Məhkəmə qərarları › İş №1(101)-1710/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1710/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1710/2025 28.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 32, mənzil 7-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Mağaza küçəsi, ev 23-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda fərdi yaşayış evində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, habelə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək birləşmiş, “Əli” adlı şəxs və qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə xüsusilə külli miqdarda – 1.057,734 qram çəkidə psixotrop maddə metamfetamin, külli miqdarda - 21.180 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda olan 36 qram təşkil edən 900 ədəd metadon həblərini Astara rayonu ərazisində yerləşdirilib “WhatsApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra sonuncu Təqsirləndirilən şəxs2lə birlikdə onun idarə etdiyi “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 noyabr 2024-cü il tarixdə Astara rayonu ərazisinə gedərək bu maddələri götürüb avtomobilin arxa yük yerinə yerləşdirməklə onların satışını və paylanılmasını həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs3 çatdırmaq məqsədi ilə Bakı şəhəri istiqamətində daşımış, 13 noyabr 2024-cü il tarixdə, saat 09:40-da Bakı şəhəri, Qaradağ rayonu, ünvan ünvanda hərəkətdə olduqları zaman Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, saat 11:01-də həmin yerdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilən zamanı arxa yük yerindən göstərilən maddə və vasitələr aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs3 şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satma barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək birləşmiş, “Əli” adlı şəxs və qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə 01 ədəd şəffaf sellofan bükümdə, külli miqdarda - 22,704 qram çəkidə psixotrop maddə metamfetamini Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşdirilib “WhatsApp” mobil tətbiqi vasitəsilə ona məlumat verildikdən sonra istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qeyd edilən maddəni qanunsuz olaraq əldə edib idarə etdiyi “Fiat Doblo” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 170-ci Binə küçəsində yerləşən “Azad” marketin qarşısına daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 14 noyabr 2024-cü il tarixdə, saat 17:20-də orada idarəyə gətirilib həmin günü saat 19:05-də bu avtomobilə keçirilmiş baxış zamanı salonda ön sağ tərəfdə yerləşən saxlanc yerindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, epilepsiya xəstəliyindən əziyyət çəkdiyinə görə narkotikdən heç vaxt istifadə etməmişdir. 2024-cü ilin sentyabr ayında İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxslə tanış olmuş, bundan sonra onunla tez-tez mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Əli ona tez-tez Azərbaycana keçirdiyi narkotik vasitəni bir yerdən götürüb başqa şəxsə verəcəyi təqdirdə ona 1.000 manat pul göndərəciyini bildirmişdir. O ilk əvvəllər bu təklifi qəbul etməsə də, maddi sıxıntıları olduğundan sonradan razılaşmışdır. 12 noyabr 2024-cü il tarixdə “Əli” ona Astara rayonunda narkotik yerləşdirildiyini bildirmişdir. O, avtomobil idarə edə bilmədiyi üçün Astara rayonuna getmək barədə Təqsirləndirilən şəxs2 məlumat versə də, ora hansı məqsədlə gedəcəklərini deməmiş, sadəcə olaraq yol pulu olaraq ona 500 manat verəcəyini söyləmişdir. Bundan sonra saat 23 radələrində Kamalla birlikdə sonuncuya məxsus “Toyota Prius” markalı avtomobil ilə Astaraya gedərək “Əli”nin göndərdiyi ünvana çatmışlar. Bu zaman Kamal avtomobildə qalmış, o isə həmin yerdə olan işıq dirəyinə tərəf gedərək üzərinə zibil yığılmış bağlamaların olduğunu görüb onları götürərək avtomobilə qoymuşdur. Ertəsi günü Bakıya qayıtmaq üçün yola düşmüş, lakin Qaradağ rayonunda yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Bu zaman polis əməkdaşları Kamalın sürücülük vəsiqəsinin müddətinin keçməsini müəyyən etmiş, həmçinin sərxoşluq hallarını yoxlamış və avtomobilin yük yerində bağlamaları görüb aidiyyəti yerəməlumat vermişlər. Bir qədər sonra hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlmiş və avtomobilin yük yerindən həmin bağlamalar çıxarılaraq onlara baxış keçirilmişdir. Bundan sonra onlar Baş idarəyə aparılmışlar. Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamış, onu ilk dəfə həmin idarədə görmüşdür. Kamranla İran vətəndaşı olan “Əli”nin əlaqəsinin olub-olmamasını bilmir. Sadəcə olaraq polis idarəsində “Əli” ilə danışdığı nömrənin kimin adına qeydiyyatda olduğunun yoxlanılması zamanı onun Kamranın adına olması məlum olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 təxminən 5-6 ildir tanıyır. Hadisədən bir gün əvvəl Rauf ona Astara rayonuna gedib-gəlmək lazım olduğunu və bunun müqabilində ona pul verəcəyini bildirsə də, bu məbləğ 500 manat olmamışdır. O bununla razılaşmış və 12 noyabr 2024-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Raufla birlikdə Astaraya getmişlər. Oraya çatdıqdan sonra Rauf maşından düşmüş, bir qədər sonra onun kiminləsə yüksək səslə danışıb mübahisə etdiyini eşitmişdir. Bundan sonra Rauf gətirdiyi bağlamaları birlikdə avtomobilə yerləşdirmişlər. Ertəsi günü Bakıya qayıtmaq üçün yola düşmüş, lakin “Qaradağ postu”nun yaxınlığında yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışlar. Bu zaman polis əməkdaşları onun sürücülük vəsiqəsinin etibarsız olduğunu müəyyən etmişlər. Bundan sonra isə polislər onların sərxoşluq vəziyyətini yoxlamış və maşına baxış keçirib bağlamaları görmüşlər. Sonra hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlmiş, avtomobilin yük yerinə baxış keçirərək həmin bağlamaları götürmüşlər. Təqsirləndirilən şəxs3 tanımır, onu ilk dəfə bu iş üzrə görmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmuş və tutulmamışdan 6-7 ay əvvəl narkotik istifadə etməyə başlamış, habelə “Əli” adlı İran vətəndaşını tanımışdır. O, “Əli”dən narkotik alarkən sonuncunun ona göndərdiyi mobil nömrəyə “m10” proqramı vasitəsilə pul göndərirdi. Heç vaxt narkotikin satışı ilə məşğul olmamışdır. 14 noyabr 2024cü il tarixdə yaşadığı evdən çıxıb idarə etdiyi “Fiat Doblo” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən yolda qonşusu Şahid4la rastlaşmış, sonuncu da onu yolun kənarına kimi aparmağı xahiş etmişdir. Xəzər rayonu, Binə qəsəbəsi, 170-ci Binə küçəsində yerləşən “Azad” marketin yaxınlığında olarkən bir neçə nəfər mülki geyimli şəxslər tərəfindən saxlanılmışdır. Onlar ona polis əməkdaşları olduqlarını bildirib onu və Vüsalı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. İlk olaraq nəyə görə tutulduğundan xəbəri olmasa da, idarədə İran vətəndaşına mobil nömrə verdiyi üçün saxlanıldığını bildirilmişdir. O da qeyd etmişdir ki, “Əli”nin xahişi ilə öz adına GSM nömrə alıb ona versə də, onunla əlaqədə olub narkotikin satışı ilə məşğul olmamışdır. Bundan sonra onun üzərində axtarış aparılıb heç bir narkotik tapılmasa da, sonradan idarənin həyətində maşınına baxış keçirilən zaman ona məxsus olmayan büküm aşkar edilmişdir. Polis əməkdaşlarının ona göstərilmiş təzyiqlər nəticəsində məcbur olub onların dediklərinə uyğun hərəkət edib guya həmin bükümdə olan metamfetaminin ona aid olmasını və “Əli”dən əldə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Onu da bildirir ki, “Əli”dən narkotik ala bilmədiyi hallarda digər İran nömrələri ilə əlaqə saxlayıb öz istifadəsi üçün narkotik əldə edirdi. Məhkəmədə şahid Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti Alayının xüsusi tağımının baş inspektoru Şahid3 ifadəsində göstərdi ki, 13 noyabr 2024-cü il tarixdə, saat 09:40-da iş yoldaşları X7 və X2 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarının tələbini pozduğuna görə Qaradağ rayonu, ünvan ünvanın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs2 kimi məlum olan sürücüyə saxlanılma səbəbi izah olunmuş və onun sürücülük vəsiqəsinə baxarkən vəsiqənin etibarlılıq müddətinin bitməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və sərnişin olan Təqsirləndirilən şəxs1 verilən suallara qeyri-adekvat cavab verməyə başlamış, sürücü sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Bu şəxslərin hərəkətləri şübhə yaratdığından onlar avtomobilin arxa yük yerinə vizual olaraq baxış keçirmək istəmiş, həmin şəxslər də buna etiraz etməmişlər. Yük yeri açıldıqda orada iki ədəd qara rəngli kisəni görüb onların nə olmasını soruşanda kisənin içərisində narkotik olduğu deyilmişdir. Bundan sonra o, bu barədə raportla rəhbərliyə məruzə edib aidiyyəti polis əməkdaşlarının gəlməsini gözləmişlər. Bir müddət sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib videoçəkilişdən istifadə etməklə baxış keçirilməyə başlanılmışdır. Saxlanılan şəxslər özlərini təqdim etmişlər. Daha sonra onlardan üzərlərində və avtomobildə dövriyyəsi qadağan olunmuş əşya və predmetin olubolmaması soruşulmuş, onların da hər ikisi üstlərində qadağan olunmuş əşya olmadığını desələr də, avtomobildə “nəşə” adı ilə tanıdıqları narkotik vasitə saxladıqlarını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa yük hissəsini açmış və orada olan iki ədəd qara rəngli bağlamalara baxış zamanı 21 ədəd sellofan bağlamada otşəkilli maddə, 02 ədəd sellofanda kristal şəkilli maddə va üzərində “Methadone 40” sözləri yazılmış 900 ədəd dərman həbi aşkar olunmuşdur. Bu maddələr və həblər elektron tərəzi də çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli pul qabını, qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “iPhone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan başqa onun üzərindən müxtəlif kartlar və pul vəsaiti aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 isə üstünə baxış zamanı sonuncu 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, 01 ədəd kibrit qutusunu, pul kisəsini və digər əşyaları çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş maddə və kütlələri bir gün əvvəl “Əli” adlı İran vətəndaşının “WhatsApp” proqramı vasitəsi ilə ona göndərdiyi yerdən Astara rayonundan əldə etdiyini, onları Bakıya aparmaq üçün “Əli”nin ona 1.000 manat pul təklif etdiyini, bu barədə Təqsirləndirilən şəxs2 də məlumat verdiyini demişdir. Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Məhkəmədə şahid Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 noyabr 2024-cü il tarixdə idarəyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının xüsusi tağımının baş inspektoru Şahid3 tərəfindən tərtib edilmiş raport daxil olmuşdur. Raportda Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesində xidmətdə olan zaman “Toyota” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarının tələbini pozduğuna görə həmin günü saat 09:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, ünvan ünvanın yaxınlığında saxlanıldığı, avtomobilin arxa yük yerində 02 ədəd qara rəngli sintetik kisənin olmasının müəyyən edildiyi və saxlanılan şəxslərin həmin kisələrdə narkotik vasitə olduğunu bildirdikləri qeyd olunmuşdur. Bununla bağlı əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə idarənin əməkdaşları X17, X12 və X6 ibarət əməliyyat qrupu yaradılaraq onlar həmin ünvana gəlmişlər. Orada yol-patrul xidmətinin əməkdaşları, habelə “Toyota” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 və sərnişin Təqsirləndirilən şəxs1 olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində və avtomobildə dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, onlar da üzərlərində belə əşyanın olmadığını söyləsələr də, avtomobilin yük yerində marixuananın olduğunu demişlər. Bundan sonra saat 11:01-də videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərinə və avtomobilə baxış keçirilməsinə başlanmışdır. Şəxslərin üzərlərində qanunsuz əşyalar olmasa da, Təqsirləndirilən şəxs1 aşkar edilmiş mobil telefon, bank kartı, şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs2 də aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa yük yerini açmış və orada 02 ədəd qara rəngli kisələrdə sellofan bağlamaların olması müəyyən edilmişdir. Bağlamalara baxış zamanı 21 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya, 02 ədəd sellofan torbada psixotrop maddə metamfetaminə oxşar kütlələr və 900 ədəd metadon həbi aşkar edilmişdir. Onlar elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşlər. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş maddə və kütlələri bir gün əvvəl gecə saatlarında “Əli” adlı İran vətəndaşının “WhatsApp” proqramı vasitəsilə ona göndərdiyi ünvandan, yəni Astara rayonundan götürdüyünü və Bakı şəhərinə gətirmək üçün “Əli”nin ona 1.000 manat pul verəcəyini, bu barədə Təqsirləndirilən şəxs2 də məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləmişdir. Daha sonra müvafiq sənədləşdirilmə aparılması üçün bu şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Məhkəmədə şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı idarədə istintaq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs3 müəyyən edib gətirilməsi barədə 14 noyabr 2024-cü il tarixdə istintaq tapşırığı verilmişdir. Buna görə də o, idarənin əməkdaşları X13, X14 və X19 ilə birlikdə Təqsirləndirilən şəxs3 olması ehtimal edilən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə getmişlər. Həmin günü saat 17:20-də Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 170-ci Binə küçəsində yerləşən “Azad” marketin qarşısında idarə etdiyi “Fiat Doblo” markalı, **-DT-*** qeydiyyat nişanlı avtomobilin yanında tanışı Şahid4 ilə birlikdə olduğu zaman saxlamışlar. Təqsirləndirilən şəxs3 məsələ barədə məlumat verib həmin şəxsləri idarəyə aparmışlar. Orada videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs3 üstünün və avtomobilinin yoxlanılacağı, Şahid4 isə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Onlar buna etiraz etməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli şalvarının ciblərindən 02 ədəd mobil telefonu, 01 ədəd açarı, pul vəsaitlərini, siqaret qutularını və alışqanı çıxarıb təqdim etmişdir. Şahid4 da isə əhəmiyyətli bir əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 avtomobildə “patı” olduğunu deyib onu tanıdığı İran vətəndaşı olan “Əli” adlı şəxsdən aldığını və 10 gün sonra müəyyən məbləğ qarşılığında başqa yerə yerləşdirəcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 avtomobilinə baxış zamanı o, avtomobilin qapısını açaraq ön sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Qeyd edilən büküm elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılıb möhürlənmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adını və onun tutulmasını “Əli” adlı şəxsdən eşitmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola və ona əlavə edilmiş disklərdəki olan görüntülərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin günü Bakı şəhəri, Qaradağ rayonu, ünvan ünvanın yaxınlığında saat 09:40-da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Saat 11:01-də onların üzərində və avtomobilində yoxlama aparılmağa başlanılır. Bu şəxslər baxışın keçirilməsinə etiraz etmədiklərini və baxışın keçirilməsinə razı olduqlarını bildirdilər. Onlara üstlərində və avtomobildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif olunur. Bu təklifdən sonra onların hər ikisi üstlərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olmasını bildirsələr də, avtomobildə “nəşə” saxladıqlarını deyirlər. Daha sonra Təqsirləndirilən şəxs1 “Toyota” markalı, **-BS- *** qeydiyyat nişanlı avtomobilin arxa yük yerini açır. Həmin hissəyə baxış zamanı 02 ədəd qara rəngli sintetik kisələrdə sellofan bağlamaların olması müəyyən edilir. Bağlamalara baxış zamanı 21 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 02 ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə oxşar maddə və 90 ədəd konvalyutda üstündə “Methadone 40" sözləri yazılmış, hər konvalyutda 10 ədəd olmaqla ümumilikdə 900 ədəd dərman həbi olması müəyyən edilir. Həmin maddə, kütlə və həblər elektron tərəzidə çəkilir, müvafiq qaydada qablaşdırılır, iştirakçılar tərəfindən imzalanır. Daha sonra Təqsirləndirilən şəxs1 üstünə baxış zamanı o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli pul qabını, qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “iPhone” markalı mobil telefonu çıxarıb təqdim edir və telefonda 055 ***-**-** nömrənin olduğunu bildirir. Pul qabına baxış zamanı içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, 02 manat pul, 02 ədəd kağız parçası, 01 ədəd üstündə 5522 0993 6747 7155 rəqəmləri qeyd olunmuş “ABB” bank kartı, 01 ədəd “Birbank” bank kartı, 01 ədəd üstündə 4127 2211 1514 8787 rəqəmləri qeyd olunmuş “ABB” bank kartı, 01 ədəd “Bakıkart” kartı, 01 ədəd mobil danışıq kartı və 01 ədəd “Azəriqaz” kartının olması məüyyən edildi. Aşkar edilmiş mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartları götürülür, digər əşyalar isə özünə qaytarılır. Daha sonra Təqsirləndirilən şəxs2 üstünə baxış zamanı o, qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, 01 ədəd kibrit qutusunu, şalvarının sol yan cibindən 01 ədəd pul qabını, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 02 ədəd “Bakıkart” kartını çıxarıb təqdim edir. Pul qabına baxış zamanı içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd “Azəriqaz” kartı, 02 ədəd üstündə 0000 1234 5678 kağız kartı, 10 manat pul və 01 ədəd sürücülük vəsiqəsinin olması müəyyən edilir. Sorğu-sual zamanı o, “Samsung” markalı telefonun içərisində 055 ***-**-** və 070 ***-**-** nömrələrin olduğunu bildirir. Mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi götürülür. Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş maddə və kütlələri 12 noyabr 2024-cü il tarixdə gecə saatlarında “Əli” adlı İran vətəndaşının “WhatsApp” proqramı vasitəsilə ona göndərdiyi məkandan əldə etdiyini, həmin maddə və kütlələri Astara rayonundan Bakı şəhərinə gətirmək üçün “Əli”nin ona 1.000 manat pul təklif etdiyini, bu barədə Təqsirləndirilən şəxs2 də məlumat verib köməklik edəcəyi təqdirdə ona da müəyyən məbləğdə pul verəcəyini bildirir. Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiqləyir (İ cild, i.v.44-48; disklər); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs1 əks olunmuş ifadələrinə görə təxminən 2024-cü ilin sentyabr ayında Ruslan adlı tanışı onu İran vətəndaşı Əli adlı şəxslə tanış etmişdir. Ruslan bildirmişdir ki, əgər istəsə iranlı ilə işləyib Əlinin narkotik vasitələrini daşıyıb pul qazana bilər. Həmin zamandan sonra Ruslanı görməmişdir. Ruslanla yaxın münasibəti olmamışdır. Bu müddətdən sonra Əli ilə əlaqə yaratmağa başlamışdır. Əli ona bildirmişdir ki, o narkotik vasitəni rayonlardan birinə gətirəcək və əgər o, həmin narkotik götürüb onun dediyi şəxsə versə, ona 1.000 manat pul verəcəkdir. O, razılaşmaq istəməsə də, maddi sıxıntıları olduğu üçün bununla razılaşmışdır. 12 noyabr 2024-cü il tarixdə danışıq zamanı Əli ona bilmişdir ki, Astara rayonunda narkotik yerləşdirib. Əli ona miqdar deməsə də, bunun az olduğunu bildirmişdir. O, avtomobil sürə bilmədiyi üçün bu barədə tanışı Təqsirləndirilən şəxs2 zəng edib işlə əlaqədar rayona gedib qayıtmaq lazım olduğunu bildirmişdir. Təxminən saat 20 radələrində Kamal onun yaşadığı evin yaxınlığına gəlmiş və sürücülük vəsiqəsinin müddətinin bitdiyini demişdir. O da narahat olmamağı, qayda pozmadan gedib gələcəklərini bildirmişdir. Kamala bildirmişdir ki, narkotik götürüb Bakıya gətirib 1.000 manat pul alacaqlar. Həmin pulun 500 manatını da Kamala verəcəkdir. Kamal da bununla razılaşmışdır. Onlar Astara rayonu istiqamətində yola çıxmış və təxminən saat 23 radələrində ora çatmışlar. Göndərilmiş məkan üzrə işıq dirəyinə çatdıqda üzərinə zibil yığılmış bağlamaların olduğunu görmüşdür. Bağlamaların çox olduğunu görüb bu barədə Əliyə bildirmişdir. Əli də yol gəldiyinə görə onları götürüb dediyi şəxsə verməli olduğunu bildirmişdir. O da həmin paketləri yolun kənarına gətirmiş, Kamal da avtomobildən düşüb bağlamaları yük yerinə qoymağa kömək etmişdir. Səhər saatlarında Bakı istiqamətində yola çıxmışlar. Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolda hərəkətdə olan zaman yol-patrul xidməti əməkdaşları onları saxlamışdır. Daha sonra Kamalın sərxoş olub-olmamasını yoxlamışlar. Bundan sonra Kamalın sürücülük vəsiqəsinin etibarsız olmasını müəyyən etmişlər. Onlar həmin zaman çox həyəcanlıymışlar. Polis əməkdaşları onların hərəkətlərindən və avtomobildən gələn qoxudan şübhələnmiş və avtomobilə baxış keçirmək istədiklərini bildirmişlər. Onlar buna etiraz etməmişlər. Kamal avtomobilin arxa yük yerini açdıqda orada bağlamaların nə olduğunu soruşmuşlar. Onlar artıq çıxış yolu olmadığını görüb həmin maddələrin narkotik vasitələr olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları bu barədə məruzə etmişlər. Onlar orada gözləmişlər. Daha sonra digər əməkdaşlar gəlib həmin maddələrə videoçəkilişdən istifadə etməklə baxış keçirmişlər.............Əli ona bildirmişdir ki, pulu ona narkotik vasitəni təhvil verəcəyi şəxs verəcək. Təqsirləndirilən şəxs3 kim olduğu və onunla əlaqəsinin olması ilə bağlı sual verildikdə isə o bildirir ki, Kamran 077 ***-**-** və 070 ***-**-** saylı mobil nömrələri istifadə edir, Hövsan südçülük sovxozunda yaşayır. Bir dəfə Əli ona Kamranın fotoşəklini göstərmiş və Bakı şəhərində Kamranın anbarının olmasını, narkotik vasitələri onun vasitəsilə paylaşdırdığını bildirmişdir. O, bir dəfə təsadüfən Binə qəsəbəsinə getdikdə orada Kamranı görmüşdür. Ətrafda olan tanımadığı şəxslər də Kamranın İran vətəndaşı ilə işlədiyini və onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs3 heç bir zaman narkotik vasitə almamış, lakin guman edirdi ki, Əli narkotiki kamrana verməyi bildirmişdir (İ cild, i.v.97-100, 143-146, 205-207, 209-212, 286-289); • “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokola və ona əlavə edilmiş diskdəki olan görüntüyə əsasən istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilir. Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan qara rəngli uzunqol gödəkçənin sağ yan cibindən 01 ədəd açarı, əynində olan boz rəngli şalvarın sol arxa cibindən pul vəsaitlərini, əynində olan qolsuz gödəkçənin sol yan cibindən 02 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı çıxarıb təqdim edir. Bundan sonra ardıcıllıqla həmin əşyalara baxış keçirilməyə başlanılır. İlk öncə onun təqdim etdiyi pula baxış keçirilir, pulun 2 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq və 7 ədəd bir manatlıq pul vəsaiti olması müəyyən edilir. Şifahi sorğu zamanı o, həmin pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirir. Daha sonra onun təqdim etdiyi “Samsung” markalı mobil telefonlara baxış keçirilir. Baxış zamanı telefonların birinin arxa hissəsində 4098 5844 6560 0722 rəqəmli “Leobank” plastik kartının olması müəyyən edilir. Daha sonra 01 ədəd alışqana və 02 ədəd siqaret qutusuna baxış keçirilir. Alışqan, 02 ədəd siqaret qutusu, 01 ədəd açar, 42 manat pul vəsaiti onun özünə qaytarılır. Təqsirləndirilən şəxs3 məxsus 02 ədəd “Samsung” markalı mobil telefonlar, 01 ədəd plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Şahid4 üzərinə baxış zamanı o, əynində olan şalvarın sağ arxa cibindan 01 ədəd pul kisəsini və 01 ədəd açarı, şalvarının sol yan cibindən 01 ədəd alışqanı təqdim edir. Həmin əşyalara baxış keçirildikdən sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə geri qaytarılır. Daha sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 avtomobilin anasının adına qeydiyyatda olduğunu, etibarnamə əsasında özünün idarə etdiyini, avtomobildə “patı” adlanan maddənin olmasını, həmin maddəni uzun müddətdir ki, tanıdığı İran vətəndaşı olan “Əli” adlı şəxsdən aldığını və 10 gün sonra müəyyən məbləğ qarşılığında başqa yerə yerləşdirmək üçün əldə etdiyini, onun mobil nömrəsini dəqiq bilməsədə də, həmin nömrənin mobil telefonunda olduğunu, “WhatsApp” vasitəsilə özünün yazdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi “Fiat Doblo” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı o, avtomobilin çapısını açaraq ön sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edir. Qeyd edilən büküm elektron tərəziyə qoyularaq çəkilir. Bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilir. Avtomobildən aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs3 əvvəllər İran vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə narkotik vasitələr və psixtrop maddə daşımadığını, bu dəfə xahiş etdiyi üçun razılaşdığını, “Əli” adlı şəxsin əlaqəsində olan başqa şəxsləri tanımadığını bildirir. Təqsirləndirilən şəxs1 adını “Əli” adlı şəxsdən eşitdiyini, “Əli” adlı şəxs vasitəsilə Raufun tutulması barədə məlumat aldığını bildirir (İİ cild, i.v 205-208; disk); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs3 oğlunun əks olunmuş ifadələrinə görə o, idarə etdiyi “Fiat Doblo” markalı, **-DT-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Həbs edilməmişdən 6-7 ay əvvəl metamfetamin və marixuanadan istifadə etmişdir. İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsi təxminən 6-7 aydır ki, tanıyır. Əlini onunla hazırda xatırlamadığı şəxslər mobil nömrəsini verib tanış etmişlər. O, Əli adlı şəxslə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Hazırda mobil nömrəsini xatırlamasa da, mobil telefonunda həmin nömrə mövcud olmuşdur. O, Əlidən narkotik vasitə və psixotrop maddə istədikdə, Əli ona mobil nömrə göndərmiş və “m10” proqramı vasitəsilə həmin nömrəyə pul göndərməsini bildirmişdir. Əli həmin maddələri ən azı 10 qram olmaqla göndərmişdir. O, “nəşə”nin 10 qramına 100 manat, “şüşə”nin 10 qramına 300 manat pul vermişdir. Pulu göndərdikdən sonra Əli ona “konum” və fotoşəkil göndərərək həmin maddələri haraya yerləşdirdiyini bildirmişdir. O da həmin ünvandan Əlinin oraya yerləşdirdiyi maddələri götürmüşdür. Bu qaydada təxminən 10 dəfə Əlidən “şüşə” və “nəşə” almışdır. Təqsirləndirilən şəxs1 bir müddətdir ki, qiyabi olaraq tanımışdır. Belə ki, Əli Təqsirləndirilən şəxs1 narkotik vasitələrin Bakıya çatdırılmasında kömək etdiyini bildirmişdir. Lakin Raufu şəxsən görməmiş və onunla görüşməmişdir. Əli ona zəng vuraraq təxminən 20 qram metamfetamin göndərəcəyini, həmin maddəni özündə saxlamağını və lazım olduqda harasa çatdırmalı olduğunu, bunun müqabilində ona pul verəcəyini bildirmişdir. O da Əli ilə razılaşmışdır. Tutulmamışdan təxminən 5-6 gün qabaq Əli ona metronun “Koroğlu” stansiyasının yaxınlığına “konum” ataraq həmin maddəni götürməli olduğunu bildirmişdir. O da Əlinin dediyi ünvana gedib bir bükümdə olan metamfetamini götürüb idarə etdiyi avtomobildə saxlamışdır ki, Əli ona dedikdə həmin maddəni kiməsə versin, yaxud harasa yerləşdirib Əliyə bildirsin. 13 noyabr 2024-cü il tarixdə axşam saatlarında Əli ilə əlaqə saxlayan zaman sonuncu ona Raufun Bakıya narkotik vasitə gətirən zaman polislər tərəfindən tutulduğunu və Bakıya göndərdiyi mallarının batdığını bildirmişdir. 14 noyabr 2024-cü il tarixdə evdən çıxıb Bakı istiqamətində gələn zaman qonşuluqda yaşayan Şahid4 yolun kənarında görmüşdür. Vüsala onu yola kimi aparmağı təklif etmişdir. Vüsal da razılaşıb avtomobilə əyləşmişdir. Bir qədər hərəkət etdikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 170-ci Binə küçəsində yerləşən “Azad” marketin yaxınlığında maşını saxlayıb endikdən sonra bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək cinayət işi ilə əlaqədar verilmiş əməliyyat tapşırığı ilə əlaqədar onu özləri ilə birikdə Baş İdarəyə dəvət etmişlər. O da razılaşmışdır. Vüsal da onlara birlikdə gəlmişdir. ............. Daha sonra üzərinə və avtomobilinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmişdir. O da bununla razılaşmışdır. Üzərində şəxsi axtarış keçirilmişdir. O ciblərində olan mobil telefonları, bank kartını, pul vəsaitini, alışqanı, bir ədəd avtomobil açarını və iki qutu siqareti təqdim etmişdir. Daha sonra pul vəsaiti alışqan, siqaret qutuları, avtomobilin açarı və pul vəsaitləri özünə geri qaytarılmışdır. Üzərində axtarış aparılan zaman əlavə əşya aşkar edilməmişdir. Sonra Şahid4 üzərinə baxış keçirilmiş və qanunsuz əşya aşkar edilmədiyi üçün aşkar edilmiş əşyalar özünə geri qaytarılmışdır. Bundan sonra ondan avtomobilində qanunsuz əşya olubolmadığını soruşduqda, o avtomobilin ön oturacağının qarşısında olan “bardaçok” adlanan yerdə “şüşə” adlanan maddənin olduğunu bildirmişdir. Daha sonra avtomobilə baxış keçirilmişdir. O saxlananc yerini açaraq həmin maddəni təqdim etmişdir....077 ***-**-** və 070 ***-**-** mobil nömrələr onun adına olsa da, onlardan istifadə etmir. O, 051 413-81-80, 099 ***-**-** və 070 ***-**-** nömrələri istifadə edir, Əli ilə sonuncu nömrə ilə əlaqə saxlayırdı. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (İ cild, i.v.209-212, 286-289); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • xx.xx.2024-cü il tarixli 7/1854 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri avtomobildən aşkar edilmiş maddələr” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamadakı 4 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri – 1.000,0 qram, 1.010,0 qram, 1.280,0 qram və 1.020,0 qram; ümumi çəkisi 4.310,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 1№li qara rəngli sintetik torbadakı 11 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 1.010,0 qram, 995,0 qram, 990,0 qram, 895,0 qram; 1.010,0 qram; 600,0 qram, 1.070,0 qram, 975,0 qram, 1.010,0 qram, 1.070,0 qram, 1.005,0 qram, ümumi çəkisi 10.630,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 2№-li qara rəngli sintetik torbadakı 6 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri – 1.050,0 qram, 1.015,0 qram, 1.035,0 qram, 1.005,0 qram, 1.050,0 qram, 1.085,0 qram, ümumi çəkisi – 6.240,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş ümumi sayı 21 ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi – 21.180,0 qramdır, maixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 21.178,95 qram, aparılmış tədqiqatın dəyəri isə 72 manat təşkil edir (İ cild, i.v.72-76); • xx.xx.2024-cü il tarixli 6/5200 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Resnublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6”-li dairəvi möhür əksi olan qara rəngli polietilen bağlamadakı 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 560 qram, 198,145 qram, 99,882 qram, 99,965 qram, 99,742 qram, ümumi təmiz çəkisi 1.057,734 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” əmtəə göstəricisi olan 90 ədəd konvalyutdakı ümumilikdə 900 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 900 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 36 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram, metadon olmaqla). Metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. 01 ədəd bükümdə təmiz çəkisi 47,304 qram olan qəhvəyi rəngli maddənin tərkibində kofein və asetaminofen maddələrin olması müəyyən edildi. Kofein və asetaminofen “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nazərət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil deyildirlər. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 1.057,134 qram, metadon həblərinin sayı 890 ədəd, qəhvəyi rəngli maddə 45,30 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.108-113); • xx.xx.2024-cü il tarixli 6/5209 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6”li möhür əksi, Təqsirləndirilən şəxs3 Əsdulla oğlunun idarə etdiyi... avtomobilin ön saxlanc yerindən aşkar edilmiş maddə...” yazılar və s. soyadlar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 22,704 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu maddə ilə “Ekspert rəyi 6/5200.. 14 noyabr 2024-cü il.. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi... vət. Təqsirləndirilən şəxs2” qeydli kağız paketdəki psixotrop maddə metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Tədqiqatdan sonra metamfetaminlərin qalıq çəkiləri 22,604 qram, 559,7 qram, 497,234 qram, aparılmış tədqiqatın dəyəri isə 110 manat təşkil edir (İ cild, i.v.258-262); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10 X29”in xx.xx.2024-cü il tarixli, 551 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin İV barmağının və sol əlin İV barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən təxminən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdırıla bilər (İİ cild, i.v.235-237); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 Ambulator X1 haqqında”: • 04.08.2025-ci il tarixli, 4710 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs3 kannabinodlərdən və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.246-247); • 04.08.2025-ci il tarixli, 4712 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 kannabinodlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 mayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.248-249); • 04.08.2025-ci il tarixli, 4714 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs1 kannabinodlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 mayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.250-251); • “Üzləşdirmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs3 bildirir ki, Təqsirləndirilən şəxs1 şəxsən görməmiş, onun adını Əlidən eşitmiş, Əli ona Rauf adlı tanışının olmasını demişdir. 13 noyabr 2024-cü il tarixdə də Əli ona zəng vuraraq Raufun tutulduğunu demişdir. Lakin Raufun Bakı şəhərinə Əlinin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri gətirməsindən məlumatı olmamışdır. Rauf həmin narkotik vasitələri və psixotrop maddələri ona gətirməmişdir (İ cild, i.v.254-256); • xx.xx.2024-cü il tarixli “Dindirmə” protokoluna əsasən Məhkəmə ekspertiza mərkəzinin eksperti X4 qeyd edir ki, o, 15 noyabr 2024-ci il tarixdə icraatına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ********* nömrəli cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi barədə qərar və psixotrop maddə metamfetamin nümunələri daxil olmuşdur. Qərarda Təqsirləndirilən şəxs3 avtomobilindən aşkar edilmiş maddənin narkotik vasitə, yaxud psixotrop maddə olub-olmamasının müəyyən edilməsi, həmçinin həmin maddənin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş metamfetaminlə eynilik təşkil edib-etməməsi barədə suallar qoyulmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş maddələr 01 ədəd möhürlənmiş vəziyyətdə, Təqsirləndirilən şəxs3 aşkar edilmiş maddə isə 01 ədəd zərfdə qablaşdırılmış vəziyyətdə göndərilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilmiş bağlamanın içərisində 02 ədəd tədqiqat obyekti olmuşdur. Həmin tədqiqat obyektinin birinin daxilində 559,8 qram metamfetamin, digərində isə 497,334 qram metamfetamin olmuşdur. Tədqiqat aparıldıqdan sonra Təqsirləndirilən şəxs3 aşkar edilmiş maddənin metamfetamin olması, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş metamfetaminlə eynilik təşkil etməsi müəyyən edilmişdir. Tədqiqatdan sonra həmin obyektlərdə müvafiq olaraq 22,604 qram, 559,7 qram və 497,23 qram metamfetamin qalmışdır. Daha sonra tədqiqat obyektlərini yenidən qablaşdırmışdır. Tədqiqat obyektində, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş maddənin çəkisi ümumilikdə 1.057,134 qram, ayrı-ayrılıqda isə 559,8 qram və 497,334 qram metamfetamin olmuşdur. Tərəfindən yazılmış rəydə texniki səhv olaraq həmin maddənin çəkisinin 599,8 qram, qalıq çəkisinin isə texniki səhv olaraq 599,7 qram qeyd edilmişdir (İİ cild, i.v.13-15); • Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***-**-** və 055 ***-**-** saylı GSM nömrələr ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il protokol və ona əlavə edilmiş çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə saat 08:34:39-da +**********12 rəqəmli mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan **********11 mobil nömrəyə “Qaqaw bundan ne xeber? Hardadi? Sen mene komey ede bilersen tebiet’ məzmunlu mesajın daxil olması müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-dən daxil olmuş məktubda ***-***-**-** rəqəmli mobil nömrəsinin sorğulanan müddətdə "xxxx" şəbəkəsində istifadə edilmədiyi qeyd edilmişdir (İİ cild, i.v.135-138); • Təqsirləndirilən şəxs3 istifadəsində olan 099 ***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il protokol və ona əlavə edilmiş çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə saat 01:43:26-da Təqsirləndirilən şəxs3 istifadəsində olan 099 ***-**-** rəqəmli mobil nömrədən 055 ***-**-** rəqəmli mobil nömrəyə “Qaqa xeber gozluyrem 12 den gedib hele xeber yoxdu 12 de daniwdim dedi gedrem mende senin kimi gozluyurem ınwallah geler cixar lnan key kimiyem özüm elemirem deye gic olmuşam dedi gelen kimi yigacam pulu atarsan gozleyrem gorm” məzmunlu mesajın daxil olması müəyyən edilmişdir (İİ cild, i.v.139-142); • Təqsirləndirilən şəxs3 istifadəsində olan 070 501-12-71, 070 ***-**-** və 077 ***- **-** saylı GSM nömrələr ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İİ cild, i.v.143-145); • Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 ***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İİ cild, i.v.146-148); • Təqsirləndirilən şəxs3 istifadəsində olan 051 ***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İİ cild, i.v.149-151); • “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkilə görə Təqsirləndirilən şəxs1 götürülmüş “iPhone X” markalı mobil telefonun “WhatsApp” tətbiqində “Baliq” adı ilə qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 933-256- 8122 rəqəmli mobil nömrənin olması müəyyən edilir. Lakin həmin mobil nömrə ilə Təqsirləndirilən şəxs1 arasında danışıq aşkar edilməmişdir. Qeyd edilən faktın fotoşəkili çəkilərək protokola əlavə edilmişdir (İİ cild, i.v.160-161); • “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs3 götürülmüş “Samsung A10S” markalı mobil telefon aparatına baxış zamanı “WhatsApp” mobil tətbiqində “Emi” adı ilə qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 933-256-8122 rəqəmli mobil nömrənin olması müəyyən edilir. Qeyd edilən mobil nömrə Təqsirləndirilən şəxs1 mobil telefonunda “Baliq” adı ilə qeyd edilib. Təqsirləndirilən şəxs3 “Emi” adı ilə mobil telefonda qeyd edilmiş +98 933-256-8122 rəqəmli mobil nömrə ilə xx.xx.2024-cü il tarixdə danışıqlar aparsa da, göndərilmiş mesajların silinməsi müəyyən edilir. Həmçinin həmin mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olan 070 ***-**-** rəqəmli mobil nömrə ilə qeydiyyatdan keçmiş hesaba xx.xx.2024-cü il tarixdə “Salam qardaş acde qaqawim” məzmunlu mətn mesajının yazması, həmçinin xx.xx.2024-cü il tarixdə “acan kimi yig meni” məzmunlu mətn mesajı yazması müəyyən edilir. Bundan başqa “WhatsApp” mobil tətbiqində nın Təqsirləndirilən şəxs3 adını “Nadir Vusu” kimi qeyd etdiyi İran İslam Respublikasının mobil operatoruna məxsus +98 939-383-4602 rəqəmli mobil nömrənin, adı “Mehdi” kimi qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 937-114-9228 rəqəmli mobil nömrənin, adı “Behmen” kimi qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 933-124-6070 rəqəmli mobil nömrənin, həmçinin adı simvollarla qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 937-049-5723 rəqəmli mobil nömrələrin olması müəyyən edilsə də, həmin şəxslərlə danışqılar aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 istifadəsində olan “Samsung Galaxy A03s” markalı mobil telefon aparatına baxış zamanı “WhatsApp” mobil tətbiqində adı qeyd edilməmiş, İran İslam Respublikasının mobil operatoruna məxsus +98 939-808-3928 rəqəmli mobil nömrənin, adı qeyd edilməmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 937-114-9228 rəqəmli mobil nömrənin, adı müxtəlif simvollarla qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 937- 049-5723 rəqəmli mobil nömrənin, adı “Nadir Vusu” kimi qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 939-383-4602 rəqəmli mobil nömrələrin olması müəyyən edilir. Konkret olaraq isə adı kontaktlar siyahısında qeyd edilməmiş İran İslam Respublikası mobil operatoruna məxsus +98 939- 808-3928 GSM nömrə ilə (A) qeydiyyatdan keçmiş istifadəçi ilə danışıq pəncərəsində həmin şəxs Təqsirləndirilən şəxs3la (B) danışıqlar aparılmışdır. xx.xx.2024-cü il saat 16:24-dən 18:53-dək A: Salam В: Salam Kimidi A: yig meni B: Danişa bilmirem yaz A: Mehdi di gardas Natarsan Salamadxdi B: Sukur Sukur sağol Allah kpmək olsun he tanidim. A: gardas gur na diyram ot varm hazr unvandi, her zaman varm, lazm olsa denan, har nadadir lazm olsa atram B: Qiymeti nece A: yagsi gardas san tamiz insansan, gadan alaram, 8 manat gardas grami Daha sonra həmin mobil nömrədən Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin fotoşəkilini göndərmişdir. A: Bo ot veracam bonbadi co gucu var B: Allah komeyiniz olsun A: insalah vaxsi olar baba alah boykdu narahat olma B:10 qram dan yuxari did yeqin, inşallah, indi deyerem isteseler deyerem. A: Yaxn uşağlarda de, bou tema varda, galin isdiyayn C: Yaxşı A: Prablem dayi gardas 5 atram. Daha sonra özünü Mehdi kimi təqdim edən şəxs Təqsirləndirilən şəxs3 üzərinə “5”, “10”, “20” rəqəmli qeyd edilmiş, daxilində narkotik vasitələr olması ehtimal edilən çox sayda bağlamaların fotoşəkillərini göndərməsi müəyyən edildi. B: He bildim yeni isdeyen olanda deymde nece verir yaxso A: yaxs gardas • Bundan başqa Təqsirləndirilən şəxs3 İran İslam Respublikası mobil operatoruna məxsus +98 937-114-9228 rəqəmli mobil nömrə ilə 26 may 2024-cü il tarixdə səsli mesajla danışıq aparması müəyyən edilsə də, həmin səslərin məzmununu dinləmək texniki səbəblərdən mümkün olmadı. • Qeyd edilən faktların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İİ cild, i.v.162-172); • “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung J2” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İİ cild, i.v.173); • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1365/2024 və 4(005)-1366/2024 nömrəli qərarları ilə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.159-170); • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1376/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.296-302); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışlarına görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (İİ cild, i.v.114-119); • “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 21.178,95 qram çəkidə narkotik vasitələr qurudulmuş marixuana və 890 ədəd metadon həbləri, 1.079,538 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “iPhone X” markalı, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Samsung A10S” və 01 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq, habelə maddi sübut olmayan və narkotik tərkibli maddələrə aid edilməyən 45,304 qram çəkidə kofein və asetaminofen saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 02 ədəd CD disk və 03 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon isə maddi sübut kimi tanınmayaraq yaxın qohumlarına və müdafiəçisinə qaytarılmışdır (İİ cild, i.v.08- 11, İİİ cild, 01-31); • “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla narkotik vasitələrin və psixotrop maddələrin əldə edilmə mənbəyinə və İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır (İİİ cild, i.v.33-35); • “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunan məlumata əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il və xx.xx.2016-cı il təvəllüdlü iki uşağı var (İV cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır (12-ci bənd); bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir (16-cı bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xüsusilə külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 400 qram, narkotik vasitə qurudulmuş marixuananın külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 500 qram, metadonun külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 1,6 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə birlikdə vahid cinayət niyyəti əsasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət fəaliyyətində iştirak etmişlər. Belə ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs3 narkotik vasitələrin yerləşdirilməsi, götürülməsi, saxlanılması və ötürülməsi ilə bağlı göstərişləri “WhatsApp” mobil tətbiqi vasitəsilə İran İslam Respublikasına məxsus mobil operator nömrələrindən istifadə edən “Əli” adlı şəxsdən almışlar. Mobil telefon aparatlarına baxış protokolları, əlaqə məlumatları, yazışmaların məzmunu və fotoşəkillərin göndərilməsi sübut edir ki, hər iki təqsirləndirilən şəxs eyni idarəetmə mənbəyindən tapşırıqlar almış və bu tapşırıqları icra etmişlər. Bu hal da cinayət fəaliyyətinin təsadüfi və müstəqil xarakter daşımadığını, vahid təşkilati rəhbərlik altında həyata keçirildiyini göstərir. Bundan əlavə, narkotik vasitələrin və psixotrop maddələrin hərəkət marşrutu üzrə funksional bölgü mövcud olmuş (sərhəd bölgəsində yerləşdirilmə və götürülmə, nəqliyyat vasitəsi ilə daşınma, Bakı şəhərində saxlanma və sonrakı paylanma üçün hazır vəziyyətdə saxlanılma), bu rollar bir-birini tamamlayır və vahid cinayət mexanizminin tərkib hissələridir. Həmin bölgü cinayət iştirakçılarının rollarının əvvəlcədən razılaşdırılmış plan üzrə icra edildiyinə dəlalət edir. Hər bir şəxsin hərəkətləri digərinin hərəkətləri ilə səbəb-nəticə əlaqəsində olmuş və ümumi məqsədə – narkotik vasitə və psixotrop maddələrin satışına xidmət etmişdir. 12–14 noyabr 2024-cü il tarixlərində baş vermiş hadisələrin ardıcıllığı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə ilə tutulması, sonrakı mərhələdə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildən eyni tərkibli saxlanılan metamfetaminin aşkar edilməsi, habelə Təqsirləndirilən şəxs3 ilkin ifadələrində “Əli” adlı şəxsin ona Raufun tutulması barədə məlumatın verməsi onu göstərir ki, cinayət iştirakçıları arasında operativ məlumat mübadiləsi mövcud olmuşdur ki, bu da onların eyni cinayət şəbəkəsinin üzvləri olmasını göstərir. Aşkar edilmiş maddələrin miqdarı, qablaşdırma forması, Təqsirləndirilən şəxs3 mobil yazışmalarında maddələrin qramla təklif edilməsi, qiymətlərin göstərilməsi, müxtəlif ölçüdə bağlamaların fotoşəkillərinin göndərilməsi həmin maddələrin şəxsi istifadə üçün deyil, satış məqsədi ilə saxlanıldığını təsdiq edir. Beləliklə, tədqiq olunmuş sübutların məcmusu məhkəməyə əsas verir ki, təqsirləndirilən şəxslər bir-birini şəxsən tanıyıb-tanımamasından asılı olmayaraq, eyni təşkilatçı tərəfindən yönəldilən, rolları funksional olaraq bölüşdürülmüş, vahid cinayət planının icrasında iştirak etmişlər. Bu səbəbdən də onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsinə iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Digər təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən, habelə hər üçünün cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onların həbsə alındığı xx.xx.2024-cü il tarixdən, Təqsirləndirilən şəxs3 isə xx.xx.2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi subutları saxlama kamerasında saxlanılan, qalıq qalan 21.178,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 890 ədəd metadon həbləri, 1.079,538 qram çəkidə psixotrop maddə metamfetamin, habelə maddi sübut olmayan və narkotik tərkibli maddələrə aid edilməyən, qalıq qalan 45,304 qram çəkidə kofein və asetaminofen Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd “iPhone X” markalı mobil telefon Təqsirləndirilən şəxs1, 01 ədəd “Samsung A10S” və 01 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefon Təqsirləndirilən şəxs3 özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatlarının dəyəri olan 296 manat pulun 186 manatı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, 110 manatı isə Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, 02 ədəd CD disk və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X15 (məhkəmənin hazırlıq və bir baxış iclasına görə) 10 saat üçün nəzərdə tutulan 110 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili X8 (məhkəmənin hazırlıq və bir baxış iclasına görə) 10 saat üçün nəzərdə tutulan 110 manat və Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 25 saat üçün nəzərdə tutulan 275 manat, Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 40 saat üçün nəzərdə tutulan 440 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata götürülsün. Ekspertiza tədqiqatlarının dəyəri 296 (iki yüz doxsan altı) manat pulun 186 (yüz səksən altı) manatı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, 110 (yüz on) manatı isə Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, qalıq qalan 21.178,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 890 ədəd metadon həbləri, 1.079,538 qram çəkidə psixotrop maddə metamfetamin, habelə maddi sübut olmayan və narkotik tərkibli maddələrə aid edilməyən, qalıq qalan 45,304 qram çəkidə kofein və asetaminofen məhv edilsin, 01 ədəd “iPhone X” markalı mobil telefon Təqsirləndirilən şəxs1, 01 ədəd “Samsung A10S” və 01 ədəd “Samsung Galaxy A03s” markalı mobil telefon Təqsirləndirilən şəxs3 özünə və ya yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd CD disk və 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X15 (məhkəmənin hazırlıq və bir baxış iclasına görə) 10 saat üçün nəzərdə tutulan 110 (yüz on) manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili X8 (məhkəmənin hazırlıq və bir baxış iclasına görə) 10 saat üçün nəzərdə tutulan 110 (yüz on) manat və Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 25 saat üçün nəzərdə tutulan 275 (iki yüz yetmiş beş) manat, Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 40 saat üçün nəzərdə tutulan 440 (dörd yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar