Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1698/2024 02.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclas katibi: X5 vəHüseynova Aytac Faiq qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Nizami ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Həcı» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 130 saylı yaşayış binasının ikinci blokunda yerləşdirdiyi 01 ədəd bükümdə təmiz çəkisi 87,49 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 09 yanvar 2023-cü il tarixdə axşam saatlarında həmin yerdən götürüb əldə edərək «Hacı» adlı şəxsin təlimatı ilə istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 09 yanvar 2024-cü il tarixdə saat 23:35 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Bakı Şəhər Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 87,49 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 5 övladı vardır, onlar anasının himayəsindədir. İranlı ona zəng vuraraq dediyi ünvandan narkotiki götürməsini bildirmişdir. O həmin ünvana getdikdə isə həmin narkotikdən əlavə başqa narkotik vasitə də görmüşdür. Əlini mala vura bilməmişdir. Polis əməkdaşları onu saxlamışlar. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İran vətəndaşı ilə instagram sosial şəbəkəsində tanış olmuş, Whatsapp vasitəsilə əlaqə saxlayırmış. İranlı ona narkotiki daşıması qarşılığında pul təklif etmişdir. O həmin iranlının sifarişi ilə ilk dəfə imiş ki, narkotik vasitələri daşıyacaqmış. O, narkotik vasitəni daşıyan kuryer olaraq işləmişdir. Narkotik vasitəni bir yerdən başqa yerə qoyacaqmış. Videoçəkilişdə polislər dediyi kimi ifadəni vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, DİN-in Yasamal RPİ-nin PPXB-nin əməkdaşıdır. O, əməliyyat tədbirində iştirak etməmişdir. Şəxsin üzərinə şəxsi axtarış aparılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni büküm halında özü təqdim etmişdir. Onun üzərindən hansı narkotik vasitənin çıxdığını xatırlamır. Narkotik vasitə bükümlərdə olmuşdur. Polis idarəsində şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-in Yasamal RPİ-in CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. Yanvar ayının 9-u Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və Şahid1 iştirak etmişdir. Şahid1 hazırda polis orqanlarından xaric olunmuşdur. Şəxsi Şərifzadə 130 ünvanının qarşısında saxlamışlar. Onu polis idarəsinə apararaq üzərinə şəxsi axtarış keçirmişlər. Onun əlində heç nə olmamışdır. Şəxsdən şübhələndikləri üçün onu saxlayaraq idarəyə dəvət etmişlər. Narkotik vasitə təhqiqatçının otağında şəxsi axtarış keçirilən zaman təqsirləndirilən şəxsin cibindən aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan AR DİN-in Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Bu təklifdən sonra X2 əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 09 yanvar 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı Həci adlı şəxsin istifadə etdiyi +**********73 nömrəli mobil telefonunun vatsap tətbiqindən göndərdiyi məkan və şəkilə əsasən Şərifzadə küçəsi 130 saylı binanın ikinci blokundan götürdüyünü bildirmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, ot şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. X1 təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/44 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən... ” yazısı və imzalar olan sellofan bağlamadakı 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi -87,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. Qeyd: marixuanaın təmiz çəkisi-87,49 qram, tədqiqata istifadə olundu-0,1 qram, qalıq-87,39 qram. (Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edilmiş, həmin şəxs özü barədə məlumat verdikdən sonra ona üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli yay idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarab könüllü təqdim etmişdir. Təqdim etdiyi sellofan büküm açıldıqda içərisində spesifik iyə malik, yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sol cibindən isə «Redmi» markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisinə narkotik vasitə qrudulmuş marixauna olduğunu, 09 yanvar 2024-cü il tarixdə İran vətəndaşı «Həci» adlı şəxsin istifadə etdiyi +**********73 nömrəli mobil telefonunun vatsap tətbiqindən göndərdiyi məkan və şəkilə əsasən Şərifzadə küçəsi 130 saylı binanın ikinci blokundan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-165/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Yasamal Rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefonda olan “Whatsapp” tətbiqetməsində «Haci» adı ilə qeydiyyatdan keçmiş +**********73 nömrə istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında arasında buraxılmış səsli zənglərin aparılması, «Jalal Qardaş» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışına dair sms yazışmalarının aparılması, «Meşedi» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışına dair səsli və yazılı sms yazışmalarının aparılması, narkotik vasitələrin fotoşəkillərinin göndərilməsi, «+**********69» nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışına dair səsli və yazılı sms yazışmalarının aparılması, narkotik vasitələrin fotoşəkillərinin göndərilməsi, «Müska» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışma dair səsli və yazılı sms yazışmalarının aparılması, narkotik vasitələrin və bank kartının fotoşəkillərinin göndərilməsi, «Aaa N....R» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışma dair sms yazışmalarının aparılması, «Qaqasin» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışına dair səsli və yazılı sms yazışmalarının aparılması, məkanın fotoşəkillərinin göndərilməsi, «Elwan f» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışına dair yazılı sms yazışmalarının və səsli zənglərin aparılması, «Emisim» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışına dair səsli və yazılı sms yazışmalarının aparılması, narkotik vasitələrin yerləşdirimə yerlərinin məkanının fotoşəkillərinin göndərilməsi, «Melek» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxsnm istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışına,alışına və sifariş olunmasına dair yazılı sms yazışmalarının aparılması, «ARİFE» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxsnm istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışına,alışma və sifariş olunmasına dair yazılı sms yazışmalarının aparılması, «Peyman ! Qardaşım» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxsnm istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışı və alışma dair səsli sms yazışmalarının aparılması, həmçinin narkotik vasitənin fotoşəkilinin göndərilməsi, «Vüqar Bi» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxsnm istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışına və alışma dair yazılı sms yazışmalarının aparılması,məkanın göndərilməsi, «Buses C» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxsnm istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışına, alışma, sifariş olunmasına dair sms yazışmalarının aparılması, həmçinin bank kartının fotoşəkilinin göndərilməsi, «Hürrem» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxsnm istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışına, alışına, sifariş olunmasına dair sms yazışmalarının aparılması, «leman» adı ilə qeydiyyatdan keçmiş istifadəçi ilə Təqsirləndirilən şəxsnm istifadəsində olan +**********4 nömrə arasında narkotik vasitəlrin satışına, alışına, sifariş olunmasına dair sms yazışmalarının aparılması müəyyən edilmişdir. Mobil telefonun daxil olan və çıxan zənglər siyahısına tərəfimdən baxış keçirilsə də, həmin baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 742 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Cinayət işi materiallarından müəyyən olunur ki, şəxs Təqsirləndirilən şəxsn himayəsində beş azyaşlı uşağı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan AR DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(124)-697/2023 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan 5 yetkinlik yaşına çatmayan uşaqları 14 yaşına çatanadək, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündın altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki əməlini əvvəlki cinayət əməli üzrə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salındığı müddətdə törətdiyindən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(124)-697/2023 nömrəli hökmü ilə AR CM-nin 79-cu maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 09 yanvar 2024-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxsn himayəsində beş azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Yasamal rayon polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Redmi» markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 87,39 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 78(yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(124)-697/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.5-ci maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 09 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 78(yetmiş səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Redmi» markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 87,39 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1698/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1698/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver