Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1705/2022 11.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X18 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-cı il tarixdə Balakən rayonu, Püştətala kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Püştətala kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Ziya Bünyadov prospekti, Əliyar Əliyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Məhəmməd” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən “Məhəmməd” adlı şəxsin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan ümumi təmiz çəkisi 24,179 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək “Məhəmməd” adlı şəxsin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirəcəyi ünvanlara sonradan çatdırmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Əhliman dairəsi 1 ünvanına daşımış və 30 aprel 2022-ci il tarixdə saat 21:30 radələrində DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Əhliman dairəsi 1 ünvanında tanışı X4 idarə etdiyi “Azsamand” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanıldıqdan sonra Bakı şəhəri Sabunçu RPİ-in 15-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümündə təmiz çəkisi 24,179 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 aprel 2022-cİ il tarixdə axşam saat təxminən 21:30 radələrində tanışı Şamil adlı şəxsə məxsus evdə olmuş və yatmışdır. Birdən səs-küy eşitmiş və gözlərini açdıqda bir neçə polis əməkdaşının Şamilin evində olduğunu və digər tanışı Elçini yerə yıxıb əlini bağladıqlarını görmüşdür. Həmin vaxt polis əməkdaşları onu da tutub Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirmişlər. Polis əməkdaşlarından nə səbəbə tutulduğunu soruşduqda ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bölmədə olarkən üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o da üzərində olan boz rəngli cins şalvarın sol arxa cibindən “Samsung” markalı mobil telefonu, plastik bank kartını, sol yan cibindən 20 manat nağd pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də, heç nə aşkar olunmamışdır. Buna baxmayaraq polis əməkdaşları 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni göstərərək videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməsini tələb etmişlər. Polis əməkdaşlarına etiraz etməsinin nəticə verməyəcəyini görüb onların dedikləri ilə razılaşmış və videoçəkiliş zamanı, həmçinin sonrakı verdiyi izahat və ifadələrdə polis əməkdaşlarının ona dediklərini təkrarlamışdır. Polis əməkdaşları onu evdə tutmuşlar. Heç bir İran İslam Respublikası vətəndaşı ilə əlaqəsi olmamışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmamışdır. Elçin tanışıdır, Elçinin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Fikrincə, tutulma səbəbi narkotik vasitənin satışı ilə məşğul olan şəxslərə imkan verməməsi və qarşı çıxması olmuşdur. **-PF-*** nömrəli “Azsamand” markalı avtomobil Elçinə məxsus olmuş, onun Elçinin avtomobilində narkotik vasitələr olması barədə məlumatı olmamışdır. Polis əməkdaşları əvvəlcə Elçini tutmuşlar. Narkotik vasitə istifadəçisi olmamış, heç vaxt narkotik vasitə almamış və satmamışdır. 2-ci Qarabağ müharibəsinin könüllü iştirakçısıdır, bu barədə təltifləri var. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhəmməd adlı şəxsi tanımır. Üzərindən aşkar olunan kartdan rayonda yaşayan ailə üzvlərinə pul göndərmək üçün istifadə etmişdir. Ona məxsus karta yalnız müdiri pul göndərmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, əvvəllər heç bir cinayət törətməyə görə məhkum olunmamışdır, 2-ci Qarabaq müharibəsinin könüllü iştirakçısıdır və bu barədə təltifləri vardır. 30 aprel 2022-cİ il tarixdə axşam saat təxminən 21:30 radələrində tanışı Elçin Səfərli ilə Sabunçu rayonu, Əhliman dairəsi 1 ünvanının yaxınlığında ona məxsus **-PF-*** dövlət qeydiyyat nişanlı ağ rəngli “Azsamand” markalı avtomobilin yanında dayanan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq Elçinin külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və ondan da şübhələndikləri üçün birlikdə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd içərəsində ***-***-**-** abonent nömrəsi olan “Samsung” markalı mobil telefonu, üzərində **********467780 rəqəmlər əks olunmuş plastik bank kartı, sol yan cibindən 20 manat nağd pulunu və 1 ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Axtarış davam etdirilərkən başqa heç bir sübut əhəmiyyətli əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroin 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən sorğusual zamanı o, üzərində olan narkotik vasitə heroini NZS qəsəbəsi ərazisində İran vətəndaşı “Məhəmməd” adlı anket məlumatlarını bilmədiyi şəxsin istiqamət verməsi əsasında əldə etdiyini, əldə etməkdə məqsədinin onun deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olmasını və buna görə plastik kartı vasitəsilə 100 manat pul əldə etdiyini, başqa heç bir yerdə narkotik maddə saxlamadığını və tanışı Elçinin avtomobilində narkotik tərkibli maddələr olması barədə məlumatlı olduğunu bildirmişdir. O, bir müddətdir ki, narkotik maddələrin dövriyyəsi ilə məşğul olmuş, yəni ona deyilən yerdən narkotik maddələri götürərək başqa bir yerə qoymaqla pul əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Onun üzərində şəxsi axtarış və baxış keçirilməzdən öncə üzərinə heç bir polis əməkdaşı tərəfindən yoxlanış keçirilməmişdir. “Məhəmməd” adlı şəxslə “WhatsApp”la danışdığı nömrəsi +**********97-dir və onun anket məlumatlarını bilməmişdir (cild 1, iş vərəqə 41-43 və 55-57). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsində xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 aprel 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində X4 qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və baş əməliyyat müvəkkili Şahid3, polis nəfəri Şahid2 daxil edilmişdir. Həmin şəxs saat 23 radələrində tərəflərindən müəyyən edilərək ünvan 2 ünvanda idarə etdiyi **-PF-*** nömrəli “Azsamand” markalı avtomobillə və yanındakı şəxslə, yəni Təqsirləndirilən şəxsla birlikdə saxlanılmışdır. Onlar həmin şəxsləri yaxınlıqdakı 15-ci Polis Bölməsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, saxlanılan şəxs əvvəllər məhkum olunmamış, X6r. Digər şəxs isə əvvəllər məhkum olunmamış, xx.xx.1998-ci ildə Balakən rayonunda doğulmuş, Balakən rayonu, Püştətala kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbini izah edib, ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona hüquqlarını müdafiə etməsi üçün “Mərkəz” Vəkil Bürosunun vəkillərinin siyahısı tərtib olunmuş siyahını təqdim etmişlər və X14 müdafiəçi qismində təyin edilərək, iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və onun üzərində axtarış və baxış keçirilərkən üzərində, paltarlarında, bədənində qanunla dövriyyəsi qadağan olunmuş predmet, narkotik vasitə və ya sübut əhəmiyətli hər hansı əşya varsa təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən “Samsung” markalı mobil telefonu, plastik bank kartını, sol yan cibindən 20 manat nağd pulu və həmin cibdən çıxardığı 1 ədəd sellofan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açıldıqda içində narkotik vasitə heroinə bənzər maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən aşkar olunan maddənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyini soruşulduqda o, üzərindən aşkar olunan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin maddəni İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd' adlı şəxslə sosial şəbəkədə əlaqə saxlayıb onun istiqamətləndirməsi əsasında Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsi ərazisindən əldə edib, ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədi ilə üzərində saxladığını və həmin narkotikin lazımi ünvana çatdırılması nəticəsində 100 manat pulu bank kartı vasitəsi əldə etməsini bildirmişdir. Bundan başqa X4 üzərində axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə heroinə bənzər maddə və “Azsamand markalı” **-PF-*** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağının üstündən 1 ədəd qara rəngli sellofan torbanın içindən 1 ədəd seliofan paketdə narkotik vasitə heroinə bənzər maddə, digər 1 ədəd sellofan paketdə isə metafetaminə bənzər maddə, həmin avtomobilin qabaq saxlanc yerindən üzərində “Metadon-40” həbləri aşkar edilmişdir. Şəxsi axtarış və avtomobilə baxış zamanı götürülmüş maddələr zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş maddələr protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz maddələrin dövriyyəsi ilə əvvəldən məlumat olmasına görə təhqiqatçıya şəxsin gətiriləcəyi barədə məlumat verilmiş, o, Vəkil Bürosuyla əlaqə saxlayaraq müdafiəçi lazım olacağını bildirmiş, texniki məsələlərin həllinə vaxt itkisi olmamışdır. Şəxs gətirilərkən üzərində axtarış aparılana kimi müddət ərzində tərəfimizdən müşahidə altında saxlanılmış bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan qanunsuz hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Onlar yaxınlaşan zaman hər iki şəxs “Azsamand” markalı avtomobilin yanında dayanmışdır. Məlumat yalnız X9 barəsində olmuşdur. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 93-95). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd içərəsində ***-***-**-** GSM nömrəsinin olduğunu qeyd etdiyi “Samsung” markalı mobil telefonu, üzərində **********467780 rəqəmlər əks olunmuş plastik bank kartım, sol yan cibindən 20 manat nağd pulunu və 1 edəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 20 manat pulu özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd plastik bank kartı və 1 ədəd mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin sellofan bükümdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş yə qablaşdırılma ilə birlikdə çəkisinin 25 qram qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-in Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs oglu təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədiiə üzərində saxladığını, sosial şəbəkədə tanış olduğu, nömrəsini telefonunda qeyd etdiyi İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə Nizami rayonu, NZS qəsəbəsi ərazisindən əldə etdiyini, bu əməlinə görə üzərində aşkar edilmiş plastik bank kartı vasitəsilə 100 manat pul əldə etdiyini, özünün 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmasını, tanışı olan Elçin Səfərlinin avtomobilində narkotik tərkibli maddələr saxlaması barədə məlumatının olmasını, saxlanılan zaman və baş İdarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 15-ci PB-də yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameranın videoçəkmə funksiyasından istifadə etməklə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 Zakif oğlu tərəfindən videoçəkiliş aparılmışdır. Aparılan videoçəkiliş 1 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Şəxsi axtarış və baxış 30 aprel 2022-ci il tarixdə saat 23:17-də yekunlaşmışdır (cild 1, iş vərəqə 26-29). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntü açıldıqda xidməti otaqda özünü DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X2 təqdim edir, sonra isə BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 özlərini təqdim edirlər. Şahid3 isə videonu çəkməsi iştirakçılara elan edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah edilir, müdafiəçisi X14 ona bir daha təqdim edilir və onun üzərində axtarış və baxış keçirilərkən üzərində, paltarlarında, bədənində qanunla dövriyyəsi qadağan olunmuş predmet, narkotik vasitə və ya sübut əhəmiyətli hər hansı əşya varsa təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən "Samsung” markalı mobil telefonu, plastik bank kartını, sol yan cibindən 20 manat nağ pulu və həmin cibindən çıxardığı 1 ədəd sellofan bükümü masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açıldıqda içində narkotik vasitə heroinə bənzər maddə olması müşahidə edilir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən aşkar olunan maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşulduqda o, üzərində aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu bildirir və həmin maddəni İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxslə sosial şəbəkədə əlaqə saxlayıb onun istiqamətləndirməsi əsasında Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsi ərazisindən əldə edib, ona deyilən yerlərə qoyaraq pul əldə etmək məqsədi ilə üzərində saxladığını və həmin narkotikin lazımı ünvana çatdırılması nəticəsində 100 manat pulu bank kartı vasitəsi əldə etməsini bildirir. Şəxsi axtarış və avtomobilə baxış zamanı götürülmüş maddələr zərfə qoyularaq möhürlə möhürlənmiş və imzalarla təqdiq edilmişdir (cild 1, iş vərəqə 71) Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2022-ci il tarixli 6/2519 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan 3 ədəd zərfdə və 1 ədəd sellofan torbada olan üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 24,179 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “X3 üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 12,555 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Elçin Səfərliyə məxsus avtomobildən...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 10 ədəd konvalyutda ümumilikdə 96 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 3,84 qram 1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Üzərində “Elçin Səfərliyə məxsus avtomobildən ...” sözləri, soyad və imzalar qeyd edilmiş sellofan torbada təmiz çəkisi 990,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 1 ədəd bağlamada təmiz çəkisi 132,4 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”- in siyahısına (Siyahı l) daxildir (cild 1, iş vərəqə 35-37). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 25 iyul 2022-ci il tarixli 4050 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 100-101). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 24,179 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, “şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 106-112). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 73). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısıdır və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir (cild 1, iş vərəqə 104-105). Məhkəmə Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı olmasını və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 15). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 63-66). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 30 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 24,179 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 24,179 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1705/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1705/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver