Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1707/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 27 aprel 2022-ci il tarixdə saat 20 radələrində 2021-ci ilin dekabr ayının əvvəllərində “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan, özünü İran İslam Respublikası vətəndaşı “Baba” kimi təqdim edən şəxsin sms vasitəsilə göndərdiyi koordinat və işarələnmiş şəkillər əsasında, istintaqa məlum olmayan şəxs tərəfindən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında olan işıq dirəyinin dibində qanunsuz olaraq satış məqsədi ilə, külli miqdarda bir ədəd sellofan paketin içərisində, 33,795 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd sellofan paketin içərisində 11,677 qram təmiz çəkidə ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, daşımaqla yaşadığı evinin yataq otağında qoyulmuş şüşə konstruksiyalı dolabın içərisində saxlamış, 07 may 2022-ci il tarixdə saat 23 radələrində satış məqsədilə əldə etdiyi 33,795 qram təmiz çəkidə narkotik vasitə heroini satış məqsədilə xırda bükümlər şəklində, yəni bir ədəd 13,898 qram çəkidə ayıraraq üzərində olan qara rəngli sellofan paketə qoymaqla daşımış, satış məqsədilə əldə etdiyi on beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,538 qram, 0,914 qram, 0,576 qram, 0,388 qram, 0,264 qram, 0,367 qram, 0,372 qram, 0,247 qram, 0,173 qram, 0,177 qram, 0,133 qram, 0,040 qram, 0,032 qram, 0,070 qram, 15,606 qram ümumi təmiz çəkisi 19,897 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,664 qram, 1,505 qram, 1,877 qram, 0,390 qram, 0,415 qram, 2,796 qram, 0,030 qram ümumi təmiz çəkisi 11,677 qram olan ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetamini yaşadığı ünvan 4 ünvanında yerləşən evinin yataq otağındakı şüşə konstruksiyalı dolabın içərisində saxlamış, 07 may 2022-ci il tarixdə saat 23:05 dəqiqədə Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli sellofan paketin içərisindən bir ədəd bükümdə 13,898 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmçinin 08 may 2022-ci il tarixdə X6 yaşadığı evinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman, yaşadığı evin yataq otağında olan şüşə konstruksiyalı dolabın içərisində saxladığı on beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,538 qram, 0,914 qram, 0,576 qram, 0,388 qram, 0,264 qram, 0,367 qram, 0,372 qram, 0,247 qram, 0,173 qram, 0,177 qram, 0,133 qram, 0,040 qram, 0,032 qram, 0,070 qram, 15,606 qram ümumi təmiz çəkisi 19,897 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,664 qram, 1,505 qram, 1,877 qram, 0,390 qram, 0,415 qram, 2,796 qram, 0,030 qram ümumi təmiz çəkisi 11,677 qram olan ağ rəngli kristallik formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X12 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, tutulana qədər ünvan 7nvanında ailəsi ilə birlikdə yaşamışdır. O, tutulana qədər evlərdə təmizliyə getmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun qardaşı Elçin narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Qardaşı bir gün, dəqiq tarix yadında deyil, narkotik vasitələri gətirib onlara, şkafın siyirməsinə qoymuş və ona kiminsə gəlib narkotik vasitələri götürəcəyini demişdir. Ancaq kimin gələcəyini də deməmişdir. Qardaşı Elçin rəhmətə getdikdən sonra o, Elçindən qalan narkotikləri evdə saxlamışdır. O, Elçinin narkotikləri kimdən almasını bilməmişdir. Hadisə günü onu polis əməkdaşları evdə saxlamış, evində axtarış apararkən o, özü şkafın içində olan narkotik vasitələrin yerini göstərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs X12 bildirdi ki, o, Baba adlı şəxsi tanımamış və Baba ilə danışmamışdır. Qardaşı hadisədən 4 ay yarım əvvəl rəhmətə getmişdir. Yoldaşının heç nədən xəbəri olmamışdır. O, narkotik vasitələri daşımamış, qonşulara narkotik vasitə verməmişdir. Üzərindən narkotik vasitə aşkarlanmamışdır. İşlədiyi evlərdə heç kimə narkotik vasitə verməmişdir. Polis əməkdaşlarında məlumatın hardan olmasını bilmir və narkotik vasitələri saxladığına görə özünü təqsirli bilir. İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində X12 özünü təqsirli bilərək göstərmişdir ki, mərhum qardaşı X14 narkotik vasitələrin istifadəçisi olmuşdur. Elçin təxminən altı ay əvvəl narkotik vasitə istifadə etməsinə görə səhhətində yaranmış problemlərə görə ölmüşdür. X17 vəfat etdikdən sonra sonuncunun istifadə etdiyi mobil telefonun “Whatsapp” şəbəkəsinə baxış zamanı qardaşının bir nəfər şəxslə əlaqə saxladığını və həmin şəxsin İran İslam Respublikası vətəndaşı olmasını müəyyən etmişdir. Həmin danışıqların məzmunu narkotik vasitələrin alqı-satqısı ilə bağlı olmuşdur. O, həmin şəxsə mesaj yazaraq Elçinin bacısı olduğunu və sonuncudan narkotik vasitə almaq istədiyini bildirmişdir. Səhhətində problemlər olduğundan və belində yaranmış problemlərə görə işləyə bilmədiyindən maddi imkanının da aşağı olmasına görə həmin şəxslə danışaraq narkotik vasitələri almaq istədiyini qeyd etmişdir. Həmin şəxs onunla danışıqdan sonra heç bir problem olmayacağına əmin olub ona narkotik vasitə satacağını bildirmişdir. Həmin şəxs narkotik vasitə olan heroinin 1 qramını 16 manata, psixotrop maddə olan metamfetaminin 1 qramını isə 22 manata çatacağını bildirmişdir. Həmin şəxs narkotik vasitəni öz tanışının vasitəsi ilə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən işıq dirəyinin aşağı hissəsinə qoyacağını bildirmiş, narkotik vasitəni qoyacağı yerin fotoşəkillərini qardaşının mobil telefonunun “Whatsapp”ına göndərmiş, daha sonra həmin ismarıcları silməyini bildirmişdir. O, həmin şəxslə razılaşdıqdan sonra elə həmin gün, yəni həftənin çərşənbə günü saat 20 radələrində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığına getmiş, “Baba” adlı şəxs 300 manatlıq narkotik vasitə satacağını bildirdiyindən, üzərində həmin miqdarda pul aparmışdır. Daha sonra onun istifadəsində olan mobil nömrəyə gizli nömrədən zəng gəlmiş və ona narkotik vasitənin bildirilən ünvanda olduğunu demişlər. O, həmin təsvir edilən yerdən olan işıq dirəyinin aşağı hissəsindən narkotik vasitəni götürüb üzərində gətirdiyi 300 manat pulu işıq dirəyinin aşağı hissəsinə qoymuşdur. Bu hal təxminən 6 aya yaxın müddətdə davam etmişdir. Sonuncu dəfə çərşənbə günü, yəni 27 aprel 2022-ci il tarixdə ona gizli nömrədən zəng gəlmiş və narkotik vasitəni qeyd edilən ünvana qoyacaqlarını bildirmişlər. O, həmin gün saat 20 radələrində qeyd edilən ünvana çatmış, narkotik vasitə olan bağlamanı işıq dirəyinin aşağı hissəsindən götürmüş, özü ilə birlikdə gətirdiyi 500 manat pulu isə həmin yerə qoymuşdur. Narkotik vasitəni götürdükdən sonra yaşadığı ünvan 4 ünvanına aparmışdır. Baba adlı şəxs ona yalnız “kakos” kimi bildiyi narkotik vasitə olan heroin və “patı” kimi bildiyi metamfetamin vermişdir. Həmin bükümlərə baxış zamanı bir ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olmuşdur. O, həmin bükümlərdə olan narkotik vasitələri xırda bağlamalara bükərək satmışdır. Narkotik vasitə olan heroinin bir qramını 25 manata, psixotrop maddə olan metamfetaminin bir qramını isə 30 manata satmışdır. O, narkotik vasitəni mərhum qardaşı olan Elçin Abdullayevin tanışlarına satmışdır. Sonuncu dəfə 07 may 2022-ci il tarixdə yenə narkotik vasitə satmaq üçün yaşadığı evin yaxınlığına çıxmışdır. Saat 23 radələrində ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, da etiraz etmədiyindən polis əməkdaşları ilə birgə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmişdir. Orada üzərinə şəxsi axtarış keçirilmiş, təhqiqatçının təklifindən sonra sağ əlində saxladığı qara rəngli sellofan paketi təqdim edərək həmin paketin içərisində “kakos” kimi bildiyi narkotik vasitə olan heroin olması barədə məlumat verərərək həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermiş, yaşadığı evdə də narkotik vasitə saxlamağı barədə məlumat verərək həmin narkotik vasitə olan heroinin bir qramını 25 manatdan satdığını qeyd etmişdir. Onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür. Daha sonra müdafiəçi və polis əməkdaşları ilə birgə onun yaşadığı ünvan 4 ünvanına baxış keçirilmişdir. O, təhqiqatçının təklifindən sonra yaşadığı evin yataq otağında olan şüşə konstruksiyalı dolabın içərisində olan sellofan torbanı təhqiqatçıya təqdim etmiş və həmin sellofan paketdə “kakos” kimi bildiyi narkotik vasitə heroin və “patı” kimi bildiyi metamfetamin olması barədə məlumat vermişdir. Həmin sellefon torba açıldıqda onun içərisindən 7 ədəd bükümdə metamfetamin, 15 ədəd bükümdə heroin aşkar edilmişdir. Qeyd edilən bükümlər zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür (cild 1, iş vərəqi 72-77). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. X9 əvvəllər tanımamış, onunla heç bir münasibətləri olmamışdır. 08 may 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə X6 Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat İdarə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq verildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri zamanı X6 olduğu yer müəyyən edilərək həmin gün saat 23:05 radələrində onların tərəfindən Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 273 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, külli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi izah olunmuş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. X12 etiraz etməyərək onunla birlikdə Baş idarəyə gəlmişdir. Bundan sonra təhqiqatçı tərəfindən sonuncuya hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş bir nəfər qadının iştirakı ilə videoçəkiliş aparılmaqla X6 üzərinə şəxsi axtarış aparılmışdır. Müvafiq təklifdən sonra X4 əlində içərisində 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olan sellofan torbanı təqdim etmiş, sonra X6 üzərinə şəxsi axtarış keçirilmiş və sağ əlində tutduğu "İtel" markalı mobil telefon aşkar olunaraq götürülmüş, əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmiş, sonra həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün "İtel" markalı mobil telefon onların tərəfindən götürülmüşdür. X10 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı "Baba" adlı şəxsdən satış məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, heroinin qramını 25 manatdan satışını həyata keçirdiyini, yaşadığı ünvanda da həmçinin narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra həmin gün ünvan 5 ünvanda yerləşən X6 yaşadığı mənzildə video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl müvafiq təklifdən sonra X12 yaşadığı evin yataq otağında olan şüşə konstruksiyalı dolabın içərisindən sellofan torbada ümumilikdə 15 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 7 bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bəzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. X12 ona verilən suallara cavab olaraq yaşadığı ünvana baxış zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı "Baba" adlı şəxsdən satış məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, heroinin qramını 25 manatdan, metamfetaminin qramını 30 manatdan satışını həyata keçirdiyini, "Baba" adlı şəxsi təxminən 6 aydır tanıdığını və sonuncudan təxminən 5 dəfəyə yaxın narkotik maddələr götürdüyünü, başqa yerdə narkotik maddələr saxlamadığını, yaşadığı evdə narkotik maddələr saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində Şahid2 göstərmişdir ki, o, 08 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən keçiriləcək şəxsi axtarışda iştirak etmək üçün Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları tərəfindən şəxsi axtarış və götürmədən əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X9 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədəninda olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X4 əlində içərisində 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olan sellofan torbanı təqdim etmiş, sonra X6 üzərinə şəxsi axtarış keçirilmiş və sağ əlində tutduğu "İtel" markalı mobil telefon aşkar olunaraq götürülmüş, əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmiş, sonra həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 15,16 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün "İtel" markalı mobil telefon götürülmüşdür. X10 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı "Baba" adlı şəxsdən satış məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, heroinin qramını 25 manatdan satışını həyata keçirdiyini, yaşadığı ünvanda da həmçinin narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra o, tərtib edilmiş protokolu öz imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 128-131). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 7nvanında yaşayan İbrahimova Kəmalə qızının qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İbrahimova Kəmalə qızının ifşa olunması və yaxalanması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 7nvanında yaşayan X6 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 07 may 2022-ci il tarixdə, saat 23:05 dəqiqədə ünvan 7nvanının qarşısında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X6 üzərinə şəxsi axtarış keçirilmiş və müvafiq təklifdən sonra o, sağ əlində tutduğu içərisində bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə olan torbanı təqdim etmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əlində tutduğu "İtel" markalı mobil telefon aşkar olunaraq götürülmüş, əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmşdir. Sonra həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 15,16 (on beş tam yüzdə on altı) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır X10 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı "Baba" adlı şəxsdən satış məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, heroinin qramını 25 (iyirmi beş) manatdan satışını həyata keçirdiyini, yaşadığı ünvanda da həmçinin narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçiriləsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ünvana baxış keçirilməsi və götürmə aparılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X6 yaşadığı ünvan 7nvanındakı evə baxış keçirilmiş, o, evin yataq otağında olan şüşə konstruksiyalı dolabın içərisindən sellofan torbada ümumilikdə 15 (on beş) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 7 (yeddi) bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 24,47 (iyirmi dörd tam yüzdə qırx yeddi) qram, metamfetaminə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 14,07 (on dörd yam yüzdə yeddi) qram olmuşdur. Sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. X15 yaşadığı evə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. X12 ona verilən suallara cavab olaraq yaşadığı ünvana baxış zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı "Baba" adlı şəxsdən satış məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, heroinin qramını 25 (iyirmi beş) manatdan, metamfetaminin qramını 30 (otuz) manatdan satışını həyata keçirdiyini, "Baba" adlı şəxsi təxminən 6 (alti) aydır tanıdığını və ondan təxminən 5 (beş) dəfəyə yaxın narkotik maddələr götürdüyünü, başqa yerdə narkotik maddələr saxlamadığını, yaşadığı evdə narkotik maddələr saxlaması barədə heç kimin məlumatı olmadığını, verilan sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 36-37). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2656 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: - üzərində “X6 şəxsi axtarış zamanı təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə 13,898 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “X6 baxış zamanı təqdim etdiyi ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bir ədəd kağız paketdə on beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,538 qram, 0,914 qram, 0,576 qram, 0,388 qram, 0,264 qram, 0,367 qram, 0,372 qram, 0,247 qram, 0,173 qram, 0,177 qram, 0,133 qram, 0,040 qram, 0,032 qram, 0,070 qram, 15,606 qram ümumi təmiz çəkisi 19,897 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,664 qram, 1,505 qram, 1,877 qram, 0,390 qram, 0,415 qram, 2,796 qram, 0,030 qram ümumi təmiz çəkisi 11,677 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş ümumilikdə 16 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 44-48). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 07 may 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 61). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən 08 may 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X10 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra X4 əlində içərisində 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olan sellofan torbanı təqdim etmiş, sonra X6 üzərinə şəxsi axtarış keçirilmiş və sağ əlində tutduğu “İtel” markalı mobil telefon aşkar olunaraq götürülmüş, əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmiş, sonra həmin bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 15,16 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. X10 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsdən satış məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, heroinin qramını 25 manatdan satışını həyata keçirdiyini, yaşadığı ünvanda da həmçinin narkotik vasitə olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçiriləsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İkinci DVD-R formatlı diskdə olan görüntüdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən 08 may 2022-ci il tarixli ünvan 5 ünvanda yerləşən X6 yaşadığı mənzildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs X10 mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra X12 yaşadığı evin yataq otağında olan şüşə konstruksiyalı dolabın içərisindən sellofan torbada ümumilikdə 15 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə və 7 bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 24,47 qram, metamfetaminə bənzər kütlələrin çəkisi qablaşdırma ilə birlikdə 14,07 qram olmuşdur. Sonra həmin kütlələr içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. X16 yaşadığı evə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. X12 ona verilən suallara cavab olaraq yaşadığı ünvana baxış zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsdən satış məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, heroinin qramını 25 manatdan, metamfetaminin qramını 30 manatdan satışını həyata keçirdiyini, “Baba” adlı şəxsi təxminən 6 aydır tanıdığını və sonuncudan təxminən 5 dəfəyə yaxın narkotik maddələr götürdüyünü, başqa yerdə narkotik maddələr saxlamadığını, yaşadığı evdə narkotik maddələr saxlaması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 118-119). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 01 iyul 2022-ci il tarixli 11568 nömrəli müşayiət məktubu ilə daxil olmuş telefon danışıqlarına dair cədvəli özündə əks etdirən CD diskə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir danışıq və ya SMS müəyyən edilməmişdir (cild 1, iş vərəqi 120) İşdə olan əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli, ***-*******/1222 saylı cavab məktubundan görünür ki, X6 narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsiyyəti tam bilinməyən "Baba" adlı şəxsin olduğu yerin və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Bundan başqa qərəzsiz və etibarlı mənbələrdən daxil olmuş əməliyyat məlumatlarından müəyyən edilmişdir ki, X13 narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, qəbulu və satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat axtarış tədbirlərinə baxmayaraq onun əvvəllər hər hansı bir cinayət əməlinin törədilməsində iştirakının olubolmaması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3788 nömrəli rəyindən görünür ki, hal-hazırda X7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X12 narkotmaniyadan əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 137-138). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1824 nömrəli rəyindən görünür ki, X7 cinayət əməlini törədərkən xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb, hal-hazırda onda hər hansı psixi xəstəlik aşkar olunmur, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. X6 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 140-142). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan və məktubdan görünür ki, X5 aşkar edilərək götürülmüş təmiz çəkisi 33,795 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan paketin içərisində təmiz çəkisi 11,677 qram çəkidə ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin, 08 may 2022-ci il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" və 08 may 2022-ci il tarixli "ünvana baxış keçirilməsi və götürmə haqqında" protokollara əlavə edilmiş 2 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatdan sonrakı qalıq çəkisi 33,475 qram narkotik vasitə heroin və 11,537 qram psixotrop maddə metamfetamin Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 2 ədǝd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 146-157, 159). İşdə olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən X5 aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ********* nömrə altında ayrıca cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 160- 162). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X12 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 110-111). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən X6 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X8 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, üzərində narkotik vasitələr olmaması, narkotik vasitələri yalnız saxlaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə X5 aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların müxtəlif narkotiklərə aid olması, eyni zamanda xırda bükümlərə bükülməsi hallarını, eləcə də təqsirləndirilən şəxsn ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edərək, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X12 üzərindən və evindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Müdafiə tərəfinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsindən əldə edib məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasından “Hipertoniya xəstəliyi İİİ dərəcə. Gərginlik stenokardiyası” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmiş, nəticədə “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİ f.s. Hipertoniya xəstəliyi İİİ dərəcə, əlavə risk İV” diaqnozu müəyyən edilmiş və müvafiq müalicə aparılmışdır. Müalicə fonunda Təqsirləndirilən şəxs səhhətində müsbət dinamika izlənilmiş, stasionar müalicə zərurəti yaradan patologiya aradan qalxdığı üçün xx.xx.2022-ci il tarixdə nisbi kafi vəziyyətdə saxlandığı müəssisəyə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin xəstəliyini, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X12 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, X12 07 may 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 09 may 2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 may 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 92-94). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X6 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. X8 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən X6 törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlanc kamerasında saxlanılan, X5 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 33,475 qram narkotik vasitə heroin və 11,537 qram psixotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X12 barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi X5 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 may 2022-ci il tarixdən hesablansın. X8 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlanc kamerasında saxlanılan, X5 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 33,475 qram narkotik vasitə heroin və 11,537 qram psixotrop maddə metamfetamin məhv edilsin. - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci X5 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (X10 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1707/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1707/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver