Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-171/2023 18.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasnda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanın zirzəmisində Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini cüzi bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə sonuncunu yaşadığı ünvandan götürdüyü kustar üsulla hazırlanmış bir tərəfi kəsici, çapıcı, vurucuəzici, ucu deşici xassəyə malik olan xəncər-kastet tipli kombinə edilmiş, tiyəsinin orta xəttdən uzunluğu 425 mm, orta hissədə eni 44 mm, maksimal qalınlığı 2,7 mm, dəstəyinin uzunluğu 185 mm, orta hissədə diametri 30 mm olan soyuq silah hesab edilən xəncərin küt hissəsi ilə sonuncunun baş nahiyəsindən, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ona burun əsasının səthi kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa zərər vurmayan, başın yuxarı ənsə nahiyəsinin, başın təpə nahiyəsinin sol yan səthinin, sol qaş qövsü nahiyəsinin, başın alm nahiyəsinin sağ yan səthinin, sağ əlin arxa səthinin kəsilmiş yaraları və sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, başın sağ təpə sümüyünün xətti sınığı və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin sağ yan səthinin kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vuraraq xuliqanlıq etmişdir; bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,952 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə bağlı 25 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanının qarşısında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PBnə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,952 qram qəhvəyi rəngli tözşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4, 221.3, 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Şahid1 və Zərərçəkmiş şəxs Əbülfət oğlunu bir ildən çox müddət ərzində tanımış, sonuncularla yaxşı münasibəti olmuş, 19 fevral 2022-ci il tarixdə Rəhman ona zəng edib Rüfətin onun barəsində nalayiq sözlər dediyini bildirmiş, Rəhman onun yanında olan zaman o, dəqiqləşdirmək məqsədi ilə təkrar olaraq Rüfətə zəng etdirmiş, Rəhman Rüfətlə danışan zaman Rüfət yenə də onun yaxşı insan olmadığını bildirib telefonda onun ünvanına, həmçinin ailə üzvlərinin ünvanına nalayiq sözlər işlətmiş, Rüfət hər dəfə onunla görüşən zaman özünü onunla yaxşı münasibətlərdə olması kimi göstərmiş, bu səbəbdən də o, Rəhmandan bir bəhanə ilə Rüfəti onun evinə gətirməsini xahiş etmiş, Rüfəti evinə çağırmaqda məqsədi sonuncudan onun ünvanına söyüş söyməsinin səbəbini soruşmaq olmuşdur; 24 fevral 2022-ci il tarixdə saat 23 radələrində Rəhman ona zəng edərək Rüfətlə birlikdə onun yaşadığı evə gələcəyini demiş, Rəhman Rüfətə demişdir ki, guya onun evindən öz əşyalarını götürməyə gəlir, Rüfət isə onun evdə olmadığını eşidərək Rəhmanla birlikdə onun yaşadığı evə gəlməyə razılaşmışmışdır; Rəhmanla Rüfətin evinə gəldiklərini dəqiqləşdirdikdən sonra otaqdakı dolabın içərisində gizlənmiş, məqsədi Rüfətin onun yaşadığı evə daxil olduqdan sonra sonuncunun onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər deməsinin səbəbini soruşmaq, söyüşlərini davam etdirdyi halda Rüfəti cəzalandımraq omuşdur; Rüfətin otağa daxil olduğunu gördükdə dolabdan çıxmış, Rüfət onu gördükdə qaçmaq istəyən zaman zərbə vurub yerə yıxmış, onlar əlbəyaxa olaraq bir-birinə əl və ayaqla zərbələr vurmuş, Rüfət onun ünvanına nalayiq sözlər işlətməkdə davam etmiş, qarşılıqlı dalaşma zamanı Rüfətə əvvəlcə əlində olan xəncərlə xəsarət yetirmiş, sonra isə əlləri ilə və təpiklə Rüfətin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub xəsarət yetirmişdir; səs-küyə bir qədər sonra Rüfətin arvadı Mehriban oraya gəlib əri Rüfəti oradan aparmışdır; Rüfətlə onun arasında olan mübahisə təxminən 5-6 dəqiqə zamanında baş vermiş, həmin vaxt əsəbi olduğu üçün ətrafda onları kiminsə gördüyünüə fikir verməmiş, lakin sonradan bilmişdir ki, münaqişə və dalaşma zirzəmidə baş versə də səs-küyə binada yaşayan sakinlər həmin yerə toplaşmışlar, 25 fevral 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 5 ünvanının qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, Polis Bölməsində ona narkotik vasitələrin dövriyyəsində və Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməkdə şübhəli olduğu, həmçinin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir; həmin vaxt onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşlarının fiziki təsiri və təzyiqi ilə ona əvvəlcədən polis əməkdaşları tərəfindən verilmiş 1 bükümdə narkotik vasitəni çıxararaq vieoçəkilişlə polis əməkdaşlarına təqdim etmiş, bundan sonra yenə də polis əməkdaşlarının təzyiqi altında narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat və ifadələr vermiş, narkotiklə bağlı təzyiq altında verdiyi ifadələr həqiqətə yğun olmamış, digər faktlarla bağlı, o cümlədən Zərərçəkmiş şəxslə bağlı münaqişə və sonunsuya xəsarətlər yetirməsi barədə istintaq zamanı verdiyi ifadələr həqiqətə tam uyğun olmuşdur. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməmiş, 6 aya yaxın müddət olmuşdur ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. İstifadə etmədiyi müddətdə bədənində müxtəlif ağrılar yaranmışdır, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 6 ünvanının qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polislərlə birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişdir. Polis bölməsində ona narkotik vasitələrin dövriyyəsində və Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməkdə şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 1.05 qram olması müəyyən edilmişdir, polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni yaşadığı məhəllədə Tural adlı şəxsdən 20 manata aldığını bildirmişdir; bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş, onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər, daha sonra polis əməkdaşlarına xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun ünvanıma nalayiq ifadələr işlətdiyi üçün xəncərlə vurub xəsarət yetirdiyini etiraf etmiş və həmin xəncəri polis əməkdaşlarına təqdim etmişdir; mütəmadi olaraq narkotik vasitələrdən istifadə etsə də, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. (1-ci cild iş vərəqi 69-72 və 220-223). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əbülfət oğlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 bir ilə yaxın müddət ərzində tanımış, münasibətləri əvvəllər normal olmuş, Mirağa və Rəhman onun yaşadığı evin qonşuluğunda kirayədə yaşamışlar, elə oradan da sonuncularla tanış olmuşdur; Rəhman ailə üzvləri ilə birlikdə Mirağa isə tək yaşamışdır, Rəhmanın həm onunla həm də Mirağa ilə münasibətləri yaxşı olmuş, lakin ayrı-ayrı zamanlarda Rəhman ona Mirağanın ondan xoşu gəlmədiyini, onun barəsində mütəmadi olaraq nalayiq sözlər dediyini bildirmişdir; 2022-ci ilin fevral ayının 24-də təxminən saat 22 radələrində Rəhman ona Mirağanın evində əşyalarının olduğunu deyib onunla birlikdə Mirağanın evinə getməyi təklif etmiş, Rəhmanla münasibətinun yaxşı olduğundan sonuncu ilə birlikdə Mirağanın yaşadığı evə getmiş, Mirağanın yaşadığı mənzilə çatan zaman Mirağa evindən dəhlizə çıxıb ona yaxşı əlimə düşdün sözlərini demiş, sonra Mirağa onun barəsində nalayiq sözlər dediyini bildirib onunla əlbəyaxa olmuş, aralarında münaqişə baş vermiş, onlar bir-birini əlləri ilə vurmuş, bir-birinin ünvanına nalayiq sözlər işlətmiş, Mirağa qəflətən əlində olan xəncərlə onun başından iki dəfə vurub xəsarət yetirmiş, özünü müdafiə etmək üçün Mirağaya tərəf gedib sonuncunun onu daha çox vurmasının qarşısını almaq istəmiş, həmin vaxt Mirağa əlində olan xəncərlə onu vurmaqda davam etmiş, o, əlini və qolunu Mirağanın zərbələrinə qarşı tutmuş, ona görə də əlindən və qolundan xəsarət almışdır; bundan sonra isə özünü itirib Mirağaya müqavimət göstərə bilməmişdir; həmin vaxt Mirağa təpik və yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir; bir qədər sonra arvadı Mehriban Mirağanın onu döydüyü yerə gəlmiş və ona köməklik edib yaşadığı evə aparmışdır; Mirağa onu vurub xəsarət yetirən zaman orada başqa heç kim sonradan oraya bibisi Ema, bibisi qızı Aygün, gəlini Günay və əmisi oğlu Ramil gəlmişlər, həmin şəxslərin Mirağanın ona xəsarət yetirdiyini görüb-görmədiyini bilməmişdir, o, nə Mirağaya, nə də Rəhmana heç bir xəsarət yetirməmişdir. Mirağa onu guya onun Mirağanın ünvanına nalayiq sözlər dediyini bəhanə edərək vurub xəsarət yetirmişdir; Mirağanın ünvanına birbaşa söyüş söyməmiş, bir dəfə Rəhman ona zəng edib Mirağanın da onun ünvanına nalayiq söz dediyini bildirmiş, o da cavab olaraq Rəhmanın yanında Mirağanın ünvanına söyüş söymüşdür. İbtidai istintaq zamanı şahid qismində didirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, ailəsini dolandırmaq üçün moykada və digər fəhlə işləri görmüş, tanışları Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə yoldaşlıq münasibətlərində olmuş, sonuncuların münasibətləri son zamanlar elə də yaxşı olmamış, bir birini görəndə hiss etdirməsələr də ayrı-ayrılıqda bir birlərindən xoşları gəlmədiyini ona demişlər, xx.xx.2022-ci il tarixdə, Mirağanın yanında olduğu zaman, Rüfət ona zəng etmiş və telefonla danışan zaman Mirağanın ünvanına nalayiq sözlər işlədərək sonuncunun ana-bacısını söymüş, Mirağa isə ona Rüfəti onun evinə aparmağı ondan xahiş etmiş və Rüfətdən ünvanına nalayiq ifadələr işlətdiyinin səbəbini soruşacağını bildirmişdir; 24 fevral 2022-ci il tarixdə təxminən saat 23 radələrində Rüfətlə birlikdə Mirağanın evinə getmiş, Mirağanın evinin qarşısına çatan zaman Mirağa evdən çıxıb Rüfətilə dalaşmağa başlamış, Rüfətlə Mirağanın davalarına müdaxilə etmək istəyən zaman Mirağa onu itələmiş və əlində olan xəncərin arxası ilə Rüfətin başına zərbələr yetirmiş, Rüfət yerə yıxılmışdır; Mirağanın Rüfəti vurduğu xəncər suvenir formalı iti uclu kəsici alət olmuş, tiyəsinin uzunluğu təxminən 50-60 sm, tutacağının uzunluğu isə təxminən 30-40 sm olmuşdur; Rüfətlə Mirağanı ayırmaq istəmiş, lakin Mirağaya gücü çatmamışıdır; Mirağa Rüfəti xəncərin arxa hissəsi ilə vurduğu üçün Rüfətin başından qan axmağa başlamış və Mirağa qan axdığını görüb Rüfəti vurmasını dayandırmışdır, bir müddətdən sonra Rüfətin arvadı Mehriban gəlib əri Rüfəti götürüb çıxıb getmişdir (1-ci cild iş vərəqi 56-58). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ancaq əri Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdikdən sonra tanımış, 2022-ci ilin fevral ayının 24-də təxminən saat 22 radələrində Rüfətin mobil nömrəsinə zəng edib evə gəlib-gəlmədiyini soruşmaq istəmiş, lakin Rüfət onun zənginə cavab verməmiş, saat 23 radələrində Rüfətin bibisi Ema onların ev nömrələrinə zəng edib Rüfətin atasına zəng etdiyini, atası isə telefona cavab vermədiyini bildirib Rüfəti kimlərinsə döydüyünü bildirib sonuncunu xilas etmələrini istəmişdir. O, tez qayınatasını yuxudan oyadıb 100-150 metr məsafəyə qədər getmiş və sonradan adı ona məlum olan Mirağanın qaldığı evin qarşısında Rüfəti qışqırıb çağırmışdır; həmin vaxt Rüfətin bibisi Ema, bibisinin qızı Aygün, gəlini Günay və oğlu Ramin də həyətdə olmuşlar, dəhliz kimi yerə daxil olanda əvvəlcə qarşısına sonradan adı məlum olan Rəhman adlı şəxs, sonra Mirağa çıxmışdır, Mirağanm əlində uzun xəncər olmuşdur, o, sonunculara yaxınlaşan zaman Mirağa Rüfətin ünvanına nalayiq sözlər demiş, həmin vaxt Rüfət Mirağanın üstünə tərəf getmiş, lakin o, Rüfəti tutub evlərinə tərəf aparmışdır; hadisə yerinə çatan zaman Rüfətin başından artıq qan axmış, sifəti də qan olmuşdur; Rüfətə kimin xəsarət yetirməsini görməmiş, sonradan Rüfət ona demişdir ki, Mirağa əlində olan xəncərlə onun başından və bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirmişdir; Əri Rüfət anası vəfat etdikdən sonra uzun müddət stres vəziyyətində olmuş, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə balamış, uzun müddət ərzində evə gəlməmiş, onunla və uşaqları ilə maraqlanmamış, tüfeyli həyat tərzi sürməyə başlamış, bu səbəbdən ər-arvad münasibətləri pozulmuş, əlaqələri kəsilmiş, Rüfətin harada yaşamasından xəbəri və məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 onların evlərinin zirzəmisində kirayədə qalmışdır. 2022-ci ilin fevral ayının 24-də təxminən saat 23 radələrində o, evlərində olan zaman zirzəmidən səs gəldiyini eşitmiş, zirzəmiyə tərəf getmiş, orada təxminən 3-4 metr məsafədən Mirağanın əlində olan xəncərlə Rüfətin başından iki dəfə vurmasını və Rüfətin başından sifətinə qan axmasını, sonra isə Rüfətin halsız vəziyyətdə olmasını və Mirağanın Rüfətin bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurmasını görmüş, qandan qorxduğu üçün bir neçə addım uzaqlaşmış, səsküyə münaqişə yerinə gəlmiş anası Emanı, qardaşı Ramili və gəlinləri Günayı da yaxınlaşmağa qoymamışdır; anası Rüfətin arvadı Mehribana zəng edib köməyə çağırmış, təxminən on dəqiqədən sonra Rüfətin arvadı Mehriban gəlib Rüfəti Mirağanın əlindən alıb evlərinə aparmışdır; hadisənin səbəbləri barədə məlumatı olmamışdır. Məhkəm zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından, onların bir otaqlı evində kirayədə qaldığı dövrdən, tanımış, 2022-ci ilin fevral ayının 24-də təxminən saat 23 radələrində arvadı Şahid4 ona zəng edib Mirağanın onun əmisi oğlu Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdiyini demiş, o da zəng edib bu barədə əmisi Əlövsətə bildirmiş, əmisi isə ona polisə zəng etməyini məsləhət etmiş, Rüfətə kömək etmək məqsədi ilə evlərinə tərəf gedib, lakin Rüfətin arvadı Mehriban artıq Rüfəti münaqişə yerindən aparmışdır; sonradan eşitmişdir ki, aralarında yaranmış narazılıq səbəbindən Mirağa Rüfəti xəncərlə vurub xəsarət yetirmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 onların evlərinin zirzəmisində kirayədə yaşamış, ərinin əmisi oğlu Zərərçəkmiş şəxs isə onlardan bir neçə ev aralı yaşamışdır; 2022-ci ilin fevral ayının 24-də təxminən saat 23 radələrində evlərində olan zaman zirzəmidən səs gəldiyini eşitmiş, zirzəmiyə tərəf getmiş, orada Mirağanın Rüfətin sinəsindən tutduğunu görmüş, Mirağanın əlində xəncər olmuş, Rüfətin başından sifətinə doğru qan axmışdır; bir qədər sonra münaqişə yerinə gəlmiş qaynanası Emanın çağırışı əsasında Rüfətin arvadı Mehriban da gəlib Rüfəti evlərinə aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından etibarən evində kirayədə qaldığı üçün tanımış 2022-ci ilin fevral ayının 24-də təxminən saat 22 radələrində evində olan zaman bayırdan səs gəldiyini eşitmiş, evdən çıxan zaman ona məlum olmuşdur ki, səs evin zirzəmi hissəsindən, Mirağanın yaşadığı otağın qarşısından, gəlir, zirzəmiyə tərəf gedəndə qızı Aygünün orada olmasını görmüş, Mirağanın əlində Rüfətə tərəf tutduğu xəncər olmuş, Rüfətin sifəti isə qan içərisində olmuş, həmin vaxt Rəhman da orada görmüşdür Mirağanm Rüfəti döyməsini görməmiş, lakin Rüfətin sifətindən qan axmasından, Mirağanın əlində isə xəncər olmasından Mirağanın Rüfəti vurub xəsarət yetirdiyini başa düşmüşdür; onlar gəldikdən sonra Mirağa Rüfətə daha heç bir xəsarət yetirməmişdir; o, Rüfətin arvadı Mehribana zəng etmiş, bir qədər sonra Mehriban gəlib Rüfəti evlərinə aparmışdır; sonradan Rüfət özü də Mirağanın ona xəsarət yetirdiyini təsdiq etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, 24 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs baş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alması barədə RPİ-nin 35-ci PB-nə məlumat daxil olmuş, məlumatla bağlı RPİ-nin CA şöbəsinin əməliyyat müvəkkilləri təlimatlandırılmış, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Mirağanm narkotik vasitələrin istifadə etməsi barədə də əməliyyat məlumatı daxil olmuş, xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid7 birlikdə saat 15:00 radələrində ünvan 5 ünvanının qarşısına getmiş, xarici görkəmi Mirağanın əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Mirağaya narkotik vasitələrin qanunsuz dövriyyəsində və Zərərçəkmiş şəxs xəsarət yetirməkdə şübhəli olduğunu bildirib sonuncunu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, təhqiqatçı X5 Cəlilovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış keçirilməmişdən əvvəl Mirağaya üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Mirağa da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin maddəni yaşadığı məhəllədə Tural adlı şəxsdən 20 manata şəxsi istifadə məqsədi ilə aldığını bildirmiş, bundan sonra şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır; Mirağanın üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1,05 qram olması müəyyən edilmişdir, axtarış iştirakçılarının iştirakı ilə Mirağanın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Mirağa tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 25 fevral 2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 1 ədəd xəncəri könüllü sürətdə təhqiqata təqdim etmişdir (1-ci cild iş vərəqi 40). İşdə olan 19 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini təsvir etmişdir (1-ci cild iş vərəqi 159-161). İşdə olan 25 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 25 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİnin 35-ci PB-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1,05 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 32-33). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 25 fevral 2022-ci il tarixli 6/1190 saylı espert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətandaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,952 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 43-47). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 07 may 2022-ci il tarixli 2306 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 125-126). İşdə olan məhkəmə-trasaloji ekspertizası üzrə 26 may 2022-ci il tarixli 3/587 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, çapıcı, vurucu-əzici, ucu deşici xassəyə malik olan, xəncərkastet tipli kombinə edilmiş soyuq silah hesab edilir (1-ci cild iş vərəqi 183-186). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 19 aprel 2022-ci il tarixli 293 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ təpə sümüyünün xətti sınığı və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin sağ yan səthinin bir ədəd, yuxarı ənsə nahiyəsinin bir ədəd, başın təpə nahiyəsinin sol yan səthinin iki ədəd, sol qaşqövsü nahiyəsinin bir ədəd, başın alın nahiyəsinin sağ yan səthinin bir ədəd, sağ əlin arxa səthinin bir ədəd (cəmi yeddi ədəd) kəsilmiş yaraları; sol bazunun yuxarı 1/3-nin iç səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası və burun əsasının bir ədəd səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən kəsilmiş yaralar və səthi kəsilmiş yara kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, qərarda və özünün dediyi kimi xəncərin və bıçağın kəsici kənarlarının təsirindən törənə bilərdi. Deşilmiş-kəsilmiş yara isə deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Müddəti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə başın sağ təpə sümüyünün xətti sınığı və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aid edilir. Başın yuxarı ənsə nahiyəsinin, başın təpə nahiyəsinin sol yan səthinin, sol qaşqövsü nahiyəsinin, başın alın nahiyəsinin sağ yan səthinin, sağ əlin arxa səthinin kəsilmiş yaraları və sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Burun əsasının səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (1-ci cild iş vərəqi 127-130). İşdə olan məhkəmə-psixiatrik ekspertizası üzrə 02 iyun 2022-ci il tarixli 1405 saylı ekspert rəyindən görünür ki, cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 187-188). İşdə olan 25 fevral 2022-ci il tarixli SD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (1-ci cild iş vərəqi 53-54). Məhkəmə zamanı da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərsində narkotik vasitə heroin olmasını, həmin maddəni yaşadığı evin yaxınlığında Tural adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İşdə olan 02 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ilkin təmiz çəkisi 0,952 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsi - 0,902 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 1 ədəd xəncər maddi sübut kimi tanınmış və saxlaması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 189-205). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika və İnformasiya İdarəisndən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2000-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 334.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətəə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Apellyasiya Məhkəməsinin 02 fevral 2001-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 3.3 və 13.1-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (1-ci cild iş vərəqi 117-118). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə il məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 24 fevral 2022-ci il tarixdə, yəni sonuncu məhkumluğu üzrə cəzadan azad edildikdən 21 il 23 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 21). İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 25 fevral 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 97-100). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanın zirzəmisində hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs əlindəki soyuq silah hesab olunan xəncərin küt hissəsi ilə qəsdən vurub sağlamlığına ağır zərər vurması və xuliqanlıq etməsinə dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşır, lakin qarşılıqlı mübahisə zamanı baş verdiyindən həmin əməlin xuliqanlıq niyyəti ilə, yəni cüzi səbəbdən törədilməsi barədə ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ciil tarixli qərarının 6-cı maddəsinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Qeyd edilən Ali Məhkəmənin Plenum qərarının göstərilən müddəalarının qəsdən sağlamlığa ağır zərərvurma işləri üzrə məhkəmə təcrübəsində (CM-in 126-cı maddəsi) istifadə oluna biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanının ittihamda irəli sürdüyü kimi cüzi səbəbdən vurmamışdır. Belə ki, cinayət işinin materiallarından, o cümlədən məhkəmə zamanı dindirilmiş Təqsirləndirilən şəxs, zərərəkmiş şəxs Zərərçəkmiş şəxs və ibtidai istintaq zamanı dindiirlmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş iş üzrə Şahid1 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hələ hadisədən bir müddət əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün və ailəsinin (ana-bacısının) ünvanına nalayiq sözlər və söyüşlər işlətməsi səbəbindən münaqişə başlamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən söyülməsinin səbəbini öyrənmək üçün sonuncunu Şahid1 vasitəsilə yaşadığı evə gətirmiş, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hadisə yerində yenə də söyüş söyülməsi ilə bağlı mübahisə yaranmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşılıqlı dalaşma zamanı yenidən söyməkdə davam etmiş və nəticədə Təqsirləndirilən şəxs Rüfət Abbasovdan söydüyü söyüşlərə görə qisas almaq məqsədi ilə sonunucunu baş nahiyyəsindən xəncərin küt hissəsi ilə vuraraq sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, cinayətin səbəbi kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün və ailəsinin ünvanına nalayiq sözlər işlətməsi cüzi səbəb və ya heç bir əsaslı səbəbin olmaması kimi hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, ibtidai istintaqın Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Plenum qərarının 1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur; X4 2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; həmin Plenum qəranının 3-cü maddəsinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə «Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Plenum qərarının müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşılıqlı mübahisə və dalaşma zamanı ağır bədən xəsarəti yetirərkən və onun sonrakı hərəkətləri ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. Belə ki cinayət işinin materiallarından, o cümlədən məhkəmə və istintaq zamanı şahid qismində dindirilmiş Şahid8, Şahid3, Şahid4 və Ema Şükürovun ifadələrindən görünür ki, sonuncular 24 fevral 2022-ci il tarixdə saat 23 radələrində, yəni gecə saatlarında, özlərinə məxsus və Təqsirləndirilən şəxs kirayəşin yaşadığı evin zirzəmisində səs-küy gəlməsi səbəbindən evlərindən çıxaraq zirzəmiyə düşmüşlər, həmin vaxt Rüfət divara söykənmiş vəziyyətdə olmuş, Mirağanınn əlində xəncər olmuş, Mirağanınn əlində xəncəri görüb yaxınlaşmaqdan çəkinmişlər, Mirağa da onların artıq hadisə yerinə gəlməsini görsə də gecə saatlarında ictimai qaydanın kobud surətdə pozulmasına yönəlmiş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən qanunsuz hərəkətlərini uzun müddət davam etmiş - bu hal təxminən 10 dəqiqə, yəni Rüfətin arvadı Şahid2 gəlib Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən alıb evlərinə aparana qədər davam etmişdir. Qeyd olunanlar sübut edir ki, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etmiş, yəni öz əməlləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini də (xuliqanlıq) törətmişdir. Məhkəmə eyni zamanda ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin (qanunsuz olaraq soyuq atıcı silahı əldə etmə və ya gəzdirmə) tərkibinin olması ilə bağlı gəldiyi nəticə ilə də razılaşır. Belə ki, «Silah, döyüş sursati və ya partlayici maddələrin oğurlanmasi və qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqinda " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 may 1998-ci il tarixli Plenum qərarının 1-ci maddəsinə əsasən
1. Şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 220, 220-1 və 220-2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasını həll edərkən, məhkəmələr müttəhimdən götürülən predmetlərin qeyd olunan maddələrlə nəzərdə tutan odlu silah, döyüş sursatı və ya partlayıcı maddələr, habelə soyuq silah növünə aid olubolmaması məsələsini həll etməlidirlər. Bu zaman «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanununun, müddəaları əsas götürülməlidir. Təqsirli şəxsin gəzdirdiyi, saxladığı, daşıdığı, əldə etdiyi, hazırladığı, satdığı və ya oğurladığı silahın odlu silaha, döyüş sursatına və ya partlayıcı maddəyə aid olubolmamasını müəyyən etmək üçün iş üzrə ekspertizanın keçirilməsi zəruridir. X4 2-ci maddəsinə əsasən «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu və soyud silah, döyüş sursatı, güllə və partlayıcı maddələr həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. X4 3-cü maddəsinə əsasən «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 60-cı bəndinə əsasən, soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərər vurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc süngü bıçaqları və s.), habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, əliçlik, nunçaq, toppuz, beşbarmaq və s.) silah başa düşülməlidir. İbtidai istintaq zamanı təyin edilmiş məhkəmə-trasaloji ekspertiza üzrə 26 may 2022ci il tarixli 3/587 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, çapıcı, vurucu-əzici, ucu deşici xassəyə malik olan, xəncər-kastet tipli kombinə edilmiş soyuq silah hesab edilir (1-ci cild iş vərəqi 183-186). Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsu vuraraq xəsarət yetirdiyi xəncər konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmayan, kustar üsulli istehsal edilmiş predmetdir və bu səbəbdən də soyuq silah hesab olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarırın təzyiq və təsir ilə narkotik vasitənin özünə məxsus olması və öz istifadəsi üçün əldə edərək üzərində saxlaması barədə etirafedici ifadələr verməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakteri daşıyır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 25 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol ilə və təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini əks etdirən vieogürüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dəvət edilmiş müdafiəçisi Bakı şəhər 13 saylı vəkil Bürosunun vəkili X1 iştirakı ilə könüllü surətdə, kənar müdaxilə olmadan əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərsində narkotik vasitə heroin olmasını, həmin maddəni yaşadığı evin yaxınlığında Tural adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bədəni və sifəti üzərində heç bir xəsarət və ya zədə izləri müşahidə olunmur. Bundan başqa cinayət işinin materiallarında təqsirləndirilən şəxs Mirağa Cəfərovun xəsarət alması, bədəni üzərində xəsarət izlərinin olmasını təsdiq edən məhkəmə-tibb ekspertizası üzrə rəylər, tibbi müayinələrin nəticələri və digər tibbi sənədlər aşkar edilməmişdir. Məhkəmə zamanı da qeyd etdiyi xüsusatların aşkar edilməsi üçün Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilməsi ilə bağlı edilən təklifləri qəbul etməmiş və bunu bədəni üzərində heç bir xəsarət izlərinin qalmaması ilə əsaslandırmışdır. Bundan əlavə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs polis əməkdaşlarırın ona qarşı etdikləri qanunsuz hərəkətlər barədə müvafiq hüquq-mühafizə orqanlarına şikayətləri və müraciətləri müəyyən edilməmiş, məhkəmə zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq və ondan sonrakı dövrlərdə polis əməkdaşlarının əməllərindən heç yerə şikayət etmədiyini göstərmişdir. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,952 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarın aşağı həddi 0,150 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 0, 952 qram olduğundan şəxsi istehlak miqdarından artıq təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin bir bükümdə olması, çəkilib xırda bükümlərə bölünməməsi, onun hazırlanması üçün xüsusi aşkar edilməməsi, polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatında təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasının göstərilməməsi bir daha ibtidai istintaq orqanının təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanın zirzəmisində Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış qarşılıqlı mübahisə, münaqişə və dalaşma zamanı Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı kobud pozan hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək sonuncunu yaşadığı ünvandan götürdüyü kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, çapıcı, vurucu-əzici, ucu deşici xassəyə malik olan, xəncər-kastet tipli kombinə edilmiş, tiyəsinin orta xəttdən uzunluğu 425 mm, orta hissədə eni 44 mm, maksimal qalınlığı 2,7 mm, dəstəyinin uzunluğu 185 mm, orta hissədə diametri 30 mm olan soyuq silah hesab edilən xəncərin küt hissəsi ilə sonuncunun baş nahiyəsindən, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub ona burun əsasının səthi kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa zərər vurmayan, başın yuxarı ənsə nahiyəsinin, başın təpə nahiyəsinin sol yan səthinin, sol qaş qövsü nahiyəsinin, başın alm nahiyəsinin sağ yan səthinin, sağ əlin arxa səthinin kəsilmiş yaraları və sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, başın sağ təpə sümüyünün xətti sınığı və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin sağ yan səthinin kəsilmiş yarasından ibarət həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vuraraq xuliqanlıq etmişdir; bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,952 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə bağlı 25 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanının qarşısında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 7 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PBnə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,952 qram qəhvəyi rəngli tözşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi istintaq orqanı və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.4-cü maddəsinin saknsiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 221.3 və 234.1-c maddələri az ağır cinayətlər və həmin Məcəllənin126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərəçəkmiş şəxslə barışıq əldə etməsini təqirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəyə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Cavad Süleymanovun törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1, 221.3, 228.4 və 234.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə (CM-in 126.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 25 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1, 221.3, 228.4 və 234.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə (CM-in 126.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 25 fevral 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 07 may 2022-ci il tarixli 2306 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən, Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə kimyəvi ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 6/1190 saylı espert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş maddə 0,952 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,902 qram narkotik vasitə heroin, 1 ədəd xəncər məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat və məhkəmə-ballistik ekspertiza üzrə tədqiqatın dəyəri 64 (altmış dörd) manat, cəmi 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsininn 126.1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,902 qram narkotik vasitə heroin, 1 ədəd xəncər məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd “DVD” formatlı disk 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri (ekspertiza xərcləri) - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat və məhkəmə-ballistik ekspertiza üzrə tədqiqatın dəyəri 64 (altmış dörd) manat, cəmi 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Məhəmməd Əkbərov