Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1705/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X5, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək bir hissəsini üzərində saxlamaqla daşımış və qalan hissəsini kirayədə yaşadığı, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1184 nömrəli evdə saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində kirayədə yaşadığı ünvan 3 ünvanının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi əlində tutduğu çantası ilə saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gətirilərək xx.xx.2024-cü il tarixdə, saat 01:10 dəqiqədən etibarən üzərində şəxsi axtarış aparılan zaman əlində tutduğu 01 ədəd göy rəngli çantada 27 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,181 qram, 2,346 qram, 2,337 qram, 8,121 qram, 9,257 qram, 4,532 qram, 7,237 qram, 5,476 qram, 3,402 qram, 4,283 qram, 6,255 qram, 2,286 qram, 2,238 qram, 2,209 qram, 2,107 qram, 2 399 qram, 2,172 qram, 3,232 qram, 2,275 qram, 2,130 qram, 1,325 qram, 2,104 qram, 2,117 qram, 1,177 qram, 1,174 qram, 2,270 qram, 1,154 qram ümumi təmiz çəkisi 97,796 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin; 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,291 qram, 2,098 qram, 4,069 qram, 2,961 qram, 3,017 qram, 2,010 qram, 2,017 qram, 2,912 qram, 2,074 qram, 1,040, qram, 1,080 qram, 2,001 qram, 1,072 qram, 0,982 qram, 1,011 qram, 1,046 qram, 1,061 qram, 1,014 qram, 0,964 qram, 1,068 qram, 0,991 qram, 1,013 qram, 0,988 qram, 1,040 qram olmaqla ümumi təmiz çəkisi 47,820 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilib götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq xx.xx.2024-cü il tarixdə, saat 03:10-da Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3cü yaşayış massivi 1184 nömrəli evə baxış keçirilərkən, həmin evin yataq otağında olan taxta konstruksiyalı dolabın üzərindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxladığı 01 ədəd plastik qabda 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 69,583 qram, 0,775 qram, 0,640 qram, 1,134 qram, 1,057 qram ümumi təmiz çəkisi 73,189 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, digər 1 ədəd plastik qabda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 61,365 qram, 10,802 qram, 14,410 qram, 6,287 qram tünd qəhvəyi rəngli axıcı kütlə, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,739 qram, 3,422 qram, 1,168 qram qəhvəyi rəngli ümumi təmiz çəkisi 106,193 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Habelə, xx.xx.2024-cü il tarixdə saat 16:25-də Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1184 nömrəli evin sahibi Şahid4 həmin evdə təmizlik işləri apararkən evin yataq otağındakı taxta konstruksiyalı dolabdan aşkar etdiyi Təqsirləndirilən şəxs aid çantadan ona məxsus və istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,367 qram, 0,607 qram, 15,311 qram, 5,572 qram, 1,322 qram, 4,614 qram, 4,820 qram, 2,191 qram, 1,01 qram, 3,225 qram, 2,816 qram, 4,416 qram, 8,933 qram, 12,712 qram, ümumi təmiz çəkisi 67,926 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin; 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,405 qram, 6,481 qram, 11,374 qram, 31,344 qram, 6,611 qram, 4,933 qram, 8,501 qram, 9,392 qram, 4,873 qram, 5,503 qram, 4,751 qram, 6,902 qram, 4,541 qram ümumi təmiz çəkisi 113,611 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o tanımadığı İran vətəndaşı ilə danışmışdır. Birinci dəfə idi ki, o İran vətəndaşının dediyi yerə bükümləri qoyacaqmış. Bundan əvvəl belə bir hal baş verməmişdir. Lakin o, həmin narkotik vasitələri qeyd edilən yerlərə qoya bilməmiş və polis əməkdaşları tərəfindən tutulmuşdur. Onun üzərindən yalnız metamfetamin və heroin aşkar olunmuş, tərəzi isə üzərindən deyil, evdən aşkar edilmişdir. O, özü narkotik vasitə istifadəçisi olmuşdur. Qeyd edilən narkotik vasitələrin bir qismini öz istifadəsi üçün götürmüşdür. İran vətəndaşı da ona pul verməyə söz vermişdir. İran vətəndaşı ona demişdir ki, “bükümləri hara istirsən qoy, qalan heç bir şeyə qarışma”. Tutulan zaman bükümlər onun üzərində olmuşdur. Həmin bükümləri İranlının atdığı konumdan götürmüşdür. Bu dəfə bükümləri ayrı-ayrı yerlərə qoymaq üçün evdən çıxmış, lakin evdən çıxan zaman polis əməkdaşları onu tutmuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər məhkum olunmamışdır. Qeyri rəsmi nikahdan bir övladı var. Övladının 12 yaşı var. O, Araz adlı İranlı şəxslə instagram sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Belə ki, ilk dəfə Araz ona yazmışdır. O, Arazla tutulmamışdan 6-7 ay qabaq tanış olmuşdur. Ümumilikdə 271,915 qram çəkidə narkotik vasitə heroin və 234,62 qram psixotrop maddə metamfetamin ona məxsusdur. O həmin maddələrin hamısını bir dəfəyə tutulmamışdan 4- 5 ay qabaq götürmüşdür. O özü “kakos” və “patı” istifadə edir. İranlı ümumilikdə götürdüyü narkotik vasitənin və psixotrop maddənin yarısını ona öz istifadəsi üçün vermişdir. Ümumilikdə o 600-700 qram narkotik maddə götürmüşdür. Heroin və metamfetaminin ayrıayrılıqda çəkilərini bilmir. Həmin 600-700 qram narkotik vasitənin bir qismini, təxminən 100-150 qramını istifadə etmişdir. Həmin 100-150 qramdan o heç yerə qoymamışdır. Həmin narkotik vasitələri evdə şəxsi istifadəsi üçün saxlamışdır. İranlı ona bir neçə dəfə təklif etmişdir ki, həmin narkotik vasitədən bir qismini hara istirsə qoysun, əvəzində isə ona pul verəcək, lakin o əvvəl İranlının təklifini qəbul etməmişdir. O saat 11-12 radələrində evdən çıxmışdır. O, narkotik vasitəni götürəndə həmin narkotik vasitə bükümlərə bölünməmişdir. Belə ki, o, narkotik vasitəni bütöv şəkildə götürmüş, evə gəldikdən sonra isə bükümlərə bölmüşdür. Onun həmin narkotik vasitələri bükümlərə bölməkdə məqsədi şəxsi istifadəsi üçün istifadə etmək və İranlının dediyi yerlərə aparıb qoymaq olmuşdur. İranlı əvvəldən ona 1000 manat pul söz vermişdir. O, həmin pulu İranlıdan istəmişdir. İranlı ona demişdir ki, “apar malları müəyyən yerlərə qoy və mənə həmin yerdən konum at”. O da narkotik vasitəni müəyyən yerlərə qoymaq məqsədi ilə evdən çıxan zaman polislər tərəfindən tutulmuşdur. Təxminən 2-3 gündən bir İranlı ona narkotik vasitəni müəyyən yerlərə qoymağını deyirmiş. İranlı ona hədə qorxu gəlməmişdir. O özü turizmdə işləmiş və bununla bağlı rayonlara çox getmişdir. Tərəzidən şəxsi istifadəsi üçün istifadə etmişdir. Üzərindən 47.820 qram metamfetamin və 97.796 qram heroin çıxmışdır. Ona verilən ittihamı qismən qəbul edir. Belə ki, elektron tərəzi onun üzərindən deyil, evdən çıxmışdır. Həmçinin polislər tərəfindən ikinci dəfə onun evinə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən evə qoyulmuşdur. Lakin həmin narkotik vasitələr ilə bir yerdə olan pullar ona məxsusdur. Həmin pullar polis əməkdaşları tərəfindən atasına qaytarılmışdır. Törətdiyi əməldən peşmandır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 25-ci küçədə yerləşən Şahid4 evində kirayədə qalırmış və ingilis, ərəb dillərində bildiyi üçün özünə məxsus avtomaşınla Bakı şəhərində turistlərə taksi və tərcüməçi kimi xidmət edirmiş. Tutulandan əvvəl iki il olarmış ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini gümüş falqada yandırıb tüstüsünü nəfəsinə çəkməklə və siqaret kimi yandıraraq çəkməklə qəbul edirmiş. Ona görə də onda narkotikdən asılılıq yaranıbmış. xx.xx.2024-cü il tarixdə, saat 23:50 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, 3-cü Badamdar massivi, 25-ci küçədə yerləşən kirayədə qaldığı nömrəsiz fərdi evin yaxınlığında əlində olan çanta ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına gətiriblər və dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub. Ona hüquq və vəzifələri elan olunub və buna dair bildiriş təqdim edilib. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılıb. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməsi təklif olunub. Bu təklifdən sonra o sol əlində olan göy rəngli çantanın içərisindən 27 ədəd bükümdə heroini və 24 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoyub. Sonra üzərinə şəxsi axtarış keçirilib, həmin çantanın içərisindən 1 ədəd yaddaş kartı, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “Oppo” markalı mobil telefon, 1 ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “infınix” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 2 ədəd açar, 1 ədəd şəxsiyyət vəsiqəsi, üzərində 5239 1517 9537 4449 nömrəsi olan plastik bank kartı və 239 manat pul aşkar edilərək götürülüb. Bunlardan başqa üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməyib. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilib. Heroinin ümumilikdə çəkisi 121 qram, metamfetaminin ümumilikdə çəkisi 51 qram olub. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılıb, DİN-in 7 saylı möhürü ilə möhürlənib və imzalar edilməklə götürülüb. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Oppo” və 1 ədəd “İnfinix” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və 1 ədəd plastik bank kartı, 1 ədəd yaddaş kartı ona izah verildikdən sonra götürülüb. 2 ədəd açar və 239 manat pul isə özünə geri qaytarılıb. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə özünə məxsusdur, həmin kütlələri tanıdığı və anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə 1 həftə əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. Belə ki, adı çəkilən Araz adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə həmin şəxs ona 1000 manat pul verəcəyini deyibmiş. O “Araz” adlı şəxsi təxminən 1 il olardı ki, tanıyırmış. Kirayədə qaldığı Səbail rayonu Badamdar qəsəbəsində,Şahid4 evində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getdikdə orada saxladığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir, lakin içərisində 22 350 manat özünə məxsus pulu olan çantadakı narkotik vasitə və heroini təhvil verməmişdir ki, polislər pulu görüb götürərlər. Fikirləşmişdir ki, tutulandan sonra atasına deyər, pulu götürər, qalan narkotik vasitə və psixotrop maddəni polislərə təhvil verər, ona görə həmin çantadakı narkotik vasitə və psixotrop maddəni təqdim etməyib. xx.xx.2024-cü il tarixdə ev sahibəsi Şahid4 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təqdim etdiyi çantada olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsusdur. Onları xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarına təqdim etməməsinin səbəbi həmin çantada olan pulla əlaqədar olmuşdur. Fikirləşirmiş ki, tutulandan sonra atası ilə görüş alıb həmin pulları götürməsini deyər və orada olan narkotik vasitə və psixotrop maddəni atası gətirib polislərə təqdim edər, çünki polislər həmin pulu görüb götürərmişlər. Həmin pul onun ev almaq üçün illərlə topladığı və atasının ona verdiyi pullar olub, lakin tutulandan sonra atası ilə görüşə bilməyib və ev sahibəsi Şahid4 təmizlik işləri apararkən onları tapıb polislərə deyib və onlar götürürmüşlər. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış və götürmə zamanı üzərindən götürülmüş, özünün təqdim etdiyi və ev sahibəsinin təqdim etdiyi külli miqdar çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini o İran İR vətəndaşı «Araz»ın vasitəçiliyi ilə onun dediyi ünvanlardan götürmüş və onları Arazın ona göndərəcəyi ünvanlara qoymaq üçün saxlayırmış. Bunun müqabilində də Araz ona 1000 manat pul verəcəkmiş, lakin polislər tərəfindən tutulduğundan bu «öhdəliyini» yerinə yetirə bilməyib. İstər şəxsi axtarışda götürülmüş, istər özü təqdim etdiyi və istərsə də ev sahibəsinin təqdim etdiyi külli miqdar çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini o tutulmazdan təxminən bir həftə əvvəl İran vətəndaşı kimi özünü təqdim edən «Araz» adlı şəxsin vasitəçiliyi ilə onun göstərdiyi Bakı şəhəri Suraxanı rayonu ərazisindən, əvvəlcədən təyin edilmiş yerdən götürübmüş. Məqsədi həmin narkotik vasitə və psixotrop maddələrdən Arazın dediyi sayda bükümlərlə onun dediyi ünvanlara qoymaq olmuşdur və buna görə də Araz ona 1000 manat pul verəcəkmiş, lakin tutulana qədər Araz ona ünvan deməyib. O həmin narkotik vasitə və psixotrop maddələrdən şəxsi axtarışda üzərindən götürülən sayda bükümləri üstündə gəzdirirmiş ki, Araz zəng edən kimi onun dediyi ünvanlara qoysun, lakin hələ zəng daxil olmayıbmış. Arazın vasitəçiliyi ilə götürdüyü narkotik vasitə və psixotrop maddələri kirayədə qadığı evdə, təqdim etdiyi çemodanda və Gülsümün təqdim etdiyi çantada ayrı-ayrılıqda saxlayırmış. Həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ayrı-ayrı bükümlərə əvvəldən hazırlayıb çəkərək qoyubmuşlar, onları o bölməmişdir. Arazla aralarında əvvəldən narkotik vasitə və psixotrop maddələrin birgə satışını təşkil etmək və onları satdıqda qazancı aralarında bölmək barədə danışıq, razılaşma olmamışdır. Araz onun narkotik qəbul etməsini bilirmiş və onun dedikləri narkotik vasitə və psixotrop maddələri götürəndən sonra özü qəbul etmək üçün ondan götürürmüş, buna Araz özü razılıq veribmiş, lakin götürdüyü narkotik vasitə və psixotrop maddəni o satmadığına görə satışdan əldə edilən gəlirdən ona pay verilməsi haqda aralarında danışıq razılaşma olmayıb, həmin götürdüyü narkotik vasitə və psixotrop maddəni Arazın dediyi ünvana qoymaqla əlaqədar danışıqları olubmuş ki, bu işinə görə ona 1000 manat pul verəcəkmiş. (Cild 1; iş vərəqə; 235-237) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 göstərmişdir ki, 08 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Həmin tarixdə Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs həmin tarixdə tərəflərindən saxlanılaraq Baş Narkotiklə Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş İdarədə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan çantanın içərisindən çoxlu sayda bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən isə fləşkart, mobil telefon və pul aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs evinə gedərək baxış keçirilmişdir. Baxış zamanı evində yataq otağından plastik qabın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitələr də qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bildirmişdir ki, həmin narkotik vasitələri səhv etmirsə 01 həftə əvvəl Sabunçu ya Suraxanı rayonu ərazisində İran vətəndaşının atdığı konumdan götürmüşdür. O, həmin narkotik vasitələri müəyyən ünvanlara çatdırıb, həmin yerlərin konumunu İran vətəndaşına atacaqmış. İran vətəndaşı isə bunun müqabilində Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul atacaqmış. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X3 bildirdi ki, Təqsirləndirilən şəxs barəsində onun İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunda iki nəfər, o və Rəşad olmuşdur. Təqsirləndirilən şəxs təxminən gecə saat 11-12-də yaxınlaşmışlar. Şəxsi Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində, yaşadığı evin qapısından aralda saxlamışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heroin və metamfetamin aşkar edilmişdir. Bükümlərin sayı təxminən 25-27 ədəd olardı. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu tək olmuş və onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs evinə də baxış keçirilmişdir. Evdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilmişdir. Gündüzün evində ikinci dəfə axtarış keçirilən zaman o, orada olmamış, lakin eşitmişdir ki, Gündüzün evindən yenə də, metamfetamin və heroin aşkar edilmişdir. Gündüzün özünün etirafedici ifadəsi ilə onlara daxil olan əməliyyat məlumatı üst-üstə düşmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri özü könüllü olaraq təqdim etmiş və haradan necə götürdüyünü etiraf etmişdir. Onun və ya digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixi təsir və təzyiq olunmamışdır. Şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuş ki, xx.xx.1990-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 25-ci küçədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edir və Bakı şəhəri Səbail rayonu ərazisində qanunsuz dövriyysi ilə məşğul olur. Daxil olmuş həmin əməliyyat məlumatının yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün xx.xx.2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin rəhbərliyinə raportla məruzə edib rəhbərliyin göstərişi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edərək əməliyyat qrupu yaradıb Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:50 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Badamdar massivi, 25-ci küçədə yerləşən yaşadığı nömrəsiz fərdi fərdi evin yaxınlığında, əlində tutduğu çanta ilə piyada hərəkətdə olarkən saxlayıb hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Saxlanılan Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlər görülməsi məqsədi ilə idarə rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması idarənin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabova həvalə edilib. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması üçün təhqiqatçı tərəfindən 22 saylı vəkil bürosundan vəkil X6 idarəyə dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhə edilən şəxs kimi tutularaq idarənin inzibati binasında, təhqiqatçının xidməti otağında 09 yanvar 2023cü il tarixdə, saat 01:10 dəqiqədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılıb. Şəxsi axtarış və götürmədə o, BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, vəkil X6 iştirak edirdilər. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı şəxsi axtarış və götürmədə iştirak edən şəxsləri və kimin, nə ilə əlaqədar şəxsi axtarışının aparılmasını elan etdikdən və şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bildirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunub ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etsin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sol əlində olan göy rəngli çantanın içərisindən kağız stəkanlarda qablaşdırılmış bükümləri çantadan çıxarıb masanın üzərinə qoyub, təhqiqatçının təklifi ilə həmin stəkanlarda olan bükümlər çıxarılıb masanın üzərinə qoyulub. Təhqiqatçının təklifi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs bükümlərdən hansında narkotik vasitə, hansında psixotrop maddə olmasını və onları ayırmasını təklif edilib, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri iki yerə bölərək ayrılmış hissələrin birində narkotik vasitə heroin, birində isə psixotrop maddə metamfetamin olmasını bildirib. Təhqiqatçı tərəfindən bölünmüş bükümlər sayılmış, 27 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 24 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması məlum olub. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və onun çantasının içərisindən 01 ədəd yaddaş kartı, əynində olan göy rəngli şalvarının sağ yan cibindən ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi 01 ədəd “Oppo” markalı, ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi 01 ədəd “infinix” markalı mobil telefonlar, həmin şalvarının sol yan cibindən 02 ədəd açar, öz adına olan şəxsiyyət vəsiqəsi, üzərində 5239 1517 9537 4449 nömrəli plastik bank kartı və 239 manat pul aşkar edilib, bunlardan əlavə şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya sənəd aşkar edilməyib. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan narkotik vasitələr qablaşdırmalarla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 121 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 51 qram gəlib, həmin kütlələr və elektron tərəzi Təqsirləndirilən şəxs çantasına qablaşdırılmış, yapışqanlı lentlə sarınmış və təhqiqatçı tərəfindən qablaşdırmanın üzərinə qeydlər edilməklə iştirakçılar tərəfindən imzalanaraq üzərinə DİN-nin 7 saylı möhürü vurulmaqla götürülüb, bundan əlavə 02 ədəd mobil telefonlar, bank kartı, şəxsiyyət vəsiqəsi, yaddaş kartı təhqiqatçı tərəfindən götürülüb, açarlar və 239 manat pul isə sahibi olan Təqsirləndirilən şəxs qaytarılıb. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirib ki, təqdim etdiyi narkotik vasitəyə bənzər və psixotrop maddəyə bənzər kütlələr ona məxsusdur, həmin kütlələri tanıdığı İran vətəndaşı “Araz” adlı şəxsin vasitəsilə bir həftə əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir, həmin narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara qoymasına görə Arazın ona 1000 manat pul verəcəyini, Arazı təxminən 1 il olar ki, tanıdığını bildirib. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmçinin yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda ona verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirib, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş ki, həmin protokol onlara ucadan oxunduqdan sonra iştirakçılar, o cümlədən onun tərəfindən imzalanıb. Bundan sonra Şahid2, onun, vəkilinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, 3-cü Badamdar massivi, 25-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış və götürmə aparılmasında iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 03:10 dəqiqədə həmin evə baxış və götürmə aparılmasına başlanılıb. Baxışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bildirib ki, yaşadığı həmin evdə yataq otağında olan dolabın üzərində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi vardır. Həmin narkotik vasitə və psixotrop maddələrin götürülməsi üçün evə baxış keçirilməsinə və götürmə aparılmasına etiraz etmədiyini bildirib, bu barədə ərizə ilə müraciət edib, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərar elan edilib və sonra videoçəkilişdən istifadə etməklə evə baxış və götürmə aparılıb. Baxış və götürməyə başlamazdan əvvəl təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması güman edilən narkotik vasitələri, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədləri təqdim etməsi təklif edilib. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evin yataq otağında olan taxta konstruksiyalı dolabın üzərindən 01 ədəd plastik qabda açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 07 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 01 ədəd plastik qabda ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 05 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim edib. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələr qablaşdırma ilə birlikdə ümumilikdə 140 qram, metamfetaminə bənzər kütlə isə qablaşdırmaları ilə birlikdə ümumilikdə 122 qram olub, həmin kütlələr və elektron tərəzi selofan torbaya qablaşdırılıb DİN-nin 7 saylı möhürü ilə möhürlənərək üstü imzalanmaqla təhqiqatçı tərəfindən götürülüb, sonra evin başqa otaqları və yerlərinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet, sənəd aşkar edilməyib. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilən sualları cavablandıraraq bildirmiş ki, aşkar edilmiş narkotik vasitə və psixotrop maddə, elektron tərəzi ona məxsusdur, həmin kütlələri tanıdığı İran vətəndaşı “Araz” adlı şəxs vasitəsilə bir həftə əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən Arazın göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir. Arazın göstərişi ilə narkotik vasitə və psixotrop maddəni müəyyən ünvanlara qoymaq məqsədi ilə Araz adlı şəxsin ona 1000 manat pul verəcəyini bildirib. Baxış və götürmə Şahid2 tərəfindən “Sony” markalı videokamera vasitəsilə videolentə alınıb. Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol iştirakçılara oxunduqdan sonra o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanıb. Üzərindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edilib götürülmüş Təqsirləndirilən şəxs həmin kütlələri əldə etdiyi mənbənin, İran vətəndaşı “Araz” adlı şəxsin müəyyən edilməsi məqsədi ilə onlar tərəfindən əməliyyat tədbirləri yerinə yetirilsə də tədbirlər müsbət nəticə verməmişdir, tədbirlər davam etdirilir, müsbət nəticə olarsa, əlavə olaraq bildiriləcəkdir. (Cild 1, iş vərəqə 89-92) Şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdikləri ifadə ilə eyni məzmunlu və şahid X2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 2010-ci ildən DİO-da, 2022-ci ildən isə hazırda tutduğu DİN BNMİ-də Əməliyyat müvəkkili vəzifəsində çalışır. Göstərilən vəzifədə işləməklə idarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və yaşadığı evdən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı külli miqdar çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, elektron tərəzi aşkar edilib götürülməsi hadisəsindən məlumatı olmuşdur, lakin həmin şəxsi axtarış və götürmələrdə o iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə idarəyə həmin Təqsirləndirilən şəxs kirayədə qaldığı Səbail rayonu 3-cü Badamdar massivi, 25-ci küçədə yerləşən nömrəsiz fərdi evin sahibi Şahid4 baş idarəyə məlumat verib ki, Təqsirləndirilən şəxs kirayəyə verdiyi evdə təmizlik işləri apararkən narkotik vasitə və maddəyə bənzər kütlələr və pul əskinasları aşkar etmişdir. Şahid4 məlumatı BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən raportla BNMİ-nin rəisinə məruzə olunmuş və rəhbərliyin göstərişi ilə məlumatın reallaşdırılması üçün onun və təhqiqatçı Yelmar Vahabovun iştirakları ilə əməliyyat qrupu yaradılıb və onun “Sony” markalı videokamerası ilə videoçəkilişi aparılmaqla Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1184 ünvanında Şahid4 Qəlləndər qızının və onun iştirakları ilə 12 yanvar 2024-cü il tarixdə, saat 16:25 dəqiqədə təhqiqatçı Yelmar Vahabov tərəfindən evə baxış keçirilməsinə başlanıb. Evə baxış keçirilməsinə başlamazdan əvvəl ev sahibi Şahid4 bu barədə qərarla tanış edilib və həmin evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilib. Təhqiqatçının bu təklifindən sonra ev sahibi Şahid4 evin yataq otağında olan taxta konstruksiyalı dolabın üzərindəki çantanı təqdim edərək həmin çantada narkotik vasitəyə bənzər kütlələr və pul əskinasları olduğunu bildirib. Çantanın içərisindən 14 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr, 13 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə, Təqsirləndirilən şəxs adına 01 ədəd orta təhsil barədə attestat, Təqsirləndirilən şəxs adına 01 ədəd əsas təhsil haqda şəhadətnamə, Təqsirləndirilən şəxs adına xarici pasport və 22 350 (iyirmi iki min iki yüz əlli) manat pul aşkar edilib. Çantadan götürülmüş kütlələr elektron tərəzidə çəkilib, heroinə bənzər kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisi 76 qram, metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisi isə 129 qram olub. Sonra həmin kütlələr və 22 350 manat pul qablaşdırılaraq DİN-nin 7 nömrəli möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülüb, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün attestat, şəhadətnamə və xarici pasport da götürülüb, bu barədə protokol tərtib edilmiş ki, ucadan oxunduqdan sonra o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanıb. (Cild 1, iş vərəqə 134-135) İş üzrə Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1184 ünvanında yaşayır. Yaşadığı həyətdə iki evi var. O təqaüddə olduğundan maddi imkanı zəif olduğu üçün evlərdən birində özü yaşayır, digərini kirayə verirmiş. O həmin ünvanı Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdən kirayə vermişdir. 08 yanvar 2024-cü il tarixdə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğundan Gündüz BNMİ-nin əməkdaşları tərəfindən saxlanmış və bu barədə ona məlumat verilərək kirayə verdiyi ünvanın açarı ona təqdim olunub. O Gündüz tutulduqdan sonra ona kirayə qalması üçün verdiyi evin təmizlik işləri apararkən taxta konstruksiyalı şkafın içərisində Gündüzə məxsus olan çantanı götürüb baxarkən içərisində narkotik vasitələrə bənzər kütlələr və pul əskinazları aşkar edib. Bununla bağlı BNMİ-nin əməkdaşlarına məlumat verib. BNMİ-nin əməkdaşları tərəfindən ona məxsus Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə baxış keçirilməsi ilə bağlı qərarla onu tanış etmişlər. O baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim edib. O evi Gündüzə kirayə qalmaq üçün verdiyi mənzili yığışdıran zaman Gündüzə məxsus yataq otağındakı taxta konstruksiyalı şkafın üst gözündən tapdığı Gündüzə məxsus çantanı təqdim edərək təqdim etdiyi çantada narkotik vasitələr və psixotrop maddələrə bənzər kütlələr və pul əskinazları olduğunu bildirmişdir. Həmin çantanın içərisindən 14 (on dörd) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 13 (on üç) ədəd bükümdə metamfetaminə bənzər kütlə, 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus orta təhsil haqqında attestat, 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus əsas təhsil haqqında şəhadətnamə, 1(bir) ədəd Təqsirləndirilən şəxs məxsus xarici pasport və 22 350 (iyirmi iki min üç yüz əlli) manat pul əskinasları aşkar edilib. Sonra həmin kütlələr onun yanında polislər tərəfindən elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 76 (yetmiş altı) qram, metamfetaminə bənzər kütlələrin ümumilikdə çəkisi 129 (yüz iyirmi doqquz) qram olub. Daha sonra həmin kütlələr və pul əskinazları qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənib, üzəri onun tərəfindən və təhqiqatçı tərəfindən imzalanıb. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd orta təhsil haqqında attestat, 1 (bir) ədəd əsas təhsil haqqında şəhadətnamə və 1 (bir) ədəd xarici pasport təhqiqatçı tərəfindən götürülüb. O Gündüzün narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasından məlumatlı olmamışdır. Gündüzə kirayəyə verdiyi ev, narkotik vasitələrin və psixotrop maddələrin, pul əskinazlarının aşkar edildiyi ünvan ünvan 8 həmin ünvanda yaşamır və bununla bağlı evin çıxarışının surətini istintaqa təqdim etmişdir. Gündüzün narkotik vasitə ilə məşğul olmasından məlumatı olmamışdır, lakin Gündüzlə telefonda danışan zaman onun ev almaq istəməsi ilə bağlı dediklərini eşidibmiş. Ola bilər ki, Gündüzə məxsus çantadan aşkar olunmuş pullar bu məqsəd üçün evdə saxlanılıb. Amma bu barədə onun özü daha dəqiq deyə bilər. (Cild 1, iş vərəqə 136-137) Məhkəmə iclasında dindirilmiş iş üzrə ibtidai istitaqı aparmış Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X10 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını o aparmışdır. Cinayət işi üzrə texniki səhv olaraq elektron tərəzinin Təqsirləndirilən şəxs üzərindən aşkar edildiyi göstərilmişdir. Lakin elektron tərəzi Təqsirləndirilən şəxs üzərindən deyil, evinə baxış keçirilən zaman evindən aşkar edilmişdir. İcraatında olan iş yükünün çox olması ilə əlaqədar yuxarıda göstərdiyi texniki səhvlərə yol vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1-2) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 6) xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7-8) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 21-22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan və həmin şəxsi axtarış-götürmənin gedişinin videogörüntülərinə baxış protokolundan görünür ki, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrini satışı məqsədi ilə əldə edib Bakı şəhəri Səbail rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 23:50-də Bakı şəhəri Səbail rayonu 3-cü Badamdar massivi, 25-ci küçəsində yerləşən yaşadığı mənzilə yaxınlıqda əlində olan çanta ilə birlikdə piyada hərəkətdə olarkən saxlanılıb BNMİ-nin inzibati binasına gətirilib şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində BNMİ-nin inzibati binasının xidməti otaqlarından birində xx.xx.2024-cü il tarixdə, saat 01:10 dəqiqədə şəxsi axtarış və götürməyə başlanmışdır. Şəxsi axtarış və götürmə BNMİ-nin TQ-nun təhqiqatçısı X7 tərəfindən aparılmış və şəxsi axtarış və götürmədə BNMİ-nin əməkdaşları X3, Şahid2, 22 saylı Vəkil bürosunun vəkili X6 iştirak etmişlər və şəxsi axtarış-götürmənin gedişində videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs kimi onun hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah olunur, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə qərarı ilə tanış edilir və ona təklif olunur ki, «paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri» könüllü təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sol əlində tutduğu göy rəngli çantanı masanın üzərinə qoyur və təhqiqatçı tərəfindən həmin çantada nə olması soruşulduqda şübhəli şəxs həmin çantada ayrı-ayrı bükümlərdə kakos adı ilə tanıdığı narkotik vasitə heroin və metamfetamin olmasını bildirir və təhqiqatçının təklifi ilə çantada olan kağız stəkanlarda şəffaf yapışqanlı lentə bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyur, həmin bükümlərin hansında narkotik vasitə heroin və hansında psixotrop maddə metamfetamin olmasını ayrılması təklif olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs şəffaf rəngli bükümləri ayıraraq orada psixotrop maddə metamfetamin olmasını, nisbətən tutqun rəngdə olan bükümlərdə isə narkotik vasitə heroin-olmasını bildirir. Təhqiqatçı tərəfindən narkotik vasitə heroin kimi ayrılmış bükülər sayılır, orada 27 ədəd büküm olması, şəffaf rəngli bükümlərdə isə 24 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Psixotrop maddə metamfetamin bükümlərindən biri təhqiqatçı tərəfindən açılır, bükümün içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə olması, narkotik vasitə heroin bükümlərindən biri açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Sonra şübhəli şəxsin üzərinə baxış keçirilir və çantanın içərisindən 01 ədəd yaddaş kartı, əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi 01 ədəd “Oppo” markalı və ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi 01 ədəd “infinix” markalı mobil telefonlar, həmin şalvarın sol yan cibindən 02 ədəd açar, öz adına olan şəxsiyyət vəsiqəsi, üzərində 5239 1517 9537 4449 nömrəsi olan plastik bank kartı və 239 manat pul aşkar edilir, bunlardan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz predmet aşkar edilməyir, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümlər ümumilikdə elektron tərəzidə çəkilir, ümumi çəkisi 121 qram, psixotrop maddəyə bənzər kütlələrin ümumi çəkisi ilə 51 qram gəlir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr həmin çantaya qablaşdırılır, çantanın zəncirbəndi bağlanmaqla yapışqanlı lentlə sarmır və üzərinə DİNnin 7 saylı möhürü vurulmaqla qabalaşdırılaraq imzalanmaqla təhqiqatçı tərəfindən götürülür, istintaq zərurəti olduğundan şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd mobil telefon, 01 ədəd yaddaş kartı, öz adına olan şəxsiyyət vəsiqəsi, 01 ədəd plastik bank kartı təhqiqatçı tərəfindən götürülür, açarlar və 239 manat pul isə sahibinə qaytarılır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran vətəndaşı Araz adlı şəxsin vasitəsilə bir həftə əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, həmin Araz adlı şəxsin göstərişi ilə həmin narkotik vasitə və psixotrop maddəni müəyyən ünvanlara qoymasına görə Arazın ona 1000 manat pul verəcəyini, Arazı təxminən 1 il olar ki, tanıdığını, həmçinin yaşadığı Səbail rayonu Badamdar qəsəbəsində olan evində narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən ona hər hansı formada zor tətbiq edilmədiyini bildirir. (Cild 1, iş vərəqə 30-33, 132-133) “Evə baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinə baxış protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs kirayədə qaldığı Səbail rayonu 3-cü Badamdar massivi 25-ci küçədə yerləşən mənzilə baxış keçirilməsinə razılıq ərizəsi ilə evə baxış və götürmə aparılması barədə təhqiqatçının xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə, saat 03:10 dəqiqədə qeyd edilən mənzilə baxış və götürmə aparılmasına başlanmışdır. Baxış və götürmə istintaq hərəkətində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin TQ-nun təhqiqatçısı X7, BNMİ-nin əməliyyat müvəkkilləri X3, Şahid2 və vəkil X6 iştirak etmirlər. Baxış və götürmə aparmazdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edildikdən sonra yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evin yataq otağında olan taxta konstruksiyalı dolabın üzərindən 01 ədəd plastik qabda açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni, 07 ədəd bükümdə açıq qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütləni, 01 ədəd plastik qabda ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni, 05 ədəd bükümdə ağ rəngli, metamfetaminə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim edir. Sonra təhqiqatçı tərəfindən təqdim edilən heroinə bənzər kütlə qablaşdırmaları ilə birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi təxminən 140 qram, metamfetaminə bənzər kütlə qablaşdırmaları ilə birlikdə isə təxminən 122 qram gəlir, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən 01 ədəd büküm təhqiqatçı tərəfindən açılıb yoxlanılır, açılan bükümlərdən birində qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlə olması, digərində isə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir, sonra həmin təqdim edilənlər və elektron tərəzi selofan torbaya təhqiqatçı tərəfindən qablaşdırılır, torba yapışqanlı lentlə sarınır, üzərində DİN-nin 7 saylı möhürü ilə möhürlənir və iştirakçıların imzaları ilə götürülür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilir, lakin narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və sübut əhəmiyyətinə malik əşya və ya sənəd aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi kütlələr və elektron tərəzi ona məxsusdur, həmin kütlələri tanıdığı İran vətəndaşı Araz adlı şəxsin vasitəsilə bir həftə əvvəl Bakı şəhəri Suraxanı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən Arazın göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etmişdir, əldə etdiyi narkotik vasitə və psixotrop maddələri deyilən ünvanlara qoymasına görə Araz adlı şəxsin ona 1000 manat pul verəcəyinə söz verdiyini bildirir. (Cild 1, iş vərəqə 34-38, 130-131) Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/77 nömrəli rəyindən görünür ki, təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi olan bir ədəd qara rəngli selofan bağlamada və bir ədəd göy rəngli çantada olan -üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş bir selofan bağlamada 27 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,181 qram, 2,346 qram, 2,337 qram, 8,121 qram, 9,257 qram, 4,532 qram, 7,237 qram, 5,476 qram, 3,402 qram, 4,283 qram, 6,255 qram, 2,286 qram, 2,238 qram, 2,209 qram, 2,107 qram, 2,399 qram, 2,172 qram, 3,232 qram, 2,275 qram, 2,130 qram, 1,325 qram, 2,104 qram, 2,117 qram, 1,177 qram, 1,174 qram, 2,270 qram, 1,154 qram ümumi təmiz çəkisi 97,796 qram olan tünd qəhvəyi rəngli axıcı kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,291 qram, 2,098 qram, 4,069 qram, 2,961 qram, 3,017 qram, 2,010 qram, 2,017 qram, 2,912 qram, 2,074 qram, 1,040, qram, 1,080 qram, 2,001 qram, 1,072 qram, 0,982 qram, 1,011 qram, 1,046 qram, 1,061 qram, 1,014 qram, 0,964 qram, 1,068 qram, 0,991 qram, 1,013 qram, 0,988 qram, 1,040 qram olmaqla ümumi təmiz çəkisi 47,820 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli çantanı bir ədəd plastik qabda və 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 69,583 qram, 0,775 qram, 0,640 qram, 1,134 qram, 1,057 qram ümumi təmiz çəkisi 73,189 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər bir ədəd plastik qabda və 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 61,365 qram, 10,802 qram, 14,410 qram, 6,287 qram tünd qəhvəyi rəngli axıcı kütlə, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,739 qram, 3,422 qram, 1,168 qram qəhvəyi rəngli ümumi təmiz çəkisi 106,193 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş 31 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,181 qram, 2,346 qram, 2,337 qram, 8,121 qram, 9,257 qram, 4,532 qram, 7,237 qram, 5,476 qram, 3,402 qram, 4,283 qram, 6,255 qram, 2,286 qram, 2,238 qram,2,209 qram, 2,107 qram, 2,399 qram, 2,172 qram, 3,232 qram, 2,275 qram, 2,130 qram, 1,325 qram, 2,104 qram, 2,117 qram, 1,177 qram, 1,174 qram, 2,270 qram, 1,154 qram, 61,365 qram, 10,802 qram, 14,410 qram, 6,287 qram ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqdim edilmiş üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,739 qram 3,422 qram, 1,168 qram heroinlər isə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 31 ədəd bükümdə tünd qəhvəyi rəngli heroinlə 3 ədəd bükümdə olan qəhvəyi rəngli heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə fərqlidir. Təqdim edilmiş 30 ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (siyahı 1) daxildir. QEYD:Heroinin ümumi təmiz çəkisi 121,009 qram, tədqiqata sərf edildi-1,02 qram, qalıq 119,989 qram, metamfetaminin təmiz çəkisi 203,989 qram, tədqiqata sərf edildi 0,9 qram, qalıq 203-089 qram. (Cild 1, iş vərəqə 46-49) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 61-63) Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(009)-3/2024 saylı qərarından (hakim: Ş.Ə.Süleymanova) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 84-88) 12 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, 3-cü Badamdar massivi, 25-ci küçədə yerləşən nömrəsiz fərdi evin sahibi Şahid4 BNMİ-ə məlumat verərək Təqsirləndirilən şəxs kirayə verdiyi evdə təmizlik işləri apararkən narkotik maddələrə bənzər kütlələr və pul əskinazları aşkar etdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 112) Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Gülsüm Rəhimovun qeyd etdiyi məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 113) xx.xx.2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmçinin həmin istintaq hərəkətinin video görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskdəki görüntülərə baxış protokolundan görünür ki, giriş qapısının qarşısında BNMİ-nin TQ-nun təhqiqatçısı Yelmar Vahabov və yanında bir nəfər qadın olmaqla təhqiqatçı özünü, BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və baxışgötürmə aparılacaq evin sahibi Şahid4 elan edərək, Şahid4nm BNMİ-nə məlumat verərək ona məxsus və Təqsirləndirilən şəxs kirayədə qaldığı ünvanda olan çantanın içərisində narkotik vasitələrə bənzər kütlələr və pul əskinasları aşkar etməsi ilə bağlı evə baxış keçirilməsinə etirazı olmadığını və bu barədə ərizə təqdim etdiyini bildirir və sonra videoçəkilişdən istifadə etməklə evə baxış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli qərarı Şahid4 elan edir. Baxış və götürmə aparılmazdan əvvəl Şahid4, həmin evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Şahid4 evin giriş qapısından mənzilə daxil olur və dəhlizdən otağa, oradan isə evin yataq otağına giriş və yataq otağında olan taxta konstruksiyalı masanın üzərində açıq vəziyyətdə qara rəngli qalın parçadan olan və içərisində şəffaf və tünd rəngli bükümlər, ayrı-ayrı yığılmış pul əskinasları olan çantanı göstərib bildirir ki, evdə təmizlik işləri apararkən həmin çantanı həmin yataq otağından tapıb içərisində həmin bükümlər və pul əskinasları olduğunu görüb BNMİ-nə məlumat vermişdir. Təhqiqatçının, “həmin çantanı haradan götürmüsən?” sualını cavablandıraraq Şahid4 bildirir və əli ilə otaqdakı dolabı orta qapısını açaraq həmin yerdəki yuxarı rəfdə olduğunu, çantanı oradan götürdüyünü bildirir. Bundan sonra təhqiqatçı çantada olan şəffaf və tünd rəngdə olan bükümləri masanın üzərinə qoyur və onları sayır, ümumilikdə 27 ədəd büküm olur və təhqiqatçı hər bükümü açaraq içərisindəki kütlələrin nə olmasını bildirir, həmin 27 ədəd bükümdən 14 ədədində tünd və açıq qəhvəyi rənglərdə, narkotik vasitə heroinə bənzər kütlə olması, 13 ədəd bükümdə isə ağ rəngdə kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Təhqiqatçı həmin psixotrop maddələr olan bükümləri elektron tərəzidə çəkir və qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 129 qram, heroindən ibarət narkotik vasitənin qablaşdırmalarla birlikdə ümumi çəkisi 76 qram gəlir. Həmin narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr olan bükümlər təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qablaşdırılır, təhqiqatçı zərfin üzərində qeydlər aparmaqla zərf imzalanaraq götürülür. Bundan sonra təhqiqatçı çantada olan Təqsirləndirilən şəxs adına olan bir ədəd attestatı, bir ədəd şəhadətnaməni və bir ədəd xarici pasportu götürür. Bundan sonra təhqiqatçı çantada olan pul bükümlərindəki pulları sayır: birinci bükümdə 200 və 100 manatlıq əskinaslarla 5 000 manat, ikinci bükümdə 100 və 200 manatlıq əskinaslarla 5 000 manat; üçüncü bükümdə 100 və 200 manatlıq əskinaslarla 5 000 manat; dördüncü bükümdə yenə 100 və 200 manatlıq əskinaslarla yenə 5000 manat; beşinci bükümdə 100 manatlıq əskinaslarla 2 000 manat; altıncı bükümdə isə 50 və 100 manatlıq əskinaslarla 350 manat, ümumilikdə 22 350 manat pul olması müəyyən edilir və həmin pul əskinasları da 01 ədəd kağız zərfə qablaşdırılaraq zərfin üzərində qeydlər aparılmaqla və iştirakçılar tərəfindən imzalanmaqla təhqiqatçı tərəfindən götürülür və təhqiqatçı bildirir ki, götürülmüş həmin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan cinayət işinə birləşdirilməsi üçün göndəriləcəkdir. Bundan sonra evə baxış və götürmə istintaq hərəkəti yekunlaşdırılır. (Cild 1, iş vərəqə 116-118) Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/200 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş (Təqsirləndirilən şəxs barəsində materiallara əsasən) üzərində AR DİN «Zərflər üçün №7» möhür əksi, mətn, imza olan 01 ədəd kağız paketdəki 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,367 qram, 0,607 qram, 15,311 qram, 5,572 qram, 1,322 qram, 4,614 qram, 4,820 qram, 2,191 qram, 1,01 qram, 3,225 qram, 2,816 qram, 4,416 qram, 8,933 qram, 12,712 qram; ümumi təmiz çəkisi 67,926 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bu kütlələrdən (ekspert tərəfindən seçilərək qablaşdırılmış) 1-7 №-li obyektlər, 8-11 №-li obyektlər və 12-14 №-li obyektlərə aid olanlar xarici əlamətlərinə və kimyəvi kompanent tərkibinə görə fərqlidirlər. 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,405 qram, 6,481 qram, 11,374 qram, 31,344 qram, 6,611 qram, 4,933 qram, 8,501 qram, 9,392 qram, 4,873 qram, 5,503 qram, 4,751 qram, 6,902 qram, 4,541 qram ümumi təmiz çəkisi 113,611 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 13 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkib əlamətlərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1), Metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 1) dixildir. QEYD:Metamfetamin ümumi təmiz çəkisi 113,611 qram, tədqiqata sərf edildi 0,13 qram, qalıq 113,481 qram. Heroinin təmiz çəkisi 67,926 qram, tədqiqata sərf edildi 0,14 qram, qalıq 67,786 qram. (cild 1, iş vərəqə 124-126) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 10 ünvanı xüsusi mülkiyyət hüququ əsasında, 505,70 kvadrat metr ölçüdə daşınmaz əmlakın ümumi sahəsi olan, yaşayış məntəqəsi torpaqları hesab edilən 0,06 ha torpaq sahəsində tikilmiş **********14- 10301 ünvanında tikilmiş fərdi yaşayış evi Şahid4 adına sənədləşdirilmişdir. (cild 1, iş vərəqə 127) Materialın cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki,xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs kirayənişin qaldığı evin sahibəsi Şahid4 evdə təmizlik işləri apararkən aşkar edib təqdim etdiyi külli miqdar çəkidə narkotik vasitə heroin və külli miqdar çəkidə psixotrop maddə metamfetaminlə əlaqədar Azərbaycan Respublikası DİN BNMİ-dən daxil olmuş material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə icraatda istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (cild 1, iş vərəqə 129) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə; 148-149). Pulun qaytarılması haqqında 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin satışından əldə edilməsinə şübhələr öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildən götürülmüş 22350 manat pul Təqsirləndirilən şəxs ərizəsi əsasında onun atası X8 qaytarılmışdır. (Cild 1, iş vərəqə 166-168) Maddi sübut hesab etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı götürülmüş, həmçinin kirayənişin qaldığı mənzildən özü tərəfindən təqdim edilmiş və ev sahibəsi Şahid4 tərəfindən təqdim edilmiş ümumi təmiz çəkisi 271,915 qram çəkidə narkotik vasitə heroin və ümumi təmiz çəkisi 234,62 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və 1,16 qram ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 270,875 qram narkotik vasitə heroin və 1,03 qram ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 233,47 qram psixotrop maddə metamfetamin məhkəmə hökmünə qədər saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 177-178) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1693 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU(NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə eyhtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə; 188-189) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama xx.xx.2024-cü il tarixdə Şahid4 təqdim etdiyi külli miqdar çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin barədə əlavələr edilməklə ona yenidən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, kirayədə qaldığı evdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir hissəsini-ümumi təmiz çəkisi 73,189 qram külli miqdar çəkidə psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 106,193 qram külli miqdar çəkidə narkotik vasitə heroini polis əməkdaşları tərəfindən tutulduqdan sonra üzərində sərəncam vermək imkanını itirdiyini dərk edib təhvil verməsi Azərbaycan Respublikası CM-nin 234cü maddəsinin «qeyd» hissəsinin 1-ci bəndi ilə cəzadan azad edilməsi üçün əsas hesab edilməmiş, Əməldə bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdar çəkidə narkotik vasitə, psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması, təkrar törədilməsi, kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə tövsifedici əlamətləri olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinə başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı götürülmüş, özünün kirayədə qaldığı evdən götürüb təqdim etdiyi və ev sahibəsi Şahid4 təqdim etdiyi ümumi təmiz çəkisi 271,915 qram çəkidə narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 234,62 qram psixotrop maddə metamfetaminin maddi sübut hesab edilmələri və hər iki növdən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 270,875 qram narkotik vasitə heroinin və 233,47 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, iş üzrə sübut əhəmiyyəti ksb etmədiyindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə aparılmış əməliyyatlarla əlaqədar Baksell MMC-dən və Azerfon MMC-dən götürülmüş məlumatlar, «OPPO A77s» markalı, «CPH2473» modelli və «İnfinix NOTE 30» markalı, «İnfinix X6833B» modelli mobil telefon cihazları barədə keçirilmiş kompüter texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/55 nömrəli ekspert rəyi ********* nömrəli cinayət işi üzrə sübut növü siyahısından çıxarılmış, götürülmüş külli miqdar çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyi ilə əlaqədar ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılacağı nəzərə alınmış, iş üzrə Şahid4 təqdim etdiyi çantada aşkar edilmiş 22350 manat pulun cinayət işi üzrə maddi sübut əhəmiyyəti olmadığından onun sahibinə qaytarılması nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 228- 230) xx.xx.2024-cü il tarixli cinayət təqibi üzrə icraatın ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmşdır. (cil 1, iş vərəqə 238-240) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən evindən ikinci dəfə aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu, həmçinin, üzərindən elektron tərəzi aşkar edilmədiyini, elektron tərəzinin evindən aşkar edildiyini söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində evindən ikinci dəfə aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu, həmçinin, üzərindən elektron tərəzi aşkar edilmədiyini, elektron tərəzinin evindən aşkar edildiyini söyləmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokol və həmin istintaq hərəkətinin (protokolun) video görüntüləri köçürülmüş 01 ədəd DVD formatlı diskdəki görüntülərə baxış protokolundan görünür ki, Şahid4 BNMİ-nə məlumat verərək ona məxsus və Təqsirləndirilən şəxs kirayədə qaldığı ünvanda olan çantanın içərisində narkotik vasitələrə bənzər kütlələr və pul əskinasları aşkar etməsi ilə bağlı evə baxış keçirilmiş, Şahid4, həmin evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Şahid4 evin giriş qapısından mənzilə daxil olur və dəhlizdən otağa, oradan isə evin yataq otağına giriş və yataq otağında olan taxta konstruksiyalı masanın üzərində açıq vəziyyətdə qara rəngli qalın parçadan olan və içərisində şəffaf və tünd rəngli bükümlər, ayrı-ayrı yığılmış pul əskinasları olan çantanı göstərib bildirir ki, evdə təmizlik işləri apararkən həmin çantanı həmin yataq otağından tapıb içərisində həmin bükümlər və pul əskinasları olduğunu görüb BNMİ-nə məlumat vermişdir. Təhqiqatçının, “həmin çantanı haradan götürmüsən?” sualını cavablandıraraq Şahid4 bildirir və əli ilə otaqdakı dolabın orta qapısını açaraq həmin yerdəki yuxarı rəfdə olduğunu, çantanı oradan götürdüyünü bildirir. Bundan sonra təhqiqatçı çantada olan şəffaf və tünd rəngdə olan bükümləri masanın üzərinə qoyur və onları sayır, ümumilikdə 27 ədəd büküm olur və təhqiqatçı hər bükümü açaraq içərisindəki kütlələrin nə olmasını bildirir, həmin 27 ədəd bükümdən 14 ədədində tünd və açıq qəhvəyi rənglərdə, narkotik vasitə heroinə bənzər kütlə olması, 13 ədəd bükümdə isə ağ rəngdə kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Təhqiqatçı həmin psixotrop maddələr olan bükümləri elektron tərəzidə çəkir və qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 129 qram, heroindən ibarət narkotik vasitənin qablaşdırmalarla birlikdə ümumi çəkisi 76 qram gəlir. Həmin narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr olan bükümlər təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qablaşdırılır, təhqiqatçı zərfin üzərində qeydlər aparmaqla zərf imzalanaraq götürülür. Bundan sonra təhqiqatçı çantada olan Təqsirləndirilən şəxs adına olan bir ədəd attestatı, bir ədəd şəhadətnaməni və bir ədəd xarici pasportu götürür. Bundan sonra təhqiqatçı çantada olan pul bükümlərindəki pulları sayır: birinci bükümdə 200 və 100 manatlıq əskinaslarla 5 000 manat, ikinci bükümdə 100 və 200 manatlıq əskinaslarla 5 000 manat; üçüncü bükümdə 100 və 200 manatlıq əskinaslarla 5 000 manat; dördüncü bükümdə yenə 100 və 200 manatlıq əskinaslarla yenə 5 000 manat; beşinci bükümdə 100 manatlıq əskinaslarla 2 000 manat; altıncı bükümdə isə 50 və 100 manatlıq əskinaslarla 350 manat, ümumilikdə 22 350 manat pul olması müəyyən edilir və həmin pul əskinasları da 01 ədəd kağız zərfə qablaşdırılaraq zərfin üzərində qeydlər aparılmaqla və iştirakçılar tərəfindən imzalanmaqla təhqiqatçı tərəfindən götürülür. (Cild 1, iş vərəqə 116-118) Bundan başqa ibtidai istintaq zamanı ikinci dəfə evə baxış zamanı iştirak etmiş DİN BNMİ-nin əməliyyat müvəkkili Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid3 və Şahid4 xx.xx.2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokolda göstərilənləri əyani olaraq təsdiq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi elektron tərəzinin üzərindən deyil, evindən aşkar edilməsi hissədə müstəntiq X10 məhkəmə iclasına dəvət edilərək dindirilmiş və müstəntiq Anar Bağırov ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını apardığını, cinayət işi üzrə texniki səhv olaraq elektron tərəzinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi göstərildiyi, lakin elektron tərəzi Təqsirləndirilən şəxs üzərindən deyil, evinə baxış keçirilən zaman evindən aşkar edildiyini, icraatında olan iş yükünün çox olması ilə əlaqədar yuxarda göstərdiyi texniki səhvlərə yol verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadəsini, yəni ikinci dəfə evindən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi bu kimi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollar, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən 27 ədəd bükümlər halında ümumi təmiz çəkisi 97,796 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmş narkotik vasitə heroinin, 24 ədəd bükümdə ümumi təmiz çəkisi 47,820 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi, həmçinin evindən birinci dəfə ümumi təmiz çəkisi 73,189 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 106,193 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və elektron tərəzi, bundan başqa evindən ikinci dəfə ümumi təmiz çəkisi 67,926 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 113,611 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, evə baxış keçirilməsi istintaq hərəkətləri zamanı aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin növünü, həmçinin, çəkilərini, iş üzrə cəzasını yüngülləşdirən halı, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 08 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 255 (iki yüz əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 270,875 qram narkotik vasitə heroin, 233,47 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsinin və evə birinci və ikinci dəfə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 03 (üç) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumilikdə qalıq çəkisi 270,875 qram narkotik vasitə heroin, 233,47 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilsin, şəxsi axtarış keçirilməsinin və evə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 03 (üç) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1705/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1705/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver