ-nə gətirmişlər. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə hər iki şəxsə hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin təhqiqatçısı Anar Aslanov tərəfindən hər ikisinin üzərilərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin ciblərindən 02 ədəd bükümü, 01 ədəd avtomobil açarını, 01 ədəd mobil telefonu və 33 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildisə də, hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərə baxış zamanı birinin içərisində narkotik vasitə heroinə oxşar kütlə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Aşkar edilmiş kütlələr elekton tərəzidə çəkildikdən sonra 01 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd mobil telefon götürülmüş, 01 ədəd avtomobil açarı və 33 manat pul ona geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin cibindən 02 ədəd bükümü və 01 ədəd mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd bank kartı, 1 ədəd avtomobil açarı və 40 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə baxış zamanı birinin içərisində narkotik vasitə heroinə oxşar kütlə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Aşkar edilmiş kütlələr elekton tərəzidə çəkildikdən sonra 01 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi götürülmüş, avtomobil açarı və 40 manat pul Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlələrin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı “Kəbi” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisində əvvəlcədən müəyyən edilmiş yerdən götürdüyünü, qohumu Təqsirləndirilən şəxs2lə birlikdə “Kəbi” adlı şəxsin deyəcəyi yerə çatdırmaq üçün əldə etdiklərini, bunun qarşılığında onlara 6000 manat pul veriləcəyini və həmin pulu böləcəklərini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə saxladıqlarını, həmin avtomobilə və özünün idarə etdiyi “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri qohumu Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisindən götürdüyünü, birlikdə Təqsirləndirilən şəxs1 tanışı iranlı şəxsin deyəcəyi yerə çatdırmaq üçün əldə etdiklərini, bunun müqabilində 6000 manat pul qazanaraq Təqsirləndirilən şəxs1lə böləcəklərini, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını və bağışlamadığını bildirmişdir. Əlavə olaraq, idarə etdiyi **-RD-*** dövlət qeydiyyat nişanlı, “MG” markalı avtomobildə narkotik vasitə olduğunu, həmin avtomobilə və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi “MG” markalı, **-RD-*** qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı, **-VB-*** qeydiyyat nişanlı avtomobillərə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək sözügedən avtomobillərdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 “MG” markalı, **-RD-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 03 ədəd kisəni təqdim etmişdir. Həmin kisələrin içərisinə baxış zamanı orada 2 ədəd bağlamada psixotrop maddə metamfetaminə oxşar kütlə və 04 ədəd bağlamada narkotik vasitə heroinə oxşar kütlə olması müşahidə edilmişdir. Bağlamaların birinin içərisində 05 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Bundan sonra “Kia” markalı **-VB-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 şifahi olaraq, şəxsi axtarış zamanı dediklərini təkrar etmiş və başqa heç yerdə narkotik vasitə saxlamadığını, bundan əvvəl avtomobillərə baxış keçirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 şifahi olaraq, şəxsi axtarış zamanı dediklərini təkrar etmiş və başqa heç yerdə narkotik vasitə saxlamadığını, bundan əvvəl avtomobillərə baxış keçirilmədiyini bildirmişdir. Baxış və götürmə başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı onlar tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, həmin şəxslərin heç bir müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiklərini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə hərəkətləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasındakı xidməti otaqların birində həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X11, X13, X23, müdafiəçilər X26 və X2 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Axtarış aparılarkən ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin ciblərindən 02 ədəd bükümü, 01 ədəd avtomobil açarını, 01 ədəd mobil telefonu və 33 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərə baxış zamanı birinin içərisində narkotik vasitə heroinə oxşar kütlə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Aşkar edilmiş kütlələr elekton tərəzidə çəkildikdən sonra 01 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd mobil telefon götürülmüş, 01 ədəd avtomobil açarı və 33 manat pul ona geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin cibindən 02 ədəd bükümü və 01 ədəd mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd bank kartı, 01 ədəd avtomobil açarı və 40 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərə baxış zamanı birinin içərisində narkotik vasitə heroinə oxşar kütlə, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə edilmişdir. Aşkar edilmiş kütlələr elekton tərəzidə çəkildikdən sonra 01 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi götürülmüş, avtomobil açarı və 40 manat pul Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlələrin özünə məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı “Kəbi” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu ərazisində əvvəlcədən müəyyən edilmiş yerdən götürdüyünü, qohumu Təqsirləndirilən şəxs2lə birlikdə “Kəbi” adlı şəxsin deyəcəyi yerə çatdırmaq üçün əldə etdiklərini, bunun qarşılığında onlara 6000 manat pul veriləcəyini və həmin pulu böləcəklərini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “MG” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə saxladıqlarını, həmin avtomobilə və özünün idarə etdiyi “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri qohumu Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisindən götürdüyünü, birlikdə Təqsirləndirilən şəxs1 tanışı iranlı şəxsin deyəcəyi yerə çatdırmaq üçün əldə etdiklərini, bunun müqabilində 6000 manat pul qazanaraq Təqsirləndirilən şəxs1lə böləcəklərini, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını və bağışlamadığını bildirmişdir. Əlavə olaraq, idarə etdiyi **-RD-*** dövlət qeydiyyat nişanlı, “MG” markalı avtomobildə narkotik vasitə olduğunu, həmin avtomobilə və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı CD diskə baxış keçirilməsi barədə protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi **-VB-*** qeydiyyat nişanlı, “Kia” markalı və Təqsirləndirilən şəxs2 idarə etdiyi **-RD-*** qeydiyyat nişanlı, “MG” markalı avtomobillərə baxış və götürmə hərəkətləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin duracağında həyata keçirilmişdir. Baxış zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X11, X13, X23, müdafiəçilər X26 və X2 iştirak etmiş və videoçəkiliş həyata keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək sözügedən avtomobillərdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 “MG” markalı, **-RD-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 03 ədəd kisəni təqdim etmişdir. Həmin kisələrin içərisinə baxış zamanı orada 02 ədəd bağlamada psixotrop maddə metamfetaminə oxşar kütlə və 04 ədəd bağlamada narkotik vasitə heroinə oxşar kütlə olması müşahidə edilmişdir. Bağlamaların birinin içərisində 05 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə oxşar kütlə olması müşahidə olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Bundan sonra “Kia” markalı 90-VB- 893 qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 şifahi olaraq, şəxsi axtarış zamanı dediklərini təkrar etmiş və başqa heç yerdə narkotik vasitə saxlamadığını, bundan əvvəl avtomobillərə baxış keçirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 şifahi olaraq, şəxsi axtarış zamanı dediklərini təkrar etmiş və başqa heç yerdə narkotik vasitə saxlamadığını, bundan əvvəl avtomobillərə baxış keçirilmədiyini bildirmişdir. Baxış və götürmə hərəkətlərinin qeydə alındığı CD diskə baxış keçirilməsi barədə protokol tərtib edilərək cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 09 yanvar 2024-cü il tarixli 3-16-16/2- 6/85 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li dairəvi möhür əksi, “X6 üzərindən aşkar edilmiş kütlələr şübhəli şəxs(imza) Z.Hüseynov..” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 20,138 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 31,076 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlələr şübhəli şəxs(imza) Təqsirləndirilən şəxs2..” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 32,781 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 29,401 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “ şübhəli şəxslər Z.Hüseynova və Təqsirləndirilən şəxs2 məxsus MG markalı **-RD-*** nömrəli avtomobildən aşkar edilmiş kütlələr Z.Hüseynov(imza), Təqsirləndirilən şəxs2(imza)” yazısı və imzalar olan bağlamalardakı, 50(əlli) ədəd bükümdə ümumi təmiz çəkisi 25920 qram (25kq 920qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 10(on) ədəd bükümdə ümumi təmiz çəkisi 4920 qram (4kq 920qr) ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş MG markalı **-RD-*** nömrəli avtomobildən aşkar edilərək götürülmüş heroinlər və Z.Hüseynovun və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə və görə eynidirlər. Təqdim edilmiş MG markalı **-RD-*** nömrəli avtomobildən aşkar edilərək götürülmüş metamfetaminlər və Z.Hüseynovun və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə və görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X29 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 30 mart 2024-cü il tarixli 2017 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal- hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X29 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 30 mart 2024-cü il tarixli 2015 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, anten məlumatlarına uyğun olaraq həmin mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə Salyan rayonunun inzibati ərazi dairəsində “Hacıoğlu” restoranı yaxınlığında aktiv olmuş, eləcə də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında həmin tarixdə bir neçə telefon danışığı olmuşdur. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, anten məlumatlarına əsasən həmin mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə Salyan və Cəlilabad rayonlarının inzibati ərazisində aktiv olmuşdur. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokol tərtib olunmuş və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk həmin protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 üzərindən və idarə etdiyi avtomobildən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxladıqlarına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Kəbi” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Kəbi” adlı şəxsin həmin narkotik vasitələri və psixotrop maddələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göndərdiklərinə, sonuncuların narkotik vasitələri və psixtrop maddələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş “Samsung Galaxy A3” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində +7 916 ***-**-** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında yazışmalar müəyyən edildi. Belə ki, həmin nömrənin istifadəçisi 08 yanvar 2024cü il tarixdə saat 18:01-də Təqsirləndirilən şəxs1 səsli ismarıclar göndərərək bildirmişdir ki, “Hacı, gözünü yeyim, saat 8-də, 9-da gəl “Hacıoğlu”, Biləsuvar tərəfində ol. Bildin sən?”, “Başında dönüm, indi zəng ediblər. İş hazır vəziyətdədir, get üstünə”. Təqsirləndirilən şəxs1 cavab olaraq səsli ismarıc göndərərək bildirmişdir ki, “Qaqaşım, bəs sən demişdin ki, 2-3 gün gizlən. Mən deyirəm ki, vallah 1 qəpik pulum yoxdur, belə deyim, 30 manat, 25 manat cibimdə pul var. Sən birdəfəlik özüdə deyirsən, bu vaxtı hazır ol, get ora. Mən bilmirəm bu necə fikirdi. Belə demirdin axı. Mən günortadan bilmirəm nəyi necə edəcəyəm. Mən xalaoğlunu yola salmışam. Heç kim yoxdu, qalmışam evdə tək bayquş kimi. Maşınım yox, heç nə yox. Birdən-birə belə şey olur? Bilmirəm necə fikirləşirsən, görüm neynirəm”. Həmin şəxs cavab olaraq səsli ismarıclar göndərərək bildirmişdir ki, “Hacı mən də bilmirdim. İndicə “mseri”yə zəng etdilər, qurbanın olum. Birindən 200-300 manat borc alıb çıxa bilmirsən? Darıxma, saat 9-a qədər vaxtımız var. Bildin? Saat 9-da Hacıoğlu tərəfində ol. Hələ 3 saat qalıb. Başına dolanım, gör neynirsən. Bir dənə də kart at mənə, görüm mən sənə pul vurdura bilirəm? Sən özün də pul dalıyca ol, mən də. Bacıdan, uşaqların birindən 300 manat pul al da”, “Babam, bu “mseri”yə zəng vurdular. Mən də tələsə-tələsə çıxmışam. Bildin nə deyirəm. Bilirəm ki, bu işi özün bilirsən də”. Təqsirləndirilən şəxs1 cavabında “Oldu da, narahat olma. Söhbət pulu “prosta” deyirəm. Yəni söhbətdən puldan getmir, mən ölmüşəm indi yol pulu 200-300 manat tapa bilmirəm? Necə söhbətdir? Puldan getmir. Bu “reski”dən deyirəm. İndi deyirsən sənə belə dedi. Görüm neynirəm. Onda mənlə işin olmasın. Görüm neynirəm. Mən bir də sənə deyərəm ki, oralardayam” məzmununda səsli ismarıc göndərmişdir. Həmin şəxs cavab olaraq bildirmişdir ki, “Hacı, sənin hazırlığın olsun, saat 9-da Hacıoğluda ol, qurban olum. Mən “svyaz”dan çıxacağam, düz vaxtında gəlib girəcəyəm “svyaz”a, başına dolanım”. Bundan başqa həmin mobil nömrənin istifadəçisi 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 qəbz şəkli göndərmiş, həmin qəbzdən müəyyən olunmuşdur ki, 20 dekabr 2023-cü il tarixdə saat 14:37:24-də 416973******2382 nömrəli kart hesabına 2500 manat məbləğində pul göndərilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 dekabr 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 2.3-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə növündə cəzadan azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq alınmış Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 10 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmə müddəti 21 dekabr 2023-cü il tarixdə bitib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Məhkəmə hesab edir ki, üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya və predmetin aşkar olunmaması, eləcə də narkotik vasitələri daşısalar da, satış məqsədlərinin olmaması barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, iş materiallarından “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, əldə edilmiş əməliyyat məlumatları, SMS mətnləri və cinayət işinin materiallarına əlavə edilmiş digər materiallarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin 19 saylı, 31 yanvar 2024-cü il tarixli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin 20 saylı, 31 yanvar 2024-cü il tarixli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, hazırki sağlamlıq vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayin İcra Hakimiyyəti Zabrat Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında yaşadığı müddətdə barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Ş.K.X. tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli “Xəstənin tibbi kartasından” çıxarışdan, “X37” Klinikasının 08 avqust 2016-cı il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ürəyin işemik xəstəliyi, kəskin miokard infarktı diaqnozu qoyulmuş, sonuncunun üzərində angioplastik əməliyyəti icra olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və hazırki sağlamlıq vəziyyətini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 ilə X5 birgə nikahlarından 09 iyul 2008-ci il təvəllüdlü X19 anadan olmuşdur. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər ehtiyatsızlıqdan cinayət törətməyə görə Astara Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü ilə 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Masallı Rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş 06 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1985-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuşdur. ünvan 7 ünvanında qeydiyyatda olmasına baxmayaraq, uzun müddətli olmaqla məhkum olan günə kimi Bakı şəhərində yaşamışdır. Cəbiyev X16 şəhər 1 saylı tam orta məktəbində təhsil almışdır. Həqiqi Hərbi xidmətdə olmuşdur. Təqsirləndirilən şəxs2 ailəlidir. Təqsirləndirilən şəxs2 ərazidə yaşadığı müddətdə özünü intizamlı aparmış və birgə yaşayış qaydalarına əməl etmişdir. Təqsirləndirilən şəxs2 hərəkətləri barədə Mənzil İstismar Sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üçü azyaşlı olmaqla dörd nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 ilə X3 birgə nikahlarından 11 fevral 2008-ci il təvəllüdlü X14, 25 iyul 2012-ci il təvəllüdlü X12, 13 noyabr 2019-cu il təvəllüdlü X7, 25 oktayabr 2022-ci il təvəllüdlü X9 anadan olmuşdur. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2024-cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-23/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 09 yanvar 2024-cü il taixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-22/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra ayı-ayrılıqda qalıq çəkiləri 20,038 qram, 32,681 qram və 25919,5 qram narkotik vasitə - heroin və 30,976 qram, 29,301 qram və 4919,8 qram psixotrop maddə - metamfetamin məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdikləri pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra ayı-ayrılıqda qalıq çəkiləri 20,038 qram, 32,681 qram və 25919,5 qram narkotik vasitə - heroin və 30,976 qram, 29,301 qram və 4919,8 qram psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 04 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs1 göstərdikləri pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 36 (otuz altı) iş saatı üçün 216 (iki yüz on altı) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2 göstərdiyi pulsuz hüquqi yardıma görə 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar