Məhkəmə qərarları › İş №1(101)-170/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-170/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-170/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respubilkası Ədilyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1 ünvanında yerləşən «444» avtoservisin yaxınlığında sərxoş vəziyyətdə avtoservisin həyətində yerləşən «Əsmər» adlı kafedə ofisiant işləyən tanışı Şahid3 Zərərçəkmiş şəxs oturduğu masada əyləşdiyini görüb, ona pivə gətirməsini bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ilə mübahisə edib, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edib tətbiq etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs Fərmaıı oğlunun sağ böyür nahiyəsindən qəsdən vuraraq xuliqanlıq etmiş və sonuncuya döş qəfəsinin sağ-ön-yan səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə ifadə verərək özünü qismən təqsirli bilərək göstərmişdir ki, «444» adlanan avtoservisin həyətində olan «Əsmər» adlı kafedə oturduğu zaman arxadakı masada 2 nəfər tanımadığı şəxs və Aysel adlı qadın oturmuşdur. Həmin qadından pivə tələb etmiş, masada oturan şəxslərdən biri isə buna icazə verməmiş, “Bu pivə sənə layiq deyil”, - sözlərini demişdir, o isə “Niyə”, - sualını verdikdə cavabında həmin şəxs nalayiq söyüş söymüşdür. Bir-iki dəfə belə ifadələr işlətdikdən sonra o həmin şəxsə “olmaz belə”, - sözünü dedikdə sonuncu onun çiynindən basaraq “Otur aşağı”, - demişdir. Kafedən çıxdıqdan sonra qapıda həmin şəxslərin çıxmağını gözləmişdir. Onlar çıxdıqda yaxınlaşıb: “Bayaq mənə söyüş söydün təkrar edə bilərsən?”, - demiş, həmin şəxs: “Bəli”, - deyərək onu qolundan tutub 10 metr qabaqda olan avtobus dayanacağına aparmış, onu yumruqla vurmaq istəyərkən üzərində olan bıçağı çıxartmış, söyüş söyən oğlan bıçağı gördükdə dərhal qaçmış, söyüş söyənin yanındakı şəxsi vurmuşdur. Aysel adlı qadını əvvəllər tanımamış, hər gün gəldiyi kafe olduğu üçün Aysel ilə salam-sağolu olmuşdur. Hadisə Ayseli qısqandığı üçün deyil, söyüşə görə baş vermişdir. Mübahisə etdiyi oğlanı da usta kimi tanımışdır. Sonuncunun yanında tanımadığı bir şəxs olmuşdur. Digər şəxs ona heç bir söz və ya söyüş deməmişdir. Həmin masadakı oğlanları çölə o çağırmamış, onlar hesabı bağlayıb özləri çölə çıxmışlar. Kafenin qabağında kamera olduğundan kameraya düşməməkdən ötrü həmin şəxsin onu dayanacağa tərəf apardığını düşünmüşdür, söyüş söyən oğlanı qolundan vurub qorxutmaq istəmişdir, həmin oğlan boylu-buxunlu olduğundan düşünmüşdür ki, əgər birinci o vurmasa onu öldürəcək. Bıçağı açan kimi söyüş söyən oğlan qaçmış, yanındakı oğlan isə qaçan oğlanın yerinə ondan üzr istəmişdir, lakin onu necə vurduğunu xatırlamır. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri Binəqədi rayonu DSK yolunda yerləşən «444» avtoservisin həyətində olan «Əsmər» adlı kafeyə yemək üçün getmişdir. Həmin vaxt orada o, bir nəfər sonradan adı ona məlum olan Tağı adlı oğlanla tanış olmuş və onlar birlikdə kafenin böyük zalmda masa arxasına əyləşib yemək və spirtli içki sifariş etmişlər. Həmin vaxt onlara Şəlalə adlı ofisiant qız xidmət etmişdir. Digər zalda isə iki nəfər sonradan adlan ona məlum olan Nəriman və Murad adlı şəxslər oturaraq çay içmişlər. Onlara isə onun tanıdığı və münasibətdə olduğu Aysel adlı qız xidmət etmişdir. Lakin təxminən 15 gün olmuşdur ki, o, Aysellə kfislü olmuşlar. Ona görə də Aysel onu qısqandırmaq üçün gedib xidmət etdiyi masada Nəriman və Murad adlı oğlanların yanında əyləşmişdir. O, onlara fikir verdikdə görmüşdür ki, Aysel, Nəriman və Muradla çay içərək söhbət etmiş və gülüb danışmışlar. O, Ayselin digər masada oturmasını və onlarla deyib gülməsini görüb əsəbləşmiş və ona işarə edərək yanına çağırmışdır. Lakin Aysel onun yanma gəlməmişdir. O, spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş və Ayselin bu hərəkəti onun xoşuna gəlmədiyindən əsəbləşmişdir. Saat təxminən 22 radələrində onlar yeməklərini bitirib sifarişin pulunu verib kafedən çıxarkən Ayselə yaxınlaşıb «niyə onu çağırdığı zaman onun yanma gəlməməsini soruşduqda, Aysel bildirmişdir ki, Murad onu onun yanma gəlməyə qoymamışdır. O, da sərxoş olduğu üçün əsəbləşmiş və Nəriman və Muradın kafedən çıxmalarını görüb onlara yaxınlaşaraq Murada bir qədər kənara çəkilib söhbət etmələrini bildirmişdir. Murad da onunla razılaşmış və onlar kafedən bir qədər kənara keçmişlər. Həmin vaxt onun yanında bir neçə saat əvvəl tanış olduğu Tağı adlı oğlan ojmuşdur. O, Muraddan niyə Ayseli onun yanına gəlməyə qoymamasını soruşmuş, Murad da ona «zor etmişəm» deyə bildirmişdir. Elə bu sözdən sonra o, belində şalvarının kəmərində sancaraq saxladığı atalıb bağlanan qara dəstəkli bıçağı çıxararaq qorxutmaq məqsədi ilə Muradın üzərinə getmiş, bu zaman Murad qaçmağa başlamışdır. O, da onun arxasınca qaçmış, lakin Muradın aralandığını görüb yenidən geriyə qayıtmışdır. Həmin vaxt Tağı adlı oğlan və Nərimanın dayanaraq onların arxasınca baxmalarını görüb onlara yaxınlaşmış və Nərimandan «həmin qızı tanyırsan ?» deyə soruşmuşdur. Nəriman isə ona bildirmişdir ki, «hansı qız, mən heç bir qız tanımıram». Onda o, ondan «həmin qaçan oğlanı tanıyırsan ?» deyə soruşmuşdur. Nəriman ona «hə tanıyıram, nə məsələdir ?» deyə soruşmuşdur. O, da sərxoş olduğu üçün özüdə bilmədən əlindəki bıçaqla Nərimanın döş qəfəsinin sağ nahiyəsindən b: r dəfə vurmuşdur. Bundan sonra o, Nərimanın döş qəfəsinin sağ nahiyəsindən qan gəldiyini görüb qorxmuş və oradan ayrılaraq qaçmağa başlamışdır. O, oradan bir qədər kənarda yolun kolluq yerində əlindəki bıçağı atmış və oradan yol maşınına əyləşərək avtovağzala gəlmişdir. Avtovağzaldan isə avtobusla Naftalan şəhərinə getmişdir. O, Naftalan şəhərində gecələdikdən sonra səhərisi evlə əlaqə saxlamış və hadisə barədə məlumat vermişdir. ONa evdən bildirmişlər ki, artıq onların məlumatı var, evə polis gəlmiş və onu axtarırlar. Ona görə də o, Naftalan şəhərindən özü könüllü olaraq Bakı şəhərinə gəlmiş və Binəqədi RPİ-nin 4-cü PŞ-nə gedərək etdiyi əməli səmimi etiraf etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəyə səbəb o, kafedə tanıdığı Aysel adlı qızı yanma çağırarkən sonradan Ayselin ona dediyinə görə, onunla birlikdə masa arxasında əyləşmiş Murad adlı oğlanın Ayseli onun yanına gəlməyə qoymaması olmuşdur. Mübahisə 14 avqust 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1 ünvanında yerləşən «444» adlı avtoservisin yaxınlığında baş vermişdir. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində olan açılıb bağlanan qara dəstəkli cib bıçağı ilə bir dəfə döş qəfəsinin sağ nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Mübahisə zamanı orada o, və təxminən bir neçə saat əvvəl kafedə tanış olduğu anket məlumatları dəqiq ona məlum olmayan Tağı adlı oğlan olmuşlar. Tağı adlı oğlan onun yanında dayanmış və onu sakitləşdirməyə çalışmışdır. Lakin o, Nərimanı vurub xəsarət yetirdikdən sonra Tağının hara getməsini bilməmişdir. Tağı adlı şəxsi o, hadisə günü kafedən tanımış, onun anket məlumatları ona məlum olmamışdır. O, Nəriman adlı şəxsi vurduğu bıçağı evdən götürmüş və meyvə doğramaq məqsədi ilə üzərində gəzdirmiş, hadisədən sonra isə o, həmin bıçağı yolun kənarında kolluq hissədə atmışdır. O, ümumiyyətlə nə Murad adlı şəxsi, nədə ki, Nəriman adlı şəxsi bıçaqla vurmaq niyyətində olmadığını, Muraddan niyə Ayseli onun yanma gəlməyə qcymamasmı soruşmuş, Murad isə ona bildirmişdir ki, «zor etmişəm». O, da Muradın boyca ondan hündürboy olduğunu və idmançı cüssəli olduğunu görüb belində şalvarının kəmərində sancaraq saxladığı açılıb bağlanan qara dəstəkli bıçağı çıxararaq qorxutmaq məqsədi ilə Muradın üzərinə getmiş, bu zaman Murad qaçmağa başlamışdır. O, da Muradın arxasınca qaçmış, lakin onun aralandığını görüb yenidən geriyə qayıtmışdır. Həmin-vaxt bir neçə saat əvvəl tanış olduğu Tağı adlı şəxs və Nəriman adlı şəxsin dayanaraq onların arxasınca baxmalarını görüb onlara yaxınlaşmış və Nərimandan «həmin qızı tanyırsan ?» deyə soruşmuşdur. Nəriman isə ona bildirmişdir ki, «hansı qız, mən heç bir qız tanımıram». Onda o, Nərimandan «həmin qaçan oğlanı tanıyırsan ?» deyə soruşmuş, Nərimanda ona «hə tanıyıram, nə məsələdir ?» deyə soruşmuşdur. O, da sərxoş olduğu üçün özüdə bilmədən əlindəki bıçaqla Nərimanın döş qəfəsinin sağ nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra o, Nərimanın döş qəfəsinin sağ nahiyəsindən qan gəldiyini görüb qorxmuş və oradan ayrılaraq qaçmağa başlamışdır. Hadisə zamanı üzərində olan bıçaq açılıbbağlanan, açılarkən təxminən 15 sm., dəstəyinin rəngi qara, tiyəsi ağ dəmir rəngində olmuşdur. (1-ci cild iş vərəqi 211-214). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə Şahid1 adlı müştərisi işdən çıxandan sonra birlikdə gedib kafeda çay içməyi təklif etmiş, o da razılaşmışdır. Birlikdə kafeyə getmiş, üzü yola tərəf əyləşmişlər. Arxa masada kimlər olmasını, kimlərin əyləşməsini görməmiş, çay içib çıxdıqdan sonra Muradla Təqsirləndirilən şəxs söhbət etdiklərini görmüşdür.O, Muradla Əlinin yanına yaxınlaşmış, yaxınlaşdığı vaxt Əli Şəriovun içkili olubolmamasını bilməmişdir. Muradla Əlinin mübahisələrinin nə üstündə düşdüyü haqqında da məlumatı olmamışdır. Onlara yaxınlaşdığı vaxt Muradla Əlinin mübahisə etdiklərini görmüşdür. O Əlinin əlində bıçağı görməmişdir. Murad bıçağı görən kimi dərhal qaçmışdır. Təqsirləndirilən şəxsla heç bir mübahisəsi, söhbəti olmamış, ümumiyyətlə onu birinci dəfə idiki görmüşdür. Bıçaqla vurulduqdan sonra taksiyə əyləşib xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs onu xəstəxanaya aparmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, DSK yolunda yerləşən «444» avtomobil servisində usta işləmişdir. Həmin servisin içərisində «Əsmər» kafesi yerləşir. Şahid1 onun tanışıdır. Belə ki, Murad arabir onun yanma servisə gələrək avtomobilini təmir etdirir. 14 avqust 2022- ci il tarixdə təxminən saat 21 radələrində Murad onun iş yerinə gəlmiş və özünə məxsus «Tofaş» markalı avtomobilini təmir etdirmək istəmişdir. O, avtomobilə baxmış və hal-hazırda yorğun olduğu üçün səhər avtomobilinə baxıb təmir edəcəyini bildirmişdir. O, Murada bildirmişdir ki, gedib birlikdə servisin həyətində yerləşən «Əsmər» adlı kafedə çay içib söhbət etsinlər. Onlar kafeyə daxil olmuşlar və masalardan birinə əyləşmişlər. O, Muradla çay içərək söhbət etmişlər, Elə bu zaman onlara adı sonradan ona məlum olan Aysel adlı ofisiant qız yaxınlaşmış və siqaret istəmişdir. Murad həmin qıza siqaret vermiş və Aysel siqaretini yandırdıqdan sonra Muradın yanında olan stulda əyləşmiş və ona da çay süzmələrini xahiş etmişdir. O, da Ayselə çay süzmüş və Aysel təxminən 10-15 dəqiqə onların oturduqları masada əyləşmiş və qalxaraq çıxıb getmişdir. Bundan sonra o, və Murad da masadan qalxmış, o, sifarişin pulunu vermək üçün ofisianta yaxınlaşmış və sifarişin pulunu verib Muradla birlikdə kafedən bayıra çıxmışlar. Bu zaman arxadan bir nəfər şəxs «sizi bir dəqiqə olar ?» deyə səslənmişdir. Onlar arxaya dönüb baxanda görmüşdür ki, adı sonradan ona məlum olan Əli adlı şəxs sərxoş vəziyyətdə, onun arxasında isə tanımadığı daha bir nəfər şəxs dayanmışlar. Əli onlara «siz o qızı tanıyırsız ?» deyə sual vermişdir. O, isə Əliyə nəsə problem var ? deyə soruşmuşdur. Bu zaman Əli şalvarının arxa tərəfdən kəmərinə sancılmış bıçağı çıxararaq «bu saat sizə problem göstərəcəyəm» deyərək bıçağı onlara tərəf yellətməyə başlamışdır. Tanışı Murad arxaya çəkilərək «qardaş biz o qızı tanımırıq» deyəndə Əli əvvəl Muradın üzərinə gedərək bıçağı ona doğru uzatmış və Murad bu zaman qaçmağa başlamışdır. Murad oradan qaçaraq uzaqlaşmışdır. Əli isə Muradın uzaqlaşdığını görüb geri qayıtmış və ona yaxınlaşaraq əsəbi halda «sən o, qızı tanıyırsan ?» soruşmuşdur. O, da Əlidən «hansı qızı ?» deyə soruşmuşdur. Əli ona «bəs o qaçan oğlanı tanıyırsan ?» soruşmuşdur. O, da cavabında ona «hə tanıyıram, nə məsələdi ?» deyə soruşduqda Əli gözlənilmədən sol əlində saxladığı bıçaqla onun sağ böyür nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt Əlinin yanında olan tanışı dayanaraq onlara baxmış və o, bunu gördükdən sonra oradan qaçıb getmişdir. Həmin vaxt Əlidə əlindəki bıçaqla oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, oradan bir təhər işlədiyi servisin həyətinə gəlmişdir. Orada . tanışı kafedə ofisiant işləyən Şahid2 Etibar qızı bir əski parçası gətirərək onun sağ böyür nahiyəsinə sıxmış və bundan sonra yoldan bir taksi maşını saxlayıb birlikdə X7 getmişlər. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və onu əməliyyat etmişlər. O, xəstəxanada 2 gün yatmış və onu evə buraxmışlar. Əlavə olaraq bildirmişdir ki, mübahisənin səbəbi ona sonradan məlum olduğuna görə o, tanışı Muradla kafedə oturub çay içən zaman adı onlara sonradan məlum olan Aysel adlı ofisiant qız gəlib onların oturduqları masada əyləşmiş və həmin Aysel adlı qızda Əlinin tanışıdır. Aysel Əliyə acıq vermək üçün gələrək onların masasında əyləşmiş, həmin vaxt Əli o, oturduğu stolun arxa tərəfində digər bir şəxslə oturaraq yemək yeyib spirtli içki qəbul edirmişlər. Ayselin onun tanışı Muradın yanında oturması Əlinin xoşuna gəlmədiyi üçün onlar kafedən çıxarkən Ə i Aysel adlı qızı tanıyıb tanımadıqlarını soruşmaq məqsədi ilə onlara yaxınlaşmış, həmin vaxt Əlinin əlində bıçaq olduğuna görə Murad bıçağı görüb qaçıb oradan uzaqlaşdıqda, Əlidə ona yaxınlaşaraq bir dəfə sağ böyür nahiyəsindən əlindəki bıçaqla vuraraq xəsarət yetirmişdir. Mübahisə 14 avqust 2022-ci il tarixdə saat təxminən 22 radələrində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, mədən-1 ünvanında yerləşən «444» avtomobil servisin yaxınlığında baş vermiş, mübahisə təxminən 2-3 dəqiqə çəkmiş, həmin vaxt onun yanında heç kim olmamış, lakin Əlinin yanında bir nəfər tanımadığı şəxs olmuşdur. O, Əli ilə sözlə mübahisə edərkən onun yanında olan şəxs onları ayırmağa çalışırmış, yəni Əlinin qarşısında dayanaraq onu sakitləşdirməyə çalışmışdır. Həmin hadisə gözlənilmədən olduğu üçün o, Əlinin əlində bıçaq görsədə həmin bıçağın əlamətlərini dəqiq görə bilməmişdir. Hadisə gözlənilmədən olduğundan o, həyəcanlı olmuş və Əlinin onu bıçaqla vurarkən onların yanında Əlinin tanışı olmuş, mübahisə təxminən 2-3 dəqiqə çəkmiş, belə ki, Əli onu bıçaqla bir dəfə sağ böyür nahiyəsindən vurub xəsarət yetirmiş və əlindəki bıçaqla tanışı ilə birlikdə həmin yerdən qaçıb getmişlər (1-ci cild iş vərəqi 69-72). Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Naftalan şəhəri, bina 28, mənzil 33-də qeydiyyatda olmaqla, Salyan rayonu, fərdi yaşayış evində yaşamışdır. O, Salyan rayonunda yerləşən «Salyan» kafesində ofisiant işləmişdir. Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanımış və onunla yaxın münasibətləri olmuş, aralarında ədavət və düşmənçilikləri olmamış, münasibətləri normal olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində o, işsiz olduğu üçün Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «444» avtoservisin həyətində yerləşən «Əsmər» adlı kafedə ofisiant kimi işə düzəlmişdir. 14 avqust 2022-ci il tarixdə saat təxminən 21 radələrində o, işdə olmuşdur. Həmin vaxt kafeyə tanışı Əli yanında tanımadığı bir oğlanla daxil olmuşlar. O, Əli ilə təxminən 15 gün olar ki, küslü olmuşlar. Ona görə də o, Əli və tanışına xidmət etməmişdir. Əli və yanındakı oğlan kafenin böyük zalında masalardan birində əyləşmişlər və onlara Şəlalə adlı ofisiant xidmət etmişdir. Əli tanışı ilə oturub spirtli içki qəbul edərək yemək yemişlər. Həmin vaxt avtoservisdə usta işləyən tanıdığı Nəriman adlı şəxs isə digər kiçik zalda öz dostu ilə birlikdə masalardan birinin arxasında əyləşərək çay içmişlər. Onlara o, xidmət etmişdir. O, növbəti dəfə Nərimanın əyləşdiyi masaya yaxınlaşanda onlarla birlikdə əyləşərək Nəriman və dostu ilə çay içməyə başlamışdır. Həmin vaxt o, görmüşdür ki, onun həmin masada əyləşməyi Əlinin xoşuna gəlməmiş və bir neçə dəfə ona həmin masadan qalxmasım işarə etmişdir. Lakin Əli onun həmin masadan qalxmadığını görüb ona onun üçün pivə gətirməsini bildirmişdir. O, isə Əliyə onun üçün pivə gətirməyəcəyini və digər ofisiantdan pivə istəməyini bildirmişdir. Onun bu sözü Əlinin xoşuna gəlməmişdir. Təxminən bir neçə dəqiqədən sonra usta Nəriman və tanışı sifarişin pulunu ödəyərək kafedən bayıra çıxmışlar. Onlardan sonra isə Əli və yanındakı tanımadığı oğlan sifarişin pulunu ödəyərək kafedən çıxmışlar. O, da kafedə digər müştərilərə xidmət etməyə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra o, kafenin bayırında səs-küy eşidib bayıra çıxanda orada ona bildirmişlər ki, Nəriman adlı ustanı Əli bıçaqla vuraraq xəsarət yetirmiş və onların kafedə ofisiant işləyən Şəlalə adlı qızl Nərimanı xəstəxanaya aparmışdır. Həmin hadisə 14 avqust 2022-ci il tarixdə axşam saat 22 radələrində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1 ünvanında yerləşən «444» avtomobil servisin yaxınlığında baş vermişdir. O, həmin mübahisənin şahidi olmamış, çünki həmin vaxt o, kafedə müştərilərə xidmət etmişdir. Lakin o, səs-kiiy eşidib bayıra çıxanda ona bildirmişlər ki, Nəriman adlı ustanı Əli adlı oğlan bıçaqla vuraraq xəsarət yetirmişdir. Əli ilə o, təxminən bir il olar ki, tanış olmuşlar, lakin təxminən 15 gün olar ki, küslü olmuşlar, onun digər masada əyləşməsi Əlinin xoşuna gəlməmiş, Əli onu yanına çağıranda isə o, onun yanma getmədiyindən Əli əsəbləşərək Nərimanla mübahisə etmiş və onu bıçaqla vurmuşdur. Lakin o, mübahisənin şahidi olmamış, belə düşünmüşdür. O, Əliyə Murad adlı şəxsin onu onun yanma qoymamasmı bildirməmiş, Əli ondan soruşanda ki, niyə səni çağığıram mənim yanıma gəlmirsən ? o, da ona bildirmişdir ki, birincisi səninlə küslüyük, ikincisidə ki, oğlanlarla söhbət etdiyim üçün sənin yanma gələ bilmədim. Şahid2 Etibar qızı ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Genişkənd kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında 3 azyaşlı övladları ilə birlikdə yaşamışdır. O, Binəqədi rayonu, DSK yolunda yerləşən «444» avtomobil servisin içərisində yerləşən «Əsmər» kafesində ofisiant işləmişdir. Eyni zamanda həmin sevisdə usta işləyən Nəriman adlı şəxsi təxminən iki ay olar ki, tanımış, münasibətləri normal olmuşdur. 14 avqust 2022ci il tarixdə saat təxminən 21 radələrində o, işdə olarkən həmin vaxt kafenin böyük zalında masalardan birində sonradan adı ona məlum olan Əli adlı şəxs tanımadığı bir nəfər tanışı ilə oturub spirtli içki qəbul edərək yemək yemişlər. Onlara o, xidmət etmişdir. Tanışı Nəriman isə digər kiçik zalda öz dostu ilə birlikdə masalardan birinin arxasında əyləşərək çay içmişlər. Onlara isə kafedə ofisiant işləyən Aysel adlı qız xidmət etmişdir. Bir neçə dəqiqədən sonra Aysel adlı qız gedib onun tanışı Nəriman və dostunun əyləşdiyi masada əyləşmiş vJ onlarla çay içməyə başlamışdır. Həmin vaxt o, görmüşdür ki, Əli və Aysel biribirinə baxırlar. Bİmdan sonra onun başı işə qarışdığından həmin şəxslərin nə vaxt kafedən çıxıb getmələrini görməmişdir. Təxminən bir neçə dəqiqə sonra o, kafenin bayırında səsküy eşidib bayıra çıxanda görmüşdür ki, Nəriman əlini böyür nahiyəsinə tutaraq işlədiyi sexə tərəf gedir. O, tez Nərimana yaxınlaşıb onun yarasına bir parça tutaraq sıxmış və nə baş verməsini Nərmasndan soruşduqda o, bildirmişdir ki, bayaq kafedə müştəri qismində oturub yeyib içən Əli adlı şəxs onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Ona görə də o, tez yoldan bir taksi maşım saxlayaraq X6 mərkəzə aparmışdır. Orada Nərimanı əməliyyat etmişlər. Həmin hadisə 14 avqust 2022-ci il tarixdə axşam saat 22 radələrində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən «444» avtomobil servisin içərisində yerləşən «Əsmər» kafesindən bir qədər aralıda baş vermişdir. O, həmin mübahisənin şahidi olmadığını bildirmiş, çünki həmin vaxt o, kafedə müştərilərə xidmət etmişdir. Lakin o, səs-küy eşidib bayıra çıxanda görmüşdür ki, Nəriman əlini böyür nahiyəsinə tutaraq işlədiyi sexə tərəf gedir. O, tez ona yaxınlaşıb onun yarasına bir parça tutaraq sıxmış və yoldan bir taksi maşını saxlayaraq X6 mərkəzə aparmışdır. Orada Nərimanı əməliyyat etmişlər. Nərimanın ona bildirdiyinə görə onu Əli adlı şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Mübahisənin şahidi kimi Nərimanın yanında olan adı ona sonradan məlum olan tanışı Murad və avtoservisdə usta işləyən Kamran və Həmid adlı şəxslər olmuşlar. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1 ünvanında yerləşən «444» avtoservisdə elektrik işləmişdir. Eyni zamanda onunla birlikdə həmin avtoservisdə Nəriman adlı şəxs usta işləmiş, Nərimanla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 14 avqust 2022-ci il tarixdə saat təxminən 22 radələrində o, işlədiyi avtoservisdə bir müştərinin avtomobilinin elektrik işlərini görmüşdür. Həmin vaxt iş yoldaşı Kamran isə digər bir müştərinin avtomobilinin mator hissəsində təmir işi aparmışdır. Bu zaman onlar bayırdan səs-küy eşitmişlər və işlərini yarmıçıq qoyub bayıra çıxmışlar. Həmin vaxt görmüşlər ki, avtoservisdə usta işləyən Nəriman əlini sağ böyür nahiyəsinə tutaraq iti addımlarla servisə tərəf gəlir. Onlar ondan nə baş verməsini soruşmuşlar, priman bildirmişdir ki, bir nəfər tanımadığı şəxs onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Həmin vaxt ərimanm sağ böyür nahiyəsindən qan axmışdır. Bu £aman işlədikləri avtoservisin yanında yerləşən kifedə ofisiant işləyən Şəlalə səs-küyə bayıra çıxmış və onlara yaxınlaşmışdır. Şəlalə Nərmanın sağ bpyür nahiyəsindən qan axdığını görüb həmin yerə bir əski parçası qoyub sıxmışdır. Bundan sonra ohlar yoldan bir taksi maşını saxlamışlar və Nəriman Şəlalə ilə birlikdə taksi avtomaşınına əyləşərək xəstəxanaya getmişlər. O, da usta Kamran ilə birlikdə işlədikləri servisi bağlayıb Nərimanın arxasınca X7 getmişlər. Xəstəxanada onlara bildirmişlər ki, Nərimanı əməliyyata almışlar. Onun sonradan eşitdiyinə görə adı ona istintaq zamanı məlum olan Əli adlı şəxs sərxoş olmuş və onun tanışı kafedə ofisiant işləyən Aysel adlı qızın Nəriman və onun dostunun əyləşdiyi masada birlikdə oturub söhbət etdiyi üçün Əli qısqanaraq onlarla mübahisə etmiş və əlindəki bıçaqla Nərimanı vurub xəsarət yetirmişdir. Həmin mübahisənin şahidi olmasalarda, sonradan o, Kamran, çay evində işləyən Şəlalə səs-küyə çıxmışlar, bundan başqa həmin vaxt orada yoldan keçən tanımadığı şəxslər də olmuşlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 və Şahid1 Şahid4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. 16 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 38- 40). xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 57-60). xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ifərman oğlu arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 83- 86). xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə 14 avqust 2022-ci il tarxidə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1 ünvanında yerləşən «444» adlı avtoservisin yaxınlığında baş vermişdir (cild 1, iş vərəqi 76-79). xx.xx.2022-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, 14 avqust 2022-ci il tarxidə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK olu, Mədən 1 ünvanında yerləşən «444» adlı avtoservisin yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyi yeri əyani şəkildə göstərmişdir (cild 1, iş vərəqi 73-75). Binəqədi rayon məhkəməsinin 18 avqust 2022-ci il tarixli 4(001)-939/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 114-116). xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid3 istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 141-143). xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 155-156). Məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2022-ci tarixli 2322 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində- döş qəfəsinin sağ ön-yan səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 14 avqust 2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs rəfindən bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqi 162-165). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 129-130). İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə-tibb ekspertizası üzrə 19 noyabr 2022-ci tarixli 2322 saylı saylı ekspert rəyi ilə Zərərçəkmiş şəxs bədən səthi üzərində- döş qəfəsinin sağ ön-yan səthinin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşaiət olunan xəsarətin deşici-kəsici əşyanın (alətin) təsirindən törənməsi, qərarda göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 14 avqust 2022-ci il tarixə uyğun gəlməsi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması öz təsdiqini tapmışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəbolur; ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə vəya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməliAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiqolaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur; həmin qərarın 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür; həmin qərarın 11-ci bəndinə əsasən xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıqhəddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağırnövünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır.Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfediciəlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsüfolunmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi bütün ifadələrində Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncuya xəsarət yetirməsini etiraf etmiş, zərəçəkmiş şəxsi deyil mübahisə etdiyi Murad adlı şəxsi vurmaq və qorxutmaq istədiyini lakin istəmədən Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmişdir. İşdə olan 16 avqust 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ifadəsi yerində yoxlanılan təqsirləndirilən şəxs Şərifov X4 Quliyevə 14 avqust 2022-ci il tarxidə saat 22:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Mədən 1 ünvanında yerləşən «444» adlı avtoservisin yaxınlığında bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əslində Zərərçəkmiş şəxs tanışı Şahid1 adlı şəxsi qorxutmaq məqsədi ilə qolundan vurmaq niyyətinin olmasını, Zərərçəkmiş şəxs vurmaq istəməməsi, onu təsadüfən, istəmədən bıçaqla vurması barədə göstərdiklərinə tənqidi yanaşır, işin faktiki hallarına uyğun olmayan hesab edir. Belə ki, işin hallarından və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs Murad və Zərərçəkmiş şəxslə birlikdə oturduqları kafedən mübahisəni həll etmək üçün çölə çıxmış, Muradın hadisə yerindən getməsindən sonra Nərimanın Muradla birlikdə olduğunu və Muradı tanıdığını soruşub dəqiqləşdirdikdən sonra bıçaqla qəsdən zərbə vuraraq xəsarət yetirmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onun törətdiyi cinayət əməli baxış keçirilməsi haqqında protokol, özünün etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, məhkəmə-tibbi və kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizalarının rəyləri, maddi sübut və iş üzrə digər istintaq sənədləri ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ağır, CM-in 221.3-cü maddəsi isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq təcridxanaya gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən Əİi Şərifovun 16 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti cəza təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 25 iyun 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu 3 (üç) ay müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar