Məhkəmə qərarları › İş №1(101)-171/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-171/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-171/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, дювлят иттищамчыsı Азярбайъан Республикасы Баш Прокурорлуьунун Ağır cinayətlər məhkəmələrində dювлят iттищамынын мцдафияси цзря şöbəsinin прокурорu ядлиййя мцшавири Valeh Həsən оьлу Ələkbərov, müdafiəçi Bakı şəhər 11 saylı вякил бцросунун vəkili Müdafiəçi3, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhər “Mərkəz” вякил бцросунун vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, « 04 » fevral 2021-ci il Bakı şəhərində xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən 1-ci korpus, 6-cı döngə 80 saylı evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Xırdalan şossesi 1-ci mədən 6-cı döngə yeni yaşayış massivində yerləşən yaşayış evlərinin məhəlləsində piyada hərəkətdə olarkən qonşusu və dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs Fəyyaz oğlu idarə etdiyi avtomobillə onun qarşısını kəsib tanışları Şahid2 ünvanına etdiyi təhqiri sonuncuya onun xəbər verməsini zənn edərək ailə üzvlərinə qarşı nalayiq söyüşlər işlətmiş, nəticədə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qəsdən vuraraq, sonuncuya döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edərək hematoraks ilə müşaiyət olunan bir ədəd deşilmiş-kəsilmiş йарасы иля нятиъялянян вя инсан щяйаты цчцн тящлцкяли олан гясдян саьламлыьа ağır зяряр вурмушdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir məhəllədə qonşu olmuşdur. Hadisədən 4-5 gün öncə Məhəbbət “Mersedes” markalı avtomobili ilə məhəlləyə gələrək onunla rastlaşmış, maşını saxlayaraq onunla salamlaşmış, həmin vaxt o, Kəmalə adlı tanışı ilə telefonda danışarkən, telefonu qulağından kənara tutub Məhəbbətlə hal-əhval tutmuş, Məhəbbət onu nalayiq ifadələrlə təhqir edərək “sən iş verənsən” demiş, o, Məhəbbətin zarafat edib etmədiyini soruşmuş, Məhəbbət ciddi olduğunu və onunla söhbət edəcəyini demişdir. Həmin vaxt o, Məhəbbətə haqqında heç kimə pis bir şey demədiyini heç nə danışmadığını bildirmişdir. Məhəbbət onun yanında Kəmaləni söyəndə telefon açıq qalıb və Məhəbbətin söyüşlərini Kəmalə eşitmişdir. Bundan sonra Kəmalə Məhəbbətə zəng edib “arxamca söyüş söyürsən” demiş, Məhəbbət də onun Kəmaləyə çatdırdığını zənn etmişdir. Ona görə də Məhəbbət onunla mübahisə edib, onu təhqir etmiş, o, evdən götürdüyü bıçaqla Məhəbbəti sinəsinin sağ tərəfindən bir dəfə vurmuş və Məhəbbət onun üzərinə hücum etməsin deyə maşınının ətrafında qaçmışdır. Məhəbbət də maşının ətrafında onun arxasınca qaçaraq onu tutub saxlamaq istəmişdir. Sonra Məhəbbət qardaşı Möhübbətə zəng edərək hadisəni danışmış və ona qardaşının gəldiyini demişdir. O, qorxub yola doğru qaçıb tanımadığı “Mersedes” markalı taksi avtomobili saxlamış və oradan bir qədər uzaqlaşmışdır. Lakin Məhəbbət və qardaşı Möhübbət öz maşınları ilə onu təqib edərək, Binəqədi şossesində “Şərab evi” dükanı və “Elmar” marketin qarşısında onun sərnişini olduğu avtomobili saxlatmış, həmin vaxt Məhəbbət və Möhübbət onu maşından düşürən zaman avtomobilin ön patpresinə və arxa şüşəsinə zərər yetirmişlər, sonra onu maşından düşürüb dartaraq Məhəbbətin maşını tərəfə gətirib ona məxsus “Mersedes” markalı avtomobilin baqajına oturtmaq istəmiş, onu əl və ayaq zərbələri ilə vuraraq yerə yıxmışlar. Bu vaxt Bəxtiyar adlı şəxs onu oradan çəkib aparmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 9 ildir ki, qonşudurlar. Mehmanla ikisinin də tanıdığı Kəmalə adlı qadınla Mehman qeyri rəsmi münasibətdə yaşamışdır. 2019-cu ilin may ayının əvvəllərində, hadisədən 3 gün öncə Kəmalə ona zəng etmiş, nə üçün arxasınca söyüş söydüyünü soruşmuş, söydüyü söyüşlərin onun arvadına, uşağına ünvanlanmasını demişdir. Bu söz ona çox pis təsir etmiş və Kəmaləyə bunu ona kimin deməsini soruşmuş, Kəmalə Mehmanın dediyini bildirmişdir. Hadisədən öncə o, evdə olan zaman telefonuna Kəmalədən zəng gəlmiş, o, həmin zəngi görməmiş, bacısı oğlu Polada “yığ gör bu kimdir?” demişdir. Polad həmin nömrəyə zəng etmiş və Kəmalə telefona cavab verəndə Polad “danışan saç ustasıdırmı?” deyə soruşmuş, Kəmalə də nalayiq ifadələrlə Polada cavab verib, Polad da adekvat cavab verərək telefon əlaqəsini kəsmişdir. O,güman edir ki, Mehman Kəmalənin yanında olmuş, çünki sonradan Mehman ona zəng edib Poladın Kəmalə ilə telefonda pis danışdığını, Kəmaləni söydüyünü, bu danışığı Polada keçməyəcəyini demişdir. O, Mehmanın Kəmalənin qeyrətini çəkdiyini başa düşmüş, aralarında sözlə mübahisə düşmüşdür. Bundan sonra o, Mehmanın qardaşı Siyavuşun işlədiyi metal qəbul etmə məntəqəsinə gedib qardaşı Mehmanın ortaya çıxmasını, onun arxasınca Kəmalə adlı qadına söz danışıldığını və ona söyüş söydürdüyünü demişdir. Siyavuş özü bu məsələni həll edəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə o, yaşadığı məhəlləyə idarə etdiyi “Mersedes e240” markalı avtomobil ilə daxil olan zaman Mehmanı görmüş, avtomobili saxlamış, avtomobildən düşmüş və Mehmana “Kəmalənin qeyrətini çəkirsən? o, sənin nəyindi, anandı ya bacındı?” demiş, Mehman da həmişə üzərində gəzdirdiyi düyməli açılıb bağlanan bıçağı çıxarıb “sən öl səni vuraram, danışığına diqqət et” demişdir. O, Mehmana “vurmayan da kişi deyil” demişdir. Həmin vaxt Mehman əlindəki bıçaqla onu sağ qabırğa nahiyəsindən vurub geri çəkilmiş, o, Mehmanın arxasınca qaçmış, Mehman da qaçmağa çalışmış, onun maşınının başına fırlanmışdır. O, zəng edib qardaşı Möhübbətə hadisəni xəbər verərək kömək istəmişdir. Mehman məhəllədən yola tərəf qaçıb getmiş, o da Mehmanın arxasınca qaçmış, yol kənarından keçən taksiyə əyləşib Mehmanın oturduğu taksinin arxasınca sürməsini demişdir. Həmin vaxt Möhübbətə məhəllədə qalmış maşınını sürüb arxasınca gəlməsini Mehmanın sərnişini olduğu avtomobili saxlatmasını demişdir. Möhübbət də avtomobilini idarə edib onlara çatmış, Xırdalan Binəqədi şossesində “Şərab evinin” qarşısında Möhübbət onun avtomobili ilə Mehmanın sərnişini olduğu taksi “Mersedes” markalı avtomobili saxlatmış və bu zaman o, taksidən düşmüş, Mehmanın içində olduğu taksiyə yaxınlaşaraq, Mehmana “səni vuran, döyən olmayacaq düş gedək xəstəxanaya mənə kömək et” demişdir. Həmin vaxt Mehman avtomobilin qapı dəstəyindən tutub düşməmiş, qardaşı Möhübbətlə birlikdə Mehmanı avtomobildən düşürmüşlər. Həmin vaxt yolda hərəkət dayanmış, YPX əməkdaşları mübahisə yerinə gəlmiş, hadisə vaxtı isə ətrafda çox sayda adamlar olmuşdur. Mehman avtomobildən düşmüş və özünü yerə ataraq “mərhəmətiniz olsun” deyərək həyasızlıq etmiş, bu zaman o, qardaşı Möhübbətə “Mehmana əlin də dəyməsin” demiş, özünü pis hiss etdikdən Möhübbət onu maşına qoyub xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək M.Hüseynova ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məhhəbət Şükürov onun böyük qardaşıdır, o, qardaşı Məhəbbətlə bir evdə yaşayır, Təqsirləndirilən şəxs qardaşı Məhəbbətlə dostluq münasibətləri olmuşdur. 2019-cu ilin may ayının 16-da qardaşı Məhəbbət ona zəng edərək qonşusu Mehman tərəfindən bıçaqlandığını demiş, o Məhəbbətdən hadisənin harada baş verdiyini soruşmuş, Məhəbbət isə hadisənin yaşadıqları məhələdə baş verdiyini demiş, o, tez tanımadığı taksi ilə məhəlləyə gələrək qardaşı Məhəbbətin idarə etdiyi Mersedes markalı **-TC-*** dövlət nömrə nişanlı avtomobili qapıları açıq vəziyyətdə, Məhəbbətin isə orada olmadığını görmüşdür. O, Məhəbbətə zəng edib harada olmasını yenidən soruşmuş, Məhəbbət Mehmanın onu bıçaqla vurduqdan sonra yoldan keçən taksiyə oturub qaçdığını, o, da Mehmanın dalınca taskiyə getdiyini və istiqaməti ona demişdir. O, Xırdalan Binəqədi şossesində “Şərab evinin” qarşısında, “Elmar” marketin yanında Mehmanın sərnişini olduğu taksi “Mersedes” markalı 418 nömrə nişanlı avtomobili saxlatmış və bu zaman qardaşı Məhəbbət də taksidən düşmüşdür. O, taksiyə yaxınlaşmış, Mehmana “səni döyən olmayacaq düş gedək xəstəxanaya qardaşım Məhəbbətə kömək et” desə də Mehman avtomobilin qapı dəstəyindən tutub düşməmiş, onlar birlikdə Mehmanı avtomobildən düşürmüş, Mehman özünü yerə ataraq “mərhəmətiniz olsun” demişdir. O, qardaşı Məhəbbətin halı pisləşdiyindən onu X2 aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Mehmanla bir məhəllədə yaxın evdə yaşayırlar, Məhəbbət və Möhübbət qardaşları ilə uzun illərdir ki, qonşuluq münasibətləri olmuşdur. 2019-cu ilin may ayında hadisədən 3 gün öncə Zərərçəkmiş şəxs onun yanına gəlmiş, əsəbi halda Mehmanı soruşmuş, o, Məhəbbətdən nə baş verdiyini soruşmuşdur. Məhəbbət bildirmişdir ki, evdə olanda telefonuna tanıdığı Kəmalə adlı qadından zəng gəlmiş, həmin vaxt evdə ailə üzvləri olduğundan telefonu bacısı oğlu Polad açaraq qadınla danışaraq zəng edənin saç ustası olub–olmamasını soruşmuş, Kəmalə Polada və Məhəbbətin ünvanına sərt sözlər deyərək söyüşlə onu təhqir etmişdir. Onun ünvanına söyüş söyülməsini Mehmanın təşkil etdiyini, buna görə də Mehmanı axtardığını demişdir. O, Məhəbbətə “qonşusuz ayıbdır, belə söhbət etməyin” demişdir. Məhəbbət də ya Mehman ortaya çıxıb Kəmalənin onun ünvanına söydüyü söyüşləri öz üzərinə götürəcəyini, ya da ki, Mehmanı tapıb döyəcəyini onu vuracağını söyləmişdir. O, Məhəbbətə Mehmanı çağırıb söhbət edəcəyini demişdir. 2019-cu ilin may ayının 16-da saat 20 radələrində qardaşı Mehmanın həyat yoldaşı ona zəng edib Mehmanın döyüldüyü barədə xəbər vermişdir. O, dərhal Mehmangilə getmiş, Mehmanın üst başının toz torpaq olduğunu, başında çapıq kimi yerin qanadığını, ağzı üzünün qan olduğunu görmüş, dərhal 103-ə zəng etmişdir. Təcili tibbi yardım gələnə qədər Mehmandan nə baş verməsini soruşmuş, Mehman ona, həmin gün saat 20 radələrində məhəllədən yola çıxan zaman Məhəbbət idarə etdiyi 423 nömrə nişanlı Mersedes maşınla məhəlləyə girəndə maşını saxlamış, Mehmana nə üçün onun ünvanına Kəmalə adlı qadının söyüş söyməsini soruşmuş və “Mehmana Kəmalə sənin anandı ya bacındı qeyrətini çəkirsən” demiş, Mehman da Məhəbbətə diqqətli danışmasını yoxsa onu vuracağını demiş, bu zəmində Məhəbbətlə Mehmanın arasında sözlə mübahisə olmuşdur. Mehman Məhəbbəti bir dəfə bıçaqla vurmuş, sonra məhəlləyə Məhəbbətin qardaşı və tanışları gəlib Mehmanı döymək istəmişlər. Mehman taksiyə əyləşib, Məhəbbət və qardaşı Möhübbət də onun arxasınca öz maşınları ilə sürüb Binəqədi Xırdalan şossesində Mehmanın olduğu taksi maşını saxlatmışlar, Möhübbət və Məhəbbət qardaşları Mehmanın içində olduğu taksi avtomobilin şüşəsini qapısını vurub sındırıb əzmiş, Mehmanı maşından düşürüb, yumruq təpiklə döyərək öz maşınlarının baqajına otuzdurmaq istəmişlər. Məhəbbət və Möhübbət Mehmanı döyüb yerə yıxmışlar. Sonra yol kənarından avtomobili ilə keçən Ramid Mehmanı öz avtomobilinə əyləşdirib yaşadığı evə gətirmişdir. Mehman ona bunları danışdıqdan sonra təcili tibbi yardım gəlmiş, onu 1 saylı KTM-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının 16-da saat 20 radələrində Baş Dövlət X3 tərəfdə “Tofaş” markalı avtomobilini idarə edən zaman bir nəfər şəxsin yolun kənarı ilə aşaraq yeridiyini, yaxınlaşdıqda isə həmin şəxsin Mehman olduğunu görmüşdür. O, Mehmandan nə olduğunu soruşmuş, Mehman avtomobilə əyləşmiş onu evə aparmasını xahiş etmiş və döyüldüyünü demişdir. O, Mehmanı yaşadığı evə aparıb düşürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, idarə etdiyi Mersedes Benz C 180 markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərmişdir. xx.xx.2019-cu il tarixdə Zabrat qəsəbəsindən Xırdalan şəhərinə gələrkən Binəqədi şossesində “Xəzər” marketin yaxınlığında tanımadığı şəxs ona əl ilə işarə verərək saxlatmış, həmin şəxs həyəcanlı formada maşına əyləşmiş və maşını saxlamayaraq sürməsini demiş, o, həmin şəxsdən nə olduğunu soruşmuş, həmin şəxs heçnə olmadığını ona bildirmişdir. O, yolunu davam edərək 200 metr irəli sürmüş, bu zaman tanımadığı gümüşü rəngli “Mersedes” markalı avtomaşın onun idarə etdiyi maşının qarşısına verib saxlamağını tələb etmiş, o, məcbur olub maşını saxlamış, bu zaman yanındakı şəxs ona maşını saxlamamağını demiş və qapıları bağlamışdır. “Mersedes” markalı avtomaşından əvvəlcə iki nəfər şəxs onun maşınına yaxınlaşmış, həmin şəxslər onun maşınında olan şəxsə maşından düşməsini tələb etmiş, yanındakı şəxs qapını açmamışdır. Bu zaman həmin şəxslərdən biri, yəni nömrə nişanının sonu 423 olan Mersedes E klass markalı avtomobilin sürücü tərəf qapısından düşən şəxs maşınının qabaq şüşəsinə yumruqla vuraraq ön parpresi çatlatmış, avtomobilin kapotunu yumruqla vurub əzmiş, avtomobilin ön bamperinin sol hissəsini qabaq sol qanadını təpiklə vuraraq batıq yaratmışdır. Həmin şəxs qışqıraraq “Mehman sən kimsən mənim qardaşımı bıçaqlamısan” deyərək avtomobilə zərər vuraraq ondan qapıları açmasını tələb etmiş, həmin vaxt **-TC-*** nömrə nişanlı avtomobilin arxa sağ qapısından bir nəfər düşmüş, həmin şəxs yaralı halda sağ tərəfini tutaraq sərnişinin oturduğu qabaq sağ tərəfin qapısının cəftəsini dartaraq “Mehman maşından düş” demişdir. O, həmin şəxslərin qardaş olduğunu müəyyən etmiş və sərnişininin cinayət törətməsini öyrənmiş, onlar maşında sərnişin kimi əyləşmiş əvvəllər tanımadığı şəxs ilə mübahisə etməyə başlamışlar. Mehmanın ürəyi getmişdir. Sonra mübahisə yekunlaşmış, yerdə uzanıqlı vəziyyətdə olan və adamlardan kömək istəyən Mehman adlı şəxslə qardaşların mübahisəsi yekunlşamış, onlar hadisə yerindən getmiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə-tibbi ekspertizasının 835 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət-döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edərək hematoraks ilə müşaiyət olunan bir ədəd deşilmiş kəsilmiş yarası deşici kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən onun tibbi yardım üçün X2 gətirildiyi xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə bıçaqla vurulan zərbə nəticəsində əmələ gələ bilərdi. Məhkəmə-tibbi ekspertizasının 818 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət-təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarət qərrarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə təpiklə yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Məhkəmə-psixiatrik ekspertizasının 1360 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tibbi-bioloji ekspertizasının 815/2019 MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa (İİİ); Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədədköynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisiABO sistemi üzrə tədqiq edildikdəyalnız B antigeni alındı. Belə olan halda bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 546/2019 MTKŞ saylı rəyindən görünür ki, Maddi sübutların məhkəmə tibbi kriminalistik tədqiqinə, qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən ekspertizaya təqdim edimiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd kombinə olunmuş zədə aşkar olundu. Bu zədə əvvəlcə iti ucu, iti ülgüclü və küpü olan yastı tipli deşici-kəsici alətin (ola bilsin ki, bıçağın) təsirindən deşilib-kəsilmiş, sonra isə gərilib-dartılaraq cırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs яввялляр məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2020-ci il tarixdə həbs edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə дцзэцн тювсиф едилмиш, она эюря дя о, щямин маддя иля нязярдя тутулан ъинайят ямялiни тюрятмякдя тягсирли билинмяли вə o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 59-ъу маддясинə əsasən ъязасыны йцнэцлляшдирян щаллар və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran щаллар mцəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaчəkmə mцəssisəsində чəkməli, cəzaчəkmə mцddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut- Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs оьлуна мяхсус бир ядяд köynək özünə qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə mцəssisəsində чəksin, cəzaчəkmə mцddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seчilmiş həbs qətimkan tədbiri hюkm qanuni qцvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon polis idarəsində saxlanılan Zərərçəkmiş şəxs оьлуна мяхсус бир ядяд köynək özünə qaytarılsın. Mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar