Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1702/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Pentesiar Xidmətinin 3 saylı İstntaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi- 2,249 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək daşımaqla saxlamış, həmin psixotrop maddə olan metamfetamini Şahid1 satmaq məqsədilə sonuncu tərəfindən 16 mart 2021-ci il tarixdə saat 18:46 radələrində 140 (yüz qırx) manat pul vəsaitinin onun istifadəsində olan, tanışı Şahid2 məxsus "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik karta “Bir Bank” tətbiqi vasitəsi ilə köçürülməsinə əmin olduqdan sonra əvvəlcədən 03 ədəd şəffaf sellofan bükümdə qablaşdırdığı, ayrı-ayrılıqda təmiz çəkiləri 0,806 qram, 0,590 qram və 0,853 qram olmaqla, ümumi təmiz çəkisi 2,249 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəm küçəsində yerləşən 42 nömrəli evin qarşısında qoyub Şahid1 həmin psixotrop maddəni oradan maneəsiz götürməsinə şərait yaratmaqla sonuncuya satmış, 16 mart 2021-ci il tarixdə saat 23:15 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid1 Qusar şəhərində saxlanılaraq Qusar şəhəri, Heydər Əliyev prospekti 148 nömrəli ünvanda yerləşən Qusar rayon Polis Şöbəsinə gətirilmiş, orada Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli köynəyin sağ cibindən 3 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,806 qram, 0,590 qram və 0,853 qram olmaqla, ümumi təmiz çəkisi 2,249 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Pro Line” şirkətində təchizatçı vəzifəsində işləmiş, “Pro Line” şirkəti tikinti materiallarının satışı ilə məşğuldur. Onun vəzifəsi sifariş verilən tikinti materiallarını axtarmaq və onları qiymətləndirməkdən ibarət olmuşdur. Təxminən dörd il həmin şirkətdə işləmiş, bundan əvvəl isə o, mebel işi ilə məşğul olmuşdur. 2009-2013-cü illərdə Bakı şəhər Baş Polis İdarəsinin X31 İdarəsində inspektor vəzifəsində işləmiş, 2013-cü ildə isə X17 xaric olunmuşdur. Heç vaxt narkotik vasitələr və ya psixotrop maddələrdən istifadə etməmişdir. O, ***-***-**-** sim nömrəsindən və ***-***-**-** cin nömrəsindən istifadə etmiş, həmin nömrələr onun istifadəsində olmaqla mobil telefonu həmişə onun özündə olmuş və istifadə etmişdir. Onun ***-***-**-** cin nömrəsi “Whatsapp” ani mesajlama mübadilə sisteminə qoşulmamış, ***-***-**-** cin nömrəsinin bundan əvvəl “Whatsapp” ani mesajlama mübadilə sisteminə qoşulmasını isə xatırlamır. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanda yaşayan Şahid1 isə o, tanımır, ***-***-**-** nar nömrəsi ona tanış deyil. Şahid1 pul müqabilində psixotrop maddə satmamış, Şahid2 tanıyır, Şahid2 onun əsgər yoldaşı olub və Xəqani ilə birlikdə N saylı hərbi hissədə 2006-2008-ci illərdə hərbi xidmətdə olmuşdur. Şahid2 adına olan "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik kartdan onun istifadəsində olan ***-***-**-** cin nömrəsinin balansına 11.03.2021-ci il tarixdə 14,00 manat, 03.03.2021-ci il tarixdə 30,00 manat, 19.02.2021-ci il tarixdə 13,00 manat, 16.02.2021-ci il tarixdə 30,00 və 3,00 manat pulu ona elə gəlir ki, Şahid3 yükləmişdir. Şahid2 adına olan "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik kartdan istifadə etməyi onun yadına gəlmir və həmin kartdan o, istifadə etməmişdir. **********256636 nömrəli plastik kartdan bankomat vasitəsi ilə 24.10.2020, 26.10.2020, 28.10.2020, 29.10.2020, 30.10.2020, 31.10.2020, 01.11.2020, 02.11.2020, 03.11.2020, 05.11.2020, 06.11.2020, 09.11.2020, 10.11.2020, 12.11.2020, 14.11.2020, 15.11.2020, 16.11.2020, 20.11.2020, 22.11.2020, 23.11.2020, 04.12.2020, 09.12.2020, 11.12.2020-ci il tarixlərdə nağdlaşdırma əməliyyatlarının aparılması barədə onun heç bir məlumatı yoxdur, həmin plastik kart onda olmamışdır. Şahid2 özü üçün plastik bank kartı sifariş verməyi onun yadına gəlmir. Onun bildiyi qədər Şahid2 həmin kartı Şahid3 vermiş, Elçin kart ona qaytarmamış, onun “Bir Bank” tətbiqi barədə məlumatı yoxdur. Şahid2 ona məxsus "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik kartı götürməmiş və həmin kartdan istifadə etməmişdir. Şahid2 onun adına olan "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik kartı ona verməmiş, həmin kart onda olmamış və həmin kartı o, Xəqaniyə qaytarmamış, ***-***-**-** sim nömrəsi onun bacısı Könülə məxsusdur. O, həmin vaxt tanışı Şahid3 bacısı Könülə məxsus ***-***-**-** sim nömrəsinə 2,00 manat pul köçürməsini xahiş etmişdir. Şahid1la olan “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə yazışmaları olan şəkillərə baxmış və yazışmanı və bu barədə tərtib edilmiş protokolu oxumuş, lakin həmin yazışma ona aid olmamış, Şahid1 tanımamış və ona pul müqabilində metamfetamin satmamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, eləcə də onlardan istifadə etməmişdir. Təqsirinin olmamasını, həmçinin məcburi köçkün olmasını nəzərə alaraq onun barəsində ədalətli bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Qusar rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Eyvaz oğlunu tanımır. Arada bir narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etməyə davam etmişdir. Narkotik vasitələrlə bağlı adətən tanışı Rüfət Əliyevə müraciət etmiş, 16 mart 2021-ci il tarixdə isə sonuncu ona Bakı şəhəri, Nizami rayonunda yaşayan özünün məhəllə sakini Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** CİN nömrəsini verib, onunla əlaqə saxlamağı məsləhət görmüşdür. həmin nömrə ilə əlaqə saxlayıb ondan psixotrop maddə olan metamfetamin almaq qərarına gəlmişdir. 16 mart 2021-ci il tarixdə saat 15 radələrində “Park Chalet” otelində işləyən digər işçilərlə birlikdə Rövşən Atluxanovun idarə etdiyi “Hyundai” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Yolda olan zaman “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə ***-***-**-** CİN nömrəsi ilə yazışaraq, tanışılıq verdikdən sonra sonuncudan 3 qram psixotrop maddə olan metamfetamin istəmişdir. Həmin vaxtı qeyd edilən nömrədən onunla əlaqə saxlayan şəxs bank kartı nömrəsi vermiş və 140 manat pulu ora göndərməsini bildirmişdir. Bundan sonra Saməddin ona Neftçilər metrostansiyasının yaxınlığında yerləşən Rüstəm Rüstəm küçəsində yerləşən aptekə tərəf gəlib ona xəbər verməsi bildirilmiş, o, da qeyd olunan ünvana çatan zaman “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə mesaj yazmışdır. Həmin vaxt Saməddin adlı şəxs ona əvvəl aptekdən üzü aşağı düşüb 5-ci blokun 4-cü mərtəbəsinə qalxmağını tapşırdıqda o, həmin blokun qarşısına çatan zaman “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə onunla audio zənglə əlaqə saxlayaraq ona 4-cü mərtəbəyə qalmamağı, binanın qarşısında psixotrop maddə olan metamfetamini qoyub ona xəbər verəcəyini bildirmiş, o, da öz razılığını verərək, şübhə çəkməmək üçün aptekə tərəf geri qayıtmışdır. Bundan sonra Saməddin təkrar “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə onunla audio zənglə əlaqə saxlayaraq qeyd olunan binanın qarşısında ağ rəngli salfetkaya 2 büküm metamfetamini qoyacağını və onları gedib oradan götürməyi ona tapşırmışdır. Bundan sonra o, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin qarşısında 1 ədəd ağ rəngli salfetkanı yerdən götürmüş, salfetkanın içərisində 2 ədəd bükümü açıb onları yoxlayan zaman bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Salfetkanı zibil qabına tullamış, 2 ədəd bükümləri isə əynində olan qara rəngli köynəyin sağ cibində saxlamış tanımadığı taksi avtomobili ilə Bakı şəhərində “Şamaxinka” adlanan əraziyə, oradan isə tanımadığı başqa taksi avtomobili ilə Qusar şəhərinə qayıtmaq üçün yola düşmüşdür. 16 mart 2021-ci il tarixdə axşam radələrində Qusar şəhərinə çatmağa az qalmış tanışı Namiq Ağabəyova zəng edib, üstündə az pul qaldığı üçün onu Qusar şəhəri avtovağzalından “Park Chalet” otelə aparmasını xahiş etmiş, sonuncu da öz razılığını verərək idarə etdiyi “QAZ 31105” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun iş yoldaşı Miraqil Müttəlimovla birlikdə Qusar şəhər avtovağzalına gəlib onu qarşılamışlar. Həmin gün saat 23:15-də o, Qusar şəhər avtovağzalında Namiq Ağabəyovun avtomobilinə oturmaq istəyən zaman Qusar RPŞ-nin əməkdaşları onu saxlayaraq Qusar RPŞ-nə aparmış, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyin sağ cibindən qanunsuz olaraq əldə etdiyi və saxladığı 02 ədəd siqaret kağızına bükülmüş külli miqdarda dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yalnız bir dəfə Qusar rayon Polis şöbəsində üzləşmə zamanı görmüş, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını bilmir. Ona sadəcə narkotik vasitənin yeri bildirilmiş və o, gedib götürmüşdür. “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə mesaj yazdığı Saməddin adlı şəxsin Təqsirləndirilən şəxs olmasını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş X29 oğlu ifadəsində göstərdi ki, hazırda Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Qusar RPŞ-nin narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Murad Osmanov 16 mart 2021-ci il tarixdə Qusar rayon sakini, sonradan adı ona məlum olan X5 və X2 narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə məlumat almış və bununla bağlı RPŞnin rəisinə raportla məruzə etmişdir. Murad Qasımov almış olduğu məlumatla bağlı raportla məruzə etdikdən sonra şöbə rəisinin göstərişi əsasında X5 və X2 ətrafında əməliyyataxtarış tədbirilərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. 16 mart 2021-ci il tarixdə X9 və X4 onlar tərəfindən tutularaq Qusar RPŞ-nə gətirilmiş və onların üzərilərinə şəxsi axtarış keçirilən zaman Elmar Abdulhəmidovun üzərindən qanunsuz olaraq əldə etdiyi və saxladığı 01 ədəd kibrit qutusunda 6,402 qram və 2 ədəd qızılı rəngli kağız bükümündə təmiz çəkiləri 0,061 və 0, 055 qram olmaqla, ümumi təmiz çəkisi 6,518 qram, Samiddin İsabalayevin üzərindən isə qanunsuz olaraq əldə etdiyi və saxladığı 02 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,083 qram və 0,089 qram olmaqla, ümumi təmiz çəkisi 0,172 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aparılmış araşdırma zamanı Elmar Abdulhəmidov üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 16 mart 2021-ci il tarixdə tanışı Nazim Ağakərimovdan 40 manata aldığını bildirmişdir. Bundan sonra onlar tərəfindən keçirilən tədbirlər nəticəsində Qusar şəhəri, H.Davud küçəsi, ev 2-də qeydiyyatda olan və hazırda Qusar şəhəri, L.Nemət küçəsi 113də yaşayan X1 RPŞ-nə gətirilmişdir. Daha sonra Nazim Ağakərimovun yaşadığı ünvana baxış keçirilən zaman cəmi 370,00 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,120 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metmafetamin və ümumi təmiz çəkisi 135,0 qram olan, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 17 ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Nazim Ağakərimov evindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,120 qram və dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini Fuad adlı şəxsdən aldığını bildirmişdir. 16 mart 2021-ci il tarixdə saat 23:15 radələrində “Fuad” adlı şəxs Qusar şəhər avtovağzal dairəsi adlanan ərazidə saxlanılaraq Qusar RPŞ-nə gətirilmiş, Polis Şöbəsində “Fuad” adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə sakini Şahid1 olması müəyyən edilmiş və onun üzərinə aparılan şəxsi axtarış zamanı 02 ədəd siqaret kağızına bükülmüş halda ayrıayrılıqda təmiz çəkiləri 0,806 qram, 0,590 qram və 0,583 qram, cəmi çəkisi 2,249 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.Şəxsi axtarış zamanı Şahid1 ondan aşkar edilərək götürülmüş 2,249 qram çəkidə olan psixotrop maddə metamfetamini Bakı şəhərində “Saməddin” adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 və Şahid6 da şahid X29 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ifadəsində göstərdiyi ünvanda yaşayır və 9 ildir dondruma ekspeditoru işləməklə öz ailəsini dolandırır. Onun işi hər ilin aprel ayının əvvəli başlayır və avqust ayının axırlarında qurtarır. Bakı şəhərindən dondurma Biləsuvar rayonuna gəlir, oradan isə o, gəlmiş dondurmanı Beylaqan, İmişli, Fizuli rayonlarına, həmçinin Biləsuvar ərazisində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş Cəbrayıl qəsəbəsinin ərazisində fəaliyyət göstərən mağazalara paylayır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxsla 2006-cı ildə N saylı hərbi hissədə hərbi xidmətdə olan zaman tanış olmuş və 2008-ci ildə o, hərbi xidmətdən təxris olmuşdur. Bundan sonra bir neçə il ərzində Saməddini görməmiş, lakin Saməddinin bir ara Bakı şəhərində DYP-də işlədiyini bilmişdir. Təxminən 2014-cü ildə Təqsirləndirilən şəxs DİN-dən qovulduğunu və bundan sonra maşın alveri ilə məşğul olduğunu əsgər yoldaşlarından eşitmişdir. Təxminən 2018-2019-cu illərdə əsgər yoldaşları ilə Bakı şəhərində görüşən zaman həmin vaxt Təqsirləndirilən şəxs da görüşə gəlmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxsla istifadə etdikləri mobil nömrələr götürülmüş və Bakı şəhərinə gedən zaman Saməddinə zəng edib onunla görüşmüşdür. O, Saməddinin anasının dəfn mərasimində də iştirak etmiş və Saməddinlə onun münasibəti həmişə normal olmuş və hər dəfə Təqsirləndirilən şəxsla onun istifadə etdiyi ***-***-**-** CİN nömrəsi ilə əlaqə saxlamışdır. Saməddinlə həmin telefon nömrəsi ilə telefon vasitəsi ilə danışmış, həmçinin “Whatsapp” ani mesajlama mübadilə sistemi ilə əlaqə saxlamışdır. Saməddinlə ancaq Bakı şəhərinin ərazisində görüşmüşdür. Saməddinlə söhbət edən zaman Saməddin ona maşın alveri ilə məşğul olduğunu bildirmişdir. Saməddin “Niva” markalı göy rəngli **-BP-*** dövlət qeydiyyat nişanlı maşını sürmşüdür. Saməddinlə hər dəfə Bakı şəhərində görüşən zaman Saməddinin yanında başqa heç kim olmamışdır. 2020-ci ilin oktyabr ayında Saməddinlə telefon vasitəsi ilə əlaqə saxladıqda həmin vaxt Saməddin maşın alveri ilə məşğul olduğu üçün müxtəlif bank əməliyyatlarını həyata keçirmək üçün bank (plastik) depozit kartı açmağı ondan istəmiş və Bakı şəhərinə gələn zaman ona pulu qaytaracağını bildirmişdir. Onun özü də dondurma işi ilə məşğul olduğu üçün ona da həmin kart lazım olmuşdur. Buna görə də o, öz razılığını vermişdir. 2020-ci ilin oktyabr ayında "xxxx" ASC-nin Cəbrayıl filialından özünə 2 ədəd plastik kartları çıxartmış və həmin ay Bakı şəhərinə gedib Saməddinlə görüşmüş, Saməddinə "xxxx" ASC-nə aid ona məxsus **********256636 nömrəli plastik kartı vermiş, digər 416974******6135 nömrəli plastik kartı isə özündə saxlamışdır. Həmin **********256636 nömrəli plastik kart Saməddində bir neçə gün ərzində qalmış, daha sonra isə Saməddin ona həmin kartı qaytarmışdır. Saməddin ona həmin **********256636 nömrəli plastik kartı qaytaran zaman bildirmişdir ki, öz mobil telefonunda “Bir Bank” tətbiqi vasitəsi ilə ona məxsus **********256636 nömrəli plastik kart və özünə məxsus ***-***-**-** CİN nömrəsi ilə qeydiyyatdan keçib və istifadə edə biləcək. Saməddin “Bir Bank” tətbiqindən istifadə edən zaman ona məxsus 416974******6135 nömrəli plastik kartdan da istifadə edə bilmişdir. Saməddin arada bir onun istifadəsində olan 416974******6135 nömrəli plastik kartdan onun istifadəsində olan, lakin ona məxsus **********256636 nömrəli plastik karta özü üçün pul lazım olan zaman pul köçürmüş, daha sonra isə qısa müddət ərzində ondan borca götürdüyü pulu təkrar onun istifadə etdiyi 416974******6135 nömrəli plastik karta köçürərək, qaytarmışdır. **********256636 nömrəli plastik kart onda olsa da, həmin **********256636 nömrəli plastik kartdan Təqsirləndirilən şəxs “Bir Bank” tətbiqi vasitəsi ilə istifadə etmişdir. Onun özü isə həmin kartdan istifadə etməmiş, pul çıxartmamış, kartdan pul çıxardıb Saməddinə verməmişdir. Təxminən 2021-ci ilin fevral ayında Saməddin ona **********256636 nömrəli plastik kartı Bakı şəhərində özünə məxsus “Niva” markalı **-BP- *** dövlət qeydiyyat nişanlı maşında qaytarmışdır. Həmin vaxt Saməddin ona bildirmişdir ki, plastik kartı “Bir Bank” tətbiqində özü nömrəsinə qeydiyyatdan keçirdiyi üçün kart ona lazm deyil, buna baxmayaraq o, həmin kartdan heç vaxt istifadə etməmiş və Saməddin kartı ona qaytardıqdan sonra o, kartı öz işlədiyi maşına atıb saxlamışdır. Təxminən bir neçə gün əvvəl Qusar rayon polis şöbəsindən ona zəng edib Təqsirləndirilən şəxsla bağlı ifadəsinin alınması üçün onu dəvət etdikdə həmin vaxt o, narahat olmuş və dünən Saməddinin ona qaytardığı plastik kartı götürüb "xxxx" ASC-nin Cəbrayıl filialına müraciət etmiş və həmin vaxt kartı bağlamaq istədikdə ona bankdan bildirmişlər ki, həmin kart “Bir Bank” tətbiqinə qoşulub və qeydiyaytdan keçən nömrə başqa şəxsə aiddir. Həmin vaxt o, “Bir Bank” tətbiqini Saməddinin istifadə etdiyi ***-***-**-** CİN nömrəsindən özünün istifadə etdiyi ***- ***-**-** SİM nömrəsinə dəyişib kartı bağlatdırmışdır. Onun özü narkotik və ya psixotrop maddələrdən istifadə etmir. Kapital banka aid **********256636 nömrəli plastik kartı bağlatdırdıqdan sonra kartı "xxxx" ASC-nin Cəbrayıl filialına təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilnib 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2009-cu il tarixdən etibarən o, qurudulmuş marixuanadan istifadə etmişdir. İki ildir ki, həmyerlisi Təqsirləndirilən şəxs tanıyır və Saməddinlə onun münasibətləri həmişə normal olmuşdur. 2009-cu ildən meyxana ilə məşğul olmuş və meyxana məclislərindən birində Saməddinlə tanış olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhərində Nizami rayonunun ərazisində, yəni Neftçilər metrosunun yaxınlığında yaşayır və Saməddin “Vaz-2121” markalı, göy rəngli, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Saməddin 055 *** ** ** mobil cin nömrəsindən istifadə edir. O, Təqsirləndirilən şəxsla birlikdə bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Çox vaxt marixuananı onun özü, bəzən isə Saməddin tapmışdır. Saməddin əvvəl yol polisində işləmişdir. Saməddin ona “Kapital Banka” aid hər hansı bir kart verməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2021-ci il tarixli 6/1085 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 106” dairəvi möhür əksi olan, üzərində “Şahid1 üzərindən aşkar edilmiş..... kristal şəkilli maddə.....” yazılan zərfdə təmiz çəkisi 0,860 qram, 0,590 qram və 0,853 qram ağ rəngli kristal şəkilli maddə xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 2,249 qram, tədqiqata sərf edilən miqdar 0,09 qram (hər birindən 0,03 qram olmaqla), qalıq 2,159 qramdır (cild 01, iş vərəqə 59-60) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli 3084 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmür. (cild 02, iş vərəqə 213-214) İş materiallarında olan məhkəmə psixiatrik ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 2895 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək olan müddət ərzində hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur (cild 02, iş vərəqə 216- 217) İş materiallarında olan Şahid1 psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi barədə 17.03.2021-ci il tarixdə Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Xankişiyev Ümüd İsabala oğlu tərəfindən tərtib edilmiş protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Şahid1 ona edilmiş təklifə əsasən əynində olan qara rəngli köynəyin sağ cibindən 02 ədəd siqaret kağızı bükümün içərisində psixotrop maddə metamfetamini, 01 ədəd “”Xiaomi” markalı mobil telefon aparatını çıxardaraq təqdim etmiş, sorğu zamanı Şahid1 bildirmişdir ki, təqdim etdiyi 02 ədəd bükümdəki metamfetamindir, metamfetamini Bakı şəhərində Saməddin adlı şəxsdən 140 manata özü istifadə etmək üçün alıb (cild 01, iş vərəqə 33-36) İstintaq zamanı 13.04.2021-ci il tarixdə Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Xankişiyev Ümüd İsabala oğlu tərəfindən Şahid1 məxsus “Xiaomi” markalı mobil telefon aparatına baxış keçirilən zaman Şahid1 “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs ilə olan yazışmaları əks etdirən fotoşəkillər aşkar edilmişdir. Baxış aparılması haqqında protokola əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi “Sameddin 212” istifadəçi adı ilə Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlama mübadilə sisteminin profilində özünə məxsus fotoşəkili yerləşdirmiş və istifadəçi nömrəsini isə 055 *** ** ** kimi qeyd etmiş, mətnin məzmununda isə 140 manat pul vəsaitinin Şahid2 **********256636 nömrəli kart hesabına köçürülməsi qeyd edilmiş və Şahid1 gedəcəyi binanın giriş hissəsinin fotoşəkili və ünvan əks edilmişdir. Həmin ismarıclar X18 tərəfindən icra edilmişdir (cild 01, iş vərəqə 120-126). İş materiallarında olan "xxxx" MMC-nin 05.04.2021-ci il tarixli BKC/LGL-6040/21 nömrəli məktubuna əlavə edilmiş məxsusluq tarixçəsinə əsasən ***-***-**-** CİN nömrəsi Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi ev 6 mənzil 61-də yaşayan Təqsirləndirilən şəxs ( AZE ********) məxsusdur (cild 01, iş vərəqə 110) İş materiallarında olan "xxxx" ASC-nin 05 may 2021-ci il tarixli 157000/2-2133 nömrəli məktubuna əsasən **********256636 nömrəli plastik kartın olduğu hesabda aparılan əməliyyatlara dair çıxarışlardan görünür ki, 16.03.2021-ci il tarixdə saat 18:46-da Şahid1 “Bir Bank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus **********986297 nömrəli plastik kartdan Şahid2 məxsus, faktiki isə Təqsirləndirilən şəxs istifadə etdiyi **********256636 nömrəli plastik karta 140,00 manat pulu köçürmüşdür (cild 01, iş vərəqə 201). İş materiallarında olan "xxxx" ASC-nin 24 iyun 2021-ci il tarixli 157000/2-3204 nömrəli məktubuna əsasən Şahid2 məxsus "xxxx" ASC-nə aid **********986297 nömrəli plastik kart üzrə 20.12.2020-ci il tarixdə“Bir Bank”da +**********33 sim nömrəsi ilə qeydiyyat aparılıb. Daha sonra isə 16.05.2021-ci il tarixdə Şahid2 məxsus +**********65 sim nömrəsinə dəyişdirilib. İş materiallarında olan "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL11282/21 saylı məktubuna əsasən “Zənglərin_Detallaşması__**********3931___553333533” pdf formatlı elektron sənədə 06.07.2021-ci il tarixdə Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X12 tərəfindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**- ** cin nömrəsi ilə Bakı şəhər sakini Şahid1 istifadəsində olan ***-***-**-** nar nömrəsi ilə dəfələrlə əlaqə saxladığı, həmçinin 16.03.2021-ci il tarixdə saat 18:33:08-də telefon vasitəsi ilə əlaqə saxladıqları müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL-11282/21 saylı məktubuna əsasən “SMS _Tarixçəsi_**********1428__553333533” pdf formatlı elektron sənədə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** cin nömrəsi ilə +**********60 cin nömrəsinə “4169 7413-6225-6636 zalov xeqani” və +**********54 nar nömrəsinə isə“**********6636” məzmunda mesaj atdığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL-11282/21 saylı məktubuna əsasən “SMS _Tarixçəsi_**********1428__553333533” pdf formatlı elektron sənədə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** cin nömrəsi ilə +**********60 cin nömrəsinə“4169 7413-6225-6636 zalov xeqani” və +**********54 nar nömrəsinə isə“**********6636” məzmunda mesaj atdığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL-11282/21 saylı məktubuna əsasən “SMS _Tarixçəsi_**********1431__553333533” pdf formatlıelektron sənədə baxış keçirilən zaman +**********04 nar nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** cin nömrəsinə“40 verim 1 gr verde mene Mende veziyyetden chixim”, “yaxshi bidene 10 nux ver mene ozumchun istiyirem 10 Manat verim”, “10 nux ver mene”, “bidene 10 nux gotur gel Bizim bloka Oturmusham Burda” , “Gel get sora yat Ayibdi Bu geder eziyyet chekmishem , Shokki mokki encir murebbesi cay demlemishem Neshe doldurmusham caylari süzüb blokdayam Sen Hormets”, “10 nux Lazimdi mene 10 u verim Harda gotrum ? yer de” məzmunda mesajlar atdığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL-11282/21 saylı məktubuna əsasən “SMS _Tarixçəsi_**********1431__553333533” pdf formatlı elektron sənədə baxış keçirilən zaman +**********17 nar nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** cin nömrəsinə“Semi bu bilmesin 5 manat var bidene dobru verersen mene?”, məzmunda mesaj atdığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL-11282/21 saylı məktubuna əsasən “SMS _Tarixçəsi_**********1431__553333533” pdf formatlı elektron sənədə baxış keçirilən zaman +**********11 sim nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** CİN nömrəsinə“qaqa sen menim ölmusum paxlavaya oz payinnanda elave ele qonagim var doysun” məzmunda mesaj atdığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL-11282/21 saylı məktubuna əsasən “SMS _Tarixçəsi_**********1431__553333533” pdf formatlı elektron sənədə baxış keçirilən zaman “WhatsApp” ani mesajlama mübadilə sistemindən Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** cin nömrəsinə“<#> Your WhatsApp Business code 224-606You can also tap this link to verify your phone: b.whatsapp.com/224606 Don't share this code with othersrJbA/XP1K+V” məzmunda mesajların bir neçə dəfə müxtəlif şifrələrlə atdığı müəyyən edilmişdir. "xxxx" MMC-nin 30 iyun 2021-ci il tarixli, BKC/LGL-11282/21 saylı məktubuna əsasən “SMS _Tarixçəsi_**********1428__553333533” pdf formatlı elektron sənədə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** CİN nömrəsi ilə +**********04 nar nömrəsinə“Gəl mətbəxə arxa qapıya hazırdı götür” məzmunda mesaj atdığı müəyyən edilmişdir (cild 02, iş vərəqə 162-163) İstintaq zamanı Təqsirləndirilən şəxs məxsus “İPHONE 12” və “REDMİ NOTE 10” markalı mobil telefonlara Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Xankişiyev Ümüd İsabala oğlu tərəfindən baxış keçirilmişdir. Baxış zamanı “İPHONE 12” markalı mobil telefonda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** CİN nömrəsinin, “REDMİ NOTE 10” markalı mobil telefonda isə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** CİN nömrəsinin olması müəyyən edilmişdir (cild 02, iş vərəqə 82-83) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək psixotrop maddənin satışı ilə məşğul olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi-axtarış, götürmə və baxış protokolları və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, cinayət işi üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Şahid1 16 mart 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ona verdiyi Şahid2 məxsus "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik karta “Bir Bank” tətbiqi vasitəsi ilə140 manat məbləğində pulu köçürdüyünü, Təqsirləndirilən şəxs dediyi Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəm küçəsində yerləşən 42 nömrəli evin qarşısına gələrək 02 ədəd siqaret kağızına bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,806 qram, 0,590 qram və 0,853 qram olmaqla ümumilikdə 2,249 qram külli miqdarda dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə qarşı deyərək cinayət işi üzrə verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 02, iş vərəqə 35-40) Həmçinin, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 "xxxx" ASC-yə aid olmaqla onun adına olan **********256636 nömrəli plastik kart hesabını Təqsirləndirilən şəxs xahişi ilə açdırdığını, bir müddət həmin kartın Saməddin Eyvazoun istifadəsində olduğunu, kartı qaytardıqdan sonra **********256636 nömrəli plastik kartdan Təqsirləndirilən şəxsun “Bir Bank” tətbiqi vasitəsi ilə istifadə etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək cinayət işi üzrə verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 02, iş vərəqə 32-34) Eyni zamanda iş materiallarında olan Qusar rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 1(029)-54/2021 nömrəli, 10.11.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Həsənov X13 Eyvazovun ona verdiyi Şahid2 məxsus "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik karta “Bir Bank” tətbiqi vasitəsi ilə 140 manat məbləğində pulu köçürərək 02 ədəd siqaret kağızına bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,806 qram, 0,590 qram və 0,853 qram olmaqla ümumilikdə 2,249 qram külli miqdarda dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini əldə etməkdə təqsirli bilinmiş və AR CM-in 234.1-ci maddəsi ilə məhkum edilmişdir. Məhkəmə həmçinin, Şahid1 məhkəmə Təqsirləndirilən şəxs tanımaması, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi güdərək həqiqəti əks etdirmir. Belə ki, Qusar rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 1(029)-54/2021 nömrəli, 10.11.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Şahid1 Zülfqar oğlu AR CM-in 234.1-ci maddəsi ilə tə qsirləndirilməsinə dair cinayət işi üzrə özünü məhkəmədə təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı Şahid1 Zülfqar oğlu ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl Bakı şəhərində işləyən zaman narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə etmiş, ondan sonra isə arada bir narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etməyə davam etmişdir. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində Qusar rayonun ərazisində tanışı Nazim Ağakərimovla görüşən zaman sonuncu ondan 1 dəfəlik istifadə üçün nəzərdə tutulmuş 1 çet metamfetamin istəmiş, o da öz razılığını verərək, Nazim Ağakərimova təmənnaısz 1 çet metamfetamin vermişdir. Bundan təxminən 1 həftə sonra Qusar şəhərinin ərazisində təsadüfən Nazim Ağakərimovla rastlaşan zaman sonuncudan istifadə etmək üçün qurudulmuş marixuana istəmiş, Nazim Ağakərimov da öz razılığını verərək üstündə olan 1 baş qurudulmuş marixuananı təmənnasız olaraq ona vermişdir. 16 mart 2021-ci il tarixdə səhər radələrində istifadə etmək üçün psixotrop maddə olan metamfetamin istəmiş və buna görə də Bakı şəhərində yaşayan tanışı Rüfət Əliyevə müraciət etmiş, sonuncu isə ona Bakı şəhəri, Nizami rayonunda yaşayan özünün məhəllə sakini Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** CİN nömrəsini verib, onunla əlaqə saxlamağı məsləhət görmüşdür. Həmin vaxt o, həm Rüfət Əliyev, həm də Bakı şəhərində yaşayan digər dosttanışlardan Təqsirləndirilən şəxs barəsində maraqlanmış, Rüfət Əliyev ona Təqsirləndirilən şəxs göy rəngli “VAZ 2121” (Niva) markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sürdüyünü bildirmiş və sonuncunun onu aldatmayaca-ğından əmin olduqdan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq, ondan psixotrop maddə olan metamfetamin almaq qərarına gəlmişdir. 16 mart 2021-ci il tarixdə saat 15 radələrində “Park Chalet” otelində işləyən digər işçilərlə birlikdə Rövşən Atluxanovun idarə etdiyi “Hyundai” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Yolda olan zaman “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** CİN nömrəsi ilə yazışaraq, ona tanışılıq verdikdən sonra sonuncudan 3 qram psixotrop maddə olan metamfetamin istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan 150 manat pul istəmiş, o isə Qusar rayonuna qayıtmaq üçün yol pulu saxlamaq üçün ondan 3 qram metamfetamini 140 manata satmasını xahiş etmiş, Təqsirləndirilən şəxs da öz razılığını verərək, özünün faktiki istifadəsində olan və öz xahişi əsasında açdırılmış, Saməddinin əsgər yoldaşı Şahid2 məxsus "xxxx" ASC-nə aid **********256636 nömrəli plastik kartın nömrəsini göndərmiş və 140 manat pulu həmin plastik karta köçürməsini ondan tələb etmişdir. Həmin gün saat 19 radələrində o, Təqsirləndirilən şəxs istifadə etdiyi **********256636 nömrəli plastik karta “Bir Bank” mobil tətbiqi vasitəsi ilə 140 manat məbləğində pulu köçürmüş, köçürmə barədə qəbzin şəklini “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə Saməddinə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, ona Neftçilər metrostansiyasının yaxınlığında yerləşən Rüstəm Rüstəm küçəsində yerləşən aptekə tərəf gəlib ona xəbər verməsini bildirmiş, o, da qeyd olunan ünvana çatan zaman Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə mesaj yazmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona əvvəl aptekdən üzü aşağı düşüb 5-ci blokun 4 mərtəbəsinə qalxmağını tapşırdıqda o, həmin blokun qarşısına çatan zaman isə Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə audio zənglə əlaqə onunla saxlayaraq ona 4-cü mərtəbəyə qalmamağı, binanın qarşısında psixotrop maddə olan metamfetamini qoyub ona xəbər verəcəyini bildirmiş, o, da öz razılığını verərək, şübhə çəkməmək üçün aptekə tərəf geri qayıtmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkrar “Whatsapp” ani mesajlama mübadilə sistemi vasitəsi ilə onunla audio zənglə əlaqə saxlayaraq qeyd olunan binanın qarşısında ağ rəngli salfetkaya 2 büküm metamfetamini qoyacağını və onları gedib oradan götürməyi ona tapşırmışdır. Bundan sonra o, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 42 saylı evin qarşısında 1 ədəd ağ rəngli salfetkanı yerdən götürmüş, salfetkanın içərisində 2 ədəd bükümü açıb onları yoxlayan zaman bükümlərdə psixotrop maddə olan metamfetamin olduğu görmüş, salfetkanı zibil qabına tullamış, 2 ədəd bükümləri isə əynində olan qara rəngli köynəyin sağ cibində saxlamış, tanımadığı taksi avtomobili ilə Bakı şəhərində “Şamaxinka” adlanan əraziyə, oradan isə tanımadığı başqa taksi avtomobili ilə Qusar şəhərinə qayıtmaq üçün yola düşmüşdür. 16 mart 2021-ci il tarixdə axşam radələrində Qusar şəhərinə çatmağa az qalmış tanışı Namiq Ağabəyova zəng edib, üstündə az pul qaldığı üçün onu Qusar şəhəri avtovağzalından “Park Chalet” otelə aparmasını xahiş etmiş, sonuncu da öz razılığını verərək idarə etdiyi “QAZ 31105” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun iş yoldaşı Miraqil Müttəlimovla birlikdə Qusar şəhər avtovağzalına gəlib onu qarşılamışlar. Həmin gün saat 23:15-də o, Qusar şəhər avtovağzalında Namiq Ağabəyovun avtomobilinə oturmaq istəyən zaman Qusar RPŞ-nin əməkdaşları onu saxlayaraq Qusar RPŞ-nə aparmış, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyin sağ cibindən qanunsuz olaraq əldə etdiyi və saxladığı 02 ədəd siqaret kağızına bükülmüş külli miqdarda dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini Bakı şəhər sakini “Saməddin” adlı şəxsdən aldığını etiraf etmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs dəfələrlə pul müqabilində Bakı şəhəri, Nizami rayonu Rüstəm Rüstəm küçəsinin ərazisində metamfetamin aldığını etiraf etmiş, həmçinin 16 may 2021-ci il tarixdə sonuncu istifadə etdiyi ***-***-**-** CİN nömrəsindən onun özünün istifadəsində olan ***-***-**-** NAR nömrəsinə zəng edib, metamfetamini ondan aldığı üçün polis əməkdaşlarına etiraf etdiyinə görə ona öz iradını bildirmiş, o, isə Təqsirləndirilən şəxs polis əməkdaşalrı tərəfidnən tutulduqdan sonra onların telefonuna baxış keçirildiyini və “Whatsapp” ani mesajlama mübadilə sistemində olan yazışmaları gördüklərini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlama mübadilə sistemində olan yazışmaları silmədiyi üçün ona təkrar öz iradını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, 30.01.2020-ci il tarixdə cəzası başa çatmışdır. (cild 02, iş vərəqə 125) İş materiallarında olan Nizami rayonu 50 saylı MKİS tərəfindən verilmiş 12.07.2021-ci il tarixli arayışdan, xasiyyətnamədən və AA seriyalı 271611 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olmaqla ailə üzvləri ilə birgə ünvan 6 ünvanında məskunlaşmış və müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 203- 205) İş materiallarında olan Nizami rayonu 50 saylı MKİS-in 28.09.2021-ci il tarixli ailə tərkibi barədə arayışından və M/V041013 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X7 müharibəsi veteranıdır. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını, atasının Vətən müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Qusar RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılmış 02 ədəd bükümdə 0,860 qram, 0,590 qram və 0,853 qram, ümumi təmiz çəkisi 2,249 qram, ümumi qalıq çəkisi 2,099 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsi ilə bağlı Qusar rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qanuni qüvvəyə minmiş hökmünün olması nəzərə alınmalı, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus “İphone 12” və “Redmi Note 10” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Xankişiyev Ümüd İsabala oğlu tərəfindən tərtib edilmiş 17.03.2021-ci il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatı qeyd edilmiş videogörüntülər olan bir ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 88 manat 70 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 02 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Qusar rayon Məhkəməsinin 04 iyun 2021-ci tarixli, 4(029)-19/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 iyun 2021-ci il tarixdən hesablanmışdır. (cild 02, iş vərəqə 16; 63-65) Odur ki, Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Qusar RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılmış ümumi qalıq çəkisi 2,099 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsi ilə bağlı Qusar rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qanuni qüvvəyə minmiş hökmünün olması nəzərə alınsın, Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus “İphone 12” və “Redmi Note 10” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, bir ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 manat 70 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1702/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1702/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver