Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1707/2024 29.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Mingəçevir şəhərində anadan olan, evli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YM, yeni tikilidə yaşayan, barəsində Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən 02 fevral 2024-cü il tarixindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 01 fevral 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, A.Rəhimov küçəsində yerləşən nömrəsiz yeni tikilmiş evin həyətində yüngül dərəcəli sərxoş vəziyyətdə olduğu vaxt arvadı Şahid ilə ailə məişət zəmində mübahisə etmiş, həmin vaxt orada olan sonuncunun bibsi oğlu Zərərçəkmiş şəxs həmin mübahisəyə müdaxilə etmiş, sonuncuya ailə işlərinə qarışmamasını bildirərək onunla sözlü mübahisəni davam etdirmiş və mübahisə gedişində üzərində gəzdirdiyi istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik bıçaqla şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs sinəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnib həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vurmaya səbəb olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 46 yaşı var. Ailəsindən narazıdır. Zərərçəkmiş şəxs İlkinlə əvvəllər yaxşı münasibəti olmuşdur. İlkinin qardaşı ilə 2003-cü ildən dost olmuşlar.Hadisə baş verən zaman spirtli içkinin təsiri olmuşdur. İşsizlikdən bezdiyi üçün araq içmişdir. Həyat yoldaşı Aytən baxçada müəllim işləyir. Həmin vaxt Aytən işdən çıxsa da evə gəlməmişdir. Buna görə də, Aytənə dəfələrlə zəng etmişdir. Lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Daha sonra Aytənə “telefonu niyə götürmürsən, hardasan?” məzmunlu mesaj yazmışdır. Aytənlə İlkin evə gələndə yoldaşına zənglərinə cavab verməməsinin səbəbini soruşmuşdur. İlkin də gülərək Aytənə “görmürsənmi bu nə gündədi, gəl gedək” demişdir. Özündə olmadığından İlkinə “get, sonra söhbət edərik” demişdir. Lakin İlkin getməyərək Aytənin yanında söyüş söydü. O da bundan əsəbləşərək bıçağı götürərək İlkini vurmuşdur. Həmin vaxta kimi heç vaxt özü ilə bıçaq gəzdirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərəçəkmiş şəxs, şahidlərin ifadələri, götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı qızının həyat yoldaşıdır. Mətləblə aralarında yaxın münasibət olmuş, xarici ölkəyə belə bir yerdə gedib işləmiş, bir evdə qalmışlar. Hadisə baş verən gün dayısıgilə qonaq getmişdir. Onun dayısı Mətləbin qayınatasıdır. Aytəni də dayısıgilə aparmışdır. Mətləb mesaj yazaraq Aytəni evə çağırdığından sonuncunu maşını evinə aparmışdır. Evə çatdıqdan sonra Mətləblə Aytən arasında mübahisə yaranmışdır. O, mübahisəni sonlandırmaq məqsədilə araya girmişdir. Mətləbə ərkayana “mən gəlmişəm, yekə kişisən, söhbətinizi sonraya saxlayın” demişdir. Mətləbə başqa söz deməmiş, sonuncunu təhqir etməmişdir. Bunu dedikdən sonra həyətə çıxmışdır. Birdən sinəsində ağrı olduğunu hiss etmişdir. Sonra nə baş verdiyini xatırlamamışdır. Nə ilə və neçə dəfə vurulduğunu xatırlamamışdır. Gözlərini reanimasiyada olanda açmışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikən sonra həmin ifadəni təsdiq etməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ibtidadi istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Aytən dayısı Ədalətin qızıdır, özü evlidir, 2 övladı var, ali təhsillidir, fərdi əməklə məşğuldur, Təqsirləndirilən şəxs Aytənin həyat yoldaşıdır, qardaşı Xəzriylə uzun illər bir-birilərini tanıyıblar, sonda isə qohum olmuşlar, bir azyaşlı övladları var. 01 fevral 2024 tarixdə saat 15 radələrində dayısı Ədalətin evinə qonaq getmiş, orada bir neçə saat olmuş, sonra Aytənlə uşağı oraya gəlmiş, sonrakı saatlarda Aytənin xahişiylə onu yaxınlıqda olan evinə saat 21-45 radələrində yola salmış, Aytənin evi Ədalət dayısının evindən təxmini 1 km uzaqdadır, Albalılıq yaşayış massivi, A.Rəhimov küçəsində yerləşir. Sonra birlikdə evlərinə gedəndə Aytən son 6 ay ərzində Mətləbin onu incitməsini, bıçaqla dəfələrlə hədələməsini demiş, hər gün ağladığını stress keçirməsini söyləmişdi. O da onların evində olarkən onları qarşılayan Mətləblə salamlaşmış, sonra Aytən uşaqla evə keçmiş, onlar evin həyətində söhbət etmiş, həmin zaman Mətləb sərxoş olmuş, o, Mətləbə yoldaşcasına Aytənlə mehriban olmaqlarını övladlarının xatirinə münaqişə etməməyi xahiş etmiş, bu zaman o, üzərinə gəlib onu təhqir edib cibindən bıçaq çıxarmış və qəflətən onun sağ döş nahiyəsindən həmin bıçaqla qəsdən vurmuş, o, huşunu itirib yerə yıxılmış, sonrakı hadisələri xatırlamır, hadisə 01 fevral 2024 tarixdə saat 22 radələrində Xəzər rayonu, Albalılıq yaşayış massivi, A.Rəhimov küçəsi, yeni tikilinin həyətində baş verib, Mətləb heç bir səbəb olmadan sərxoş halda onu bıçaqla qəsdən vurub ağır xəsarət yetiribdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, əvvəllər də Təqsirləndirilən şəxslə aralarında mübahisələr olmuşdur. Mübahisənin baş verməsinə səbəb sonuncunun spirtli içki qəbul etməsi olmuşdur. Mətləblə valideynləri arasında münasibətlər normal olmuşdur. Mətləblə rəsmi nikahları var və bu nikahdan bir övladları vardır. Övladı onunla birlikdə yaşayır. Əmisi qızı onkoloji xəstəlikdən əziyyət çəkir. Hadisə baş verən gün atasıgilə qonaq getmişdir. Axşam saatlarında Mətləb ona zəng edərək söyüş söymüşdür. Sonra İlkindən onu evinə aparmasını xahiş etmişdir. Evə gəldikdən sonra da Mətləb onu bibisioğlu İlkinin yanında təhqir etmişdir. Sonuncu Mətləbə dayısıqızını təhqir etməməli olduğunu demişdir. Mətləb İlkinə söyüş söyməmişdir. Bundan sonra Mətləblə İlkin evin həyətinə çıxmışlar. Hadisənin baş verərkən evin içərisində olmuş, hadisənin baş verməsini gözləri ilə görməmişdir. Mətləbin İlkini nə ilə vurmasını görməmişdir. Mətləbin İlkinə vurduğu bıçaq evin həyətindən tapılmışdır. Hadisə barədə polisə o, məlumat vermişdir. Hadisə baş verən vaxt evdə onlardan, yəni ondan, İlkindən və Mətləbdən başqa heç kəs olmamışdır. Hadisə baş verdikdən sonra qonşular evə gəlməmişdir. Yaşadıqları evə əvvəlcə polis gəlmişdir. Bundan sonra qardaşı İlkini xəstəxanaya aparmışdır. Hadisə baş verərkən ətrafda heç kəs olmamışdır. İlkin həmin vaxt spirtli içkinin təsiri altında olmamışdır. Sonuncunun Mətləbə söyüş söydüyünü eşitməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin növbətçi polis kapitanı məruz edərək xx.xx.2024-cü il tarixdə saat 22:28 radələrində Xəzər tibb mərkəzindən həkim Məmmədovun xx.xx.1974-cü il təvəllüdlü X10 Rəhimov YYS-də yaşayan Zərərçəkmiş şəxs sağ döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yarası ilə müraciət etməsi barədə məlumat vermişdir. (i.v 5) 22 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Şahid DİN-in 102 xidmətinə müraciət edərək əri Təqsirləndirilən şəxs onu ölümlə hədələməsini bildirmişdir. (i.v 96) xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən yüngül sərxoşluq vəziyyətində olmuşdur. (i.v 11) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin baş müstəntiqi Orxan Qnyazov tərəfindən 02 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutmuşdur. (i.v 28) 03 fevral 2023-cü il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v 69-71) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, hadisə yerini əyani şəkildə göstərmiş, fotocədvəl tərtib edilmişdir. (i.v 41-43) 03 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5” X15 94 saylı canlı şəxsin eksreptizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön səthinin plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Deşici-kəsici əşya (ola bilsin bıçaq) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (i.v 113-116) Məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 10 feval 2024-cü il tarixli 345 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, hər hansı psixiki xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarekterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Hal-hazırda öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olması müəyyən edilmişdir. (i.v 117-120) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v 100-84) Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə baışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2019-cu il təvəllüdlü X4 adında 1 azyaşlı övladı vardır. (i.v 91) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 02 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət işi üzrə toplanmış sübutlarla, yəni təqsirləndirilənin, zərəçəkmişin və şahidin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi və digər sübutlarla X14 Mürsəlzadənin sağlamlığına ağır xəsarət yetirməsi sübuta yetirlir və bu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı Mətləb Ağayevin həmin əməli xuliqanlıq niyyəti ilə törədibtörətməməsidir. Məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında qohumluq münasibətləri olmuş, eyni zamanda yaxın dost olmuşlar. Cinayət hadisəsi baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs, Şahid və Zərərçəkmiş şəxs birincilərin yaşadığı evdə olmuşlar. Təqsirləndirilən şəxs həmin gün spirtli içkinin təsiri altında olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs və Şahid Təqsirləndirilən şəxs olduğu Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, A.Rəhimov küçəsində yerləşən nömrəsiz yeni tikilmiş evə gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs ilə arvadı Şahid ilə arasında ailə münasibətləri zəminində sözlü mübahisə yaranmış, sonradan arvdının bibisi oğlu Zərərçəkmiş şəxs də həmin mübahisəyə qoşulmuş, daha sonra şəxsi münasibətləri zəminində həmin hadisə baş vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, qohumlar arasında yaranan mübahisə nəticəsində ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən sonuncunun qəsdən sağlamlığına ağır zərər vurmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2004-cü il tarixli 1 №-li qərarının 3-cıü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə ilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurma nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmişlə barışıq əldə etməsini CM-nin 59.1.12ci, himayəsində azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, eləcə də, cinayət əməlini törətməsini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 02 fevral 2024-cü il tarixdən hesab edilməlidir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 51 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 306 (üç yüz altı) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 306 (üç yüz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1707/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1707/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver