Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1707/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1983-cü il tarixdə Qazaxıstan Respublikası, Turqoy vilayəti, Arkalık şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1, 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmçinin narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus “X2” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Baksol-Dərnəgül” şossesi ilə 40-50 km/saat sürətlə hərəkət edən zaman Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən 59 saylı taxta materialları ticarət obyektinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu qaydalara əməl etməyərək yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunun qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, alın nahiyyəsinin əzilmiş yaraları, hemopnevmotoraks ilə müşayiət olunan sağdan 5-6-7-8-ci qabırğaların sınıqları, sağ kürək sümüyünün cisminin çoxsaylı qəlpəli sınıqları, sağdan arxadan 8-9-10-cu qabırğaların və soldan 6-cı qabırğanın qapalı, qəlpəli sınıqları, sağ bud sümüyünün boynunun, sağ bazunun cərrahi boynun, sağ dirsək sümüyünün çıxıntısının qapalı, qəlpəli yerdəyişən sınıqları ilə nəticələnən sağlamlığına ağır zərər vurulmasına, həmçinin Zərərçəkmiş şəxs2 “X2” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1.070 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının (bundan sonra; İİR və ya İran) vətəndaşı “Baba” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İİRdən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd verdikdən sonra “Baba” adlı şəxsin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 11995,904 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 4105 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroinin 10,904 qramını bir bükümdə və qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 35,0 qramını bir bükümdə qablaşdırıb üzərində, qalan narkotik vasitə heroini 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 990,0 qram, 995,0 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 12 ədəd bükümdə, qalan psixotrop maddə metamfetamini isə 1895,0 qram, 1120,0 qram, 555,0 qram, 500,0 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 4 ədəd bükümdə qablaşdırıb yaşadığı ünvan 2 ünvanına daşıyıb orada saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən 30 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da yaşadığı evin yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda 10,904 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bükümdə və külli miqdarda 35,0 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla bir ədəd gümüşü rəngli qutunun içərisindən əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, həmçinin Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları tərəfindən 30 iyun 2021-ci il tarixdə, saat 22:00da Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına öz icazəsi və iştirakı ilə baxış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 11985 qram narkotik vasitə heroin ayrıayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 990,0 qram, 995,0 qram olmaqla 12 ədəd bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 4070 qram psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 1895,0 qram, 1120,0 qram, 555,0 qram, 500,0 qram olmaqla 4 ədəd bükümdə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi bir ədəd təkərli idman çantasındakı göy rəngli sellofan paketin içərisində olmaqla evin girişdən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabla kreslonun arasından aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 263.1-1, 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətməsi, həmçinin narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsi, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 263.1-1, 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1, 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 06 yanvar 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, lakin etibarnamə ilə idarə etdiyi “Renault- Scenic” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu adlanan ərazidən taxta bazarının yolu ilə üzü Ziya Bünyadov prospekti istiqamətində saatda 40-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt onun yanında tanışı Şahid4 da əyləşmiş, avtomobildə onlardan başqa heç kim olmamışdır. Avtomobil saz vəziyyətdə olmaqla yüksüz olmuş və avtomobili yaxınavuran işıqlarla öz yolunda idarə etmişdir. Hərəkətdə olan zaman ticarət obyektinin qarşısındakı yolda sonradan adının Zərərçəkmiş şəxs1 olmasını bildiyi yaşlı bir kişi piyada ondan sol tərəfdən sağ istiqamətdə yolu keçərkən idarə etdiyi avtomobilin sol ön hissəsi ilə həmin piyadanı vurub xəsarət yetirmişdir. Dərhal avtomobili kənarda saxlayıb yanında əyləşdiyi tanışı ilə birlikdə yerə düşmüş, yaralı Zərərçəkmiş şəxs1 kömək etmək məqsədi ilə ona ilkin tibbi yardım göstərib öz avtomobilinə əyləşdirib Bakı şəhəri, 3 saylı ŞKX-na aparmışdır. Orada hadisə barədə polisə məlumat verilməsi üçün mobil nömrəsini həkimlərə vermişdir. Bir neçə dəqiqədən sonra Nərimanov RPİ-dən onunla əlaqə saxlanılmış, o hadisə yerinə qayıtmış və təhqiqatçı tərəfindən hadisə yerində aparılan müayinədə iştirak etmişdir. Hadisə zamanı o, və tanışı Şahid4 heç bir xəsarət almadıqlarından məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişlər. O, idarə etdiyi avtomobil ilə həmin piyadanı hərəkət yoluna daxil olan zaman gördüyü vaxt əyləci sıxıb piyadanın vurulmasından qaçması üçün avtomobili sağa doğru manevr etsə də, piyadanın vurulmasının qarşısını ala bilməmişdir. Hadisə vaxtı spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomobilin kateqoriyasına dair sürücülük vəsiqəsi olmuş, hadisə yerində piyadaya zəruri olan köməkliyi göstərmiş, onu xəstəxanaya aparıb tibbi yardım edilməsinə köməklik etmiş və sonra hadisə yerinə qayıdıb hadisə yerinin müayinəsində iştirak etmişdir. Sonra Zərərçəkmiş şəxs1 qardaşı sonuncunu Bakı şəhəri, 3 saylı ŞKX-dan çıxarıb, Tibb Universitetinin Cərrahiyə Xəstəxanasına aparmış, orada da həkim 8000 manat pul istəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, narkotik vasitələrdən istifadə etmiş, NZS qəsəbəsində Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona tutulmaması müqabilində onlarla əməkdaşlıq etməsini təklif etmiş, o da razılaşmışdır. 3 ay ərzində Nizami RPİ-nin əməkdaşları ilə əməkdaşlıq etmiş, həmin müddətdə onlara azı 10a yaxın əməliyyat məlumatı vermişdir. Çünki özü narkotik vasitələrdən istifadə etmiş, narkotik satanları tanımış və polis əməkdaşlarına narkotik satanlar barədə məlumat vermişdir. Əməkdaşlıqla bağlı ona hər hansı vəsiqə verilməmiş, rəsmi olaraq işə götürülməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, iyun ayının 27-də BNMİ-nin əməkdaşları Azər, İmdad və Natiq tərəfindən Ramana qəsəbəsində tutulmuş və Badamdar qəsəbəsinə onların baş idarəsinə aparılmışdır. Orada onlar yemək yemiş, o isə çay içmişdir. Orada ondan Nizami RPİ-nin əməkdaşlarının növbəti gün keçirməli olduqları əməliyyatla bağlı öyrənib onlara məlumat verməsini istəmiş və bu məqsədlə də onu buraxmışlar. O, tapşırılanları icra etmədiyindən növbəti gün isə onu yenidən tutub BNMİnə aparmışlar. Üstünə şəxsi axtarış keçirilmiş, lakin heç bir növdə narkotik vasitə aşkar olunmamışdır. Sonra isə baxış keçirmək üçün onu yaşadığı evə aparmışlar. Anası həyətdə olsa da, sonuncunu evə buraxmamışlar. Əvvəl evə daxil olub özləri ilə apardıqları sumkanı evə yerləşdirmiş və sonra narkotik vasitənin ona aid olduğunu boynuna alacağı təqdirdə ona kömək edəcəklərini bildirmişlər. O da onlarla razılaşmış, tapşırdıqları kimi dediklərini demiş, lakin buna baxmayaraq onu tutub ittihamda göstərilən qaydada rəsmləşdirmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ibtidai istintaq zamanı mobil telefonu ondan alınmışdır. Onun guya İran vətəndaşları ilə danışıqlarının olduğu və bir neçə İran nömrələri olduğu göstərilsə də, o, heç bir iran vətəndaşı ilə danışmamış, həmin nömrələrin haradan götürüldüyünü bilməmişdir. O, heroinin külli miqdarının 2 qramdan başladığını bilmiş, lakin nə üçün 2 qramdan bir az çox deyil, məhz 10 kq narkotiklə yükləndiyini anlamamışdır. Belə ki, istintaqdakı ifadələrini təsir və təzyiqlər altında vermiş, ümumiyyətlə ona qarşı qanunsuzluqlar olmuşdur. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 263.1-1, 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitənin heroin növündən falqada çəkmək yolu ilə istifadə etmişdir. Tutulmazdan 2 ay qabaq isə instagram sosial şəbəkəsində bir profil görmüşdür. Həmin profilin məlumat hissəsində həmin şəxsin adının “Baba” olmasını, İran vətəndaşı olmasını, kiməsə kola, patı, tiryək, m40 dərman pereparatları lazım olduğu halda müraciət edilə biləcəyini yazmasını və lazım olduğu halda zəng edib ala bilmək üçün nömrəsini də qeyd etməsini görmüşdür. O da Baba adlı şəxs ilə instagram sosial şəbəkəsində mesajlaşmaq yolu ilə danışmış və aralarında münasibət yaranmışdır. Bundan sonra İİR-nın vətəndaşı Baba adlı şəxs ilə onun istifadəsində olan İran nömrəsi ilə WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə danışmışdır. Aralarında olan danışığa əsasən Baba adlı şəxs Azərbaycan ərazisində müəyyən yerlərə onun götürməsi üçün narkotik vasitə və psixotrop maddə qoymalı və onların qoyulduğu yer barədə də ona məlumat verməli imiş. O da həmin narkotik vasitələri və psixotrop maddələri Babanın qoyduğu yerdən götürərək sonuncunun bildirəcəyi müştərilərə satışını təşkil etməli imiş. Baba adlı şəxsdən əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin satışını qeyd etdiyi şəxslərə təşkil edə biləcəyi halda, hər 1 kilosu üçün 1000 manat pul alacaq, həmçinin özü də narkotik vasitə istifadəçisi olduğu üçün istifadə etmək üçün narkotik vasitə əldə edəcəkmiş. O, Baba adlı şəxslə razılaşmış, lakin ilk öncə Baba adlı şəxsdən yoxlanış üçün heroin istəmişdir. Belə ki, narkotik vasitənin keyfiyətinə baxıb, sonra satışını həyata keçirmək istəmişdir. İlk dəfə İİR vətəndaşı Baba adlı şəxs ona 20 qram narkotik vasitə heroin göndərmişdir. Həmin narkotik vasitə heroini «Neftçilər» metrostansiyasının yaxınlığında olan «Oskar» şadlıq evinin yaxınlığından Babanın qoyduğu yerdən götürmüş və özü istifadə edərək həmin narkotik vasitənin keyfiyyətini yoxlamışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə etsə də, qalan hissəsini üzərində saxlamışdır. Bundan sonra Baba adlı şəxsə satışını təşkil etmək üçün narkotik vasitə və psixotrop maddə göndərə biləcəyini demişdir. 29 iyun 2021-ci il tarixdə Baba adlı şəxs WhatsApp proqramı vasitəsi ilə ona mesaj yazaraq deyəcəyi müştərilərə satışını təşkil edəcəyi narkotik vasitələrin və psixotrop maddələrin Qaradağ rayonu ərazisində yerləşən “Cırtdan Parkı”ın yuxarı hissəsində göy rəngli dəmir darvazanın yanına qoyulduğunu bildirmiş və həmin maddələri oradan götürə bilcəyini demişdir. 29 iyun 2021-ci il tarixdə, saat təxminən 00:00 radələrində Babanın qeyd etdiyi yerə gedərək həmin yerdə 1 ədəd idman çantasının olmasını görmüşdür. Çantanı götürüb yaşadığı ünvan 2 ünvanına gətirmişdir. Yaşadığı ünvanda həmin idman çantasını açıb içərisinə baxdığı zaman içərisində 10 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümdə isə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzinin olmasını görmüşdür. Psixotrop maddə olan metamfetamindən bir hissə götürərək üzərində saxlamışdır. Belə ki, Baba adlı şəxsin prob üçün ona göndərdiyi əvvəlki 20 qram heroindən qalan hissəsi onun üzərində olmuşdur. Onu öz istifadəsi üçün üzərində saxlamışdır. İİR-ın vətəndaşı Baba adlı şəxsin vasitəsi ilə əldə etdiyi içərisində narkotik vasitə və psixotrop maddə olan idman çantasının içərisində olan metamfetamindən də bir hisssəini şəxsi istifadəsi üçün götürərək üzərində saxlamışdır. Bundan sonra içərisində narkotik vasitə və psixotrop maddə olan idman çantasını yaşadığı evin girişindən sağ tərəfdə olan yataq otağındaki dolabla kreslonun arasında gizlədib saxlamışdır. Lakin həmin narkotik vasitənin və psixotrop maddənin satışını nə zaman həyata keçirəcəyini bilməmişdir. Çünki bu barədə İİR-ın vətəndaşı Baba adlı şəxs məlumat verdikdən sonra sonuncunun deyəcəyi müştərilərə satacaqmış. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 30 iyun 2021-ci il tarixdə, axşam saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu BNMİ-yə dəvət etmişlər. BNMİ-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli qutunu təqdim etmişdir. Həmin qutunun içindən 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamin, 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən “Samsung” və “Kgtel” markalı mobil telefonlar, **********942185 nömrəli plastik bank kartı, həmin şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 36 qram (otuz altı qram) olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 13 qram (on üç qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, həmçinin onun tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon və plastik bank kartı götürülmüş, içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan və gümüşü rəngli dəmir qutu ona geri qaytarılmışdır. Sorğu zamanı aşkar olunmuş narkotik maddələri İran vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri Baba adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində narkotik maddə əldə edəcəyini, narkotik maddələrdən istifadə etdiyini, həmçinin yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra yaşadığı evə baxış keçirilməsi ilə bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 2 ünvanına getmişlər. Həmin evin girişindən sağ tərəfdə olan yataq otağındakı taxta konustruksiyalı dolabla və kreslonun arasında saxladığı 1 (bir) ədəd idman çantasını təqdim etmişdir. Həmin idman çantasının içindən 10 (on) ədəd sellofan torbada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin, 3 (üç) ədəd sellofan torbada ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 kq 930 qram (üç kq doqquz yüz otuz qram) olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 kq 10 qram (on iki kq on qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin çantada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır (iş vərəqə: cild İİ, 142-145). Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus olan “X2” minik markalı, **-EG- *** dövlət nömrə nişanlı avtomobilini 2021-ci ilin yanvar ayının əvvəllərində satışa qoymuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti, ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ona məxsus olan avtomobili aralarında olan razılaşmaya əsasən aldığı zaman tanımışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya əsasən ona məxsus olan “X2” minik markalı, **-EG-*** dövlət nömrə nişanlı avtomobilini hər ay üçün 600 manat ödəmək şərti ilə 30 ay müddətinə Təqsirləndirilən şəxs satmışdır. Bu barədə aralarında şifahi razılıq olmuşdur. Həmin vaxta qədər Təqsirləndirilən şəxs görməmiş və tanımamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, 6 saylı notariat kontoru vasitəsi ilə Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobili verdikdən bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O da buna görə avtomobilini Təqsirləndirilən şəxs almış və avtomobilinin qabaq ön şüşəsi, qabaq ön buferi, qabaq sol farası, sol güzgüsünün yararsız hala düşməsini görmüşdür. Öz xərci ilə avtomobilini təmir etdirmiş və təmirə 1070 manat xərci çıxmışdır. Beləliklə ona 1070 manat maddi ziyan dəymişdir. Avtomobili cərimə meydançasından götürmüş, özü təmir etdirmişdir. Hazırda avtomobil işlək vəziyyətdədir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Zərərçəkmiş şəxs1 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə, saat təxminən 18 radələrində Baksol tərəfə gedib ordan smestitel alıb geri qayıtmaq üçün yaşadığı evdən çıxmışdır. Nərimanov rayonu, Z.Bünyadov prospektində yolun hərəkət hissəsinə daxil olmazdan əvvəl yolun sağına və soluna baxmış, hərəkət edən nəqliyyat vasitəsi olmadığı üçün yolun digər hissəsinə keçmək üçün asta yerişlə yolun hərəkət hissəsinə daxil olmuşdur. Bu zaman yolun sağ tərəfi ilə yüksək sürətlə gələn “Renault Scenic” markalı avtomobil sol ön hissəsi ilə onu vurmuş və o, huşunu itirərək yerə yıxılmışdır. Hadisədən 2-3 gün sonra əməliyyat olunmuş, əməliyyatdan sonra ayıldığı üçün evə yazılmışdır. Ev şəraitində müalicəsini davam etdirmişdir. Xəsarətlərlə bağlı tibbi əməliyyatlar məsləhət görülmüşdür. Sonradan onu avtomobil ilə vuran sürücünün hadisə yerindən onu götürüb xəstəxanaya aparması ona məlum olmuşdur. Həmin sürücü, yəni əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona tibbi xərclərin qarşılanmasında heç bir yardım etməmişdir. Ağır xəsarət almasına baxmayaraq onun tibbi xərclərinin qarşılanmasında Təqsirləndirilən şəxs ona heç bir yardım etmədiyi üçün sonuncudan şikayətçidir. Sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı onun yolu asta yerişlə keçdiyini görsə də buraxmalı olduğu halda bunu etməmiş və avtomobili ilə vuraraq ona ağır xəsarət yetirmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid4 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Şahid4 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault- Scenic” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaxın işıqları ilə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu, taxta bazarının yolu ilə üzü Ziya Bünyadov prospekti istiqamətində təxminən 40-50 km sürətlə hərəkətdə olarkən sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndikləri şəxs yolu onlardan sol tərəfdən sağ istiqamətdə asta formada keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol ön hissəsi ilə həmin piyada Zərərçəkmiş şəxs1 vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yoldan bir qədər kənarda saxlamış və onlar avtomobildən dərhal yerə düşmüşlər. Təqsirləndirilən şəxs vurduğu şəxsin huşsuz vəziyyətdə olmasını görüb dərhal köməkli şəkildə sonuncunu avtomobilə qoyaraq Bakı şəhəri, 3 saylı ŞKX-na aparmışlar. O və Təqsirləndirilən şəxs hadisə vaxtı heç bir xəsarət almamış və məhkəmə tibbi ekspertizasının keçirilməsindən imtina etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 iyun 2021-ci il tarixdə “Abdul” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Abdul” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1983-cü ildə Qazaxıstan Respublikası, Turqay vilayəti, Arkalık şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyat olmaqla, ünvan 4 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət qrup yaradılmışdır. Həmin qrupa o, rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 30 iyun 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə, saat 18:00-da ünvan 5 yaxınlığında saxlanılaraq BNMİ-yə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Baş idarənin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli qutunu təqdim etmişdir. Həmin qutunun içindən 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sol yan cibindən “Samsung” və “Kgtel” markalı mobil telefonlar, **********942185 nömrəli plastik bank kartı, həmin şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 36 qram (otuz altı qram) olmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 13 qram (on üç qram) olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd, mobil telefon və plastik bank kartı götürülmüş, içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan və gümüşü rəngli dəmir qutu sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri İran vətəndaşı Baba adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri Baba adlı şəxsin deyəcəyi ünvanlara çatdıracağını, əlavə olaraq Bakı şəhəri, Suraxanı rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılar ilə birlikdə onun da tərəfindən imzası ilə təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra ünvan 2 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 30 iyun 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin evin girişindən sağ tərəfdə olan yataq otağındakı taxta konstruksiyalı dolabla və kreslonun arasında saxladığı 1 (bir) ədəd idman çantasını təqdim etmişdir. Həmin idman çantasının içindən 10 (on) ədəd sellofan torbada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 3 (üç) ədəd sellofan torbada ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr və 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 kq 930 qram (üç kq doqquz yüz otuz qram) olmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 kq 10 qram (on iki kq on qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin çantada qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən və üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən əldə etdiyini, həmin narkotik maddələri “Baba” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracağını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını bildirmişdir. Bundan sonra mənzilə baxış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılar ilə birlikdə onun da tərəfindən imzası ilə təsdiq edilmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, narkotik vasitələrə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq hər bir hüquq-mühafizə orqanının, həmin orqanların ayrı-ayrı idarə və bölmələrinin birbaşa vəzifəsidir. Nizami RPİnin əməkdaşları da eyni mübarizəni aparılar. Təqsirləndirilən şəxs ifadəsində Nizami RPİnin əməkdaşlarının keçirməli olduqları əməliyyatla bağlı onlara məlumat verməsinin tələb olunması tam gülünc bir məsələdir. Təqsirləndirilən şəxs tutulması ilə bağlı Nizami RPİdən onların idarəsinə hər hansı sorğu daxil olmamışdır. Təqsirləndirilən şəxs göstərdikləri həqiqətə uyğun olmayan uydurmalardır və özünün müdafiəsi üçün seçdiyi bir yoldur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən polis əməkdaşı - DİN, BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 iş üzrə məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş DİN, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 tədqiq edilən həmin ifadələrində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş, eyni xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İ, səh. 174-177). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 15 yanvar 2021-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər - qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, alın nahiyyəsinin əzilmiş yaraları, hemopnevmotoraks ilə müşayiət olunan sağdan 5-6-7-8-ci qabırğaların sınıqları, sağ kürək sümüyünün cisminin çoxsaylı qəlpəli sınıqları, sağdan arxadan 8-9-10-cu qabırğaların və soldan 6-cı qabırğanın qapalı, qəlpəli sınıqları, sağ bud sümüyünün boynunun, sağ bazunun cərrahi boynun, sağ dirsək sümüyünün çıxıntısının qapalı, qəlpəli yerdəyişən sınıqları bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 06.01.20221-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 174-177). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 iyun 2021-ci il tarixli, 8/1061 nömrəli rəyindən görünür ki, Renault Scenic markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (iş vərəqə: cild İ, səh. 219-222). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 20 iyun 2021-ci il tarixli, 016-60902-1221 nömrəli məktubundan görünür ki, DİNin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 22.11.2018-ci il tarixdə (22.11.2028-ci il tarixədək etibarlı olan) AD 140824 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (iş vərəqə: cild İ, səh. 217). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 30 iyun 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 30 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da Bakı şəhəri, Suraxanı rayonu ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli qutuda saxladığı 01 ədəd sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin əməliyyataxtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zaman yaşadığı ünvandan külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 30-39). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli qutunun içərisindən 01 ədəd sellofan bükümdə heroin narkotik vasitəsinə, 01 ədəd sellofan bükümdə metamfetamin psixotrop maddəsinə şübhəli maddələrin aşkar edilərək götürüldüyü, yaşadığı ünvan 2 ünvanında baxış aparılarkən həmin evin girişdən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabla kreslonun arasından 12 ədəd iri bükümlərdə heroin narkotik vasitəsinə, 4 ədəd iri bükümlərdə metamfetamin psixotrop maddəsinə şübhəli maddələrin və bir ədəd elektron tərəzinin bir ədəd təkərli idman çantasındakı göy rəngli sellofan paketin içərisində olmaqla aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan DVD disklərə yüklənmiş videogörüntülər şəxsi axtarış və baxış aparılması barədə 30 iyun 2021-ci il tarixli protokollara uyğundur (cinayət işinə əlavə edilmişdir). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 01 iyul 2021-ci il tarixli, 6/2653 saylı rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd qara rəngli təkərli çantada və bir ədəd kağız paketdə olan: Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 35,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər bir ədədsellofan bükümdə təmiz çəkisi 10,904 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” sözləri qeyd edilmiş bir ədəd təkərli çantanın içərisində bir ədəd göy rəngli sellofan paketdə 10 ədəd sellofan bağlama (1 ədədində 3 ədəd olmaqla) ümumilikdə 12 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 1000,0 qram, 990,0 qram, 995,0 qram ümumi təmiz çəkisi 11985,0 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 3 ədəd sellofan bağlamada (1 ədəd bağlamada 2 ədəd olmaqla) ümumilikdə 4 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1895,0 qram, 1120,0 qram, 555,0 qram, 500,0 qram ümumi təmiz çəkisi 4070,0 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metamfetamin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metamfetamin xarici görünüş əlamətlərin əv kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mükün olmadı və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi-11995,904 qram, tədqiqata sərf edildi-0,65 qram, qalıq- 11995,254 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi-4105,0 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq-4104,8 qramdır (iş vərəqə: cild İ, səh. 46-52). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 3540 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 97-98). İşdə olan “cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung Galaxy A7» markalı və bir ədəd “kgtel” markalı mobil telefon aparatlarına baxış keçirilən zaman «Samsung Galaxy A7» markalı mobil telefonun “Kontaktlar” bölməsinə daxil olduqda İran İslam Respublikasına məxsus olan “Araz İr” adı ilə qeyd olunmuş +**********41 saylı, “Bacı” adı ilə qeyd olunmuş +**********75 saylı, “Beysat” adı ilə qeyd olunmuş +**********17 və +**********17 saylı, “Esker, Sahin” adı ilə qeyd olunmuş +**********44 saylı, “Gardas,,, Nasosnu” adı ilə qeyd olunmuş +**********61 saylı, “Gardasim” adı ilə qeyd olunmuş +**********23 saylı, “Gulam” adı ilə qeyd olunmuş +**********64 saylı, “İran” adı ilə qeyd olunmuş +**********57 saylı, “Mehriyar Gizli” adı ilə qeyd olunmuş +**********77 saylı, “Merdakan İr” adı ilə qeyd olunmuş +**********23 saylı, “Ramin İr” adı ilə qeyd olunmuş +**********50 saylı, “Semender Vladik” adı ilə qeyd olunmuş +**********76 saylı, “Seyid” adı ilə qeyd olunmuş +**********19 saylı, “Teze İr” adı ilə qeyd olunmuş +**********56 saylı, “Usaq” adı ilə qeyd olunmuş +**********55 saylı, “Yusif” adı ilə qeyd olunmuş +**********14 saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus “kgtel” markalı mobil telefon aparatına baxış keçirilən zaman telefon mesajlar bölməsində ***-***-**-** saylı mobil nömrədən 30.05.2021-ci il tarixdə, saat 02:28-də Təqsirləndirilən şəxs “Ölürəm evdəyəm Abdul gəldə qardaşımsan pisdi vəziyyət, camahata da verməliyəm”, ***-***-**-** saylı mobil nömrədən 30.05.2021-ci il tarixdə saat 00:16-da Təqsirləndirilən şəxs “Abdul ağrııyır e uşaqlar senol nədi problemin ay qaqaşım? Saat 5-dən gözdeyirlər” ***-***-**-** saylı mobil nömrədən 13.05.2021-ci il tarixdə saat 02:48-də Təqsirləndirilən şəxs “Qaqa duzdu bunun hamısı qayıtdı hamısı üstümə. Qardaşımsan əgər imkan varsa görüşək buna özün də bax”, “Çek yadımdan çıxdı qaldı məndə”, “heç nə başa düşmək olmur qaqa 85 manat pul vurmuşam çek də məndədi. Daşdığı düşən kimi yolun sağında durmuşam”, “Vurdum pulu qaqa”, “Kartın koduna görə yığıram marketdəyəm bidənə onu de zəhmət deyilsə”, “qaqa bidənə kartı de pulu vurum” məzmunlu mesaj mətnləri göndərilmişdir. Aşkar edilərək götürülmüş mobil telefon aparatlarının yaddaşına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktlar olduğundan və həmin mobil telefon aparatları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarında saxlanmışdır (iş vərəqə: cild İİ, səh. 63-77). Məhkəmə baxışı zamanı tədqiq olunan, «Bakcell MMC»-dən daxil olmuş 16 avqust 2021-ci il tarixli, BKC/LGL-13536/21 saylı məktub və 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif mobil operatorlara məxsux mobil nömrələr ilə aralarında olan mesaj mətnləri və səs yazılarından sonuncunun həmin şəxslərə mütəmadi olaraq narkotik vasitə satması və Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasına dəlalət edəcək kifayət qədər faktların olması müəyyən edilmişdir (iş vərəqə: cild İİ, 78-84). Məhkəmə baxışı zamanı tədqiq olunan, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz dövriyyəsində İİR vətəndaşı olan “Baba” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Baba” adlı şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiklərinə, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin “Baba” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır (iş vərəqə: cild İİ, səh. 62). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11995,254 qram narkotik vasitə heroin, 4101,8 qram psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİnin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 112-114). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi 01 bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı, “A7” modelli və bir ədəd “Kgtel” markalı mobil telefon – cəmi 02 ədəd mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 100-120). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisi 11995,254 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 4104,8 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 11995,254 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 4104,8 qram olmaqla külli miqdar təşkil etməsi, onun narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlaması, aşkar edilib götürülmüş vasitələrin müxtəlif növlərdə olması, ondan aşkar edilib götürülmüş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitələrin izlərinin müəyyən olunması, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısını təsdiq edən sms mətnlərinin müəyyənləşdirilməsi və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin, həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi, həmçinin narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsi, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edərək daşıyıb saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 263.1-1, 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1, 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin İİR ərazisindən Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının altıncı bəndində məhkəmələrə tövsiyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.1-1, 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi cinayət əməlləri ilə bağlı aşkar olunan narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə keçirilməklə satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisə baş verdiyi tarixə məhkumluğu olmamışdır (iş vərəqə: cild İ, səh. 170-173). Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirsə də, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, zərər çəkmiş şəxslərdən birinin - Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində qiymətləndirsə də, bunu Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin təsiri altına düşə biləcək cəzanı yüngülləşdirən hal kimi nəzərə almayacaqdır. Belə ki, iş üzrə zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçidir, onunla barşmamış və onu bağışlamamışdır. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 yetirilmiş zərəri aradan qaldırmamış və buna cəhd belə etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 və 263.1-1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla əsas cəza olaraq azadlıqdan məhrum etmə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 3540 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli olmasına hüquqi qiymət verib qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin ehtiyatsızlıqdan törədilmiş cinayət olmasına və həmin maddənin sanksiyasında üç ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulmasına baxmayaraq Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3 maddələrində nəzərdə tutulan əməllər qəsdən törədilmiş cinayətlər hesab olunur və ona təyin olunmalı azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu qaydasında təyin olunmalıdır. «Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 2ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 30 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, məhkəmənin 02 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11995,254 qram narkotik vasitə heroin, 4104,8 qram psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır; - Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “A7” modelli və bir ədəd “Kgtel” markalı mobil telefon – cəmi 02 ədəd mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 165 (bir yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə, Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 11995,254 qram narkotik vasitə heroin, 4104,8 qram psixotrop maddə metamfetamin, üzərlərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd - cəmi 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “A7” modelli və bir ədəd “Kgtel” markalı mobil telefon – cəmi 02 ədəd mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 165 (bir yüz altmış beş) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1707/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1707/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver