Məhkəmə qərarları › İş №1(101)-1709/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1709/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1709/2021 20.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnen, zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçici Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Lerik rayonu, Cangəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanında yaşayan, hazırda "başqa yerə getməmək haqqında" iltizamı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs hər birinin qiyməti 15 manat olmaqla 2368 ədəd qızıl-zinyət əşyalarını qablaşdırmaq üçün nəzərdə tutulan futlyarları salacağına dair yalandan vəd verib inandırıb aldadaraq bu adla ondan 01 dekabr 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən Mərkəzi Univermağın zirzəmisində yerləşən iş otağında həmin dövrün məzənnəsi ilə 35.530 manat təşkil edən 20.900 ABŞ dollar pul vəsaitini və sonuncu dəfə 02 dekabr 2019-cu il tarixdə saat 12 radələrinə hər birinin qiyməti 15 manat olmaqla 1315 ədəd qızıl-zinyət əşyalarını qablaşdırmaq üçün nəzərdə tutulan futlyarları satacağına dair yalandan vəd verib inandırıb aldadaraq bu adla ondan ünvan 2 ünvanında yerləşən Mərkəzi Univermağın zirzəmisində yerləşən iş otağında həmin dövrün məzənnəsi ilə 19.720 manat təşkil edən 11.600 ABŞ dollar pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə həmin dovrün məzənnəsi ilə 55.250 manat təşkil edən 32.500 ABŞ dollar olmaqla külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2016-cı il tarixdən tanıyır. Belə ki, onun özü 2014-cü il tarixdən Mərkəzi Univermaqda qab əşyaları satmış, Zərərçəkmiş şəxs isə orada qızıl-zinət əşyalarının alqısalqısı ilə məşğul olmuşdur. Həmin ərəfədə Eldəniz bir neçə dəfə ondan pulunu nağd şəkildə ödəməklə müxtəlif məbləğlərdə qab əşyaları almışdır. Həmin vaxtdan onun Eldəniz ilə yaxşı münasibəti yaranmışdır. Bundan sonra o, Eldənizdən ayrı-ayrı vaxtlarda ABŞ dolları olmaqla faizə müxtəlif məbləğlərdə pul vəsaiti götürmüş, pulları faizi ilə birlikdə Eldənizə ödəmişdir. 2019-cıı ilin təxminən oktyabr ayında hissə-hissə olmaqla üstündə 14.000 ABŞ dollar pul qaytarmaqla Eldənizdən 29.100 ABŞ dollar faizə pul götürmüşdür. Eldənizdən aldığı həmin pulu borclu olduğu şəxslərə ödəməklə xərcləmişdir. Maddi imkanı yaxşı olmadığı üçün Eldənizdən faizə götürdüyü həmin məbləğdə pulu hazırki vaxta kimi qaytara bilməmişdir. O, Eldənizdən 32.500 (otuz iki min beş yüz) manat pul almamış və Eldəniz ilə onun arasında heç bir ticarət əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2003-cü ildən ünvan 2 ünvanında yerləşən Mərkəzi Univermaqda (MUM) qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. İşinin xüsusiyyəti ilə əlaqədar satışa çıxarılan qızıl-zinət əşyalarının qablaşdırılması üçün mütəmadı olaraq fulyarlar almışdır. Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanıyır. O, qızıl-zinət əşyalarının alqı-salqısı ilə məşğul olduğu üçün əvvəllər müxtəlif şəxslərdən qızıl-zinət əşyalarının qablaşdırılması üçün futlyarlar almışdır. 2019-cu ilin noyabr ayının ortalarında, gününü xatırlamadığı vaxtda Səməd ona yaxınlaşaraq, keyfiyyətli və brend futlyarları sərfəli qiymətlərlə ona təklif etdikdə Səmədin təklifi ona sərfəli olduğu üçün qəbul etmişdir. Səməd həmin futiyarların 1013 ədəd olduğunu və birinin qiyməti 15 manat olmaqla cəmi qıymətı 15195 manat təşkil etdiyini ona bildirmişdir. O, bu qiymətlə razılaşmış, 8935 ABŞ dollar Səmədə pul vermiş və həmin gün pulunu ödədiyi malları tam şəkildə gəlirilə Səməd ona vermişdir. Təxminən 01 dekabr 2010-cu il tarixdə Səməd iş yerində yenidən ona yaxınlaşmış və ona satdığı futlyarlardan yenə də olduğunu, qiymətinin də eyni olduğunu bildirdikdə həmin malları almaq istədiyini Səmədə söyləmiş və neçə ədəd olmasını Səməddən soruşduqda Səməd futlyarlardan 2368 ədəd olduğunu, birinin qiymətinin yenə də 15 manat olmaqla cəmi dəyəri 35520 manat təşkil etdiyini ona bildirmişdir. Həmin gün, yəni 01 dekabr 2019-cu il tarixdə günorta saatlarında o, işlədiyi ünvan 3 ünvanında yerləşən Mərkəzi Univermağın zirzəmisində yerləşən iş otağında Səmədə əlbəəl 20,900 ABŞ dollar pul vermişdir. Həmin pul manata məzənnəsi ilə nisbətdə 35,520 (otuz beş min beş yüz iyirmi) manat təşkil etmişdir. Səməd bir saata malları götürüb ona təhvil verəcəyini bildirsə də, həmin gün axşam saatlarında o, Səməd ilə əlaqə saxlayan zaman Səməd malları saydığını, bu səbəbdən ləngiyəcəyini, malları səhəri gün təxminən saat 11:00-12:00 aralarında ona tam şəkildə təhvil verəcəyini bildirmişdir. Səhəri gün, yəni 02 dekabr 2019-cu il tarixdə təxminən saat 11:00-12:00 radələrində X3 iş yerində ona yaxınlaşıb, ona satdığı malları yığıb ayırdığını və həmin mallardan axırıncı partiya qalıq 1315 ədəd qaldığını söyləməklə, onları da almağını təklif etdikdə Səmədin bu təklifini də qəbul etmişdir. Belə ki, Səməd yenə də bir ədədi 15 manat olmaqla cəmi 19725 manat təşkil etdiyini bildirmişdir. 02 dekabr 2019-cu il tarixdə işlədiyi ünvan 2 ünvanında yerləşən Mərkəzi Univermağın zirzəmisində yerləşən iş otağında Səmədə əlbəəl 11.600 ABŞ dollar pul vermişdir. Həmin pul manata məzənnə ilə nisbətdə 19.725 manat təşkil etmişdir. Səmədə pulu verdikdən sonra Səməd 14:00 radələrində malları tam şəkildə ona təhvil verəcəyini deyib getmişdir. Beləliklə də o, hər birinin qiyməti 15 manat təşkil edən 3683 ədəd futlyar almaq üçün Səmədə manata məzənnə ilə nisbətdə 55.245 (əlli beş min iki yüz qırx beş) manat təşkil edən 32.500 (otuz iki min beş yüz) ABŞ dollar pul vermişdir. Səməd sonuncu dəfə pulu ondan alıb gedəndə saat təxminən 12:00 radələri olmuşdur. Səmədin ona vəd verdiyi saatdan sonra, o müxtəlif saatlarda Səmədə zəng etmişdir. Səməd müxtəlif bəhanələr gətirərək gəlib, futlyarları ona gətirəcəyini bildirsə də, həmin gün, saat 17:00-dan sonra Səmədin nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, Səmədin atası Hüsaməddinin nömrəsini öyrənib sonuncu ilə saat təxminən 23:00 radələrində əlaqə saxlamışdır. Hüsaməddin Səmədov da «MUM»da telefon və internet xətlərinin quraşdırılması ilə məşğul olmuşdur. O. Hüsaməddinə oğlu Səmədin ona futlyar satmaq adı ilə ondan pul aldığını, lakin onu aldatdığını bildirmişdir. Hüsaməddin oğlu Səmədin evdə olduğunu, ayaqyolundan çıxan kimi Səmədlə özünün söhbət edib bu barədə ona məlumat verəcəyini söyləmişdir. Səhəri gün Hüsaməddin ilə iş yerində görüşəndə sonuncu, ona oğlu Səmədi həmin gecə möhkəm danladığını, bundan sonra Səmədin evdən çıxaraq geldiyni və Səməddən heç bir məlumatının olmadığını söyləmişdir. 04 dekabr 2019-cu il tarixdə o, yenə də Hüsaməddin ilə görüşən zaman sonuncu, oğlu Səmədin arvadının əlaqə saxladığını və Səmədlə birgə Türkiyədə olduqlarını deməsini və bunu heç kimə bildirməməyi ondan xahiş edərək, onun pulunu qaytaracağına vəd vermişdir. Bundan bir neçə gün sonra o, Səmədi iş yerinin yanında görüb yaxınlaşmışdır. Səməd ona narahat olamamağını, atasının onun pulunu qaytaracağını söyləyərək oradan getmişdir. 2020-ci ilin iyul ayında Hüsaməddin onunla əlaqə saxlamış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini Səmədin ondan aldığı pulun bir qismi ilə əvəz etməyi təklif elmişdir. Səmədin əmisi Fəda ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində görüşmüşdür, Fəda ona orada boş torpaq sahəsini göstərib, həmin torpaq sahəsinin ərazisində 5 (beş) sot ərazini ona verəcəyini söyləmişdir. Lakin Səməd və atası Hüsaməddin ona indiyədək nə göstərdikləri torpaq sahəsinin sənədini, nə də ki, Səmədin ondan aldığı ümumilikdə 32.500 ABŞ dollar pulunu qaytarmamışlar. Onun Səmədin atası Hüsaməddinlə sonuncu dəfə 2021-ci ilin mart ayında danışığı zamanı Hüsaməddin, oğlu Səmədin ondan aldığı pulu qaytarmayacağını və əlindən nə gəlirsə etməyini kobud şəkildə bildirməklə onunla əlaqəni kəsmişdir. Onun Səmədə verdiyi 32.500 ABŞ dollar pul həmin vaxtın məzənnəsinə əsasən 55.245 manat təşkil etmişdir. Lakin o, Səmədə pulları 20.900 ABŞ dollar və 11.600 ABŞ dollar olmaqla cəmi 32.500 ABŞ dollar şəklində vermişdir. 2020-ci ilin oktyabr və ya noyabr ayında İmran adlı şəxs ona zəng edib Binə qəsəbəsinə yerləşən 5 sot torpaq sahəsinin sənədini ona verəcəyini bildirmişdir. 2021-ci ilin may ayının ilk on günlüyündə İmran ona zəng edib Səmədin ona verməli olduğu puldan 25.000 manat pulu 01 iyul 2021-ci il tarixədək özü ona verəcəyini bildirsə də hazırki vaxta kimi ona hər-hansı bır məbləğdə pul verməmişdir. Həmçinin 05 iyun 2021-ci il tarixdə gecə saatlarında Səmədin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən və ***-***-**-** saylı mobil nömrədən onun mobil nömrəsinə zəng gəlmişdir. Lakin o, telefon zənglərinə cavab verməmişdir. Təxminən 10-15 dəqiqədən sonra 055-921-38- 33 saylı «Vhatsapp» nömrədən ona mesaj göndərilmişdir. Həmin mesajda qeyd olunmuşdur ki, «Lldəniz salam, novruzduı Səmədin qardaşı, əgər Səməd özünü öldürsə səndən yapışcam. xəbərin olsun». Həmin mesajı o, yazılı şəkildə istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 2019-cu ilin dekabr ayında qardaşı Eldəniz ona zəng edərək onu özünün işlədiyi Mərkəzi Univermağa çağırmışdır və onun özü tək qardaşı Eldənizin iş yerinə getmişdir. Orada Eldəniz ona demişdir ki, qızıl üçün futlyar almaq üçün Təqsirləndirilən şəxs ümumilikdə 32.500 (otuz iki min beş yüz.) ABŞ dolları pul vermiş, lakin Səməd vədinə əməl etməyərək futlyarları verməyərək dələduzluq etmişdir. Bundan sonra Eldəniz ilə o, Səmədin atası Hüsaməddin ilə söhbət etmişdir. Hüsaməddin pulu yaxın günlərdə verəcəyinə vəd versə də hazırki vaxta kimi pulu verməmişdir. Sonradan Səmədin atası Hüsaməddin qardaşı Eldənizə torpaq sahəsi təklif etmiş, lakin yenə də vədinə əməl etməmişdir. O, torpaq sahəsinə baxmağa getməsə də qardaşı Eldəniz həmin torpaq sahəsinə Səmədin əmisi ilə birlikdə gedib baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Təxminən 12 yanvar 2020-ci il tarixdə Eldəniz ona bildirmişdir ki, qızıl zinət əşyalarını qablaşdırmaq üçün tanışı Səmədə 32.500 ABŞ dollar pul vermiş, lakin Səməd vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Sonradan Səməd və əmisi Fəda həmin pulun müqabilində Eldənizə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində torpaq sahəsi təklif etmişdir. Belə ki, Eldənizin xahişi ilə o, Eldəniz ilə birlikdə Binə qəsəbəsində «Mübariz İbrahimov» adına stadionun yaxınlığında yerləşən 5 sot boş torpaq sahəsinə baxmağa getmişdir. Orada Səmədin əmisi Fəda adlı şəxs ilə torpaq sahəsinin yaxınlığında görüşmüşlər. Söhbət əsnasında Fəda torpaq sahəsim göstərərək həmin torpaq sahəsini Eldənizə verəcəyinə vəd vermişdir. Lakin sonradan Səməd, atası Hüsaməddin və Səmədin əmisi Fəda verdiyi vədlərə əməl etməmişlər. Səməd də hazırki vaxta kimi Eldənizdən aldığı pulu geri qaytarmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, tanıyır. X1 işlədiyini bilsə də lakin onun hansı şöbədə işlədiyini bilməmişdir. Sonradan Səmədin qızıl qabları alıb satmaqla məşğul olduğunu öyrənmişdir. 2019-cu ilin payız aylarında Səməd iki dəfəyə olmaqla ondan hazırda sayını xatırlamadığı qədər qızıl qabları alıb pulunu verəcəyini demişdir. Təxminən 10-15 gün ərzində Səməd ondan aldığı qızıl qabların pulunu tam şəkildə ona ödəmiş və həmin məbləğ təxminən 9000 ABŞ dolları təşkil etmişdir. Cinayət işinin 1-ci cildinin 04-05-ci vərəqlərində olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərmiş olduğu xüsusatları bır daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 92-94-cü vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 142-146-cı vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cildinin 16-17-ci vərəqlərində olan protocol və qərardan görünür ki, 09 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs atası Hüsaməddin Səmədov Zərərçəkmiş şəxs ödənilməsi məqsədi ilə 3000 manat maddi ziyan ödəmiş və bu barədə cinayət işi üzrə protokol tərtib edilmiş, 09 sentybar 2021-ci il tarixli qərara əsasən 3000 manat pul vəsaiti depozit hesabına qoyulması üçün Bakı şəhər BBİ-nin Maliyyə və Plan şöbəsinə təhvil verilmişdir. Bu səbəbdən 3000 manat pul maddi sübut kimi tanınmış və Bakı şəhər BBİ-nin Maliyyə və Plan şöbəsinə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xususatları, Zərərçəkmiş şəxs qarşı dələduzluq etməməsini, sonuncudan faiz ödəmək şərti ilə borca pul alması barədə göstərdikləri iş materialları ilə öz təsdiqini tapmadığından həmin xususatlar cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə uydurulmuş, həqiqətə uyğun olmayan, obyektiv həqiqəti əks etdirməyən işin faktiki halları ilə uyğun gəlməyən özünü müdafiə üçün gətirilən dəlillər kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan protokol və qərarlardan görünür ki, 08 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 10.09.2021-ci il tarixli Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 16.09.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 162-165-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.14-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 08.09.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək olan 08 gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 20 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həb edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı mülki iddia verərək ona vurulmuş 55.250(əlli beş min iki yüz əlli) manat təşkil edən 32.500 ABŞ dolları məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 55.250 (əlli beş min iki yüz əlli) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Maddi sübut kimi tanınmış Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə və Plan Şöbəsinə təhvil verilmiş 3000 manat pul mülki iddianın ödənilməsinə yönəldilərək zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 08.09.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək olan 08 gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 20 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 55.250 (əlli beş min iki yüz əlli) manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Maddi sübut kimi tanınmış Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə və Plan Şöbəsinə təhvil verilmiş 3000 manat pul mülki iddianın ödənilməsinə yönəldilərək zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar