Məhkəmə qərarları › İş №1(101)-1699/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1699/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1699/2024 31.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X10 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili “Qanunçuluq” Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, zərərçəkmiş şəxslər eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ali təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi ev 105-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək etibarından suiistifadə edib, Zərərçəkmiş şəxs5 və sonuncunun tanışı Zərərçəkmiş şəxs7 adına Şəmkir rayonu ərazisində, Kür çayının yaxınlığında yerləşən 382 hektar torpaq sahəsinin çıxarışının əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə saat 17:14-də Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 bank kartına göndərdiyi 1000 manat pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabarlı küçəsi 1009 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında, xx.xx.2021-ci il tarixdə saat 15:42-də Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 bank kartına göndərdiyi 1000 manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında, xx.xx.2021-ci il tarixdə saat 13:39-da Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 bank kartına göndərdiyi 1000 manat və həmin gün saat 13:41-də sonuncunun bank kartına göndərdiyi 700 manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs5 vasitəsilə göndərdiyi 3000 manat pulu xx.xx.2021-ci il tarixdə saat 14 radələrində qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs5, xx.xx.2021-ci il tarixdə saat 11:29-da Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 bank kartına göndərdiyi 1000 manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs5, xx.xx.2021-ci il tarixdə saat 12:29-da Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 bank kartına göndərdiyi 550 manat və həmin gün saat 21:34-də sonuncunun bank kartına göndərdiyi 500 manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs5, xx.xx.2021-ci il tarixdə saat 10:28-də Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 bank kartına göndərdiyi 260 manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs5, xx.xx.2021-ci il tarixdə saat 20:18-də Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 bank kartına göndərdiyi 300 manat pulu həmin gün qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs5 və 2021-ci ilin iyun ayı ərzində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs5 vasitəsilə göndərdiyi ümumilikdə 1390 manat pulu həmin ünvanın qarşısında sonuncudan alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 ümumilikdə 10700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək etibarından suiistifadə edib, Zərərçəkmiş şəxs5, sonuncunun tanışı Zərərçəkmiş şəxs2 övladı Şahid12 nəqliyyat departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin edilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 oğlu Şahid12 vasitəsi ilə Zərərçəkmiş şəxs5 çatdırdığı 8000 manat pulu həmin gün saat 17 radələrində Yasamal rayonu, Cəfər Cabarlı küçəsi 1009 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs5 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun tanışı Zərərçəkmiş şəxs3 övladı Şahid14 5500 manat pulun müqabilində təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs5 vasitəsilə göndərdiyi 4.000 manat pulu xx.xx.2021-ci il tarixdə saat 15 radələrində, 1.500 manat pulu isə xx.xx.2021-ci ildə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası X3rşısında Zərərçəkmiş şəxs5 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 5.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun qohumu X11 Bakı şəhəri Xətai rayonu ərazisində fəaliyyətə başlayacaq “Asan Xidmət” mərkəzində vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumilli pasportlarının verilməsi bölməsində mütəxəssis işinə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabarlı küçəsi 1009 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs5, sonuncuya məxsus 2500 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun tanışı Zərərçəkmiş şəxs4 övladı Şahid11 "xxxx" MMC-də aylıq əmək haqqı məbləği 1800 manat olan işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla xx.xx.2021-ci ildə saat 17:27-də Zərərçəkmiş şəxs4 tərəfindən onun qohumu Şahid13 adına "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3804- 6082 nömrəli kart hesabına köçürülmüş 800 manat və həmin gün saat 18:09-da həmin kart hesabına köçürülmüş 200 manat pulu istintaqa məlum olmayan vaxtda və yerdə nağdlaşdırmaqla, xx.xx.2021-ci il tarixdə saat 22:07-də isə Zərərçəkmiş şəxs4 tərəfindən onun tələbi ilə Zərərçəkmiş şəxs5 adına olan "xxxx" ASC tərəfindən verilmiş kart hesabına köçürülmüş 1000 manat pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabarlı küçəsi 1009 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs5 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs1 qohumu Şahid1 əvvəllər işlədiyi "xxxx" İB-də İnsan resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2021-ci ildə saat 10 radələrində onun qohumu Şahid13 adına olan "xxxx" ASC-nin 5404-0852-3804-6082 nömrəli bank kartına köçürülmüş 1300 manat pulu, xx.xx.2021-ci ildə saat 12 radələrində Zərərçəkmiş şəxs1 tərəfindən həmin kart hesabına köçürülmüş 1200 manat pulu istintaqa məlum olmayan vaxtda və yerdə nağdlaşdırmaqla, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində isə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs5 vasitəsilə göndərdiyi 2000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabarlı küçəsi 1009 ünvanında yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs5 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs1 tanışı Şahid2 Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 282 nömrəli və ya Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbdə müəllim vəzifəsinə təyin olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs5 vasitəsilə göndərdiyi 4000 manat pulu xx.xx.2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən “Qoç Ət” restoranının qarşısında Zərərçəkmiş şəxs5 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs6 özünü işgüzar şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncuya “X27 Şəhərsalma”, “Qlobal City”, “Az Aran Tikinti Təmir”, "xxxx" MMC-də yüksək məbləğdə təsis payları olduğunu, lakin həmin Cəmiyyətlərin maliyyə problemləri olduğuna görə təsis paylarından istifadə edə bilmədiyini, həmin problemin aradan qaldırılması üçün ona maddi köməklik göstərildikdən sonra Cəmiyyətlərin maliyyə vəsaitlərindən isifadə etməklə Zərərçəkmiş şəxs6 üçün Ağ şəhər yaşayış kompleksində yerləşən 120.000 manat dəyərində 180 kvadrat metr, 3 otaqlı mənzil, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Okean” avtosalonda 80000 manat dəyərində 2019cu il istehsallı, “Hyundai Grandeur” markalı avtomobili, Bakı şəhəri, Nərimanov rayonu Atatürk parkının yaxınlığında yerləşən 150.000 manat dəyərində gözəllik salonunu alacağına dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs6 ünvan 3 ünvanında 2700 manat, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin ünvanda 500 manat, xx.xx.2020ci il tarixdə saat 12 radələrində həmin ünvanda 2000 manat, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində həmin ünvanda 7000 manat, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanda 1000 manat, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində həmin ünvanda 1500 manat, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında 30000 manat, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində həmin ünvanda 1250 manat pulu, 2021-ci ilin oktyabr-noyabr ayları ərizində ayrı-ayrı vaxtlarda isə özündə saxladığı qohumu Şahid13 adına "xxxx" ASC tərəfindən verilmiş 5404-0852-3804-6082 nömrəli bank kartına Zərərçəkmiş şəxs6 tərəfindən köçürülmüş 5000 manat pulu nağdlaşdırmaqla, guya Cəmiyyətlərin maliyyə vəsaitlərindən isifadə etməklə alacağı həmin gözəllik salonunu qeydiyyata alıb, sonuncunun adına rəsmiləşdirilməsi adı ilə xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 saylı evin qarşısında 3000 manat və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən sürücülük vəsiqəsi alacağı adı ilə xx.xx.2020-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanda 400 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 ümumilikdə 54.350 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun tanışı Zərərçəkmiş şəxs8 dayısı X6 etibarnamə əsasında istifadə etdiyi Biləsuvar rayonu ərazisində yerləşən 250 hektar qış otlaq sahəsi ilə bağlı Biləsuvar Rayon Məhkəməsi tərəfindən A.H.Qarayevin əleyhinə çıxarılmış xx.xx.2021-ci il tarixli qətnaməni ləğv etdirib, sonuncun xeyrinə qətnamə çıxarılmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs8 xx.xx.2021-ci il tarixdə saat 18:24-də ünvan 6 ünvanda yerləşdirilmiş “Milliön” ödəmə terminalı vasitəsilə onun özündə saxladığı qohumu Şahid13 adına "xxxx" ASC tərəfindən verilmiş 5404-0852- 3804-6082 nömrəli bank kartına köçürülmüş 1600 manat pulunu ələ keçirib istintaqa məlum olmayan vaxtda və yerdə nağdlaşdırmaqla Zərərçəkmiş şəxs8 maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazır ki, cinayət işinin başlanılmasına səbəb 8 nəfər zərərçəkmiş şəxsin onun barəsində verilmiş olduqları şikayət ərizələri olmuşdur. Onlardan Zərərçəkmiş şəxs7 aldığı 7.000 manat pul məbləğini geri qaytarmış, digər zərərçəkmiş şəxsər Zərərçəkmiş şəxs1 əsas borcdan 8.500 manat, Zərərçəkmiş şəxs2 əvvəlcədən 2.000 manat və hazırkı məhkəmə iclasında 700 manat, Zərərçəkmiş şəxs6 7.000 manat və daha sonra da 1.000 manat pul qaytarmışdır. Hazırda Zərərçəkmiş şəxs2 5.300 manat pul borcludur. Həmçinin, ittihamda Zərərçəkmiş şəxs6 onun işini həll etmək qarşılığında 30.000 manat pul aldığı qeyd olunsa da, sonuncudan 30.000 manat pulu hansısa işini düzəldəcəyi adı ilə deyli faizlə borca götürmüş və hazırda Zərərçəkmiş şəxs6 ümumulikdə cəmi olaraq 22.000 manat məbləğində borcu vardır. Zərərçəkmiş şəxs1 isə aldığı 8.500 manat pul məbləğini tam şəkildə ona geri qaytarmışdır və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsi elan olunmaqla tədiqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəllərində borcları çox olduğu üçün borclarını ödəmək məqsədi ilə kimlərisə aldatmaq yolu ilə pul əldə edib borclarını ödəməyi qərarlaşdırmışdır. Ona görə də ətrafında tanışları çox olan, məktəbdə müəlliməsi olmuş, "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs5 ilə əlaqə saxılamış, söhbət əsnasında o, yalan olaraq yüksək vəzifədə tanışları olduğunu torpaq məsələləri, hər hansı vəzifəyə təyin edilməsi və sair işləri həmin tanışları vasitəsi ilə görə bildiyini bildirməklə sonuncunu inandırmışdır. 2021-ci ilin mayında Mehriban ona zəng etmiş, Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar torpaq sahəsininin çıxarışını Zərərçəkmiş şəxs7 adına rəsimləşdirmək lazım olduğunu demiş, o da 9000 manatın müqabilində köməklik edə biləcəyini söyləmişdir. Mehriban da Suliddindən aldığı puldan təxminən 8500 manat 2021-ci ilin may-iyun ayları ərzində Yasamal rayonu, “Qoç Ət” restoranının qarşısında ona vermişdir. O, da Mehribana verdiyi vədə əməl etməyərək aldığı həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Mehriban ondan Suliddinin işi ilə maraqlananda Mehribanı eyni qaydada aldadıb Suliddinin işini həll edəcəyini demişdir. Mehribanın onun niyyətindən xəbəri olmamış, Mehribanı da adatmışdır. 2021-ci ilin iyun ayında sonuncu ona zəng edərək tanışı Zərərçəkmiş şəxs3 övladı Şahid14 təhsil aldığı Dağıstan Dövlət Universitetindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsində kömək etməyin mümkün olub-olmamasını soruşmuş, o da həmişə olduğu kimi Mehribana yalandan tanışları vasitəsi ilə kömək edə biləcəyini demişdir. Azərbaycan Respublikası X3rşısında xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində 4000 manat, xx.xx.2021-ci ildə saat 15 radələrində 1.500 manat Mehribandan almışdır. Mehribandan aldığı pulları öz şəxsi məqsədləri üçün xərcləmişdir. Sonralar Mehriban ona zəng edib İdrisinin oğlunun işi ilə bağlı soruşmuş o, da bəhanələr gətirərək yaxın günlərdə işi həll edəcəyini bildirmişdir. 2021-ci ilin avqsut ayının əvvəlləri olardı, Mehriban ona zəng etmiş, tanışı Zərərçəkmiş şəxs1 dayısı qızı Şahid1 "xxxx" X7 resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasına köməklik edəcəyinə və Arifənin tanışı Şahid2 Bakı şəhəri Suraxanı rayonunda yerləşən 282 №-li orta məktəbə və ya Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 95 №-li orta məktəbə müəllimə vəzifəsinə təyin olunmasında köməklik etmək lazım olduğunu bildirmiş, o, da problem olmadığını və işi həll edəcəyini bildirmişdir. Arifə 2021-ci ilin avqust ayında Yasamal rayonu, Cəfər Cabarlı küçəsində yerləşən “Qoç Ət” restoranın yaxınlığında Zərərçəkmiş şəxs5 3500 və 2000 manat pul vermişdir. 2021-ci ilin avqust ayında 3000 manat pulu Arifə "xxxx" məxsus olan 5404 0852 3804 6082 nömrəli kart hesabına göndərmişdir. O, aldığı pulları öz şəxsi problemləri üçün xərcləmiş, Mehriban hər dəfə Arifənin işi ilə bağlı soruşanda yalandan işləri alınacaq guya yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə köməklik edəcəyini bildirməklə onu aldatmışdır. Mehribanın onun niyyətindən xəbəri olmamış və Mehribanı da adatmışdır. 2021-ci ilin iyulunda sonuncu ona zəng edib Svetlana adlı tanışının rəfiqəsi Zərərçəkmiş şəxs2 oğlu Şahid12 Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunması məsələsində köməklik edilməsini xahiş etmiş, o, da yalan olaraq köməklik edəcəyini və qarışılığında 8000 manat pul istədiyini bildirmişdir. Elmanı Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin olunması məsələsini yüksək vəzifədə işləyən tanışlarının vasitəsi ilə həll edəcəyini söyləmişdir. Mehriban da ona inanmış, xx.xx.2021-ci il tarixində saat 17 radələrində Mehriban ilə Yasamal rayonu, Cəfər Cabarlı küçəsində yerləşən “Qoç Ət” restoranın yaxınlığında görüşmüş, Mehriban ona 8000 manat pul vermiş, o, da Mehribana pulu verən şəxslərin narahat olmamasını, bu məsələni həll edəcəyini bildirmişdir. O, Mehribandan aldığı pulları şəxsi məqsədləri üçün xərcələmiş, hər dəfə Mehriban Elmanın işi ilə maraqlanan zaman, o, yalan bəhanələr gətirərək işi düzəldəcəyini bildirməklə Mehribanı da aldatmışdır. 2021-ci ilin iyun ayının sonları olardı Mehriban onun tanışı Zərərçəkmiş şəxs4 oğlu Şahid11 işsiz olduğunu, ona işə düzəlməsində kömək olunmasını istəyini söylənmiş, o, da yalan olaraq "xxxx" ASC-də tanışı olduğunu və 2000 manat pulun qarşılığında 1800 manat məvacibli olan işə düzəldə biləcəyini söyləmiş, Mehriban da Svetlana ilə danışıb bir söz deyəcəkdir. Bir neçə gündən sonra Mehrianla əlaqə saxlamış, Mehriban Svetlananın razı olduğunu bildirmiş, özündə olan qohumu Y.Şahid13 onda "xxxx"-a məxsus olan kart hesabına pulu göndərməsini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 18:09-da "xxxx"-a məxsus olan kart hesabına 200 manat, həmin günü saat 17:27-də həmin kart hesabına 800 manat göndərilmiş, xx.xx.2021-ci il tarixdə xatırlamadığı gündə Mahirin kart hesabına göndərilməklə ya da ona Mehriban 1000 manat vermişdir. O, aldığı 2000 manatı öz şəxs problemlərinə sərf etmiş, yəni verdiyi vədə əməl etməmişdir. Mehribanın onun niyyətindən xəbəri olmamış, Mehribanı da adatmışdır. 2021-ci ilin oktyabr ayında Bakı şəhərində olarkən Mehribanın vasitəsi ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs8 ona zəng etmiş, dayısının Biləsuvar rayon Məhkəməsində mülki işi olduğunu, lakin, xx.xx.2021-ci il tarixdə həmin Məhkəmədə dayısının əleyhinə qərar qəbul edildiyini bildirmişdir. O da sonuncuya onların işini həll edcəyini və xx.xx.2021-ci il tarixdə qərar qəbul olunduğu üçün 3 gün ərzində həmin işi həll edərək Biləsuvar rayon Məhkəməsində xitam edilməsinə görə təcili ona 1600 manat pul göndərməsini bildirmişdir. Sonuncu onunla müqavilə bağlamaq istədiyini bildirdikdə o, işləri ilə bağlı gələ bilməyəcəyini və bundan sonra pulu ona kart vasitəsi ilə göndərə biləcəyini bildirmişdir. Əliisadan pulu əldə etdikdən sonra həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Mehribanın onun niyyətindən xəbəri olmamış, bu məsələdə də Mehribanı adatmışdır. Daha sora o, Zərərçəkmiş şəxs6 Mehriban vasitəsilə tanımış, sonralar Nərminənin özü ilə yaxşı münasibəti olmuş, 2019-cu ildə onun adına “Az Aran Tikinti Təmir”, “X27 Şəhərsalma”, “Qlobal City” və "xxxx" MMC-də yüksək məbləğdə təsis payları olmuş, o, həmin Cəmiyyətlərdə olan pullarını nağdlaşdıra bilməmiş, bu səbəbdən də hərraca qoyulmuş əmlakları almağı qərarlaşdırmışdır. Lakin həmin cəmiyyətlərin maliyyə problemləri olduğu üçün ona nağd pul lazım imiş və o, bu söhbətləri Nərminəyə bildirmişdir. Həmin ərəfədə Ağ şəhərdə yerləşən qiyməti 120.000 manat olan 180 kvadrat metr, 3 otaqlı ev, Xətai rayonu, Babək prospektində yerləşən “Okean” adlanan avtosalonda “Hunday” və “Nissan” markalı avtomobillər, həmçinin Nərimanov rayonu, Atatürk parkının yaxınlığında binanın birinci mərtəbəsində gözəllik salonu hərraca qoyulmuş, o bu əmlakların hərraca qoyulması barədə Nərminəyə demiş, sonuncu ona bu problemləri heç kimə deməməsini lazım olan məbləği ona verəcəyini və hərraca çıxarılmış əmlaka şərik olacağını bildirmişdir. O, Nərminə ilə aralarında razılıq olduqdan sonra sonuncudan müxtəlif məbləğlərdə ümumilikdə 30.000 manata yaxın pul almış, həmin məbləğdən 7.000 manatını Nərminəyə, 7.000 manatını isə Nərminənin tanışı Elşənə qaytarmışdır. Nərminə ona verdiyi pulun 7.000 manatını Elşəndən aldığı üçün o, 7.000 manatı Elşənə qaytarmışdır. O, hal-hazırda Nərminəyə 23.000 manat borcu olduğunu və həmçinin Nərminənin ona faiz olaraq da pul verdiyini bildirmişdir. O, hansı məbləğin faiz olduğunu xatırlamadığını, ola bilsin ki, Nərminənin faizini hesablamaqla 50.000 manatdan yuxarı borcu olduğunu bildirmiş, Nərminədən aldığı pulları MMC-nin vergi borclarına və digər maliyyə məsələləri ilə bağlı problemlərinə xərcləmişdir. O, Nərminədən aldığı pulların müəyyən hissəsini tanımadığı taksi şoferləri vasitəsilə götürmüşdür. O, Nərminədən sürücülük vəsiqəsi almaq üçün 400 manat almış, Mehribandan isə 400 manat pul almamışdır. O, Nərminənin qohumunun övladının təhsil aldığı məktəbi dəyişmək adı ilə 1.000 manat pulu Mehribana vermədiyini, Mehribana borc pul lazım olduğu üçün Nərminə Elşəndən pul alıb Mehribana vermişdir. Mehriban məktəb dəyişmək adı ilə Nərminədən pul almamış, Nərminənin dediklərinin yalan olmasını bildirmişdir. O həmçinin qeyd etmişdir ki, Nərminə Şahid13 adına olan kart hesabına xatırlamadığı məbləğdə pul göndərmiş lakin, 5.000 manat göndərməmişdir. Şahid13 onun cinayət niyyətindən məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünü qismən təqsirli bilməsinin səbəbi müxtəlif işlər görmək adı ilə həqiqətən də zərərçəkmiş şəxslərdən müəyyən məbləğlərdə dəfələrlə pullar almasıdır. Lakin pulların qarşılığında vəd verdiyi həmin işləri yerinə yetirə bilməmişdir. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 7.000 manat pul, Zərərçəkmiş şəxs3 5.500 manat pul, Zərərçəkmiş şəxs8 1.600 manat pul, Zərərçəkmiş şəxs4 8.000 manat pul və Zərərçəkmiş şəxs1 8.500 manat pul məbləğləri Zərərçəkmiş şəxs5 tərəfindən alınmış və şəxsən ona təhvil verilmişdir. Həmin pullardan Zərərçəkmiş şəxs5 heç bir pul məbləği verilməmiş və ümumiyyətlə sonuncu ilə aralarında müştəri gətirib pul bölüşdürülməsi barədə razılaşma olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs5 məqsədi sadəcə ətrafındakı insanlardan hörmət qazanmaq olmuş, bundan başqa şəxslərdən pul alarkən özünü heç kimə “Samir” adı ilə tanıtmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs6 ilə telefon danışıqlarında səsləndiridyi 60.000 manat borc pulun qaytarılması ilə bağlı hissədə həmin məbləğin çox olması səbəbi əsas borca faizlərin hesablanması olmuşdur. Bundan başqa qısa müddətdə zərərçəkmiş şəxslərə vurulmuş zərəri tam şəkildə ödəyəcəyini vurğulayaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, bank hesabından çıxarışlar, CD disklərdə olan səs yazıları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdi ki, o, Svetlana ilə X5 Sosial Yardım İctimai Birliyində tanış olmuş və 1 ildir ki onlar tanışdırlar. 2021-ci ilin fevral ayında o, Svetlana ilə oturub söhbət edərkən söhbət əsnasında oğlu Şahid12 üçün yaxşı iş axtardığını ona bildirmiş və sonuncu da ona bu işdə köməklik edəcəyini bildirmişdir. Bu məsələdən bir neçə ay sonra o, Türkiyə Respublikasında olarkən Svetlana səs göndərərək bir nəfər birinci əl adam tanışı olduğunu, həmin şəxsin vasitəsilə onun oğlu Elmanı Nəqliyyat Departamentində şöbə müdirinin müavini vəzifəsinə işə düzəldəcəyini, on min manata bu işi həll edəcəyini ona bildirmişdir. O, da həmin vaxt Svetlana ilə razılaşmışdır. Sonuncu ilə sonrakı danışıqlarında ona bu işdə Mehriban adlı qadının olduğunu, həmin qadının əlinin hər yerə çatdığını, yüksək vəzifədə tanışlarının olduğunu və sonuncunun vasitəsilə onun oğlunun işini həll edəcəyini bildirmişdir. Bundan sonra o, Türkiyə Respublikasında oğluna on min manat pul vermiş və oğlu xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Həmin günü də Elman Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 Mall Ticarət Mərkəzində Svetlana və Mehriban ilə görüşərək on min manat pulu vermişdir. Bu məsələdən sonra o, Svetlana ilə danışarkən ona pulu götürdüklərini və on-on beş gün ərzində məsələnin həll olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona əvvəlcədən 2.000 manat və hazırkı məhkəmə iclasında 700 manat pul verilmişdir. Təqsirləndirilən şəxsin ona hal-hazırda 5.300 manat borcu var. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan ümumilikdə 2.700 manat pul ödənilmiş, qalan 5.300 manat pul isə ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir və şikayətçidir. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəmə iclasında mülki iddiasını müdafiə edərək Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə aldığı 10.000 manat pul, əmək haqqından məhrum olduğu üçün əldən çıxmış fayda olaraq hesab etdiyi 17.000 manat və özünün, oğlunun Türkiyə Respublikasından Bakı şəhərinə gedib-qayıtması ilə bağlı aldığı biletlərin dəyəri olan 2.200 manat pulu ümumilikdə ona dəymiş cəmi 29.200 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub ona ödənilməsini və sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu Şahid14 Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsinin birinci kursunda təhsil alarkən, oğlunun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsini istəyirmiş. Bununla bağlı 2021-ci ilin iyun ayında tanışı Mehribana bu barədə deyərkən Mehriban da ona maraqlanıb bu barədə ona köməklik etməyə çalışacağını bildirmişdir. Daha sonra sonuncu tanışı Samirə bu barədə bildirdiyini və Samirin əli ilə iş görməyin mümkün olacağını bildirmişdir. Ümumilikdə işin görülməsi üçün Samirin 5.500 manat məbləğində pul istədiyini bildirmişdir. O, ilkin olaraq xx.xx.2021-ci ildə saat 12:00 radələrində Nərimanov rayonunda “Lavita” adlanan kafedə Mehriban ilə görüşüb ona 4000 manat vermişdir. xx.xx.2021-ci ildə saat 10:00 radələrində Nərimanov rayonunda “Lavita” adlanan kafedə Mehriban ilə görüşüb qalan 1500 manat pulu da Mehribana vermişdir. Sonuncu da ondan aldığı pulu Samir adlı tanışına verəcəyini, işi onun həll edəcəyini bildirmişdir. Sonradan Samir tərəfindən aldadıldığını başa düşmüş və o da Mehribana öz narazılığını bildirmişdir. Lakin, o pulu Samirə yox Mehribana vermişdir. Ümumilikdə ona 5.500 manat maddi ziyan vurulmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, işinin düzəldilməsi üçün 4.000 min manat və 1.500 manat olmaqla iki dəfə Mehribana pul vermişdir. Ümumilikdə ona vurulmuş 5.500 min manat maddi ziyandan heç bir ödəniş olunmamışdır. Həmçinin pulu Zərərçəkmiş şəxs5 vasitəsi ilə verdiyinə görə ondan da şikayətçidir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq dövründə verdiyi mülki iddiasını müdafiə edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyana görə 5.500 manat pul məbləğinin sonuncudan tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyun ayının sonlarında oğlu Samirə iş axtarırdığı barədə tanışı Zərərçəkmiş şəxs5 bu barədə demişdir. Sonuncu da Oqtay adlı tanışının olduğunu, həmçinin Oqtayın yüksək vəzifələrdə tanışlarının olduğunu və onların köməkliyi ilə işlər görə bildiyini bildirmişdir. Bir neçə gündən sonra Mehriban ona zəng edərək, Oqtay ilə danışdığını, Oqtayın Samiri "xxxx" MMC-yə işə düzəldə biləcəyini və Samirin 1800 manat məvacib ala biləcəyini, həmçinin Samirin işə düzəlməsinin qarşılığında Oqtayın 2000 manat pul istədiyini demişdir. O da Mehribana razılıq verərək xx.xx.2021-ci il tarixdə saat 18:09-da Şahid13 "xxxx"-a məxsus olan kart hesabına 200 manat, həmin günü saat 17:27-də həmin kart hesabına 800 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixdə saat 22:07-də Zərərçəkmiş şəxs5 "xxxx"-a məxsus kart hesabına 1000 manat pul göndərmiş, lakin sonradan Samir işə düzəlməmiş lakin verdiyi 2000 manat pul ona geri qaytarılmamışdır. O, Əzizə ilə 2020-ci ildə Şəhidlər Xiyabanında keçirilmiş anım mərasimində təsadüfən tanış olmuşdur, sonradan səmimi münasibətləri yaranmışdir. X15 Respublikasında yaşadığını, Bakı şəhərinə gəlmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs5 adlı şəxsi tanıdığını, sonuncunun onun oğlunu da işə düzəlməsi üçün köməklik edəcəyinə söz verdiyini, istədiyi təqdirdə Əzizənin oğlunun işə düzəlməsi məsələsində Mehribana deyə biləcəyini ona bildirmişdir. Əzizənin oğlunun işə düzəlməsi barədə Zərərçəkmiş şəxs5yla danışmış və Mehriban da öz növbəsində ətrafında olan yüksək məmurların vasitəsilə Əzizənin oğlu Elmanın Bakı Nəqliyyat Agentliyinə yüksək vəzifəyə keçirilməsində köməklik etmək imkanının olduğunu ona bildirmişdir. Mehriban bu məlumatı ona verdikdən sonra o, da bunu Əzizə İsmayılovaya xəbər etmiş və Zərərçəkmiş şəxs5 050-73725-35 mobil telefon nömrəsini Əzizəyə göndərmişdir. Bundan sonra Əzizə ona zəng edərək Mehribanla öz aralarında işin düzəlməsi barədə danışıb razılaşdıqlarını bildirmişdir. Bir müddət sonra Əzizə ona zəng edərək işin düzəlməsi üçün Mehribana pul ödəməli olduğunu, pulun oğlu Elman tərəfindən Mehribana çatdırılacağını deyərək həmin görüşdə özünün Türkiyədə olduğu üçün iştirak edə bilməyəcəyini bildirib, qeyd olunan görüşə onun getməsini xahiş etmişdir. O, 2021-ci ilin iyun ayında “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən iaşə obyektində Mehriban tərəfindən görüş təşkil olunduğunu bildirmişdir. O da həmin yerə getmiş, həmin kafeyə Əzizənin oğlu Elman da gəlmiş və bir qədər sonra da 10.000 manat olduğunu bildiyi pulu Mehribana onun yanında təqdim etmişdirdir. O, 10.000 manat puldan Mehribana əvvəlcədən istədiyi 8000 manatı vermiş, 2000 manatı da özünə götürmüşdür. Həmçinin Zərərçəkmiş şəxs5 gələcəkdə də yaxşı vakansiyalara yerləşdirmək üçün etibarlı və savadlı adamların cəlb olunmasına kömək edəcəyi təqdirdə ona mükafat verə biləcəyini bildirmişdir. Bir müddət sonra Əzizə onunla əlaqə saxlayaraq Elmanın işinin yubanmasından şikayət etmiş, o da Əzizəni Mehribanla tanış etdiyi üçün üzərində müəyyən mənəvi məsuliyyət olduğuna görə həmçinin oğlu Samirin işinində gecikdiyi üçün Mehribana iradını bildirmişdir. O, Əzizənin Mehriban tərəfindən dələduzluğa məruz qalmasında heç bir təqsirinin olmadığını, həmçinin özünün də Mehriban tərəfindən aldadıldığını bildirmişdir. Sonra da o, götürdüyü 2.000 manat pulu Əzizəyə qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona 2.000 manat məbləğində ziyan vurulmuş, ona vurulmuş ziyandan heç bir ödəniş olunmamışdır və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmçinin pulu Zərərçəkmiş şəxs5 vasitəsi ilə verdiyinə görə ondan da şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs6 cərrahi əməliyat olunduğu üçün onu ziyarət etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən kirayə yaşadığı mənzilə getmiş, Nərminə ilə söhbət edərkən sonuncu ondan yanında bir neçə müddət qalaraq köməklik etməsini xahiş etmişdir. O da etiraz etməyib Nərminənin yanında qalmağa başlamışdır. Nərminə tanışı Elşən ilə birlikdə sonuncunun avtomobili ilə Bakı şəhərində hansısa bir işin arxasınca getmiş həmin vaxtı Nərminə avtomobili idarə etmiş, bu zaman avtomobil qəzaya uğramış, Nərminə törətdiyi qəza ilə bağlı ona zəng vuraraq məlumat verdikdə o, hadisə yerinə getmişdir. O, hadisə yerində olarkən Təqsirləndirilən şəxs təsadüfən çəkiliş ilə bağlı zəng etmiş və o, Oqtay ilə danışarkən Nərminənin qəza törətdiyini bildirmişdir. Oqtay Nərminənin onun tanışı olduğuna görə kömək etmək məqsədi ilə telefonla danışmaq istədiyini bildirmişdir. O, telefonu Nərminəyə vermiş, Oqtay Nərminəyə qəza məsələsində qarşı tərəfə dəyən ziyanı həll edəcəyini bildirmişdir. Oqtay qəzada zərərçəkmiş şəxsin mobil telefonunu alaraq özü onunla danışmışdır. O, bundan sonra Oqtay ilə Nərminənin öz aralarında söhbətlər etdiklərini və aralarındakı söhbətlərin nədən olmasından xəbərsiz olduğunu bildirmişdir. O, xx.xx.2020-ci il tarixdə Oqtayın ona zəng etdiyini və atası Əliağanın onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxtı o, Nərminə ilə sonuncunun yaşadığı evdə olarkən Əliağa gəlmişdir. Sonuncu evə gəldikdən sonra ona Oqtayın vergi işi ilə bağlı problemi olduğuna görə polis əməkdaşları ilə danışmaq lazım olduğunu bildirmişdir. O da həmin şəxslərlə telefonla danışmış, həmin şəxsləri söhbət etmək üçün evə dəvət etmişdir. İki nəfər mülki geyimli şəxslər evə gəlmiş və o, həmin şəxslərlə söhbət edən zaman Oqtayda oraya gəlmişdir. Söhbət zamanı ona Oqtayın həmin şəxslərə gedib izahat verməli və pul ödəməli olduğunu başa düşmüşdür, lakin o, pulun nə qədər olduğundan xəbərsiz olmuşdur. Sonradan o, Oqtayın Nərminənin tanışı Elşəndən pul alaraq həmin vergi borcunu ödədiyini öyrənmişdir. xx.xx.2020-ci il tarixdə Oqtay ona zəng edərək 3000 manat vergi borcunun olduğuna görə borca pul istəmişdir. O, Oqtaya pulunun olmadığını bildirmişdir. Həmin vaxtı telefonunun yüksək səsdə olduğuna görə Oqtayın səsini Nərminə də eşitmiş və Oqtay üçün iş yoldaşından 3000 manat faizə pul götürə biləcəyini bildirmiş və Oqtay Nərminə ilə razılaşmışdır. O da bundan sonra Oqtayın Nərminə ilə əlaqə saxlayaraq 3000 manat pulu Nərminənin Bakı şəhəri, Xətai rayonu ərazində yerləşən "xxxx" QSC-nə gedərək götürdüyünü bilmişdir. Həmin gündən 3-gün sonra Oqtay onun Nərminə ilə yaşadığı evə gələrək Nərminəyə 6000 manata yaxın pul qaytarmışdır. O, həmin pulların xatırladığı qədər dollarla olduğunu bildirmişdir. O, bundan başqa Nərminə ilə Oqtayın arasında olan münasibətlərdən xəbərsiz olmuşdur. 2021-ci ilin may ayının axırlarında "xxxx" MMC-də müxbir kimi işləyən Şahid6 ona zəng edərək Şəmkir rayonunda Zərərçəkmiş şəxs7 382 hektar torpaq sahəsinin sənədləşməsində problem olduğunu və Suliddinə çıxarış almaq lazım olmasını bildirmişdir. O, Şakirə bir nəfər tanışı ilə məsləhətləşdikdən sonra bir söz deyəcəyini bildirmiş, bu barədə Oqtaya məlumat verdikdə Oqtay həmin işi həll edə biləcəyini və qarşılığında 8000 manat pul alacağını bildirmişdir. O, da bunu Şakirə bildirmiş, Şakir həmin adamla danışdıqdan sonra Suliddinin razı olduğunu bildirmişdir. Şakirə ona həmin şəxsin 2021-ci ilin iyun ayında Bakıya gələcəyini bildirmiş, deyilən tarixdə Suliddin Bakı şəhərinə gəlmiş, o, Bakı şəhəri 3-cü mikrorayon dairəsində Şakir və Suliddinlə görüşmüşdür. Bundan sonra söhbət zamanı Suliddin ona deyilən məbləği düzəldə bilmədiyini dedikdə o, Oqtayın pulu bütöv istədiyini ona bildirmişdir. O, vaxtının az olduğuna görə həmin “Başkent” kafesindən durub çölə çıxmış, arxasınca Şakir əlində sənədlər ilə birlikdə gəlib ondan sənədləri və 3.000 manat pulu götürməsini qalan puluda göndərəcəyini bildirmişdir. O, Şakirin təkidindən sonra pulu və sənədləri götürmüş, Oqtayın yanına “Lider TV”-nin qarşısına getmiş, orada Oqtay ilə görüşüb 3000 manatı və sənədləri ona vermişdir. Bundan başqa o, Suliddinin onun bank kartına ümumilikdə 5300 manat pul göndərdiyini və həmin pulları Oqtaya verdiyini bildirmişdir. Onun Oqtaya verilən qalan məbləğlərdən məlumatı olmamışdır. O, Suliddin şikayət etməzdən öncə Oqtayın Suliddinə 7000 manat pul qaytardığını eşitmişdir, lakin Sulliddin Bakı şəhərinə gediş-gəliş və qalma pulunu da Oqtaydan tələb edirmiş. 2021-ci ilin iyun ayının əvvəli o, xalası nəvəsi İdris ilə söhbət edərkən ona məlum olmuş ki, İdrisin övladı Əli Dağıstanda təhsil alır və təhsilini Azərbaycan Respublikası İdman Akademiyasına dəyişmək istəyir. O, həmin zaman İdrisin yanında Oqtayın ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək bu məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Oqtay sözügedən məsələni 5.500 manat muüabilində həll edə biləcəyini bildirmiş və bu söhbətləri qohumu İdris də eşitmişdir. Təxminən 4-5 gün sonra İdris pulu düzəltdiyini dedikdə o, Oqtaya zəng edib sənədlərlə pulu vermək istədiyini bildirmiş, lakin Oqtay həmin məbləğin hissə-hissə yəni, ilkin 4.000 manatını, qalan pulu isə 2021-ci ilin avqust ayında verilməli olduğunu bildirmişdir. Bunun üçün o, xx.xx.2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində Azərbaycan Respublikası X3rşısında Oqtaya 4.000 manat pulu və İdrisin oğlunun sənədlərinin surətini vermişdir. O, xx.xx.2021-ci il tarixində saat 15:00 radələrində qalıq qalmış 1500 manat pulu həmin yerdə Oqtaya vermişdir. Beləliklə o, qohumu İdrisin oğlu Əli Şahbazovun universitet məsələsinin həlli üçün iyun ayında 4000 manat, avqust ayında isə 1500 manat, ümumilikdə 5500 manat pulu Oqtaya verdiyini bildirmişdir. Bundan başqa, 2021-ci ilin iyun ayında Oqtay ona "xxxx" MMC-də iş yeri olduğunu, yaxın adamı 2.000 manat pul müqabilində həmin yerdə işə düzəldə biləcəyini bildirmiş o da bunu tanışı Zərərçəkmiş şəxs4 demişdir. Svetlana ona öz oğlunu həmin yerə işə düzəltmək istədiyini, bunun üçün 2.000 manat pul verəcəyini bildirmişdir. Sonuncu onun “UNİ Bank” hesabına 2.000 manat pul köçürmüş və o, 2.000 manat pulu xx.xx.2021-ci il tarixdə Svetlananın oğlunu "xxxx" MMC-də işə düzəltməsi üçün Təqsirləndirilən şəxs verdiyi Şahid13 adlı şəxsin 5404 0852 3804 6082 saylı "xxxx" hesabına göndərmişdir. Təxminən 3 gün sonra Svetlana daha bir tanışı olan Elman adlı şəxsin Bakı Nəqliyyat Agentliyinə işə düzəltmək istədiyini dedikdə o, bunu Oqtaya bildirmiş və sonuncu bu işin 8000 manat pul müqabilində həll oluna biləcəyi cavabını vermişdir. Svetlana buna razı olmuş, xx.xx.2021ci il tarixdə o, Svetlana və Svetlananın tanışı olan Elman adlı şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Başkent” restoranında görüşüb 8.000 manat pulu götürmüş elə həmin günü saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qarşısında, Oqtay ilə görüşərək Svetlananın tanışı Elman adlı şəxsin Bakı Nəqliyyat Agentliyində işə düzəltməsi üçün verdiyi 8.000 manat pulu Oqtaya vermişdir. Bundan başqa, təxminən iki gün sonra Zərərçəkmiş şəxs1 dayısı qızı Şahid1 Gəncə şəhərində əvvəl işlədiyi və çıxarıldığı "xxxx" QSC-nə bərpa edilə biləcəyinə köməklik etməsini ondan xahiş etmiş, o da bu barədə Oqtaya məlumat vermiş və o, 4000 manat pul müqabilində bu məsələni də həll edə biləcəyini bildirmişdir. Arifə adlı rəfiqəsi bununla razılaşmış və həmin pulun 2.500 manatını xx.xx.2021-ci il tarixdə Oqtayın verdiyi Şahid13 adlı şəxsin 5404 0852 3804 6082 saylı "xxxx" hesabına köçürmüşdür. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu Z.Əhmədbəyov küçəsi 2-də “Qoç Ət” restoranın qarşısında Arifə ilə görüşmüş, 1500 manatı orada ona vermiş, Arifə getdikdən sonra o, Oqtayla əlaqə saxlamış, saat 12 radələrində onunla orada görüşmüş və Arifənin ona verdiyi 1500 manatı Oqtaya vermişdir. 2021-ci ilin avqust ayının əvvəlində Arifənin tanışı Şahid2 müəllimlik imtahanından kəsildiyini, bunun üçün ona köməklik etməyini xahiş etdikdə bu barədə Oqtaya məlumat vermiş və o, 4.000 mant pul müqabilində bu məsələni həll edə biləcəyini demişdir. O da bu barədə Arifəyə bildirmiş, Arifə ilə səhəri günü görüşdükdə Arifə ona 4000 manat vermişdir. O da xx.xx.2021-ci il tarixdə 19 radələrində Bakı şəhəri, Xarici İşlər Nazirliyinin qarşısında Oqtay ilə görüşərək Arifənin ona verdiyi 4000 manat pulu Oqtaya vermişdir. Bundan başqa o təxminən iki il bundan qabaq Oqtayla tanış etdiyi Əliisanın 2021-ci oktyabr ayında ona Biləsuvar Rayon Məhkəməsi tərəfindən mülki işin dayısının xeyrinə həll olunmasında köməklik edəcəyini vəd edən Oqtaya 1600 manat pul verdiyi bəlli olmuşdur. O, bunu eşitdikdə Əliisaya bununla bağlı polisə şikayət etməsini məsləhət vermişdir. O, həmçinin pulları həmin şəxslərdən alıb Oqtaya verməkdə məqsədinin həmin şəxslərə kömək etmək olduğunu bildirmişdir. Oqtayın dələduzluq niyyətindən məlumatlı olduqdan sonra o, Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Oqtay onun bacısı qızını Asan Xidmətdə işə düzəldəcəyi adı ilə aldadaraq 2.500 manat məbləğində pul almış və həmin pulu qaytarmamışdır. Bundan başqa Suliddin adlı şəxs torpağının sənədlərinin hazırlanması üçün ümumilikdə 7.000 manat pulu Oqtaya çatdırılması üçün ona vermiş və o da 7.000 manatı Oqtaya çatdırmışdır. X4 işə düzəltmək adı ilə ondan 8.000 manat pul almış, Svetlananın oğlunu işə düzəltmək adı ilə sonuncudan da pul almış və həmin pulları Svetlana Oqtayın verdiyi kart hesabına göndərmişdir. Onun bu işlərdən heç bir qazancı olmayıb, işlərin müqabilində Oqtaydan heç bir pul almayıb, sadəcə kömək etmək və tanışlarının hörmətini qazanmaq məqsədi ilə bu işləri edib. Həmçinin, o, Oqtayı Samir kimi və ya yüksək vəzifəli şəxs kimi tanıtmamışdır və ümumiyyətlə Samir adlı şəxsi tanımır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 3 il müddətdir ki tanıyır və aralarında yaxşı münasibət olmuşdur. O, 2020-ci ilin iyul ayında ev almaq niyyətində olmuş və bu niyyəti barədə Mehribanın da məlumatı varmış. Onunla söhbət əsnasında Mehriban ona imkanları geniş olan, çoxlu şirkətləri və evləri olan Oqtay adlı tanışı olduğunu bildirmişdir. Mehriban həmçinin, Oqtaya ev almaq üçün ilkin ödəniş etsə, ona ev verə biləcəyini demişdir. O, Mehribanın təklifini uyğun olduğu üçün qəbul edərək bununla bağlı Oqtayla telefonla danışmışdır. Bir neçə gündən sonra onun Mehribanla yaşadığı Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103-də yaşadıqları evə Oqtay atası Əliağa ilə birlikdə gəlmiş, söhbət zamanı Oqtay ondan nə qədər pulu olduğunu soruşmuş o da 60.000 manat pulu olduğunu bildirmişdir. O, Oqtayın ona Bakı şəhərində müxtəlif yerlərdə evlər göstərmiş, o cümlədən Ağ şəhərdə yerləşən qiyməti 120.000 manat olan 180 kv.m, 3 otaqlı ev göstərmiş o da Ağ şəhərdəki həmin evi bəyənmişdir. Daha sonra Oqtay ona “Xətai” rayonu, Babək prospektində yerləşən “Okean” adlanan avtosalonda 40-a yaxın “Hunday” və “Nissan” markalı avtomobilləri olduğunu deyərək həmin avtomobillərdən birini ona təklif etmişdir. Avtomobili də faizsiz və kreditsiz verdiyini, hər ay gücü çatan qədər ödəniş edə biləcəyini bildirmişdir. O da 2019-cu il “Hunday Grandeur” markalı avtomobili seçmiş, Oqtay həmin avtomobilin qiymətinin 80.000 manat olduğunu bildirmişdir. Bundan başqa Oqtay ona Nərimanov rayonu, Atatürk parkının yaxınlığında gözəllik salonu olduğunu və həmin gözəllik salonunu borc əvəzi aldığını və o, salonu 150.000 manata satmaq istədiyini söyləmişdir. O, həmin salonu 150.000 manata almağa imkanı olmadığını Oqtaya demiş, Oqtay həmin salonu 60.000 manata ona satacağını, həmçinin salonu işlədərək nə qazanc olsa hissə-hissə pulunu verə biləcəyini ona bildirmişdir. Həmin vaxt Mehriban da söhbətdə iştirak etmiş, salonu işlətməkdə ona köməklik edəcəyini və hər an işlərində ona dəstək və kömək olacaqlarını hər ikisi bildirmişdirlər. O da həm Mehribana etibar etdiyinə görə, həm də Oqtayın inandırıcı danışıqlarına görə razılaşmışdır. Oqtayın ona biznes işi ilə məşğul olduğunu bildirməsi, “Az Aran Tikinti Təmir” və "xxxx" MMC-nin təsisçisi olması barədə sənədlərin fotolarını göstərməsi və "xxxx" ASC-də hesabında pullar olduğunu bildirməsi, yəni imkanın geniş olmasını söyləməsi onda Oqtaya qarşı inam yaratmışdır. Bundan sonra o, Oqtaya razılıq verərək ilkin olaraq 50.000-60.000 manat pul verə biləcəyini bildirmişdir. Oqtay ona evin, avtomobilin və qadın salonun onun adına rəsimləşdirmə prosesi zamanı o, Oqtaya hissə-hissə pul ödəyəcəyini bildirmişdir. O, Oqtayın təklif etdiyi ev, qadın salonu və avtomobilin şəkillərinə baxmışdır. 2020-ci ilin iyul ayında Şahid13 adına olan "xxxx" ASC tərəfindən verilmiş kart hesabına xx.xx.2021-ci ildə 1600 manat, xx.xx.2021-ci ildə 1800 manat, xx.xx.2021-ci ildə 1900 manat pul köçürmüşdür. xx.xx.2020-ci ildə saat 16 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103 - də o yaşadığı evdə olan zaman Oqtay ona zəng edərək sürücüsünü göndərdiyini, ona 2.700 manat pul verməli olduğunu bildirmişdir. O da Oqtayla razılaşmış, həmin vaxtı sonuncunun dediyi şəxs yaşadığı evə gəlmiş və 2.700 manat pulu həmin şəxsə vermişdir. xx.xx.2020-ci ildə saat 14 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103- də yaşadığı evdə olan zaman Oqtayın sürücüsü dediyi şəxs yaşadığı evə gəlmiş, həmin şəxsə yenidən 500 manat vermişdir. xx.xx.2020-ci ildə saat 12 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103- də o, yaşadığı evdə olan zamanı Oqtayın atası Əliağa ilə birlikdə gəlmiş, bir neçə dəqiqə söhbət etdikdən sonra Mehriban bir məsələ ilə bağlı evə bir neçə nəfərin gələcəyini, sonra Oqtayın sənədində problem yarandığını həmin problemi həll etmək üçün gələn şəxslərə 2000 manat pul vermək lazım olduğunu bildirmişdir. Oqtay ona ev almaq üçün verəcəyi puldan 2000 manat Oqtaya verməsini sonra evə verəcəyi puldan çıxacaqlarını bildirmişdir. O da razılaşmış, vergi borcuna görə Oqtaya 2000 manat pul vermişdir. Həmin vaxt dostu Elşən də onun yaşadığı evə gələrkən Oqtayla blokda rastlaşmış, sonra Oqtay evə gələrək ona verdiyi bütün vədlərin qüvvədə olduğunu, həmçinin atası Əliağa da ona narahat olmamasını hər şeyin qaydasında olduğunu bildirmişdir. xx.xx.2020-ci ildə saat 18 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103-də o yaşadığı evdə olan zamanı Oqtay binanın qarşısına gələrək ondan 7000 manat pul almışdır. xx.xx.2020-ci ildə saat 17 radələrində o, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3 ünvanında yerləşən binanın qarşısında Oqtayın sürücüsü ilə görüşmüş, həmin şəxsə Oqtaya verməsi üçün 1000 manat pul vermişdir. xx.xx.2020-ci ildə saat 14 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103-də o, yaşadığı evdə Mehribana qohumu olan uşağın məktəbini dəyişmək lazım olduğunu demiş, Mehriban da Təhsil Nazirliyinə 1000 manat pul verib həll edəcəyini deyərək pulu götürüb getmişdir. O, Mehribanı təhsil Nazirliyinə dostu Elşənin apardığını bildirmişdir. Bir neçə aydan sonra Mehriban ona verdiyi vədə əməl etməmiş və hər dəfə bəhanələr gətirərək Mehribana verdiyi 1000 manatı qaytarmamış, həmin pulu ona Oqtayın qaytaracağını demişdir. O da Oqtaydan bu barədə soruşmuş, Oqtay da problem olmadığını, həmin 1000 manatı özünün ödəyəcəyini bildirmişdir. xx.xx.2020-ci ildə saat 14 radələrində Nərimanov rayonu, Aşıq Alı küçəsi 3, mənzil 103-də yaşadığı evdə onunla birlikdə yaşayan Afət adlı şəxslə evdə olan zaman Oqtay evə gəlmiş, o, Oqtaya Afətdən 1500 manat pul alıb vermişdir. xx.xx.2020-ci ildə saat 15 radələrində o işdə olan zaman Mehriban zəng edərək onun aldığı ev üçün təcili 1250 manat lazım olduğunu demiş, o da Afətin evdə telefon alacağı pulu xahiş edərək istəmişdir. O, Afətlə işdə olan zaman Mehriban yataq otağında olan dolabdan pulu götürmüş və Oqtaya verdiyini bildirmişdir. xx.xx.2020-ci ildə saat 19 radələrində o, Nərimanov rayonu, Aşıq Alı küçəsi 3-də yerləşən binanın qarşısında Oqtayla görüşmüş, sonuncu ona verəcəyi gözəllik salonunu qeydiyyata alıb, onun adına keçirəcəyi üçün təcili 3.000 manat lazım olduğunu bildirmişdir. O da Oqtaya 3.000 manat vermiş, bir neçə saatdan sonra yenidən Oqtay ona zəng edərək sürücülük vəsiqəsini həll etdiyini və sürücüsünün ora gəldiyini deyərək Mehribanla onun hərəsinin 400 manat pulu sürücüyə verməli olduqlarını bildirmişdir. Mehriban ona pulunun olmadığını deyərək 400 manat istəmiş, o da həmin gün saat 21 radələrində Aşıq Alı küçəsi 3, mənzil 103-də yaşadığı evdə olan zaman sürücü evə gəlmiş, sürücüyə 800 manat pul vermişdir. Daha sonra xx.xx.2021-ci ildə saat 14 radələrində ünvan 7 ünvanda o, Oqtaya 30.000 manat pul vermişdir. O, Oqtayın bu günə qədər verdiyi vədə əməl etmədiyini və ona ümumilikdə mənə külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs6 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə hissə-hissə ödəməklə ümumilikdə 55.000 manat məbləğində pul vermişdir. Bu məbləğdən isə ona heç bir ödəniş edilməmişdir. Bundan başqa, məhkəmə iclasında Zərərçəkmiş şəxs6 məhkəməyədək istintaq dövründə verdiyi mülki iddiasını müdafiə edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyana görə 71.053 manat pul məbləğinin sonuncudan tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində olarkən ortaq tanışları vasitəsilə Şahid6la tanış olmuşdur. Şakir ona nə kömək lazım olsa xəbər etməsini, əlinin hər yerə çatdığını bildirmişdir. O da Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar örüş sahəsi olduğunu və həmin sahənin ona icarəyə verilməsi üçün çıxarış almalı olduğunu bildirmişdir. Şakir onun torpağa çıxarış almaqda çətinlikləri olduğunu görüb bununla bağlı kiminləsə görüşdükdən sonra ona xəbər verəcəyini bildirmişdir. Şakir beş-altı gün sonra zəng vurub Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar örüş sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlak İdarəsində rəis müavininin tanışı Zərərçəkmiş şəxs5 ona köməklik edəcəyini, torpağın sənədlərini və nəyə imkan çatır ilkin olaraq pul götürüb gəlməyini bildirmişdir. O, Şakirə ilkin olaraq 3.000 manata gücü çatdığını demiş, Şakir də hələlik 3.000 manatı gətirməsini, Mehribanla görüşüb danışdıqdan sonra nə qədər ödəmək lazım olduğunu biləcəyini demişdir. O da xx.xx.2021-ci ildə Şəmkir rayonundan Bakı şəhərinə yola düşmüş, özü ilə 3.000 manat pulu və qeyd etdiyi torpaq sahəsi ilə bağlı torpağın xəritəsini, icarə müqaviləsini və Gəncə Apellyasiya Məhkəməsinin qərarını götürüb gətirmişdir. Yolda olarkən Şakir ona zəng vuraraq Mehribanın işinin çox olduğunu deyərək harasa getməli olduğunu və təcili Bakı şəhərinə çatmaq lazım olduğunu bildirmişdir. O, Bakıya çatdıqdan sonra taksi ilə Nəsimi rayonu ərazisində yerləşən Başkent şirniyyat evinin yaxınlığına getmiş və Şakirlə birlikdə çay evində olan otaqlardan birinə daxil olmuşdur. Otaqda olan qadınla Şakir onu tanış edərək onun Mehriban olduğunu bildirmişdir. Onlar əyləşdikdən sonra o, 3.000 manatı cibindən çıxardaraq, Şakirə vermiş, Şakir pulu Mehribana uzatmış və Mehriban pulu qəbul etmişdir. X8 birlikdə otaqdan çıxmışdırlar. O, Şakiri otaqda gözləmiş, bir neçə dəqiqədən sonra Şakir otağa daxil olmuş, ona Mehribanın pulu götürmədiyini ona yalvararaq yola saldığını bildirmişdir. Ordan çıxdıqdan sonra Şakir onu tanımadığı çayxanaya aparmış və orada Şakir Mehribana zəng etmişdir. Söhbət əsnasında Mehriban 3000 manatın az olduğunu və iş üçün 9.000 manat verilməli olduğunu bildirmişdir. Həmin vaxtı o, telefonu Şakirə uzatmış, Mehriban ona bu torpağın rüsumunun 9000 manat olduğunu bildirmiş və o da onlarla razılaşmışdır. Şakir ona tanışı Şahid5 adına pulu göndərməyini o pulu götürüb Mehribana verəcəyini demişdir. xx.xx.2021-ci ildə saat 08:03-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Şahid5 "xxxx" da olan hesabına 1300 manat pul, xx.xx.2021-ci ildə saat 11 radələrində Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Şahid5 "xxxx" da olan hesabına 1000 manat pul, xx.xx.2021-ci ildə saat 12:28-də Gəncə şəhəri, X26 küçəsində yerləşən 4276 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 550 manat pul, xx.xx.2021-ci ildə saat 21:33-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 500 manat pul, xx.xx.2021-ci ildə saat 20:18-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 300 manat pul, xx.xx.2021-ci ildə saat 10:28-də Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 4531 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 260 manat pul, xx.xx.2021-ci ildə saat 17:13də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 1000 manat pul, xx.xx.2021-ci ildə saat 15:39-də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 terminal nömrəli “eManat” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 1000 manat pul, xx.xx.2021-ci ildə saat 13:39-də Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 21046 terminal nömrəli “Milliön” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 1000 manat pul, xx.xx.2021-ci ildə saat 13:41-də Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 21046 terminal nömrəli “Milliön” aparatı vasitəsilə Zərərçəkmiş şəxs5 "xxxx" da olan hesabına 700 manat pul köçürmüşdür. Mehriban ona təxminən 10-15 gündən sonra Şəmkir rayonu ərazisində Kür çayının yanında 382 hektar örüş sahəsinin çıxarışı hazır olacağını bildirmişdir. Mehribanın dediyi vaxt çatdıqdan sonra Mehriban ona üç gün də gözləməsini, ona zəng edəcəyini bildirmiş, üç gün keçdikdən sonra o, özü Mehribana zəng etmişdir. Mehriban ona Bakı şəhərinə gəlməsini onu Əmlak Komitəsində işləyən rəhbər işçinin köməkçisi olan Samir, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə tanış edəcəyini, Samirin, ona torpağın sənədlərinin hazırlanması barədə məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Bakı şəhərinə getmiş, Şakirə zəng vurmuş, 20 Yanvar metro stansiyasının yanında Şakirlə görüşmüş, Şakir də onun Oqtayla görüşəcəyi barədə məlumatlı olmuşdur. Təxminən 4-5 saatdan sonra Oqtay gəlmiş, o və Şakirlə görüşdükdən sonra Mehribanın dediyi şəxsin kim olduğunu soruşmuşdur. O da həmin şəxs olduğunu bildirdikdən sonra Oqtay ondan harada qaldığını soruşmuş, o da cavabında oteldə qaldığını bildirmişdir. Oqtay ona yüksək vəzifədə işləyən bir şəxsə tapşırıb sənədin də hazır olacağını bildirərək 200 manat uzatmışdır. Şakir də 200 manatı Oqtaydan alıb cibinə qoymuşdur. Oqtay son olaraq ona təxminən 2-3 günə görüşəcəklərini sənədləri ona göstərmək üçün onu Komitəyə aparacağını bildirmişdir. Daha sonra o, həmişə olduğu kimi Şakirə zəng vurmuş, Oqtayla görüşəcəyini bildirmiş, Şakirdən onunla birlikdə gəlməsini tələb etmişdir. Daha sonra o, Oqtayla bir dəfə də görüşmüş, Oqtay eyni qayda da ona vədlər verib aldatmış, o, Oqtaya dəfələrlə zəng edib işi barəsində soruşmuş Oqtay da bəhanələr gətrərək işini düzəldəcəyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs7 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə torpağın sənədlərini düzəltməsi müqabilində 12.000 manat məbləğində pul vermiş, həmin puldan 4.000 manat Oqtay ona geri qaytarmış, hazırda ona 8.000 manat pul borcludur və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmçinin pulu Zərərçəkmiş şəxs5 və Şakir adlı şəxsin vasitəsi ilə verdiyinə görə onlardan da şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsi mülki işlə bağlı dayısının xeyrinə xx.xx.2021-ci il tarixdə qərar çıxarmadığına görə həmin işdə hüquqlarını müdafiə edə biləcək bir vəkil axtarırmış. O, bununla bağlı tanışı Zərərçəkmiş şəxs5 ilə məsləhətləşdikdə Mehribana həmin iş üçün vəkil lazım olduğunu bildirmiş, Mehriban da ona bu işlərdə kömək edə biləcək bir tanışının olduğunu bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 may metro stansiyasının yaxınlığında yerləşən kafedə Mehribanla əyləşmiş, Oqtay ilə əlaqə saxlamış, Oqtay ona xx.xx.2021-ci il tarixdə qərar çıxıbsa 3 gün ərzində tez məsələnin həllini tapmalı və xitam qərarı çıxarılmalı olduğunu bildirmişdir. O, buna görə onu tələsdirərək tez 1.600 manat pulu almağa çalışmışdır. Həmin günü saat 18:24-də Oqtayın ona göndərdiyi Şahid13 adına olan 5404- 0852-3804-6082 bank kart hesab nömrəsinə 1.600 manat pul göndərmiş və 400 manatı isə Mehriban xanımın kartına göndərmişdir. Bundan sonra o, Oqtay ilə əlaqə saxladıqda Oqtay hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs8 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona vurulmuş 2.000 manat məbləğində maddi ziyandan heç bir məbləğ ödənilməmiş və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmçinin pulu Zərərçəkmiş şəxs5 vasitəsi ilə verdiyinə görə ondan da şikayətçidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli protokoluna əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş (sədrlik edən N.A.Kərimov) və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Mehribanı “Ümüd” partiyasında olan fəaliyyət zamanı tanımış və əvvəllər Mehribanla münasibəti yaxşı olmuşdur. 2021-ci ilin avqustun ayında o, sonuncu ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində olan parkda çay içərkən dayısı qızı Ramilə ona zəng edib əvvəllər işlədiyi X23 İstismar İdarəsində İnsan resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasına köməklik etməsini xahiş etmiş, o da maraqlanıb cavab deyəcəyini bildirmişdir. O, Ramilə ilə telefonla danışıb qurtardıqdan sonra, bu barədə Mehriban ondan soruşduğu zaman o da Ramilənin dediklərini danışmışdır. Mehriban Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ərəb və ingilis dillərdə olan yazıları tərcümələr etdiyini, Dövlət Neft Şirkətində tanışları olduğunu, həmin tanışları vasitəsi ilə köməklik edə biləcəyini ona bildirmişdir. Daha sonra Mehriban kiməsə zəng edib Ramilənin işə bərpa məsələsini bildirmiş, Mehriban həmin şəxslə telefonla danışdıqdan sonra danışdığı şəxsin yüksək vəzifədə işlədiyini və həmin şəxsin köməklik edəcəyi barədə ona vəd verdiyini bildirmişdir. O, Mehribanla bir necə dəqiqə söhbət edib çay içdikdən sonra sağollaşıb yaşadığı evə getmişdir. Səhəri günü sonuncu ona zəng edib Ramilənin "xxxx" İB-də İnsan resursları şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasına köməklik edən şəxsə 4500 manat pul vermək lazım olduğunu bildirmişdir. O, da bu barədə Ramiləyə bildirdikdə sonuncu razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o, Mehribanın onunla tanış etdiyi Təqsirləndirilən şəxslə əlaqə saxlamış, Oqtay köməklik edəcəyini ona bildirmiş daha sonra 4169 7413 3359 6094 №-li "xxxx" kart hesabından Mahir Məmmədovun adına olan 5404 0852 38046082 №-li kart hesabına 1.300 manat pul göndərmişdir. 2021-ci ilin avqust ayının əvvəlində Zərərçəkmiş şəxs1 tanışı Şahid2 müəllimlik imtahanından kəsildiyini, bunun üçün ona köməklik etməyini xahiş etdikdə bu barədə Mehriban Təqsirləndirilən şəxs məlumat vermiş və sonuncu 4.000 manat pul muqabilində bu məsələni həll edə biləcəyini demişdir. Səhəri günü Mehriban ilə görüşmüş, sonuncuya 4000 manat pul vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 8500 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2021-ci ilin mart–iyun ayları ərzində "xxxx"-də jurnalist kimi fəaliyyət göstərmiş və Zərərçəkmiş şəxs5 onun çalışdığı "xxxx"-nin baş redaktoru olmuşdur. O, Suliddinin ortaq tanışları vasitəsi ilə gəlib ona müraciət edərək Şəmkir rayonu, İcra Hakimiyyətinin başçısı tərəfindən ona məxsus 382 hektar torpaq sahəsinin əlindən alınaraq başqasına verildiyini bildirmişdir. Suliddin ondan həmin məsələni medyada işıqlandırmağı xahiş etmiş, o da Suluddinlə razılaşaraq Şəmkir rayonuna getmişdir. O, Şəmkirdə araşdırma aparan zaman məhkəmə və prokurorluq orqanlarına getmiş, orada ona həmin işlə bağlı hələ məhkəmə proseslərinin davam etdiyini bildirmişlər. O, işin qanuni yolla getdiyini öyrənib Suluddinə bunu izah etmiş, Suluddin də ona həmin torpağın elektron çıxarışının lazım olduğunu və həmin çıxarışın Bakı şəhərində verildiyini demişdir. Suluddin ondan həmin məsələni Bakı şəhərində maraqlanmağını xahiş etmiş, o da Siluddinlə razılaşıb Bakı şəhərinə qayıtmışdır. O, işlədiyi "xxxx"-də olarkən oranın baş redaktoru Zərərçəkmiş şəxs5 Şəmkirə çəkilişlə bağlı getdiyi işi niyə medyada paylaşmadığını soruşmuşdur. O da Mehribana proseslərin qanuni yolla getdiyini, Suliddinin torpaqla bağlı elektron çıxarışı olmadığını və həmin torpaqların zəbt olunmadığını bildirdikdə Mehriban da həmin torpaq sahəsinə elektron çıxarışı ala biləcəyini ona bildirmişdir. O, Mehribandan bu işi necə həll edəcəyini soruşmuş və Mehriban da cavabında Oqtay adlı tanışı olduğunu, Oqtayın Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətində tanışları olduğunu və Oqtayla məsləhətləşib bir söz deyəcəyini ona bildirmişdir. Bir neçə gündən sora Mehriban Oqtayla danışdığını 8000-9000 manat pulun qarşılığında bu işin həll oluna biləcəyini ona demişdir. O, Mehribana onu Suliddinlə tanış edəcəyini deyərək qalan məsələləri özlərinin həll etməsini bildirmişdir. Daha sonra o, Suliddinə zəng edərək Mehriban adlı xanımın bu işi həll edə biləcəyini, həmçinin Mehribanın Suliddinlə görüşmək istədiyini bildirmişdir. O, Suliddinin razılaşaraq Mehribanla Nəsimi rayonu, Cavadxan 20A ünvanında yerləşən “Başkent” adlı restoranda görüşdüklərini, torpağa elektron çıxarış almaqla bağlı Suliddinlə Mehribanın danışaraq razılığa gəldiklərini bildirmişdir. Aralarındakı razılığa əsasən Suliddin Mehribana işinin görüləcəyi müqabilində 9000 manat pul verməli idi. “Başkent” restoranında Suliddin Mehribanla görüşdüyü zaman 3000 manat pul və torpağın sənədlərini sonuncuya vermişdir. Mehriban pulun az olduğunu və pulu tam verməli olduğunu Suliddinə bildirmiş, sonuncu qalan pulu 3 gün ərzində verəcəyini demiş, sonradan Suliddin özü Mehribanın adına təxminən 5000 manat ödəmişdir. O, kartının olmadığına görə xx.xx.2021-ci ildə tanışı Şahid5 adına olan kart hesabına Suliddin 1300 manat sonra da 1000 manat pul göndərmişdir. O, S.Abdulayevin göndərdiyi 1000 manatı Zərərçəkmiş şəxs5 Unibank ASCdə olan kart hesabına göndərmiş, 1300 manatı ilə Suliddinin özü ilə görüşərkən qaytarmışdır. Sonradan o, Suliddindən və X1 Unibank ASC-də olan kart hesabına pul göndərdiyini də eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş o, Zərərçəkmiş şəxs6 təxminən 11 ildir ki, tanıyır və sonuncu ilə yaxın münasibəti vardır. 2020-ci ilin sentyabr ayında Nərminə ona ev almaq istədiyini və evin alınmasında da Oqta adlı şəxsin köməklik edəcəyini, həmçinin sonuncu Nərminəyə avtomobil və qadın salonu almaqda da köməklik edəcəyini və həmin əmlakları alarkən pullarını hissə-hissə ödəyəcəyini Nərminəyə təklif etdiyini bildirmişdir. Bu da Nərminəyə sərf etdiyi üçün Oqtayla razılaşmışdır. Buna görə də o, Nərminənin ondan istədiyi 7500 manat pulu Nərminəyə vermiş, bir müddət keçdikdən sonra Nərminə ona Oqtayın verdiyi vədlərə əməl etmədiyini aldığı pulları da qaytarmadığını bildirmişdir. O, Nərminənin onun pulunu qaytardığını, lakin Oqtayın bu günə kimi sonuncunun pulunu qaytarmadığını bildirmişdir. Nərminənin dediyinə görə Oqtay sonuncuda 55.000 manatdan çox pul almış, lakin verdiyi heç bir vədə əməl etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən şahid qismində dindirilmiş (sədrlik edən N.A.Kərimov) və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısı qızıdır. O, əvvəllər "xxxx" İB-də X24 sahəsində işləmişdir, lakin 2015-ci ilin aprel ayında işdən kənarlaşdırılmışdır. Həmin vaxtdan işə bərpa olunmağa çalışmış, 2021-ci ili aprel ayında işə bərpa olunmaq istədiyini Arifəyə bildirmiş və Arifə də ona tanışları vasitəsi ilə köməklik edəcəyini bildirmişdir. 2021-ci ilin avqust ayında Arifə ona Mehriban adlı tanışı olduğunu, Mehribanın köməkliyi ilə iş məsələsini 4500 manat pulun müqabilində həll edə biləcəyini demişdir. O, həmin ayda Arifəyə 4500 manat pul vermiş, bir müddətdən sonra Arifə ona Oqtay adlı şəxsin nömrəsini vermiş, işini Oqtayın həll edəcəyini bildirmişdir. O, da Oqtaya məxsus ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamış, Oqtayın onu danışığı ilə inandırdığını bildirmişdir. Sonuncu ona hər dəfə yaxın günlərdə onu işə çağıracaqlarını demiş, lakin o, 2021-ci ilin sentyabr ayında Oqtay tərəfindən aldadıldığını başa düşmüş və bu barədə Arifəyə də narazılığını bildirmişdir. O, sonradan Oqtayın dələduzluq cinayətini törətdiyi üçün tutulduğunu eşitmişdir. Bundan sonra Arifənin ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən şahid qismində dindirilmiş (sədrlik edən N.A.Kərimov) və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayının əvvəlləri müəllimə vəzifəsində yerdəyişmə üçün imtahan vermiş və 55 bal toplamışdır. Lakin, yaşadığı evə yaxın ərazidə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 282 №-li orta məktəbə və ya Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 95 №-li orta məktəbə müəllimə vəzifəsinə təyin olunmaq istədiyini bildirmişdir. Bununla bağlı o, xalası oğlu Təbrizə də danışmış, Təbriz Sultan adlı tanışı olduğunu və Sultanın tanışı Arifə vasitəsi ilə 4000 manat qarşılığında işə düzəldə biləcəyini ona bildirmişdir. O, bununla razılaşmış və yoldaşı Əlizadə X12 4000 manat pul vermiş, sonradan Məftun Arifə ilə görüşmüş və Arifəyə inanmadığı üçün 4000 manatı geri istəmişdir. Lakin Arifə pulu Mehriban və Oqtay adlı şəxslərə verdiyini bildirmişdir. Çox çətinliklə Məftun hissə-hissə Oqtaydan 4.000 manat pulu geri aldığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən şahid qismində dindirilmiş (sədrlik edən N.A.Kərimov) və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, qohumu Təbrizin vasitəsi ilə Arifəni tanımışdır. Yoldaşı Şahid2 yaşadığı evə yaxın məktəbə müəllimə təyin edilməsi üçün 4.000 manat pul vemişdir. Daha sonra verdiyi pulun müqabilində vəd olunan iş görülmədiyi üçün o, pulunu tələb etmiş, lakin polisə şikayət etdikdən sonra Oqtay ona pulu geri qaytarmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli protokoluna əsasən şahid qismində dindirilmiş (sədrlik edən N.A.Kərimov) və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində bildirmişdir ki, 2020-2021-ci illərdə ünvan 9 ünvanda Nərminə ilə birlikdə yaşamışlar. Həmin ilin 2020-ci ilin iyul-fevral ayına qədər Zərərçəkmiş şəxs5 da onlarla birlikdə yaşamışdır. Onlar birgə yaşadıqları müddətdə Nərminənin ev almaq niyyəti vardı və bu barədə Mehribanın da məlumatı olmuşdur. Mehriban da Oqtay adlı tanışının olduğunu, Oqtayın bizneslə məşğul olduğunu ev almağında Nərminəyə köməklik göstərə biləcəyini bildirmişdir. Sonradan Oqtay bir neçə dəfə yaşadıqları evə Mehribanla görüşmək üçün gəlmişdir. X13 tanış etmiş və Oqtay onun yanında Mehribana onun bir çox şirkətləri olduğunu və tikinti işi ilə məşğul olduğunu bildirmişdir. Mehriban Nərminəyə ipoteka və ya kreditlə ev almaqdansa, Oqtayın əlində olan evlərdən almağını daha məsləhətli bildirmişdir. Mehriban həmçinin Nərminəyə sadəcə ilkin ödəniş edəcəyini və qalan məbləği isə aybaay ödəyəcəyini bildirmişdir. Həmçinin, Oqtay Nərminəyə "Hundai Grandeur” markalı avtomobil və Nərimanov rayonu ərazisində Atatürk parkı ilə üzbəüz binanın altında yerləşən gözəllik salonunu da söz vermişdir. Bunun müqabilində Nərminə Oqtaya müxtəlif vaxtlarda və ünvanlarda dəfələrlə pul vermişdir. Belə ki, xx.xx.2021-ci ildə yaşadığı evdə olan zaman Oqtay evə gəlmiş, həmin zaman Nərminə ondan 1500 manat Oqtaya vermək üçün pul istəmiş və o da həmin məbləği Nərminəyə vermişdir. Nərminə onun yanında ondan aldığı 1500 manat pulu Oqtaya vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində o, işdə olan zaman Nərminə ona zəng edərək 1250 manat pul lazım olduğunu bildirmişdir. Həmin zaman onun evdə telefon almaq üçün yığdığı pulları olmuş və o, Nərminəyə həmin 1250 manatı gedib evdən götürə biləcəyini bildirmişdir. Daha sonra Nərminədən onlar işdə olan zaman Mehribanın evə gedib həmin pulu götürdüyünü öyrənmişdir. Sonradan ona məlum olmuşdur ki, Oqtay Nərminədən hissə-hissə olmaqla ümumilkdə 55.000 manat pul almış lakin, verdiyi vədlərin heç birinə əməl etməmişdir. Nərminənin Oqtaya 55.000 manat pul verməsinin şahidi olmuşdur. Oqtayın Nərminəyə pul qaytarmağından məlumatı yoxdur. Oqtay onun kartına 700 manat pul göndərmiş, qalan pulları ona Nərminə ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokoluna əsasən şahid qismində dindirilmiş (sədrlik edən N.A.Kərimov) və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. O, təxminən bir ildən çox müddətdir ki, "xxxx" ASC-dən 5404 0852 3804 6082 nömrəli kart almış, lakin kartı aldığı vaxt dayısı oğlu Oqtay kartı istifadə etmək üçün ondan xahiş etmiş və o da kartı istifadə etməsi üçün Oqtaya vermişdir. O, Oqtayın kartı istifadə etdiyi vaxtdan həmin kartın hesabına hansı məbləğdə pulun gəlməsindən xəbəri olmadığını, Oqtay tutulduqdan sonra Oqtayın başqa şəxsləri aldadaraq onların pullarını həmin karta köçürdüyü barədə məlumatı olduğunu bildirmişdir. O, bunu bildikdən sonra adına olan həmin hesabı bank vasitəsi ilə ləğv etmişdir. O, adına olan həmin karta göndərilmiş pulların hansı məbləğdə olması və köçürülmüş pulların kim tərəfindən, harada və nə məqsədlə köçürüldüyü barədə məlumatı olmadığını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli protokoluna əsasən şahid qismində dindirilmiş (sədrlik edən N.A.Kərimov) və hazırkı məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid9 ifadəsində göstərmişdir ki, Nərminəni 3 il müddətdir ki, tanıyır və Nərminə 2020-ci ilin oktyabr ayında ona tanışı Oqtay adlı şəxsdən obyekt və maşın aldığını və Oqtayın həmin obyekt və maşının ödənişini hissə-hissə edəcəyi üçün məhz ondan aldığını bildirmişdir. O, Nərminənin Oqtay və Mehribanla onun yanında telefon danışıqları etdiyini, Oqtayın and içərək verdiyi vədlərə əməl edəcəyini bildirmişdir. O, həmçinin Mehribanın dəfələrlə Nərminəyə “narahat olma Oqtay mənim tələbəm olub çox dəqiq və düz adamdır mən başımla ona cavabdehəm” dediyini eşitmişdir. O, Oqtay və Mehribanın yalan vədlərlə Nərminəni aldadıb pulunu mənimsədiklərini də bildirmişdir. O, həmin vaxt Nərminənin Oqtaya verdiyi pulların yarısını dost tanışından borc aldığını, həmçinin də ondan 5000 manat pul istədiyini və Nərminəyə 5000 manat borc pul verdiyini bildirmişdir. Daha sonra o, Nərminənin Oqtay tərəfindən dələduzluğa məruz qaldığını öyrənmiş, Nərminənin ona olan borcunu qaytardığını və Oqtayın Nərminədən 55.000 manatdan çox pul aldığını lakin, hələ də verdiyi vədə əməl etmədiyini bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid5 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Şahid6 onun qohumudur. O, 2021-ci ilin may ayından etibarən bir neçə ay "xxxx" ASC tərəfindən verilmiş kartını Şakirə vermişdir. O, həmin hesab kartına köçürülən pullardan məlumatı olmadığını, 2021ci ilin iyun ayında kartına köçürülən pulların kim tərəfindən köçürülməsindən və nə məqsədlə köçürülməsindən məlumatsız olduğunu bildirmişdir. Şakir kartı bir müddət istifadə etdikdən sonra ona geri qaytarmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən şahid X2 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, bir neçə ildir Nərminəni tanıyır və aralarında dostluq münasibəti vardır. O, 2020-ci ilin sentyabr-oktyabr aylarında Nərminənin zəng edərək ondan 16.000 manat borc pul istədiyini və Nərminəyə 16.000 manat borc pul verdiyini bildirmişdir. O, bir müddət sonra Nərminədən pulu geri istədikdə sonuncu ona 16.000 manatı və ümumilikdə 55.000 manata yaxın pulu Oqtay adlı şəxsə verdiyini, Oqtayın bunun qarşılığında Nərminəyə «Ağ şəhər» yaşayış kompleksindən ev, «Okean» avtosalonundan «Hyundai Granduer» markalı avtomobil və Bakı şəhər, Nərimanov rayonu, Atatürk prospektində gözəllik salonu almasına köməklik edəcəyinə vəd verdiyini, lakin sonra Oqtay verdiyi vədlərə əməl etmədiyini və aldığı pulları geri qaytarmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid10 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 atasının dostudur və İdris oğlu Əlini Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsinin 1-ci kursundan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürmək istədiyini bilirmişdir. İdrisin dediyinə görə onun tanışı Mehriban Oqtay adlı şəxsin vasitəsi ilə bu işin düzəlməsinə köməklik edəcəkmiş. xx.xx.2021-ci ildə saat 10 radələrində İdrislə birlikdə Nərimanov rayonunda “Lavita” adlanan kafeyə gedərək orda Mehribanla görüşmüşlər. Bu zaman İdris oğlunun işinə görə Mehribana 1500 manat pul vermiş və İdrisin dediyinə görə 4000 manat pulu da əvvəlcədən Mehribana vermişdir. X14 tanışı Oqtayın bu işin düzəlməsində heç bir köməklik etmədiyini və aldığı pulları da ona geri qaytarmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid12 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, hazırda Türkiyə Respublikasında yaşadığına baxmayaraq Bakı şəhərində işə düzəlmək istəyirmiş. Bunun üçün anası tanışı Svetlananın onu Nəqliyyat Departamentinə işə düzəldə biləcəyini bildirərək qarşılığında 10.000 manat pul istəmişdir. Türkiyə Respublikasında olarkən anası Əzizə ona 10.000 manat pul vermiş və o, Bakı şəhərinə gələrək xx.xx.2021-ci ildə saat 17 radələrində Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında Svetlana ilə görüşmüş və 10.000 manat pulu Svetlanaya vermişdir. Daha sonra da Zərərçəkmiş şəxs5 ilə görüşmüş, Mehriban da tanışları vasitəsi ilə onu Nəqliyyat Departamentində şöbə müdir müavini vəzifəsinə düzəldəcəyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid11 zərərçəkmiş şəxs S.V.Osmanovanın ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X18 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid Ə.Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində atası Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin İ cild 220-221-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cild 7-10-cu vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cild 203-208-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİİ cild 34-39-cu vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİİ cild 179-184-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İİİ cild 205-210-cu vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İV cild 85-92-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin İV cild 116-117-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin V cild 186-197-ci vərəqələrində olan olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-306/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının çəkilməsi müddətinin başlanğıcı 16 dekabr 2021-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm edilmişdir. Cinayət işinin Vİ cild 215-221-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-611/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 306/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ləğv edilmiş, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə göndərilmiş, məhkum olunmuş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 161-162-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin İİİ cild 13-16-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin İİ cild 111-113-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir. Cinayət işinin İİ cild 172-173-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs8 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir. Cinayət işinin İİİ cild 47-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən (eManat) əldə edilmiş məlumata baxış protokolundan zamanı xx.xx.2021-ci ildə saat 12:28-də Gəncə şəhəri, X26 küçəsində yerləşən 4276 №-li terminal vasitəsi ilə 550 manat, xx.xx.2021-ci ildə saat 21:33-də Şəmkir rayonu, Çinarlı kəndində yerləşən 4403 №-li terminal vasitəsi ilə 500 manat, xx.xx.2021-ci ildə saat 10:28-də Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 4531 №-li terminal vasitəsi ilə 250 manat, xx.xx.2021-ci ildə saat 17:13-də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 №-li terminal vasitəsi ilə 1000 manat və xx.xx.2021-ci ildə saat 15:39-də Şəmkir rayonu, Duzqışlaq kəndində yerləşən 4406 №-li terminal vasitəsi ilə 1000 manat pulun Zərərçəkmiş şəxs7 tərəfindən Zərərçəkmiş şəxs5 "xxxx"ASC-də olan hesabına köçürülməsi müəyyən edilmişdir. Cinayət işinin İİİ cild 161-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən (Milliön) əldə edilmiş məlumata baxış protokolundan görünür ki, xx.xx.2021-ci ildə saat 13:39-da Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 21046 №-li Milliön terminalından 1000 manat və 13:41-də 700 manat pul Zərərçəkmiş şəxs7 tərəfindən Zərərçəkmiş şəxs5 "xxxx"ASC-də olan hesabına köçürülmüşdür. Cinayət işinin İİİ cild 90-120-ci vərəqələrində olan Şahid13 məxsus 540408******6082 nömrəli "xxxx" kartı üzrə hesabdan çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi tarixlərdə və məbləğlərdə pul həqiqətən Şahid13 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. Cinayət işinin İ cild 174-176-cı vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilib. 2) Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif olunaraq cəzası 02 il azaldılıb və qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin İİ cild 11-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs A.V.Əliyeyavaya vurulmuş 8.500 manat məbləğində ziyanı tam həcmdə ödəmiş, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin İİİ cild 194-195-ci vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi R.T.Şahmarovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyandan 700 (yeddi yüz) manat məbləğində pul ödəmişdir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə irəli sürülmüş ittihamın 4-cü, 5-ci və 9-cu epizodları üzrə özünü təqsirli bilir, lakin həmin epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş CD diskdə olan səs yazılarından görünür ki, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs2 göndərdiyi səs yazılarında “Əzizə xanım, Elmanın işi istədiyiniz yerdə düzələndi. Burada elə bir adamdır ki, birinci əldəndir. Danışdım, düzəlir. Sizin 10.000 manatınıza görə ömrü boyu. 10.000 manatı misal üçün aparıb, o on minlik adam deyil onun pula ehtiyacı yoxdur. Elmanın işini düzəldən adamlar Samir, Oqtay və Anar Ələkbərlidir” bildirmişdir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş məhkəmə iclasında baxış keçirilmiş və tədqiq edilmiş CD dikdə olan səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs6 arasında olan telefon danışığı zamanı Təqsirləndirilən şəxs əvvəlkinə “60.000 manat pulla notariusa getməyə razısan mənlə? Notariusla kağız verim ki, sənə flan vaxtda 60.000 manat borcu qaytarım” bildirmişdir. Cinayət işinin Vİİ cildinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 məhkəməyə vəsatətlə müraciət edərək Zərərçəkmiş şəxs5 cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Prossesual-Məcəlləsinin 318.2-ci maddəsinə əsasən işin yenidən araşdırılması üçün ibtidai istintaq orqanına qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatətləri və cinayət işinin materiallarını araşdıraraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş vəsatətləri təmin etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə və ifadələrin yerində yoxlanılması protokolları, fotoşəkillər, CD disklərdə olan səs yazıları və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamın bəzi epizodları üzrə o, cinayət məsuliyyətinə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətininayrı-ayrılıqda hesablanmasını istisna etmir. Qərardakı hüquqi mövqedən aydın olur ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin məcəllənin: 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Həmin Məcəllənin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 9 epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmiş, epizodların 3-ü həmin Məcəllənin 178.1-ci maddəsinin tərkibini (sadə tərkibi) yaratmışdır. Cinayət işinin hallarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə dördüncü epizod xx.xx.2021-ci il, beşinci epizod xx.xx.2021-ci və doqquzuncu epizod xx.xx.2021-ci il tarixlərdə törədilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, dələduzluq cinayətinin dördüncü, beşinci və doqquzuncu epizodları üzrə 2 (iki) illik cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Həmin Məcəllənin 39.1.3. maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərikeçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittihamın dördüncü epizodu üzrə, yəni Zərərçəkmiş şəxs5 yalan vəd verib aldadaraq sonuncuya məxsus 2.500 manat məbləğində pulu ələ keçirib ona maddi ziyan vurmaqla dələduzluq etməsinə dair, beşinci epizodu üzrə, yəni Zərərçəkmiş şəxs4 yalan vəd verib aldadaraq sonuncuya məxsus 2.000 manat məbləğində pulu ələ keçirib ona maddi ziyan vurmaqla dələduzluq etməsinə dair və doqquzuncu epizodu üzrə, yəni Zərərçəkmiş şəxs8 yalan vəd verib aldadaraq sonuncuya məxsus 1.600 manat məbləğində pulu ələ keçirib ona maddi ziyan vurmaqla dələduzluq etməsinə dair epizodlar üzrə özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə həmin hissələrdə xitam verilməlidir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərdən bəzilərinə vurulmuş ziyandan qismən ödənişlər etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və kifayət qədər müddət keçməsinə baxmayaraq hal-hazıradək zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırkı halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslər və eyni zamanda mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddiaların dəlillərini, CD disklərdə olan səs yazılarını və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia tam, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilməli və vurulmuş maddi zərərə 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilməlidir. Digər zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar qismən təmin edilməli və Zərərçəkmiş şəxs6 vurduğu ziyanın əvəzi olaraq 55.000 (əlli beş min) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vurduğu ziyanın əvəzi olaraq 5.300 (beş min üç yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə mülki iddiaların qalan hissələrdə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən baxılmamış saxlanılmasını və onlara mülki iddialarının bu hissəsi ilə bağlı mülki icraat qaydasında müstəqil şəkildə mülki iddia qaldıra bilmək hüquqları olmasının izah olunmasını əsaslı sayır. Həmçinin digər zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan ittihamın dördüncü, beşinci və doqquzuncu epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayətişi üzrə həmin hissələrdə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 vurduğu ziyanın əvəzi olaraq 5500 (beş min beş yüz) manat tutulub Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 vurduğu ziyanın əvəzi olaraq 55000 (əlli beş min) manat Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vurduğu ziyanın əvəzi olaraq 5300 (beş min üç yüz) manat Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İddialar qalan hissədə baxılmamış saxlanılsın və onlara mülki iddianın bu hissəsi ilə bağlı mülki icraat qaydasında müstəqil şəkildə mülki iddia qaldıra bilmək hüquqlarının olması izah olunsun. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar