Məhkəmə qərarları › İş №1(101)-1709/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1709/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1709/2022 02.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1978-ci il tarixdə Ağsu rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 06 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 may 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilməmiş Məhəmməd adlı İran İslam Respublikası (bundan sonra: İran və ya İİR) vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 may 2022-ci il tarixdə, saat 14:00 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Məhəmməd adlı İİR vətəndaşı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində naməlum yerdə ağacın altında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,627 qram çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 06 may 2022-ci il tarixdə, saat 17:30 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin (bundan sonra: RPİ-nin PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü PŞ-nə gətirilib, saat 19:50-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd və həmin cibdə olan plastik flakonda 16 ədəd olmaqla cəmi 19 ədəd şəffaf sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,905 qram, 0,774 qram, 0,408 qram, 0,401 qram, 0,388 qram, 0,374 qram, 0,382 qram, 0,845 qram, 0,419 qram, 0,367 qram, 0,412 qram, 0,371 qram, 0,385 qram, 0,394 qram, 0,455 qram, 0,358 qram, 0,376 qram, 0,239 qram və 0,374 qram, ümumi təmiz çəkisi 9,627 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evdə dostu ilə birgə olduğu zaman qapı döyülmüş, dostu qapını açmışdır. Həmin vaxt 5-6 nəfər içəri daxil olmuş, onu bölməyə aparmışlar. Orada ona banka vermiş, həmin bankanı çəkiliş zamanı stolun üstünə qoymasını və bunun müqabilində ona kömək edib buraxacaqlarını bildirmişlər. O da polislərə inanıb, dedikləri kimi etmişdir. Onun üzərində cəmi 9 qram narkotik olmuş, qalan miqdar isə bölmədə artırılmışdır. Ona istintaqda təsir və təzyiq göstərilməmiş, istintaq təcridxanasına daxil olarkən xəsarətləri olmamış, nə də o, hansısa orqana şikayətlə bağlı müraciət etməmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü subay olmuş, əvvəllər məhkum olunmamış və uzun illər, avtomobil təmiri ustası işləmişdir. O, təxminən 3 il ərzində narkotik vasitə heroin əldə edib istifadə etmişdir. Narkomanlar öz aralarında heroinə «kakos» demişlər. Əvvəllər müxtəlif yerlərdə tanımadığı şəxslərdən heroin əldə etmişdir. Təxminən bir il bundan əvvəl sosial şəbəkədə Məhəmməd adlı İran vətəndaşı ilə tanış olmuş və Məhəmməd ona narkotik vasitə heroin almağı təklif etmiş və o da almağa razılıq vermişdir. Məhəmmədin +**********11 saylı nömrəsini özünün 055 *** ** ** saylı nömrə ilə işləyən mobil telefonunun kontaktında qeyd etmiş və kontaktın adını «maqazinprius-zapçasti» kimi yazmışdır. O, özü Məhəmmədin adını qəsdən telefonunda başqa ad yazmışdır ki, telefonu ələ keçərsə bilən olmasın. Məhəmməddən heroin istəyəndə sonuncu ona hər hansı bir kart nömrəsi göndərmiş və o da həmin kart hesabına terminal vasitəsilə pul göndərmiş və daha sonra Məhəmməd ona narkotiki qoyduğu yeri deymiş və əksər hallarda yerin şəklini whatsap vasitəsilə göndərmiş və o da oradan narkotik vasitə heroini tapıb götürmüşdür. Daha sonra o, Məhəmmədlə olan mesajları pozmuşdur. O, Məhəmməddən aldığı narkotik vasitəni əsasən özü istifadə etmiş, lakin bəzi hallarda dosttanış ondan narkotik istəyəndə o, onlara özündə olan heroindən təmənnasız vermişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 04 may 2022-ci il tarixdə o, yenə Məhəmmədlə əlaqə saxlayıb özü üçün narkotik vasitə heroin istəmişdir. Məhəmməd ona xatırlamadığı kart nömrəsi göndərmiş və o, həmin kart nömrəsinə 7-ci mikrorayonda olan dayanacaqlardan birində terminaldan 200 manat pul göndərmişdir. Sonra Məhəmməd ona heroini Badamdar qəsəbəsində bir yerə qoyduğunu bildirmiş, o da hazırda Badamdarda xatırlamadığı həmin yerə gedərək orada Məhəmmədin qoydurduğu plasmas qabı tapıb götürmüşdür. Həmin qabda narkotik vasitə heroin olmuş və o, qabı açanda orada 19 ədəd selllofan bükümdə narkotik vasitə heroin olduğunu görmüşdür. Məhəmmədin ona satdığı heroin bükümləri cəmi təxminən 9 qram olmuşdur. Məhəmməd həmin heroini ona bükümlər halında göndərmiş, lakin o, heroini büküm halında istəməmişdir. Heroin bükümlərini elə plasmas qabda cibində saxlamışdır. Həmin heroinlər iki gün ərzində onun cibində olmuş və o, imkan düşdükcə özü istifadə etməyi nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 06 may 2022-ci il tarixdə, saat təxminən 17:30 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsində olarkən polis əməkdaşları onu saxlamışlar. Polislər onun narkotik vasitədə şübhəli olduğunu bildirib onu 4-cü Polis şöbəsinə gətirmişlər. Orada ona vəkil dəvət olunmuş, o, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. İlk əvvəl ona təhqiqatçı üzərində nəsə qanunsuz bir əşya varsa təqdim etməsini təklif etmiş, o da şalvarının sağ yan cibindən içərisində heroin bükümləri olan plasmas qabı təqdim etmişdir. Daha sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparanda həmin cibdən 3 ədəd heroin bükümünü aşkar edib masanın üzərinə qoymuşlar. Onun yadına düşmüşdür ki, o, həmin qabda olan bükümlərdən 3 ədədini çıxarıb cibinə qoymuşdur. Təhqiqatçı həmin plasmas qabı açanda orada 16 ədəd heroin bükümləri olduğu məlum olmuşdur. Təhqiqatçı hər bir bükümü açaraq onun içərisində qəhvəyi rəngli heroin olduğunu görmüşdür. Ondan soruşulduqda o, həmin heroin bükümlərini İran vətəndaşından aldığını səmimi etiraf etmişdir. Daha sonra heroin bükümləri ağ zərfə qoyulub möhürlənmiş və protokol tərtib olunmuşdur, o da protokolu imzalamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, pulla narkotik satmamış, sadəcə özündə çox olanda dost tanış istəyəndə onlara pay vermişdir. İstifadəsində olan 055 *** ** ** saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan mesajlar ona yazılmış və o, digər şəxslərə yazmışdır. Özündə artıq narkotik vasitə olanda dost-tanış ondan narkotik istəyəndə onlara vermişdir. Eldar onun müştərisi olmuş, ondan narkotik istəmiş, o da X2 yönləndirmiş və Eldar da İranlının kartına pul vurub sonuncunun qoydurduğu narkotiki götürmüşdür. Həmin məsələdə onun bir marağı və təmənnası olmamışdır (iş vərəqə: cild İ, səh. 168-171). Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 may 2022-ci il tarixdə 4-cü Polis Şöbəsinə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla bölmə rəhbərliyinə məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verildikdən sonra ondan və 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə kiçik ispektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 may 2022-ci il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində saxlanılmış və sonuncunu 4-cü Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa onu təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şabalıdı rəngli, tünd göy qapaqlı plastmas materialdan olan qabı çıxardaraq masanın üstünə qoymuşdur. Daha sonra İsmayılın üzərinə axtarış zamanı şalvarının eyni cibindən 3 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təhqiqatçının təklifi ilə İsmayıl cibindən çıxan plastmas qabın qapağını açaraq içərisini boşaldıb 16 ədəd şəffaf sellofan bükümləri masanın üzərinə qoymuşdur. Təhqiqatçı hər bir bükümü açdıqda onların içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin cəmi 19 bükümdəki vəsitələrin nə olduğu soruşulduqda o, həmin vasitələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən «Samsung A12» markalı mobil telefonu da təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələri haradan əldə etdiyini soruşmuş, İsmayıl da narkotik vasitə istifadəçisi olduğunu, həmin bükümləri də İran İslam Respublikasının tanımadığı vətəndaşından öz istifadəsi üçün 200 manata alaraq üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və «Samsung A12» markalı mobil telefon zərfə qoyulub möhürlənmiş, onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması barədə» 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd və həmin cibdə olan plastik flakonda 16 ədəd olmaqla cəmi 19 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (iş vərəqə: səh. cild İ, səh. 31-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «diskə baxış keçirilməsi haqqında» 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs İsmayıl İsrafiloun üzrəində şəxsi axtarış aparılması və götürmə istintaq hərəkətinin gedişatının videogörüntülərinin yükləndiyi bir ədəd baxış keçirilmiş və həmin diskdə 2 ədəd videofayl olduğu müəyyən edilmişdir. Müddəti 16 dəqiqə 08 saniyə olan videofayla baxış zamanı müəyyən edilmişdir ki, 4-cü PŞ-nin təhqiqatçısı İsmayıl Qurbanov özünü təqdim edir və 06 may 2022-ci il tarixdə, saat 19:50-də şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlaması barədə məlumat verir. Təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, ekspert-kriminalisti, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs təqdim edir, videoçəkiliş aparıldığını elan edir. Daha sonra videoçəkiliş aparan ekspertkriminalistə və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şabalıdı rəngli, tünd göy qapaqlı plasmas qabı çıxardıb masanın üzərinə qoyur. Həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd “Samsung A12” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman onun şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan büküm aşkar edib masanın üzərinə qoyurlar. Təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs cibindən çıxarıb təqdim etdiyi plasmas qabı açıb içərisində olanları masanın üzərinə boşaldır, qabın içərisində 16 ədəd şəffaf sellofan büküm olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən götürülmüş ümumilikdə 19 ədəd bükümdə olan maddələr narkotik vasitə olan kakos dedikləri heroindir və onları öz istifadəsi üçün İran vətəndaşından 200 manata alıb əldə etmişdir. Təhqiqatçı tərəfindən bükümlərin hər biri açıldıqda onların içərisində qəhvəyi rəngli heroinə oxşar maddə olması məlum olur. Təhqiqatçı bükümləri və mobil telefonu ağ zərflərə qoyub möhürləyir və zərflərin üzərinə iştirakçılar imza edirlər. Təhqiqatçı videoçəkilişi protokol tərtib etmək üçün dayandırır. Müddəti 1 dəqiqə 4 saniyə olan ikinci faylda təhqiqatçının tərtib etdiyi protokolu iştrakçılar imzalayır və təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan edir (iş vərəqə: səh. cild İ, səh. 99-100). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan baxış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan CD diskə yüklənmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə aparılması barədə xx.xx.2022-ci il tarixli və baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokollara uyğundur (iş materiallarına əlavə olunmuşdur). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 6/2648 saylı, 07 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 173” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd plastik flakonda 19 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,905 qram, 0,774 qram, 0,408 qram, 0,401 qram, 0,388 qram, 0,374 qram, 0,382 qram, 0,845 qram, 0,419 qram, 0,367 qram, 0,412 qram, 0,371 qram, 0,385 qram, 0,394 qram, 0,455 qram, 0,358 qram, 0,376 qram, 0,239 qram, 0,374 qram, ümumi təmiz çəkisi 9,627 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 19 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiq olunan rəydən görünür ki, heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, heroinin ümumi təmiz çəkisi - 9,627 qram olmuş, 0,152 qram tədqiqata sərf edilmiş, qalıq çəki 9,475 qram olmuşdur (iş vərəqə: cild İ, səh. 43-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4319 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 128-129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2084 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: cild İ, səh. 130-132). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, baxış keçirilməsi haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Samsung A12” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, “Samsung A12” markalı mobil telefon işlək vəziyyətdədir, üzərində 055 *** ** ** saylı mobil nömrə vardır və “vatsap” proqramı da həmin nömrə ilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs istintaqa bildirdiyi narkotik vasitə və psixotrop maddələri əldə etdiyi Məhəmməd adlı İran vətəndaşının +**********11 saylı nömrəsi mobil telefonun yaddaşında “maqazin-prius-zapçasti” adı ilə qeyd edilmişdir. Həmin nömrədən Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə Badamdar qəsəbəsində narkotik vasitə gizlətməsi ilə bağlı mesajlar yazılmış və fotoşəkillər göndərilmişdir. Təqsirləndirilən şəxs isə həmin mesajları telefonda “Eldar-070” adı ilə qeyd edilmiş 070 *** ** ** saylı nömrəyə yönləndirmişdir, həmçinin 070 *** ** ** saylı nömrədən ona 51 manat ödənişlə bağlı qəbz şəkli göndərilmiş, Təqsirləndirilən şəxs qəbzin şəklini +**********11 saylı nömrəyə göndərmişdir. Tədqiq olunan protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Eldar adlı şəxsin onun müştərisi olduğunu, ondan narkotik istədiyi üçün o, Eldarın özünü də narkotik vasitə aldığı İranlı Məhəmmədə yönləndirdiyüini, Eldarın da İranlının kartına pul vurub sonuncunun Badamdara qoydurduğu narkotiki götürdüyünü, İran vətəndaşının +**********11 saylı nömrəsi ilə aralarında olan əvvəlki yazışmaları telefonundan sildiyini bildirmişdir. Nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, mobil telefonda əhəmiyyət kəsb edən faktların fotoşəkli çəkilərək 4 vərəqdə protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 140-144). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, sənədə baxış keçirilməsi haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, “Bakcell” şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 055 592 19 95 saylı mobil nömrəyə 01 iyul 2021-ci il tarixdən 07 may 2022-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş, «Baksell» şirkətindən daxil olmuş məlumatlarda isə Təqsirləndirilən şəxs istifadəsində olan 055 592 19 95 saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan onun müxtəlif şəxslərlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesajlar aşkar edilmişdir: xx-xx-2021 15:38:09 1.1.**********95 1.1.**********55 qaqaşım menim bir qram kolamı verde . patı matı istemirem xx-xx-2021 03:44:22 1.1.**********95 1.1.**********55 kerim o vir qrama gore . menim evimin remonti dayanip. seher duran xx-xx-2021 03:44:26 1.1.**********95 1.1.**********55 kimi tap menim malimi ver. uzaqi saat 12-e gelelegem malin dalican xx-xx-2021 18:41:14 1.1.**********95 1.1.**********55 gelirem size .ya pulu ya mali hazira vasqa sovet eleme xx-xx-2021 23:16:54 1.1.**********95 1.1.**********56 1.5 kola ? 50 manat pula? xx-xx-2021 21:38:15 1.1.**********95 1.1.**********00 temiz o5 olsun xx-xx-2022 23:42:04 1.1.**********95 1.1.**********40 Semur qaqaşim mənə tərəzi bu dəyiqə lazimdiye , sən mənim işdərimi nöşun sarvat eliuirsən axi? xx-xx-2022 13:57:55 1.1.**********95 1.1.**********55 Sobət 10 manat söbəti getmirə, (söyüş) bunun varyoxunu mən sənə adam kimi dedim ki pulu vurmaliyam. vura bilmədim (söyüş) oldim 5 qram malim (söyüş) yandi irannida .bir iki saata gğlirdin deyərdin 5 saata gələcəm , sənin sözuvə görə məndə sö, verdim qaldim (söyüş) vəziyətində xx-xx-2021 13:24:26 1.1.**********80 1.1.**********95 İsmayil salam. İmkan olsa cavab ver zengime xx-xx-2021 20:53:20 1.1.**********55 1.1.**********95 İsi qaqas cani sen menim qaqasimsan sene yalan istemirem danisim acigi sen ol dunen tema su icinde geldi cixdi gotrmedim qaytardig dala senin mende olna pulunda xerclendi getdi arada qaldi menim boynumda qoy menen sene 25 man borc olsun qaytaracam ya pulu yada bu gun uzagi sehere soz verib gekecek gelsin haqqi hesab ederik sen menim qaqamsan menimde qaqamin pulu hec kimde olmez uzagi xestelene biler veziyet beledi kurs qoydum sene basa dussende sagol dusmesende sagol bele de menen sene borc qalsin xx-xx-2021 20:55:55 1.1.**********55 1.1.**********95 Smsi sil telde saxlama temadan sobet var icinde naxadi sil her deqenin oz hokmu var xx-xx-2021 23:16:59 1.1.**********56 1.1.**********95 1.5 KOLA ? 50 M xx-xx-2021 07:57:11 1.1.**********56 1.1.**********95 Qaqa+borcuvuzu+niye+vermirsiz+teze+kanal+tapmisiz+meni+atdiz+2+plana+eybi+yox +caniviz+sax+olsun+bugunun+sabahida+var xx-xx-2022 14:07:10 1.1.**********55 1.1.**********95 On manata gore iranlı sene 5 qram atdisa o senin curbanlıgındı yaxsuki vermedin yoxsa oda ataciydi vererem ozve qalar xx-xx-2022 06:49:02 1.1.**********42 1.1.**********95 Qaqa oyaqsansa gelmek istəyirəm yanıva. 20 manat. Yarı daş. Alınırsa tez cavab de mənə. Qonağım getmək istəyir. Əgər yarı yoxdursa mənə saxladığın 03 də olar xx-xx-2022 11:03:54 1.1.**********24 1.1.**********95 Qardasim salam. Yetim dunen yata bilemisem lomkadan.cox pisem.bele pis cixmasin abzalovkan deyile mene tema veresen.mene elinen geldiyi qeder komeklik etmisen bunu danan kisi olmaz. Bax imkan varsa bu gunluk mene bir az veresen veziyyetden cixim (iş vərəqə: cild İ, səh. 124-125). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 19 ədəd bükümdə, ümumi təmiz çəkisi 9,627 qram təşkil edən heroin narkotik vasitəsi, sonuncunun istifadəsində olmuş 01 ədəd “Samsung” markalı, “A12” modelli mobil telefon, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri əks etdirən 1 ədəd CD formatlı disk və telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 9,475 qram narkotik vasitə heroin və 01 ədəd “Samsung” markalı, “A12” modelli mobil telefon saxlanması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 2 ədəd CD formatlı disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 151-158; 182). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş “Məhəmməd” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 174-177). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən 4 dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələr, keçirilmiş əməliyyat-axtarış tədbirləri və şahid ifadələri təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 126-127). Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 4319 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 06 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 may 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,475 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd və telefon məlumatlarını özündə əks etdirən bir ədəd - cəmi iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır; - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “A12” modelli mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110,00 (bir yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,475 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd və telefon məlumatlarını özündə əks etdirən bir ədəd - cəmi iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, “A12” modelli mobil telefon məhkum Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 110,00 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar