Məhkəmə qərarları › İş №1(101)-170/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-170/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-170/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X9 və “Alayans” Vəkil büosunun vəkili Müdafiəçi iştirakları ilə 02.02.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yeseinin küçəsi, ev 9 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xəzər rayon məhkəməsinin 22.04.2021-il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 3, mənzil 6 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi 01 ədəd bükümdə sellofana bükülümüş 0,720 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə 22.04.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 şəxsi istifadə etməsi üçün 25 manat pul müqabilində satmış, həmçinin 26.04.2021-ci il tarixdə saat 22.00 radələrində Suraxanı rayonu, Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edib üzərində və istifadəsində olmaqla idarə etdiyi avtomobilində saxlayaraq daşıyan zaman 27.04.2021-ci il tarixdə saat 15.00-da Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldrım küçəsində yerləşən 7 saylı notariat ofisinin qarşısında saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindəki dairəvi formalı, qırmızı rəngli qutunun içərisindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 büküm və 01 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,0357 qram və 0,754 qram, ümumi çəkisi təmiz çəkisi 1.111 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və saxlanılan zaman idarə etdiyi, polis şöbəsinə özü ilə birlikdə gətirilmiş “Vaz 21011” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşına həmin tarixdə saat 16:55-də polis şöbəsinin həyətində baxış keçirilən zaman, avtomaşının salonunun qabaq hissəsindəki peçin yuvasında sarı rəngli, dairəvi qutunun içərisində 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3.382 qram və 1.869 qram, külli miqdarda ümumi təmiz çəkisi 5.251 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamin və 1 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 22.04.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, 22 aprel 2021-ci il tarixdə saat 16.50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ərazi X16 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 17:35-də onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən həmin bir ədəd sellofana bükülümüş 0,720 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə saat Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 7 saylı notariusun içində olarkən polis əməkdaşları ona yaxınlaşaraq atasının da gözü qarşısında zor tətbiq etmişlər və onu onlara məxsus olan avtomobillə Xəzər Rayon Polis İdarəsinin 1ci Polis Şöbəsinə aparmışlar. Bu zaman ona məxsus olan "Vaz 21011” markalı **-CO-*** qeydiyyat nişanlı avtomobili isə özləri idarə etmişlər. İdarədə üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Təxmminə 30-40 dəqiqədən sonra maşınında axtarış aparılmışdır. Bu zaman ona dövlət hesabına təyin edilmiş vəkil də verilmiş və elə onun gözü qarşısında biri qırmızı, digəri sarı rəngdə olmaqla 2 qab gətirmişlər və qırmızı rəngli qutunu maşına qoymuşlar, digərini isə şalvarının sol yan cibinə qoymasını tələb etmişlər. Bundan ötrü ona 2-3 saat müddət ərzində təzyiqlər olmuşdur. Lakin, onun nə maşınında, nə də üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrə qarşı asılılığı var. 22 aprel 2021 -ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində məhlə uşağı Təqsirləndirilən şəxs1 yaxınlaşaraq bədənində ağrılar olduğunu və ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Ehtibar onu tanıdığı üçün etiraz etməmiş və pay kimi şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin vermişdir. Lakin, bunun müqabilində ondan pul almamışdır. Etibar ilə münasibətləri hər zaman yaxşı olub. Narkotik vasitəni alıb yaşadığı evə gələn zaman polis əməkdaşları ona yaxınlaşmışlar və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki şalvarın cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş heroini təqdim etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməlini törətmələri, özlərinin etirafedici ifadəsindən başqa, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. 27 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 7 saylı notariat kontorunun qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X8 tərəflərindən saxlanılaraq özünə məxsus olan “VAZ 21011 markalı, **-CO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmişdir. Etibar Əlizadənin üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 iştirakı ilə təhqiqatçısı, polis polkovnik-leytenantı David Yusifov tərəfindən Etibar Əlizadənin üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman o, 01 ədəd “Samsung” markalı mobil telefonu və qırmızı rəngli qutunu çıxarıb masanın üzərinə qoydu. Qutunun içində qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edildi. Daha sonra bu barədə Etibar Əlizadəyə sual verilərkən sonuncu həmin qutunun içərisindəki bükümlərin narkotik vasitə olan heroin olduğunu bildirdi. Həmin maddə ekspertizaya göndərilmək üçün qablaşdırılaraq möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs1 məxsus “VAZ-21011’ markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirildi. Bu zaman o, sarı rəngli qutunu könüllü şəkildə təqdim etmişdir. Qutu açılaraq içərisinə əyani baxış keçirilmiş və orada 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli, spesifik iyli maddə aşkar edilmişdir. X8 həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin maddə ekspertizaya göndərilmək üçün qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa maşından 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 da Şahid4 ifadəsinə oxşar ifadə verərək, onun dediklərini bir daha öz ifadələri ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda X16 11-ci patrul bölüyünün polis nəfəri vəzifəsində çalışır. 22 aprel 2021-ci il tarixdə saat 16:50 radələrində iş yoldaşları, 11-ci patrul bölüyünün polis nəfərləri, polis serjantı Şahid1 və polis serjantı Şahid3 ilə ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə gətirilmişdir. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə şəxsi axtarış istintq hərəkəti aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibindən 01 ədəd sellofana bükülmüş maddəni çıxarıb könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofanın içərisinə əyani baxış keçirilmiş, baxış zamanı sellofanın içərisində narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxs2 sual verilərkən həmin sellofanın içərisində heroin olduğunu, həmin narkotik vasitəni 22 aprel 2021-ci il tarixdə Etibar adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunan maddə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 11-ci patrul bölüyünün polis nəfərləri, polis serjantı Şahid1 və polis serjantı Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə verərək, onun dediklərini bir daha öz ifadəsi ilə təsdiqləmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə saat 12-13 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 7 saylı notariat kontorunda oğlu ilə birlikdə içəridə olarkən Etibarın qolunu burub aparmışlar. Bundan sonra o, məsələnin nə yerdə olduğunu öyrənmək üçün onların ardı ilə getmişdir. Onlar Etibarı “Mercedes” markalı avtomobilə mindirmişlər, "Vaz 21011” markalı **-CO-*** qeydiyyat nişanlı oğlunun maşınını isə bir nəfər şəxs sürmüşdür. Onu da onlarla getmək üçün maşına minməyə qoymamışlar. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında üzərində olan ona məxsus bütün əşyaları almışlar. Oraya çatanda oğlunun avtomobilində axtarış etdiklərinin şahidi olmuşdur. Bu zaman maşında hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Müstəntiq ona bildirmişdir ki, oğlunun maşınından narkotik vasitə çıxıb. Lakin o, maşında axtarış keçirilən zaman orada olmuş və heç nə aşkar edilməmişdir. X14 hüquqlarını müdafiə etmək üçün vəkil verilməmiş, Bildiyinə görə Təqsirləndirilən şəxs2 işgəncə verərək məhz Etibar Əlizadənin adını verməyinə məcbur etmişlər. O, 1-ci mərtəbədə dayanmış, oğlumun da qısqırıq səsləri zirzəmidən gəlmişdir. İş üzrə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən dairəvi formalı, qırmızı rəngli qutunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı qırmızı rəngli, dairəvi formalı qutunu açaraq içərisinə baxış keçirmişdir. Baxış zamanı qutunun içərisində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli kütlə və 01 ədəd sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra bu barədə Təqsirləndirilən şəxs1 sual verilərkən sonuncu həmin qutunun içərisindəki bükümlərin narkotik vasitə olan kokos (heroin) olduğunu, həmin narkotik vasitəni Suraxanı qəsəbəsi ərazisində 30 manat pul müqabilində əvvəllər tanımadığı şəxsdən aldığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməsə də, əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə və 01 ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. İş üzrə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibində 01 bükümdə olan şəffaf sellofana bükülmüş narkotik vasitənin olduğunu, bu narkotik vasitəni 22.04.2021-ci il tarixdə Mərdəkan qəsəbəsində 25 manata əvvəllər tanıdığı “Ehtibar” adlı şəxsdən aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd büküm narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş “Samsung Galaxy J2 Prime” markalı mobil telefona baxış keçirilsə də sübut əhəmiyyətinə malik hər hansı bir xüsusat aşkar edilmədi. Təqsirləndirilən şəxs1 istifadəsində olan 055-721-56- 80 saylı mobil nömrə kartına dair məlumatları əks etdirən “Bakcell MMC”-dən daxil olmuş 29 iyun 2021-ci il tarixli BKC/LGL-11262/21 nömrəli məktuba əlavə edilmiş 01 ədəd “CD” diskə baxış zamanı tərtib edilmiş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol” dan görünür ki, baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək hər hansı bir xüsusat aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2021-ci il tarixli 6/1689 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1..Şəxsin üzərindən aşkar edilmiş maddələr...” əl yazıları, imzalar olan zərfdəki 01 (bir) ədəd qırmızı rəngli plastik qutuda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram, 0,754 qram, ümumi təmiz çəkiləri 1,111 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Üzərində “...Təqsirləndirilən şəxs1.. VAZ 21011 markalı avtomobildən götürülmüş maddələr...” əl yazıları, imzalar olan zərfdəki 01 ədəd sarı rəngli plastik qutuda 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,382 qram, 1,869 qram, ümumi təmiz çəkiləri 5,251 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2021-ci il tarixli 6/1608 saylı rəyindən görünür ki, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün №157” möhür əksi, “ Şübhəli şəxs Təqsirləndirilən şəxs2...” və s. yazılar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,720 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi və materialların məhkəmə ekspertizasının 15 iyul 2021-ci il tarixli 6/2888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs2...” və s. qeydli zərfdəki heroin kütləsi “...Təqsirləndirilən şəxs1.. Şəxsin üzərindən aşkar edilmiş maddələr...” qeydli zərfdəki 02 ədəd bükümdəki heroin kütlələrindən kimyəvi tərkibinə görə fərqlidir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli, 2045 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 01.07.2021-ci il tarixli, 2128 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamıdır. Məhkəmə təqsirləndirilən şəxs X8 və şahid Əlizadə Mehmanın ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Etibar Əlizadə fərqli ifadə verərək narkotik vasitələrin satışı ilə məşqul olmaması, üzərindən narkotik vasitə olmaması kimi ifadələr verməkdə və şahid Mehman Əlizadənin oğluna işgəncə verib məcbur ifadələr almaları və onu şərləmələri barədə vermiş olduğu ifadələr verməkdə yalnız Etibar Əlizadənin məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından onlar təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsüf edilməli və onlar, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 himayələrində azyaşlı övladlarının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların məsuliyyətini yüngülləşdirən haldır. Cinayət işinin materiallarına əlavə edilmiş Xəzər rayon məhkəməsinin 22.04.2021-il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məkubdan görünür ki, Təqsirləndirilən şəxs2 cəzasını çəkməsi üçün 04 iyun 2021-ci il tarixdə qeydiyyata götürülmüş, lakin yaşadığı ünvana yazılı bildiriş göndərilməsinə baxmayaraq 3 gün müddətində idarəyə gəlməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzasnın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı çəkməmiş hesab olunur və üzərində çəkilməmiş 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Xəzər rayon məhkəməsinin 22.04.2021-il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 10.03.2022-ci il tarixli 7(003)740/2022 saylı qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il azaldılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırda üzərində çəkilməmiş 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və üzərində çəkilməmiş cəzası qalmışdır, odur ki, ona hazırkı cinayət işi üzrə cəza təyin edilərkən hökmlərin məcmusu üzrə cəza təyin edilməli və ona təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22.04.2021-cı il tarixli hökmü ilə birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanı tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cinayətlərə görə məhkumluq nəzərə alınmır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 22 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur, Təqsirləndirilən şəxs1 27 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 aprel 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xəzər Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış çəkisi 0,971 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21011 markalı 10- CO-229 dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş 02 ədəd bükümdə ekspertiza tədqiqatından sonrakı qalıq qalmış çəkisi 5,171 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış 0,610 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd “CD” formatlı disk, Təqsirləndirilən şəxs1 avtomobilindən psixotrop maddənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd “CD” formatlı disk və Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 329,70 (üç yüz iyirmi doqquz manat yetmiş qəpik) manat təqsirləndirilən şəxslər arasında bölünərək 164.85 ( yüz altmış dörd manat səksən beş qəpik) manat Təqsirləndirilən şəxs1, 164.85 ( yüz altmış dörd manat səksən beş qəpik) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X6 216 (iki yüz on altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-184/2021 saylı 22.04.2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməyən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü, azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs2 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X6 216 (iki yüz on altı) manat məbləğində pul ödənilsin İş üzrə maddi sübut olan və Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış çəkisi 0,971 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21011 markalı 10- CO-229 dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş 02 ədəd bükümdə ekspertiza tədqiqatından sonrakı qalıq qalmış çəkisi 5,171 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ekspertiza tədqiqatlarından sonrakı qalıq qalmış 0,610 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 03 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 329,70 (üç yüz iyirmi doqquz manat yetmiş qəpik) manat təqsirləndirilən şəxslər arasında bölünərək 164.85 ( yüz altmış dörd manat səksən beş qəpik) manat, Təqsirləndirilən şəxs1, 164.85 ( yüz altmış dörd manat səksən beş qəpik) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar