Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-171/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştiraklar ilə, Təqsirləndirilən şəxs (02.01.1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Biləsuvar rayonu, Puşkin küçəsi, ev 35-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, bina 7, mənzil 63-də kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdə Cəlilabad rayonunda şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şəşur» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibində və kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi bina 7də yerləşən 63 saylı mənzilin girişində olan saxlanc yerində saxlamış, 19 aprel 2021-ci il tarixdə saat 00:45-də Bakı şəhəri Xətai rayon Telnov küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şühbəli şəxs qismində saxlanılıb Baş Narkotiklərlə mübarizə idarəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 105,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra həmin əməliyyat tədbirinin davamı olaraq 19 aprel 2021-ci il tarixdə saat 03:45-də onun kirayədə yaşadığı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi bina 7-də yerləşən 63 saylı mənzilə keçirilmiş axtarış zamanı, mənzilin girişində olan saxlanc yerindən ağ rəngli sellofan torbanın içərisindən 990 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, eləcə də iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildən İran İslam Respublikasından xırda ticarətlə məşğul olmuşdur. Pandemiya ilə bağlı İran gömrüyü bağlandığına görə artıq ticarəti davam etdirə bilməmişdir. 19.04.2021-ci il tarixdə iranlı tanışı «Şəşur» ona zəng edərək demişdir ki, Bakı şəhərində 20 Yanvar deyilən ərazidən çantanı götürüb onun dediyi yerə qoymaq lazımdır. O da «Şəşur»un dediyi yerdən çantanı görtürdükdən sonra çantada narkotik vasitə olduğunu müəyyən etmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlamışlar. Sonra evinə baxış kecirmişlər, kirayə qaldığı evdən də özünün istifadə etdiyi narkotik vasitə aşkar olunmuşdur. O, əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 19.04.2021-ci il tarixdə gecə saat 00:45-də Bakı şəhəri Xətai rayonunda Telnov küçəsində yaşadığı evə piyada gedən zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları olduğunu təqdim edərək, ona narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə əvvəlcə ona hüquq və vəzifələri elan olunmuş, daha sonra üzərinə müdafiəçinin iştirakı ilə video görüntü ilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Polis əməkdaşları ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olarsa təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibində olan 1 bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Həmçinin şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın yan cibindən 100 manat pul, 4 ədəd açar, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd Samsung markalı mobil telefon, tanışı Nəhayət Mehdiyevaya məxsus “Kapital Bank”a aid **********979288 nömrəli plastik kartı təqdim etmişdir. Lakin sonra istintaq üçün mühüm əhəmiyyət kəsb etmədiyi üçün şəxsi əşyaları ona qaytarılmışdır. Narkotik vasitə olan heroin isə tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitə heroin ona məxsus olmaqla, İran İslam Respublikası vətəndaşı Şəşur vasitəsilə əldə etmişdir. Həmin narkotik vasitə olan heroinin bir qismini Telnov küçəsində kirayədə yaşadığı evdə saxlamışdır. Polis əməkdaşları yaşadığı evə baxış keçirilməsini təklif etmiş, o isə heç bir etirazının olmadığı barədə ərizə verdikdən sonra yaşadığı həmin evə baxış keçirmişdir. Evindən aşkar olunan narkotik vasitə olan heroin müvafiq qaydada sənədləşdirdikdən sonra ekspertizaya göndərilmişdir. Üzərindən və yaşadığı evdən aşkarlanan narkotik vasitə olan heroini satmaq üçün alıb saxlamış, üzərindən aşkarlanan Nəhayət Mehdiyevaya məxsus plastik kartı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman istifadə etmiş və heroinin satışından əldə etdiyi pullar həmin karta köçürülmüşdür. Narkotik vasitə olan heroini satdığı şəxsləri tanımır, istifadə etdiyi kartın sahibi tanışı Nəhayət Mehdiyeva və kirayədə birlikdə yaşadığı qohumu Ruslan da onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olmuşlar. Eləcə də əldə etdiyi narkotik vasitəni «Şəşur» adlı şəxsdən müəyyən məbləğ qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi təsdiq etmədiyini, həmin ifadələri oxumadan imza etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 2008-ci ildən DİO-da xidmət edir, 18.04.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlum və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Daxil olmuş məlumat araşdırıldıqdan sonra əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsi barədə müvafiq qərar qəbul edilmişdir. O da həmin əməliyyat qrupunun üzvü seçilmişdir. Beləliklə, 19.04.2021-ci il tarixdə 00:45 radələrində Təqsirləndirilən şəxs yeri müəyyən edildikdən sonra o, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 7 ünvanının yaxınlığında saxlanılmış və BNMİ-nə gətirilmişdir. Təhqiqatçı tərəfindən dövlət hesabına təyin olunmuş mudafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video kamera vasitəsi ilə şəxsi axtarış keçirilmişdir.Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya psixotrop maddə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsini təklif etdikdə, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli,narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 100 AZN pul, 4 ədəd açar, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, **********979288 nömrəli Nəhayət Mehdiyevanın adına olan plastik kart, və 2 ədəd açar aşkar olunmuşdur. Sonra bir bükümdə heorinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 107 qram olmuşdur. Həmin narkotik vasitəyə bənzər maddə Ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və nəticədə Təqsirləndirilən şəxs, həmin mənzilin girişindən sağ tərəfdə eyvanda saxladığı 1 ədəd ag rəngli sellafonu təqdim etmişdir. Həmin torbanın içərisindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin kütlə elektoron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 6 qram(bir kq altı qram) olması müəyyən edilmişdir. Bundan sonra həmin maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 Tanış qızı ifadəsində bildirmişdir ki, Xətai rayonu Mənzil Komunal Təsərrüfat Birliyində süpürgəçi işləyir. Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin fevral ayının sonlarından tanış olmuşdur. Aralarında qeyrirəsmi ər-arvad münasibəti olmuşdur. Xalid onunla yaxşı davrandığı üçün ona inanıb münasibətlərini davam etdirmişlər. Xalid ondan xahiş etmişdir ki, öz adına “Kapital Bank”da şəxsi hesab açdırıb plastik kart alsın. O da Xalidin dediyi kimi etmiş və həmin “Kapital Bank”a aid **********979288 saylı plastik kartı Xalidin özünə vermişdi. Ancaq həmin kartı Xalidin hansı məqsədlər üçün istifadə etməsini bilməmişdir. 2021-ci ilin fevral ayının 19-da ona məlum olmuşdur ki, Xalid narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə polis tərəfindən tutulmuşdur. Xalidə etibar etdiyinə görə ona plastik kartını etibar edib vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. 2021-ci il əvvəllərində Xalid Qurbnovla birlikdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi bina 7-də yerləşən 63 saylı mənzildə kirayədə yaşamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində səhhətində problem yarandığına görə müalicə olunmaq üçün yaşadığı Biləsuvar rayonunun Nərimankənd kəndinə getmiş və Bakı şəhərinə qaytmamışdır. Xalidlə birlikdə kirayədə yaşadıqları müddətdə ərzində onun narkotik vasitələrin qnunsuz dövriyyəsi ilə məşğul olmasından və ya istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 19 aprel 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Xətai rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 20 aprel 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin istintaq materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən 19.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi “şəxsi axtarış və götürmə” protokolu ilə rəsmiləşdirilmişdir. Bu istintaq hərəkətinin əks olunduğu videogörüntülər DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarından görünür ki, 19.04.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi bina 7-də yerləşən 63 saylı mənzildə axtarış keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı mənzilin girişindən sağ tərəfdə balkon kimi istifadə olunan yerdə saxladığı sellofanın torbanın içərisindən narkotik vasitə olan heroin və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu istintaq hərəkətinin nəticəsi “mənzilə baxış keçirilməsi və götürmə protokolu” ilə rəsmiləşdirilmişdir. Həmin istintaq hərəkətinin əks olunduğu videogörüntülər DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarından görünür ki, 29 iyun 2021-ci il tarixdə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və həmin günü yaşadığı evə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disklərə baxış keçirilmişdir. Həmin istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin istintaq materiallarından görünür ki, Şahid4 Tanış qızına məxsus Kapital Bank ASC-ə aid **********979288 saylı plastik kart üzrə bankdan götürülmüş 09.07.2021-ci il tarixli çıxarışın əks olunduğu sənədə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitlərini tanışı Nəhayət Mehdiyevaya məxsus plastik kartı ilə əldə etmişdir. Həmin plastik kart vasitəsi ilə aparılmış əməliyyatların əks olunduğu çıxarış, Nəhayət Mehdiyevadan götürülmüş, bu istintaq hərəkətinin nəticəsi isə 10.07.2021-ci il tarixli “sənədə baxış və götürmə” istintaq hərəkətinin protokolu ilə rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/1524 nömrəli 19 aprel 2021-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 105,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” sğzləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan 1 ədəd sellofan torbanın içərisində bir ədəd sellofan bağlamada təmiz çəkisi 990,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri"in siyahısına (Siyahı 1) daxildir. İki ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri vadır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən, evindən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin tibb ekspertinin 01.07.2021-ci il tarixli 2113 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin istintaq materiallarından görünür ki, 19.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs keçirilmiş şəxsi axtarış zamanı üzərindən və həmin tarixdə kirayədə yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 1094,9 qram narkotik vasitə olan heroin, eləcə də mənzildən aşkar edilmiş iki ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 1094,9 qram narkotik vasitə olan heroin və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və həmin günü yaşadığı evə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disklərin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 1094,9 qram narkotik vasitə olan heroin və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və həmin günü yaşadığı evə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disklərin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-171/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-171/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver