Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1709/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1970-ci il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, hazırda subay, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda da yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri seçilib hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs davamlı ailə münasibətləri zəminində yaranmış mübahisələrə arvadı Zərərçəkmiş şəxs günahkar bilib ona qarşı bəslədiyi nifrət hislərinin təsiri altında ondan qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib 11 yanvar 2024-cü il tarixdə, saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 76 ünvanına gələrək həmin mənzilin qonaq otağında yerləşən divanda uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə yenidən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı şalvarın cibində saxladığı təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxarıb hazır vəziyyətə gətirməklə Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə həmin bıçaqla qəsdən sonuncuya ardıcıl zərbələr endirib, nəticədə dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin 1 (bir) ədəd, sol çiyin qurşağı nahiyəsinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 1 (bir) ədəd və döş qəfəsi nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən, həmçinin sonuncunun boyun venalarının və arteriyalarının kəsilməsi ilə müşayiət olunan sol qulaqarxası nahiyəsinin 1 (bir) ədəd və boyun nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin xarici qanitirmə səbəbindən ölümünə səbəb olan dərəcəsinə görə həm ümumilikdə və həm də ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid yaralar kimi ümumilikdə altı ədəd xəsarət yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Onlar böyük qızları Şahid2 evləndirmişlər. Həyat yoldaşı Zərərçəkmiş şəxs Səma nişanlandırdıqdan sonra bir dəfə nişanı qaytardı, ikinci dəfə yenidən qızını evləndirmək lazım olduğunu dedikdə onunla razılaşmışdır. Qızı köçəndən bir ay sonra qızı cehizlərini yığıb gətirdi. O, beş ay həyat yoldaşından belə etməməsini xahiş etsə də, Pərvanə dediyindən dönmədi və ona qarışmamağını bildirdi. Daha sonra Zərərçəkmiş şəxs iki qızını da götürüb Bakı şəhərinə getmişdir. Həmin vaxt o işdə olmuşdur. O, evə qayıdan zaman onların evdə olmadığını gördükdə Pərvanəyə zəng etmişdir. Pərvanə isə cavabında yenidən ona onluq bir şeyin olmadığını deyib, ona qarışmamağı bildirdi. Daha sonra isə Pərvanə uşaqları qoyub, özü geri qayıtdı və ona onun işinə qarışmamağını bildirdi. O da Pərvanəyə evin kişisinin o, olduğunu demişdir. Növbəti dəfə o,evə gəldikdə Pərvanənin divanda uzandığını görmüşdür. O, içəri daxil olanda Pərvanə onu saymadı, heç uzandığı yerdən tərpənmədi. O, buna baxmayaraq Pərvanəyə bir daha qızları Səmanın yaşının az olduğunu, yenidən evli olduğu evə göndərmək lazım olduğunu bildirsə də Pərvanə onun işinə qarışmamağını dedi. Bundan sonra o, üzrəiəndə gəzdirdiyi bıçaqla Pərvavnəyə xəsarətləri yetirmişdir. Hadisə baş verən günü zərərçəkmişə xəsarət yetirdiyi bıçaq üzərində idi, lakin bıçaq daima üzərində olmur. Zərərçəkmiş şəxsi öldürmək niyyəti isə həmin gün yaranmışdır. Münaqişəli ailə kimi onları bölmədə qeydiyyata alıb-almadıqlarını bilmir, lakin həyat yoldaşı dəfələrlə “102” xidmətinə zəng etmişdi. Birinci zərbəni o, Pərvaninn boğaz nayihəsindən vurmuşdur. O, Pərvanəyə ümumilikdə 4-5 xəsarət yetirmişdir. Hadisəni törətdikdən sonra o, özü polisə könüllü təslim olmuşdur. Bölmədə könüllü təslim olmağı ilə bağlı protokol tərtib olunmuşdur. Hadisə 11 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 76 ünvanında baş verib. Uşaqlarına görə etdiyi əməldən peşmandır. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, mərhumə Zərərçəkmiş şəxs həyat yoldaşı olmuş, onunla 1992-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 4 övladı var. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğu ilk illər normal münasibətləri olsa da, təxminən 2-3 il sonra hadisə baş verən zamanadək münasibətləri yaxşı olmamış, tez-tez evdə aralarında mübahisə, dava-dalaş olmuş, lakin düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs onunla heç bir ciddi əsas olmadan çox vaxt evdə mübahisə, söz-söhbət yaratmış, o isə övladlarının xatirinə onun bu kimi mübahisələrinə göz yummuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs ilə aralarında ciddi mübahisələri qızı Səmanın boşanması olmuşdur. Belə ki, Pərvanə ana olsa da, qızının ailəsini dağıtmış, onu boşatdırdıqdan sonra isə əvvəlcə Bakı şəhərinin hansısa rayonunda kirayə tutduğu mənzildə yaşamasını istəmiş, lakin onun etiraz etməyindən bir neçə gün sonra Səma həmin mənzildən çıxaraq gəlib onlarla birgə və bəzən də qardaşı Amətin evində yaşamışdır. Şahid2 ailəsinin dağılmasında günahı həyat yoldaşı Zərərçəkmiş şəxs gördüyü üçün onu bağışlamamış, tez-tez aralarında buna görə sözlü mübahisələri yaranmışdın. Zərərçəkmiş şəxs qızı Şahid2 boşanmasında səbəbkar olduğunu düşündüyü üçün artıq bezmiş 6-7 ay idi ki, Zərərçəkmiş şəxs öldürmək istəmişdir. Hətta böyük oğlu Şahid3 da zəng edib demişdir ki, “ananla yola getmirik, mübahisə edir, imkan vermir rahat yaşayam”. Lakin Şahid3, eləcə də digər şəxslərə Zərərçəkmiş şəxs öldürmək istəməsini deməmiş, bu haqda heç kimin heç bir məlumatı da olmamışdır. Zərərçəkmiş şəxs ilə aralarında olan ümumi mübahisələrlə bağlı Şahid3la danışdığı üçün Şahid3 xx.xx.2024-cü il tarixdə artıq Rusiyada Federasiyasından Bakı şəhərinə gəlmiş, lakin hələ görüşməmiş, heç bir söhbət etməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 07 radələrində o, yuxudan oyanıb evdən çıxaraq işə getmiş, oğlu Şahid4la eyni müəssisədə işləsə də müxtəlif sexlərdə işlədiyi üçün həmin gün onunla iş yerində görüşməmiş, saat 16:30 radələrində işdən çıxaraq təkbaşına yaşadığı Qobustan qəsəbəsinə gəlmişdir. Qəsəbənin ərazisində xeyli öz-özünə tək olaraq gəzmiş və bu vaxt da qəti qərara gəlmişdir ki, gedib arvadı Pərvanəni evdə bıçaqlıyıb öldürəcək. Bu barədə heç kimə heç nə demədən saat təxminən 19 radələrində evə gəlmiş, darvazanı döymüş və azyaşlı qızı Şahid1 darvazanı açmışdır. İçəri, həyətə keçərək qızı ilə mehriban görüşüb üzündən öpmüş, ondan evdə kimin olub-olmadığını soruşmuş, o da “mamam qonaq otağındadı, qaqam isə öz otağında yatır” deçmişdir. Bu vaxt Şahid1 “Sən keç qardaşıyın otağına, mən gəlirəm” demiş, evin giriş qapısından içəri keçdikdən sonra Şahid1 sol tərəfdə olan otağa, yəni oğlu Şahid4 yatdığı otağa girib otağın qapısını örtmüş, o isə sağ tərəfdə olan qonaq otağına girib qonaq otağının qapısını əli ilə çəkib örtmüş, lakin açarla içəridən bağlamamışdır. Qonaq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs başqa heç kim olmamış, Zərərçəkmiş şəxs divanda uzanıqlı olmuş, lakin yatmamışdır. Onun otağa girdiyini görsə də Zərərçəkmiş şəxs ayağa qalxmamış, divanda uzanmağa davam etmiş, əlindəki mobil telefona baxmaqda davam etmişdir. Yaxınlaşıb Zərərçəkmiş şəxs baş nahiyəsinin yaxınlığında, ayaq üstə dayanaraq ona uca olmayan səslə “Niyə belə hərəkətlər edirdin, niyə belə səhvlərə yol verirdin?” demiş, Zərərçəkmiş şəxs isə eyni səs tonu ilə “Yaxşı eləmişəm, sənlik heç nə yoxdu, nə edirəmsə düz edirəm, sən kimsən ki?” sözlərini demişdir. Zərərçəkmiş şəxs bu sözlərindən sonra əsəbləşərək cibində əvvəllərdən gəzdirdiyi, bir tərəfi qara rəng, digər tərəfi yaşıl rəngli olmaqla üzərində insan başı skeleti naxışları olan, avtomatik qatlanan, düyməli (knopkalı) cib bıçağını çıxardaraq düyməsini-knopkasını basmış, bıçağın tiyəsi avtomatik olaraq açılmış, yəni bıçağı hazır vəziyyətə gətirmiş və qəflətən, divanda uzanıqlı halda olan həyat yoldaşı Zərərçəkmiş şəxs sol tərəfdən çiyin, boyun nahiyələrinə, yuxarıdan aşağı istiqamətdə olmaqla bir neçə dəfə bütün gücü ilə bıçaqla möhkəm zərbələr vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs heç bir səs gəlməmiş, lakin Zərərçəkmiş şəxs bıçaqla vurduğu xəsarətlərin yerindən, əsasən də boyun hissəsindən “fışqırtı” ilə qan ətrafa səpələnmiş, divanın üstünə və divanın arxası istiqamətdən divara qan sıçramışdır. İlk zərbələrdən sonra Zərərçəkmiş şəxs divandan ayağa qalxmaq istəmiş, lakin o, zərbələrini davam etdiyi vaxt Zərərçəkmiş şəxs divanın qarşısı istiqamətindən döşəmənin üzərinə yıxılmışdır. Zərərçəkmiş şəxs bıçaqla ümumilikdə 5-6 dəfə zərbə vurmuş, lakin ona şillə və ya təpiklə heç bir zərbə vurmamışdır. Döşəmənin üzərinə yıxıldıqdan sonra isə bıçağı da götürüb qatlayaraq cibinə qoymuş və qonaq otağının qapısını açıb dəhlizə çıxmışdır. Həmin vaxt ətrafda heç kimi görməmiş, qonaq otağının qapısını əli ilə çəkib örtərək həyətə çıxmaqla darvazadan yola tərəf çıxmışdır. Yol ilə bir neçə addım getdikdən sonra isə böyük oğlu Şahid3 qaça-qaça həmin evə tərəf gəldiyini görmüş və yanına çatdıqda ona bir kəlmə ilə “Ata nə etdin sən?” demiş, o da “öldürdüm” demiş, piyada olaraq yoluna davam etmişdir. Qobustan qəsəbəsi ərazisində bir az gəzmiş, gedib dəmiryolunda oturmuş, sonra isə ayağa durub yoluna davam etmiş, yadında qalmayan hansısa mağazadan yarım litrlik butulkada satılan hansısa araqlardan birini almış və butulkanı başına çəkərək bir qədər içmiş, təxminən 2-3 saat qəsəbənin ərazisində tək olaraq gəzdikdən sonra isə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gedərək könüllü təslim olmuşdur. Əməlindən peşmandır, lakin arvadı Zərərçəkmiş şəxs özü onu bu cinayəti törətməyinə vadar etmiş, onu çox bezdirmiş, öz hərəkətləri ilə çox əsəbləşdirmiş, qızı Səmanın boşanmasından sonra isə Zərərçəkmiş şəxs günahkar, səbəbkar olduğunu düşünmüş və onu öldürmək qərarına gələrək bir neçə ay onu öldürəcəyini düşünmüş, nəticədə isə xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı evin qonaq otağında Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs xəsarətlər yetirərək öldürdüyü bıçağı təxminən 4-5 ay bundan əvvəl xatırlamadığı hansısa mağazadan almış və cibində gəzdirmişdir. Bıçağı almaqda məqsədi cib bıçağı kimi üzərində gəzdirmək, lazım olanda meyvə-tərəvəz soymaq olmuş, yəni bıçağı konkret olaraq Zərərçəkmiş şəxs öldürmək üçün almamış, bıçağın bir tərəfi qara rəng, digər tərəfi yaşıl rəngli olmaqla üzərində insan başı skeleti naxışları olmuş, bıçaq bütövlükdə dəmir materialdan olmaqla avtomatik qatlanan, düyməli (knopkalı) cib bıçağı olmuş, tiyəsinin uzunluğu 10-11 sm, dəstəyinin uzunluğu 11-12 sm olmaqla ümumi uzunlu 21-22 sm ölçüdə olmuş, bu bıçağı mən hadisədən sonra gətirib 11-ci polis bölməsinin əməkdaşlarına vermişdir. Zərərçəkmiş şəxs xəsarət yetirməzdən əvvəl ona qarşı əsəbi halda olmuş, çünki artıq onu öldürmək qərarına gəlmiş və evə də elə bu məqsədlə gəlmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla öldürsün. Zərərçəkmiş şəxs isə həmin vaxt qonaq otağındakı divanda uzanıqlı olmaqla mobil telefonunu ilə məşğul olmuşdur. Bıçaqla Zərərçəkmiş şəxs sol boyun, çiyin nahiyələrinə yuxarıdan aşağı olmaqla zərbələr vurduğu vaxt sonuncu qışqırmamış, lakin bir neçə zərbədən sonra ayağa qalxmaq istəmiş, zərbələrini davam etdirərək yenidən vurmuş, bu zaman o, divanın qarşısına, otağın döşəməsinin üzərinə yıxılaraq orada qalmışdır. Zərərçəkmiş şəxs öldüyünü dəqiq bilməsə də vurduğu həmin zərbələrin təsirindən onun sağ qala bilməyəcəyini, öləcəyini düşünmüş, bu səbəbdən də onu orada qoyub otaqdan getmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuran zaman otaqda başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs öldürdüyü zaman hadisənin baş verdiyi yer olaraq qonaq otağının qapısı bağlı olmuş, eləcə də azyaşlı qızı Şahid1 ilə oğlu Şahid4 evdə olsalar da, onlar başqa otaqda olmuş, Zərərçəkmiş şəxs öldürməsini görməmişlər. Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürməyi ilə bağlı heç kim ona kömək etməmiş, bu niyyəti barədə heç kimin məlumatı olmamışdır. Qəfləti olaraq Zərərçəkmiş şəxs zərbələr vurmağa başlamış, bu səbəbdən də sonuncunun ona qarşı müqavimət göstərmək və ya qarşılıq vermək üçün heç bir imkanı olmamışdır. Zərbələr vurmaqda məqsədi Pərvanəni Zeynalovanı öldürmək olmuş, ancaq Zərərçəkmiş şəxs zərbələr vuranda sonuncu onu nalayiq söyüşlərlə təhqir etmiş, bir sözlə, ona qarşı heç bir müqavimət göstərməmiş, bir neçə zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs divandan döşəmənin üzərinə yıxılmış, döşəməyə yıxıldıqdan sonra onun öldüyünü fikirləşib zərbə vurmağı dayandırmış, sonra da otaqdan çıxmışdır. Otağın işığı sönülü olsa da çox da qaranlıq olmamış, hər şey görünmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi X5 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs kiçik bacısı olmuş və o, xx.xx.2024-cü il tarixdə məlum hadisə nəticəsində əri Təqsirləndirilən şəxs tərəfindən öldürülmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla ailə həyatı qurduqları ilk 2-3 il ərzində münasibətləri normal olsa da, sonradan münasibətləri yaxşı olmamış, tez-tez evdə aralarında mübahisə, dava-dalaş olmuşdur. Bir neçə dəfə Zərərçəkmiş şəxs boşanmaq da istəmiş, lakin buna imkan verməmişlər ki, ailəsini qorusun. Sonuncu dəfə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında ciddi mübahisənin səbəbi qızı Səmanın boşanması olmuşdur. Şahid2 Təqsirləndirilən şəxs razılığı ilə ailə həyatı qurmuş, lakin həyat yoldaşı ilə yola getmədikləri üçün Zərərçəkmiş şəxs Şahid2 geri qaytarmış, ailələri dağılmışdır. Təqsirləndirilən şəxs da Şahid2 ailəsinin dağılmasında günahı Zərərçəkmiş şəxs gördüyü üçün tez-tez aralarında buna görə sözlü mübahisələri yaranmışdır. O da Şahid2 boşanmasına görə bacısı Zərərçəkmiş şəxs incimiş, hadisə baş verən gübnədək 4-5 ay olardı ki, küsülü olmuşlar. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürüməsini eşitmiş, dərhal onların yaşadığı evə getmiş, həmin vaxt artıq orada çoxlu sayda qəsəbə sakinləri, qonşular, qohumlar, eləcə də polis əməkdaşları olmuşdur. Orada olanda eşitmişdir ki, Təqsirləndirilən şəxs saat 19 radələrində evə gəmiş, balaca qızı Səda ilə həyətdə görüşmüş, Sədanı o, biri otağa, qardaşı Qamətin yanına göndərmiş, Səda evin yataq otağında yatılı vəziyyətdə olan qardaşı Qamətin yanına getmiş, bundan sonra Təqsirləndirilən şəxs qonaq otağına keçmiş, orada bacısı Zərərçəkmiş şəxs bıçaqla bir neçə zərbə vuraraq öldürmüşdür. Həmin vaxt onların arasındakı mübahisənin səbəbinin konkret olaraq nə olduğunu bimir, bu haqda heç nə eşitməmişdir. Təqsirləndirilən şəxs bıçaqla bacısı Zərərçəkmiş şəxs vuraraq öldürməsi ilə bağlı törətdiyi hadisəni həmin vaxtlar onların qızı Səda və ya oğlu Qamətin görməsi, hadisənin onların gözləri qarşısında baş verməsi haqda heç nə bilmir, eşitməmişdir. Şahid4 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə onun atasıdır. Özü 11 yanvar 2024-cü il tarixdə saat 4 radələrində işdən çıxıb Qobustan qəsəbəsi, Massiv 1, ev 76 ünvanında yerləşən yaşadığı evə gedib yatmış, oyandıqdan sonra hadisənin baş verdiyini görmüşdür. Hadisəni törətdikdən sonra atası Zaman könüllü formada polisə təslim olmuşdur. Hadisə olmamışdan əvvəllər də atası ilə anası arasında hər zaman münaqişələr olub. Anasının əlində heç bir kəsici alət görməmişdir. O, yuxudan oyananda artıq atası evdə olmamışdır. Eevdə bacısı, qardaşının həyat yoldaşı və körpə uşaqlar var idi. Dayısı heç vaxt atası ilə anasının arasındakı söz-söhbətə qarışmayıb. Anası Zərərçəkmiş şəxs qan içində yerdə yatdığını görmüşdür. Hadisənin səbəbi ailə münaqişəsi olmuşdur. Bacısı Səmanı həyat yoldaşından ayırıb evə gətirən anası olub. Lakin bu zaman bacısı Səmanın da razılığı olub. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. Ağlı kəsdiyi vaxtlardan atası ilə anasının münasibətləri yaxşı olmamış, tez-tez evdə aralarında mübahisə, dava-dalaş olmuş, birbiri ilə heç bir ciddi əsas olmadan, ailə məişət zəminində mübahisə, söz-söhbət yaratmışlar. Sonuncu dəfə anası ilə atasının arasındakı ciddi mübahisənin səbəbi bacısı Şahid2 boşanması olmuşdur. Təqsirləndirilən şəxs Şahid2 ailəsinin dağılmasında günahı Zərərçəkmiş şəxs gördüyü üçün tez-tez aralarında buna görə sözlü mübahisələri yaranmışdır. xx.xx.2024-cü il tarixdə 16:10- 16:20 radələrində işdən çıxıb tək olaraq yaşadıqları evə gəlmişdir. Evdə heç kimi görməmiş, yataq otağına keçərək yatdmışdır. Təxminən 3 saatdan sonra, yəni təxminən saat 19 radələrində qışqırıq səsinə oyanmış və çarpayıdan durub qonaq otağına keçəndə anası Zərərçəkmiş şəxs qan içində olmaqla divanın yaxınlığı istiqamətindən otağın döşəməsində, kürəyi üstə uzanıqlı vəziyyətdə qalmasını, tərpənmədiyini, xalçanın üzəri, divanın üstünün də qana bulaşdığını görmüşdür. Anası Zərərçəkmiş şəxs sol tərəfdən boyun nahiyəsində kəsik xəsarəti olmasını görmüşdür. Qardaşı Şahid3 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öldürməsini demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla öldürməsini bacısı Şahid1 və ya başqa şəxsin görməsini bilmir. Şahid1 hadisə barədə soruşduqda o, hadisəni görmədiyini demişdir. O, cinayətin aləti olan bıçağı görməmiş, necə bir bıçaq olduğunu və bu bıçağı Təqsirləndirilən şəxs haradan almasını bilmir. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini şəxsən özü görməmişdir. Şahid3 ifadələrində göstərdi ki, 11 yanvar 2024-cü il tarixdə atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirib. Anası Zərərçəkmiş şəxs “nevroz” xəstəliyindən əziyyət çəkdiyinə görə ailədə hər zaman münaqişələr olurdu. Bacısı Şahid2 həyat yoldaşından ayrılması məsələsi anasıyla atası arasında ciddi problemlərə səbəb olmuşdu. Özü Rusiya Federasiyasından Azərbaycan Respublikasına yeni qayıtmışdı, evdə yatdığı zaman səs-küyə oyanmış və atası Təqsirləndirilən şəxs qarşısına çıxıb həmin hadisəni törətdiyini bildirmişdir. Hadisə yerinə çatanda artıq anası Zərərçəkmiş şəxs xəsarətlər nəticəsində dünyasını dəyişmişdi. Hadisə olan zaman evdə iki nəfər var idi, həmin vaxt o, hadisə törədilən evdən üç metr uzaqlıqda olan evdə olmuşdur. Atasını görəndə onun əlində heç bir kəsici alət görməmişdim. Qaranlıq olduğuna görə atasının üzərində qan izi görməmişdir. Atasını görəndə Təqsirləndirilən şəxs ona anasına xəsarət yetirərək onu öldürdüyünü dedi. Hadisədən sonra anası üzü yuxarı vəziyyətdə uzanıqlı idi. Yerdə bıçaq görməmişdir. Hüquq-mühafizə orqanlarına məlumatı həkimlər vermişdir. Həkimi həyat yoldaşı Şahid5 çağırmışdı. Anası ilə atasının arasında dəfələrlə mübahisələr olub. Atası əvvəlcədən anasını qətlə yetirmək niyyətinin olması ilə bağlı onlara heç bir məlumat verməmişdir, sadəcə atası hər zaman anası ilə yaşaya bilmədiyini bildirirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ifadələrində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun anası olmuş, Təqsirləndirilən şəxs isə atasıdır. Onlarla münasibətləri yaxşı olmaqla aralarında ədavət, düşmənçilik, dava-dalaş halları olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrində dərsdən çıxaraq yaşadıqları evə tərəf getmiş, anası Zərərçəkmiş şəxs da yola çıxmaqla məktəbə tərəf gələrək onu yolda qarşılamış və ikisi birlikdə evə getmişlər. Qardaşı Şahid4 da evdə, öz yataq otağında yatılı olmuş, işdən gəlib yatmışdır. Evin qonaq otağında anası ilə birgə oturub televizorda kinoya baxmış, anası otağın işığını söndürməsini demiş, o da işığı söndürmüşdür. Elə həmin vaxtlar anasıdivanda uzanıb telefonu əlinə alaraq baxmağa başlamışdır. Təxminən axşam saat 21 radələridə anası Zərərçəkmiş şəxs ondan çay istəmiş, mətbəxə tərəf gedəndə həyətin darvazasının döyüldüyünü eşitmiş,Zərərçəkmiş şəxs ona qapını açmasını demiş, o da darvazanı açmış, atası Təqsirləndirilən şəxs gəlməsini görmüş, onun kefsiz olduğunu hiss etmişdir. Birlikdə gəlib evə qalxmışlar. Qapıdan içəri girib dəhlizdə olanda atası Təqsirləndirilən şəxs onda “sən get o biri otağa, mənim mamanla işim var” demiş, o da qardaşı Şahid4 yatdığı otağa keçmək üçün mətbəxə getmiş, atası Təqsirləndirilən şəxs isə qonaq otağına, Pərvanə Zenalovanın olduğu otağa girib qapını əli ilə çəkib tam şəkildə örtmüşdür. Bu vaxt o, dəhlizə qayıtmış, dəhlizdə dayanıb onları dinləmiş, lakin mübahisə səsi eşitməmiş, heç bir danışıq, səs gəlməmişdir. Təxminən 2-3 dəqiqə dinlədikdən sonra isə qəflətən iki dəfə anası Zərərçəkmiş şəxs “ay” deyə qışqırıq səsini eşitmiş, başqa heç nə eşitməmişdir. Qonaq otağına girməyə qorxduğu üçün tez qaçıb Şahid4 silkələyib oyatmağa çalışmış, Şahid4 oyanmamış, bundan sonra mən dəhlizlə gəlib qonaq otağının qapısını açaraq otağa girmiş, otaq hələ də qaranlıq olmuş, girən kimi işığı yandırmış və atası Təqsirləndirilən şəxs otağın giriş qapısının sol tərəfindən yaxınlığında dayanmasını, anası Zərərçəkmiş şəxs isə otağın baş tərəfində, divanın yaxınlığı istiqamətindən döşəmənin üzərində kürəyi üstə uzanıqlı vəziyyətdə dayanmasını görmüşdür. Həmin vaxt anası Zərərçəkmiş şəxs tərpənməmiş, gözlərinin ağı görünmüş, ağzı azca açıq qalmış, sifəti, qolları, paltarları, döşəmədəki xalçanın üstü qana bulaşmışdır. Tez qışqırıb həyətə tərəf qaçmışdır ki, qardaşı Şahid3 xəbər etsin. Arxasınca atası Təqsirləndirilən şəxs da həyətə çıxmış, lakin həmin vaxt o, artıq darvazanın yanına çatmışdır. Atası Təqsirləndirilən şəxs ona “getmə, qaçma” demiş, bu vaxt çönüb arxaya baxmış, Təqsirləndirilən şəxs pilləkənlərin yanında ayaqqabısını geyinməsini görmüş, lakin dayanmadan qaçaraq ağlaya-ağlaya qardaşı Şahid3 evinə getmiş, onlara atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs vurub öldürməsini demişdir. Həmin vaxt Şahid3 hadisə baş verən evə tərəf qaçmış, ardınca hamısı birgə evə tərəf qaçmış, evdə olan zaman Şahid3 arvadı Şəkər Zeynalova təcili yardıma zəng edərək həkim çağırmış, o isə bacısı Şahid2 telefonla hadisə barədə məlumat vermiş, daha sonra Şəkər Zeynalov digər otaqda yatılı olan qardaşı Şahid4 yuxudan oyatmış, bir neçə dəqiqə sonra isə bacısı Səma Zeynalov da həmin yerə gəlmiş, bundan sonra isə təcili yardım həkimləri gələrək müayinə etmiş və anası Zərərçəkmiş şəxs artıq ölməsini bildimişlər. Şahid1 əlavə olaraq göstərmişdir ki, atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürməsi hadisəsini şəxsən özü görməmiş, həmin vaxtlar anasının qışqırıq səsini eşidib əvvəlcə qardaşı Şahid4 yuxudan oyatmağa çalışmış, lakin oyada bilməyərək gəlib qonaq otağına girib işığı yandırdığı zaman artıq anası Zərərçəkmiş şəxs qan içində döşəmənin üzərində uzanıqlı, tərpənməz vəziyyətdə olduğunu görmüşdür. Hadisənin baş verdiyi zaman orada olmasa da və hadisə onun gözləri qarşısında baş verməsə də, hadisənin qurtarmasından dərhal sonra qonaq otağına girən ilk şəxs o olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 19-20 radələrində yaşadığınız evin qonaq otağında anası Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs arasında mübahisə olubolmadığını, olubsa bu mübahisənin səbəbinin konkret olaraq nə olduğunu, onların hansı səbəbdən mübahisə etdiklərini, atasının nə səbəbə anası Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürməsini bilmir, bu haqda heç bir məlumatı yoxdur. Anası Zərərçəkmiş şəxs meyitini hadisə baş verdikdən dərhal soma gördüyü üçün anasının Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurularaq öldürülməsini bilir. Lakin həmin bıçağı atasında görməmiş, necə bir bıçaq olduğunu və bu bıçağı atası Təqsirləndirilən şəxs haradan almasını bilmir. Hadisədən sonra da atası Təqsirləndirilən şəxs qonaq otağında görmüş, həmin vaxt onun əlində hər hansı bıçaq və ya digər kəsici alət görməmişdir. Hadisə baş verən vaxt atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs tək olmuş, onların yanında başqa heç kim olmamış, olduqlarıqonaq otağının qapısı bağlı olmuş, işığı sönmüş vəziyyətdə olmuş, qardaşı Şahid4 evin yataq otağında yatılı vəziyyətdə olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər Şahid5, Şahid3 və Şahid2 Şahid4 göstərdiklərini təsdiq edərək onun ifadələrində göstərdiyi hallara oxşar məzmunda ifadələr vermişlər. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: İbtidai istintaqı zamanı iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs divanda arxası üstə, başının altında yastıq, üstündə isə ədyal sərili vəziyyətdə üzü ona tərəf uzanıqlı olmuş, daha sonra isə düyməsini basaraq bıçağı açıb cibində hazır vəziyyətə gətirmiş, uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs tərəf əyilərək sonuncunun baş nahiyəsindən tutub sağ əlində olan bıçaqla onun boğaz nahiyəsinə və boğaz ətrafı nahiyələrinə udarla 5-6 bıçaq zərbəsi vurmuşdur. Məhkəmə- tibbi ekspertizasının məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 07 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə zamanı sonuncunun bədəni üzərində, bir ədəd boyun venalarının və arteriyalarının kəsilməsi ilə müşayiət olunan sol qulaqarxası nahiyənin , bir ədəd boyun nahiyəsinin yuxarı 1/3-nin sol yan səthinin, bir ədəd sol bazu nahiyəsinin yuxan 1/3-nin ön səthinin, bir ədəd sol çiyin qurşağının arxa səthinin, bir ədəd sol kürək sümük proyeksiyasının, bir ədəd döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində ll-lll qabırğaarası sahədə daxilə nüfuz etməyən eşilmiş-kəsilmiş yara xəsarətləri aşkar edilmişdir.Həmin xəsarətlər Zərərçəkmiş şəxsmn ölümü ilə birbaşa səbəbli əlaqəli olmaqla, ölümündən az əvvəl deşici - kəsici əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri mümkündür. Yuxarıda qeyd olunan xəsarətlərdən boyun venalarının və arteriyalarının kəsilməsi ilə müşayiət olunan sol qulaqarxası nahiyəsinin 1 (bir) ədəd və boyun nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, sol bazu nahiyəsinin 1 (bir) ədəd, sol çiyin qurşağı nahiyəsinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 1 (bir) ədəd və döş qəfəsi nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətərinə malikdirlər. Yuxarıda qeyd oiunan deşiimişkəsiimiş yaraiadan başqa mərhumə Zərərçəkmiş şəxs bədən səthində digər xəsarət və xəsarət izi aşkar olunmamışdır. Mərhumə P.Ş. Zeynalovamn bədən səthində aşkar olunmuş xəsarətlər ekspertizaya maddi sübut kimi təqdim olunmuş bıçaq və ya ona oxşar xüsusiyyətlərə malik digər bıçaq təsirindən törənmələri mümkündür. Mərhumə Zərərçəkmiş şəxs ölümünə səbəb boyun venalarının və arteriyalarının kəsilməsi ilə müşaiyət olunan sol qulaqarxası nahiyəsinin 1 (bir) ədəd və boyun nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları nəticəsində baş vermiş kəskin xarici qanitirmə olmuşdur. Mərhumə Zərərçəkmiş şəxsmn bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlərdən sol qulaqarxası və boyun nahiyələrinin deşilmiş-kəsilmiş yaralarının yara kanalları yuxarıdan aşağı bir qədər çəp arxadan önə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhumə Zərərçəkmiş şəxsmn ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (meyit xx.xx.2024-cü il tarixdə saat 00:20-də müayinə olunmuşdur) 2-4 saat əvvəl baş vermişdir. Mərhumə Zərərçəkmiş şəxsmn bədəni üzərində aşkar edilmiş xəsarətlərlə hadisə zamanı onun əynində olan paltarlardaki zədələr sayına və yerləşmə nahiyələrinə görə bir - birinə uyğundur. Mərhumə Zərərçəkmiş şəxsmn bədən səthində aşkar edilmiş xəsarətlərin yerləşmə yerini və yara kanallarının istiqamətini nəzərə alıb güman etmək olar ki, xəsarət yetirən şəxs zərbələri yetirərkən mərhumənin arxa sol tərəfinə meyilli olmuşdur. Mərhumə Zərərçəkmiş şəxsmn meyitinin məhkəmə-tibbi müayinəsi zamanı meyit əlamətlərinin inkişafı fonunda onun qeyri-təbii yolla cinsi əlaqədə olması təsdiqini tapmamışdır. Məhkəmə-bioloji tədqiqat zamanı mərhumənin uşaqlıq yolunda və arxa keçəcəkdən götürülmüş tampon və yaxmada spermatozoidlər aşkar olunmamışdır (xx.xx.2024-cü il tarixli 9/06 saylı AKT). Mərhum Zərərçəkmiş şəxs meyitinin daxili müayinəsi zamanı onda hamiləlik əlamətləri aşkar edilməmişdir. Mərhumə Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (146/K saylı, xx.xx.2024-cü il tarixli AKT). Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 206/2024-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki. ekspertizaya təgdim edilmiş bir ədəd bıcagın, P.Ş. Zeynalovaya məxsus qadın koftası, Z.M. Zeynalova məxsus gödəkçə, 02 ədəd kosmetik cubuqlu pambıq tamponlar, 01 ədəd pambıq tampon üzərində insan qanı ləkələri aşkar olunmuş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Ekspertizaya təqdim edilmiş Z.M. Zeynalova məxsus bir ədəd sviter üzərində qan, P.Ş. Zeynalovaya məxsus qadın şalvarı, qadın trusiki, bir cüt corab, Z.M. Zeynalova məxsus cins şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji eskpertizasının xx.xx.2024- cü il tarixli, 478 nömrəli rəyinə əsasən, müvafiq olaraq; Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə; Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifəiərini yerinə yetirmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. İnadkarlıq, emosionallıq, tələbkarlıq, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əməlini törətdiyi zaman emosional asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman psixi- emosional vəziyyətində qəzəb, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. X6 cinayəti törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1196 saylı materialların məhkəmə ekspertizası rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və bıçağın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən sviterin üzərindən aşkar edilmiş, qəhvəyi rəngli poliester lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən koftanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliester lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən koftanın tərkib liflərinə uyğun gəlirlər. Həmin bu bir ədəd bıçağın üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmə balistik və məhkəmə trasoloji ekspertizasının 27 mart 2024-cü il tarixli, 3-16-16/2- 3/370; 3/357 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, uzunqol donun, şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş uzunqol donun səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib- kəsilmə zədələridir. Belə predmetə tiyəsi (tiyənin ölçüləri əsasında) həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən uzunqol donun səthində olan zədələrin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş uzunqol donun səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş uzunqol donun material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Təqdim edilmiş üzərində “Mərhum Zərərçəkmiş şəxs” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın səthində olan zədə isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədənin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 07 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş üzərində “Mərhum Zərərçəkmiş şəxs ” yazıları olan bağlamadan aşkar edilmiş donun səthində olan zədələr müqayisə edilmiş, müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində yerləşən “Döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində ” xəsarətləri ilə təqdim edilmiş donun səthində olan zədələr yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. Tədqiqata təqdim edilmiş üzərində "Mərhum Zərərçəkmiş şəxs" yazıları olan bağlamadan aşkar edilmiş alt tumanın, bir cüt corabın, üzərində “Təqsirləndirilən şəxs edilmiş gödəkçənin, köynəyin, şalvarın səthində trasoloji zədə aşkar edilməmişdir 14 aprel 2024-cü il tarixli qərarla hadisə yerinə baxış zamanı cinayət hadisənin baş verdiyi evin qonaq otağındakı divanın, otağın divarının və otağın döşəməsindəki xalçanın üzərindən qanabənzər ləkələrdən nümunələr, bundan başqa, Təqsirləndirilən şəxs və ölmüş Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt əyinlərində olmuş paltarlar, həmçinin cinayət aləti olan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus dırnaq və saç nümunəsi, mərhumə Zərərçəkmiş şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınmışdır. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Onun bu ifadələri məhkəmədə araşdırmış zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapdı. Bu səbəbdən də məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ rayon prokurorluğunun inzibati binasına təhvil verilmiş cinayət hadisənin baş verdiyi evin qonaq otağındakı divanın, otağın divarının və otağın döşəməsindəki xalçanın üzərindən qanabənzər ləkələrdən nümunələrin, bundan başqa, Təqsirləndirilən şəxs və ölmüş Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt əyinlərində olmuş paltarların, həmçinin cinayət aləti olan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus dırnaq və saç nümunəsinin istehlak dəyəri olmayan əşyalar kimi məhv edilməsini, mərhumə Zərərçəkmiş şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun onun hüquqi varisi X4, Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Samsung” markalı mobil telefonun isə onun iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 217 (iki yüz on yeddi) manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi könüllü gəlib təqsirini boynuna alması, cinayət əməlinin törədilmə halları, şəraiti, üsulu barədə ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həmin tarixdə də Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ rayon prokurorluğuna təhvil verilmiş cinayət hadisənin baş verdiyi evin otağdakı divan, otağın divarının və otağın döşəməsindəki xalçanın üzərindən götürülmüş qanabənzər ləkələrdən nümunələr, Təqsirləndirilən şəxs və ölmüş Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt əyinlərində olmuş paltarlar, həmçinin cinayət aləti olan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus dırnaq və saç nümunəsi istehlak dəyəri olmayan əşyalar kimi məhv edilsin, Zərərçəkmiş şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon onun hüquqi varisi X4, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun isə onun iradəsinə uyğun olaraq yaxın qohumlarından birinə qaytarılsın. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 217 (iki yüz on yeddi) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1709/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1709/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver