Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1708/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 7 oktyabr 1959-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə «Kubinka» deyilən yerdən üzdən tanıdığı və əvvəllər də narkotik vasitə aldığı istintaqa adı ilə məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq bir ədəd siqaretin şəffaf rəngli sellofanına bükülmüş bükülünün içərisində külli miqdarda ümumi təmiz çəkisi 3,281 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış, 03 iyun 2022ci il tarixdə saat 15:00-da ünvan 1 ünvanın qarşısında Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmiş, PB-də sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılmış və əynindəki qara rəngli idman şalvarın sağ cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükülünün içərisində külli miqdarda ümumi təmiz çəkisi 3,281 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik maddələrin aludəçisidir. Səhhətində problemləri vardır. İnfarkt keçirmişdir, ağ ciyərləri xəstədir. Bədənində ağrılar baş qaldıran zaman narkotik vasitə hesab edilən heroin qəbul etmişdir. 1 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində şəhərin «Kubinka» deyilən yerində üzdən tanıdığı və əvvəllər də narkotik vasitə aldığı şəxsdən 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd ağ kağıza bükülmüş vəziyyətdə narkotik maddə hesab olunan heroin almışdır. 03 iyun 2022-ci il tarixdə saat 15:00-da ünvan 1 ünvanın qarşısında Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt o, üzəridə olan narkotik vasitəni könüllü olaraq çıxarıb polis əməkdaşına təqdim etmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üstündən çıxaq narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Həmin şəxsi sadəcə üzdən tanıyır. Onun ad və soyadını, eləcə də anket məlumatlarını bilmir. Saxlanılarkən, bölməyə gətirilərkən və bölmədə olarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmamışdır. Onun mobil telefonu və bank kartı yoxdur. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 3 iyun 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi, istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanması üçün raportla 28-ci PB-nin rəisinə müraciət etmişdir. Rəhbərlik tərəfindən ona əməliyyat tədbirinin keçirilməsinə razılıq verilmişdir. O və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 3 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu, 4-cü Yasamal küçəsi, 48 saylı evin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Ona narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Bölmədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra o, «şəxsi axtarış və götürmə aparılması haqqında» qərarla tanış edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa, təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək, içərsində heroin olduğunu bildirmişdir. Həmin maddəni 1 iyun 2022-ci ildə «Kubinka» adlanan yerdə üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün əldə edib, üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açıldıqda içərisində heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin bükümdə olan maddə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-in «zərflər üçün» möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-kimyəvi ekspertizasının 6/3152 saylı 4 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 3,281 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısına daxildir. İşin 33-34-cü vərəqlərindəki 3 iyun 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Faiq Süleymanov tərəfindən Yasamal Rayon Polis İdarəsinin 28-ci PB-nin inzibati binasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm vidoe çəkilişdən istifadə edilməklə aşkar edilərək götürülmüşdür. İşin 48-ci vərəqindəki 4 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 3 iyun 2022-ci il tarixli video görüntüyə baxış keçirilmiş və bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilməsi müəyyən olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 4490 saylı 13 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 133-141-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqında» 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş tədqiqatdan sonra qalan 3,181 qram narkotik vasitə heroin və üzərinə baxış və götürmə aparılmasının video görüntülərini özündə əks etdirən 3 iyun 2022-ci il tarixli bir ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İşin 86-89-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 1982-ci il tarixdə Bakı şəhəri Oktyabr rayon Məhkəməsinin hökmü ilə CM-nin 88-ci maddəsnin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 oktyabr 1989-cu ildə cəzasının sonu ilə azad edimişdir. 20 noyabr 1996-cı ildə Yasamal rayon Xalq Məhkəməsinin hökmü ilə CM-nin 226-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 5 may 1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 1 aprel 1999-cu ildə Yasamal rayon Xalq Məhkəməsinin hökmü ilə CM-nın 226-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 (uç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 fevral 2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 10 may 2004-cü il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 avqust 2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 30 may 2006-cı ildə Nərimanov rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 mart 2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 7 fevral 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 may 2019-cu il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı lə vaxtından əvvəl şərti azad edilmiş, 16 iyul 2020-c ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. 27 may 2021-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə cəzası 6 (altı) ay müddətinə endirilmiş, həmin məhkəmənin 4 mart 2022-ci il tarixli qərarı ilə cəzasının 1 (bir) ay 24 (iyirmi dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin 29-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları Azərbaycan Respublikası CM-nin 83.3cü maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyindən ödənilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 fevral 2012-ci il tarixli hökmü və Yasamal rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü ilə olan məhkumluqları isə ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində deyilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və həmin Məcəllənin 18.2.-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2.-ci madəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, həmin maddə ilə ona CM-nin 65.2ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMnin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 3 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,281 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 3,181 qram hissəsi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə baxış və götürmə aparılmasının video görüntülərini özündə əks etdirən 3 iyun 2022-ci il tarixli bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,281 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalan 3,181 qram hissəsi hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə baxış və götürmə aparılmasının video görüntülərini özündə əks etdirən 3 iyun 2022-ci il tarixli bir ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1708/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1708/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver