Məhkəmə qərarları › İş №1(101)-1704/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1704/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1704/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşamış və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilb Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 5,483 qram çəkidə psixotrop maddə metamfetamini başqa mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 30 yanvar 2024-cü il tarixdə saat 22:30-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib 31 yanvar 2024-cü il tarixdə saat 00:10:-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkçəsinin cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə qablaşdırılan külli miqdarda, yəni təmiz çəkisi 5,483 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı ittiham elan edilmiş, lakin həmin maddənin nə olduğunu bilməmişdir. Müdafiəçisi həbsdə olduğu Bakı İstintaq Təcridxanasına gəlib onunla görüşdükdə həmin maddəni ona izah etmişdir. Müstəntiq ona sənədləri imzalamağı üçün həmin maddə ilə ən çoxu 2-3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini bildirsə də, daha sonra həmin maddə əsasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzasının təyin edilə biləcəyini öyrənmişdir. Fəhlə kimi işlədiyi sexdən ayda 800-900 manat maaş almışdır, lakin əlavə qazandığı 100-200 manatla şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Əvvəllər narkotik vasitəni “bariqalar”-dan almış, daha sonra sosial şəbəkədə özünü “baba” kimi tanıdan şəxsdən narkotik vasitəni konum vasitəsilə əldə etmişdir. Narkotik vasitəni Əhmədli qəsəbəsində yaşayan dostu ilə birlikdə istifadə etmiş, həmin şəxslə telefon mesajları da var ki, narkotik vasitənin satışı ilə deyil, istifadəsi ilə məşğul olmuşdur. 30 yanvar 2024-cü il tarixdə axşam saat 10-11 radələrində ona İran İslam Respublikasına məxsus nömrədən narkotik vasitənin satışı ilə bağlı mesaj gəlmişdi, lakin o, həmin şəxslərin polis əməkdaşları olduğunu düşünmüşdür. Daha sonra qardaşı Şamil ilə həmin ünvana getmiş, lakin qardaşının məlumatı olmasın deyə onu restoranda qoyub narkotik vasitəni götürməyə getmişdir. Narkotik vasitəni götürməmiş arxadan kimsə onu tutub, yerə çırpmışdır. Ora iki avtomobil ilə səkkiz nəfər şəxs gəlmişdi. Onlar onların hər ikisinin də, yəni qardaşının və onun qoluna qandal vurub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Oranın əməkdaşları iki saat sorğu-sual etdikdən sonra qarşısına böyük büküm qoyub ona həmin bükümün onun olduğunu demişlər, o isə onlarla razılaşmamışdır. Bundan sonra ona həmin bükümü qəbul etməsə, bükümü qardaşına yükləyəcəklərini dedilər. Ona hədə-qorxu gəldiklərinə görə o da məcbur olub həmin bükümün ona məxsus olduğunu təsdiq edəcəyimi bildirmişdir. Bir-iki aydan sonra vəkil ilə müstəntiq Bakı İstintaq Təcridanasına gəldilər, lakin vəkilin ona köməyi olmadı. Təxminən üç ilə yaxındır ki, o, narkotik vasitə istifadə edir. İttihamda göstərilən mesajlar dostu ilə yazışmalarıdır, hansı ki onunla birlikdə narkotik vasitə alıb istifadə etmişlər. Aldığı narkotik vasitəni dostuna satmamış, sadəcə birlikdə narkotik vasitəni istifadə etmək üçün ona da təqdim etmişdir. Həmin narkotik vasitəni götürdüyü nömrədən əvvəllər narkotik vasitə əldə etməmişdir. İran İslam Respublikasına məxsus olan nömrədən üç-dörd gün ərzində ona narkotik vasitənin satışı ilə bağlı mesaj gəlmişdir, əvvəlcədən heç kimlə özü əlaqə saxlamamışdır. Həmin gün narkotik vasitəni təxminən axşam saat 10 radələrində götürməyə getmişdir. Narkotik vasitəni götürə bilmədən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin bükümü açıb baxa da bilməmişdir. Narkotik vasitənin pulunu ödəməmişdi, pulu narkotik vasitəni götürdükdən sonra ödəməli idi. Həmin yerə taksi vasitəsilə getmişdir. Qardaşı həmin gün yanında olub. Şəxsi axtarış zamanı qardaşı yanında olub. Üzərinə baxış keçirilən zaman videoçəkilişdə narkotik vasitəni istifadəsi üçün əldə etdiyimi bildirmişdir. Maştağa qəsəbəsində “Toyuq” sexində işləyirdi, normalda gecə vaxtı işləyir, lakin həmin gün gündüz vaxtı işləmişdir. Rəsmi iş yeri deyildi. İttiham olunduğu narkotik vasitəni konum vasitəsilə götürməyə getmişdir, lakin narkotik vasitəni götürə bilmədən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində saxlanılmışdır. Maştağa qəsəbəsində yaşayır, Binəqədi rayonu ərazisinə narkotik vasitəni götürmək üçün getmişdir. Narkotik vasitəni adı Mamed olan iranlıdan 150 manata almışdır, narkotik vasitə təxminən beş qram idi. Beş qram narkotik vasitəni on beş gün ərzində istifadə edirdi. Maştağa qəsəbəsində yaşadığı üçün şəhərin mərkəzinə gedib qayıtmaq təhlükəli olduğuna görə beş qram narkotik vasitə almışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşadığını, xx.xx.2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, ərazisində qardaşı Şahid2la birlikdə olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxsin onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşduqlarını, özlərini təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdiklərini, yalan danışmağın mənasız olduğunu anlayıb səmimi olaraq etiraf edib, hazırda üzərində narkotik vasitə kimi tanıdığı “patı” olmasını dediyini, bundan sonra polis əməkdaşları onu və qardaşı Şahid2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldiklərini, baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış, qardaşının üstünə isə baxış keçirildiyini, ilk öncə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edildiyini, bu təklifdən sonra üzərində patı olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etdiyini, daha sonra əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd alışqan, 01 ədəd üzərində “Magna” sözü yazılmış siqaret qutusu və 6 azn pul, şalvarın sağ yan cibindən isə 01 ədəd “Samsung A10” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə matamfetamin aşkar edildiyini, daha sonra həmin büküm qablaşdırılıb möhürlənərək götürüldüyünü, ondan aşkar edilmiş 01 ədəd “Samsung A 10” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürüldüyünü, üzərindən aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 6 azn pulun onun özünə geri qaytarıldığını, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə “patı”nı xx.xx.2024-cü il tarixdə “Whatsapp” ani mesajlaşma proqramında danışdığı İran İslam Respublikasının vətəndaşının dediyi yerdən gedib götürdüyünü, qarşılığında isə 150 manat pul verəcəyini, lakin pulu hələ vermədiyini, həmin narkotik vasitəni özünün istifadəsi üçün üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimin məlumatının olmadığını, təxminən 3 ildir ki, narkotik vasitə istifadə etdiyini, daha sonra qardaşı Şahid2 üstünə baxış keçirilən zaman ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edildiyini, Şahid2 üzərində qanunsuz əşya olmadığını bildirib üzərində olan “Honor X7” markalı mobil telefonu çıxardıb təqdim etdiyini, daha sonra həmin mobil telefon Şahid2 özünə geri qaytarıldığını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2024- cü il tarixdə İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən şəkildə olan yerdən yəni Bakı şəhəri ərazisindən götürdüyünü və şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini, həmin maddənin adının “patı” olaraq adlanmasını bildiyini, bu maddəni heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin də olmadığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, əldə etdiyi psixotrop maddə metamfetaminin üzərindən götürmədiyini, üzərində psixotrop maddə olmasından heç kimin xəbərinin olmadığını, həmin maddənin yalnız üzərində olmasını, başqa heç yerdə saxlamadığını, hazırda üzərində heç bir xəsarət olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiyini, qardaşı Şahid2 onun üzərində psixotrop maddə olmasından xəbərinin olmadığını bildirmişdir. Şahid2 ifadələrində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış, lakin Orxanın üzərində narkotik vasitə olmayıb, polis əməkdaşları zor tətbiq etməklə narkotik vasitəni qardaşı Orxana vermişlər. Polis əməkdaşları Orxanı videoçəkilişdə narkotik vasitəni üzərindən çıxarmasını bildirərək onu hədələmişlər. Orxan narkotik vasitənin istifadəçisi olub, lakin heç vax narkotik vasitənin satışı ilə məşğul olmayıb. Hadisə 2024-cü ilin yanvar ayında, axşam saat 11:00 radələrində baş verib. Polis əməkdaşları tərəfindən 9-cu mikrorayon ərazisində saxlanılmışdılar. Polis əməkdaşlarının qardaşı Orxanla heç bir düşmənçilik və ya ədavəti yox idi. Bəzən qardaşı Orxan evdə narkotik vasitədən istifadə edib, lakin tək olanda istifadə edirdi. Qardaşının narkotik vasitə istifadə etdiyini görmüşdür. Qardaşının narkotik vasitəni dostuna hədiyyə etdiyini görmüşdür. Lakin o, narkotik vasitəni pulla satmamışdır. Onlara təxminən yeddi nəfər polis əməkdaşı saxlamışdır. Orxan narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, qardaşında narkotik vasitən olduğunu bilməmişdir. Həmin yerdə polis əməkdaşları qardaşına narkotik vasitəni götürmək üçün zor tətbiq etdilər, daha sonra videoçəkilişdə narkotik vasitəni Orxanın sağ cibinə qoydular ki, çəkilişdə onu təqdim etsin. Orxanın cibinə narkotik vasitəni qoyan polis əməkdaşını tanımır. Orxanın üzərinə şəxsi axtarış saxlanıldıqdan bir saat sonra həyata keçirilmişdir. Polis əməkdaşları tərəfindən qardaşı Orxana qarşı edilən zor tətbiqi ilə bağlı heç bir orqana şikayət etməmişlər. Polis əməkdaşlarının onlarla ədavət və düşmənçilikləri yoxdur. İfadələrinə başqa əglavəsi Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 oğlu Azərbaycan dilində sərbəst yazıb, oxuyub, danışa bildiyini, ifadəsinin müstəntiq tərəfindən kompyuter vasitəsilə alınmasına heç bir etirazının olmadığını, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşadığını, xx.xx.2024-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, ərazisində qardaşı Təqsirləndirilən şəxsla birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşduqlarını, özlərini təqdim etdikdən sonra polis əməkdaşları qardaşı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etdiklərini, Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib, hazırda üzərində narkotik vasitə patı olmasını bildirdiyini, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldiklərini, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, sonra video çəkilişdən istifadə edilməklə Orxanın üzərinə şəxsi axtarış, onun üzərinə isə baxış keçirildiyini, ilk öncə Orxanın paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildiyini, bu təklifdən sonra Orxan üzərində patı olduğunu bildirib, əynində olan gödəkçənin sağ cibindən 01 ədəd sellofan bükümü təqdim etdiyini, 01 ədəd bükümdə narkotik vasitə matamfetamin aşkar edildiyini, daha sonra həmin büküm qablaşdırılıb möhürlənərək götürüldüyünü, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd mobil telefon polis əməkdaşı tərəfindən götürüldüyünü, daha sonra onun öz üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edildiyini, üzərində qanunsuz əşya olmadığını bildirib üzərində olan “Honor X7” markalı mobil telefonu təqdim etdiyini, daha sonra həmin mobil telelfon ona geri qaytarıldığını, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə patını xx.xx.2024-cü il tarixdə Whatsapp ani mesajlaşma proqramında danışdığı İran İslam Respublikasının vətəndaşının dediyi yerdən gedib götürdüyünü, qarşılığında isə 150 manat pul verəcəyini, lakin pulu hələ vermədiyini, həmin narkotik vasitəyə bənzər maddəni özü istifadə etmək üçün üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimin məlumatı olmadığını bildirdiyini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ilə eyni evdə yaşadığını, lakin onun üzərində aşkar edilən maddədən məlumatının olmadığını bildirdiyini qeyd etmişdir. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdu. Bununla bağlı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradıldı, qrupun rəhbəri də onun özü təyin olunmuşdur. 30 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində saxlanıldı və həmin vaxt onun yanında qardaşı Şahid2 da var idi. Şəxsə özlərini təqdim etdikdən sonra Baş idarəyə gətirildilər, orada Təqsirləndirilən şəxs ilə vəkil təyin olundu. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və sorğu əsasında Təqsirləndirilən şəxs könüllü olaraq üzərindəki qara sellofanda yerləşən psixotrop maddə olan metamfetamini təqdim etdi. Həmin psixotrop maddə qablaşdırıldı. Həmçinin Təqsirləndirilən şəxs üzərindən telefon, siqaret və iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar da aşkar edildi. Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq 150 manat müqabilində iranlının ona göndərdiyi ünvandan əldə etdiyini, lakin hələ pulu vermədiyini dedi. Orxan üç ildir ki, narkotik vasitə istifadə etdiyini, həmin gün də psixotrop maddəni istifadəsi üçün daşıdığını bildirdi. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitənin isifadəsi və satışı ilə məşğul olması barədə idi. Əməliyyat qrupunun üzvləri 4 nəfərdən ibarət idi. Əməliyat tədbirini həyata keçirməyə iki şəxsi avtomobil ilə getmişdilər. Orxanla Şamili eyni avtomobildə idarəyə gətirmişdilər. Heç bir xüsusi texniki vasitədən istifadə etməmişlər. Orxanla Şamilin avtomobilin hansı tərəfində əyləşdikləri yadında deyil. Orxanı idarəyə gətirdikdən sonra üzərinə baxış keçiriləndə üzərindən psixotrop maddə aşkar olundu. Orxanın narkotik vasitə əldə edəcəyi barədə məlumatları var idi. Məlumat Orxanın barəsində olduğuna görə sadəcə ona vəkil təyin olunmuşdu. Ehtiyac olmadığına və səmimiyyətinə inandıqlarına görə Orxanın evinə baxış keçirilmədi. Hava şəraiti təqsirləndirilən şəxsin üzərinə baxışı saxladıqları yerdə keçirmələrinə imkan verməmişdir. Təqsirləndirilən şəxsin üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı dedikləri yalandır.Belə hal ola bilməz. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 30 yanvar 2024-cü il tarixli qərar çıxarıldığını və BMCMİ-nin əməkdaşları -xmiü baş əməliyyat müvəkkili X1, baş əməliyyat müvəkkili X5, əməliyyat müvəkkili X6 və məndən ibarət əməliyyat qrupu yaradıldığını, əməliyyat qrupuna rəhbərliyin onun özünə həvalə edildiyini, 30 yanvar 2024-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında olması müəyyən edildiyini və həmin yerə getdiklərini, qeyd edilən yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etdiklərini, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini və onun da özünü təqdim etməsini xahiş etdiklərini, həmin şəxsin burada başqa bir nəfər şəxsin yanında dayanmış olmasını, həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, yanında olan şəxsin isə onun qardaşı Şahid2 olduğunu bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etdiklərini və onu BMCMİ-nin inzibati binasına dəvət etdiklərini, onun da etiraz etmədən qardaşıyla birlikdə Baş İdarəyə gəldiyini, Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrinin izah edildiyini və Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Natiq Əzimov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyini və əvvəlcə Təqsirləndirilən şəxs, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsinin təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə “patı” olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü, əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd alışqan, 01 ədəd üzərində “Magna” sözü yazılmış siqaret qutusu və 6 azn pul, şalvarın sağ yan cibindən isə 01 ədəd “Samsung A10" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə “patı” olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Whatsapp ani mesajlaşma proqramında danışdığı İran İslam Respublikasının vətəndaşının dediyi yerdən gedib götürdüyünü, qarşılığında isə 150 manat pul verəcəyini, lakin pulu hələ vermədiyini, həmin psixotrop maddə metamfetaminə bənzər maddəni özü istifadə etmək üçün üzərində gəzdirdiyini, özünün təxminən 3 ildir ki narkotik vasitə istifadə etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edildiyini, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və predmetlər aşkar edilmədiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A10” markalı mobil telefonun içərisində mobil nömrə olmadığını bildirdiyini, həmin mobil telefon təhqiqatçı tərəfindən götürüldüyünü, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd üzərində “Magna” SÖZÜ yazılmış siqaret qutusu və 6 azn pul onun özünə qaytarıldığını, daha sonra Təqsirləndirilən şəxs qardaşı Şahid2 üzərinə baxış keçirildiyini, Şahid2 prosesin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verildiyini, Şahid2 buna etiraz etmədiyini bildirdikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildiyini, bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş hər hansı əşya və predmet olmadığını bildirib, əynində olan cins şalvarın sağ yan cibindən “Honor X7” markalı mobil telefonu çıxardıb təqdim etdiyini, həmin mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirdiyini, həmin mobil telefon Şahid2 özünə geri qaytarıldığını, şifahi sorğu zamanı Şahid2 qardaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddədən məlumatının olmadığını bildirdiyini, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs müqavimət göstərmədiyini və onlara heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş rəqəmsal vidi diskdən görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 22:30-da ünvan 3 ünvanının yaxınlığında qardaşı Şahid2 ilə birlikdə saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,483 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza tədqiatı zamanı tədqiqat predmetinin 0,1 qr hissəsi sərf edilmiş, qalıq 5,383 qr.olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 5,383 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınıb saxlanması üçün Azərbaycan Respublikası DİN- in BMCMl-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən aşağıdakı məzmunda olan SMS məlumatlar aşkar edilmişdir: xx/xx/2023,20:19:04,**********67,**********72, Bir kelme vaz qorum ne qeder pul duz qos ede bilirsen isden cixana o seherki ele bil sabahkı 20yle rasot ne qederle qele bilersen tez yaz dobru ele dobru xx/xx/2023,20:19:07,**********67,**********72, verecem xx/xx/2023,20:20:08,**********72,**********67,25 manatla onnan artiq ede bilmirem xx/xx/2023,18:04:26,**********72,**********77,Zeng vyracam sene xx/xx/2023,18:04:28,**********72,**********77,Ozum xx/xx/2023,11:28:17,**********67,**********72,Abi hazir ol 7-8deq yanindayam emanetderi hazir ele ŞQhazirla 2aq sab qal 2qar 5kont vessalam rasot axsam hecne vermeyesen rasot senol sene dasdar qetrem xx/xx/2023,11:28:20,**********67,**********72, halal xosun xx/xx/2023,11:28:58,**********67,**********72,Cavab yazarsan tez xx/xx/2023,00:08:10,**********72,**********09,Yetim bıdene tez cavab yazda vaxd yoxdu xx/xx/2023,16:36:03,**********72,**********73,Catram maşındayam xx/xx/2023,20:02:25,**********72,**********76,Azda olsa kişiliyin varsa menle elaqeye cix men sene pisliy elemedim sen mene qarsi bele edirsen varyoxun sikim tapsam seni yaxsi olmuycaq sene xx/xx/2023,07:45:18,**********31,**********72,Kontur uoxdi yga Bilmirem siz terefdeyem xx/xx/2023,17:46:37,**********12,**********72,Duedum xx/xx/2023,18:16:51,**********72,**********31,Ay qaqasim men sene umud olmuşdum axi xx/xx/2023,18:17:27,**********72,**********31,50 manat lazim dryil 25 manat at hec olmasa gozleyir meniye xx/xx/2023,13:59:09,**********13,**********72,Mene zeng ele başi Xarab olb xx/xx/2023,14:02:37,**********13,**********72,İsen men sene gÄ^re burda gÄİJtin aqzdayam xx/xx/2023,14:02:37,**********13,**********72,Menim sene eledglerim gÄ^znen gelsin ele eleki men kede seni gÄ^rmeyim limti keçdin seni sikecem ad olsin allaha kede gelsen seni dÄ^yecem bilesen sen pese xx/xx/2023,14:29:45,**********13,**********72,Emantler hardadi isdiyen var heç olmasa olari ötir mene satim xx/xx/2023,00:16:55,**********31,**********72,Salam canavar xx/xx/2023,00:17:15,**********31,**********72,Ogun telefonu acamirdim qiraqdaydim takka tak yazrdun xx/xx/2023,03:14:40,**********72,**********31,Kecen defe niye meni umudlu qoydun xx/xx/2023,03:14:52,**********72,**********31,Pis vezyetde qaldim xx/xx/2023,03:15:34,**********31,**********72,Qaqa xx/xx/2023,03:15:42,**********31,**********72,Qiz gildeyem xx/xx/2023,03:16:08,**********72,**********31,Hemise isdirahetde xx/xx/2023,03:16:29,**********31,**********72,Dabsa bilmirem xx/xx/2023,15:52:02,**********31,**********72,Zeng elemisen oyaqam indi xx/xx/2023,15:52:24,**********72,**********31,Qaqas mene pul lazımdı 5 duyu zehmet olmada atda xx/xx/2023,15:55:18, **********31,**********72, Gelem yqnvad.a var nese xx/xx/2023,15:56:21, **********72, **********31,Yo axsam olacaq xx/xx/2023,15:56:28,**********72,**********31,5 at xx/xx/2023,15:56:41,**********72,**********31,Axsam gelersen xx/xx/2023,15:57:32, **********72, **********31, Bele ne qeder ısdırsen xx/xx/2023,15:58:56,**********72,**********31,5239 1517 7432 0595 xx/xx/2023,15:59:07,**********72,**********31,Vuranda xeber ele xx/xx/2023,18:43:08,**********72,**********57,Salamatcılıqdı xx/xx/2023,19:32:22,**********72,**********31,Bıdene 20 lık va xx/xx/2023,19:35:31,**********31,**********72, Ne 20 lij xx/xx/2023,19:35:53,**********31,**********72, Basa dusmedim xx/xx/2023,19:36:00,**********31,**********72, Zeng ele gorm xx/xx/2023,20:20:49,**********31,**********72,Hrda qaldun mellik xx/xx/2023,20:20:58,**********31,**********72,Gelirsen yoxsa yox xx/xx/2023,20:21:05,**********31,**********72,Tekem mende xx/xx/2023,20:49:05,**********72,**********31,Abı otel pulu duzüld3 bılersen xx/xx/2023,20:49:56,**********31,**********72,Ne verecik otele xx/xx/2023,20:50:03,**********72,**********31,25 xx/xx/2023,20:50:05,**********72,**********31,Sbı xx/xx/2023,20:50:08,**********72,**********31,Abı xx/xx/2023,20:50:24,**********31,**********72,Gel xx/xx/2023,20:50:29,**********31,**********72,Menlikdi xx/xx/2023,20:50:39,**********72,**********31,Gedim gellem xx/xx/2023,20:50:57,**********72,**********31,04 verecem sene xx/xx/2023,20:51:11,**********72,**********31 ,Zk ya gedrem qaydanda yıqacam dene xx/xx/2023,20:51:16,**********31,**********72,Gel xx/xx/2023,20:51:25,**********31,**********72,Ne qedere xx/xx/2023,20:51:27,**********31,**********72,Gelesen xx/xx/2023,20:51:39,**********72,**********31,1 2 saat cekecey xx/xx/2023,20:51:47,**********72,**********31,Yalan olmasın xx/xx/2023,20:52:05,**********31,**********72,Tamam xx/xx/2023,20:52:12,**********31,**********72,Bele mende tekem xx/xx/2023,20:52:23,**********31,**********72,Evdeyem wey cekirem xx/xx/2023,20:52:23,**********31,**********72,Evdeyem wey cekirem xx/xx/2023,20:52:26,**********72,**********31,Amma yatıb qalmsya umudem sene xx/xx/2023,20:52:37,**********72,**********31,Pul yoxdu otele vermeye xx/xx/2023,20:52:47,**********31,**********72, Arxayn ol 2 saat gozlucem xx/xx/2023,20:52:56,**********72,**********31, Men qızlayam xx/xx/2023,20:53:45,**********31,**********72,Hesne gel otele yerlesdirerem seni xx/xx/2023,20:53:53,**********31,**********72,Gelesen deqiq gozleyim xx/xx/2023,20:54:02,**********72,**********31,Deyecem sene otelin afı xx/xx/2023,20:54:06,**********72,**********31,Yuz faiz xx/xx/2023,20:54:15,**********31,**********72,Oldu xx/xx/2023,20:54:39,**********72,**********31,Arxayınam sene xx/xx/2023,20:54:59,**********31,**********72,Ala bildime xx/xx/2023,20:55:02,**********31,**********72,Haçana gelse xx/xx/2023,20:55:14,**********31,**********72,Day yatb yatb mene reski xeber eleme xx/xx/2023,21:08:42,**********72,**********31,Evdeden xx/xx/2023,21:08:46,**********72,**********31,? xx/xx/2023,21:09:03,**********31,**********72,He xx/xx/2023,21:09:13,**********72,**********31 .Teksen xx/xx/2023,21:09:15,**********31,**********72,Sen hardasab xx/xx/2023,21:10:05,**********72,**********31,Men qızlaysm konum hele gelmeyıb xx/xx/2023,21:10:17,**********72,**********31,Size gelmey ısdeyrıt xx/xx/2023,21:10:21,**********72,**********31 ,Y xx/xx/2023,21:10:28,**********72,**********31,Ordan gedeceyıy xx/xx/2023,21:10:31,**********72,**********31 ,Konuma xx/xx/2023,21:10:45,**********31,**********72,Qizin bizde ne iwi var gel otraq kafede xx/xx/2023,21:10:52,**********31,**********72,Cay icek xx/xx/2023,21:11:19,**********72,**********31,Yoxda kabnetde nece saat otracayıqkı xx/xx/2023,21:11:42,**********31,**********72,A iki sat uc sat ne qeder lazmdi xx/xx/2023,21:11:46,**********31,**********72, O qeder xx/xx/2023,21:14:18,**********31,**********72, A zeng ele mene xx/xx/2023,21:26:09,**********72,**********31,yecem gel ora xx/xx/2023,21:26:09,**********72,**********31, Abı kart atram otelin pulun at mene mene mertebe sayı otaq saynı de xx/xx/2023,21:27:05,**********72,**********31,Kucefe qalmsyaq orda otraq konum gelsın ordan gedecem xx/xx/2023,21:27:23,**********72,**********31,5239 1517 7432 0595 xx/xx/2023,21:27:48,**********31,**********72,A sen ne deysen sen olenerin goru xx/xx/2023,21:27:53,**********72,**********31,Bugun ezıyet cekmısen mencun xx/xx/2023,21:28:15,**********72,**********31,Deyırsen eve qoymursa da xx/xx/2023,21:28:20,**********31,**********72,Men hesne elememisem qaqaw var ol xx/xx/2023,21:28:22,**********72,**********31,Otele gedey onda xx/xx/2023,21:28:33,**********72,**********31,3 muz xx/xx/2023,23:22:45,**********31,**********72,Qaqaw alnmirvAilah uwaq xirdalanda olr der gecdi mende 10 manatım var evdeyem vere bilsen nese bax dana budu xx/xx/2023,23:22:56,**********31,**********72,Saat 12 di e xx/xx/2023,23:23:10,**********72,**********31,At karta 10 manatı kucede qslmıssm xx/xx/2023,23:26:13,**********72,**********31,Menim yanımfa adam var Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin sübut növü kimi tanınaraq cinayət işininin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki,Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A10" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefondan aşkar edilmiş, narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz olaraq satışının təşkil edilməsi prosessini özündə əks edən 08 ədəd fotogörüntü qeyd olunan mobil telefondan çıxarılaraq fotocədvəl halında toplanmış materiala əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 daxil olmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 840 nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və s. psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Eləcə də, rəyin təsviri hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə metamfetamin istifadə etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi və fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, lakin ittihamda göstərilən narkotik vasitənin ona aid olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən narkotik vasitəni boynuna götürdüyünü göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi qismən etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahid ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə müdafiəçisinin iştirakı ilə cinayət əməlinin predmetini təşkil edən psixotrop maddəni təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan psixotrop maddənin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi psixotrop maddənin metamfetamin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi, “mobil telefona baxış keçirilməsi” haqqında protokol, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Beləliklə məhkəmədə onun bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu, mobil telefona baxış keçirilməsi protokolu və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi və üzərindən aşkarlanan psixotrop maddələrin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Bu səbəbədən də məhkəmə onun bu ifadələrini faktiki əsası olmayan təqsirləndirilən şəxsin özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilməsi zamanı əldə olunub cinayət işinin materiallarına əlavə olunmuş mesaj mətnlərinə münasibətdə onun həmin mesaj mətnlərinin narkotik vasitələrin satışına dəlalət etməməsi ilə bağlı verdiyi ifadələrini də təqsirləndirilən şəxsin öz müdafiəsinə yönəlmiş və faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə Şahid2 ifadələrini araşdırarkən onun təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmasına və cəzasının yüngülləşdirilməsinə yönəlmiş ifadələrinin təqsirləndirilən şəxsin yaxın qohumu, yəni qardaşı olması səbəbindən onun müdafiəsinə yararlanmaq cəhdi kimi qiymətələndirir. Həmçinin məhkəmə, Şahid2 ifadələrinin digər hissələrinə münasibətdə qeyd edir ki, onun ifadələrində göstərdiyi hallar, yəni qardaşı Təqsirləndirilən şəxs öz yaxınlarına heç bir qarşılıq olmadan, bəxşiş kimi narkotik vasitə və psixotrop maddə verməsi özü-özlüyündə bilavasitə ittihamın sübuta yetirildiyinin, yəni sözügedən cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübutu kimi qiymətləndirilməlidir. Məhkəmənin bu mövqeyi Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli, 8 saylı Qərarı baxımından da əsaslıdır. Belə ki, Qərarda göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” kimi izah edilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə bu hallarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 ( yüz on dörd ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 114 ( yüz on dörd ) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 5,383 qram olan psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması əks olunan 01 ədəd rəqəmsal video disk (DVD-R) və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A10” markalı mobil telefonun onun iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə 30 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X11 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 654 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 114 ( yüz on dörd ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 114 ( yüz on dörd ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 5,383 qram olan psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması əks olunan 01 ədəd rəqəmsal video disk (DVD-R) və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A10” markalı mobil telefon onun iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar