Məhkəmə qərarları › İş №1(101)-170/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-170/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-170/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X33-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, X26, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X21, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X16 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü il tarixdə Zəngəzur mahalının Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşları X44, X3, Azərbaycan Respublikasının vətəndaşları Şahid7, Şahid6, Şahid8, Şahid1, Şahid2, Şahid9, Şahid4, Şahid3, “Miri” adlı şəxs və digərləri ilə mütəşəkkil dəstədə birləşib həmin dəstənin tərkibində aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək, Bəşir Qəhrəmani və X43 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30 000 (otuz min) ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edərək həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini dəstə üzvləri Şahid8 və Şahid6 vasitəsilə alıb icrasına razılaşaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələr müəyyənləşdirildikdən sonra, 29 mart 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq onun digər dəstə üzvü Şahid9la birlikdə gözlədiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4 və Şahid9la birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla Bəşir Qəhrəmaniyə verməli olduğu 51 660 (əlli bir min altı yüz altmış) manata bərabər 30 000 (otuz min) ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, Şahid9 və Şahid2la birlikdə onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, Bəşir Qəhrəmaniyə verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmiş, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızılzinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X27 məxsus, 15 000 (on beş min) manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, Şahid9 və Şahid2la birlikdə Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan” çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, o, Şahid1 və Şahid9 isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan” çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısına çıxaraq küçədə Şahid9, Şahid2 və Şahid1lə birlikdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək ətrafda olan digər şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının kobud şəkildə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar laqeydlik, müstəsna həyasızlıq, azğınlıq və etinasızlıq göstərməklə səs-küy salıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi ilə bir qrup şəxs halında xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə naməlum mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 09 (doqquz) mm kalibrli “Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, o, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görüb dəstə üzvləri Şahid2 və Şahid9la birlikdə müdaxilə edərək Zərərçəkmiş şəxs qollarından tutub müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülməsində birgə icraçı qismində iştirak etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2014-cü ilin oktyabr ayında naməlum mənbədən və vaxtda qanunsuz olaraq qaz silahı hesab edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş 09 (doqquz) mm kalibrli, “GOLD STAR-2002” modelli “18715” nömrəli, atəş açmaq üçün yararlı vəziyyətdə olan tapançanı əldə edib, həmin tapançanı, eləcə də döyüş sursatı hesab edilməyən bir ədəd sandıqça və iki ədəd travmatik patronu 12 may 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu ərazisində saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 06 ünvanında yerləşən Abşeron rayon Polis İdarəsinin inzibati binasında həmin tarixdə üzərinə baxış keçirilməklə aşkar edilib götürülən vaxta qədər qanunsuz olaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayətlərin heç birini törətməmişdir. O, mütəşəkkil dəstənin üzvü olmamış, Zərərçəkmiş şəxs oğurlamaq, ondan hədə-qorxu ilə pul tələb etmək və onu qəsən öldürmək barədə hər hansı bir şəxslə əvvəlcədən razılığa gəlməmişdir. Nə onun, də digərlərinin Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Onun Zərərçəkmiş şəxs kimin tərəfindən, hansı şəraitdə və necə öldürülməsi barədə məlumatı yoxdur. Özü peşəkar boksçudur. Tanışı Şahid8 Fateh adlı oğlu onun məşq keçdiyi idman zalında məşq etmişdir. Şahid8 vaxtaşırı onun məşq keçdiyi idman zalına gələrək oğlunun məşqlərini izləmişdir. Rəşad ilə o, həmin vaxt tanış olmuşdur. O, Şahid8 vasitəsilə əslən Şəmkir rayonundan olan Şahid6 ilə tanış olmuşdur. 30 mart 2017-ci il tarixdə Bilal ilə o, Xırdalan şəhərinə getmişlər. Həmin gün təxminən saat 14-15 radələrində o, Bilal, Xəyal və Kənan Valehlə görüşüb ona demişlər ki, “Mərkəzi univermağa gedək, qızılı sataq”, lakin Valeh onlarla getmək istəmədi. Aralarında olan razılığa görə qızılı satmağa Xəyalın maşını ilə getməli olduqları üçün o, maşınını Xırdalan şəhərində yerləşən “Karvan” adlı kafenin qarşı tərəfindəki dayanacaqda saxlamışdır. Beləliklə onlar, Xəyalın maşını ilə Bakı şəhərinə, Mərkəzi univermağa getmişlər. Orada qızılı bir neçə zərgərə göstərib, qızılı hansı qiymətə almalarını soruşmuş, həmin zərgərlərdən ucuz təklif aldıqları üçün qızılı satmamışlar. Daha sonra Kənan qızılı öz cibinə qoymuşdur. Bundan sonra o, hamı ilə birlikdə Xırdalan şəhərinə qayıtmışdır. “Makromart”ın önündə o, Xəyal, Kənan və Bilal Valeh ilə görüşmüşlər. Onlar Valehə qızılı sata bilmədiklərini dedikdə Valeh mən bir nəfərə zəng edərəm, daha yaxşı qiymətə alar dedi. Bundan sonra X55masnı və həmin adamın yanına getməsini dedi. O, Xəyal və Bilal avtomaşına əyləşib getmişlər. Bundan sonra Xəyal ilə Kənan telefon vasitəsi ilə öz aralarında danışmışlar. Xəyal Kənana dedi ki, Valehi də götür, gəlin “Karvan” çay evinə. Onların özləri də avtomaşınla “Karvan” çay evinə getmiş, orada Kənan ilə Valehin kabinetdə oturub çay içib söhbət etdiklərini görmüşlər. Onlar kabinetdə əyləşib söhbət etmişlər. Söhbət zamanı Valeh dedi ki, mən qızılı səkkiz-doqquz il bundan əvvəl on səkkiz min ABŞ dollarına almışam, tanışım var, ona doqquz min manata sata biləcəm, sabah saat 11-də görüşək, gedək tanışımın yanına qızılı satım, pulunu sizə verim. Həmin söhbət zamanı aralarında mübahisə və ya münaqişə olmamışdır. Orada Valeh ilə aralarında təxminən otuz-qırx dəqiqə söhbət olmuşdur. Sonda onlar belə razılığa gəlmişlər ki, Xəyal və Valeh növbəti gün görüşüb qızılı satsınlar. İlk əvvəl Valeh onlarla sağollaşıb özü kafeni tərk edərək getmişdir. Həmin vaxt o, Valehin üzərində hər hansı bir silah görməmişdir. Onun, Xəyalın, Bilalın və Kənanın üzərində hər hansı bir silah olmamışdır. O, Xəyal, Bilal və Kənan kafedə qalıb söhbət etmişlər. Onlar təxminən yarım saat sonra kafedən çölə çıxmışlar. Onun maşınını saxladığı yer ilə onların arasındakı məsafə təxminən on beş-iyirmi metr aralığında olmuşdur. Onlar çölə çıxarkən yaxın ətrafda heç kim olmamışdır. Sonra onlar birbiri ilə sağollaşıb öz avtomobilinə tərəf getmək istəyərkən, Valeh qəflətən parkın içindən çıxaraq, onlara tərəf qaça-qaça gəlib belindən tapança çıxardaraq Xəyala ardıcıl olaraq atəş açmağa başlamışdır. Bilal ilə o, bir istiqamətə, Xəyal ilə Kənan isə başqa bir istiqamətə qaçmağa başlamışlar. Bu ərəfədə o, bir neçə atəş səsi eşitmiş, lakin konkret olaraq neçə atəş səsi eşitdiyini bilməmişdir. Valeh silahdan Xəyala atəş açmışdır. O, silahdan atəş açmış şəxsin məhz Valeh olduğunu dəqiq bilir. Sonradan eşitmişdir ki, Valehin açdığı atəşlər nəticəsində Xəyal üç güllə yarası xəsarət almış, Valeh isə başından güllələnmişdir. O, Valehin hansı şəraitdə və kimin tərəfindən öldürüldüyünü görməmişdir. Xəyal özü yaralı olmuşdur və onun Valehi güllələməsi kimi bir hadisə baş verməmişdir. O, onun üzərindən akar olunmuş qaz silahını 2014-cü ildə alıb tutulana qədər öz üzərində gəzdirmişdir. Haradan aldığını xatırlamır.Həmin silahın yaralı olmasını bilməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, dostu Şahid8 vasitəsilə Şahid6la tanış olmuşdur. Şahid6 Ədliyyə Nazirliyində ekspert vəzifəsində işləmiş, mayor rütbəsində olmuşdur. İlhamın oğlu Əli idmanın cüdo növü ilə məşğul olmuş, sonradan onun məşq keçdiyi idman zalına gəlib məşqləri izləmiş, oğlu Əlinin da onun yanında boks ilə məşğul olmasını istəmişdir. Dəqiq tarix yadında olmasa da, təxminən 2017-ci ilin fevral ayının əvvəli və ya ortalarında Rəşad həmişə olduğu kimi oğlu Fatehin məşqlərini izləmək üçün məşq keçdiyi idman zalına gəlmişdir. Həmin vaxt Rəşadla İlham da gəlmişdir. Məşq qurtardıqdan sonra Rəşadla İlham ona yaxınlaşıb söhbət etmək istədiklərini demişlər. Söhbət əsnasında İlham ona əslən Lənkəran rayonunda olan Valeh adlı şəxsin Xırdalanda yaşadığını, X106 Respublikasının vətəndaşı Bəşir adlı şəxsə otuz min ABŞ dolları pul borclu olduğunu, borcunu geri qaytarmadığını, həmin pulu almaqda köməklik etməsini, Valehdən borcu olduğu pul alınarsa ona da hörmət olunacağını demişdir. Şahid6 dediklərindən belə başa düşmüşdür ki, Valeh göyərti məhsullarını İrandan almaqla Rusiyada satışını həyata keçirmiş, sonuncu dəfə iranlı Bəşirdən nisyə göyərti məhsullarını alıb Rusiyaya göndərmiş, lakin mal orada xarab çıxdığına görə sata bilməmiş, bu səbəbdən Valeh ilə Bəşir arasında borc pul üstündə narazılıq yaranmış, bundan sonra Bəşir və şəriki Həsən pulu geri almaq məqsədilə Şahid7 adlı şəxsə müraciət etmiş, Miskin də öz növbəsində bu barədə Şahid6 demişdir. İlham ona köməklik edəcəyinə vəd verdikdən sonra Rəşaddan xahiş etmişdir ki, o, Valeh adlı şəxsdən iranlı Bəşirlə Həsən adlı şəxslərə borclu olduğu pulu almaqda köməklik göstərsin. İlhamla aralarında xətir-hörmət olduğuna görə ona kömək etmək qərarına gəlmişdir. Lakin o, onlara Valeh adlı şəxsdən onun borclu olduğu pulu necə və kimlərin vasitəsilə alacağını deməmişdir. Həmin işlə bağlı iranlı Bəşir və ya Miskin ilə danışmamışdır. İlham Valehin nömrəsini ona verdikdən sonra o, Valehlə əlaqə saxlayıb danışmışdır. O, özünü ona təqdim edib ona iranlı Bəşirə pul borclu olub-olmadığını soruşduqda ona elə bir söhbətin olduğunu demişdir. Bundan sonra o, Valehə görüşməyi təklif etmişdir. Valeh “yox” deməsə də görüşə gəlməmiş və söhbətlərdən yayınmışdır. Valeh kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan qanuni oğru Rövşən Canıyevin yaxın adamı olmuş, Moskva şəhərində yerləşən meyvətərəvəz bazarında alverçilərdən haqq yığmış və dolayı yolla bazara nəzarət etmişdir. 29 mart 2017-ci il tarixdə o, dostu Şahid1lə Əhmədli qəsəbəsində yerləşən “Manqal” çay evində görüşməli olduğundan Xəyala zəng edərək “Xırdalanda Valeh adlı adam yaşayır, bir iranlıya pul borcludur, iki ildir borcunu qaytarmır, onunla görüşüb söhbət etmək lazımdır” demişdir. O, Xəyaldan xahiş etmişdir ki, Valehi də maşına mindirib çayçıya gətirsin. Xəyal da əvvəllər Əhmədli qəsəbəsində yaşamış, onunla 95 nömrəli məktəbdə bir sinifdə oxumuş, sonradan Xırdalan şəhərinə köçmüşdür. Eyni zamanda dostu Şahid9la görüşüb ona demişdir ki, Xırdalanda yaşayan Valeh adlı şəxs yaşayır, bir iranlıya pul borcludur, borcunu qaytarmır, onunla görüşüb pulun qaytarılması ilə bağlı söhbət etmək lazımdır. Bundan sonra Xəyal ona zəng edərək Valehlə birgə gəldiyini demişdir. O da Şahid9la telefonla danışaraq Xəyal X14rın evin yanındakı çayxanaya gətirdiyini, onun da çayxanaya gəlməsini demişdir. Bundan sonra Şahid9 onun yaşadığı binanın yanına gəlmiş və onlar birlikdə yaxınlıqda yerləşən avtoyuma məntəqəsinin yanındakı çayxanaya getmişlər. Çayxanada yerləşən kabinetlərin birində əyləşmişlər. Bir qədər keçdikdən sonra Xəyal dostları “Alik” ləqəbli Allahverdi, Kənan və Valeh ilə gəlib onların yanında əyləşmişlər. Onlar çay içərək söhbət etməyə başlamışlar. Valehi həmin vaxt o, ilk dəfə idi ki, görmüşdür. Valeh adlı şəxs söhbət zamanı danışmışdır ki, iranlı dostundan təxminən iki il əvvəl otuz min ABŞ dolları dəyərində mal almış, amma imkanı olmadığı üçün sonradan borclu olduğu pulu qaytara bilməmişdir. Sonra Valeh əlində tutduğu siqaret qutusunu göstərib demişdir ki, “Balamın canı bu siqareti almağa pulum yox idi, indi nisyə alıb gəlmişəm”. Bu vaxt Şahid1 Valehə demişdir ki, “Ay alçaq sən mənim yanımda siqaretə pul verib aldın niyə balanın canına yalandan and içirsən, balan yazıq deyilmi?”. Bu zaman Valehlə Xəyalın arasında mübahisə baş vermişdir. Xəyal Valehi vurmaq istədikdə o, Allahverdi, Kənan və Bilal ona mane olmuşlar. Belə ki, Bilal ilə o, Xəyalı, Kənan və Alik isə Valehi tutub kənara çəkmişlər. Onun saat 8-də məşqi olduğuna görə onlardan ayrılaraq idman zalına getmişdir. Getməmişdən əvvəl Xəyala “Qoy bu söhbət bağlansın, Valeh pulu verəsi adam deyil” demişdir. O, getdikdən sonra Xəyal, Valeh, Allahverdi və Bilal çayxanada qalmışlar. Sonradan ona məlum olmuşdur ki, ondan sonra Xəyal idarə etdiyi avtomaşını ilə Allahverdi və Bilal ilə birlikdə Valehi Baki şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən bacanağı Şahid3 məxsus evinə aparmış, orada ondan yenidən pul tələb etmiş, həmin vaxt Valeh on səkkiz ABŞ dolları dəyərində arvadına məxsus qızıl-brilyant dəstini onlara verəcəyini vəd vermiş, bundan sonra Allahverdi və Kənan Valeh ilə onun yaşadığı Xırdalan şəhərinə getmiş, Bilal ilə Xəyal isə Əhmədli qəsəbəsinə ondan əvvəl oturduqları çayxanaya qayıtmışlar. 2017-ci ilin mart ayının 29-dan 30-a keçən gecə o, məşq keçdiyi idman zalını bağlayıb Xəyal ilə Bilalın yanına gəlmiş və onlar ona Hövsan qəsəbəsində baş verənlər barədə danışmışlar. Bundan sonra Alik Xəyala zəng edib qızılı Valehdən götürdüyünü demişdir. Bundan təxminən bir saat sonra Alik çayçıya gəlmişdir. Valehin onunla birlikdə gəlib-gəlmədiyi yadında deyil. Alik qırmızı rəngli qutunu cibindən çıxarıb ona vermişdir. O, qutunu açarkən içərisində üzərində parıltılı qaşlar olan bir ədəd üzük və sırğa dəstinin olduğunu görmüşdür. Fikirləşmişlər ki, həmin qızıl dəstinin on min manat qiyməti vardır. Fikirləri həmin qızıl-zinət əşyası neçəyə satılsa həmin puldan yarısını öz aralarında bölüşdürmək, yarısını isə iranlılara vermək olmuşdur. Beləliklə ümumi razılığa əsasən qızıl dəsti onda qalmış və onlar çayxananı tərk edib öz evlərinə getmişlər. 30 mart 2017-ci il tarixdə o və Bilal idarə etdiyi “Mercedes Benz” markalı maşınla Xırdalan şəhərinə getmişlər. Həmin gün təxminən saat 14-15 radələrində o, Bilal, Xəyal və Kənan Xırdalan şəhərində “AAAF park” yaşayış kompleksinin yaxınlığında Valehlə görüşüb ona “Mərkəzi univermağa gedək qızılı sataq” demişlər. Lakin Valeh onlarla gəlmək istəməmiş və demişdir ki, “Siz özünüz gedin, əgər qızıla doqquz min manatdan aşağı pul verilsə satmayın, mənim öz tanışım var həmin qiymətə ona satacam”. Aralarında olan razılığa görə qızılı satmağa Xəyalın maşını ilə getməli olduqları üçün o, maşınını Xırdalan şəhərində yerləşən “Karvan” adlı kafenin qarşı tərəfindəki dayanacaqda saxlamışdır. Beləliklə onlar, Xəyalın maşını ilə Bakı şəhərinə, Mərkəzi univermağa getmişlər. Orada qızılı bir neçə zərgərə göstərib, qızılı hansı qiymətə almalarını soruşmuş, onlardan ucuz təklif aldıqları üçün qızılı satmamış və Kənan qızılı öz cibinə qoymuşdur. Bundan sonra hamısı birlikdə Xırdalan şəhərinə qayıtmış, “Makromart”ın önündə o, Xəyal, Kənan və Bilal Valehlə görüşmüşlər. Onlar Valehə qızılı sata bilmədiklərini dedikdə Valeh onlara “mən bir nəfərə zəng edərəm daha yaxşı qiymətə alar” demişdir. Bundan sonra Xəyal Kənana demişdir ki, Valehlə qalsın və həmin adamın yanına getsin. O, Xəyal və Bilal avtomaşına əyləşib getmişlər. Bundan sonra Xəyalla Kənan telefonla öz aralarında danışmışlar. Xəyal Kənana demişdir ki, “Valehi də götür gəlin Karvan çay evinə”. Onlar isə maşınla “Karvan” çay evinə getmiş, orada Kənan ilə Valehin kabinetdə oturub çay içib söhbət etdiklərini görmüşlər. Onlar kabinetdə əyləşib söhbət etmişlər. Söhbət zamanı Valeh demişdir ki, “Mən qızılı səkkiz-doqquz il bundan əvvəl on səkkiz ABŞ dollarına almışam, tanışım var ona doqquz min manata sata biləcəm, sabah saat 11-də görüşək gedək tanışımın yanına qızılı satım pulunu sizə verim”. Həmin söhbət zamanı aralarında mübahisə və münaqişə olmamışdır. Orada Valehlə onların arasında təxminən otuz-qırx dəqiqə söhbət olmuşdur. Sonda belə razılığa gəlmişlər ki, Xəyal və Valeh sabah görüşüb qızılı satsınlar, ilk əvvəl Valeh onlarla sağollaşıb özü kafeni tərk edərək getmişdir. Həmin vaxt o, Valehin üzərində hər hansı bir silah görməmişdir. Onun, Xəyalın, Bilalın və Kənanın üzərində hər hansı bir silah olmamışdır. O, Xəyal, Bilal və Kənan kafedə qalıb söhbət etmişlər. Təxminən yarım saat sonra onlar kafedən çölə çıxmışlar. Onun saxladığı maşınının olduğu yerlə onların arasındakı məsafə təxminən on beş - iyirmi metr olardı. Onlar çölə çıxanda yaxın ətrafda heç kim olmamışdır. Sonra onlar bir-biri ilə sağollaşıb öz avtomobilinə tərəf getmək istəyərkən, Valeh qəflətən gözləmədiyi anda parkın içindən çıxaraq, onlara tərəf gələ-gələ Xəyala “Sən mənə şillə təpik atırdın, səni məni niyə alçaltdın?” deyib tapançanı belindən çıxarıb ardıcıl olaraq atəş açmağa başlamışdır. O, Bilal ilə bir istiqamətə, Xəyal ilə Kənan isə başqa bir istiqamətə qaçmağa başlamışlar. Bu ərəfədə o, bir neçə atəş səsi eşitmişdir. Lakin konkret olaraq neçə atəş səsi eşitdiyini bilməmişdir. Valeh silahdan Xəyala atəş açmış, sanki ondan qısas alırdı. Silahdan atəş açan şəxsin Valeh olduğunu dəqiq bilir. Sonradan eşitmişdir ki, Valehin açdığı atəşlər nəticəsində Xəyal üç güllə yarası xəsarət almış, Valeh isə başından güllələnmişdir. O, Valehin hansı şəraitdə və kim tərəfindən öldürüldüyünü görməmişdir. Buna görə bu barədə heç bir fikri yoxdur. Hadisədən sonra qorxduğu üçün Bilal ilə taksi maşını ilə Əhmədliyə qayıtmış, orada Bilal ondan ayrılıb getmişdir. Sonradan eşitmişdir ki, hadisə ilə bağlı Xəyalı tutublar, polislər isə onları axtarır. O, tutulacağından qorxduğu üçün qaçıb gizlənmişdir. Axtarışda olduğu zaman Şahid8la telefonla dəfələrlə əlaqə saxlamışdır. Rəşad vasitəsilə Valehin ölümü ilə bağlı məlumatlar almışdır. O, Rəşaddan xahiş etmişdir ki, maddi cəhətdən ailəsinə köməklik etsin. Rəşad da öz növbəsində İlhamdan beş min manat pul alaraq aparıb qayınatası Azərə vermiş, Azər də həmin pulu aparıb atasına vermişdir. Həmin pulu verməkdə məqsədi ailəsinə maddi cəhətdən kömək etmək olmuşdur. Sonradan Kənan, Allahverdi, Xəyalın bacanağı Məhəmməd və onun dostu Bilal tutulmuşlar. Bundan sonra Rəşad, İlham və Miskin də cinayət məsuliyyətinə cəlb olunmuşlar. 10 və ya 11 may 2022-ci il tarixdə o, ailə üzvləri ilə görüşmək üçün Ramana qəsəbəsində yerləşən evinə gəlmişdir. 12 may 2022-ci il tarixdə həyat yoldaşı və övladları qayınatasıgilə getmişlər. Həmin gün axşam saat 19-20 radələrində yaşadığı küçənin yaxınlığında olarkən mülki geyimdə olan tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun axtarışda olduğunu, onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. Həmin vaxt o, qorxub polis əməkdaşlarından qaçmaq istəyərkən yerə yıxılmış və xəsarətlər almışdır. Bundan sonra polis əməkdaşları onu yaxalayıb avtomaşına əyləşdirmişlər. O, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməmiş, hər hansı təzyiq və işgəncələrə məruz qalmamış, ona qarşı qanunsuzluğa yol verilməmişdir. Bununla bağlı heç kimdən şikayət və tələbi yoxdur. O, tutulduqdan sonra Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Orada o, üzərində pnevmatik tapança və patronların olmasını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, könüllü olaraq əynində olan boz rəngli şalvarın bel hissəsindən bir ədəd qara rəngli tapança, bir ədəd sandıqça və iki ədəd patronu təhqiqatçıya təqdim etmişdir. O, həmin tapança və patronları 2014-cü ilin oktyabr ayında Dağıstan Respublikasından Azərbaycana idman yarışına gələn Rusiya Federasiyasının vətəndaşı Rahil adlı şəxsdən üç yüz manata almışdır. Həmin tapançanı aldıqdan sonra onun üzərində hər hansı təmir və ya konstruktiv dəyişikliklər aparmamışdır. Həmin tapançadan əylənmək məqsədilə “Yeni il” bayramında cəmi bir dəfə göyə atəş açmaqla istifadə etmiş, sonra həmin silahdan istifadə etməmişdir. Onun hər hansı bir iranlı ilə heç vaxt əlaqəsi və münasibəti olmamışdır. O cümlədən “Miri” adlı dostu və tanışı olmamışdır. O, Şahid1, Şahid9, Şahid2 və Şahid4 və digər şəxslərlə hər hansı bir cinayətin törədilməsi ilə bağlı mütəşəkkil dəstədə birləşməmişdir. Onlar Zərərçəkmiş şəxs oğurlamamış, onun həyatı üçün təhlükli olan zor tətbiq etməmiş, ona hədə-qorxu gəlib pul tələb etməmiş, “Karvan” adlı kafedə və həmin kafenin qarşısındakı küçədə ona qarşı xuliqanlıq hərəkətləri etməmişlər. Valeh əlindəki silahdan Xəyala və onlara tərəf atəş açmış, Xəyala xəsarələr yetirmişdir. O, Şahid9 və Şahid2la birlikdə Valehin müqavimətini qıraraq onun Şahid1 tərəfindən öldürülməsinə şərait yaratmamışdır. Belə bir hadisə ümumiyyətlə baş verməmişdir. Zərərçəkmiş şəxs kim və hansı şəraitdə öldürüldüyünü görməmişdir. Onun bu işdə yeganə günahı odur ki, İlhamın təklifi ilə razılaşıb Xəyal vasitəsilə Valehi Əhmədli qəsəbəsində yerləşən “Manqal” çayxanasına çağıraraq pulu ondan istəmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi X45 göstərmişdir ki, 2016-cı ilin mart ayında əri Valeh ona İran İslam Respublikasında yaşayan Bəşir adlı şəxslə birlikdə işləyəcəklərini demişdir. Belə ki, Bəşir adlı iranlı göyərti məhsullarını İran İslam Respublikasından Rusiya Federasiyasına göndərməli, Valeh isə Rusiya Federasiyasında olan şəriki ilə danışıb onun satışını təşkil edərək əldə olunan pulu Bəşir adlı şəxsə verməliymiş. 14 aprel 2016-cı il tarixdə saat 20-21 radələrində Valeh “WhatsApp” proqramı vasitəsilə səsli mesaj göndərərək Bəşirin dost və şəriki Həsənlə birlikdə bir gün əvvəl nahardan sonra Biləsuvardan sərhədi keçdiklərini, Həsənin böyrəyində daş olduğunu, viski içdiyi üçün böyrəyindəki daşın tərpəndiyini, buna görə səhərə qədər xəstəxanada olduqlarını, onlara Bakı şəhərində ev verildiyini, maşınını “Tonqal” restoranının qarşısında saxlayıb onların yanına getdiyini, onlara sim nömrə aldığını bildirmişdir. Sonradan Valehin telefon danışıqlarından ona məlum olmuşdur ki, İran İslam Respublikasından göndərilmiş göyərti məhsulları Rusiya Federasiyasına xarab vəziyyətdə gedib çatmış və buna görə o, otuz min ABŞ dolları ziyana düşmüşdür. 29 mart 2017-ci il tarixdə günorta saat 12 radələrinə kimi Valeh evdə olmuş, sonra o, ortopedik ayaqqabı içliyi sifariş vermək üçün oğlu Əzizağa ilə birlikdə evdən çıxmış, təxminən saat 14-15 radələrində geri qayıtmış, bu zaman Valehin istifadəsində olan mobil nömrələrdən birinə zəng gəlmiş, o, danışdığı adama “Miri düşürəm, düşürəm” demiş, “Miri” adlı şəxsin kim olduğunu soruşduqda Valeh ona əsəbi halda “Nədir, desəm tanıyacaqsan?” deyib çıxıb getmiş, həmin gün gecə saat 23:45 və ya 23:50-də Valeh evə qayıtmış, uşaqları çölə çıxarıb qapını örtmüş, həmin vaxt Valeh çox əsəbi vəziyyətdə olmuş, ondan brilyant qaşlı üzük və sırğa dəstini istəmiş, nə baş verdiyini soruşduqda Valeh ona “İranlı Bəşirə borcum var, o məni zakaz eləyib, beş nəfər Xırdalan uşağı gəlib məni zorla maşına mindirərək Hövsanda yerləşən bir evə apardılar, sonra onlara iki nəfər də qoşuldu, orada paltarlarımı soyundurub məni döydülər, ailəmə pislik edəcəkləri ilə məni hədələdilər, qızılım var onu sizə verim əl çəkin dedikdə məndən əl çəkdilər, məni gətiriblər ki qızılı onlara verim” demişdir. Valehdən həmin şəxslərin kimlər olduğunu soruşanda o, suala cavab verməmişdir. Beləliklə, o, özünə məxsus üzərində brilyant və zümrüd qaşlar olan üzük və sırğa dəstini Valehə vermişdir. Həmin qızıl dəsti üzərinə “X34” sözləri yazılmış bənövşəyi rəngli qutunun içərisində olmuşdur. Həmin dəsti o, Valehlə birlikdə 03 iyul 2008-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində yerləşən qızıl mağazasından yüz yetmiş altı min yüz səksən dörd rus rubluna almışdır. Həmin qızıl dəstinin hazırda dəyəri on beş min manatdır. 30 mart 2017-ci il tarixdə saat 00:08-də Valeh qızıl dəstini götürüb həmin adamlara vermək üçün evdən çıxmış, evdən çıxarkən “Əgər gəlməsəm, ya da başıma bir iş gəlsə məni ***-***-**-** nömrəsindən axtararsan” demişdir. Həmin gecə saat 01:52-də Valeh evə qayıtmış, lakin qızıl dəsti Valehdə olmamışdır. Valeh sabah həmin adamlarla görüşüb birlikdə qızılı qiymətləndirmək üçün gedəcəyini demişdir. Səhər saat 10-11 radələrində Valeh mobil telefonuna hansısa proqramı yüklətmək adı ilə evdən çıxmış, saat 15:30 radələrində evə qayıtmışdır. O, Valehdən qızılın qiymətləndirib-qiymətləndirilmədiyini soruşduqda sonuncu “Zərgərin arvadı ölüb, bu gün cümə axşamısıdır, bir azdan gedib qiymətləndirəcəyik” demişdir. Təxminən on – on beş dəqiqə sonra Valeh “Səbuhi gəlib, aşağıdadır, gedirəm onunla söhbət edəm” deyib evdən çıxmışdır. Təxminən iyirmi dəqiqə sonra, daha dəqiq saat 17:43-də o, Valehə zəng edib harada olduğunu soruşmuş, sonuncu blokun qarşısında olduğunu və birazdan gələcəyini demişdir. Saat 21 radələrində onun və uşaqlarının mobil nömrələrinə pul məbləği yüklənməsinə dair mesaj gəlmiş, o, yenə Valehə zəng edib evə gəlib-gəlmədiyini və qızılın qiymətləndirilib-qiymətləndirilmədiyini soruşmuşdur. Valeh cavabında “Qızıl qiymətləndirildi, amma beş min verdilər, mən onlara inanmıram, evə gəlirəm, sabah öz tanış zərgərimə göstərəcəm” demişdir. Bu vaxt Səbuhi onların evinə gəlmiş, “Valehə zəng edirəm cavab vermir” demişdir. O, Səbuhiyə Valehlə elə bu dəqiqə danışdığını demiş və saat 21:40-da ona yenidən zəng edib Səbuhinin evdə olduğunu demişdir. Sonra Səbuhi onun telefonu ilə Valehlə danışmışdır. Valeh təxminən on dəqiqə sonra “Makromarket”in qarşısında olacağını demişdir. Bundan sonra Səbuhi çıxıb getmiş, saat 21:41 də Valehə zəng edib, ona “Yenədəmi rayona gedirsən, təzəliklə rayondan gəlməmisənmi” demiş, Valeh isə cavabında “İstəsən getmərəm, elə də vacib deyil” demişdir. Bu onun Valehlə sonuncu danışığı olmuşdur. Valehin evə gəlmədiyini görüb saat 22:23-də ona zəng etsə də o, zənglərə cavab verməmişdir. Saat 22:34-də Valehin telefonuna yenidən zəng etdikdə bir nəfər şəxs cavab verib həkim olduğunu, Valehin qəzaya düşüb ayağını sındırdığını bildirməklə ondan yaşadıqları ünvanı soruşmuşdur. Bu vaxt Səbuhi bizim evə gəlmiş və Valehin gəlmədiyini bildirmişdir. Səbuhi telefonu ondan alıb həmin şəxslə danışmış, sonra onlar Abşeron rayon Polis İdarəsinə getmişlər. Səhərə yaxın öyrənmişdir ki, həyat yoldaşı Valeh ölmüşdür. Zərərçəkmiş şəxs heç vaxt tapançası olmamış, heç vaxt yaşadıqları evdə tapança və ya digər silah-sursat saxlamamışdır. Valehin ölümündən sonra eşitmişdir ki, hadisə zamanı onun əlində tapança olmuşdur. Lakin Valehin həmin tapançanı haradan və nə vaxt əldə etməsi, həmin tapançanın markası və modeli barədə məlumatı yoxdur. Valeh 29 mart 2017-ci il tarixdə gecə saat 23:45 və ya 23:50-də evə gələrkən çox əsəbi vəziyyətdə olmuş, Valeh başına gələnlər barədə danışdıqda ona bu barədə polisə məlumat verməsini bildirmiş, Valeh isə “Sən bilmirsən bunlar çox qorxulu insanlardır, ailəmə pislik edərlər, sən qadınsan, get öz işinlə məşğul ol, mən məsələmi özüm həll edəcəm” demişdir. Ona görə də o, hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Şahid11 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onunla ədavəti və yaxınlığı yoxdur. O, tanımadığı insan haqqında heç nə deyə bilməz. Hadisə ilə bağlı heç nə bilmir. Onun həyat yoldaşı Şahid7 məhkum olunmuşdur. O, Miskinin hansı maddələr ilə məhkum olunduğunu bilir. Onun həyat yoldaşı Miskin sadəcə Şahid6 zəng vuraraq demişdir ki, “Bizim göyərti pulunu götürərək mənə verə bilirsənsə, ver”. Onun həyat yoldaşının işi ilə bağlı bütün danışıqlar onun öz telefonundadır, həmin telefonlar isə itib, tapılmır. O, ibtidai istintaq zamanı sadəcə İlham haqqında ifadə vermişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrdə Şahid11 göstərmişdir ki, Şəmkir rayonu, Şiştəpə kənd sakini Şahid7 onun həyat yoldaşıdır. Miskin ilə o, 2015-ci ilin sentyabr ayının 1-də ailə həyatı qurmuşdur. Miskin onun ikinci həyat yoldaşıdır. Belə ki, onun ilk həyat yoldaşı Şakir Şəmkir rayonu, Səməd Vurğun kənd sakini olub. Onunla birgə nikahından Tunar adlı oğlan övladları dünyaya gəlmişdir. Oğlu Tunar 2011-ci ilin dekabr ayında Rusiya Federasiyasının Moskva şəhərində qəsdən öldürülmüşdür. Miskin özü də ondan əvvəl Sadə Qasımova ilə evli olub və onların bu nikahlarından Dəyanət adlı oğlan və Ceyran adlı qız övladları vardır. Sadə Qasımova, səhv etmirsə, 2010-cu ildə “qaymorit” xəstəliyindən vəfat edib. Əri Şahid7 əvvəllər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində İlqar adlı həmyerlisinin yanında fəhlə kimi işləmiş, sonradan isə X107 İslam Respublikasına Bəşir Qəhrəmani və Həsən adlı şəxslərin yanına göndərmişdir ki, Miskin onlardan göyərti məhsulları alıb Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə göndərsin. Şahid7 təxminən iki olardı ki, İran İslam Respublikasından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan İlqar adlı həmyerlisi üçün göyərti məhsulları alıb göndərmişdir. Bəşir və Həsən adlı İran İslam Respublikasının vətəndaşlarını o da tanımışdır. Belə ki, onlar təxminən ili il bundan əvvəl Şəmkir rayonuna gəlmişlər. Onları Şəmkir rayonuna İlqar adlı şəxs dəvət etmişdir. Miskinin deməsindən bilmişdir ki, Bəşirlə Həsən göyərti məhsullarının əkilibbecərilməsi və satışı ilə bağlı İlqarla danışıq aparmaq üçün Şəmkir rayonuna gəlmişlər. Bəşirlə Həsən adlı iranlılar iki gün onların evində qalmışlar. Bundan başqa onun özü də, iki il bundan əvvəl İran İslam Respublikasının Təbriz şəhərində Bəşir Qəhrəmaninin evində olmuşdur. Belə ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün Miskin onu müayinə və müalicə olunması məqsədilə Təbriz şəhərinə aparmışdır. Orada olarkən isə onlar Bəşirin evində qalmışlar. Bəşirin arvadının adı Sümayədir, onların Fatimə və Zəhra adlı iki qız övladı var. Bəşirin atasının adı Hacı Firuzdur. İranda olarkən Bəşir və arvadı Sümayə danışmışlar ki, bir nəfər azərbaycanlı onları aldatmış və Bəşirin göndərdiyi göyərtinin pulunu ödəməmişdir. Bəşir və arvadı onları aldadan azərbaycanlının kim olduğunu və həmin azərbaycanlının onlara nə qədər pul borclu olduğunu deməmişlər. Maraqlı olamdığı üçün bu barədə onlardan soruşmamışdır. 2017-ci ilin yay fəsli idi. Dəqiq tarix yadında deyil. Miskin göyərti məhsullarının əkilib-becərilmə mövsümü bitdikdən sonra İrandan Azərbaycana gəlmiş, Miskin bir daha İrana 2017-ci ilin dekabr ayında gedəcəkdir. Qeyd etdiyi ki, 2017-ci ilin yay fəslində tarixi xatırlamadığı gün Miskin evdə olarkən onun istifadəsində olan mobil telefonuna mütəmadi zənglər daxil olmuş və o, Miskinin kənara çəkilib kiminləsə danışıq apardığını görmüşdür. Miskindən nə baş verdiyini soruşduqda isə o, danışdığı şəxsin Bakılı Rəşad olduğunu demişdir. Rəşadın kim olduğunu və Miskinə nə səbəblə zəng etdiyini bilməmişdir. Miskin özü də bu barədə ona deməmişdir. Növbəti gün o, Miskinin yenə də telefonla danışdığını görüb ondan kiminlə danışdığını soruşduqda isə Miskin danışdığı adamın İlqarın qardaşı İlham olduğunu demişdir. Miskin İlhamla kənara çəkilib danışdığı üçün onların nə barədə danışdıqlarını bilməmişdir. Bundan sonrakı günlərdə Miskinin mobil telefonuna mütəmadi zənglər daxil olduğunu, lakin Miskinin həmin zənglərə cavab vermədiyini görüb ondan nə baş verdiyini soruşduqda, sonuncu “Zəng edən İlqarın qardaşı İlhamdır, o məndən on min dollar pul istəyir” deyə bildirmişdir. Belə olduqda o, Miskinə “Sənin on min dollar pulun varmı ki, kiməsə verəsən, özümüz bir otaqlı evdə yaşayırıq, əgər on min dollar pulun varsa, ver, mətbəx tikdirək” deyə bildirmişdir. Miskin cavabında “Mənim heç kimə borcum və verəcəyim yoxdur, on min dollar iranlı X79 və Rəşada verməli olduqları puldur” deyə bildirmişdir. X80 nə səbəbə İlhamla Rəşada pul borclu olduqlarını Miskin deməmişdir. Ona maraqlı olmadığı üçün bu barədə Miskindən soruşmamışdır. Buna baxmayaraq İlham və Rəşad mütəmadi olaraq Miskinin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmişlər, Miskin isə onların zənglərinə cavab verməmişdir. Belə olduqda o, əsəbiləşib Miskinin işlətdiyi telefon nömrəsini sındırmışdır. Miskinin həmin vaxt hansı mobil nömrəni istifadə etməsini bilməmişdir. 05 noyabr 2018-ci il tarixdə axşam saatlarında əri Miskinin tutulduğunu eşitmişdir. Bundan bir neçə gün sonra Miskin ona zəng edib, Bakı İstintaq təcridxanasında həbsdə olduğunu “X81 borclu olan azərbaycanlı şəxsdən pulun alınması ilə bağlı onların, yəni Bəşirlə Həsənin xahişi ilə İlqarın qardaşı İlhama müraciət eləmişdim, İlham və onun dostu X89 pul borclu olan adama neyləyiblərsə həmin adam yoxdur, yadındadırmı Rəşad və İlham məndən on min dollar pul istəyirdilər, məndən istənilən pul bax bu məsələ ilə bağlıdır. Məni məhz həmin işə görə tutublar” deyə bildirmişdir. Bundan başqa Miskin ona heç nə deməmişdir. O, Zərərçəkmiş şəxs tanımır. Səhv etmirsə, Miskin 29 və 30 çart 2017-ci il tarixdə İran İslam Respublikasında olmuşdur. O, Şahid4, Şahid2, Şahid1, Şahid9, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. O, həmçinin, Şahid6 şəxsən tanımamış və onu heç vaxt görməmişdir. Miskinin deməsinə görə bilmişdir ki, Şahid6 İlqarın qardaşıdır və hansısa dövlət orqanında işləyir. Şahid8 tanımamışdır, onun da adını Miskindən eşitmiş, Miskin ona bir neçə dəfə demişdir ki, Rövşən İlhamla dostdur və onlar ondan on min ABŞ dolları pul istəyirlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid13 götərmişdir ki, oğlu Təqsirləndirilən şəxs on bir yaşından etibarən idmanın boks növü üzrə məşq etmiş, dəfələrlə yerli və beynəlxalq idman yarışlarında iştirak etməklə mükafatlar qazanmışdır. Təqsirləndirilən şəxs “SOCAR” şirkətində mühafizəçi işləməklə yanaşı Əhmədli qəsəbəsində “Bakı Kinoteatrı”nın yaxınlığında yerləşən idman zalını icarəyə götürüb orada tələbələrinə boks dərsləri keçməklə də məşğul olmuşdur. 2017-ci ilin aprel ayının 2-si və ya 3-ü tarixində Samir günorta saat 2-3 radələrində onun yaşadığı evə gəlib “Xırdalanda hadisə olub, mən gedirəm, bir müddət olmayacam” deyə bildirmişdir. Belə olduqda o, narahatçılıq keçirib Samirdən nə baş verdiyini soruşmuş, sonuncu cavabında “Xəyal və Bilalla birlikdə Valeh adlı şəxslə Xırdalan şəhərindəki kafedə oturub çay içdik, sonra Valehlə sağollaşdıq, əvvəlcə Bilal ilə mən, bizim arxamızca isə Xəyalla Valeh kafedən çölə çıxdı, bu vaxt Valeh Xəyalı çağırıb ona tapançadan atəş açdı, bunu görüb Bilal ilə mən qaçdıq, Xəyalın yerə yıxıldığını görüb ona yaxınlaşmaq istədikdə Bilal mənə qaçmağımızı dedi və biz dayanmayıb qaçdıq, sonradan eşitdim ki, Valeh ölüb, onun ölümündə mənim günahının yoxdur” deyə bildirmişdir. O, Samirə “Əgər günahın yoxdursa nə səbəbə uzaqlaşırsan, gedib təslim olmursan” sualını verdikdə isə o, hadisənin baş verdiyi yerdə olduğu üçün tutulacağını, ona görə də qaçıb bir müddət gizlənməli olduğunu və ara sakitləşdikdən sonra gələcəyini deyib getmişdir. Səhərisi gün Abşeron rayon Polis İdarəsinin əməkdaşları onun evinə gələrək Samirin harada olduğunu soruşmuşlar. O, Samirin bir gün əvvəl evə gəlib onlarla sağollaşaraq çıxıb getdiyini, hazırda isə onun harada olduğunu bilmədiyini demişdir. Sonradan eşitmişdir ki, ölən Valeh adlı şəxsin hansısa iranlıya pul borcu olmuş, Samirgil həmin pulu Valehdən istəmək üçün getmişlər, Xırdalanda yerləşən kafedən çıxdıqdan sonra Valeh tapança ilə Xəyala atəş açmış, sonra isə özünü öldürmüşdür. Bu barədə kimdən eşitdiyini isə bilmir. 2017-ci ilin may ayında Abşeron rayon Polis İdarəsinə çağırılan zaman orada oğlu Samirin barəsində axtarış elan olunduğunu öyrənmişdir. İstintaqdan qaçıb gizlənməsindən ötrü oğlu Samirə çatdırması üçün heç kim ona hər hansı bir məbləğdə pul verməmişdir. 26 may 2017-ci il tarixdə anası Səmayə Kazımova ölmüş, yas mərasiminin üçüncü günündə yaşadığı evdə qudası Azər ona beş min manat pul verərək həmin pulu Samirin dostlarının onlara maddi köməklik göstərmək üçün toplayıb gətirib verdiklərini demişdir. O, həmin beş min manat pulu qəbul etməyəcəyini və kimdən alınıbsa geri qaytarılmasını Azərə dedikdə sonuncu pulun kimlər tərəfindən toplandığını və kimə qaytarılmalı olduğunu bilmədiyini, eləcə də həmin pulu gətirən adamları tanımadığını ona bildirmişdir. Həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyindən məcbur olub Azərin verdiyi beş min manat pulu götürüb anasının yas mərasiminə xərcləmişdir. Bundan başqa ona Samirin dost və ya tanışları tərəfindən hər hansı məbləğdə pul verilməmişdir. Beş min manat pulun Azərə kimin tərəfindən verildiyini isə bilməmişdir. X109 adlı dost və ya tanışının olmasını eşitməmişdir. Bakı şəhəri sakini Şahid8 Təqsirləndirilən şəxs gizlənərək istintaqdan yayınması məqsədilə sonuncuya çatdırması üçün qudası Şahid12 altı min manat pul verməsindən məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrdə Şahid14 göstərmişdir ki, 1987-ci ildə Lənkəran şəhəri 07 saylı orta məktəbin 8-ci sinfini bitirmişdir. 1987-1989-cu illərdə Lənkəran şəhəri 113 saylı Peşə məktəbində sürücülük ixtisası üzrə təhsil almışdır. 1989-1991-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1995-ci ildə ailə həyatı qurmuşdur, bir qız və bir oğlan övladı var. Sürücülük vəsiqəsi BCE kateqoriyalıdır. 1990-cı ildən bu günə kimi sürücü kimi fəaliyyət göstərmişdir. Belə ki, o, müxtəlif şirkətlərlə müqavilə bağlayıb etibarnamə üzrə idarə etdiyi yük avtomobilləri ilə İran İslam Respublikasından, Azərbaycan Respublikasından kənd təsərrüfatı məhsullarını Rusiya Federasiyasına, Ukrayna və Qazaxstan Respublikalarına aparmışdır. Heç vaxt ruhi-əsəb xəstəlikləri keçirməmişdir və bununla hr hansı bir xəstəxana və ya müalicə müəssisəsində qeydiyyatda olmamışdır. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Mərhum Zərərçəkmiş şəxs uşaqlıqdan tanımışdır. O, onunla eyni məktəbdə təhsil almışdır. Onunla dost münasibətində olmuş, heç vaxt aralarında düşmənçilik və ya ədavət olmamışdır. Valehin bir oğlu və iki qızı var. O, Rusiya Federasiyasının Ufa şəhərində yaşamış və təxminən üç il olardı ki, Azərbaycana gəlmişdir. Valehin Lənkəran şəhərində yaşadığı ev onun yaşadığı evdən təxminən bir kilometr aralıda yerləşir. Valeh Rusiya Federasiyasından gəldikdən sonra Abşeron rayonu Xırdalan şəhərində yaşamışdır. Amma arada Lənkəran şəhərindəki evinə də gəlib-getmişdir. O, Valehin Rusiya Federasiyasının Ufa şəhərində nə işlə məşğul olduğunu bilməmişdir. Valeh Rusiyadan qayıtdıqdan təxminən on beş-iyirmi gün sonra Lənkəran şəhərində onunla görüşüb demişdir ki, “İran firmasında tanışın varsa danışardın nağd pula mal (yəni kənd təsərrüfatı məhsulları nəzərdə tutulur) alıb Rusiya bazarına satardım”. Bu işdə köməklik göstərməsi üçün o, Mehdi adlı iranlının telefon nömrəsini Valehə vermişdir. O, Mehdi adlı iranlının soyadını və atasının adını bilməmişdir. O, X66 şəhərində yaşadığını bilmiş, onun telefon nömrəsini və yaşadığı ünvanı isə bilməmişdir. X66 şəhərində “Payana” adlanan avtomobil dayanacağında ofisi var. O, Mehdini dürüst insan kimi tanımış, onunla aralarında düşmənçilik və ya ədavət yoxdur. Mehdi təxminən qırx yaşında, normal bədən quruluşu, ağbəniz, bığsız, qara saçlı bir insandır. Ondan Mehdinin telefon nömrəsi olmuş, lakin sonradan telefonundan onun adı da, nömrəsi də silinmişdir. Onun Mehdinin telefon nömrəsini Valehə verdiyi gündən təxminən bir ay və ya ay yarım sonra o, İran Astarasında gömrük postunun həyətində Mehdi ilə rastlaşdı. Söhbət zamanı Mehdi ona demişdir ki, “Sənin tanışın olan bir nəfər Lənkərandan Valeh adlı şəxs mənə zəng edib Rusiya bazarına göndərməyə kələm, kivi, soğan və kartof istəyir, nağd pul vermir, nisyə istəyir, ona nisyə mal verimmi?”. O isə Mehdiyə cavabında “Özün bilərsən, istəyirsən nisyə ver, istəyirsən vermə, mən Valehə görə cavabdeh ola və ya zamin dura bilmərəm” demişdir. Mehdi ona başqa heç bir söz deməmişdir. Bundan təxminən bir ay sonra o, X60 görmüş, Valeh Rusiya bazarlarına furalarla kənd təsərrüfatı məhsulları göndərirdi. Valeh Mehdi ilə işləmişlər. O, onları bir neçə dəfə İran Astarasında bir yerdə görmüş, bir-biri ilə münasibətləri çox yaxşı idi. O, onların hansı qaydada işləmələrini bilməmişdir. O, İran İslam Respublikasının vətəndaşı Bəşiri təxminən iki il olar ki, tanımışdır. X95 şəhərindəndir. O, Bəşirin İranın hansı şəhərində və hansı ünvanda yaşadığını bilməmişdir. Bəşirin telefon nömrəsi onda olub, lakin sonradan telefonundan Bəşirin adı və nömrəsi silinib. X96 şəhərindən göyərti məhsullannı alıb furalarla Rusiya bazarlanna göndərib satmaqla məşğul olmuşdur. O, Bəşiri cəmi bir dəfə İran Astarasında görmüş və cəmi bir dəfə onun göyərti məhsullarını İran Astarasından etibarnamə əsasında idarə etdiyi yük avtomobili ilə Rusiya Federasiyasının Moskva şəhərinə aparmışdır. O, Bəşirin neçə yaşı olduğunu bilmir. Bəşir normal bədən quruluşlu, qarabəniz bir insandır. Bəşir Həsən adlı İran İslam Respublikası vətəndaşı ilə şərik işləyirdi. Həsənlə isə onun heç bir əlaqəsi və münasibəti olmamışdır. O, Həsəni cəmi bir dəfə X50 yanında görmüşdür. Bəşirin, Mehdinin və Həsənin üz cizgiləri onun yadındadır, onları görsə tanıya bilər. Valehin ölümündən, yəni 2017-ci ilin mart ayından təxminən bir il və ya il yarım əvvəl İran Astarasında olarkən o, Valehi Bəşir və Həsən ilə birlikdə görmüşdür. Belə ki, o, həmin vaxt Bəşirin sifarişi əsasında göyərti məhsullarını X51 şəhərinə aparmışdır. Bəşir ilə onun tanışlığı məhz həmin ərəfədə yaranmışdır. Belə ki, onu Bəşir ilə Mehdinin özü tanış etmişdir. Onun apardığı göyərtinin Valehə heç bir aidiyyatı yox idi. X67 ilə söhbət edərkən Valeh ona danışmışdır ki, Bəşirdən göyərti məhsullarını nisyə alıb Rusiya bazarına göndərir. Bəşir ilə Valehin harada və hansı şəraitdə tanış olmalarından isə onun məlumatı yoxdur. Mehdi Bəşiri tanıyır. O düşünür ki, Valeh Bəşir ilə Mehdinin vasitəsilə tanış olub. Amma bu barədə onun dəqiq məlumatı yoxdur. Valehin ölümündən təxminən yeddi-səkkiz ay əvvəl o, İran Astarasında idi. Mehdi onu öz ofisinə dəvət edib demişdir ki, “Valehin mənə borcu var, telefon zənglərimə cavab vermir, ona denən pulumu gətirsin”. O isə cavabında ona demişdir ki, “Valehə görə sənə zamin durmamışam, aranızda olan münasibətlərdən xəbərim yoxdur, Valehə nə mal vermisən xəbərim yoxdur, get Valehi tap özündən pulunu istə, aranızda olan məsələlərə məni qarışdırma”. Mehdi sonda bir daha demişdir ki, o, Valehin ona borclu olduğu pulun qaytarılmasına köməklik etsin. Mehdi Valehin ona nə qədər pul borclu olduğunu ona deməmişdir. O, Lənkəran şəhərinə gəldikdən sonra Valehi görüb ona Mehdinin sözlərini çatdırmış və onun telefon zənglərinə cavab verməsini demişdir. Valeh demişdir ki, “Pulum yoxdur, əlim aşağıdır, işləyib borcumu qaytararam”. Sonda o, yenə Valehə Mehdinin zənglərinə cavab verməsini demişdir. Valehin ölümündən təxminən on beş gün əvvəl İranlı Bəşir onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng edib demişdir ki, “Valeh mənə pul borcludur, zəng edirəm, telefonlarıma cavab vermir, onu görsən denən pulumu qaytarsın”. O da öz növbəsində Valehin telefon nömərsinə zəng edib ona acıqla demişdir ki, “Camaatın telefonuna cavab ver, get borclarını qaytar, məni narahat eləməsinlər”. Belə ki, Mehdi də, Bəşir də ona bir neçə dəfə zəng edib Valehin zənglərə cavab vermədiyini və borclu olduğu pulları qaytarmadığını demişlər. O, Valehin Bəşirə nə qədər pul borclui olduğunu bilmir. Mehdini Valehin həyat yoldaşı yaxşı tanıyır. Belə ki, o, Mehdinin özünün deməsindən bilmişdir ki, o, Valehin həyat yoldaşını İranın Tehran şəhərinə həkimə aparmışdır. O, 2017-ci ilin mart ayında Azərbaycan Respublikasında olmamışdır. 2017-ci ilin mart ayının ortalarında o, İran Astarasından etibarnamə ilə idarə etdiyi furaya kələm yükləyib Ukrayna Respublikasının Xarkov şəhərinə aparmış və Azərbaycana 2017-ci ilin aprel ayının ortalarında gəlmişdir. Lənkəran şəhərinə gəldikdən sonra camaatın danışığından eşidib bilmişdir ki, Valeh Abşeron rayonu, Xırdalan şəhərində öldürülüb. O, Valehin kimlər tərəfindən öldürüldüyünü və eləcə də öldürülmə səbəbini bilmir. O, bu barədə heç kimdən maraqlanmamışdır. Həmin günün səhərisi o, yenə İran Astarasına gedib idarə etdiyi yük avtomobilinə kivi yükləyib Rusiyanın Moskva şəhərinə getmişdir. Valehin ölümündən sonra Bəşir ona zəng etmir. Mehdi 2017-ci ilin aprel ayının ortalarında ona zəng edib demişdir ki, “Valehin öldürülməsindən xəbərim var, onun həyat yoldaşının telefon nömrəsini ver mənə zəng edib ondan Valehin mənə borclu olduğu pulu istəyim, ya da sən özün get Valehin həyat yoldaşı ilə görüş pulu al mənə ver”. O isə Mehdiyə Valehin həyat yoldaşının telefon nömrəsini bilmədiyini və ona bu barədə heç bir söz deyə bilməyəcəyini demişdir. Bundan sonra Mehdi ilə onun heç bir əlaqəsi olmamışdır. Mehdi onun Rusiya Federasiyası ərazisində işlətdiyi və hazırda xatırlamadığı mobil nömrəsinə zəng etmişdir. Belə ki, Mehdi ona zəng edəndə o, Moskva şəhərində olmuşdur. Bəşir və ya Mehdi ona Valehin borclu olduğu pulu qaytarmayacağı halda onu kiminsə vasitəsilə döydürmək və ya öldürtmək istəkləri barədə heç bir söz deməmişlər. O, Bəşir, Mehdi və Həsənin Azərbaycanda kimlərlə əlaqə və münasibətlərinin olduğunu bilmir. Bəşir və Həsənin Azərbaycan Respublikasına gəlmələrindən onun məlumatı yoxdur. Mehdi isə Valehin ölümündən təxminən bir il və ya il yanm əvvəl Bakı şəhərinə kiminsə yas mərasimində iştirak etmək üçün gəlmişdir. O, Mehdinin Bakı şəhərinə gəldiyi tarixi və kimin yas mərasimində iştirak etməsini bilmir. O, Mehdinin Bakı şəhərində olarkən hansı ünvanda qalmasını bilmir. O, Miri adlı şəxsi tanımır. Bəşirin tanış və dostlannın kimlər olmasını bilmir. O, Elman Qurbanovu brokerlik fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. X97 ilə adi tanışlıq münasibəti var. Yük daşıma ilə bağlı hər hansı bır məsələni soruşmaq lazım gəldikdə o, Elmana zəng etmişdir. O, Elman Qurbanovu təxminən iki ildir ki, görmür. O, Elman ilə Zərərçəkmiş şəxs arasında nə kimi əlaqə və münasibətlərin olduğunu bilmir. İlqar Həsənov ad və soyadlı şəxsi isə o, ümumiyyətlə tanımır. O, Şahid1, Şahid2 Zöhab oğlunu və Şahid4, eləcə də Şahid9 və Təqsirləndirilən şəxs tanımır. O, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrin kimlərin istifadəsində olmasını bilmir, ümumiyyətlə bu mobil nömrələrin heç birini tanımır. O, 30 mart 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Karvan” çay evinin qarşısında baş vermiş hadisə barədə heç nə bilmir. O, Lənkəran şəhərində camaatın danışığından eşitmişdir ki, Valeh öldürülüb. Valehin kimlər tərəfindən, hansı səbəbə öldürülməsi barədə onun məlumatı yoxdur. O, İran İslam Respublikası vətəndəşı olan Bəşiri təxminən bir il və ya il yarım bundan əvvəl İran Astarasında görmüşdür. Bundan sonra o, Bəşiri bir daha görməmişdir. Mehdini isə sonuncu dəfə 2017-ci ilin aprel ayında İran Astarasında görmüşdür. Bundan sonra o, Mehdini görməmişdir. O, Mehdi və Bəşirin Azərbaycan Respublikası ərazisində yaşayan dost və tanışlannın olub-olmamasını bilmir. Mehdi və Bəşir hər iki Valehin onun həmyerlisi olduğunu və onun Valeh ilə dost olduğunu bildikləri üçün Valehə sözlərini onun vasitəsilə çatdırırdılar. Onun istər Bəşir, istərsə də Mehdi ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Valeh borclu olduğu pulu vermədiyinə görə Bəşir və Mehdi ilə Valeh arasında münasibətlər pozulmuşdur. Amma onların bir-birilərinə qarşı düşmənçilik etmək, biri-birinə zərər yetirmək fikrində olmaları ilə bağlı onun heç bir məlumatı olmayıb. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə heç bir əlaqələri olmamışdır. İbtidai istintaq zamanı pozuntulara yol verilmişdir. Hadisə günü o, Samir və Kənan çayxanadan çıxarkən Valeh onu çağırmışdır. Onlar Valeh ilə danışdıqdan sonra Valeh silah ilə atəş açmağa başlamışdır. O, güllələrin təsirindən yerə yıxılmış, sonra isə sürünə-sürünə yaşayış evinin blokuna girmişdir. O, gözlərini artıq xəstəxanada açmışdır. Sonra isə Valehin özünü də güllə ilə öldürdüyünü bilmişdir. Hadisə günü Valeh onlarla çayxanada əyləşmişdir, sonra isə çayxanadan çıxıb getmişdir. Valehin öldürülməsində heç kimin rolu olmamışdır. O, Valehin özünü vuraraq öldürdüyünü bilir, çünki Valeh gicgah nahiyəsindən vurulmuşdur, bunu onun özündən başqa heç kim edə bilməzdi. Çayxanada olarkən Valeh gərgin olmuşdur. Valehin gərgin olduğuna görə o, onunla əvvəlki gün aralarında olan mübahisəyə görə üzrxahlıq etmiş və problem həll olunmuşdur. Onlar Valehdə olan qızılı tanış bir adama satmalı olmuşlar, lakin alınmamışdır. Valehdə olan qızılın dəyəri otuz min manat yox, on min manat olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsini isə təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, mart ayının təxminən 14-15-i aralarında, o, tanışı Babək ilə Sədərək bazarında təsadüfən görüşmüşdür. Babək ondan xahiş etmişdir ki, Xırdalanda Valeh adında bir nəfəri görsə, Babəkə olan borcu ilə əlaqədar ona zəng etməsini Valehə bildirsin. Babək ona demişdir ki, həmin Valeh “AAF-park” yayayış massivində yaşayır və onun iranlıya borcu olduğu üçün iranlı ilə əlaqə saxlamalıdır, tanımadığı iranlı şəxs onu axtarır. Bundan sonra o, Babək ilə sağollaşıb getmişdir. Bundan bir neçə gün sonra dostu Samir ona telefon edərək bildirmişdir ki, o Valeh ilə əlaqə saxlamışdır və Valehin özü onunla əlaqə saxlayacaqdır. O, Samirin bu məsələdən necə xəbəri olmasını bilməmişdir. 29 mart 2017-ci il tarixdə Valeh ona telefon etmiş və Xırdalan şəhərində yerləşən “MAKROMART”-ın yanında görüşməklərini təklif etmiş, o da onunla razılaşıb həmin yerə getmişdir. O, onunla görüşmüş və bundan sonra onun maşınında olan Kənan və Allahverdi ilə birlikdə Valehi də götürüb Əhmədli qəsəbəsində yerləşən çayxanaya getmişlər. Çayxanaya getmələrinə səbəb, dostu Samirin onları söhbət etmək üçün oraya dəvət etməsi olmuşdur. Əhmədli qəsəbəsinə gedərkən o, Valehi bir dəfə maşında şillə ilə vurmuşdur. Mübahisə isə onun pulu verə bilməməsi barədə yalan deməsini düşünməyi olmuşdur. Əhmədli qəsəbəsində yerləşən çayxanaya çatıb əyləşdikdən sonra dostu Samir və Samirin yanında bir nəfər tanımadığı şəxs gələrək onlarla birlikdə əyləşmişlər. Yenə də onlar birlikdə Valeh ilə borcun qaytarılması barədə danışarkən, Valeh pulunun olmadığını və sair əsaslar gətirmiş, o isə bundan əsəbiləşərək Valehə bir şillə atmış, lakin Valeh özünü müdafiə edərkən əlini qaldırdığı üçün şillə onu tutmamışdır. Bu zaman Valeh ona demişdir ki, “Mən səninlə görüşəcəm”. Bundan sonra onlar çayxanadan çıxmış və onunla birlikdə Samir və Allahverdi Əhmədlidə qalmışlar. Kənan isə Valeh ilə birlikdə Xırdalana getmişdir. Lakin ayrılmazdan öncə sonuncu sözləri belə oldu ki, Valeh bildirdi ki, “Mənim bir dostum var, onda qızıl var, ondan həmin qızılı götürərik sonra kömək edərsiz, onu satıb borcumu qaytararam”. Onlar da Valeh ilə sabah görüşəcəkləri barədə razılaşmış və sağollaşmışlar. Bu zaman Valeh artıq onun mobil telefonunu götürərək, öz telefonuna qeyd etmişdir. Səhəri günü, yəni 30 mart 2017-ci il tarixdə saat 3-4 radələrində Valeh ona telefon etmişdir ki, o, gəlib Valeh ilə görüşsün. Onun işi olduğu üçün gedə bilməmiş, lakin dostu Kənana telefon edərək Valeh ilə görüşməsini və “Karvan” çay evinə getmələrini, özünün də sonra gələcəyini bildirmişdir. Saat 20:30 radələrində o, Samir və Samirin başqa bir tanımadığı dostu ilə birlikdə “Karvan” çay evinə çatmışlar. Bu zaman Kənan və Valehin çay evinin girişindən sağda ikinci kabinetdə əyləşdiyini görüb, onlar da onlarla birlikdə əyləşmişlər. Söhbət edərkən Valeh pulunun olmamasından, hətta uşağının ayaqqabısını ala bilmədiyindən şikayələnmişdir. Valeh onlarla birlikdə oturduqları müddətdə bir-birinin ardınca siqaret yandırmış, arada bir kinli baxışlarla onun gözünün içinə baxmış və onun mobil telefonlarına gələn ardıcıl zənglərdən imtina etmişdir. Bundan bir müddət sonra Valeh ani ayağa qalxmış və kabinetdən çıxaraq getmişdir. Bundan sonra onlar təxminən iyirmi dəqiqə çayxanada əyləşdikdən sonra kafedən çıxmışlar. Kafedən çıxdıqdan sonra o, təxminən dörd-beş addım atdıqdan sonra siqaret çıxardaraq, yandırmışdır. Bu zaman o, “Karvan” çay evinin önündə yerləşən parkdan bir səs eşitmişdir. Səs Valehə məxsus idi və Valeh ona demişdir ki, “Sən məni təhqir etdin?”, “Məni vurdun?”. Bundan sonra o, ani olaraq silah səsi eşitmiş və hiss etmişdir ki, həmin silah zərbəsi boşa getdi. Bundan sonra o, hamıya “qaçın” deyib qaçmağa başlamışdır. Bu zaman o, ikinci səsi eşitmiş və hiss etmişdir ki, həmin güllə onun qarın nahiyəsinə dəymiş, o, yıxılmış, yenidən qalxıb qaçmağa başlamışdır. Bu zaman Kənan da onun yanında olmuşdur, o, Kənana da təcili qaçıb canını qurtarmasını bildirmişdir. Elə həmin an o, yenidən bir güllənin sağ çiyin nahiyəsinə dəyməsini hiss etmiş və yenə də qaçmağa davam etmişdir. Həmin zaman o, yaxınlıqda olan dostu Qvaminin də yaşadığı evin önünə çatanda binanın önünə dönmək istəyən zaman, yenidən bir silah zərbəsi onun sol bilək nahiyəsinə dəydi. Bu zaman o, yenə də yıxılmış və təcili qalxaraq, həmin binanın blokuna daxil olmuş və dostu Qvaminin yaşadığı evə qalxmışdır. Bundan sonra Qvami onun yaralı olduğunu görüb, təcili tibbi yardım stansiyasına zəng etmişdir. Təcili tibbi yardım briqadası gələrək onu xəstəxanaya aparmışdır. Bundan sonra nə baş verməsindən xəbəri yoxdur. O, Qvaminin yaşadığı bloka daxil olduqdan sonra bir-iki silah səsi daha eşitmişdir. Valeh borcuna görə qızıl gətirmişdir. Həmin qızıl dəsti olub, iki sırğa və bir üzükdən ibarət olmuşdur. Valehin dediyinə görə həmin komplekti on səkkiz ABŞ dollarına almışdır. Bu zaman o, Valehə təklif etmişdir ki, ucuz satmasın. Bundan sonra o, dostu Samir ilə “Moskva” Univermağına getmiş və həmin qızılı orada qiymətini maraqlanıb ucuz qiymət təklif etdikləri üçün onu satmayıb yenidən Xırdalana qayıtmışlar. Ucuz təklif etdiklərini bildirmiş, bu zaman Valeh qızılı sabah özü satacağını dedikdə o, həmin qızılı Valehə qaytarmışdır. Qızılın sonrakı aqibətindən onun xəbəri yoxdur. Valehin kimin tərəfindən qətlə yetirilməsi barədə onu heç bir məlumatı yoxdur. 29 mart 2017ci il tarixdə o, Kənan, Allahverdi, və Valeh onun avtomobili ilə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsinə bacanağı Məhəmmədin evinə getmişlər. Orada onlar yenə də çayxanada etdikləri borc söhbətini davam etdirmişlər. Valeh onlardan pulu verməsə nə edəcəklərini soruşmuş, bu zaman o, ona ayaqla zərbə vurmaq istəmiş, lakin büdrəmiş və zərbə Valehi tutmamışdır. Məhkəmədə elan olunub araşdırılmış digər ifadələrində Şahid1 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadələrini tam təsdiq edir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 29 mart 2017-ci il tarixdə nahardan sonra dostu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng edib Əhmədli qəsəbəsinə gəlib-gəlməyəcəyini soruşmuşdur. O, əvvəllər Əhmədli qəsəbəsində Təqsirləndirilən şəxs ilə eyni məhəllədə yaşamışdır. Bundan əlavə onun qayınatası X9 qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs Əhmədli qəsəbəsində yerləşən 29 nömrəli məktəbin idman zalında boks müəllimi işləmişdir. O, arabir məşq etmək məqsədi ilə Samirin işlədiyi boks zalına getmişdir. O, Samirə demişdir ki, bəlkə axşam zala məşq etməyə gələr. Bundan başqa Samir ilə onun arasında heç bir söhbət olmamışdır. Xırdalan şəhərində yaşayan tanışı Allahverdi bundan bir gün əvvəl ondan üç yüz manat borc pul istəmişdir. Onun özündə iki yüz manat pulu olmuşdur. O, Allahverdiyə zəng edib iki yüz manat pulun olduğunu, əgər istəyirsə həmin pulu görüşüb ona verməcəyini demişdir. Allahverdi Xırdalan şəhərində Ramiz adlı şəxsin işlətdiyi kafedə olduğunu bildirmiş və pulu oraya gətirməyini xahiş etmişdir. O, idarə etdiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomobili ilə özü tək həmin kafeyə getmişdir. Allahverdi onun tanışı Kənan ilə kafedə oturub pivə içmişlər. O da onlarla eyni masa arxasına əyləşib iki yüz manat pulu Allahverdiyə vermiş və dörd bokal pivə içmişdir. Təxminən bir saat sonra Samir onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib demişdir ki, “Bir nəfər var Xırdalanda, o da Əhmədliyə gəlir, əgər gəlirsənsə görüş onu da özünlə gətir”. Samir Əhmədliyə aparmalı olduğu adamın kim olduğunu deməmişdir. O, Samirə dediyi adamı da götürüb Əhmədli qəsəbəsinə gələcəyini demişdir. Bundan sonra o, Allahverdi və Kənana demişdir ki, “Əgər vaxtınız varsa və işiniz yoxdursa, birlikdə Əhmədli qəsəbəsinə gedibgələk”. Onlar isa etiraz etməmişlər. Bundan sonra səhv etmirsə, Valeh onun istifadəsində olan ***-***-**-** mobil nömərəsinə zəng edib demişdir ki, “Samir deyən adam mənəm, siz hardasınız?”, o isə Valehə demişdir ki, “Mən maşınlayam, hardasınızsa deyin oraya gəlim”. Valeh Xırdalan şəhərində “Makromarket”in qarşısında olduğunu demişdir. Bundan sonra o, Allahverdi və Kənan ilə birlikdə Xırdalan şəhərində “AAF park” yaşayış kompleksində yerləşən “Makromarket”in qarşısına gəlmişdir. Valeh adlı şəxs orada onun idarə etdiyi avtomobilin arxa sağ oturacağına əyləşmiş və onlar oradan Əhmədli qəsəbəsinə, “Bakı” kinoteatrının arxasında yerləşən kafeyə getmişlər. O, həmin vaxta kimi Valehi görməmişdir. Valeh maşında olarkən Lənkəranlı olduğunu və AAF yaşayış kompleksində yaşadığını demişdir. O, Şahid10 2008 və ya 2009-cu ildən etibarən tanıyır. Onunla təxminən səkkizdoqquz il ərzində ev, torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Anar Lənkəranlıdır. Onunla yaxşı münasibətləri olmuşdur. Heç vaxt aralarında düşmənçilik və ədavət olmayıb. Anar Xırdalan şəhərində, AAF park yaşayış kompleksindəki “Makromarket”lə üzbəüz yerləşən ofisdə makler kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə o, Anar ilə 30 mart 2017-ci il tarixdə gündüz vaxtı görüşmüşdür. Belə ki, o, tanışı Kənan ilə birlikdə idarə etdiyi avtomobilə benzin vurmaq üçün Xırdalan şəhərində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsinə getmişdir. Anarın ofisinin qarşısından keçərkən o, Anarın avtomobilini görmüşdür. Anar da Lənkəranlı olduğundan o, ondan Valeh barədə maraqlanmaq üçün ofisinə daxil olmuşdur. Kənan onunla gəlməmişdir. O, Anardan “AAF park” yaşayış kompleksində yaşayan Lənkəranlı Valeh adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Anar Valehi, onun nəslini tanıdığını demişdir. Anarın təqdimatından o, Valehin yaxşı insan olmadığını başa düşmüşdür. O, Anara demişdir ki, Valeh borclu olduğu pulun əvəzinə onlara qızıl qadın üzüyü verib, birdən həmin üzük ailəsinin üzüyü olar, Valeh başqa cür adam olar və onlardan polisə şikayət edər. Anar demişdir ki, Valeh elə insan deyil və onlardan polisə şikayət etməz. Bundan başqa Anar ilə onun arasında heç bir söhbət olmamışdır. O, bacanağı Şahid3 evinə tez-tez gedib-gəlməmişdir. 30 mart 2017-ci il tarixdə saat 18 radələrində Samir, Kənan, Bilal və o, “Makromarket”in qarşısına gəlmiş və orada Valeh ilə görüşmüşlər. Görüşmək məqsədi Valehin onlara verdiyi qızıl dəstini aparıb birlikdə satmaq olmuşdur. Valeh onlarla getmək istəmədiyini demişdir. O isə Valehə israrla bildirmişdir ki, Valeh gedib qızıl dəstinin qiymətləndirilməsində və satışında iştirak etsin. Lakin Valeh onlarla getmək istəmədiyini demişdir. Onun təklifi ilə Kənan və Valeh çayxanaya çay içməyə getmişlər. O isə Bilal və Samirlə birlikdə “Moskva” Univermağına getmiş, birinci mərtəbədə sol tərəfdə yerləşən zərgərlik köşkünə yaxınlaşıb həmin qızıl dəstini satıcıya təqdim etmişlər. Satıcı qızıla baxıb ona bir min dörd yüz manat qiymət qoymuşdur. Bu vaxt Valeh ya Samirə, ya da onun istifadəsində mobil nömrəyə zəng edib qızılı satıb-satmadıqlarını soruşmuşdur. Valehə satıcının qızıl dəstini bir min dörd yüz manata qiymətləndirdiyi bildirilmişdir. Valeh həmin qiymətə qızılı satmamaqlarını, özünün onu baha qiymətə satacağını demişdir. Bundan sonra onlar oradan Xırdalan şəhərində yerləşən “Karvan” çay evinə gəlmişlər. Həmin vaxt Kənan və Valeh orada əyləşib çay içmişlər. “Moskva” Univermağına gedərkən qızıl dəsti onda olmamışdır. Ya Samirdə, ya da Bilalda olmuşdur. Sonradan həmin qızıl dəstinin Kənanın necə əldə etməsi barədə onun məlumatı yoxdur. Şahid2 ifadələrində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, onunla ədavəti və ya yaxınlığı yoxdur. O, Samirin adını eşitmişdir, amma onunla münasibətləri olmamışdır. O, Valehi kimin tərəfindən öldürdüyünü bilmir. Lakin ona və digərlərinə onu öldürdükləri ilə bağlı azadlıqdan məhrum etmə cəzası verilmişdir. “Karvan” adlı çayxanadan çıxarkən onlar Valehdən on beş min manatı istədiklərinə görə Valeh onlara atəş açmağa başlamışdır. Valeh atəş açdıqdan sonra hərəsi bir tərəfə qaçmışdır. Sonra isə hadisə gününün axşam saatlarında eşitmişlər ki, Xəyal yaralandığına görə xəstəxanadır, Valeh isə başına dəydiyi güllədən ölmüşdür. O, hazırda baxılan eyni cinayət işi üzrə məhkum olunmuşdur. O, əvvəllər məhkum olunmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. 29 mart 2017-ci il tarixdə saat təxminən 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Təzə Bazarın yanında “Ramizin pivəxanası” adı ilə tanınan pivəxanada o, Allahverdi ilə birlikdə pivə içmişdir. Bundan təxminən otuz dəqiqə sonra Xəyal da onların olduğu pivəxanaya gəlmişdir. Xəyal da onlara qoşularaq pivə içmişdir. Daha sonra üçü birlikdə Xırdalan şəhərində yerləşən “Makromart”ın önünə getmişlər. Bu zaman onlar Xəyalın idarə eldiyi “Mercedes Benz” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobildə Xəyalın əvvəlcədən kiminsə tapşırığı ilə görüşməli olduğu Valehi gözləmişlər. Valeh gəldikdə onu da maşına əyləşdirib birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən adını bilmədiyi çayxanaya getmişlər. Onlar həmin çayxanaya getdikdən sonra onlara Samir və Bilal adında iki nəfər də qoşulmuş və onlarla əyləşmişlər. Beləliklə, həmin stolda o, Xəyal, Allahverdi, Valeh, Samir və Bilal əyləşərək Valehin borcunu niyə vermədiyi mövzuda söhbətə başlamışlar. Söhbət zamanı Valeh pulu niyə ödəmədiyini əsaslandırarkən pulunun olmadığını və hətta siqaret belə almadığını demiş, Xəyal əsəbiləşərək Valehi baş nahiyəsindən şillə ilə vurub borcunu qaytarmalı olduğunu demişdir. Bundan sonra Samir idmana gedəcəyini bildirib getdikdən sonra onlar da birlikdə yenə də Xəyalın istifadəsində olan maşınla Hövsan qəsəbəsində yerləşən bir fərdi yaşayış evinə getmişlər. Həmin evin qapısı bağlı olsa da, tanımadığı bir nəfər Xəyalın əvvəldən zəngi əsasında qapını açmış, onlar da maşını qapının ağzında saxlayıb evə daxil olmuşlar. Bu zaman Valehin əli-qolu bağlı olmamış, heç kim onu tutmamışdır. Evdə əyləşərkən yenə də həmin mövzu üzərində Xəyal Valeh ilə söhbət etmişdir. Bundan sonra söhbət kəskinləşmişdir. Xəyal və Allahverdi hərəsi Valehə bir şillə vurmuşlar. Hətta Xəyal ayağı ilə Valehi vurmaq istəyərkən büdrəyərək Xəyal özü yerə yıxılmışdır. Bu zaman onlara evin qapısını açmış şəxs də onların əyləşdiyi otaqda bir kənarda əyləşmiş, onlara tamaşa etmişdir. Valeh vurulduqdan sonra borcunu qaytarmaq üçün onlara qızılı olduğunu və onu sataraq borcunu ödəməyi təklif etmişdir. Bu zaman onlar Valeh ilə razılaşıb evdən çıxdıqdan sonra həmin qapını açmış şəxs yenidən qapını bağlamış və onlar Xəyalın avtomobili ilə sükan arxasında Xəyal, ön oturacaqda Bilal, arxa oturacaqda isə onunla Allahverdinin ortasında Valeh əyləşməklə Əhmədli qəsəbəsinə qayıtmışlar. Bu zaman o, Allahverdi və Valeh taksiyə minərək Valehin Xırdalan şəhərində yerləşən evindən qızılı götürmək üçün getmişlər, lakin Xəyal və Bilal onlarla gəlməmişlər. Gəlib evə çatdıqda Valeh gedib tez bir müddətdə qızılı götürmüş yenidən onların yanına qayıtmışdır. Bundan sonra onları gözləyən taksi ilə Əhmədliyə qayıdarkən o, Köhnə Bazarın yanında taksidən enmiş, öz avtomobilini götürərək evə getmişdir. Allahverdi isə Valeh ilə birlikdə üzü şəhərə getmişlər. Həmin taksi “VAZ 2107” markalı, qara rəngli olmuşdur, lakin o onun dövlət qeydiyyat nişanını xatırlamır. Həmin gecə onlar arasında nə baş verdiyini, habelə harada olduqlarını o bilməmiş, qızıl Valehin özündə olmuşdur. Onun fikrincə, Allahverdi və Valeh gedib Xəyalla görüşmüşlər. Səhəri gün, yəni 30 mart 2017-ci il tarixdə günorta saatlarında Xırdalan şəhərində yerləşən Köhnə Bazarın yanında o, Xəyalla görüşmüş və ikisi birlikdə “Karvan” çay evinə getmişlər. “Karvan” çay evində çatdıqda o, Bilal və Samirin artıq orada olduğunu görmüş, onlar bilikdə kafenin girişində sağ tərəfdə yerləşən kabinetdə əyləşmişlər. Bundan sonra öz aralarında deyib güldükdən sonra Valehə zəng vurulmuş, lakin o, zəngi kimin etdiyini dəqiq xatırlamır, onun fikrincə ya Samir, ya da Xəyal zəng vurmuşdur. Bundan sonra onlara zənglə Valehin yenə də “Makromart”ın önündə olması aydın oldumuş, onlar birlikdə Xəyalın istifadəsində olan avtomobil ilə həmin yerə getmişlər. Bu zaman qızıl artıq avtomobildə, Samirdə idi. Onlar “Makromart”a çatdıqda Valehlə görüşmüşlər, bu zaman Xəyal Valehlə birlikdə gedərək qızılı “Moskva” univermağında satmağı və pulu götürməyə təklif etmişdir. Bu zaman Valeh onlarla gəlməkdən imtina etmiş, həmin qızılı on səkkiz min ABŞ dollarına aldığını və ucuz satmamaqlarını, əgər ucuz qiymət təklif edilərsə, öz tanışlarına daha baha qiymətə sata bilməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra onlar “Moskva” univermağına gedib bir neçə alverçiyə qızılı göstərib hansı qiymələ almalarını soruşmuş, alverçilərdən ucuz təklif aldıqları üçün qızılı satmamışlar və o, qızılı özü ilə götürüb cibinə qoymuşdur, bundan sonra hamısı birlikdə Xırdalan şəhərinə qayıtmışdır. Bundan sonra yenidən “Makromart“ın önündə Xəyal, o, Samir və Bilal Valehlə yenidən görüşüb Valehə qızılı ucuz qiymət təklif etdikləri üçün sata bilmədiklərini bildirdikdə Valeh demişdir ki, “Mən bir nəfərə zəng edərəm, daha yaxşı qiymələ alar”. Bundan sonra Xəyal ona Valeh ilə qalmağını və həmin adamın yanına getməyini bildirmişdir. Samir və Bilal isə birlikdə avtomobilə əyləşib şəhər istiqamətində getmişlər. O, Valeh ilə piyada hərəkət edərkən Valeh kiməsə telefon etmiş və onun zənginə cavab verilməmişdir. Bunu gördükdə o, Valehə yenidən telefon etməsini bildirmişdir. Valeh yenidən telefon etməyin mənasız olduğunu, həmin şəxsin telefonu daha götürməyəcəyini bildirmişdir. Valeh yenidən Xəyala telefon edib vəziyyəti izah etmiş, onların nə danışdıqlarını bilməmiş, lakin Valeh telefonu ona uzatmış, telefonda o, Xəyalın səsini tanımış, Xəyal ona “Karvan” çay evinə getmələrini, özlərinin də oraya gələcəklərini bildirmişdir. Bundan sonra o, Valeh ilə birlikdə “Karvan” çay evinə getmişdir. Valeh ilə birlikdə kabinetlərdən ikincidə əyləşib çay içən zaman, Xəyal, Bilal və Samir də həmin kabinetə gəlib onlarla oturmuşlar. Yenə də Valeh ilə çıxış yolunu axtaran zaman, Valeh “Moskva” univermağında olan tanışına həmin qızılı səkkiz - on min manat qiymətinə sata biləcəyini bildirmişdir. Həmin vaxtı kabinetdə heç bir mübahisə, dava-dalaş olmamışdır. Valeh ilə sabah yenidən həmin qızılı satmaq üçün “Moskva” univermağına getmək barədə razılaşdıqdan sonra Valeh çıxıb getmişdir. Ondan təxminən on - on beş dəqiqə sonra onlar da həmin kafedən çıxmışlar, pilləkənlərdən enib öz avtomobillərinə tərəf getmişlər, Valeh parkın içindən çıxaraq, onlara tərəf gələ-gələ Xəyala “Sən mənə şillə-təpik atırdın?” demişdir. Ardınca silahı arxa tərəfindən çıxardaraq atəş açmağa başlamışdır. Bundan sonra o, Xəyal ilə bir istiqamətə, Samir isə Bilal ilə başqa bir istiqamətə qaçmağa başlamışdır. O, öndə, Xəyal isə arxada qaçarkən arxada Xəyalın büdrəyib yıxıldığını gördükdə dayanaraq, ona qalxmasını demişdir. Xəyal da qalxaraq yaxınlıqdakı binanın blokuna daxil olmuş, o isə qaçaraq nənəsigil tərəfə getmişdir. Ondan sonra yaşadığı evə gəlmiş və evin həyətində olan çəlləyin içərisinə onda olan, Valehdən aldıqları qızılı qoymuşdur. Şahid X38 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxsıf tanıyır, onunla ədavəti və ya yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs sadəcə bir dəfə iyirmi dəqiqə müddətində görmüşdür. Ona hadisə ilə bağlı heç nə məlum deyil. O, ibtidai istintaq zamanı müstəntiqə ifadə verməmişdir. O, bir dəfə gördüyü adamı guya oğurlamışdır deyə o, on üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, məhkəmə tərəfindən adam oğurluğu və hədə-qorxu gəlmə ittihamında təqsirli bilinib məhkum olunmuşdur. O, Təqsirləndirilən şəxs Əhmədlidə bir dəfə görmüşdür. O, Zərərçəkmiş şəxs ölümü ilə bağlı heç nə bilmir. Təqsirləndirilən şəxs illər əvvəl görmüşdür. O, Zərərçəkmiş şəxs oğurlamamışdır. Onun özünü də günahısız tutublar, guya həmin vaxt ərzində Zərərçəkmiş şəxs oğurlamaq üçün şərait yaratmışdır. Hamısı yalandır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində X38 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarda göstərilənlərin hamısı yanlışdır. O, Zərərçəkmiş şəxs adlı şəxsin bacanağı Şahid1, Xəyalın dostları Təqsirləndirilən şəxs, Şahid9, Şahid4 və Şahid2 tərəfindən oğurlanmasında və yaşadığı evdə Zərərçəkmiş şəxs külli miqdarda pulun hədə-qorxu ilə tələb olunmasında iştirak etməmişdir. Yaşadığı ev rütubətli olduğu üçün 29 mart 2017-ci il tarixdən təxminən iki və ya üç gün əvvəl o, həyat yoldaşı və iki azyaşlı övladını qayınatası Sabir Məmmədova məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən ünvanını bilmədiyi mənzilə aparmışdır. Özü isə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, “Bahar” yaşayış massivində yerləşən evində tək qalmışdır. 29 mart 2017-ci il tarixdə o, gün ərzində yaşadığı evdə olmuşdur və heç yerə getməmişdir. Həmin tarixdə təxminən saat 21-22 radələrində bacanağı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək evdə olub-olmadığını soruşmuşdur. O, evdə olduğunu demişdir. Xəyal “Əhmədlidəyəm Sizə gəlirəm” demiş və o, buna etiraz etməmişdir. Xəyal onların evinə gəlməsinin səbəbini bildirməmiş, o da Xəyaldan bu barədə soruşmuşdur. Xəyal onun ailə üzvlərinin evdə olub-olmadığını soruşduqda o, Xəyala evdə tək olduğunu bildirmişdir. Bundan təxminən qırx-əlli dəqiqə sonra Xəyal onun istifadəsində olan mobil nömrəsinə yenidən zəng edərək qapını açmağını bildirmişdir. Belə olduqda o, həyətə düşüb qapını açmışdır. Həmin vaxt Xəyal beş nəfərlə birlikdə qapıdan həyətə daxil olmuşdur. O, həmin şəxslərdən Xəyalın dostları Kənan və Aliki tanımışdır. Xəyalın yanında olan digər iki nəfər şəxsin adlarının “Maqa” ləqəbli Bilal və Valeh olmasını isə sonradan, yəni yaşadığı evdə gedən söhbətlər zamanı bilmişdir. Sonra o, qapını bağlayıb Xəyalgillə birlikdə yaşadığı evə daxil olmuşdur. Xəyalgil evə daxil olarkən Valeh təxminən beş-altı dəqiqə həyətdə dayanıb mobil telefonu ilə kiminləsə danışmışdır. Evin giriş qapısı açıq olduğundan o, Valehin telefonla danışmasını görmüşdür. Amma o, Valehin telefonla kiminlə və nə barədə danışmasını bilməmişdir. Xəyal və digərləri gəlmə səbəbləri barədə ona heç nə deməmişlər, özü də onlardan heç nə soruşmamışdır. Xəyal qonaq otağına daxil olan kimi, solda yerləşən divana uzanmışdır. Kənan da həmin divanda oturmuşdur. Alik divanla üzbəüz yerləşən kresloda, “Maqa” ləqəbli Bilal isə girişdən sağda yerləşən masa arxasına əyləşmişdir. Telefonla danışıb qurtardıqdan sonra Valeh evin giriş qapısını örtüb qonaq otağına daxil olmuş və girişdən sağ tərəfdə yerləşən masanın yanında ayaq üstə dayanmışdır. Həmin vaxt o, çay gətirmək üçün mətbəxə daxil olmuşdur. Bilal söhbətə başlamış və Valehdən soruşmuşdur ki, “Pulu nə vaxt çatdırırsan?”, “Neçə vaxtdır ki, qaçıb qizlənirsən”, “Pulu verməlisən, başa düşdün?” kimi sözlər deyib onu hədələmişlər və pulun verməsini tələb etmişlər. Valeh isə onlara demişdir ki, “Mənə möhlət verin, borcumu qaytaracam”. Bundan sonra o, kiminsə yerə yıxılma səsini eşitmişdir. Dərhal həmin otağa daxil olarkən Xəyalın döşəmə üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda Xəyal demişdir ki, “Valehə təpik atanda yıxıldım”. Bundan sonra təxminən beş dəqiqə sakitlik olmuşdur. Alik adlı şəxs arxa tərəfdən Valehə yaxınlaşıb sağ qolu ilə onun boyun nahiyəsini sıxmış və soruşmuşdur ki, “Pulları nə vaxt qaytaracaqsan?”. Valeh isə yenə də onlardan ona vaxt verilməsini xahiş etmişdir. Belə olduqda o, söhbətə müdaxilə etmiş və Alikin əlindən tutub demişdir ki, “Sıxma, vaxt istəyirsə, vaxt verin, qaytaracaq deyirsə, deməli qaytarar yəgin”. O, Valeh ilə digərlərinin aralarında borc pul mübahisəsini bilsə də, konkret olaraq, Valehin kimə, nə qədər pul borclu olmasını bilməmiş və bu barədə soruşmamışdır. Sonda Valeh, Xəyal, “Maqa” ləqəbli Bilal, Alik və Kənana demişdir ki, “Qızıllarım var, mənimlə birlikdə gedək, onu sizə verim, ya da ki, imkan verin, satım, onun pulunu sizə verim”. Valehin bu sözündən sonra Xəyal, Alik, “Maqa” ləqəbli Bilal və Kənan sakitləşmişlər, Valeh ilə razılaşmışlar və onun yaşadığı evdən hamısı birlikdə çıxıb getmişlər. Xəyal və tanışları onun yaşadığı evdə iyirmi - iyrmi beş dəqiqə müddətində olmuşlar. Bu müddət ərzində onun evində Xəyal, “Maqa” ləqəbli Bilal adlı şəxs, Alik, Kənan, Valeh və məndən başqa heç kim olmamışdır. 30 mart 2017-cil il tarixdə, axşam vaxtı, səhv etmirsə, baldızı Aidənin istifadəsində ***-***-**-** mobil nömrəyə zəng edib həyat yoldaşı və uşaqları ilə maraqlanan zaman Aidə ona Xəyalın güllələndiyini və “Semaşko” xəstəxanasında olduğunu demişdir. Həmin gün gecə olduğuna görə o, xəstaxanaya getməmişdir. Lakin səhəri gün, yəni 31 mart 2017-ci il tarixdə o, həmin xəstəxanaya getmiş, Xəyala baş çəkmək istəmiş, lakin onu Xəyalın yanına buraxmamışlar. O, özünü təqsirli bilmir, çünki mütəşəkkil dəstə tərkibində bacanağı Şahid1, onun dostları Şahid2, Şahid9, Təqsirləndirilən şəxs və Şahid4la birləşib hər hansı bir cinayətin törədilməsində, o cümlədən Zərərçəkmiş şəxs oğurlanması və ondan külli miqdarda pulun hədə-qorxu ilə tələb olunmasında iştirak etməmişdir. Əvvəlcədən bilsəydi ki, bacanağı Şahid1 oğurladıqları Zərərçəkmiş şəxs onun evinə gətirməklə orada ondan hədə-qorxu ilə pul tələb edəcəklər, buna heç vaxt imkan yaratmazdı. Şahid4 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, onunla ədavəti və yaxınlığı yoxdur. O, sözügedən hadisə ilə bağlı heç nə bilmir. Hazırkı cinayət işində iştirak etməmişdir. O, məhkəmə tərəfindən adam oğurluğunda və hədə-qorxu ilə tələb təqsirli bilinib məhkum olunmuşdur. O, nə özü cinayətdə iştirak etməmiş, nə də Təqsirləndirilən şəxs bu işlə nə əlaqəsi olduğunu bilmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, 9-cu sinifə kimi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 02 nömrəli orta məktəbdə oxumuşdur. Bundan sonra təhsilini Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 03 nömrəli peşə liseyində davam etdirmiş və həmin liseyi 2009-cu ildə mühasibatlıq ixtisası alaraq bitirmişdir. Bakı şəhərində, Bakıxanov qəsəbəsində yerləşən “Səbinə” şadlıq evində baş aşbaz, “Trump” oteldə fəaliyyət göstərən “DDT plyus” şirkətində usta köməkçisi, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən “Cahan” şirkətinin binasında “steklovat” ustası işləmişəm. Onurğasında problem olduğu üçün hərbi xidmətə getməmiş, hərbi xidimətə yararsızdır. Onun əsl adı Allahverdi olsa da, uşaqlıqdan hamı onu Alik deyə çağırdığı üçün onu hamı Alik adı ilə tanıyır. X82 1993-cü ildə qara ciyərin serrozu xəstəliyindən vəfat etmişdir. Atası dünyasını dəyişdikdən sonra anası X2 Niyazovla ailə həyatı qurmuşdur. Hazırda ailə üzvləri beş nəfərdən, atalığı, anası, qardaşı və bacısından ibarətdir. X83 10 mart 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsillidir, hal-hazırda heç yerdə işləmir. X4 30 dekabr 1969-cu ildə Bakı şəhərində anadan olmuş, ali təhsillidir, “Forever” şirkətində satıcı işləyir. X62 07 fevral 1990-cı ildə Bakı şəhərində anadan olmuş, subaydır, ali təhsillidir, Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, hal-hazırda heç yerdə işləmir. X12 20 iyul 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 02 nömrəli orta məktəbin 10-cu sinif şagirdidir. Heç vaxt ruhi-əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar hər hansı bir xəstəxana və ya müalicə müəssisəsində qeydiyyatda olmamışdır. Ona elan olunmuş ittihamın mahiyyəti üzrə bildirmək istəyir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmağı haqqında qərarda göstərilən cinayət hadisələrinin heç birini o, törətməmiş və bu cinayətlərin törədilməsində hər hansı bir formada iştirak etməmişdir. Hadisə baş verdiyi tarixdə, yəni 30 mart 2017-ci il tarixdə gecə saat 23:30 radələrində o, yaşadığı evdə olmuşdur. Hazırda xatırlamadığı dostlarından biri istifadəsində olan 055- ***-**-** mobil nömrəsinə zəng edib “Karvan” kafesinin yanında atışma olması barədə məlumat vermişdir. Lakin həmin dostu hadisənin baş vermə səbəbi barədə ona heç nə deməmişdir. Ona maraqlı olduğuna görə dərhal evdən çıxıb hadisə yerinə, yəni “Karvan” kafesinin yanına getmişdir. Həmin vaxt orada çoxlu sayda adamların toplaşdığını və bir nəfər tanımadığı şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmçinin ətrafda çoxlu sayda polis əməkdaşları olmuşdur. O, Abşeron rayon Polis Şöbəsində işləyən, Xırdalan şəhər sakini kimi tanıdığı Amil adlı şəxsdən nə baş verdiyini soruşmuşdur. O, yəni Amil adlı şəxs demişdir ki, Xəyal yaralanıb və onu 01 nömrəli xəstəxanaya aparıblar. O, həmçinin öyrənmişdir ki, hadisə zamanı bir nəfər şəxs ölüb. Lakin o, həmin şəxsin kim tərəfindən öldürüldüyünü və hadisənin baş vermə səbəbini bilməmişdir. O, Xəyalı təxminən altı-yeddi ildir ki, tanıyır. O, Xəyalın soyadını və atasının adını bilmir. Xəyal Xırdalan şəhər sakinidir və Xırdalan şəhəri ərazisində süd satmaqla məşğul olur. Onun Xəyal ilə Xırdalan şəhər sakini kimi münasibətləri var, yaşda ondan böyük olduğuna, öz yerini bildiyinə görə Xəyala hörməti var. Ondan sonra o, 01 saylı xəstəxanaya getmiş, orada Xəyalın hadisə zamanı üç güllə yarası aldığını, hazırda reanimasiyada olduğunu və vəziyyətinin normal olduğunu öyrənmişdir. O, təxminən iki saat xəstəxanada qalmış və sonra yaşadığı evə getmişdir. Səhərisi gün saat 10-11 radələrində o, Xəyala baş çəkmək üçün xəstəxanaya getmişdir. Lakin həkimlər onu Xəyalın yanına buraxmadılar. Xəyalın vəziyyətinin yaxşı olduğunu öyrənib hadisənin nə səbəbə baş verməsi barədə maraqlanmaq üçün Xırdalan şəhərinə getmişdir. Xırdalan şəhərində danışılanlardan bilmişdir ki, ölən adam Xəyala tapançadan atəş açmışdır. Lakin həmin şəxsin özünün kim tərəfindən öldürüldüyünü bilməmişdir. Hadisə barədə bildikləri bu qədərdir. Baş vermiş həmin cinayət hadisəsində onun heç bir günahı yoxdur. Bu hadisədən sonra eşitmişdir ki, Xəyal və Kənan tutulub. Sonradan eşitmişdir ki, polislər onu da axtarırlar və buna görə qaçıb gizlənirmiş. 22 iyun 2017-ci il tarixdə saat 19 radələrində qardaşı Orxanın kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən ünvanını bilmədiyi mənzildə olarkən Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. O. tutulmaqdan qorxduğu üçün təslim olmamışdır. O, Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs tanımır. O, Xırdalan şəhər sakini Şahid2 təxminən üç-dörd ildir ki tanıyır. Şahid2 Xırdalan şəhər sakinidir. Şahid2 göy rəngdə “VAZ 2106” markalı avtomaşını var. Kənan heç yerdə işləmirdi. Onunla adi tanışlıq münasibəti olmuşdur. Heç vaxt aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, Şahid9 tanımır. O, Təqsirləndirilən şəxs Elman oğlunu da tanımır. Həmçinin o, “Miri” adlı şəxsi tanımır. “Bəşir” adlı şəxsi də tanımır. O, 29 mart 2017-ci il tarixdə Xırdalan şəhərində “Ramizin pivnoyu” adlanan yerdə Şahid2 və Şahid1lə görüşməmişdir. Sonra “Makromart”ın önünə gedərək orada Xəyalın idarə etdiyi "Mercedes-Benz" markalı **- HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub Zərərçəkmiş şəxs adlı şəxsi gözləməmişdir. O, Zərərçəkmiş şəxs tanımır. O, Valeh gəldikdən sonra onu maşına əyləşdirib, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən çayxanaya aparmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid9 ilə birlikdə çayxanada Zərərçəkmiş şəxsla borcunu verməməsi mövzusunda söhbət aparmamışdır. O, Xəyalın istifadəsində olan maşınla Hövsan qəsəbəsində yerləşən evə getməmişdir. O, Şahid1lə birlikdə Zərərçəkmiş şəxs döyməmişdir. O, Zərərçəkmiş şəxs Valehin borcunu qaytarmaq üçün qızılı olduğunu və onu sataraq borcunu ödəməyi təklifini almamışdır və Valeh ilə razılaşıb həmin evdən çıxmamışdır. Sonra isə o, oradan Əhmədli qəsəbəsinə qayıtmamışdır, oradan Kənan və Valeh ilə taksiyə minməmişdir, sonuncunun Xırdalan şəhərində yerləşən evindən qızılı götürmək üçün getməmişdir. Valeh qızılı ona verməmiş, o, Valeh ilə birlikdə getməmişdir. Belə bir hadisə olmamışdır. Şahid X44 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onunla ədavəti və yaxınlığı yoxdur. O, hadisə ilə bağlı heç nə bilmir, heç nədən məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində X44 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittıhamda göstərilən cinayət əməllərini törətməkdə o, özünü təqsirli bilmir. Çünki Azərbaycan Respublikasının vətəndaşı olan Zərərçəkmiş şəxs qəsdən öldürülməsi və külli miqdarda əmlakının hədə-qorxu yolu ilə ələ keçirilməsi ilə bağlı o, heç kimlə mütəşəkkil dəstədə birləşməmiş, heç kimə sifariş verməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb olunmağı barədə qərarda adları göstərilən şəxslərin heç birini tanımır. Onlarla əlaqəsi və ya münasibəti olmamışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs qəsdən öldürülməsi və ona qarşı törədilmiş digər cinayətlər üzrə özünü təqsirli hesab etmir. O, 12 mart 1980-ci ildə (hicri-şəmsi təqvimi üzrə 1358-ci il) İran İslam Respublikasının Əhər şəhərində anadan olmuşdur. Ailəsi atası, anası, özü və iki bacısından ibarətdir. X8 natamam orta təhsillidir, əvvəllər sürücü işləyib, hazırda heç yerdə işləmir. X10 natamam orta təhsillidir, evdar qadındır, heç yerdə işləmir. Böyük bacısının adı İnsafdır. Bacısı İnsaf orta təhsillidir, evlidir, üç uşağı var. Kiçik bacısının adı Gültapdır. Bacısı Gültap ali təhsillidir, evlidir, iki uşağı var. O, 1998-ci ildə Təbriz şəhərində yerləşən Şəhid Qazi adına orta məktəbin on ikinci sinfini bitirmişdir. Bundan sonra təhsilini davam etdirməmişdir. 1998-2000-ci illərdə İran İslam Respublikasının Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. 2002-ci ildə doğma xalası qızı X56 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan onların Fatimə və Zəhra adlı qızları dünyaya gəlmişdir. Fatimənin on yaşı, Zəhranın isə yeddi yaşı var. Həyat yoldaşının əsl adı Şəhla olsa da onu hamı Süməyya adı ilə çağırır. Atası, anası, həyat yoldaşı və iki azyaşlı qızı X108 Respublikasının Təbriz şəhəri, Yusifabad prospekti, Nəstərən küçəsi ev 1 ünvanında yaşayırlar. O, 2003-2012-ci illərdə özünə məxsus “Scania” markalı yük avtomobili ilə İran İslam Respublikası ərazisində yük daşımaqla məşğul olmuşdur. 2012-ci ildən tutulduğu tarixədək İran İslam Respublikasının Əhvaz əyalətinin Şuş, Əndimeş və Desful şəhərlərində torpaq sahələri icarəyə götürüb orada göyərti məhsullarından cəfəri və şüyüd, eləcə də sarmısaq əkib becərməklə Rusiya Federasiyasına göndərməklə məşğul olmuşdur. Heç vaxt ruhi-əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar hər hansı bir xəstəxanada müalicə olunmamışdır. X29 və İsrafil Abidi onun şərikləridir. Həsən Rəhbəri ondan bir yaş böyükdür, İran İslam Respublikasının Əhər şəhərində doğulub və həmin şəhərdə yaşayır. Həsən orta təhsillidir, evlidir, dörd uşağı var. Onun istifadəsində +**********88 mobil nömrə vardır. İsrafil Abidinin təxminən altmış yaşı var. O, İran İslam Respublikasının Əhər şəhərində anadan olub, orta təhsillidir, ailəlidir, üç uşağı var. X108 Respublikasının Əhər şəhərində yaşayır. İsrafilin telefon nömrəsi yadında deyil. X111 Respublikasının Əhvaz əyalətinin Şuş, Əndimeş və Desful şəhərlərində icarəyə götürdükləri torpaq sahələrində əkilib-becərilməklə əldə etdikləri məhsulları Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan sahibkarların sifarişi ilə yük avtomobillərinə yükləyib İrandan Rusiya Federasiyasına göndərmişlər. Məhsul təyinat məntəqəsinə çatdıqdan sonra isə onu qəbul edən sahibkar göndərilən malın pulunu ya bilavasitə özü onlarla görüşərək və ya kiminsə vasitəsilə İrana onlara göndərmişdir. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan milliyyətcə azərbaycanlı İlqar Həsənov, Samara şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan milliyyətcə özbək Dilşad, Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan milliyyətcə özbək Zahir, Novosibirsk şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan milliyyətcə azərbaycanlı Fariz, Rostov və Vladiqafqaz vilayətlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan milliyyətcə azərbaycanlı Mais adlı şəxslər onların davamlı olaraq işlədikləri şəxslərdir. Onlar tanımadıqları və etibar etmədikləri heç kimə məhsul göndərməmişlər. Əldə olunan gəlir və ziyana şəriklərin hər biri ortaq olmuşdur. O, sahibkar kimi, İran İslam Respublikasının dövlət orqanlarında qeydiyyatdan keçmişdir. Məhsulların satışı ilə bağlı bütün sənədləşmələr onun adından həyata keçirilmişdir. Bir sözlə, Həsən və İsrafillə şərik olsa da, məhsulların satışı və maliyyə işləri ilə özü məşğul olmuşdur. Azərbaycan Respublikasının vətəndaşı Elman adlı şəxsi təxminən beş ildir ki, tanıyır. Elman Lənkəranlıdır. Soyadını və atasının adını, habelə istifadəsində olan telefon nömrəsini bilmir. Elman özünə məxsus “Daf” markalı yük avtomobili ilə İran İslam Respublikasından Rusiya Federasiyasına yük daşımaqla məşğul olmuşdur. Elman dəfələrlə onun məhsullarını İrandan Rusiyaya aparmışdır. Elman ilə elə də yaxın münasibəti olmamışdır. 2015-ci il noyabr və ya dekabr ayı idi, dəqiq tarix yadında deyil, o, şəriki Həsən ilə birlikdə Rusiya Federasiyasına göndərəcəyi göyərti məhsullarının gömrük rəsmiləşdırılməsini həyata keçirmək üçün İran İslam Respublikasının Astara şəhərinə getmişdir. Göndərdikləri məhsulların bir qismini Rusiya Federasiyasına daşıyan sürücülərdən biri Elman olmuşdur, o da Astara şəhərində olmuşdur. Astara şəhərində olarkən Elman öz həmyerlisi olan Zərərçəkmiş şəxs ilə onu və Həsəni tanış edib bildirmişdir ki, Valeh də İrandan Rusiya Federasiyasına kələm göndərməklə məşğul olur. Söhbət zamanı Zərərçəkmiş şəxs Rusiya Federasiyasında dost və tanışlarının çox olduğunu və nəsə problem yaranarsa ona köməklik edə biləcəyini demişdir. Valeh onun telefon nömrəsini və o da Valehin telefon nömrəsini götürmüşdür. Bundan sonra onların münasibət və əlaqəsi yaranmışdır. Valeh bir qız və bir oğlunun olduğunu, ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşadığını da demişdir. Bundan üç və ya dörd gün sonra Valeh ona zəng edib Rusiya Federasiyasının Moskva şəhərinə göndərməyi üçün bir maşın şüyüd və cəfəri istəmişdir. O, adətən bir fura göyərtini on altı min və ya on yeddi min ABŞ dollarına satmışdır. Valeh isə demişdir ki, göndərəcəyi göyərtini ona on beş min dollara satsın və mal Rusiya Federasiyasının Moskva şəhərinə çatdıqdan təxminən iyirmi gün sonra onun pulunu göndərəcəkdir. Onun Valeh ilə əvvəllər ticarət əlaqəsi olmamışdır və onu elə də yaxından tanımamışdır. Buna görə də o, Valehin həmkəndlisi Elmana zəng edib ona bu barədə məlumat vermişdir. Həmçinin Elmana demişdir ki, Valeh malı ondan nisyə istəyir. Elman demişdir ki, “Pulunu almamış ona mal göndərmə”. O, Valeh ilə çörək kəsdiyi üçün utanıb onun üçün bir fura mal göndərmişdir. Malı kimin və hansı sürücünün vasitəsilə göndərdiyi yadında deyil. Səhv etmirsə, malı aparan sürücünü Valeh özü İrana göndərmişdir. Bu hadisə, səhv etmirsə, 2015-ci ilin ya noyabr, ya da dekabr aylarında olmuşdur. Dəqiq tarixi isə xatırlamır. Bundan sonra Valehdən heç bir xəbər olmadı. Şərikləri Həsən və İsrafil isə onu sıxmağa başlamışlar ki, Valeh üçün göndərdikləri malın pulunu ondan istəsin. O, Valehə bir neçə dəfə zəng etmiş, Valeh bildirmişdir ki, Rusiya Federasiyasına göndərdiyi malın pulunu almayıb və pulu alan kimi ona göndərəcəkdir. Lakin, bundan bir neçə ay keçsə də Valeh onun pulunu göndərmirdi. Sonrakı danışıqlarında isə Valeh demişdir ki, onun üçün göndərdiyi malda bir min ABŞ dolları ziyan edib, bundan başqa İrandan Rusiya Federasiyasına kələm göndərib, göndərdiyi həmin kələmin pulunu alan kimi ona borclu olduğu pulu göndərəcəkdir. O isə Valehə demişdir ki, “Eybi yoxdur, zərərini çıx, yerdə qalan pulu mənə göndər”. Bundan sonra isə Valehdən heç bir xəbər olmamışdır. Valeh ya zənglərinə cavab vermir, zənglərə cavab verdikdə isə müxtəlif vədlər yerərək onları aldatmışdır. Valehə əsasən Həsən özü zəng etmişdir. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan əslən Azərbaycanlı olan İlqar Həsənova on beş fura göy göndərmişdir. Ondan pulumu almaq uçun İlqar onu Azərbaycana dəvət etmişdir. X91 Federasiyasının vətəndaşıdır, o, ailəsi ilə birlikdə Sankt- Peterburq şəhərində yaşayır. İlqar Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. O, İlqarın dəvəti ilə Həsənlə birlikdə 12 aprel 2016-ci il tarixdə Azərbaycana gəlmişdir. Onlar Biləsuvar şəhərində yerləşən sərhəd keçid məntəqəsindən Azərbaycan Respublikasına keçmişlər. Bakı şəhərinə gəldikdə onları İlqar Həsənov özü qarşılamış və Nəsimi bazarının yaxınlığında yerləşən hündürmərtəbəli binanın on birinci mərtəbəsində yerləşən öz evinə aparmışdır. Onlar mənzilə yerləşdikdən sonra İlqar onları həmin binanın zirzəmisində yerləşən restorana aparmışdır. Orada İlqar bildirmişdir ki, onun üçün göndərdikləri on beş fura malı sata bilməyib və yüz əlli min ABŞ dolları ziyan etmişdir, İlqar onun üçün göndərdikləri maldan cəmi on min ABŞ dolları pul qaldığını dedmişdir. İlqar on min ABŞ dollarını İrana göndərəcəyini bildirmiş və onlar onunla razılaşmışlar. Onlar Bakı şəhərində İlqardan başqa heç kimi tanımışlar və evdə çox darıxmışlar. Bu vaxt yadlarına düşmüşdür ki, onlar Valeh ilə dostdular, onu çağırıb birlikdə oturub yemək yesinlər. Bu məqsədlə o, Valehə zəng edib onu qaldıqları evə dəvət etmişdir. Valeh tez bir müddətdə onların qaldıqları binanın qarşısına gəlmişdir. Valeh özü ilə araq da gətirmişdir. Onlar birlikdə qaldıqları evdə yemək yeyib spirtli içki olan araq və viski içmişlər. Lakin Valeh spirtli içki içməmişdir. Valeh namaz qıldığını demişdir. Sonra Valeh çıxıb getmişdir. Həmin görüş zamanı nə o, nədə ki Həsən Valehin onlara borclu olduğu pulu istəməmişlər. Heç pul onların yadlarına belə düşməmişdir. Səhərisi gün saat təxminən altı-yeddi radələrində Həsən ona böyrəyinin ağrıdığını bildirmişdir. O, Həsəni yaşadıqları binanın birinci mərtəbəsində yerləşən tibb məntəqəsinə aparmışdır. Orada bildirmişlər ki, Həsənin böyrəyində daş var və o viski içdiyi üçün daş tərpənmişdir. Tibb məntəqəsində Həsənə iynə vurulmuş və o özünü yaxşı hiss etdiyi üçün onlar oradan qaldıqları evə getmişlər. Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan davamlı olaraq ticarət əlaqəsi olan Məmmədrəsul adlı şəxs və Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ticarət əlaqəsi Zahir adlı şəxslərlə hesablaşmaq üçün onları da Bakı şəhərinə dəvət etmişlər. Həmin gün onlar Bakı şəhərinə gəlmişlər və Bakıda hava limanında olduqlarını bildirib onları oradan götürmələrini xahiş etmişlər. Həsən və o, Bakı şəhərini tanımadıqları üçün Valehə zəng edib ondan kömək istəmişlər. Valeh bir nəfər Tapdıq adlı taksi sürücüsünü onlar üçün göndərmişdir. Onlar Tapdıqla danışmışlar və o, Məmmədrəsul ilə Zahiri onların qaldıqları evə gətirmişdir. Onlar Məmmədrəsul və Zahir ilə hesablaşmışlar. Səhərisi gün Tapdıq adlı taksi sürücüsü onun və Həsənin iştirakı ilə Məmmədrəsul və Zahiri Bakı şəhərində yerləşən hava limanına aparmış və onları yola salmışlar. Həmin vaxt Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ticarət əlaqəsi Fariz də onlarla hesablaşmaq üçün Bakı şəhərinə gəlmişdir. Onlar Məmmədrəsulu və Zahiri yola salıb Farizi qarşılayıb birlikdə qaldıqları evə gəlmışlər. Fariz növbəti gün onları Tovuz rayonunun Qovlar qəsəbəsinə öz evinə dəvət etmiş və onlar Farizin xahişini qəbul etmişlər. Səhərisi gün İlqar maşın tutub onları Tovuz rayonuna yola salmışdır. İlqar söhbət zamanı onlara demişdir ki, Rusiya Federasiyasında işlədikləri sahibkarlarla əlaqələrini kəsib yalnız onun uçun mal göndərməklərini, buna görə öz həmkəndlisi və yaxın adamı olan Miskini onlarla İran İslam Respublikasına göndərəcəyini demişdir. İlqar onları Tovuz rayonuna yola salarkən orada Miskin ilə görüşüb tanış olmalarını bildirmişdir. Beləliklə, onlar Tovuz rayonuna getmişlər. Şəmkir rayonunda “Dördyol” adlanan ərazidə Miskin onları qarşılamışdır. Miskin onları markasını və dövlət qeydiyyat nişanını bilmədiyi maşınla Tovuz rayonunun Qovlar qəsəbəsinə, Farizin evinə aparmışdır. Onlar orada iki gün qalmışlar. Sonra Elman və Valeh ona zəng edib Lənkərana dəvət etmişlər. Onlar oradan Lənkərana, Elmanın evinə gəlmişlər. Lənkəran rayonunu tanımadığı üçün Elmanın evinin hansı ünvanda və harada yerləşdiyini bilmir. Orada axşam saatlarına qədər qalıb sonra isə İlqar ilə sağollaşmaq üçün Bakı şəhərinə gəlmişlər. Gecəni İlqarın evində qalmışlar və səhərisi gün İlqar maşın tutub onu və Həsəni İrana yola salmışdır. 2016-cı ilin avqust ayında İlqar ona yenidən zəng edib görəcəkləri işlərlə bağlı danışıq aparmaq üçün onları Şəmkir rayonunun Şiştəpə kəndinə dəvət etmişdir. 18 avqust 2016-cı il tarixdə o, Həsən ilə birlikdə Azərbaycana, Şəmkir rayonunun Şiştəpə kəndinə gəlmişdir. Təxminən üç gün ərzində onlar Miskinin evində qalmışlar. Miskinin evi təmirsiz olmuşdur. Miskinin evi bir mətbəx və bir otaqdan ibarət olmuşdur. Orada onlar İlqar ilə danışmışlar, razılaşıb Həsən ilə birlikdə İrana gəlmişlər. Həmin müddət ərzində o, Valeh ilə görüşməmişdir. Onunla telefonla belə danışmamışdır. Bundan sonra onlar İrana qayıtmışlar. İranda olarkən Zərərçəkmiş şəxs dəfələrlə zəng etsələr də, Valeh cavab verməmişdir. O isə Valehin həmyerlisi Elmana zəng edib ondan xahiş etmişdir ki, Valehə onlara borclu olduğu pulu qaytarmasını desin. Bundan üç ay sonra o, İlqarın təklifi ilə Bakı şəhərinə gəlmişdir. O, Bakıda Miskinin bacısıgildə qalmışdır. Sonra İlqarla görüşmüş və İlqar Miskin ilə onu İrana yola salmışdır. Bundan sonra onlar İlqar ilə işləməyə başlamışlar. Valeh isə pullarını verməmiş, zənglərinə cavab verməmişdir. Ona əsasən Həsən zəng etmişdir. Bundan bir müddət sonra Miskin və Həsən ona demişlər ki, “Bakı şəhərində Miskinin polis dostu var, onunla danışmışıq onun vasitəsilə Valehdən bizə borclu olduğu pulu alacağıq”. Miskin polisdə işləyən adamın adının İlham olduğunu demişdir. Lakin o, həmin İlham adlı şəxsi heç vaxt görməmişdir. O, İlham ilə hətta telefonda belə danışmamışdır. O, İlhamın polisdə hansı vəzifədə işlədiyini bilmir. O, Miskin və Həsənə demişdir ki, Valehin barəsində polisə şikayət etmək lazım deyil. Onsuzda bu hadisədən sonra bir neçə dəfə ziyan etmişlər və külli miqdarda pul itirmişlər. Həsən və Miskin isə demişlər ki, narahat olmağa əsas yoxdur, pulu Valehdən qanuni yolla alacaqlar. Bundan sonra o, Elmana zəng edib demişdir ki, “Valeh mənim telefonuma cavab vermir, ona xəbər çatdır ki, Həsən və Miskin Bakıda olan polis dostu vasitəsilə onu tutduracaqlar”. Həsən ilə Miskin onunla danışanda demişlər ki, polisə Valehin onlara otuz min ABŞ dolları pul borclu olduğunu danışmşlar. O isə onlara belə bir yalanı deməyin lüzumsuz olduğunu bildirmişdir. Onlar isə narahat olmamağını demişlər. Hətta onlar ona demişlər ki, əgər polisdən ona zəng olunsa, onların dediyini təsdiq etsin. O, Elmana demişdir ki, “Birdən Həsən və Miskin polislərə Valehin bizə otuz min ABŞ dolları pul borclu olduğunu deyər, Valeh mənim telefonumu götürmür, ona denən ki, Polislər soruşsalar mənə on beş min dollar borclu olduğunu desin”. Bundan bir neçə gun sonra Elman ona zəng edib Valehin öldürüldüyünü və onun yas yerində Valehin öldürülməsini onun sifarişi ilə həyata keçirildiyini bildirmişdir. Elman həmçinin demişdir ki, “Azərbaycana gəlmə səni tutacaqlar”. O isə Elmana demişdir ki, Valehin arvadına xəbər göndərsin ki, onun Valehin öldürülməsindən xəbəri və hər hansı formada əli yoxdur. O, bununla bağlı Miskindən soruşanda Miskin demişdir ki, onlar Valehdən pul istəyib almağını polisə tapşırmışlar, o da gedib başqa adamlar tapıb və həmin adamlar da gedib Valehi öldürmüşlər. Bundan bir müddət sonra o, Gürcüstana getmişdir. Orada Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan İvan, Mals və İlqar ilə görüşmüşlər. Həmin görüşə İlqarla birlikdə Miskin də gəlmişdir. Orada İlqar ona və Miskinə demişdir ki, “Bəs eşitmişəm ki, siz Azərbaycanda bir nəfərin öldürülməsini sifariş vermisiniz, nə məsələdir?”. O isə İlqara bildirmişdir ki, həç kimi öldürməyə sifariş verməmişdir. 2018-ci ilin aprel ayında İlqar onu hesablaşmaq üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə dəvət etmişdir. O özü, tək, təyyarə ilə İranın Tehran şəhərindən Sankt-Peterburq şəhərinə getmişdir. Təxminən yeddi gün orada qalmışdır. Sankt-Peterburqdan Moskva şəhərinə getmək üçün hava limanına gedərkən orada axtarışda olduğunu bildirib onu saxlamışlar. Bir daha bildirir ki, onun Valehin ölümündə heç bir günahı və təqsiri yoxdur. O, alver ilə əlaqədar Şahid7 müxtəlif vaxtlarda bir min, iki min ABŞ dolları arası pullar vermişdir. Bundan artıq məbləğdə o, Şahid7 hər hansı bir məbləğdə pul verməmişdir. O, mütəşəkkil dəstə yaratmamış və heç kimlə mütəşəkkil dəstədə birləşməmişdir. Zərərçəkmiş şəxs öldürülməsindən əvvəl və ya sonra Şahid7 ondan hər hansı bir məbləğdə pul istəməmiş və almamışdır. Təxminən üç il bundan əvvəl, yaz fəsli idi. Tarixi dəqiq xatırlamır. Şahid7 Bakı şəhərində olmuşdur. Şahid7 ona zəng edib avtomobil almaq istədiyini bildirib ondan beş min ABŞ dolları pul istəmişdir. O, İranın Astara şəhərində yaşayan Ramiz adlı valyuta mübadiləsi ilə məşğul olan şəxsə beş min ABŞ dolları pul göndərmiş və Ramiz da öz növbəsində həmin pulu Bakı şəhərinə Şahid7 göndərmişdir. Miskin onunla alver etdiyinə görə ona köməklik göstərmişdir. Beş min ABŞ dolları pulu Şahid7 borc kimi verməmişdir. Şahid7 İlqar Həsənov ilə onun arasında dəllal kimi fəaliyyət göstərmişdir. Onlar birlikdə işləyib pul qazanmışlar. Həmin beş min ABŞ dolları pulu Valehin ölümündən əvvəl Şahid7 göndərmişdir. Bir daha bildirir ki, Valehin ölümündən sonra o, Şahid7 hər hansı bir məbləğdə pul göndərməmişdir. Ramizin beş min ABŞ dolları pulu kimin vasitəsilə Şahid7 göndərdiyini bilmir. Amma Şahid7 beş min ABŞ dolları pulu alması barədə ona məlumat vermişdir. Şahid6, Şahid8, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid9, Şahid4 Rüfət oğlunu və Şahid3 tanımır. Miskin və şəriki X30 borclu olduğu on beş min ABŞ dolları pulun qanuni yolla alınmasına polisdə işləyən İlham adlı şəxsin köməklik göstərdiyini demişdilər. Lakin o, İlham adlı şəxsi tanımır, onun telefon nömrəsini bilmir. Azərbaycan Respublikasında Polisdə və ya digər dövlət orqanlarında işləyən dostu və ya tanışı yoxdur. İlham adlı şəxsin məhz Miskin və Həsən Rəhbərinin ona dedikləri İlham olub-olmadığını bilmir. Zərərçəkmiş şəxs ona on beş min ABŞ dolları borcunun olması və həmin borcu ödəməməsi ilə bağlı istər İran İslam Respublikasının hüquq-mühafizə orqanlarına və eləcə də Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına rəsmi olaraq ərizə ilə müraciət etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış digər ifadələrində şahid X44 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, ibtidai istintaq orqanına verdiyi əvvəlki ifadəsini tam təsdiq edir. Zərərçəkmiş şəxs ona otuz min ABŞ dolları deyil, cəmi on beş min ABŞ dolları borcu olmuşdur. O, Şahid7 Zərərçəkmiş şəxs ona borclu olduğu on beş min ABŞ dolları pulu alması üçün onun üstünə adamlar tapıb göndərməsi, bunun müqabilində Şahid7 və Zərərçəkmiş şəxs pulu alacaq adamlara hər hansı hörmət edəcəyimə söz verməmişdir. Eyni zamanda Şahid7 belə bir tapşırıq və ya göstəriş verməmişdir. Bir daha bildirir ki, Şahid7 və X92 Zərərçəkmiş şəxs öldürülməsindən təxminən üç və ya dörd ay əvvəl ona yaxınlaşıb demişlər ki, Miskinin Bakı şəhərində polis dostu var, onunla danışmışlar, polis özü ərizə yazacaq, Valehi tapıb tam ondan qanuni yolla ona borclu olduğu on beş min ABŞ dolları pulu alacaqdır. Onlar demişlər ki, polisdə işləyən adamın adı İlhamdır və o, Miskinin yerlisidir. Lakin o, İlham adlı şəxsi tanımamış, onunla heç vaxt əlaqəsi və münasibəti olmamışdır. Bundan sonra o, Lənkəranlı olan Elman adlı sürücüyə zəng edib demişdir ki, “Həsən və Miskin Bakıda polis tapıblar, şikayət edib Valehin mənə borclu olduğu pulu alacaqlar. Deyirəm sən də bil ki, Valehin mənə on beş min ABŞ dolları borcu var. Polisə veriləcək ərizədə birdən Valehin mənə borclu olduğu məbləğ on beş min ABŞ dolları deyil, artıq məbləğ göstərilər. Valeh mənim telefonumu götürmür, ona zəng et denən ki, polislər soruşsalar mənə on beş min dollar borclu olduğunu desin”. Misikin ilə Həsənin danışıqlarından belə başa düşmüşdür ki, onlar polisə verdikləri ərizədə Valehin ona borclu olduğu məbləgi artıq göstərəcəklər ki, özlərinə də xeyir qalsın. Lakin ərizədə konkret olaraq hansı məbləğin göstərildiyini Miskin və Həsən ona deməmişlər. O, mütəşəkkil dəstə yaratmamış, heç kimi mütəşəkkil dəstəyə cəlb etməmişdir. Şahid7 başqa heç kimi tanımır. Valehin oğurlanaraq ona borclu olduğu pulun Valehdən hədə-qorxu ilə tələb edilərək alınması və öldürülməsi barədə Şahid7 və ya digər hər hansı bir şəxsə sifariş, tapşırıq və ya göstəriş verməmişdir. X92 cəmi bir dəfə tarixi xatırlamadığı gün ona demişdir ki, polis Zərərçəkmiş şəxs axtarır və onu tapıb ona borclu olduğu pulu alacaqdır. Həmin vaxt isə hələ Zərərçəkmiş şəxs öldürülməmişdir. Bundan başqa X99 ilə bağlı ona heç bir məlumat verməişdir. Şahid7 isə Zərərçəkmiş şəxsla bağlı ona heç vaxt hər hansı bir məlumat verməmişdir. Şahid7 mütəşəkkil dəstənin üzvləri tərəfindən Zərərçəkmiş şəxs oğurlanması, harasa aparılaraq döyülməsi, ondan arvadına məxsus qızıl-zinət əşyalarının alınması, sonda isə öldürülməsi barədə ona heç bir söz deməyib. O, Valehin öldürülməsi barədə Elman adlı Lənkəranlıdan eşidib bilmişdir. Bir daha bildirir ki, o, Zərərçəkmiş şəxs oğurlanması, Valehdən ona borclu olduğu pulun hədə-qorxu ilə tələb olunaraq alınması, döyülməsi və sonda öldürülməsi ilə bağlı heç kimə sifariş, göstəriş və tapşırıqlar verməmişdir. Valehin ona borclu olduğunu heç vaxt Miskinə deməmişdir. Bu barədə Miskinə onun X92 demişdir. Şahid6 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, onunla ədavəti və yaxınlığı yoxdur. O, hadisə ilə bağlı heç nə bilmir, məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid6 göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməkdə özümü qismən təqsirli bilir. Belə ki, o, heç kimlə mütəşəkkil dəstədə birləşməmişdir. Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid9 və İran İslam Respublikasının vətəndaşı X31 tanımır, onlarla heç bir əlaqəsi və münasibəti olmamışdır. Zərərçəkmiş şəxs oğurlanması, döyülməsi, ondan külli miqdarda pulun hədə-qorxu ilə tələb olunması və sonda öldürülməsi ilə bağlı heç kimlə əvvəlcədən razılığa gəlməmiş, kiməsə bu barədə sifariş verməmişdir. Həmyerlisi Şahid7 ona zəng edib Valeh adlı Lənkəranlının onun Bəşir və Həsən adlı iranlı dostlarına on altı min ABŞ dolları pul borclu olduğunu və həmin pulun ondan alınmasına köməklik göstərməsini xahiş etmişdir. O, Valeh adlı Lənkəranlının X81 otuz min ABŞ dolları pul borclu olmasını bilməmişdir. Miskinə onun belə bir səlahiyyəti, gücü və imkanı olmadığını desə də, Miskinin ondan əl çəkmədiyini görüb ona köməklik edəcəyinə söz vermişdir. O, Təqsirləndirilən şəxsla da görüşən zaman ona demişdir ki ki, Valehdən borclu olduğu pul istənilsin, əgər pulu verməsə, eybi yoxdur, bu elə də vacib məsələ deyil. Samirin ətrafına adamlar toplayıb Valehin üstünə gedib onu oğurlaması, döyməsi və hədə qorxu gəlməklə iranlılara borclu olduğu pulu tələb etməsindən onun əvvəlcədən məlumatı olmamışdır. O, Samirə belə bir sifariş verməmişdir. Baş vermiş hadisədən sonra Şahid8 ondan Təqsirləndirilən şəxs gizlənməsi və ailə üzvlərinə maddi yardım göstərilməsi üçün ondan altı min manat deyil, beş min manat pul istəyib və o, 5000 manat pulu Şahid8 vermişdir. Şahid7 onun həmkəndlisidir. O, Rəşadın deməsindən bilmişdir ki, hadisə zamanı bir nəfər yaralanmışdır. Lakin xəsarət almış şəxsin hansı xəstəxanaya yerləşdirilməsindən xəbəri olmamışdır. Onun xəstəxana xərclərinin ödənilməsi ilə bağlı Şahid7 hər hansı məbləğdə pul istəməmiş və ya almamışdır. İstintaqa verdiyi əvvəlki ifadələrini tam təsdiq edərək bir daha bildirir ki, Şahid8 onun dostudur. Rəşadın oğlu Fateh əvvəllər idmanın boks növü üzrə Bakı şəhəri, Xətai rayonu ərazisində, “Bakı” kinoteatrının yaxınlığında yerləşən nömrəsini bilmədiyi orta məktəbin idman zalında Samir adlı müəllimin yanında məşq etmişdir. O, bir neçə dəfə dostu Rəşadla birlikdə Fatehin məşq etdiyi idman zalına gedib onu izləmişdir. Fateh Samir adlı boks müəlliminin yanında, səhv etmirsə, 2014 və ya 2015-ci ildən 2017-ci ilin mart ayının sonlarınadək məşq etmişdir. Samirlə onun elə də yaxın münasibəti olmayıb. Fatehin məşqlərini izləməyə gedərkən Samir ilə görüşüb hal-əhval tutmuşdur. Şahid8 deməsindən bilmişdir ki, Samir əslən Ermənistanlıdır və əlavə olaraq “SOCAR” da mühafizəçi işləyir. Dəqiq tarix yadında deyil. 2017-ci ilin fevral ayının əvvəli və ya ortaları idi. Həmyerlisi Şahid7 istifadəsində olan iran mobil operatoruna aid nömrədən “WhatsApp” proqramı vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib “Bir nəfər var, Lənkəranlıdır, Xırdalanda yaşayır, adı Valehdir, onun əlli-əlli beş yaşı var, Valehin mənim iranlı dostlarım Bəşirlə Həsənə on altı min dollar pul borcu var, borcunu geri qaytarmır, onu tapıb demək lazımdır ki, borcunu qaytarsın” deyə bildirmişdir. Bildirmək istəyir ki, Miskin əvvəllər belə bir məsələ ilə bağlı ona müraciət etməmişdir. Miskin həmçinin demişdir ki, “Valehdən borcu olduğu pul alınsa iranlı Bəşirlə Həsən bizə də hörmət edəcəklər”. X100 Bəşir və Həsənin Valehdan alınacaq puldan onlara hansı məbləğdə pul veriləcəyini, o cümlədən Bəşir ilə Həsənin onlara nə hörmət edəcəklərini deməmişdir. Əvvəlcə o, Miskinə demişdir ki, onun belə bir səlahiyyəti, gücü və imkanı yoxdur. Bir sözlə o, əvvəlcə Miskinə köməklik edə bilməyəcəyini bildirmişdir. Miskin isə Valeh adlı Lənkəranlıdan onun dostları Bəşir və Həsən adlı şəxslərə borclu olduğu pulu almaqda köməklik etməyini bir neçə dəfə təkrar-təkrar ondan xahiş etmişdir. Miskinin ondan əl çəkmədiyini görüb ona bildirmişdir ki, kimdənsə pul almaq imkanında olmasa da, maraqlanıb pulun qaytarılmasına köməklik etməyə çalışar. Miskin ilə aralarında olan həmin telefon danışığından təxminən bir və ya iki həftə sonra dostu Şahid8la Bakı şəhərində, hazırda xatırlamadığı yerdə görüşüb ümumi söhbət edən zaman ona demişdir ki, bir nəfər Lənkəranlı Valeh adlı şəxs var, Xırdalan şəhərində yaşayır. Valehin onun həmkəndlisi Miskinin iranlı dostları Bəşir və Həsən adlı şəxslərə on altı min ABŞ dolları pul borcu var, həmin iranlılar dostu Miskinə müraciət etmişlər ki, Valeh adlı şəxsdən onlara borclu olduğu pulun alınmasına köməklik göstərsin, həmkəndlisi Miskin də ona zəng edib Valeh adlı şəxsdən iranlı Bəşir ilə Həsən adlı şəslərə borclu olduğu pulu almağa köməklik göstərməyini xahiş etmişdir. Həmçinin o, Rəşada demişdir ki, əgər Valehdən borclu olduğu pul alınsa, iranlı Bəşir və Həsən adlı şəxslər alınacaq puldan onlara da hörmət edəcəklər. Şahid8 ona demişdir ki, oğlu Fatehin böks müəllimi Samirin Xırdalan şəhərində yaşayan tanışı var, Samirdən xahiş edəcək, Samir pulun alınmasına köməklik göstərər. Dəqiq tarix yadında deyil. Bu görüşdən təxminən dörd və ya beş gün sonra Şahid8 ona zəng edib demişdir ki, “Fatehi məşqə aparıram, gəl birlikdə gedək və Samirlə sən də söhbət et”. Beləliklə, o, Şahid8la görüşüb onun oğlu Fatehi məşq etdiyi idman zalına aparmışlar. Yolda olarkən Şahid8 ona demişdir ki, Valeh adlı şəxsdən borclu olduğu pulun alınmasına köməklik göstərməsi üçün Samir adlı boks müəlliminə müraciət etmiş və sonuncu Xırdalan şəhərində yaşayan tanışının vasitəsilə Valehdən borclu olduğu pulu almaqda onlara köməklik edəcəyinə söz vermişdir. Samirin Xırdalan şəhərində yaşayan dostunun kim olduğunu Rəşad ona deməmişdir. O, özü də maraqlanıb ondan bu barədə soruşmamışdır. Beləliklə, həmin gün axşam saat 20 radələrində Şahid8, onun oğlu Fateh və o, Fatehin məşq etdiyi idman zalına qetmişlər. Həmin vaxt Samir hələ məşq zalına gəlməmişdir. O, Şahid8la idman zalının yerləşdiyi binanın həyətində dayanıb siqaret çəkib söhbət etmişlər. Təxminən on-on beş dəqiqə sonra Samir onlara yaxınlaşmış və demişdir ki, “Rəşad mənə hər şeyi ətraflı danışıb, çalışıb sizə köməklik göstərəcəm”. Həmin söhbət zamanı o, Samirə demişdir ki, iranlı Bəşir və Həsən adlı şəxslərə borclu olduğu pulu Valehdən istəsinlər, verir-versin, verməsə, eybi yoxdur. Samirlə söhbət edən zaman Şahid8 da onun yanında olmuş və onunla danışıqlarının hamısını eşitmişdir. Sonda Samir “Hə, yaxşı, oldu, başa düşdüm” deyib onlardan ayrılmışdır. Samir Valeh adlı şəxsdən onun borclu olduğu pulu necə və kimlərin vasitəsilə alacağını deməmişdir. Həmin vaxt Samirlə söhbətləri təxminən üç-beş dəqiqə çəkmişdir. Bu görüşdən sonra onun Samirlə bir və ya iki dəfə telefon danışığı olmuşdur. Belə ki, Samir onun oğlu Əlinin idmançı olduğunu bilirmiş və ondan xahiş etmişdir ki, Əlini onun yanına məşq etməyə gətirsin. Samirlə telefon danışıqları məhz bu məzmunda olmuşdur. Həmin görüşdün sonra o, Samirlə bir daha görüşməmişdir. 2017-ci ilin aprel ayının əvvəli idi. Dəqiq tarix yadında deyil. O, həmin vaxt Gürcüstanın Tbilisi şəhərində xidməti işi ilə bağlı ezamiyyətdə idi. Gürcüstandan təyyarə ilə Bakı şəhərinə qayıdarkən aeroportda dostu Rəşad onu qarşılamışdır. Söhbət zamanı o, Rəşadın çox əsəbi və həyəcanlı olduğunu görmüşdür. Bir-biri ilə hal-əhval tutduqdan sonra Rəşad ona “Aləm dəyib bir-birinə, Samir beş nəfərlə birlikdə X35 şəhərində görüşüb, söhbətdən sonra Valeh sağollaşıb onlardan ayrılıb, sonra tapança ilə geri qayıdıb Xəyalı səsləyib və ona tərəf atəş açıb, Xəyal yaralanıb xəstəxanadadır, Valeh Samirgilə atəş açdıqdan sonra özünü də öldürüb, bu işə görə iki nəfər tutulub, qalanları isə qaçıblar. Bu uşaqlar durduğumuz yerdə bizi zibilə saldılar” deyə bildirmişdir. Bu zaman o da qorxu hissi keçirib Rəşada demişdir ki, “Axı mən Samirlə görüşəndə demişdim ki, Valehdən borclu olduğu pul istənilsin, əgər pulu verməsə eybi yoxdur, bu elə də vacib məsələ deyil”. Miskinin istifadəsində olan nömrə mobil telefonunun yaddaşında yox idi və silinmişdir. O, Sankt-Peterburq şəhərində yaşayan tanışlarının birindən X101 Respublikasında istifadə etdiyi mobil nömrəni öyrənib “WhatsApp” proqramı vasitəsilə ona zəng edib bu barədə məlumat vermişdir. Miskin qonaqlıqda olduğunu, rahat danışa bilmədiyini deyib onunla sağollaşmışdır. Növbəti dəfə o, Miskin ilə bu hadisə barədə danışanda Miskin demişdir ki, “Aprel ayının sonlarında Bakı şəhərinə gələcəm, oturub ətraflı söhbət edərik”. Bundan sonra Şahid8la görüşüb söhbət edən zaman Rəşad ona danışmışdır ki, Samirin göndərdiyi adamlar Valehi Xırdalanda tapıb harasa aparıb döyüblər, ondan İranlı Bəşir və Həsənə borclu olduğu pulu tələb ediblər, Valeh pulun əvəzinə onlara qızıl verib, amma onlar qızılı götürməyiblər, Valeh döyüləndə Samir onların yanında olmayıb. X70 beş nəfərlə birlikdə Valehlə görüşüb söhbət ediblər, sonda Valeh onlardan sağollaşıb ayrılıb və tapança ilə geri qayıdaraq Xəyalı səsləyib, ona və digər şəxslərə tərəf atəşlər açıb, Xəyalı yaralayıb, sonda isə Valeh əlindəki tapança ilə özünü vurub. Şahid8 həmçinin demişdir ki, bu hadisəyə görə iki nəfər tutulub, Samir və digərləri isə qaçıblar, Samir özünün bir müddət gizlənməsi və ailə üzvlərinə köməklik məqsədilə beş min manat pul istəyir və istədiyi pulu ona vermək lazımdır. Rəşad ondan beş min manat pul istəmişdir. Yaşadığı evdə beş min manat pulu var idi. Lakin o, Rəşada pul vermək istəməmişdir. Rəşad isə bir neçə dəfə ona zəng edib zibilə düşdüklərini, beş min pulu təcili tapıb Samirin ailəsinə verməli olduqlarını bildirmişdir. O, məcbur olub yaşadığı evdə olan beş min manat pulu yaşadığı məhəllədə təklikdə Rəşada vermişdir. Rəşadın həmin vaxt yaş asfalt rəngdə, **-ES-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomaşını var idi. Rəşadın ondan aldığı beş min manat pulu harada və kimə verdiyini o, bilməmişdir. Sonradan Rəşadın özünün deməsindən bilmişdir ki, o, beş min manat pulu Samirin qayınatasına vermişdir. 2017-ci ilin aprel ayının sonları idi. Şahid7 Bakı şəhərinə gəlmişdir. Onunla dənizkənarı parkın yaxınlığında görüşmüşdür. Miskin onunla görüşdüşdüyü yerə Bayıl qəsəbəsində yaşayan adını bilmədiyi qonşusunun idarə etdiyi dövlət qeydiyyat nişanı və markasını xatırlamadığı avtomobildə gəlmişdir. Həmçinin avtomobildə Miskinin adını bilmədiyi bacısı oğlu da var idi. Daha doğrusu, Miskin həmin oğlanı bacısı oğlu kimi ona təqdim etmişdir. Onlar oradan Bakı şəhəri, Nəsimi rayonu, “Dostluq” kinoteatrının yaxınlığında yerləşən adını bilmədiyi kafeyə getmişlər. Miskinin qonşusu onları kafenin qarşısında düşürüb çıxıb getmişdir. Onlar, yəni o, Miskin və Miskinin bacısı oğlu oturub birlikdə yemək yemişlər. Süfrə arxasında Lənkəranlı Valehin ölümü ilə bağlı heç nə danışmamışlar. Bir qədər sonra Miskin və o, siqaret çəkmək adı ilə kafedən çölə çıxmışlar. Söhbət zamanı o, baş verənləri olduğu kimi Miskinə danışmışdır. Hətta Miskinə bu işdə onlara köməklik edən Samir adlı şəxsin gizlənməsi və ailəsinin tələbatının ödənilməsi üçün Rəşadın ondan beş min manat pul istəyib aldığını demişdir. Hətta Miskinə bildirmişdir ki, Rəşada verdiyi beş min manat pulu borc almışdır və həmin pulu qaytarmaq lazımdır. O, bu cür demişdir ki, Miskin beş min manat pulunu qaytarsın. Çünki başına nə iş gəlmişdirsə, Miskinə görə gəlmişdir. Miskin əvvəlcə pulun olmadığını demiş və bu barədə iranlı Bəşir və Həsənlə danışıb, beş min manat pulu onlardan istəyəcəyini bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Hələ ayrılmamışdan əvvəl o, Miskinə Valehdən iranlılıara borclu olduğu pulun alınmasına köməklik göstərmək üçün Samir adlı şəxsə müraciət edən şəxsin dostu Rəşad olduğunu və birlikdə görüşüb bu hadisə barədə söhbət etməyi təklif etmişdir. Bunu ona görə etmişdir ki, Miskin onun Rəşada həqiqətən də beş min manat pul verdiyinə inansın və hadisələrin necə baş verməsini Rəşadın öz dilindən də eşitsin. Bundan bir neçə gün sonra o, Miskin və Rəşad sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı avtomobildə Bayıl qəsəbəsində, Səbail rayon Yol Polisi İdarəsinə çatmağa bir qədər qalmış görüşmüşlər: söhbət zamanı Rəşad baş verənləri olduğu kimi Miskinə danışmışdır. X102 gizlənməsi və ailəsinə maddi köməklik göstərmək üçün ondan beş min manat pul aldığını, eləcə də onun da həmin pulu kimdənsə borc aldığını və alınan borc pulun geri qaytarılmalı olduğunu bildirmişdir. O, beş min manat pulu borc almağını Rəşada demişdir. Miskin sonda bildirmişdir ki, iranlı Bəşir və Həsənə zəng edib onlardan beş min manat pul istəyəcəkdir. Bu görüşdən sonra o, Miskinlə görüşməmişdir. Onunla Rəşad özü görüşürdü. X71 harada görüşdüklərini bilmir. 2017-ci ilin may ayının ortaları idi. Dəqiq tarix yadında deyil. Miskin axşam saat 22 radələrində istifadəsində olan xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib Rəşada altı min manat pul verdiyini bildimişdir. O, həmin vaxt yaşadığı evdə idi. O, Miskinə demişdir ki, “Axı Rəşada beş min manat pul vermişəm nə səbəbə altı min manat verirsən?”. Miskin demişdir ki, “Mən alver edib pul qazanıram bir min manat pulu öz ehtiyaclarına xərcləyirsən”. Həmin zəngdən sonra Rəşad yaşadığı evə gəlib Miskinin ona verdiyi altı min manat pulu ona vermişdir. Miskinin göndərdiyi puldan yüz manatı o, həmin vaxt Rəşada vermişdir. Bir müddət sonra Miskin, o, və Rəşad birlikdə Bayıl qəsəbəsində Miskinin bacısının evində görüşmüşlər. Söhbət zamanı Miskin özü demişdir ki, ona Rəşadın vasitəsilə göndərdiyi altı min manat pulun əvəzinə iranlılardan beş min ABŞ dolları pul almışdır. Altı min manat puldan əlavə Miskin ona hər hansı məbləğdə pul verməmişdir. Miskinin Rəşada hər hansı məbləğdə pul verib-verməməsindən isə məlumatı yoxdur. Bir daha bildirir ki, onun Miskinlə Zərərçəkmiş şəxs tapılaraq ondan borclu olduğu pulun alınması ilə bağlı mütəmadi danışıqları olmamışdır. Onun Miskinlə mütəmadi danışıqları Zərərçəkmiş şəxs ölümü ilə nəticələnən hadisənin baş verdiyi tarixdən sonra olmuşdur. O, Miskinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. İlkin verdiyi məlumatda, Valehin döyülməsi ilə bağlı heç nə deməmişdir. Miskin Bakı şəhərinə gəldikdən sonra onunla görüşüb söhbət edən zamanı demişdir ki, “Aləm qarışıb bir-birinə, göndərdiyim adamlar Valehi tapıb görüşüblər, iranlıya olan borcunu tələb ediblər, sonra Valehi döyüblər, Xırdalanda baş vermiş görüş zamanı Valeh tapançadan atəş açıb bir nəfəri yaralayıb, sonra isə özünü öldürüb”. O, Miskinə başqa heç nə deməmişdir. Şahid7 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs Elmir oğlunu tanımır, onunla ədavəti və yaxınlığı yoxdur. O, hadisə ilə bağlı heç nə bilmir, məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilir. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı X44 və Həsən Rəhbərinin sifarişi ilə deyil, onların xahişi ilə göyərti məhsullarının satışı ilə bağlı Zərərçəkmiş şəxs Bəşir Qəhrəmani və Həsən Rəhbəriyə borclu olduğu pulu istənilib alınmasına köməklik göstərilməsini dostu və həmyerlisi, Şahid6 bildirmişdir. Şahid6 Zərərçəkmiş şəxs üstünə kimləri göndərməsindən onun məlumatı olmamışdır. Zərərçəkmiş şəxs oğurlanaraq döyülməsi və sonradan isə ölməsi barədə ona Şahid6 məlumat vermişdir. Onun Zərərçəkmiş şəxs ölümündə və oğurlanmasında heç bir iştirakı olmamışdır. O, Zərərçəkmiş şəxs əvvəllər heç vaxt tanımamış, onunla heç bir əlaqəsi və ya münasibəti olmamışdır. O, heç kimlə mütəşəkkil dəstədə birləşməmişdir. Şahid1, Şahid2, Şahid4, Şahid9 və Təqsirləndirilən şəxs tanımır, onlarla heç bir əlaqəsi və münasibəti olmamışdır. Zərərçəkmiş şəxs İranlı Bəşir Qəhrəmani və Həsən Rəhbəriyə borclu olduğu pulu verməkdən imtina etdiyinə görə onların xahişi ilə o, dostu Şahid6 xahiş etmişdir ki, Zərərçəkmiş şəxs tapılaraq ondan Bəşir Qəhrəmani və Həsən Rəhbəriyə borclu olduğu pulu istəyib almağa adam tapsın. O, yalnız özünü bu hərəkətlərinə və İlhamla Rəşadın tələbi ilə Samir adlı şəxsin Azərbaycan ərazisindən qaçmasına köməklik göstərilməsi və hadisə zamanı yaralanan şəxslərin xəstəxana xərclərinə görə Rəşad adlı şəxsə altı min manat pul verdiyinə görə təqsirkar bilir. …İstintaqa verdiyi əvvəlki ifadələrini tam təsdiq edərək bir daha bildirir ki, 1994-cü ildən 2011-ci ilə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedib-gəlmiş və orada ticarətlə məşğul olmuşdur. Təxminən yeddi il olardı ki, İran İslarn Respublikasının Desful, Şuş və Əndimeş şəhərlərindən Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə, eləcə də Gürcüstana göyərti məhsullarını alan sahibkarlara köməklik göstərmişdir. Belə ki, Rusiya Federasiyasında və Gürcüstanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası və Gürcüstan vətəndaşlan İran İslam Respublikasına gəldikdə onları orada qarşılamış, onları İranın Desful, Şuş və Əndimeş şəhərlərində göyərti satışı ilə məşğul olan şəxslərlə tanış etmiş, yaxşı məhsulların seçilməsində və furalara yüklənilərək Rusiya Federasiyasına və Gürcüstana göndərilməsində köməklik göstərmişdir. İrandan Rusiya Federasiyasına və Gürcüstana göyərti məhsullarından əsasən şüyüd və cəfəri göndərilirdi. Gördüyü işin müqabilində hər göndərdiyi maşından ona iki yüz və ya üç yüz ABŞ dolları pul verilirdi. Mahiyyəti üzrə bildirir ki, İran İslam Respublikasının vətəndaşı X31 2016-cı ilin aprel və ya may ayından tanıyır. O, İranın Təbriz şəhərində anadan olmuşdur. X103, Əndimeş və Şuş şəhərlərində torpaq sahələri icarəyə götürüb göyərti əkib becərməklə və satışı ilə məşğul olmuşdur. Bəşir Qəhrəmani, İran İslam Respublikası vətəndaşı Həsən Rəhbəri adlı şəxslə şərik işləmişdir. X93 Əhər şəhərində, Bəşir isə Təbriz şəhərində yaşamışlar. O, Təbriz şəhərində Bəşirin evində olmuşdur. Onun arvadının adı Sumayədir. Həsən Rəhbərinin isə evində olmamışdır. Bəşir Qəhrəmani və Həsən Rəhbəri ilə aralarında dost münasibəti olmuşdur. Heç vaxt aralarında düşmənçilik və ya ədavət olmamışdır. Bəşir Qəhrəmani və Həsən Rəhbəri ilə Şəmkir rayonunun Düyərli kəndində tanış olmuşdur. Belə ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən bazarda göyərti məhsullarının satışı ilə məşğul olan həmkəndlisi və sinif yoldaşı X57 ona zəng edib İran İslam Respublikasından Bəşir və Həsən adlı dostlarının Şəmkir rayonuna gəldiklərini və onları qarşılayıb Tovuz rayonunun Qovlar qəsəbəsinə aparmağını ondan xahiş etmişdir. O, İlqar Həsənovun xahişi ilə Bəşir və Həsən adlı İran İslam Respublikası vətəndaşlarını Şəmkir rayonunun Düyərli kəndində qarşılayıb özünə məxsus qara rəngli “VAZ 21015” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onları Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayan Fariz adlı şəxsin evinə aparmışdır. Farizin soyadını və atasının adını bilmir. Fariz Rusiya Federasiyasının Novosibirlsk şəhərində yaşamış və orada yerləşən bazarda göyərti məhsullarının satışı ilə məşğul olmuşdur. Bəşir və Həsən Şəmkir rayonuna tanımadığı taksi ilə gəlmişlər. Söhbət zamanı Bəşir və Həsən ona demişlər ki, onlar İranın Desful, Əndimeş və Şuş şəhərlərində göyərti məhsullarının əkilib-becərilməsi və xarici ölkələrə satışı ilə məşğul olurlar. Bəşir və Həsən Farizin onlara borclu olduğu otuz min və ya əlli min ABŞ dolları məbləğində pulu almaq üçün Şəmkir rayonuna gəlmişlər. Lakin o, Farizin Bəşir və Həsənə borclu olduğu pulu qaytarıb-qaytarmamasını bilmir. 2017-ci ilin fevral ayı idi. Dəqiq tarix yadında deyil. O, İran İslam Respublikasının Desful şəhərində idi. Həsən və Bəşir söhbət zamanı danışmışlar ki, Azərbaycan Respublikasının Lənkəran şəhərində yaşayan bir nəfər Valeh adlı şəxs var, onunla iş görmüşlər, fura ilə Rusiya Federasiyasına göyərti göndərmişlər, Valeh oları aldadıb göyərtinin pulunu verməmiş, dəfələrlə Valehdən onlara borclu olduğu on səkkiz min ABŞ dollar pulu istəmişlər, sonda isə Valeh borclu olduğu pulu verməkdən imtina etmişdir. Bəşir və Həsən ondan xahiş etmişlər ki, “Azərbaycanda adamlar tapıb Valehin üstünə göndərək, pulu ondan alsınlar”. O isə Bəşir və Həsənə demişdir ki, Azərbaycanda bir tanışı var ona zəng edib məsləhətləşib onlara deyər. Bəşir və Həsən həmçinin ona demişlər ki, əgər Valehdən onlara borclu olduğu pul alınsa ona və pulu almaqda köməklik edən adamlara hörmət ediləcəkdir. Bundan sonra o, Azərbaycanda yaşayan dostu Şahid6 istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng etmişdir. Bildirir ki, Şahid6 onun həmkəndlisidir. İlham ondan bir yaş balacadır. Bildiyinə görə, İlham Azərbaycan Respublikasının Ədliyyə orqanlarında işləmişdir. Lakin onun hansı vəzifədə işlədiyini bilmir. İlhamla dost münasibətində olmuşdur. İlham onun sinif yoldaşı İlqar Həsənovun qardaşıdır. İlhamı uşaq yaşlarında əmisi Əli öz himayəsinə götürüb böyütmüşdür. O, İlhamın istifadəsində olan xatırlamadığı nömrəsinə İran İslam Respublikasında istifadə etdiyi **********5 nömrədən zəng edib demişdir ki, Valeh adlı Lənkəranlı var, onun dostları Bəşirlə Həsənə on səkkiz min ABŞ dollar pul borcludur, borclu olduğu pulu qaytarmır, pulu ondan almaq lazımdır. Həm də İlhama demişdir ki, əgər pul alınsa Bəşir onlara hörmət edəcəkdir. İlham demişdir ki, “Tanışlarım var, mən pulun Lənkəranlı Valehdən alınmasına köməklik edəcəm”. Lakin İlham, Lənkəranlı Valehdən pulu almaq üçün kimlərin köməklik edəcəyini ona deməmişlər. Bundan sonra o, Bəşir və Həsənlə görüşüb onlara bu barədə danışmışdır. Bəşir və Həsən onunla razılaşmışlar. Bundan on beş gün sonra Şahid6 ona zəng edib demişdir ki, “Göndərdiyim adamlar Lənkərana Valehin evinə gediblər, lakin onu yaşadığı evdə tapa bilməyiblər, öyrəniblər ki, Valeh Bakıda yaşayır, narahat olma hər şey yaxşıdır, Valehi tapıb pulu alacaqlar”. O, Şahid6 Valehin evinə gedən şəxslərin kimlər olduğunu soruşmuşdur. Şahid6 isə cavabında demişdir ki, “Narahat olma, göndərdiyim adamlar normalni oğlanlardır”. Bundan sonra o, bir neçə dəfə Şahid6, eləcə də Şahid6 özü ona zəng edib Valeh adlı Lənkəranlının tapılıb-tapılmadığını və Bəşirlə Həsənə borclu pulduğu pulun ondan alınıb-alınmadığını soruşmuşdur. Şahid6 isə hər dəfə cavabında narahat olmamağını, tezliklə Valehin tapılacağını və borclu olduğu pulun ondan alınacağını ona demişdir. 2018-ci ilin mart ayının sonu və ya aprel ayının əvvəli idi. O, İran İslam Respublikasının Desful şəhərində idi. Tarixi xatırlamadığı gün, axşam saatlarında Şahid6 istifadəsində olan xatırlamadığı mobil nömrədən onun istifadəsində olan **********5 mobil nömrəsinə zəng edib həyacanlı səslə “Aləm qarışıb bir-birinə” deyə bildirmişdir. Şahid6 nə baş verdiyini soruşduqda o, cavabında “Mən göndərdiyim adamlar Valehi tapıb görüşüblər, İranlıya olan borcunu tələb ediblər, Valeh əvvəlcə İranlıya borclu olmasını boynuna almayıb, sonra onu maşına basıb aparıblar Bakının hansısa kəndinə, orada onu yaxşı döyüblər, Valehə qarşı əxlaqsız hərəkətlər ediblər, Valeh məcbur olub onlara dörd min və ya beş min manatlıq qızıl verib, amma həmin adamlar qızılı qəbul eləməyib atıblar onun və üstünə dəyiblər kl, get borclu olduğun pulu tam gətir. Sonra göndərdiyim adamlar Valehlə bir kafedə görüşüblər, orada mübahisə ediblər, Valeh tapançadan atəş açıb, həmin vaxt orada olan adamlardan ikisi yaralanıb, sonra da Valeh özünü öldürüb. Vəziyyətimiz yaxşı olmayacaq bizi tutacaqlar”. Şahid6 Valehlə “razborkaya” gedən adamların kimlər olduğunu soruşduqda o, cavabında “Mənim oğlum Əli idmançıdır, Valehin üstünə göndərdiyim adamlardan birinin adı Samirdir, o, boks müəllimidir, Samirin sport zalı var, oğlum Əli onun yanında məşq edir, Samir oğlum Əlinin müəllimidir, mən Valehdən İranlıya borclu olduğu pulun istənilib alınmasını Samirə tapşırmışdım” deyə bildirmişdir. Qeyd etdiyi kimi, o, həmin vaxt İran İslam Respublikasının Desful şəhərində idi. İlhamla telefonla danışarkən Həsən və Bəşir adlı İran İslam Respublikasının vətəndaşları yanında idilər. Bundan sonra o, İlhamın ona dediklərini Bəşirə və Həsənə danışmış və onlar qorxuya düşmüşlər. Bundan təxminən bir ay sonra o, Bakı şəhərinə gəlmişdir. İlhamın istifadəsində olan xatırlamadığı mobil nömrəsinə həmin vaxt istifadəsində olan hazırda xatırlamadığı mobil nömrədən zəng edib onunla Bakı şəhərində Nəsimi rayonu ərazisində adını bilmədiyi kafedə görüşmüşdür. Onların görüşdüyü kafe ilə üzbəüz yolun əks tərəfində “Ukraynski kuxnya” adlı restoran var idi. İlham onunla görüşməyə tək gəlmişdir. Söhbət zamanı İlham ona telefonda dediklərini olduğu kimi danışmışlar. Sonra demişdir ki, “Valehlə mübahisə zamanı yaralanan iki nəfər şəxsi Rəşad adlı tanışımla birlikdə xəstəxanaya qara yolla salmışıq, onlar xəstəxanada qeydiyyata düşməyiblər, adam var ondan borc alıb xəstəxanaya vermişik, borc aldığımız adama altı min manat borcumuz var. Həm də hadisədə iştirak edən digər şəxslərdən Samirin ölkədən qaçması üçün pul lazımdır. Mənə təcili altı min manat pul tap”. O, Şahid6 Rəşad adlı şəxsin kim olduğunu soruşmuşdur. Şahid6 demişdir ki, “Rəşad mənim dostudur, istilik sistemləri çəkməklə məşğuldur, sabah səni onunla görüşdürüm özün onunla danışarsan və altı min manat pulu ona verərsən”. Sonra Şahid6 Rəşad adlı şəxsin istifadəsində olan xatırlamadığı mobil nömrəni ona vermişdir ki, onunla zəngləşib görüşsün. Şahid6la görüşdükləri günün səhərisi ya Rəşad adlı şəxs onun istifadəsində olan mobil nömrəsinə, ya da o, Rəşad adlı şəxsin istifadəsində olan mobil nömrəyə zəng edib onunla Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən bazarın yanında görüşmüşdür. Söhbət zamanı Rəşad Hacıqabul rayonundan olduğunu, Bakı şəhərində istilik sistemləri çəkməklə məşğul olduğunu demişdir. Rəşad onunla görüşməyə badımcan rəngli, dövlət nömrə nişanını bilmədiyi köhnə “Mercedes Benz” markalı avtomaşınla gəlmişdir. Söhbət zamanı Rəşad ona Valeh adlı Lənkəranlı ilə münaqişə zamanı iki nəfər şəxsin xəsarət aldığını, onları Şahid6la birlikdə qara yolla xəstəxanaya yerləşdirdiklərini, xəstəxana xərclərini ödəmək üçün tanışından üç min manat borc pul aldığını və hadisədə iştirak edən Samir adlı şəxsin ölkədən qaçması üçün üç min manat pul lazım olduğunu demişdir. Rəşadla danışdıqdan sonra o, Bəşirə zəng edib demişdir ki, vəziyyət gərgindir, işi görən adamlar ondan pul istəyirlər. Bəşir isə cavabında ona demişdir ki, “Sən həll et, özün pul tap ver, mən sənə sonra verərəm”. Bildirmək istəyir ki, Gürcüstan vətəndaşı olan “İvan” ləqəbli, Mirməmməd adlı şəxsin göyərti məhsullarının satışı ilə bağlı ona dörd min beş yüz ABŞ dolları borcu var idi. “İvan” ləqəbli Mirməmməd adlı şəxsin soyadını və atasının adını bilmir, o, milliyətcə azərbaycanlıdır, Gürcüstanın Rustavi rayonunun, Soğanlı kəndində yaşayır. “İvan”ın telefon nömrəsi onun mobil telefonunun yaddaşında var. “İvan”a zəng edib ondan mənə borclu olduğu pulu təcili göndərməsini bildirmişdir. Bundan iki və ya üç gün sonra “İvan” onun adına iki və ya üç dəfəyə ümumilikdə üç min ABŞ dolları pulu bank vasitəsilə göndərmişdir. O, göndərilmiş pulu Bayıl qəsəbəsində yerləşən Polis Bölməsinin yanındakı adını bilmədiyi bankdan götürmüşdür. Rəşad və İlhamın ondan istədikləri altı min manat pulu hazır etdikdən sonra Rəşad adlı şəxsə zəng edib bu barədə məlumat vermişdir. Altı min manat pulu hazırladığı günün axşamı və ya bundan bir gün sonra o, Rəşadla Bakı şəhərində ya Bayıl qəsəbəsində, ya da Nəsimi bazarının yanında görüşüb altı min manat pulu ona vermişdir. Rəşad altı min manat pulu məndən götürməyə tək, öz avtomaşını ilə gəlmişdir. Rəşad pulu götürən zaman bir daha bildirmişdir ki, altı min manat puldan üç min manatını Samir adlı şəxsin Azərbaycan ərazisindən qaçması üçün verəcək, üç min manat pulu isə yaralanan şəxslərə görə borc alıb xəstəxanaya verdiyi pulun əvəzinə borc aldığı adama verəcəkdir. Rəşad və İlham üç min manat pulun kimdən borc alındığını ona deməmişlər. Ona maraqlı olmadığı üçün onlardan bu barədə soruşmamışdır. Bundan bir neçə gün sonra Şahid6 və Rəşad adlı şəxslə Bakı şəhərində, Bayıl qəsəbəsində yerləşən bazarın yanında görüşmüşlər. Söhbət zamanı Rəşad ona demişdir ki, Samir adlı şəxs ölkədən qaça bilməmişdir. Rəşad demişdir ki, “İmkan varsa bir az da pul ver, verdiyin üç min manat pulun üstünü düzəldib Samiri Azərbaycandan qaçırdaq”. Rəşad ondan həmin görüşdə konkret məbləğ istəməmişdir. O, Rəşada pul verə bilməyəcəyini demişdir. Hətta söhbət zamanı Rəşada və İlhama demişdir ki, “geci-tezi var, hamımızı sonda tutacaqlar”. Rəşad da demişdir ki, “Əsas Samirdir, onun qaçmasına kömək elə qalan işlər həll olunacaqdır, narahat olma”. Həmin görüş zamanı o, başa düşmüşdür ki, Rəşad adlı şəxs Zərərçəkmiş şəxs oğurlanıb döyülərək ondan X81 borclu olduğu pulun tələb olunmasından və eləcə də sonda Valehin ölümündən məlumatlıdır. Çünki, Rəşad xəsarət alan şəxslərə və Samir adlı şəxsin ölkədən qaçmasına köməklik istəməkdə çox canfəşanlıq göstərmişlər. Bundan sonra heç bir şey olmamış kimi o, dəfələrlə İran İslam Respublikasına gedib-gəlmişdir. İrana gedərkən Bəşirdən Rəşada verdiyi altı min manat pulu istəmiş və Rəşad ona beş min ABŞ dolları pul vermişdir. Bəşir Zərərçəkmiş şəxs oğurlanaraq döyülməsi, ondan pul tələb olunması və sonda isə ölümü ilə bağlı çox narahatçılıq keçirirmiş və hər dəfə görüş zamanı ona onların nə vaxtsa tutulacaqlarını demişdir. Onu da bildirir ki, Şahid6 qardaşı X105 Qəhrəmaninin yaxın dostlarından biri olmuşdur. O, Şahid5 və onun X92yə əvvəlcədən demişdir ki, Valehin tapılmasında və ondan borclu pulun alınmasında onlara Şahid6 köməklik göstərir. İlham Valehlə bağlı ona nə deyirdisə, o da onun dediklərini olduğu kimi Həsən və Bəşirə bildirirmiş. Bəşir və Həsən dəfələrlə ondan Valehin tapılıb-tapılmamasını soruşmuşlar, o da bu barədə İlhama zəng edib maraqlanmışdır. Sonra İlham ona nə deyirdisə olduğu kimi onların dediklərini Bəşir və Həsənə demişdir. Şahid8 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onunla ədavəti və yaxınlığı yoxdur. O, hadisə ilə bağlı heç nə bilmir, məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 Əli oğlu təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilir. Belə ki, onun Valen Nəcəfovun ölümündə və oğurlanmasında heç bir iştirakı olmamışdır. O, Zərərçəkmiş şəxs əvvəllər heç vaxt tanımamış, onunla heç bir əlaqəsi və ya münasibəti olmamışdır. O, heç kimlə mütəşəkkil dəstədə birləşməmişdir. Şahid1, Şahid2, Şahid4, Şahid9 tanımır. 2017ci ilin fevral ayının sonu və ya mart ayının əvvəlində, tarixi xatırlamadığı gün dostu Şahid6la görüşüb ümumi söhbət edən zaman İlham ona “Bir nəfər Lənkəranlı var, Xırdalan şəhərində yaşayır, onun həmkəndlim Miskin adlı şəxsin iranlı dostlarına on altı min ABŞ dollar pul borcu var və həmin iranlılıar Miskinə müraciət ediblər ki, Valeh adlı şəxsdən onlara borclu olduğu pulun alınmasına köməklik göstərsin. Həmkəndlisi Miskin də ona zəng edib həmin Xırdalanda yaşayan adamdan onun iranlılara borclu olduğu pulu almağa köməklik göstərməsini xahiş etmişdir. Əgər Xırdalanda yaşayan adamdan borclu olduğu pul alınsa iranlılar alınacaq puldan bizə də hörmət edəcəklər” deyə bildirmişdir. İranlıların adlarının Bəşir və Həsən olmasını bilməmişdir. İlham ona, səhv xatırlamırsa, iranlıların və onlara borclu olan adamın adlarını deməmişdir. İlham ilə görüşdüyü yer, tarix və vaxt da yadında deyil. Həmçinin İlham ona Xırdalanda yaşayan şəxsdən alınacaq puldan onlara nə hörmət olunacağını da deməmişdir. Söhbət zamanı İlhama demişdir ki, o, kimdənsə pul istəyib almağı bacarmaz və onu belə məsələyə qatmasın, İlham isə ona “Təqsirləndirilən şəxs bu məsələni həll edə bilərmi?” deyə sual verdikdə cavabında ona bildirmişdir ki, “Mən bilmərəm, get Təqsirləndirilən şəxs özü ilə görüş, söhbət et”. İlham onun oğlu Fatehin məşq etdiyi idman zalına gəlib-getdiyi üçün Təqsirləndirilən şəxs tanımışdır. Tarix yadında deyil, İlham ilə bu görüşdən bir neçə gün sonra o, Samir ilə idman zalında görüşərkən ona demişdir ki, dostu İlhamın kəndiçisin kiminləsə borc pul məsələsi var, İlham özü onunla görüşmək istəyir. Samir də demişdir ki, “Problem yoxdur. İlham gəlsin ona köməklik etməyə çalışaram”. Bundan sonra o, İlhama zəng edib demişdir ki, “Təqsirləndirilən şəxs Xırdalanda yaşayan adamdan borclu olduğu pulun alınmasına köməklik edəcəyinə söz verib və gəl birlikdə gedək, onunla özün danış, söhbət elə”. Bundan bir neçə gün sonra Şahid6 ona zəng edib harada olduğunu soruşmuşdur. O, İlhama demişdir ki, Fatehi idman zalına məşq etməyə aparır. İlham da demişdir ki, o da zala gəlib Samir müəllim ilə görüşüb ona dediyi həmin məsələni danışacaqdır. Həmin tarixdə axşam saat 7-8 radələrində Şahid6 onun oğlunun məşq etdiyi idman zalına gəlmişdir. Sonra İlham və o, idman zalının yerləşdiyi binanın həyətində Təqsirləndirilən şəxsla görüşmüşdür. Şahid6 Təqsirləndirilən şəxsla söhbət etməyə başlamışdır. İlham Təqsirləndirilən şəxs tam təfərrüatı ilə hər şeyi danışmışdır. Hətta borclu olan adamın adını, onun Lənkəranlı olduğunu və Xırdalanda yaşadığını da demişdir. Təqsirləndirilən şəxs isə demişdir ki, “Xırdalanda yaşayan tanışlarım, dostlarım var, çalışıb sizə köməklik göstərərik”. İlham ilə Samirin danışıqlarının tam təfərrüatını bilməmişdir. Onlar təxminən on-on beş dəqiqə ərzində həmin məsələ ətrafında danışıq aparmışlar. Bu ərəfədə o, idman zalına daxil olub oğlunun məşqinə baxdığından və ya telefonuna gələn zəngləri cavablandırdığından Samir ilə İlhamın danışıqlarının tam məzmununu bilməmişdir. Bundan sonrakı görüşlərdə Şahid6la və Təqsirləndirilən şəxsla həmin məsələ ilə bağlı heç nə danışmamışdır. 2017-ci ilin mart ayının sonu və ya aprel ayının əvvəli idi. Dəqiq tarix yadında deyil. Oğlu Fatehi həmişəki kimi məşq zalına apararkən Təqsirləndirilən şəxs zalda olmadığını görüb onun istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng etmiş, lakin Təqsirləndirilən şəxs telefonuna zəng çatmamışdır. Bundan bir neçə gün sonra yenidən oğlu Fatehi məşq etməsi üçün idman zalına apardıqda yenə də onun müəllimi Təqsirləndirilən şəxs zalda olmadığını görmüşdür. İdman zalında məşq edən şəxslərdən Təqsirləndirilən şəxs harada olduğunu soruşduqda, hamı ona bir neçə gündür ondan xəbər ala bilmədiklərini demişlər. Samirin qayınatası Azərin evində santexnik işləri gördüyü üçün onun telefon nömrəsi onda var idi. O, Azərə zəng edib Təqsirləndirilən şəxs məşqə gəlməməsinin səbəbini soruşmuş və o, ona “Pis hadisə baş verib, Samirgil Xırdalana gedib kimisə vurublar, kimsə Samirgillə gedən şəxslərə xəsarət yetirib” deyə bildirmişdir. Azər hadisənin Xırdalan şəhərində baş verdiyini dedikdə başa düşmüşdür ki, həmin hadisə məhz İlhamın dediyi məsələyə görə baş vermişdir. Belə olduqda o, narahat olub dərhal Azərin yaşadığı evə getmişdir. Söhbət zamanı Azər demişdir ki, “Samir Xırdalanlı uşaqlarla birlikdə kimdənsə borclu olduğu pulu almaq üçün Xırdalan şəhərinə gediblər, orada borclu adamla mübahisələri baş verib və borclu olan adam öldürülüb, bizim evə də polislər gəlmişdilər, Samir qaçıb, polislər onu axtarır”. Lakin Azər ölən adamın kim olduğunu və onun kim tərəfindən öldürüldüyünü və hadisənin tam olaraq necə baş verməsini, hadisədən sonra Samirin haraya qaçdığını və harada gizləndiyini bilmədiyini demişdir. Həmin hadisə baş verən ərəfədə Şahid6 Azərbaycanda yox idi və, səhv etmirsə, işi ilə bağlı Gürcüstanın Tbilisi şəhərində ezamiyyətdə olmuşdur. İlham Gürcüstandan qayıdarkən o, onu Bakı X32rşılamış və baş vermiş hadisə barədə ona məlumat vermişdir. İlham çox narahatçılıq keçirmişdir. Demişdir ki, “İlham, hamını bəlaya salmısan, Samirin ailəsinin vəziyyəti pisdir, onun iki uşağı var, xəstədir, ailəsində işləyən bir Samir idi, həm öz ailəsinə, həm də atasıgilə Samir baxırdı, bu hadisəyə görə Samir qaçaq düşübdür, onun ailəsinin maddi vəziyyəti pisdir və onun ailəsinə maddi cəhətdən köməklik etmək lazımdır”. Bir sözlə, İlhama demişdir ki, Samirin ailəsinə köməklik üçün dörd min və ya beş min manat pul vermək lazımdır. Bildirir ki, Samirin qayınatası Azər ondan hər hansı məbləğdə pul istəməmişdir. Amma Azər söhbət zamanı ona maddi vəziyyətlərinin çox pis olduğunu demiş və bu hadisələrin səbəbkarlarının gəlib Samirin ailəsinə, uşaqlarına yiyə çıxmalarını demişdir. Buna görə də o, İlhama demişdir ki, Samirin ailəsinə dörd min və ya beş min manat pul vermək lazımdır. İlham demişdir ki, “İmkanım yoxdur, amma görüm nə edə bilirəm”. Bundan bir müddət sonra Şahid6 zəng edib onunla görüşmək istədiyini demişdir. O, İlhamla onun yaşadığı mənzildə görüşmüşdür. Söhbət zamanı İlham ona beş min manat pul verib demişdir ki, həmin pulu aparıb Təqsirləndirilən şəxs ailəsinə çatdırmışdır. Şahid6 ona verdiyi həmin beş min manat pulu haradan aldığını bilməmişdir. Sonra İlhamdan götürdüyü beş min manat pulu aparıb yaşadığı evdə Samirin qayınatası Azərə vermişdir. Şahid6 Azəri tanımamışdır. Azərə beş min manat pulu verdikdən bir müddət sonra Şahid6 ona zəng edib demişdir ki, “İşdəyəm vaxtım yoxdur, çıxa bilmirəm, həmyerlim Miskin Bakıdadır, o mənə pul gətirib, onunla görüş, pulu götür, axşam mənə verərsən”. İlham Miskinin ona nə qədər pul verəcəyini deməmişdir. O, əvvəllər Miskini tanımamış və onunla heç bir əlaqəsi və ya münasibəti olmamışdır. Bundan sonra, səhv etmirsə, ya Miskin ona, ya da o Miskinə zəng edib Miskinlə Bakı şəhərində xatırlamadığı yerdə görüşmüşdür. Miskinə onu Şahid6 yanına göndərdiyini demişdir. Bu vaxt Miskin zərfə bükülü vəziyyətdə ona pul vermişdir ki, həmin pulu İlhama çatdırsın. Həmin vaxt onların arasında başqa söhbət olmamışdır. Miskin onunla görüşməyə tək gəlmişdir. O, pulu Miskindən götürərkən saymamışdır. Miskin özü də zərfdə nə qədər pul olduğunu ona deməmişdir. O, elə həmin gün axşam Miskindən götürdüyü pulu İlhamın yaşadığı evdə İlhamın özünə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid10 göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən on beş ilə yaxındır ki, ev alqı-satqısı ilə məşğul olur. Hal-hazırda da Xırdalan şəhərində “AAAF Park”ın qarşısında kirayə götürdüyü otisdə ev alqı-satqısı ılə məşğul olur. Şahid1 təxminən 2012-ci ildən tanıyır. Belə ki, 2012-ci ildə Xırdalan şəhərində makler kimi işləyərkən, Xəyal onun ofisinə gələrək namaz qılmaq üçün yer istəmişdir. O, ona namaz qılmaq üçün şərait yaratdıqdan sonra Xəyal namazını qılmağa başlamışdır. Xəyal dini ibadətini yekunlaşdırdıqdan sonra ona tanışlıq verərək bildirmişdir ki, onun özü də Xırdalan şəhərində ev alqı-satqısı ilə məşğul olur, hal-hazırda işlədiyi ofisin yerləşdiyi yer əlverişsiz olduğu üçün işləri zəifdir. Daha sonra onunla birgə işləməyi təklif etmişdir. Həmin vaxt o, ofisdə tək işlədiyi üçün çətinlik çəkmiş, ona görə də Xəyalın təklifi ilə razılaşmışdır. Həmçinin namaz qılmağı onda ona qarşı xoş təəsurat yaratmışdır. Onlar Xəyalla birlikdə təxminən bir ilə yaxın müddət həmin ofisdə işləmişlər. 2013-cü ildə iqtisadi böhran onların işlərinə də təsir göstəmiş və demək olar ki, alqı-satqı edə bilməmişlər. Bu səbəbdən həmin ili o, ofisdən çıxaraq bir müddət işsiz qalmışdır. Həmin ərəfədə Xəyal ofisdə tək işləməyə başlamışdır. Təxminən üç-dörd ay sonra Xəyal da işlərin düzəlməyəcəyini görərək ofisdən çıxmışdır. O, təxminən bir ilə yaxın müddət işsiz qalmışdır. Xəyalla bundan sonra hər-hansı işdə bir yerdə işləməmişlər. Xəyal maklerliklə bərabər Xırdalanda süd satmaqla da məşğul olmuşdur. Xəyalın özünə məxsus süd maşını var idi. Xəyal tez-tez Qəbələ rayonuna gedərək özünə məxsus avtomaşına süd doldurub Xırdalan şəhərində satmaqla məşğul olmuşdur. Bu illər ərzində Xəyalla yalnız salam-sağolu olmuşdur. O, 2016-cı ildə Xırdalan şəhərində “AAAF Park” la üzbəüz ofis arendaya götürərək hal-hazıradək makler kimi fəaliyyət göstərir. 2017-ci ilin fevral ayında Xəyal onun ofisinə yaxınlaşaraq Xırdalan şəhərində yerləşən həyət evini satmaq istədiyini bildirmişdir. O, Xəyalla bir yerdə onun evinə gedərək evin şəkillərini çəkmiş və internet saytlara yerləşdirmişdir ki, satmaq asan olsun. Xəyal bundan sonra tez-tez onun ofisinə gələrək evə müştəri tapıb-tapmamağı ilə maraqlanmış, mənfi cavab aldıqda isə evin qiymətini bir az da azaldmışdır. Belə ki, Xəyal evin qiymətini ilkin əlli beş min manata satmaq istəsə də, daha sonra əlli min manata qədər salmışdır. Zərərçəkmiş şəxs isə onun qohumu olmaqla bibisinin baldızı oğludur. Həmçinin Xırdalan şəhərində onunla qonşu olmuşlar. Valeh uzun müddət Rusiyada yaşamaqla orada “Yaşıl bazar” adlanan bazarda nəzarətçi kimi işləmişdir. Onun bildiyinə görə həmin işə düzəlməkdə onun tanışı olan mərhum “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyev köməklik etmişdir. Təxminən üç ay bundan əvvəl Valeh Xırdalan şəhərinə yaşamağa gəlmişdir. On beş gün olardı ki, Valeh onun “AAAF Park” la üzbəüz olan ofisinə yaxınlaşıb ona müraciət edərək ozü ilə bərabər gələn, adını xatırlamadığı bir şəxsi ona dostu kimi təqdim edib həmin şəxsə kreditə mənzil axtarıb tapmağı xahiş etmişdir. Bundan sonra Valeh bir-iki dəfə də ofisinə yaxınlaşaraq ev tapıb-tapmamağı ilə maraqlanmışdır. Lakin dostunun əlində olan pulun az olduğunu bildirərək o qiymətə üç otaqlı mənzil almağın mümkün olmadığını bildirmişdir. Həmin vaxt Valeh həmçinin ona uşaqlarının artıq böyüdüyünü deyib, bildirmişdir ki, yayda ailəsini rayona göndərmək istəyir ki, özünə məxsus olan iki otaqlı evi satıb əvəzində üç otaqlı təmirsiz ev alsın. O, Valehə hər cürə kömək edəcəyini söz vermişdir. 29 mart 2017-ci il tarixdə saat təxminən 19-20 radələrində evdə olarkən Xəyal ona məxsus ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** telefon nömrəsindən zəng edərək “Sənin Valeh adında Lənkəranlı qohumun var?” deyə soruşmuşdur. O, bir qədər düşündükdən sonra Valeh adlı qohumunun olduğunu söyləmişdir. Xəyal cavabında Valehin yanlarında olduğunu və onlara otuz min ABŞ dolları pul borclu olduğunu bildirmişdir. O, harada olduqları ilə və Valehin onunla nə pul söhbətinin olması ilə maraqlanmışdır. Xəyal telefonda demişdir ki, şəhərdədilər, Valehin onlara deyil, iranlı bir şəxsə pul borcunun olduğunu, həmin iranlının bir neçə il bundan qabaq Rusiyanın Moskva şəhərində bir maşın göyərti verdiyini, Valehin pulu ona qaytarmadığını, həmin pulu almağı isə ortaq postları vasitəsilə Xırdalanda yaşadığına görə ona həvalə edildiyini bildirmiş və Valehin necə oğlan olmasını ondan soruşmuşdur. O, Xəyala Valehin yaxşı oğlan olduğunu, Moskva şəhərində mərhum Rövşən Caniyevin köməkliyi ilə bazarda nəzarətçi işlədiyini, sonuncu da hər adamı Moskvada bazarda nəzarətçi kimi işə qoydurmayacağını demişdir. Xəyal isə ona Valehin ilkin olaraq iranlıya hər-hansı bir borcunun olduğunu boynuna almadığını, lakin onu döydükdən sonra hər şeyi etiraf etdiyini, bir neçə adamın adını çəkdiyini, o cümlədən onun da adını onlara deyib qohumu olduğunu onlara dediyini bildirmişdir. Xəyal Valehi döydükləri üçün onlardan polisə şikayət edib-etməyəcəyi ilə ondan maraqlanmışdır. O isə Valehin hörmətli oğlan olduğunu, onu sıxmamalarını, əgər pul borcu varsa onu qaytaracağını bildirmişdir. Bundan sonra aralarında olan telefon danışığı başa çatmışdır. Bundan sonra onun Valeh ilə görüşü olmamışdır və olsaydı belə onun bu məsələdən utanacağından narahat olaraq Valehdən bu barədə soruşmayacaqdır, yalnız özü bu barədə ondan bir söz soruşacağı təqdirdə o, Valehdən məsələ ilə maraqlanardı. O, Xəyalla aralarında olan telefon danışığı ilə bağlı da hüquq-mühafizə orqanına müraciət etməmişdir. Belə fikirləşmişdir ki, Valehlə Xəyal artıq aralarında razılığa gəlmişlər. 30 mart 2017-ci il tarixdə saat təxminən 11 radələrində işdə olarkən Xəyal özünə məxsus göy rəngli “Mercedes C” markalı avtomobillə “AAAF park” yaşayış binasının girişində olan “Makromart” marketinin qarşısına gəlmişdir. Həmin vaxt avtomobildə Xəyaldan başqa bir nəfər sarışın oğlan sərnişin yerində oturmuşdur. Avtomobil bir az uzaq məsafədə dayandığından o, avtomobilin içərisində oturan şəxsin üzünü dəqiq görməsə də, bəlkə də tanıya bilər. Beş-on dəqiqə sonra Xəyal avtomobildən düşərək onun ofisinə daxil olmuşdur. Valehlə otuz min ABŞ dolları on min ABŞ dolları qarşılığında razılaşdıqlarını və on min ABŞ dolları müqabilində Valehin ona brilliant qaşlarla bəzədilmiş iki sırğa və bir üzük gətirəcəyini bildirmişdir. O, Xəyala dünənki telefon danışığını xatırladaraq Valehin iranlıya otuz min ABŞ dolları borcu olduğunu dediyini soruşduqda isə, “İranlı getsin işi ilə məşğul olsun, əsas bizə çatacaq puldur” deyə Xəyal ona cavab vermişdir. Xəyal ofisdə olarkən Valeh ona zəng edərək harada olması ilə maraqlanmışdır. Xəyal isə telefonda Valehə avtomobilin yanında gözləməyi və özünün də oraya gələcəyini bildirərərk ofisdən çıxmışdır. O, ofisin pəncərəsindən onları izləməyə başlamışdır. “Makromart” marketinin qarşısaında Valeh ilə Xəyal görüşmüşlər və Valeh cibindən çıxardığı çəhrayı rəngli qutunu Xəyala verərək “AAAF park”a qayıtmışdır. Xəyal Valehdən götürdüyü qutunun içərisində olan brilliant qaşlarla bəzədilmiş iki ədəd sırğa və bir ədəd üzüyünü ona göstərərək bunun məbləği və kimə sata biləcəkləri ilə maraqlanmışdır. O isə Xəyala bildirmişdir ki, həmin qızılı Valehə qaytarsınlar və ona möhlət versinlər ki, borcunu onlara qaytarsın. Həmçinin əlavə etmişdir ki, bu çox dəyərli və qədim əşyadır, ola bilsin ki, anasından yadıgar qalmışdır. Xəyal isə “Moskva” univermağı adlanan yerə gedəcəyini və orada olan zərgərlərə həmin qızılları göstərəcəyini normal qiymət deyiləcəyi təqdirdə həmin qızılları sataraq Valehin borcundan çıxacağını bildirərək ofisi tərk etmişdir. Xəyalın avtomobilində olan sarışın şəxs isə bu söhbətlər ərəfəsində avtomobildən düşməmişdir. Həmin gün saat təxminən 16-17 radələrində Xəyal yenidən onun ofisinə gələrək komplektə maksimum üç min manat qiymət qoyulduğunu, həmin qiymətin Valehə deyəcəyini, əgər razılaşacağı təqdirdə satıb borcundan çıxacağını bildirmişdir. O isə bu qızılların çox dəyərli olduğunu, onu Valehə qaytarmalarını və ona borcu qaytarmaq üçün möhlət vermələrini bir daha xahiş etmişdir. Həmin vaxt Xəyalın mobil telefonuna zəng gəlmişdir. Xəyalın danışığından başa düşmüşdür ki, telefondakı Valehdir. Xəyal Valehə səhər görüşdükləri yerə, yəni “AAAF park” yaşayış binasının girişində yerləşən “Makromart” marketin qarşısına gəlməyi bildirərək ofisdən çıxmışdır. O, ofisin pəncərəsindən Xəyalın arxasınca baxmağa başlamışdır. Təxminən beş dəqiqə sonra Valeh onlara yaxınlaşaraq Xəyalgilin gəldiyi göy rəngli “Mercedes C” markalı avtomobilə oturaraq uzaqlaşdıqlarının şahidi olmuşdur. Bundan sonra onun nə Xəyalla, nə də ki Valehlə hər-hansı əlaqəsi olmamışdır. 31 mart 2017-ci il tarixdə səhər saat 09 radələrində isə dost kimi tanıdığı, rəhmətlik Valehin yeznəsi Natiq ona zəng edərək Valehin “Qəbələli Xəyal” adlı şəxslə mübahisəsinin düşdüyünü və öldürüldüyünü bildirmişdir. O, həmin gün Natiqin qardaşı Namiqlə birlikdə yas mərasimində iştirak etmək üçün Lənkəran şəhərinə getmişdir. Yas mərasimində danışılan söhbətlərdən eşitdiyinə görə Valeh 30 mart 2017-ci il tarixdə gecə evlərində ailə üzvləri ilə sağollaşaraq belinə tapançasını qoyub evdən çıxmış, baxmayaraq ki, həyat yoldaşı onun getməsinə qarşı olmuşdur. Valeh evdən çıxandan sonra adını xatırlamadığı bibisi oğlu ilə görüşüb ona Lənkəran rayonuna gedəcəklərini və “Cip” modelli avtomobili ilə “Makromart” marketinin qarşısında onu gözləməsini xahiş edərək on dəqiqəyə geri qayıdacağını bildirib harasa getmiş, bibisi oğlu da avtomobilinə yanacaq doldurub həmin marketin qarşısında onu gözləmiş, lakin Valeh deyilən yerə gəlməmişdir. Sonradan məlum olmuşdur ki, Valehi Xırdalan şəhərində 28-ci məhəllədə güllə ilə vurulub öldürülmüşdür. Xəyaldan soruşanda o ona bildirmişdir ki, iranlı bu barədə öz dostuna, həmin şəxs Xəyalın dostuna demiş, sonuncu isə Xırdalan şəhərində yaşadığı üçün bu söhbəti həll etməyi Xəyala tapşırmışdır. Həmin şəxslərin kimliyi barədə hər-hansı məlumatı olmamışdır. Valehin həmin silahı haradan əldə etməsini bilmir. Ola bilər ki, Valeh Moskva şəhərində yaşayarkən həmin silahı oradan əldə edərək özü ilə bura gətirmişdir. Lakin o, onda heç vaxt silah görməmişdir. O, İran İslam Respublikasının vətəndaşı olan Bəşir adlı şəxsi, Şahid2, Şahid9, Təqsirləndirilən şəxs Elman oğlunu, Şahid4 və Miri adlı şəxslərin heç birini tanımır, həmin şəxslərlə hər-hansı münasibəti olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid9 təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, 2005-ci ildə Bakı şəhəri, Xətai rayonu, 171 saylı orla məktəbin on birinci sinifini bitirmişdir. 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Milli ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ailəsi dörd nəfərdən, atası, anası, ondan və qardaşından ibarətdir. X15 30 iyul 1961-ci ildə Salyan rayonunun Seyidlər kəndində anadan olub, orta ixtisas təhsillidir, "xxxx" Açıq Səhmdar Cəmiyyətində maşınist köməkçisi işləyir. X5 08 yanvar 1958-ci ildə Salyan rayonunun Seyidlər kəndində anadan olmuşdur. Orta təhsillidir, heç yerdə işləmir, evdar qadındır, onurğasında problemi olduğu üçün yataq xəstəsidir. X73 02 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub, orta-ixtisas təhsillidir, “SOCAR” şirkətində rabitəçi işləyir. O, heç vaxt ruhi-əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar hər hansı xəstəxanada və ya müalicə müəssisəsində qeydiyyatda olmamışdır. İdmanın boks növü üzrə məşq etmişdir. Heç bir yerli və beynəlxalq idman yarışlarında iştirak etməmişdir. 2008 və ya 2009-cu ildə cəmi yeddi gün Bakı şəhərində Əl oyunları sarayında keçirilən güləş üzrə dünya çempionatında mühafizəçi işləmişdir. Bundan başqa heç yerdə işləməmişdir. Təqsirləndirilən şəxs 2005-ci ildən tanıyır. Onunla Ağdam rayonunun Mahrızlı kəndində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. O, onun yaşadığı mənzilin dəqiq ünvanını isə bilmir. O, Samirlə dost münasibətində olduğu üçün onunla demək olar ki, günaşırı görüşümüş, onun işlədiyi idman zalına gedib orada məşq etmişdir. Səhv xatırlmırsa, 2009 və ya 2010-cu ildə Əhmədli qəsəbəsində, Ukrayna dairəsinin yuxarısında yerləşən “Heydər parkı”nın üst hissəsindən keçən yolu sol tərəfindəki “Cıdır restoranı”nın içərisində hazırda adını xatırlamdığı bir nəfər şəxslə aralarında baş vermiş mübahisə və münaqişə zamanı üzərində gəzdirdiyi bıcaqla həmin şəxsin sol ayağının bud nahiyəsindən bir dəfə vurmuşdur. Həmin şəxs Su Tikinti Xəstəxanasına aparılmışdır. Onun müalicə xərcləri onun atası odəmişdir. Bununla bağlı Xətai rayon Polis idarəsinin 35-ci polis bölməsində araşdırma aparılmış və zərərçəkmiş şəxslə barışdığı üçün sonra işi bağlanmışdır. Bundan başqa onun barəsində hər hansı bir hüquq mühafizə orqanında araşdırma aparılmamışdır. O, imkansız bəzi tanışlarına problemlərinin, məsələn hansısa borclu olan şəxsdən pulun geri qaytarılmasına köməklik etmişdir. Xatırladıqlarından bunu deyə bilər ki, təxminən on il əvvəl xalası oğlu X40 ona müraciət edib bir nəfərin ona yüz manat borclu olduğunu və həmin pulun alınmasında ona köməklik etməyini xahiş etmişdir. Adını xatırlamadığı şəxslə Yeni Yasamal qəsəbəsində görüşmüş və ona borcunu qaytarmalı olduğunu başa salmışdır. Bundan sonra həmin şəxs xalası oğlu Orxana borclu olduğu pulu qaytarmışdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 26 mart 2017-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla Əhmədli qəsəbəsində yerləşən keçmiş “Bakı” kinoteatrının binasının yaxınlığında görüşən zaman, o, ona demişdir ki, “Valeh adında bir şəxs var, Xırdalanda yaşayır, onun bir iranlıya iyirmi min manat borcu var, iki ildir ki, borcunu qaytarmır, onunla görüşüb pulun qaytarılması ilə bağlı söhbət etmək lazımdır”. Bundan sonra Samir onun yanında dostu Xəyala zəng edib demişdir ki, “Xırdalan Valeh adlı adam yaşayır, onun barəsində maraqlan gör kimdir, onu tap, görüşüb söhbət edək”. Həmçinin həmin söhbət zamanı Samir demişdir ki, Valeh adlı şəxsdən alınacaq pul iranlıya verilməyəcək və öz aralarında bölünəcəkdir. İranlı şəxs ilə Valeh arasında borc məsələsini necə yaranmasını isə o, bilmir. Bildirmək istəyir ki, o, əvvəllər Valeh adlı şəxsi tanımamış, onunla heç bir əlaqəsi və ya münasibəti olmamışdır. O cümlədən o, Valehin borclu olduğu iranlı şəxsi də tanımır və onun adını bilmir. Samır Kazırnovun həmin iranlı şəxsi necə tanıdığını, onunla nə kimi əlaqə və münasibətinin olduğunu o, bilmir. Valehdən iranlıya borclu olduğu pulu almaq barədə Samirə kim tərəfindən sifariş verildiyini o, bilməmiş, bu hadisədə onun rolu yalnız Valeh adlı şəxsdən pulun istənilməsində və alınmasında iştirak etmək olmuşdur. O, Xəyalın soyadını və atasının adını bilmir. O, əvvəllər Əhmədli qəsəbəsində yaşamışdır. Onu təxminən iki-üç ildir ki tanıyır. Xəyal ilə şəxslə adi tanışlıq münasibəti olmuşdur. Xəyalın ev alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Xəyalla onun əlaqəsi olmasa da, son iki-üç il ərzində onunla Əhmədli qəsəbəsində və Xırdalan şəhərində yerləşən kafelərdə görüşərək söhbətlər etmişlər. Xəyal idmanın növü üzrə məşq etmişdir. Xəyal Samirin sinif yoldaşı və ən yaxın dostu olmuşdur. Bildiyinə görə Xəyal hər hansı yerli və beynəlxalq idman yarışlarında iştirak etməmişdir. Əvvəlki görüşləri zamanı onların söhbətləri ümumi mövzuda və ya idmanla bağlı olmuşdur. Özünün dediyinə görə bilmişdir ki, Xəyal bir nəfər şəriki ilə süd satışı ilə məşğul olmuşdur. 29 mart 2017-ci il tarixdə saat təxminən 18-19 radələrində o, istifadəsində olan ***-***-**-** mobil nömrəmdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Onunla hal-əhval tutan zaman Samir demişdir ki, “Xəyal Valehi tapıb, onu gətirir Əhmədliyə bizim evin yanındakı çayxanaya, sən də bizim evin yanındakı çayxanaya gəl”. Bundan sonra o, Samirin yaşadığı binanın yanına gedib onunla görüşmüş və onlar birlikdə yaxınlıqda yerləşən “Moyka”nın yanındakı çayxanaya getmişlər. Çayxanada yerləşən kabinetlərin birinə daxil olan zaman Xəyalın əvvəllər tanımadığı üç nəfər şəxslə oturub çay içərək söhbət etdiklərini görmüşdür. O, həmin üç nəfər şəxsi əvvəllər heç vaxt görməmiş və onların heç birini tanımamışdır. Görüşən zaman həmin şəxslər adlarının Alik, Kənan və Valeh olduğunu demişlər. Valeh adlı şəxs söhbət zamanı özü danışmışdır ki, iranlı dostundan iki il bundan əvvəl iyirmi min manat borc pul almış, amma imkanı olmadığı üçün sonradan borclu olduğu pulu qaytara bilməmişdir. Sonra Valeh əlində tutduğu siqaret qutusunu göstərib demişdir ki, “Balamın canı bu siqareti almağa pulum yox idi, indi nisyə alıb gəlmişəm”. Bu vaxt Xəyal Valehə demişdir ki, “Ay alçaq, sən mənim yanımda siqareti pul verib aldın, niyə balanın canına yalandan and içirsən, balan yazıq deyil?”. Bu zaman Valehlə Xəyalın arasında mübahisə baş vermiş, Xəyal Valehi vurmaq istədikdə Samir, Alik, Kənan və o, Xəyala mane olmuşlar. Belə ki, Samirlə o, Xəyalı, Kənan və Alik isə Valehi tutub kənara çəkmişlər. Həmin vaxt Xəyal içkili vəziyyətdə olmuşdur. Samirin saat 8-də məşqi olduğundan o, iş yerinə getmişdir. Samir getdikdən sonra Xəyal ilə Valeh arasında yenidən mübanisə yaranmış və bunu görən çayxananın müdiriyyəti onlara öz iradını bildirib oranı tərk etməklərini demişdir. Belə olduqda Xəyal demişdir ki, “Oturun maşına gedək Hövsana, bacanağımgilə, orada söhbətimizi davam etdirək”. Valeh çayxanadakı mübahisədən qorxduğu üçün müqavimət göstərmədən onların sözündən sonra Xəyalın idarə eldiyi göy rəngli, dövlət nömrə nişanını bilmədiyi “Mercedes Benz” markalı avtomaşına əyləşmişdir. Belə ki, Xəyal sükan arxasına, o, ön sağ oturacağa, Kənan, Alik və Valeh isə arxa oturacaqlara əyləşmişlər. Valeh ortada, Alik və Kənan isə onun sağ və solunda əyləşmişlər. Yol ilə gedərkən Xəyal Valehin ünvanına nalayiq sözlərlə söymüşdür. Hətta Xəyal bir neçə dəfə Valehi vurmaq istəmiş, lakin o, Xəyalın qolunu tutmuşdur. Xəyalın atdığı yumruqların Valehə dəyib-dəymədiyini isə bilməmişdir. Xəyal əsəbi vəziyyətdə olmuş və avtomobili yüksək sürətlə idarə etmişdir. Avtomobildə olan zaman Valehin kimlərəsə zəng etdiyini görüb o, Valehin mobil telefonunu əlindən alıb özündə saxlamışdır. Qorxmuşdur ki, Valeh kiməsə zəng edib məlumat verər və onlar üçün problem yaranar. Bu vaxt Valeh Xəyaldan xahiş etmişdir ki, onu buraxaq və o borclu olduğu pulu tapıb gətirsin. Lakin Xəyal maşını saxlamamış və yüksək sürətlə idarə edərək Valehə demişdir ki, “Gedək səni başa salacağıq”. Beləliklə onlar, Xəyalın bacanağının Hovsan qəsəbəsində yerləşən evinə getmişlər. Saat təxminən 23.30 radələri olardı. X86 adını bilmədiyi bacanağı açdı. Onlar həmin evə daxil olub zalda əyləşmişlər. Xəyal Valehin üzərinə hücum edib onu vurmaq istədikdə o, Xəyala mane olmuşdur. Həmin vaxt Xəyal yıxılmış və qolu altında qalıb əzilmişdir. Xəyal çox əsəbi vəziyyətdə idi. Hətta Alik həmin vaxt şillə ilə Valehi vurmuşdur. Valeh çox qorxmuşdur və yalvarmışdır ki, onu vurmasınlar, vaxt alıb getsin pulu tapıb gətirsin, Valeh balasının canına yalandan and içdiyi üçün onlar ona inanmamışlar. Sonra Valeh demişdir ki, təxminən 8-9 il bundan əvvəl on min ABŞ dollarına qızıl-brilyant dəsti alıb onu onlara versin ki, ondan əl çəksinlər. Belə olduqda Xəyal və o, Alikə və Kənana demişlər ki, Valehlə gedib dediyi qızılbrilyant dəstini götürsünlər. Sonra Alik, Kənan və Valeh evdən çıxıb getmişlər. Səhv etmirsə, onlar taksi ilə getmişlər, bir qədər sonra o, Xəyal ilə birlikdə Əhmədli qəsəbəsində yerləşən, Valehlə söhbət eldiyikləri həmin çayxanaya qayıtmışlar və orada Aliki gözləmişlər. 30 mart 2017-ci il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Samir onların yanına gəlmiş və ona Hovsan qəsəbəsində baş verənlər barədə danışmışlar. Dəqiq vaxtı xatırlamır. Alik Xəyala zəng edib Valehdən qızılı götürdüyünü demişdir. Bundan təxminən bir saat sonra Alik və Kənan da oraya gəlmişlər. Alik qırmızı rəngli qutunu cibindən çıxarıb Samirə vermişdir. Samir qutunu açarkən içərisində üzərində parıltılı qaşlar olan bir ədəd üzük və sırğa dəstinin olduğunu görmüşlər. Hamı həmin qızıl dəstinə baxmışdır. Onların hər biri belə fikirləşmişlər ki, həmin qızıl dəstinin təxminən on min manat qiyməti vardır. Onların hər birinin fikri bu olmuşdur ki, həmin qızıl-zinət əşyası neçəyə satılsa onun pulunu öz aralarında bölüşdürsünlər və iranlıya heç bir məbləğdə pul verməsinlər. Beləliklə, ümumi razılığa əsasən qızıl dəsti Samirdə qalmış və onlar çayxananı tərk edib öz evlərinə getmişlər. 30 mart 2017-ci il tarixdə saat təxminən 14-15 radələrində o, Xəyal və Kənan Xırdalan şəhərində “AAAF park” yaşayış kompleksinin yaxınlığında Valehlə görüşüb ona demişlər ki, “Mərkəzi Univermağa gedək qızılı sataq”. Lakin Valeh onlarla getmək istəməmiş və demişdir ki, “Siz özünüz gedin, əgər qızıla doqquz min manatdan aşağı pul verilsə satmayın, mənim öz tanışım var həmin qiymətə ona satacam”. Bildirmək istəyir ki, o, Xırdalan şəhərinə Təqsirləndirilən şəxs idarə etdiyi, metal rəngli, dövlət nömrə nişanını bilmədiyi “Mercedes Benz” markalı maşınla getmişdir. Aralarında olan razılığa görə qızılı satmağa Xəyalın maşını ilə getməli olduqları üçün Təqsirləndirilən şəxs avtomaşınını Xırdalan şəhərində yerləşən “Karvam” adlı kafenin qarşı tərəfində saxlamışdır. Beləliklə, onlar Xəyalın maşını ilə Bakı şəhərinə, Mərkəzi Univermağa getmişlər. Orada qızıla iki və ya üç min manat pul veriləcəyi bildirilmişdir. Bu zaman Xəyal Valehə zəng edib bu barədə məlumat vermişdir. Valeh onlara Xırdalan şəhərinə “Karvan” restoranına gəlmələrini demişdir. Onlar qızılı satmayıb birlikdə Xırdalan şəhərinə Valehin dediyi yerə getmişlər. Bu vaxt saat təxminən 19-20 radələri olardı. Həmin kafeyə o, Xəyal və Kənanla birlikdə getmişdir. Onlar kafeyə daxil olan zaman Valehin kabinetdə oturduğunu görmüşlər və onun əyləşdiyi masa arxasına əyləşmişlər. Masa oval formalı idi. Xəyal onun yanında Valehlə üzbəüz, Samir isə Xəyalın yanında onunla üzbəüz oturmuşdur. Kənan onun sağında, Samirin isə solunda masanın yuxarı tərəfində əyləşmişdir. Söhbət zamanı Valeh demişdir ki, “Mən qızılı 8-9 il bundan əvvəl on alrı min ABŞ dollarına almışam, tanışım var qızılı ona doqquz min manata sala biləcəm, sabah saat 11-də görüşək gedək tanışımın yanına qızılı satım pulunu sizə verim”. Həmin söhbət zamanı onların arasında mübahisə və münaqişə olmamışdır. Valehin keyfsiz olduğunu görüb ondan hə baş verdiyini soruşmuşdur. Valeh demidşir ki, “Balam xəstədir, ona görə keyfim yoxdur, bu gün özünü nasaz hiss edirdi onu həkimə aparmışdım”. Orada Valehlə onların arasında təxminən otuzqırx dəqiqə söhbət olmuşdur. Sonda belə bir razılığa gəlmişlər ki, Xəyal və Valeh sabah görüşüb qızılı satsınlar. İlk əvvəl Valeh onlarla sağollaşıb özu tək kafeni tərk edib getmişdir. Həmin vaxt o, Valehin üzərində silah görməmişdir. Onun, Xəyalın, Samirin və Kənanın üzərində isə hər hansı bir silah yox idi. Onlar isə kafedə qalıb söhbət etmişlər. Təxminən yarım saat sonra o, Samir, Xəyal və Kənan kafedən çölə çıxmışlar. Samirin maşınının olduğu yerlə onların arasında olan məsafə təxminən iyirmi-otuz metr olardı. Onlar çölə çıxanda yaxın ətrafda heç kim yox idi. Onlar bir-biri ilə sağollaşmışlar. O, Samirlə birlikdə kafenin solu ilə bir qədər irəliləyib sonra sağa dönərək Samirin avtomaşınının olduğu yerə, yəni dayanacaq istiqamətində getmişdir. Xəyal və Kənanın isə hansı istiqamətdə getmələrini görməmişdir. Maşına çatmağa təxminən on-on beş metr qalmış Valehin Xəyal deyə qışqırdığını və bunun ardınca ardıcıl olaraq bir-iki atəş səsi eşitmişdir. Bu zaman o, qorxub Samirlə birlikdə kolluqların arası ilə qaçmağa başlamışdır. Bu ərəfədə o, bir neçə atəş səsi də eşitmişdir. Lakin konkret olaraq neçə atəş səsi eşitdiyini bilməmişdir. Atəşin kimə və hansı istiqamətdə atıldığını o, görməmişdir. O, qaçarkən mobil telefonunu sındırmışdır. Silahdan atəş açan şəxsin Valeh olduğunu bilir. Bundan sonra o, yaşadığı evə getmişdir. 06 aprel 2017-ci il tarixə kimi yaşadığı evdə olmuşdur. Həmin gün eşitmişdir ki, 30 mart 2017-ci il tarixdə “Karvan” kafesinin qarşısında baş verən hadisə zamanı Valeh ölmüş, Xəyal isə xəsarət almışdır. 06 aprel 2017-ci il tarixdə eşitmişdir ki, polislər yaşadığı evə gəlib onu axtarırlar. Belə olduqda o, Salyan rayonunun Seyidlər kəndinə getmişdir. Təxminən on beş gün orada qalmışdır. Səhv xatırmalımırsa, aprel ayının 15-i və 16-da Bakı şəhərinə yaşadığı evə gəlib özünə paltar və xarici pasportunu götürüb Zaqatala rayonuna getmişdir. Artıq Xəyalın və Kənanın həmin hadisə ilə əlaqədar tutulduqlarını eşitmişdir. Tutulacağını bildiyi üçün Zaqatala rayonuna getmişdir. Təxminən iyirmi gün bundan əvvəl o, gizlənmək məqsədilə Zaqatala rayonuna getmişdir. O, Zaqatala rayonundan olan təxminən iyirmi yeddi – iyirmi səkkiz yaşlarında olan Səbinə adlı qadını üç-dörd ildir ki, tanıyır. Onunla Bakı şəhərində tanış olmuş və bir neçə dəfə onların intim münasibətləri olmuşdur. O, Zaqatala şəhərinə onun yaşadığı evə bir neçə dəfə gedib orada qalmışdır. O, Zaqatala şəhərinə Səbinənin yaşadığı evə getmişdir. Təxminən iki-üç gün Səbinə ilə birlikdə onun evində qalmışdır. Zaqatala şəhərində gəzərkən əsgərlik dostları Rafiq və Elşənlə görüşmüşdür. Söhbət zamanı bilmişdir ki, onlar qəsdən sağlamlığa ağır zərər vurma cinayəti törətdiklərinə görə axtarışdadırlar. Onların Zaqatalada qalmağa evləri yox idi və kirayə ev axtarmışlar. O, Səbinəyə həmin evi onlara kirayə verməsini xahiş etmiş və o, onunla razılaşmışdır. Səbinə ilə razılığına əsasən o, həmin evi onlara yüz manata kirayəyə vermişdir. 11 iyul 2017-ci il tarixdə saa 12 radələrində polis əməkdaşları onu, Elşəni və Rafiqi həmin evdə tutaraq Bakı şəhərinə gətirmişlər. Bir daha bildirmək istəyir ki, onun Valehin ölümü ilə bağlı heç bir günahı yoxdur. 29 və 30 mart 2017-ci il tarixdə əynində hansı paltarlar olduğunu xatırlamır. Onun qış geyimləri yaşadığı evdədir. Hadisə yerində olduğu üçün, Xəyalla və Samirlə həmin mobil telefonla danışıqlar apardığı üçün içərisindəki məlumatlar əldə olunmasın deyə telefonu sındırmışdır. Sındırdığı sadə “Nokia” markalı mobil telefon olmuşdur. Həmin mobil telefonda o, ***-***-**-** mobil nömrəni istifadə etmişdir. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuşdur. Təxminən iki ildir ki, ***-***-**-** mobil nömrəni işlətmir. Hər iki mobil nömrə onun öz adına olub. İstifadəsində başqa mobil nömrə olmamışdır. 29 və 30 mart 2017-cı il tarixlərdə baş vermiş hadisələr zamanı o, heç bir xəsarət almamışdır. O, Miri adlı şəxsi tanımır. O, Bəşir adlı İran İslam Respublikasının vətəndaşını tanımır. Samirin deməsindən bilmişdir ki, Valehin bir nəfər iranlıya iyirmi min manat borcu olub. Lakin Samir həmin iranlının adını ona deməmişdir. Bir daha bildirmək istəyir ki, Valehin ölümündə heç bir günahı yoxdur. Onun günahı odur ki, Valehin borclu olduğu pulun istənilməsində Xəyal, Kənan, Alik və Samirlə birlikdə yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs harada olması ilə bağlı heç nə bilmir. O, 2016-cı ilin yay fəslində özü tək Rusiya Federasiyasının Leninqrad (Sankt-Peterburq) şəhərinə uzaq qohumu Ramin adlı şəxsin yanına getmişdir. Ramin idmançıdır. Onun Leninqrad (Sankt-Peterburq) şəhərində idman zalı var. O, orada təxminən beş gün qalıb sonra Bakı şəhərinə qayıtmışdır. Bundan başqa o, özü tək təxminən dörd-bil il bundan əvvəl Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Xalası oğlu X54 şəhərində yaşayır və ofisiant işləyir. O, onun evində dörd gün qalıb sonra Bakı şəhərinə qayıtmışdır. Onun gəlir mənbəyi olmamışdır. Gündəlik xərcini qardaşı Vüsal ödəmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid12 göstərmişdir ki, 1976-cı ildə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 96 saylı orta məktəbin 8-ci sinifini bitirmişdir. 1976- 1979-cu illərdə həmin rayonda yerləşən 169 saylı orta məktəbdə qiyabi təhsil almışdır. 1979- 1981-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1984-1989-cu illərdə Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən avtobazada sürücü, 1989-2002-ci illərdə Bakı şəhərində yerləşən Neft-qaz təmir tikinti idarəsində sürücü işləmişdir. 2002-ci ildən hal-hazıra kimi “Heydər Əliyev adına Neft Emalı zavodu”nda səyyar kompressor maşinisti işləyir. 1988ci ildə Bakı şəhər sakini Rzayeva (Süleymanova) Reyhan Rza qızı ilə rəsmi nigaha daxil olmuşdur. Birgə nigahlarından 13 dekabr 1989-cu ildə Aynur və 02 noyabr 1993-cü ildə Azad adlı övladları dünyaya gəlmişdir. Həyat yoldaşı Reyhan ali təhsillidir, hazırda Bakı şəhəri Zığ qəsəbəsində yerləşən Neft-qaz təmir tikinti idarəsində mühəndis işləyir. Oğlu Azad hazırda Dağıstan Pedaqoji Universitetinin informatika fakültəsinin 4-cü kurs tələbəsidir, Rza adlı bir oğlu var. Qızı Aynur orta təhsillidir, təxminən 10 il bundan əvvəl Təqsirləndirilən şəxsla rəsmi nigaha daxil olmuşdur. Onların bu nigahından Yusuf adlı oğlan və Esmanur adlı övladları dünyaya gəlmişdir. Qızı Aynur heç yerdə işləmir. Nəvəsi Yusuf Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən orta məktəbin 3-cü sinif şagirdidir. Digər nəvəsi Əsmanurun isə 3 yaşı var. Heç vaxt ruhi əsəb xəstəlikləri keçirməmişdir və bununla əlaqədar hər hansı bir xəstəxana və ya müalicə müəssisəsində qeydiyyatda olmamışdır. Hazırda həyat yoldaşı Reyhan, oğlu Azad, gəlini X11, qızı Aynur, nəvələri Yusuf, Esmanur və Rza ilə birlikdə ünvan 15 ünvanında yaşayır. 2002-ci ildən namaz qılıb ibadət edir. 2 dəfə İran İslam Respublikasının Məşəd şəhərində, 1 dəfə İraq Ərəb Respublikasının Kərbəla, Nəcəf və Süleymaniyyə şəhərlərində, 1 dəfə isə 2005-cı ildə X19 Mədinə və Məkkə şəhərlərində yerləşən müqəddəs ziyarətkahları ziyarət etmişdir. Kürəkəni Təqsirləndirilən şəxs xx xxxx 1984-cü ildə Ermənistanın Mehri rayonunda anadan olub. Atasının adı Elmar, anasının adı Rəmziyyə, qardaşının adı Ozal və bacısının adı Turanədir. Elmar orta təhsillidir, ailəsi ilə birlikdə ünvan 16 ünvanında yaşayır və yaşadıqları binanın həyətindəki avtomobil dayanacağında gözətçi işləyir. Rəmziyyə evdar qadındır, heç yerdə işləmir. Ozal subaydır, orta-ixtisas təhsillidir, hazırda yaşadıqları binanın yaxınlığında yerləşən uşaq bağçasında gğzətçi işləyir. Turanə orta təhsillidir, heç yerdə işləmir, öz qohumları olan Vüqarla evlidir, 3 uşağı var. Turanə ailəsi ilə birlikdə səhv etmirsə Xırdalan şəhərində yaşayır. Lakin onların Xırdalan şəhərində hansı ünvanda yaşadıqlarını bilmir. Samir Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Özünün deməsinə görə Ağdam rayonunda hərbi xidmətdə olmuşdur. Samir idmanın boks növü üzrə professional idmançıdır. O, dəfələrlə yerli və beynəlxalq idman yarışlarında iştirak etməklə mükafatlar qazanmışdır. Qızı Aynurla ailə həyatı qurduqdan sonra o Samiri “SOKAR” şirkətində mühafizəçi kimi işə düzəltmişdir. Samir təxminən 3 il həmin şirkətdə işləmişdir. O, əvvəllər ailəsi ilə birlikdə atasının evində yaşamışdır. Təhminən 5 və ya 6 il bundan əvvəl onun və qudası Elmarın köməkliyi ilə Samir Ramana kəndinə gedən yolu kənarında 1 sot torpaq sahəsi üzərində tikilmiş 3 otaqlı ev almışdır. Evin alınmasına və təmirinə cəmi 26000 manat xərcləri çıxmışdır. Təhminən 3 il bundan əvvəl Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığında yerləşən nömrəsinin bilmədiyi orta məktəbin idman zalını icarəyə götürüb orada boks müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. Samirin 60 nəfərə yaxın tələbəsi olmuşdur. Onun özünün deməsinə görə bilmişdir ki, o, hər tələbədən aylıq 20 manat, xüsusi dərs keçdiyi tələbələrdən isə aylıq 50 manat pul almışdır. Həmçinin Samirin deməsindən bilmişdir ki, idman zalını ona məktəbin direktoru ayı 150 manata icarəyə vermişdir. Samirin vergi ödəyicisi kimi dövlət orqanlarında vergi verib-verməməsindən məlumatı olmamışdır. İdman zalını icarəyə götürdükdən sonra Samirin maddi imkanı yaxşılaşmış, hətta o, ərizəsini yazıb “SOCAR”dan işdən çıxaraq icarəyə götürdüyü idman zalında sırf boks müəllimi kimi fəaliyyət göstərmişdir. Samirin kimlərlə dost münasibətində olduğunu o bilməmişdir. Qızı Aynur dəfələrlə ona Samirin evə gec saatlarda gəldiyini , onu yaşadıqları evə gətirib düşürən və ya onu evdən götürüb harasa aparan adamların çox kobud insanlar olduğunu, Samirin düzgün yolda olmadığını, dəfələrlə həmin adamlardan uzaq olmasını dedikdə Samirin onun üstünə qışqırdığını demişdir. Qızının ailəsi dağılmasın deyə o dəfələrlə demişdir ki, “Samir, sən ailəlisən, idmançısan, güclüsən, səni çəkib apararlar kiminləsə söhbət eləməyə, dalaşarsan, kimisə vurarsan və ya kimsə səni vurar ailən başsız qalar, bu cür adamlardan uzaq ol”. Bir daha bildirir ki, o Samirin kimlərlə dostluq etməsini, onu yaşadığı evə gətirib aparan dostlarının kimlər olmasını bilməmişdir. Qızı Aynur da həmin adamları tanımadığını ona demişdir. Bildirir ki, o santexnik işləyən Rəşad adlı şəxsi təhminən 2 və ya 3 ildir ki, tanıyır. Belə ki, kürəkəni Samir Rəşadın adını bilmədiyi oğluna boks dərsi keçirdi. Samirin xahişi ilə Rəşad onun yaşadığım evdə eləcə də Samirin Ramana qəsəbəsində yerləşən evində istilik sistemləri çəkmiş və kafel metlax işləri görmüşdür. O Rəşadı elədə yaxından tanımır. Onun soyadını və atasının adını bilmir. Özünün deməsindən bilmişdir ki, Rəşad Əhmədli qəsəbəsində yaşayır və 1 oğlan övladı var. Lakin Rəşadın hansı ünvanda yaşadığını bilmir. Rəşadla Təqsirləndirilən şəxs başqa nə kimi əlaqə və münasibətlərinin olmasından məlumatı olmayıb. Rəşad onun yaşadığı evdə təmir işləri apardığı üçün o, onun istifadəsində olan mobil nömrəni, eləcə də o onun istifadəsində olan mobil nömrəni bilmişdir. Rəşadın telefon nömrəsini əzbər bilmir. Onun adını mobil telefonuna “Kafel Rəşad” kimi qeyd etmişdir. 2017-ci ilin mart ayının sonu və ya aprel ayının əvvəli idi. Tarixi xatırladığı gün qudası Elmar ona zəng edib. “Samir nəisə cinayət törədib, bizim evə polislər gəlib-gedir Samiri axtarırlar” deyə bildirmişdir. Elmardan nə baş verdiyini soruşmuş, lakin o, heç nə bilmədiyini demişdir. Belə olduqda o dərhal həyat yoldaşı Rəmziyyə ilə birlikdə Elmarın yaşadığı mənzilə getmişdir. Elmar demişdir ki, “Samirgil Xırdalanda dava ediblər və orada 1 nəfər ölüb”. X75 kiminlə və nə səbəbə dalaşdıqlarını bilməmişdir. Sonradan Samiri axtarmaq üçün Elmarın evinə gələn polis əməkdaşlarından soyadını və atasının adını bilmədiyi Şahin adlı əməliyyatçının deməsindən bilmişdir ki, nə isə pul məsələsi olub, Samirgil Xırdalanda razborka ediblər və 1 nəfər Lənkəranlını öldürüblər. Samirin Xırdalan şəhərinə kimlərlə birlikdə getməsini, orada dalaşdıqları Lənkəranlının kim olmasını və konkret olaraq həmin Lənkəranlını kimin öldürdüyünü o bilməmişdir. O, Elmar və digər qohumlar Samirə dəfələrlə zəng etmişdir. Lakin onun telefonuna zəng çatmamışdır. Samirin hadisədən sonra haraya getməsini və harada gizlənməsini, həmin vaxtdan bu günə kimi Təqsirləndirilən şəxs harada olduğunu bilməmişdir. Həmin hadisədən sonra o qızı Aynur və 2 azyaşlı nəvəsi öz evinə gətirmişdir. Samir təxminən 2 il bundan əvvəl işləri ilə əlaqədar “Unibank”dan öz adına oğlu Azadın zaminliyi ilə kreditlə 5000 ABŞ dollar pul götürmüşdür. Baş vermiş həmin hadisədən sonra Samir gizləndiyi üçün məcbur olub onun kreditini o özü ödəməyə başlamışdır. Qızının ailəsi, öz ailəsinin xərcləri, eləcə də Samirin kredit ödənişləri onu maddi vəziyyətdən çox çətin vəziyyətə salmış və maddi cəhətdən çox sıxıntı çəkmişdir. Lakin bununla əlaqədar o, istər Samirin ailəsindən, istərsə də onun hər hansı dost və ya tanışına onlara maddi dəstək olmasını bildirməmişdir, heç kimdən hər hansı bir məbləğdə pul istəməmişdir. 2017-ci ilin yay fəslində, tarixi xatırlamadığı gün santexnik işləyən Rəşad ona zəng edib Samiri soruşmuşdur. O demişdir ki, Samir nəisə cinayət törətdiyi üçün onu polislər axtarır. Bundan sonra Rəşad özü tək onun yaşadığı evə gəlmişdir. Söhbət zamanı Rəşada Samirgilin nəyisə pul məsələsi ilə bağlı Xırdalanda dava etdiyini və bir nəfər Lənkəranlını öldürdüklərini demişdir. Hadisənin baş vermə səbəbi və tam təfərrüatını bilmədiyini Rəşada demişdir. Rəşad sonda “Mən özüm hadisənin necə baş verməsini araşdırıb sənə dəqiq məlumat verərəm” deyib getmişdir. Həmin tarixdən səhv etmirsə iki gün sonra Rəşad onların evinə yenidən gəlib “Samirgil Xırdalanda dava ediblər, bir nəfəri də öldürüblər” deyə bildirmişdir. O isə Rəşada demişdir ki, “sənin dediklərini mən də bilirəm, hadisənin necə baş verməsini öyrənə bilmisənmi?” Rəşad hadisənin necə baş verməsini tam dəqiqliyi ilə öyrənə bilmədiyini demişdir. Həmin söhbət zamanı o Rəşada gileylənib maddi cəhətdən sıxınların olduğunu, Samirin ailəsinin onun evində yaşadığını, öz ailəsi və Samirin ailəsinin maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini, Samirin kredit borcunu da, o ödədiyi üçün Samirin onu maddi cəhətdən çox sıxıntılara saldığını demişdir. Lakin o Rəşaddan heç bir məbləğdə pul istəməmişdir. Rəşad özü də ona hər hansı məbləğlə pul verəcəyini demişdir. Həmin tarixdən səhv etmirsə iki və ya üç gün sonra Rəşad özü tək onun yaşadığı evə gəlmişdir. O, Samirin uşaqlarına konfet, şokolad və peçenye alıb gətirmişdir. Söhbət zamanı Rəşad şalvarının cibindən bükülü vəziyyətdə pulu ona verib “Bunu Samirin dostları onun ailəsinə köməklik məqəsədi ilə göndəriblər”. Lakin Rəşad konkret olaraq pulun kimin tərəfindən göndərildiyini və məbləğini deməmişdir. O Rəşada demişdir ki, sənin gətirdiyin pula onun ehtiyacı yoxdur, əgər köməklik eləmək istəyirsənsə apar pulu Samirin atası Elmara ver. Rəşad “Mənim Samirin atası ilə münasibətim yoxdur, pulu imkan varsa sən özün apar Samirin atasına ver” deyə bildirdiyi üçün o Rəşaddan verdiyi pulu götürmüşdür. Rəşadın ona verdiyi pulun məbləğini bilməmişdir. Rəşad özü də pulun məbləğini ona deməmişdir. O Rəşaddan pulu götürəndə saymamışdır. Rəşad pulu ona verib getdikdən təxminən bir saat sonra o qudası Elmarın evinə getmiş və Rəşadın ona verdiyi pulu qudasına vermişdir. Pulu Rəşadın ona verdiyini Elmara demişdir. Elmar Rəşadı tanımamışdır. Elmar onun yanında pulu saymamış, ondan aldığı pulu nə etməsini bilməmişdir. Elmar sonradan ona zəng edib demişdir ki, ona verdiyi pulun qədəri 5 000 manatdır. Rəşadın həmin pulu kimdən aldığını o bilmir. O şəxsən Rəşaddan hər hansı məbləğdə pul istəmişdir. Bundan başqa Rəşad və ya başqa həır hansı bir şəxs ona pul verməmişdir. Bir daha bildirir ki, kürəkəni Samirin harada gizlənməsini bilmir. Samiri sonuncu dəfə 2017-ci ilin mart ayının sonunda görmüşdür. Belə ki, Samir öz ailəsi ilə birlikdə bir gecə onun evində qalmışdır. Həmin tarixdən bir və ya iki gün sonra Samir cinayət hadisəsini törətmişdir. O bu günədək Samirin Xırdalan şəhərində baş vermiş və bir nəfərin öldürülməsi ilə nəticələnmiş həmin cinayət hadisəsində konkret olaraq iştirakının nədən ibarət olmasını bilməmişdir. Rəşadın verdiyi puldan Samirə hər hansı məbləğdə pul verməmişdir. Abşeron rayonu, Xırdalan şəhər sakinləri Şahid4, Şahid2, Şahid1 Oqtay oğlunu şəxsən tanımır. Şahid9 Əhmədli qəsəbəsində yaşayır və Təqsirləndirilən şəxsla birlikdə hərbi xidmətdə olmuşdur. Bilal Samirlə dost olub. Baş vermiş hadisədən sonra Elmar ona demişdir ki, Samirlə birlikdə hadisədə iştirak edən şəxslərdən Şahid1 əvvəllər Əhmədli qəsəbəsində yaşamış, Turanənin sinif yoldaşı və Samirin yaxın dostlarından biri olmuşdur. 29 və 30 mart 2017-ci il tarixlərdə uzun müddət keçdiyi üçün harada olmağı yadında deyil. Təqsirləndirilən şəxs ləqəbi olmamışdır. Amma dərs dediyi şagirdlər və onların valideynləri Samiri heç vaxt adı ilə çağırmazdılar, ona “müəllim” deyə müraciət etmişlər. Təqsirləndirilən şəxs “Miri” adlı dost və ya tanışının olmasını eşitməmişdir. Şahid8 kürəkəni Təqsirləndirilən şəxs gizlənərək istintaqdan yayınması məqsədi ilə sonuncuya çatdırmağı üçün ona altı min manat pul verməsini göstərməsi tamamilə yalandır. Rəşad ona pul verib, amma onun verdiyi pulu saymamışdır. Rəşad özü də ona nə qədər pul verdiyini deməmişdir. Rəşaddan pulu aldıqdan sonra qudası Elmarın evinə getmiş və həmin pulu Elmarın özünə vermişdir. Elmar ondan pulu götürəndə saymasa da, sonradan demişdir ki, ona verdiyi pulun məbləği beş min manat olmuşdur. O, bir daha bildirir ki, Samirin gizlənməsi və ya onun ailə üzvlərinə köməklik məqsədi ilə o, Rəşaddan və ya digər hər hansı bir şəxsdən hansısa məbləğdə pul istəməmişdir. O, Şahid6 tanımır. Rəşad ona pulu verərkən onu Samirin dostlarının göndərdiyini demişdir. Lakin pulu Samirin hansı dostlarının göndərdiyini deməmişdir. Pulun kim tərəfindən göndərilməsindən onun məlumatı olmamışdır. Rəşad əvvəllər Samirin və onun evində təmir işləri aparmışdır. Digər ustaların baha qiymətə görəcəyi işi Rəşad onlara ucuz qiymətə görmüşdür. Lakin heç vaxt Rəşad istər Samirin ailəsinə və istərsə də onun ailəsinə maddi köməklik göstərməmişdir, yəni Rəşad onlara hər hansı məbləğdə pul verməmişdir. 2017-ilin yay fəslində Rəşad onların evlərinə gələrək ona bükülü vəziyyətdə pulu verib demişdir ki, “Bunu Samirin dostları toplayıb göndəriblər ki, Samir gələnə kimi onun ailəsi korluq çəkməsin”. Əsl həqiqətdə isə Rəşadın həmin pulu almasını o bilməmişdir. O, X31 və X17 tanımır. Onların adlarını birinci dəfədir ki, eşitmişdir. O, Zərərçəkmiş şəxs şəxsən tanımır və onu heç vaxt görməmişdir. Sonradan bilmişdir ki, Xırdalan şəhərində Samirgillə mübahisəsi düşmüş və öldürülmüş şəxs Lənkəranlıdır və adı Valehdir. Bir daha bildirmişdir ki, Valehin kim tərəfindən öldürüldüyünü, Samirin həmin hadisədən sonra haraya qaçmasını və gizlənməsini o bilmir. Məhkəmədə elan olunub araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 mart 2017-ci il tarixli protokoldan görünür ki, hadisə yeri - Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, “Karvan çay evi”nin arxasında yerləşən həyətyanı sahədir. Həmin yer Xırdalan şəhəri “Köhnə Bazar” ərazisi adlanır və Xırdalan şəhəri Heydər Əliyev prospektindən sağ tərəfdə olan 28-ci Məhəllədə yerləşir. Hadisənin baş verdiyi əraziyə daxil olduqda 08 metr enində asfalt yolun sol tərəfində “Karvan çay evi”, sağ tərəfində isə ticarət obyekti vardır. Çay evindən asfalt yolla irəlilədikdə 25 metr diametrində ərazidə meydança, onun kənarlarında müxtəlif ticarət obyektləri və bərbərxana vardır. Sağ tərəfdə müxtəlif markalı avtomobillər dayanmışdır. Meydançanın sol tərəfində ağ rəngdə metal qapısı olan avtomobil qarajından 2 metr məsafədə arxası üstə uzanmış meyitin əynində göy rəngdə cins şalvar, qara rəngdə gödəkcə, qara rəngdə köynək, ayaqlarında qəhvəyi rəngdə ayaqqabı vardır. Meyitin sifəti və üst paltarları qana bulaşmış, ağzı açıq, gözləri qapalı vəziyyətdədir. Meyitin sağ əli ayaqlarına paralel və bitişik, sol əli isə bədənindən 30 sm yana doğru açılmışdır. Meyitin sol əlinin yanında 1 ədəd “Beretta” markalı tapança vardır. Meyitin sol yan tərəfində qan gölməçəsi yaranmışdır. Meyitin baş hissəsindən 30 sm sol tərəfdə üzərində “Mercedes” markalı avtomobilin emblemi olan breloka keçirilmiş halda açar vardır. Qarajın “jalüz” tipli qapısının üst hissəsində 1 ədəd dəlik vardır. “Karvan çay evi” ilə üzbəüz fasadı yaşıl rəngdə “alkapon”la üzlənmiş binanın sol yan divarının kənarında, meyitdən 20 metr məsafədən 1 ədəd giliz, həmin gilizdən 2,2 metr, meyitdən 18 metr məsafədən 1 ədəd giliz, bu gilizdən 3 metr, meyitdən 15 metr məsafədən 1 ədəd giliz, meydançanın mərkəzində meyitdən 12 metr sağ tərəfdə və sonuncu qeyd olunan gilizin aşkar olunduğu yerdən 11 metr məsafədən 1 ədəd giliz, həmin gilizdən 8 metr, eləcə də meyitdən 8 metr məsafədən 1 ədəd giliz, “Kişi salonu”nun divarının sol dibindən, meyitdən 12 metr, axırıncı qeyd olunan gilizdən isə 5 metr məsafədən 1 ədəd giliz aşkar edilərək götürülmüşdür. “Kişi salonu”nun yerləşdiyi binanın ön divarının 3 metr hündürlüyündə zədə vardır. Həmin binadan 3 metr məsafədə asfalt üzərindən əzilmiş halda 1 ədəd güllə aşkar edilərək götürülmüşdür. Meydançanın mərkəzində dayanmış **-HE-*** dövlət nömrə nişanlı “Mercedes Benz” markalı avtomaşının qapıları meyitin baş hissəsindən 30 sm sol tərəfdə aşkar olunaraq götürülmüş açarla açılaraq baxış keçirilmişdir. Məhkəmədə elan olunub araşdırılmış “Hadisə yerinə və qapısı üzərində zədə olan qaraja əlavə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qaraj, üzü “Karvan” çay evi istiqamətində dayandıqda küçənin sağ hissəsində yerləşir, qarajın sahəsi 3,5 x 4,5 metr, hündürlüyü 2,8 metrdir. Tavanı laminat materialla örtülmüşdür. Döşəməsi betondur. Qarajda 01 (bir) ədəd “Mercedes Benz ML” markalı avtomobil vardır. Həmin avtomobilin söl ön təkərinin altında, qarajın divarından 01 (bir) metr məsafədə deformasiyaya məruz qalmış 01 (bir) ədəd sarı rəngli güllə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış “Meyitin xarici müayinəsi haqqında” protokoldan görünür ki, əynində göy rəngli uzunqol köynək, ağ rəngli qolsuz mayka, üzərində qara kəməri olan göy rəngli cins şalvar, boz rəngli trusik, qəhvəyi rəngli corablar olan kişi cinsli meyitin bədəni üzərində – başın sağ gicgah-alın nahiyəsində 01 ədəd 1,6 x 1,4 sm ölçüdə kənarları nisbətən hamar və nisbətən üçkünc formalı içəriyə doğru yönəlmiş halda toxuma çatmamazlığı, giriş dəliyini xatırladan yara, başın sol gicgah nahiyəsində 01 ədəd 3,9 x 3,5 sm ölçüdə kənarları xaricə doğru yönəlmiş, baş beyinin və sınmış sümük fraqmentlərinin hissəvi evakuasiyası ilə müşayiət olunan, çıxış dəliyini xatırladan yara, başın alın nahiyəsinin sağ hissəsində 5,2 x 3,9 sm, alın nahiyəsinin orta hissəsində 1,8 x 4 sm, 0,8 x 0,3 sm, 0,6 x 0,3 sm, alın nahiyəsinin sol hissəsində 3 x 2,4 sm, sağ almacıq nahiyəsində 1,7 x 1,4 sm, burun nahiyəsində 1,6 x 0,8 sm və ağız nahiyəsinin üst hissəsində, bir qədər sağda 0,9 x 0,4 sm ölçülərdə qeyri-müəyyən formalı kənarları nahamar, ətrafı zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli sıyrıqlar, sağ gözün üst qapağında qeyrimüəyyən formalı 1,1 x 0,5 sm ölçüdə sərhədi aydın seçilməyən qırmızımtıl rəngli qançır və üst dodağın sağ hissəsinin selikli qişasında 0,8 x 0,4 sm ölçüdə qeyri-düz konturları olan qırmızımtıl rəngli əzilmiş yara vardır. Məhkəmədə elan olunub araşdırılmış “Götürmə aparılması haqqında” 31 mart 2017-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Şahid1 əynində olmuş 01 ədəd “Burberry Brıt” markalı gödəkçə, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd boz rəngli uzunqol kofta, 01 ədəd boğaz hissəsi üçkünc formalı qara rəngli uzunqol kofta, 01 ədəd mayka, hadisə baş verdikdən sonra yarasını sarıdığı 02 ədəd üzərində qanabənzər ləkələr olan məişət dəsmalı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 31 mart 2017-ci il tarixli protokoldan görünür ki, tədqiqat üçün Şahid1 hər iki əlinin əl-barmaq izləri, qan nümunəsi və barıt hissəciklərinin müəyyənləşdirilməsi üçün pambıq tampona hopdurulma yolu ilə nümunələr götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış Abşeron rayon Polis İdarəsindən daxil olmuş 14 aprel 2017-ci il tarixli 128-66652-1217 nömrəli məktuba əlavə edilən 01 ədəd “Diskə baxış keçirlməsi haqqında” protokoldan görünür ki, binanın blokuna və həyətinə quraşdırılmış müşahidə kameraları vasitəsilə 30 mart 2017-ci il tarixdə saat 22 radələrində qeydə alınmış videogörüntülər monitorda nümayiş etdirilən zaman bir nəfər şəxs tərəfindən mobil telefon vasitəsilə qeydə alınmışdır. Monitorda görüntülər 02 hissədə nümayiş etdirilir. Sol tərəfdəki hissədə binanın bloku, sağ tərəfdəki hissədə isə binanın həyəti görüntülənir. Görüntülər 30 mart 2017-ci il tarixdə saat 22:00:02-dən etibarən qeydə alınmışdır. Binanın həyətində dövlət nömrə nişanı görünməyən 02 ədəd ağ rəngli avtomaşın və 01 nəfər naməlum kişi cinsli şəxs vardır. Saat 22:00:35-də binanın künc hissəsindən 02 nəfər şəxs qaçaraq binanın həyətinə dönür, həmin şəxslərdən biri qaçarkən yerə yıxılır, bir qədər irəlidə olan şəxs bu an dayanaraq geri qayıtmaq istəyir, lakin dayanmayaraq qaçıb gedir, yerə yıxılan şəxs dərhal ayağa qalxıb qaçaraq saat 22:00:40-da binanın blokuna daxil olur və pilləkənlərlə yuxarı qalxır, saat 22:25:40-da 01 nəfər şəxs təcili tibbi yardım həkiminin müşayiəti ilə pilləkənlərdən düşərək binanın həyətinə çıxır və orada dayanan təcili tibbi yardım avtomobilinə əyləşir. Məhkəmədə elan olunub araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2022-ci il tarixli protokoldan görünür ki, Abşeron rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı 09 mm kalibrli, “GOLD STAR- 2002” modelli “18715” nömrəli tapança, bir ədəd sandıqça və iki ədəd patron müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Məhkəmədə elan olunub araşdırılmış “Baxış keçirilməsi haqqında” 26 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-**, ***-***-**-**, Şahid2 istifadəsində ***-***-**-**, Şahid1 istifadəsində ***-***-**-**, Şahid4 istifadəsində ***-***-**-** və Şahid9 istifadəsində ***- ***-**-**, X24 istifadəsində +**********32, X1 istifadəsində +**********88, Şahid7 istifadəsində ***-***-**-**, Şahid6 istifadəsində ***-***-**-** və Şahid8 istifadəsində ***-***-**-** mobil nömrələrin olması müəyyən edilmişdir. Qeyd olunan mobil nömrələrə daxil olan, çıxan zənglər, danışıqlar aparılan zaman mobil nömrələrin qeydə alındıqları antena əhatə dairələri, eləcə də hərəkət trayektoriyalarına dair məlumatlara keçirilmiş baxışlarla müəyyən edilmişdir ki, 2017-ci ilin mart ayı ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəyə edilən zənglər və danışıqlar aparılan zaman mobil nömrələrin qeydə alındığı antenalar işin materiallarına əlavə olunmuş cədvəldə öz əksini tapmışdır. 2017-ci ilin mart ayı ərzində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəyə edilən zənglər və danışıqlar aparılan zaman mobil nömrələrin qeydə alındığı antenalar həmin cədvəldə öz əksini tapmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 16:40-da zəng olunaraq 67 saniyə, saat 16:57-də zəng olunaraq 75 saniyə, saat 17:52-də zəng olunaraq 25 saniyə, saat 18:05-də zəng olunaraq 75 saniyə, saat 18:26-da zəng olunaraq 30 saniyə, saat 21:41-də zəng olunaraq 15 saniyə, saat 22:02-də zəng olunaraq 19 saniyə, saat 22:07-də zəng olunaraq 100 saniyə, saat 22:27-də zəng olunaraq 20 saniyə, 30 mart 2017-ci il tarixdə saat 12:50-də zəng olunaraq 4 saniyə, saat 14:08-də zəng olunaraq 3 saniyə, saat 23:31-də zəng olunaraq 9 saniyə, 31 mart 2017-ci il tarixdə saat 01:39-da zəng olunaraq 3 saniyə danışıq aparılmışdır. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 12:30-da zəng olunaraq 175 saniyə, 30 mart 2017-ci il tarixdə saat 13:02-də zəng olunaraq 316 saniyə, saat 14:09-da zəng olunaraq 29 saniyə, saat 16:57-də zəng olunaraq 27 saniyə, saat 21:52-də zəng olunaraq 19 saniyə, 30 mart 2017-ci il tarixdə saat 7:19:30-da zəng olunaraq 50 saniyə, saat 7:20:32-də zəng olunaraq 10 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 28 mart 2017-ci il il tarixdə saat 13:35-də zəng olunaraq 25 saniyə, saat 15:51-də zəng olunaraq 27 saniyə, saat 15:52də zəng olunaraq 135 saniyə, saat 16:34-də zəng olunaraq 8 saniyə, saat 16:35-də zəng olunaraq 13 saniyə, saat 17:46-da zəng olunaraq 67 saniyə, saat 19:41-də zəng olunaraq 45 saniyə, saat 22:59-da zəng olunaraq 80 saniyə, 29 mart 2017-ci il il tarixdə saat 14:35-də zəng olunaraq 57 saniyə, saat 14:58-də zəng olunaraq 31 saniyə, saat 22:17-də zəng olunaraq 18 saniyə danışıq aparılmışdır. Eləcə də, Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 28 mart 2017-ci il il tarixdə saat 15:51-də zəng olunaraq 1 saniyə, saat 19:41-də zəng olunaraq 8 saniyə, saat 19:52-də zəng olunaraq 13 saniyə, saat 19:58-də zəng olunaraq 20 saniyə, 29 mart 2017-ci il il tarixdə saat 16:12-də zəng olunaraq 23 saniyə danışıq aparılmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 30 mart 2017-ci il il tarixdə saat 15:06-da zəng olunaraq 8 saniyə, saat 15:21-də zəng olunaraq 4 saniyə, saat 20:28-də zəng olunaraq 11 saniyə, saat 21:59-da zəng olunaraq 6 saniyə, 2 saniyə, saat 22:12-də zəng olunaraq 3 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 20:44-də zəng olunaraq 28 saniyə, saat 20:47-də zəng olunaraq 11 saniyə, saat 21:56-da zəng olunaraq 25 saniyə danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid10 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 29 mart 2017-ci il tarixdə saat 19:09-da zəng olunaraq 169 saniyə danışıq aparılmış, bu zaman Şahid1 istifadəsində olan mobil nömrə ünvan 17 ünvanında, Şahid10 istifadəsində olan mobil nömrə isə Abşeron rayonu, Xırdalan şəhəri antenasının əhatə dairələrində qeydə alınmışdır. Şahid1 istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Şahid9 istifadəsində olan ***-***-**-** və Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrələr 30 mart 2017-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə paralel, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairəsində qeydə alınmışdır. Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr 29 mart 2017-ci il tarixdə saat 17:00-da Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, 18:22-dən saat 20:36-dək ünvan 17nda, saat 20:45-dən saat 21:22-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında, saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, saat 23:57-də ünvan 17nda, 30 mart 2017-ci il tarixdə saat 19:48-dən saat 23:50-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrə 29 mart 2017-ci il tarixdə saat 13:10-dan saat 15:23-dək Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, Xırdalan şəhəri, H.Əliyev prospekti 27/28-ci məhəllə və Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllələrdə, saat 17:53-dən saat 20:39-dək ünvan 17nda, saat 20:45-dən saat 21:20-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ bağlarında, saat 22:31-də Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində, 30 dekabr 2017-ci il tarixdə saat 18:59-dan saat 22:02-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr 29 mart 2017-ci il tarixdə saat 12:00-dan saat 16:36-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, Xırdalan şəhəri H.Əliyev prospekti 27/28 və 30-cu məhəllələrdə, Xırdalan şəhəri, Tağıyev küçəsi 30 ünvanında, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, 18:26-dan saat 20:34-dək Bakı şəhəri, Xətai rayonu, 2325-ci məhəllə, Sarayevo küçəsi “Bakı” kinoteatrında, saat 20:45-dən saat 21:23dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında, saat 21:47-dən saat 02:41-dək ünvan 17nda, 30 dekabr 2017-ci il tarixdə saat 12:33-dən saat 13:46-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə,saat13:51-dən saat 14:37-dək Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində, saat 14:39-dan saat 15:52-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, saat 18:06-da Xırdalan şəhəri H.Əliyev prospekti 27/28-ci məhəllədə, saat 18:40-dan saat 18:42-dək Bakı şəhəri, Cavad xan küçəsində, saat 19:52dən saat 20:34-dək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllə, saat 21:52-dən saat 22:17-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrə 29 mart 2017-ci il tarixdə saat 11:00-dan saat 17:37-dək Xırdalan şəhəri, H.Əliyev prospekti, 27/28-ci məhəllə, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllələrdə və Xırdalan şəhəri, 28-ci məhəllədə, saat 18:10-dan saat 20:45-dək Bakı şəhəri, Xətai rayonu, 2325-ci məhəllə, Sarayevo küçəsi “ünvan 19 ünvanında, saat 20:45-dən saat 21:26-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ bağlarında, 30 dekabr 2017-ci il tarixdə saat 18:26-dan saat 22:39-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağlarında quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Şahid9 istifadəsində olan ***-***-**- ** mobil nömrə 29 mart 2017-ci il tarixdə saat 18:35-də Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində, saat 19:28-dən saat 20:39-dək Bakı şəhəri, Xətai rayonu, 2325-ci məhəllə, Sarayevo küçəsi “Bakı” kinoteatrında, saat 20:45-dən saat 21:30-dək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində, saat 21:56-dan saat 02:36-dək ünvan 17nda, 30 mart 2017-ci il tarixdə saat 17:04-də Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, saat 18:05-dən saat 18:08-dək Xırdalan şəhəri, H.Əliyev prospekti, 27/28-ci məhəllədə, saat 19:25-dən saat 00:20-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***- **-** mobil nömrələr 29 mart 2017-ci il tarixdə saat 18:32-dən saat 19:32-dək ünvan 17nda, saat 19:54-dən saat 21:44-dək Bakı şəhəri, Xətai rayonu, ünvan 21 ünvanında və Bakı şəhəri, Xətai rayonu, 1733-cü keçid, Sarayevo küçəsində, saat 21:56-dan saat 01:42-dək ünvan 17nda, 30 mart 2017-ci il tarixdə saat 03:43-dən saat 14:26-dək ünvan 23 ünvanında, saat 15:29-dan saat 15:48-dək ünvan 17nda, saat 18:08-də Xırdalan şəhəri, H.Əliyev prospekti, 27/28-ci məhəllədə, saat 18:21-dən saat 18:43-dək Bakı şəhəri, Cavad xan küçəsində, saat 19:30-dan saat 19:33-dək Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə, saat 19:49-dan saat 21:57-dək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. İran İslam Respublikasının vətəndaşları X44 və X7 2016-cı ilin iyun və iyul aylarında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə, 2016-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr, eləcə də 2017-ci ilin aprel aylarında Şahid7 ilə qarşılıqlı və intensiv telefon danışıqları aparmışlar. Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 2017-ci ilin aprel ayında iş üzrə digər təqsirləndirilən şəxslər Şahid6 istifadəsində olan ***-***-**-** və Bəşir Qəhrəmaninin istifadəsində olan **********32, 2017-ci ilin aprel və may aylarında iş üzrə digər təqsirləndirilən şəxs Şahid8 istifadəsində olan ***-***-**-**, İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlının istifadəsində olan +**********88 mobil nömrələr arasında qarşılıqlı və intensiv telefon danışıqlar aparılmışdır. Həmçinin “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə Şahid7 adına 18 may 2017-ci il tarixdə 1655.9 manata bərabər 1000 ABŞ dolları, 23 may 2017-ci il tarixdə 1662.2 manata bərabər 1000 ABŞ dolları və 31 may 2017-ci il tarixdə 1700 manata bərabər 1000 ABŞ dollar pulların köçürülməsinə dair sms mətnləri Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olmuşdur. 2017-ci ilin fevral və mart aylarında iş üzrə təqsirləndirilən şəxslər Şahid8 ilə Təqsirləndirilən şəxs və Şahid6 arasında, eləcə də 2017-ci ilin aprel və may aylarında Şahid8 ilə Şahid6 və Təqsirləndirilən şəxs qayınatası Şahid12 arasında qarşılıqlı və intensiv telefon danışıqlar aparılmışdır. Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrədən iş üzrə digər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 03 mart 2017-ci il tarixdə saat 11:14-də zəng olunaraq 423 saniyə, 09 mart 2017-ci il tarixdə saat 18:45-də zəng olunaraq 386 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 17 fevral 2017-ci il tarixdə saat 22:47-də zəng olunaraq 23 saniyə, saat 22:48-də zəng olunaraq 251 saniyə, 19 fevral 2017-ci il tarixdə saat 22:41-də zəng olunaraq 224 saniyə, 05 mart 2017-ci il tarixdə saat 18:11-də zəng olunaraq 109 saniyə danışıq aparılmışdır. 2017-ci ilin aprel və may aylarında Şahid8la Şahid6 və Təqsirləndirilən şəxs qayınatası Şahid12 arasında qarşılıqlı və intensiv telefon danışıqları aparılmışdır. 07 mart 2017-ci il tarixdə Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrədən saat 20:08-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 66 saniyə danışıq aparıldıqdan sonra Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid8 istifadəsində olan qeyd olunan mobil nömrəyə saat 20:25-də zəng olunaraq 11 saniyə və saat 20:48-də zəng olunaraq 14 saniyə, daha sonra isə həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən saat 21:57-də Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 68 saniyə danışıq aparılmışdır. 21 mart 2017-ci il tarixdə Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrədən saat 18:26da Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 117 saniyə danışıq aparıldıqdan sonra saat 18:41-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 113 saniyə danışıq aparılmış, saat 22:03 və saat 22:31-də Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 78 və 8 saniyə danışıqlar aparılmışdır. 22 mart 2017-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrədən Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə saat 12:03-də zəng olunaraq 140 saniyə, saat 13:01-də Şahid8 istifadəsində olan qeyd olunan mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 68 saniyə, saat 13:14-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 40 saniyə, saat 14:16-da Şahid8 istifadəsində olan qeyd olunan mobil nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 11 saniyə, saat 14:50-də Şahid8 istfadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng olunaraq 21 saniyə, saat 14:53-də Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edilərək 25 saniyə, saat 15:03-də Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəyə zəng olunaraq 14 saniyə danışıqlar aparılmışdır. Keçirilmiş baxışla Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrə ilə Şahid1 və Təqsirləndirilən şəxs istifadələrində olan mobil nömrələr arasında 2017-ci ilin mart ayı ərzində əlaqələrin olması, həmin müddət ərzində həmçinin Şahid1 ilə Şahid2, Təqsirləndirilən şəxs və Şahid4, Şahid9 ilə Təqsirləndirilən şəxs arasında mütəmadi əlaqələrin olması, hadisə baş verdiyi tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin eyni əhatə dairəsində qeydə alınması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs mütəşəkkil dəstənin üzvləri tərəfindən oğurlandığı 29 mart 2017-ci il tarixində saat 11:41, saat 14:07, saat 17:57, saat 18:27 və saat 23:00-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında qarşılıqlı telefon danışıqları aparılmış, baş vermiş hadisədən sonra Şahid8 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng cəhdi edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 31 mart 2017-ci il tarixli 28 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində olan giriş dəliyi başın sağ gicgah-alın nahiyəsində, çıxış dəliyi sol gicgah-təpə nahiyəsində yerləşən, dəlib-keçən, yara kanalı boyunca alın, gicgah və təpə sümüklərinin qəlpəli, yerinidəyişən sınıqları, kəllə əsasının sınığı, baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası ilə müşayiət olunan 01 ədəd dəlib-keçən odlu silah yaralanması xəsarətləri həyatidirlər, mərhumun ölümündən az əvvəl mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs meyitində olan digər xəsarətlərdən alın nahiyəsinin sağ hissəsinin 01 ədəd, alın nahiyəsinin orta hissəsinin 03 ədəd, alın nahiyəsinin sol hissəsinin 01 ədəd, sağ almacıq nahiyəsinin 01 ədəd, burun nahiyəsinin 01 ədəd və üst dodağın sağ hissəsinin 01 ədəd sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası da həyati olub, mərhumun ölümündən əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan başın dəlib-keçən odlu silah güllə yarası olmuşdur. Meyitin və meyitdən götürülmüş yaraların məhkəmə-tibbi kriminalistik tədqiqatına əsasən Zərərçəkmiş şəxs başında olan odlu silah yaralanmasında sağ gicgah-alın nahiyəsində olan odlu silah (güllə) yarası giriş dəliyi, sol gicgah-təpə nahiyəsində isə olan yara isə çıxış dəliyi kimi qiymətləndirilir. Başında olan odlu silah yarasının istiqaməti sağdan-sola, bir qədər öndən-arxaya və aşağıda-yuxarıya doğrudur. Atəşin məsafəsi atəşin əlavə faktorlarının təsir etdiyi (barıt qazları, hiss) 10-40 sm məsafədən açılmış bir atəşdir. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2017-ci il saat 09:00) təxminən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 06 aprel 2017-ci il tarixli 486 nömrəli rəyindən görünür ki, Şahid1 adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasına əsasən kliniki müayinə zamanı onun bədənində qarın nahiyəsinin ön səthinin 01 ədəd, sol said nahiyəsinin 01 ədəd və sağ bazu nahiyəsinin 1/3-nin 01 ədəd dəlib-keçən odlu silah yaraları vardır, həmin xəsarətlər 30 mart 2017-ci il tarixdə yetirilməyə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlərdən sol sağrı nahiyəsinin sıyrığı bərk küt əşya təsirindən törənmişdir və 30 mart 2017-ci il tarixdə yetirilməyə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 18 may 2017-ci il tarixli 197/2017-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Balfa\H\(İİİ), Şahid1 isə ABO sistemi üzrə qrup göstəricisi Oalfa, betadır (İ). Ekspertizaya təqdim edilmiş 04 ədəd pambıq topasına hopdurulmuş nümunələrdə, 02 ədəd çay dəsmalı, 01 ədəd trusik, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, Şahid1 məxsus 01 ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka, 01 ədəd tapança üzərində insan qanı ləkələri aşkar olundu. 04 ədəd pambıq topası, 01 ədəd trusik, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs əl dırnaq kəsiklərində, ona məxsus uzunqol gödəkçə, uzunqol kofta, şalvar və qolsuz mayka, 01 ədəd tapança üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, trusik, Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən Şahid1 də qarışmış qanının olması mümkündür. 02 ədəd çay dəsmalı, Şahid1 məxsus bir ədəd uzunqol gödəkçə, uzunqol sviter, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Şahid1 məxsus uzunqol kofta və qolsuz mayka üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Şahid1 məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs qanının olması inkar olunur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-materialşünaslıq ekspertizasının 19 aprel 2017-ci il tarixli 8245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mayka, Şahid1 məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd mayka və 01 ədəd köynəyin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Şahid1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə-trasoloji və ballistik ekspertizasının 04 may 2017-ci il tarixli 8241/8242/8243/8244 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd “Beretta” markalı tapançanın və sandıqçanın səthində aşkar olunmuş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal olunmuş, 09 mm kalibrli, “Beretta” markalı yivli odlu döyüş silahıdır - tapançadır, sazdır, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən öz-özünə atəşin açılması mümkün deyildir və onun üzərində təyinatını dəyişdirən hər-hansı əlavə və dəyişikliklər edilməmişdir. Silahın üzərində onun nömrəsini bildirən zavod nişanı aşkar edilmədiyindən onun nömrəsini müəyyən etmək mümkün olmadı. Çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 3,9 kq qüvvə tələb olunur. Tədqiqata təqdim edilmiş 06 ədəd predmet zavod üsulu ilə istehsal olunmuş “Browning”, “Glok 17”, “Steyr”, “Parabellum”, “Zəfər”, “Beretta” konstruksiyalı tapançalarda və sair silahlarda döyüş sursatı kimi istifadə edilən 9x19 mm kalibrli patronların atəş prosesində ayrılmış hissəsidir-gilizidirlər. Həmin gilizlər, təqdim edilmiş “Beretta” markalı tapançadan atılmışlar. Tədqiqata təqdim edilmiş 03 ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, “Browning, “Zəfər”, “Steyer”, “Parabellum”, “Glok” tapançalarda və sair silahlarda döyüş sursatı kimi istifadə edilən, 9x19 mm kalibrli patronun atəş prosesində ayrılmış hissəsidir güllə örtüyüdürlər. Təqdim edilmiş 03 ədəd güllə örtüyü deformasiyaya uğradığdan, üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik izlər kifayət qədər olmadığından eyniləşmə tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş iki ədəd predmet, 09 mm kalibrli “Astra400”, “Astra600”, “Beretta 92”, “Beretta 93R”, “Glock 17”, “Walther P38”, “Walther MP” tapançalarında və sair uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 9x19 mm kalibrli patronlardır, təyinatı üzrə istifadə edilməyə yararlıdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Şahid1 məxsus geyim əşyalarının səthindən, Şahid1 məxsus geyim əşyalarındakı zədələrin ətrafından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin hazırlanmış elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Şahid1 və Zərərçəkmiş şəxs məxsus sol və sağ əlin tampon nümunələrindən atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd belində kəməri olan şalvar, 01 ədəd ağ rəngli mayka üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş Şahid1 məxsus 01 ədəd gödəkçə, 01 ədəd uzunqol qara rəngli köynək, 01 ədəd boz rəngli köynək, 01 ədəd ağ rəngli mayka üzərindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin və mis metal izinin aşkar edilməsinə əsasən, təqdim edilmiş 01 ədəd gödəkçə, 01 ədəd uzunqol qara rəngli köynək, 01 ədəd boz rəngli köynək, 1 ədəd ağ rəngli mayka üzərindəki “1", “2”, “4”, “5” zədələri giriş, “3”, “6” zədələri çıxış zədələri olmaqla 01 metrə qədər məsafə daxilində yetirilməyə xarakterikdir. “4” nömrəli zədə öndən arxaya, “5” nömrəli zədə arxadan önə doğru yetirilməyə xarakterikdir. “1”, “2” nömrəli zədələrin çıxış zədəsi olmadığından açılan atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. Belə zədələr təqdim edilmiş silahdan açılmış güllənin təsirindən də yarana bilər. Zərərçəkmiş şəxs məxsus sol əlin tampon nümunəsində his aşkar edildi. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə kompyuter-texniki ekspertizasının 11 may 2017-ci il tarixli 10707 nömrəli rəyindən görünür ki, “Cellebrite” firmasının “UfedTouch” markalı kompleks qurğunun tətbiqi nəticəsində “Cellebrite” firmasının “X76 6” adlı proqram təminatının tərtib etdiyi hesabatlara əsasən tədqiqata təqdim edilmiş 01 ədəd “İPhone” markalı “A1332” modelli və 01 ədəd “İPhone” markalı “A1549” modelli həssas təzyiqlə (sensorlu) çalışan smartfonların yaddaşlarından saxlanılan, saxlanılmış məlumatlar, həmçinin saxlanılan və pozulmuş SMS-lərin izləri müəyyən olunaraq, “Cellebrite” firmasının “X76 6” adlı proqram təminatının tərtib etdiyi hesabatlar 11 may 2017-ci il tarixli 10707 №-li ekspert rəyinə əlavə olunmuş üzərlərində “10707 №-li ekspert rəyi üzrə “DVD disk” sözləri yazılmış 02 ədəd diskə köçürülmüşdür. Həmin rəyə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 08 iyun 2017-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan “İphone 6” markalı mobil telefonun yaddaşında mütəşəkkil dəstə üzvləri Şahid1, Şahid2, Şahid9, Təqsirləndirilən şəxs və digərləri tərəfindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edilməklə ələ keçirilmiş, 08 aprel 2017-ci il tarixdə ifadəsi yerində yoxlanılan təqsirləndirilən şəxs Şahid2 tərəfindən istintaqa təqdim edilmiş üzərində yaşıl və parlaq qaşları olan sarı metaldan 01 cüt sırğa və 01 ədəd üzük dəstinin fotoşəkili müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə-materialşünaslıq və əmtəəşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 15603/15604 nömərli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 01 ədəd yarımşəffaf yaşıl və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 5,02 qramdır, yarımşəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 08 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 875,0 manatdır. 01 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 01 ədəd şəffaf yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü – üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 9,18 qramdır, şəffaf yaşıl qaş zümrüd, ağ şəffaf qaşları isə brilyantdır, 16 ədədinin hər birinin ölçüsü 0,114 karat, 3/3 keyfiyyətlidir, qiyməti 1707,0 manatdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 28 iyul 2017-ci il tarixli 440/2017-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, şalvar, uzunqol kofta və qolsuz mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən də Şahid1 qarışmış qanının olması da inkar olunmur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi kriminalistik ekspertizanın 20 iyul 2017-ci il tarixli 291/2017-MTKŞ nömrəli rəyindən görünür ki, vətəndaş Şahid1 qarnın ön divarında 01 ədəd, sol saiddə orta 1/3-də 01 ədəd və sağ bazuda yuxarı 1/3-də 01 ədəd dəlib-keçən odlu silah yarası olmuşdur. Qarnın ön divarında olan yaranın giriş dəliyi solda, çıxış dəliyi ön qoltuqaltı xətt üzrə qabırğa qövsündən 02 sm aşağıda yerləşir. Yara kanalının istiqaməti içəridən bayıra doğru olmaqla yumşaq toxumaları zədələyir və qarın boşluğuna nüfuz etmir. Sol saiddə olan yaranın istiqaməti arxadan önə olmaqla giriş dəliyi saidin aşağı 1/3-nin arxa səthində, çıxış dəliyi saidin ön səthinin yuxarı 1/3-dən sağ bazuda olan yaranın istiqaməti arxadan önə olmaqla giriş dəliyi bazunun yuxarı 1/3-nin arxa səthində, çıxış dəliyi isə bazu sümüyü başının proyeksiyasına uyğun dəridə yerləşmişdir. Qeyd edilən xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılan üç atəş təsirindən atəşin əlavə faktorları təsir edən məsafədən (bir metrə qədər məsafə daxilində) açılmışdır, qərarın təsviri hissəsində qeyd edilən vaxtda və şəraitdə, yəni xx.xx.2017-ci il tarixdə yetirilə bilərdi. Sol saiddə olan dəlib-keçən yaranın giriş və çıxış dəliyinin paltarda olan zədəyə uyğun gəlməməsini həmin qolun atəş vaxtı fırlanma hərəkəti etməsi ilə izah etmək olar. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus maykanın, alt köynəyin, sviterin, gödəkçənin ön hissəsində solda 01 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sağ qolun ön hissəsində 01 ədəd, sol qolun aşağı hissəsində 01 ədəd odlu silah yaralanmasının giriş dəlikləri, maykanın, alt köynəyin, sviterin, gödəkçənin ön hissəsində ortada 01 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sağ qolun arxa hissəsində 01 ədəd, alt köynəyin, sviterin, gödəkçənin sol qolun aşağı hissəsində 01 ədəd odlu silah yaralanmasının çıxış dəlikləri aşkar edildi. Bu zədələr Şahid1 qarın nahiyəsinin ön səthində olan 01 ədəd, sağ bazu nahiyəsinin 1/3-nin 01 ədəd, sol qolun aşağı hissəsində 01 ədəd olan odlu silah zədələnmələri ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Xəsarətlərin yerləşmə nahiyələri və xarakteri onların Şahid1 tərəfindən özünə yetirilə bilməsini inkar edir. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus paltarların üzərində olan zədələrə əsasən demək olar ki, o, xəsarət alan zaman müxtəlif duruş vəziyyətlərində və silahın lüləsinin ağız kəsiyi giriş dəliklərinin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-ballistik ekspertizasının 13 iyun 2022-ci il tarilxi 3/667; 3/668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istihsal edilmiş 09 mm kalibrli, “GOLD STAR-2002” modelli “18715” nömrəli səs-siqnal tapançasıdır. Lakin sonradan konstruktiv dəyişikliklərə məruz qalaraq lüləsi 09 mm kalibrli travmatik və qaz patronların atılması üçün uyğunlaşdırılaraq təyinatı dəyişdirilmiş qaz silahıdır, odlu silah hesab edilmir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. - Təqdim edilmiş 1 (bir) ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş, “GOLD STAR- 2002” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 08 ədəd 09 mm kalibrli (səs-işarəverici, travmatik və qaz) patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissədir – sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd patron Ukraynada zavod üsulu ilə hazırlanmış, 09 mm kalibrli, “LOM-13”, “P1 (Naqaniç)” və “Qroza-Z (02-06)” modelli revolverlərdə, “MP-79- 9TM (Makarıç)”, “İJ-78-9T (Kolğçuqa)”, “MP-81”, “Fort-12 R”, “Xorxe”, “X110”, “Streamer 1014”, “Streamer 2014” modelli tapançalarda və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş travmatik patronlardır, təyinatı üzrə istifadəyə yararlıdırlar, döyüş sursatı hesab edilmir. Patronların üzərində istehsal ilinə dair hər hansı yazı və işarə olmadığına görə müəyyən etmək mümkün deyil. Məhkəmədə elan olunub araşdırılmış ambulator məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli 1527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yaddaş, diqqət, qavrama, təsəvvür, təxəyyül, təfəkkür, dərk etmə) normaya uyğun olmaqla psixoloji vəziyyətində hər hansı dəyişiklik aşkar olunmamışdır. Eqosentrizm, inadkarlıq, öz maraqlarını üstün tutmaq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, situativlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (affekt, psixi-emosional gərginlik, kəskin stress, güclü həyəcan və s.) yaranmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi veb saytına 12 dekabr 2017-ci il tarixdə keçirilmiş baxış keçirilmiş və 01 (bir) ABŞ dollarının məzənnə üzrə 1,7220 Azərbaycan manatı olmaqla 30 000 (otuz min) ABŞ dollarının 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər olması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “Axtarışda olan şəxsin yaxalanması barədə” 12 may 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı rayonu ərazisində tutularaq Abşeron rayon Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətmədiyini, Şahid1, Şahid9, Şahid2, Şahid4 və digər şəxslərlə hər hansı bir cinayətin törədilməsi ilə bağlı mütəşəkkil dəstədə birləşmədiyini, Zərərçəkmiş şəxs oğurlamadığını, onun həyatı üçün təhlükəli olan zor tətbiq etmədiyini, ona hədə-qorxu gəlib pul tələb etmədiyini, “Karvan” adlı kafedə və həmin kafenin qarşısındakı küçədə ona qarşı xuliqanlıq hərəkətləri etmədiyini, Valehin müqavimətini qıraraq onun Şahid1 tərəfindən öldürülməsinə şərait yaratmadığını, belə bir hadisənin ümumiyyətlə baş vermədiyini göstərdi. Məhkəmə Təqsirləndirilən şəxs irəli sürdüyü bu iddialarının bu işin ayrıldığı əvvəlki cinayət işi üzrə çıxarılmış və hazırki iş üzrə preyusial əhəmiyyətə malik məhkəmə qərəarları baxımından o əsassız olduğu qənəaətinə gəlir. Çünkü məhkəmədə arşdırılmış cinayət işinin materiallarından görünür ki, Şahid1, Şahid2, Şahid9, Şahid4, Şahid3, X44, Şahid7, Şahid6 və Şahid8 hazırda Təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin cinayətlərə görə məhkum olunmalarına dair preyudisial qüvvəyə malik Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli və 27 iyul 2021-ci il tarixli hökmlərin və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli və 21 aprel 2022-ci il tarixli qərarların əlavə olunması müəyyən olundu. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə, yuxarıda sadalanan sübutları təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərinin törətməsi öz təsdiqini tapdı. Məhkəmənin bu qənaəti Şahid1, Şahid2, Şahid9, Şahid4, Şahid3, X44, Şahid7, Şahid6 və Şahid8 hazırda Təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin cinayətlərə görə məhkum olunmalarına dair preyudisial qüvvəyə malik Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli və 27 iyul 2021-ci il tarixli hökmlərin və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli və 21 aprel 2022-ci il tarixli qərarları baxımından əsəaslıdır. Buna görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini mütəşəkkil dəstə tərəfindən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, tamah məqsədi ilə və ya sifarişlə, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar törədilən adam öldürmə, mütəşəkkil dəstə tərəfindən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan zor tətbiq etməklə, tamah məqsədi ilə və ya sifarişlə törədilən adam oğurluğu, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq və qanunsuz olaraq qaz silahını əldə etmə, satma və ya gəzdirmə kimi, yəni Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1 və 228.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə, yuxarda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlir. Buna görə də məhkəmə, onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən və anlaqlı vəziyyətdə törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edildi. Bu, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı götürülmüş 09 mm kalibrli, “GOLD STAR-2002” modelli “18715” nömrəli tapançanın, bir ədəd sandıqça və iki ədəd patrondur. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən göstərilən əmlakın dövlət nəfinə müsadirə olunmasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməsini əsaslı sayır. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyuasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X41 tərəfindən Təqsirləndirilən şəxs 50 ( əlli ) saat hüquqi yadırm göstərilməsi müəyyən olundu. Bunun üçün ona 300 (üç yüz ) manat pul ödənilməlidir. Məhkəmə həmin məbləği dövlət büdcəsi hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə-ballistik ekspertizasının keçirilməsinə 128 (yüz iyirmi səkkiz) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini təmin edib məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 128 (yüz iyirmi səkkiz) manatın məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin 27 may 2022-ci il tarilxi məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə həmin halı cəza təyini zamanı nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi və onun tərəfindən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, cinayətlərin məcmusu üzrə, o cümlədən xüsusilə ağır cinayətlərə görə məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə tutulduğu 12 may 2022-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halların olmasını, yüngülləşdirən halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2, 221.2.1, və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə 15 ( on beş ) il 6 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.6-ci maddələri ilə 10 ( on ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.3.1, 182.3.2-ci maddələri ilə 10 (on ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə 02 ( iki ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 01 ( bir ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 17 (on yeddi ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 12 may 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb Abşeron RPİ-nə saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı götürülmüş 09 mm kalibrli, “GOLD STAR-2002” modelli “18715” nömrəli tapança, bir ədəd sandıqça və iki ədəd patron Təqsirləndirilən şəxs müsadirə olunub Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Dövlət büdcəsi hesabına materialların məhkəmə-ballistik ekspertizasının keçirilməsinə sərf olunmuş 128 (yüz iyirmi səkkiz) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə ona göstərilmiş hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X64 ödənilməsi üçün 300 (üç yüz ) manat Azərbaycan Respublikası Vəkillər X25 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın və o, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla-Əsgərova Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar