Məhkəmə qərarları › İş №1(101)-1701/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1701/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1701/2023 16.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 3 iyun 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Həmid” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Həmid” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində gizlədilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 4540,752 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 452,6 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 10.050 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in İİ siyahısına daxil olan külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 45,6 qram olan 1140 ədəd narkotik vasitə metadon həbini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 1002,7 qram çəkidə psixotrop maddə metafetamini satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla yaşadığı ünvan 3 ünvanında saxlamış, qeyd edilən narkotik vasitə heroinin 57,852 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə üzərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 21:00-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 22:40-da üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 57,852 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq 1 may 2023-cü il tarixdə saat 00:30-da Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında yerləşən ağ rəngli divanın yanında olan 1 ədəd idman çantasında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 3 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1997,0 qram, 492,3 qram və 1993,6 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 4482,9 qram olan narkotik vasitə heroin, 1 ədəd sellofan bağlamada təmiz çəkisi külli miqdarda 452,6 qram olan narkotik vasitə tiryək, 1 ədəd sellofan bağlamada təmiz çəkisi külli miqdarda 1002,7 qram olan psixotrop maddə metafetamin, təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 45,6 qram olan 1140 ədəd narkotik vasitə metadon həbi, üzərində narkotik vasitə heroinə və tiryəkə məxsus izləri olan “Mesko” markalı elektron tərəzi, 1 ədəd sellofan torbada olan 5 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1934,95 qram, 2040,7 qram, 2043,2 qram, 1984,15 qram və 2047,0 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 10.050 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxın marixuanadan istifadə etmişdir. Tutulmazdan təxminən 2 ay əvvəl sosial şəbəkədə “Həmid" adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və sonrakı dövrdə narkotik vasitəni həmin şəxsdən almışdır. Belə ki, həmin şəxslə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə danışıb ona narkotik vasitə sifariş vermiş, sonra həmin şəxsin verdiyi bank hesabına narkotik vasitənin pulunu göndərmiş və həmin şəxs də onun sifariş verdiyi narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlara qoyub şəklini çəkib onun mobil telefonuna göndərmiş, o da gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. Bir müddət sonra “Həmid” adlı şəxs təklif etmişdir ki, ona külli miqdarda narkotik vasitələr və psixotrop maddələr göndərsin, o da həmin maddələri Bakı şəhərində götürüb özündə saxlasın, sonra onun dediyi çəkidə narkotik vasitələri müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərsin. Bunun müqabilində “Həmid” adlı şəxs ona pul verməli idi. O da pula ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb “Həmid” adlı şəxsin təklifi ilə razılaşmışdır. Tutulmazdan təxminən 15-20 gün əvvəl “Həmid” adlı şəxs birinci dəfə ona 1 kiloqram narkotik vasitə heroin göndərmişdir. Belə ki, “Həmid” adlı şəxsin onun mobil telefonuna göndərdiyi fotoşəkil və konum əsasında gedib Bakı şəhərində həmin narkotik vasitəni götürüb özündə saxlamış, sonra “Həmid” adlı şəxsin tapşırığı ilə özünə elektron tərəzi alıb həmin narkotik vasitəni sonuncunun dediyi çəkilərdə sellofan bükümlərə bölərək Bakı şəhərində əsasən Binəqədi rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsi ərazilərində müxtəlif ünvanlarda gizlədib narkotik vasitələri gizlətdiyi yerlərin fotoşəkillərini çəkərək həmin şəxsə göndərmişdir. 30 aprel 2023-cü il tarixdə axşam vaxtı “Həmid” adlı şəxs onunla əlaqə saxlayıb 60 qram çəkidə narkotik vasitə heroini çəkərək Binəqədi rayonu ərazisində özünün müəyyən etdiyi yerdə gizlədib həmin yerin fotoşəklini çəkib göndərməyini bildirmişdir. O da “Həmid” adlı şəxsin dediyi çəkidə narkotik vasitə heroini götürüb 1 ədəd sellofan bükümdə cibinə qoyaraq yaşadığı mənzildən çıxıb piyada hərəkət etdiyi zaman saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, “Versal” Şadlıq sarayının yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə BNMİ-yə getmişdir. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra üzərində olan mobil telefonu və pulu masanın üzərinə qoymuşdur. Şəxsi axtarışdan sonra kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən evə getmişlər. Kirayə yaşadığı evdə 2 kiloqram heroin, 1 kiloqram metafetamin, 2 kiloqram marixuana, ümumilikdə 5 kiloqram narkotik vasitə olmuşdur. Lakin polis əməkdaşları evdə baxış keçirilərkən narkotik vasitələrin çəkisini və növünün artırmışdır. O da polis əməkdaşlarına etiraz etdikdə onlar atasını da cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə onu hədələmişdirlər. O, atasının cinayət məsuliyyətinə cəlb edilməsini qəbul edə bilmədiyindən polis əməkdaşları ilə razılaşmış və evə baxış zaman aşkar olunmuş bütün narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Həmid adlı şəxsi sosial şəbəkələrdən tanımış və həmin şəxs iran vətəndaşı olmuşdur. Həmid adlı şəxsdən 2 dəfə narkotik vasitə almışdır. Narkotik vasitələrin aşkar edildiyi evi kirayə götürmüşdür. Ailəsi Binəqədi qəsəbəsində yaşayır. Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən evi narkotik vasitələri saxlamaq üçün kirayə götürmüşdür. İbtidai istintaq zamanı ona qarşı psixoloji təsir göstərilsə də, fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəni narkotik vasitələrin çəkisi ilə bağlı hissədə təsdiq etməmiş, digər hissələrdə təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin narkotik vasitələrin çəkisi və növü ilə bağlı hissəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 15-20 gün əvvəl “Həmid” adlı şəxs birinci dəfə ona 1 kiloqram çəkidə narkotik vasitə heroin göndərmişdir. Belə ki, o, “Həmid” adlı şəxsin onun mobil telefonuna göndərdiyi fotoşəkil və konum əsasında gedib Bakı şəhərində həmin narkotik vasitəni götürüb özündə saxlamış, sonra “Həmid” adlı şəxsin tapşırığı ilə özünə elektron tərəzi alıb həmin narkotik vasitəni sonuncunun dediyi çəkilərdə sellofan bükümlərə bölüb Bakı şəhərində əsasən Binəqədi rayonu, Abşeron rayonu, Xırdalan şəhəri və Masazır qəsəbəsi ərazilərində özünün müəyyən etdiyi müxtəlif ünvanlarda gizlədib narkotik vasitələri gizlətdiyi yerlərin fotoşəkillərini çəkib həmin şəxsə göndərmişdir. Bunun müqabilində “Həmid” adlı şəxs ona 500 manat pul vermişdir. Bundan sonra “Həmid" adlı şəxs ona ikinci dəfə təxminən 1 kiloqram çəkidə narakotik vasitə heroin və 1 kiloqram çəkidə psixotrop maddə metafetamin göndərmiş, o, yenə də eyni qayda ilə “Həmid” adlı şəxsin göndərdiyi narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində gizlədildiyi yerdən gedib götürərək özündə saxlamış və sonra həmin şəxsin göstərişi ilə narkotik vasitəni və psixotrop maddəni sellofan bükümlərə ayırıb yenə də Binəqədi və Abşeron rayonu ərazilərində müxtəlif ünvanlarda gizlədib həmin yerlərin fotoşəkillərini çəkib “Həmid” adlı şəxsə göndərmiş, sonuncu bunun müqabilində ona 1.000 manat pul vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən tutulmazdan 4-5 gün əvvəl “Həmid” adlı şəxs ona külli miqdarda narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana, psixotrop maddə metafetamin və narkotik tərkibli metadon həbləri göndərəcəyini, həmin narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini götürüb özündə saxlamasını, dediyi vaxtda və çəkidə narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini Bakı şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin fotoşəkillərini çəkib ona göndərməsini və bunun müqabilində ona 2.200 manat pul verəcəyini bildirmişdir. O da “Həmid” adlı şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra “Həmid” adlı şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə onunla əlaqə saxlayıb göndərdiyi narkotik vasitələrin və psixotrop maddənin Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu dəmiryol vağzalının yaxınlığında gizlədildiyini və gedib götürməsini bildirmişdir. Həmin yerin fotoşəkilləri və konumu “Həmid adlı şəxs tərəfindən onun mobil telefonuna göndərilmişdir. O, həmin gecə saat 3:00-4:00 radələrində taksi ilə gedib deyilən ərazidə onun mobil telefonuna göndərilən foroşəkil və konum əsasında həmin narkotik vasitələrin və psixotop maddəni gizlədildiyi yeri müəyyən etmişdir. “Həmid” adlı şəxsin göndərdiyi narkotik vasitələr, psixotrop maddə və dərman həbləri 1 ədəd idman çantasında və 1 ədəd qara rəngli sellofan torbada olmuşdur. O, narkotik vasitələri və psixotrop maddəni götürüb yenidən başqa bir taksi ilə yaşadığı ünvan 3 ünvanına gətirmişdir. O, həmin narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini yaşadığı ünvanda gizlədib saxlamış, eyni zaman da bu barədə “Həmid” adlı şəxsə məlumat vermişdir. “Həmin” adlı şəxs ondan xəbər gözləməsini və dediyi vaxtda narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini müxtəlif ünvanlara qoyacağını bildirmişdir. O da bundan sonra “Həmid” adlı şəxsdən tapşırıq gözləməyə başlamışdır. 30 aprel 2023-cü il tarixdə axşam vaxtı “Həmid” adlı şəxsin onunla əlaqə saxlayıb 60 qram çəkidə narkotik vasitə heroin çəkib Binəqədi rayonu ərazisində özünün müəyyən etdiyi yerdə gizlədib həmin yerin fotoşəkilini çəkib ona göndərməsini bildirmişdir. O da “Həmid” adlı şəxsin dediyi çəkidə narkotik vasitə heroini götürüb 1 ədəd sellofan bükümdə cibinə qoyaraq yaşadığı mənzildən çıxıb piyada hərəkət etdiyi zaman saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə 1 ədəd bükümdə narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Həmin idarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üstündə narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 1 ədəd plastik bank kartı, 1 ədəd mənzil açarı, 7 manat pul və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Onun təqdim etdiyi 1 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üstündən aşkar edilmiş 1 ədəd mənzil açarı və 7 manat pul onun özünə qaytarılmış, aşkar edilmiş “Samsung” markalı mobil telefon və plastik bank kartı polis əməkdaşları tərəfidən götürülmüşdür. Sorğu zamanı o, üstündən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Həmid” adlı şəxs tərəfindən ona göndərildiyini və üzərindən aşkar olunmuş narkotik vasitədən başqa hazırda yaşadığı ünvan 3 ünvanında əlavə olaraq narkotik vasitələr, psixotrop maddə və narkotik tərkibli dərman həbləri gizlədib saxladığını bildirərək həmin ünvana gedildiyi təqdirdə həmin maddələri və dərman həblərini də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə 30 aprel 2023-cü il tarixdən 1 may 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində onun yaşadığı ünvan 8 ünvanına gedilmiş, onun razılığı əsasında yaşadığı ünvana videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra o, yaşadığı mənzilin qonaq otağında gizlətdiyi içərisində narkotik vasitə heroin və tiryək, psixotrop maddə metafetamin, narkotik tərkibli dərman həbləri və elektron tərəzi olan 1 ədəd idman çantasını və içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qara rəngli sellofan torbanı götürüb təqdim etmişdir. İdman çantasına baxış zamanı çantanın içərisindən 3 ədəd sellofan bağlamada narkotik vasitə heroin, 1 ədəd sellofan bağlamada narkotik vasitə tiryək, 1 ədəd sellofan bağlamada psixotrop maddə metafetamin və hər birində 10 ədəd olmaqla 114 ədəd konvalyutda ümumilikdə 1140 ədəd “Methadone 40” həbi və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra onun təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində olan 5 ədəd sellofan bağlamdan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. İdman çantasından aşkar olunmuş maddələr, dərman həbləri və elektron tərəzi həmin çantaya, sellofan torbadan aşkar edilmiş kütlələr isə həmin torbaya qoyularaq qablaşdırılmış, çanta və torbanın üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı mənzildən aşkar edilmiş içərisində narkotik vasitə və psixotrop maddələrin qeydiyyatını apardığı 1 ədəd dəftər polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, bir daha yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddənin və dərman həblərinin “Həmid” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini “Həmid” adlı şəxsin dediyi ünvanlara qoyub həmin yerlərin fotoşəkillərini çəkib ona göndərməsi müqabilində sonuncu tərəfindən ona 2.200 manat pul veriləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının dəvət ilə yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar və yaşadığı ünvana keçirilmiş baxışla bağlı orada protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokol düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələr, psixotrop maddə və narkotik tərkibli dərman həblər “Həmid” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərilmiş, həmin narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərində gizlədildiyi yerdən gedib götürmüş, “Həmid” adlı şəxs tərəfindən göndərilən narkotik vasitələrin və psixotrop maddələrin Bakı şəhərində onun götürdüyü ünvanlara kimlər tərəfindən qoyulduğunu və eləcə də, sonradan həmin maddələri hissə-hissə olmaqla müxtəlif ünvanlara onun tərəfindən qoyulduqdan sonra kimlərin gəlib həmin maddələri götürməsi barədə heç bir məlumatı olmamış, o, yalnız narkotik vasitələri və psixotrop maddələri qoyduğu ünvanların fotoşəkillərini çəkib və konumunu mobil telefon vasitəsi ilə “Həmid” adlı şəxsə göndərmiş, sonradan həmin maddələrin kimlər tərəfindən götürüldüyünü bilməmiş, “Həmid” adlı şəxs indiyə kimi ayrı-ayrı vaxtlarda ona 3 dəfə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr göndərmiş, birlikdə narkotik vasitə və psixortop maddələrin dövriyyəsi ilə məşğul olduğu üçün “Həmin” adlı şəxs indiyə kimi ona 1.500 manat pul vermiş və əlavə olaraqda ona pul göndərməli olmuş, yaşadığı ünvanda narkotik vasitələri və psixotrop maddələri gizlədib saxlamasından ailə üzvlərinin və başqa şəxslərin məlumatının olmamış, üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitədən və psixotrop maddədən əlavə başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamamış, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş və heç bir müqavimət göstərməmişdir (cild 1, iş vərəqə 100-106). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə Baş İdarəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 30 aprel 2023-cü il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində olması müəyyən edilmiş və bunun üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin yerə getmişlər. Həmin gün saat 21:00 radələrində ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etdiyi müəyyən edilmiş, sonra isə həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirib barəsində qəbul edilmiş qərarla tanış edərək üzərində bu kimi qanunsuz maddələr və ya predmetlər saxlayırsa məlumat verməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən səmimi şəkildə bildirmişdir ki, hazırda üzərində 1 büküm narkotik vasitə heroin vardır. Bundan sonra onu BNMİ-nə dəvət etmişlər və o da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişdir. İdarənin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçısı Anar Aslanov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində 1 bükümdə narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun əynində olan şalvarının sol yan cibindən 1 ədəd plastik bank kartı və 1 ədəd mənzil açarı aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan büküm açıldıqda içərisindən kəskin spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddənin ona məxsus olduğunu, həmin maddəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Həmid” adlı şəxs tərəfindən ona göndərildiyini və üzərindən aşkar olunmuş narkotik vasitədən başqa hazırda yaşadığı evdə də narkotik vasitələr, psixotrop maddə və narkotik tərkibli dərman həbləri gizlədib saxladığını, həmin ünvana gediləcəyi təqdirdə həmin maddələri və dərman həblərini də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra 30 aprel 2023-cü il tarixdən 1 may 2023cü il tarixə keçən gecə saat 00:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qarşısına gəlmişlər, Təqsirləndirilən şəxs iştirakı və icazəsi ilə videoçəkilişlə onun yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşyalar və maddələr varsa təqdim etsin. Bu təklifdən sonra o, yaşadığı mənzilin qonaq otağında olan 1 ədəd idman çantasını və 1 ədəd qara rəngli sellofan torbanı götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantasının və sellofan torbanın içərisində narkotik vasitələr, psixotrop maddə və narkotik tərkibli dərman həbləri olduğunu bildirmişdir. Bundan sonra idman çantasına baxış zamanı çantanın içərisindən 3 ədəd sellofan bağlamada narkotik vasitə heroinə, 1 ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə, 1 ədəd sellofan bağlamada psixotrop maddə metafetaminə oxşar maddələr, hər birində 10 ədəd olmaqla 114 ədəd konvalyutda ümumilikdə 1140 ədəd “Methadone 40” həbi və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş və baxış zamanı torbanın içərisində olan 5 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. İdman çantasından aşkar olunmuş maddələr, dərman həbləri və elektron tərəzi həmin çantaya, sellofan torbadan aşkar edilmiş kütlələr isə həmin torbaya qoyularaq təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Baxış zamanı mənzildən 1 ədəd içərisində qeydlər aparılmış dəftər aşkar olunmuş və sorğu zamanı Təqsirləndirilən şəxs həmin dəftərdə narkotik vasitələrin və psixotrop maddələrin qeydiyyatını apardığını bildirdiyi üçün həmin dəftər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini “Həmid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələri, psixotrop maddəni və dərman həblərini “Həmid” adlı şəxsin dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərməsi müqabilində həmin şəxsin ona 2.200 manat pul verəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Ruslan Qadıyevə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 155-158). Cinayət işinin materiallarında olan 30 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edildikdən sonra orada həmin gün saat 22:40-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 1 ədəd sellofan bükümü, onun əynində olan şalvarının sol yan cibindən 1 ədəd plastik bank kartı, 1 ədəd mənzil açarı, 7 manat pul və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan 1 ədəd sellofan büküm, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon və 1 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, 7 manat pul və mənzil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır (cild 1, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan 1 may 2023-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD diskdən görünür ki, 1 may 2023-cü il tarixdə saat 00:30-dan etibarən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağında yerləşən ağ rəngli divanın yanında saxladığı 1 ədəd idman çantasını və 1 ədəd qara rəngli sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmiş, onun təqdim etdiyi idman çantasına baxış zamanı çantanın içərisindən 3 ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar maddələr, 1 ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə oxşar maddə, 1 ədəd sellofan bağlamada psixotrop maddə metafetaminə oxşar maddə, hər birində 10 ədəd olmaqla 114 ədəd konvalyutda ümumilikdə 1140 ədəd “Methadone 40” həbi və 1 ədəd yaşıl rəngli elektron tərəzi aşkar olunmuş, daha sonra 1 ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş və torbanın içərisində olan 5 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuş, idman çantasından aşkar olunmuş maddələr, dərman həbləri və elektron tərəzi həmin çantaya, qara rəngli sellofan torbadan aşkar edilmiş 5 ədəd sellofan bağlamada olan kütlələr isə həmin torbaya qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqə 35-36). Cinayət işinin materiallarında olan 1 may 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış zamanı həmin mobil telefonun “WhatsApp” proqram təminatının “Söhbətlər" bölməsində adı “Hamid” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 901 *** **** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 14;35-də mobil telefonunda “Hamid” adı ilə qeyd olunmuş +98 901 *** **** nömrənin istifadəçisinə səsli ismarıc göndərərək bildirir ki, “salam baba salam necəsən, nə var nə yox vəziyyət, indi bu dəqiqə çıxdım evdən” və həmin günü saat 14:37-də “baba sənin qadanı alaram onu sən öz üzərində saxla, səndə qalsın, birdən birə o qədər pul gəlməsin başına dönüm sənin, hələlik səndə qalsın asta-asta sənə deyərəm vurarsan”. Həmin xarici nömrənin istifadəçisi olan iran ləhcəli şəxs cavab olaraq Təqsirləndirilən şəxs həmin günü saat 14:39-da səsli ismarıc göndərərək bildirir ki, “yaxşı ürəyim, onda bilirsən nə iş görürsən, sən bir dənə yaxşı özünə dəftər zad ayır hesabını bil, mən bilirəm bu başdan yazıram, sən özündə bil yaxşı canım, qurban mən nə haqq hesabın olacaq, onları şey elə, mən elə min beş yüz otdan sənə verəcəyəm, canım qurban yaxşı haqq hesabımızı eləyək, axşamda gedib sən deyənə 2 dənə yarım mal idi axşam ki, min iki yüz manatda o eləyir axşamki, hardasa gedib çıxır iki min yeddi yüzə zada, elə obşinin qurtarsaq bu malnan iki min yeddi yüz səkkiz yüz əlin pul tutacaq canım qurban, necə deyirsən, elə mən deyirəm pulu vardı, lazımın deyil elə qardaşdan pulu mən alım saxlayım öz üzərimdə, sən haçan istəyəndə vuraram, necə rahatsan da bildin ürəyim” və "yenə bax gör eləyə bilirsənsə bir dənə kart al vurdur, bildin necə deyirəm”. Təqsirləndirilən şəxs həmin günü saat 14:40-da cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “baba sənin qadan alaram, mənim dəftərimdə sənsən, hər şeyim sənsən, başına dönərəm sənin mənə etibarın var, mənim sənə inamım var, heç mən hesablamıramda heç nədə eləmirəm, mən bilirəm ki sən mənim haqqıma girən deyilsən, necə ki mən sənin haqqına girmirəm, başına dönərəm nədi nə deyil özün haqq-hesab elə lazım olanda deyərsən ki, Ruslan sənin bu qədər pulun var, mən də deyərəm vur filan karta ya vur filan şeyə yaxşı baba başına dönərəm qalsın səndə elə mənəm sənsən nə fərqi var ikimizdə eyni adamıq, inşallah gələcəm də İrana görüşəcəyikdə oturacayıq gəşəng deyəcəyik güləcəyik kayf edəcəyik baba”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 14:39-da səsli ismarıc göndərərək bildirir ki, “bilirəm ürəyim mənim sənin yoxdur ki, sənin cibin mənim cibim canım qurban mən deyirəm ehtiyacın olar haqqındı, hazır puldu necə deyirsən özümdə saxlıyım, istəyirsən vurum birdən borcun zadın olar lazımın olar pul hazırdır yenə də sənin ürəyin necə istəyir mən o işi görüm canım qurban”. İran ləhcəli şəxs həmin günü saat 16:05-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “ürəyim nə xəbər canım qurban getmədin bəs evə, narahat qalıb içim bir az tez elə”. Təqsirləndirilən şəxs həmin günü saat 16:06-da cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “üç dörd dəqiqəyə çatıram evə, de bu şeydəyəm svetafordayam indi üç dörd dəqiqəlik yolum qalıb de burdan bura, sən istəyisən yavaşyavaş at mən evə gedən kimi başlayım”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 16:06-da Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “yox canım qurban elə sən yetiş evə mənə de mən ondan sonra atım birdə yetişdin evə o dünənkiləridə at tərəziyə mənə şəklini göndər”. Təqsirləndirilən şəxs həmin günü saat 16:07-də cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “oldu baba oldu səbirli ol üç dörd dəqiqəyə göndərirəm”. Təqsirləndirilən şəxs həmin günü saat 16:18-də “Hamid” adı ilə qeyd edilmiş xarici ölkəyə məxsus olan +98 901 *** **** mobil nömrənin istifadəçisinə 03 ədəd elektron tərəzinin üzərində sellofan torbalar olan fotoşəkil göndərir və eyni zamanda səsli ismarıc göndərərək bildirir ki, “baba bax gör düzdür bunlar”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 16:20-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “hə ürəyim iynə kimi, mənə bax idi belə yaxşı şəkil salmısan, o birisiləridə belə yaxşı şəkil salarsan göndərərsən mənə, canım qurban bir də çox olacaq ha 16 dənə zad bağlamadı, haçan dedin hazırsan onları atım yaxşı yaddaş elə bir bə bir təmiz salıb eynən onları bağla, bildin çoxdur malın ürəyin üzəcəm indi”. Təqsirləndirilən şəxs həmin günü saat 16:20-də cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “sən asta-asta at gəlsin məndə dəftərə yazım yavaş-yavaş başlayım işləməyə”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 16:21-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “yaxşı canım qurban” və saat 16:22-də “ürəyim canım qurban camaat elə indi mənə zakazları atırlar, məndə atıram sənə, bu toz kəliməsidi, torpaq kəliməsidi, yəni koladırda “k” bildin nə cür, daşda yazılanda yəni patıdırda tövbə onları bilirsəndə canım qurban”. Təqsirləndirilən şəxs həmin günü saat 16:26-da cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “bilirəmə baba başına dönərəm “k”, “p”, sonra dərman olanda “m40”, sonra otda olanda ot yazırsanda onun hamısını bilirəm”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 16:27-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “yox bilirsən məsəl üçün torpaq zad deyəcəm onları da bilirsən, torpaq daşı deyirəm mən”. Təqsirləndirilən şəxs həmin günü saat 16:27də cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “bilirəm başına dönərəm bilirəm baba arxayın ol narahat olma onsuzda çəkib sənə göndərirəm də, sən də orda şəkildə görürsən qramında bilirsəndə uje nədi nə deyil, sən mənə nə atırsanda mən onu ard-arda kağıza yazıram başlayıram işləməyə”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 16:28-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “yaxşı canım qurban indi atıram bax”. “Hamid” adı ilə qeyd edilmiş xarici ölkəyə məxsus olan +98 901 *** **** mobil nömrənin istifadəçisinə 30 aprel 2023-cü il tarixdə saat 16:28-də Təqsirləndirilən şəxs “200 ot”, “100 ot”, “200 ot”, “300 ot”, “100 gul, 30k, 20p”, “500 ot”, “30 kola, 30 patı”, “80 kola, 20 patı”, “100 patı”, “40 kola, 20 patı”, “60 torpaq, 20 daş, 100 ot”, “70 torpaq, 30 daş” “150 k, 30 p” həmin günü saat 16:29-da “50 kola, 20 patı”, “70 k, 30p”, “35 k, 5p” məzmununda ismarıc yazmışdır. Təqsirləndirilən şəxs həmin günü saat 16:38-də “Hamid” adı ilə qeyd edilmiş xarici ölkəyə məxsus olan +98 901 *** **** mobil nömrənin istifadəçisinə 17 ədəd elektron tərəzinin üzərində sellofan torbalar və sellofan bükümlər olan fotoşəkil göndərir. Təqsirləndirilən şəxs həmin günü saat 18:00-da cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “o hazırdı baba dünən iki dənə bir kilo bir kilo bağlamamışdım, o bir kilo hazırdı bağlamışam uje”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 18:01-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “hə lap yaxşı başına dönüm, yadımdan çıxmasım, onu da götürərsən çölə çıxanda”. Təqsirləndirilən şəxs həmin günü saat 18:07-də “Hamid” adı ilə qeyd edilmiş xarici ölkəyə məxsus olan +98 901 *** **** mobil nömrənin istifadəçisinə “baba bu yetmiş “q”-nı atdım sənə böyründə otuz “p” var idi, o rovnu otuzdur, prosta onu day skoçnan bağladım yadımdan çıxdı şəklin atmadın sənə, açım təzdən töküm yerə şəklini atım sənə?” məzmununda səsli ismarıc, eyni zamanda 17 ədəd elektron tərəzinin üzərində sellofan torbalar və sellofan bükümlər olan fotoşəkil göndərir. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 18:08-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “yox ürəyim ehtiyac yoxdur, ehtiyac yoxdur”. Təqsirləndirilən şəxs həmin günü saat 18:23-də “Hamid” adı ilə qeyd edilmiş xarici ölkəyə məxsus olan +98 901 *** **** mobil nömrənin istifadəçisinə səsli ismarıc göndərərək bildirir ki, “baba bir dənə bax gör orda səndə 70k 30p iki dənədi çünki birini bayaq bağlamışam, indi biridə vardı, sonradan üç dənə atdıne nəsə atdı opşim 70k 30p bir dənə ona bax gör 2 dənədi o”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 18:45-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “hə iki dənədir canım qurban’Və saat 18:46-da “17 dənə olacaqda opşem canım qurban 17 dənə”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 18:52-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki,” ürəyim canım qurban mənə bir dənə istiqamət de saat dörd-beş demişdin, demişdin dörd-beşdə atacam, mənə bir dənə istiqamət de qoy bunların başın qatım bir az" və “ürəyim istiqamət ver demişdin yarım saatdan sonra göndərəcəm canım qurban istiqamət ver”. Təqsirləndirilən şəxs həmin günü saat 18:55-də cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “Mehdabat tərəf deyərsən”. İran ləhcəli şəxs cavab olaraq həmin günü saat 19:05-də Təqsirləndirilən şəxs səsli ismarıc göndərərək bildirir ki, “ürəyim canım qurban fəqət ünvanlara gedəndə eləyəndə çəkilərin zadın bildə, hangisi ünvandı hansı malın şeyidi qadan alım, elə səslə atki day vaxtı udmasın başına dönüm”. “Hamid” adı ilə qeyd edilmiş xarici ölkəyə məxsus olan +98 901 *** **** mobil nömrənin istifadəçisinə 30 aprel 2023-cü il tarixdə saat 19:41də Təqsirləndirilən şəxs “ürəyim nə xəbər?” məzmununda ismarıc yazmışdır. Bundan başqa “WhatsApp” proqram təminatının “Zənglər” bölməsində Təqsirləndirilən şəxslə “Hamid” adı ilə qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 901 *** **** mobil nömrə arasında əlaqə saxlaması halları müəyyən edilmişdir (cild 1, iş vərəqə 74-82). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2023-cü il tarixli 6/2500 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 57,852 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7”-li dairəvi möhür əksi olan göy rəngli idman çantadakı 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1997,0 qram, 492,3 qram, 1993,6 qram, ümumi təmiz çəkisi 4482,9 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 452,6 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 1 ədəd bükümdə təmiz çəkisi 1002,7 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan konvalyutlardakı üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 1140 qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır, 1140 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 45,6 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Üzərində “Mesko” yazısı olan yaşıl rəngli elektron tərəzinin üzərində heroinin və tiryəkin izləri vardır. İz şəklində olduğu üçün heroinin və tiryəkin çəkisini və bükümdəki heroinlərlə və tiryəklə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildə aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4540,752 qram (4 kq 540,752 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin və tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir (Qeyd: üzərindən aşkar edilmiş heroinin ümümi təmiz çəkisi 57,852 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 57,752 qram, mənzildən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 4482,9 qram, tədqiqata sərf edildi 0,24 qram, qalıq 4482,66 qram, metafetaminin ümum təmiz çəkisi 1002,7 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1002,5 qram, tiryəkin ümumi təmiz çəkisi 452,6 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 452,5 qram, həbin ümumi sayı 1140 ədəd, tədqiqata sərf edildi 10 ədəd, qalıq 1130 ədəd, cild 1, iş vərəqə 45-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2023-cü il tarixli 7/625 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan polietilen bağlamadakı 5 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1934,95 qram, 2040,7 qram, 2043,2 qram, 1984,15 qram və 2047,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 10050 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş idman çantasındakı 1 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (Qeyd: marixuananın ümumi çəkisi 10050 qram, tədqiqata sərf edildi 1,0 qram (hər obyektdən 0,2 qram), qalıq 10049 qram, cild 1, iş vərəqə 51-54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 15 may 2023-cü il tarixli 2927 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 166-167). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 17 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 57,752 qram olan narkotik vasitə heroin, yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 4482,66 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1002,5 qram olan psixotrop maddə metafetamin, qalıq çəkisi 452,5 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 10049 qram olan narkotik vasitə marixuana, qalıq sayı 1130 ədəd olan metadon tərkibli dərman həbi, üzərində heroinin və tiryəkin izləri olan “Mesko” markalı yaşıl rəngli 1 ədəd elektron tərəzi, ona məxsus 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon və onun yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd dəftər maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk, mənzilə baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, 1 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD isə maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 171-189). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 211-212) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (cild 1 , iş vərəqə 161). Təqsirləndirilən şəxs əməlində əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2 may 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 114-119). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 57,752 qram və 4482,66 qram olan narkotik vasitə heroin, 1002,5 qram olan psixotrop maddə olan metafetamin, 452,5 qram olan narkotik vasitə tiryək, 10049 qram olan narkotik vasitə marixuana, tədqiqatdan sonra qalıq sayı 1130 ədəd metadon tərkibli dərman həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd 10 vərəqli dəftər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, -1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 192 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 57,752 qram və 4482,66 qram olan narkotik vasitə heroin, 1002,5 qram olan psixotrop maddə olan metafetamin, 452,5 qram olan narkotik vasitə tiryək, 10049 qram olan narkotik vasitə marixuana, tədqiqatdan sonra qalıq sayı 1130 ədəd metadon tərkibli dərman həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd 10 vərəqli dəftər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, -1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar