Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1711/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, fərdi əməklə məşğul olan, Beyləqan rayonunun Şəfəq qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Məhəmməd Pənahi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Məhəmməd Pənahi» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Məhəmməd Pənahi» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 5013,2 qram çəkidə narkotik vasitə heroini ünvan 2 ünvanının yaxınlığında yerləşən avtoservisin həyətində yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütləni 16 iyun 2022-ci il tarixinə keçən gecə saat 00:25 radələrində qeyd olunan yerdən əldə edib ünvan 2 ünvanına qədər daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixinə keçən gecə saat 00:30-da göstərilən ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 5013,2 qram çəkidə narkotik vasitə olan heroin əlində olan bir ədəd qara rəngli sellofan torbada aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ilkin ifadələrində qeyd olunanlar həqiqəti əks etdirmir. O, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan və tədqiq olunmuşdur. Həmin ifadələrində o, göstərmişdir ki, 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Həmin ərəfələrdə də sosial şəbəkələrin birində İran İslam Respublikasının vətəndaşı Məhəmməd Pənahi adlı şəxslə tanış olmuşdur. Həmin şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu demişdir. Tanış olduqdan sonra ancaq özü üçün həmin şəxsdən narkotik vasitə almağa başlamışdır. Təxminən həftə ərzində həmin şəxsdən 2-3 dəfə narkotik vasitə almışdır. O, həmin şəxsin verdiyi bank hesabına pul köçürdürdükdən sonra həmin şəxs adamları vasitəsilə narkotik vasitəni bir yerə yerləşdirib şəklin çəkib ona göndərmişdir. O da daha sonra həmin yerdən gedib narkotik vasitəni götürmüşdür. Həmin şəxsin özünü görməmiş, həmin şəxs ona İran İslam Respublikasında olduğunu demişdir. 15 iyun 2022-ci il tarixdə həmin şəxs ona zəng edib göndərəcəyi narkotik vasitəni götürüb lazımi ünvana çatdırmaq lazım olduğunu xahiş etmiş, əvəzində isə ona narkotik vasitə verəcəyini demişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. Çünki daimi olaraq həmin şəxsdən narkotik vasitə almışdır. Həmin şəxsin deməsinə görə 50 qram narkotik vasitə heroin göndərmişdir. Həmin şəxs ona həmin yerin şəklini çəkib ataraq Binəqədi rayonu ərazisində olduğunu demişdir. Həmçinin həmin yerin xəritə üzərində yerləşdiyi ünvanı da göndərmişdir. O da, yaşadığı evin yaxınlığında olduğu üçün tanımadığı taksi avtomobili ilə qeyd olunan ünvana getmişdir. Həmin yer adını bilmədiyi avtomobil təmiri yerİİnin həyəti olmuşdur. Orada bir təkərin içəri tərəfində bir qara rəngli torbada narkotik vasitə heroin götürmüşdür. Lakin narkotik vasitə 50 qram deyildi, çox idi. Götürdükdə artıq gecə saatları olmuşdur. Həmin narkotik vasitəni səhəri günü aparıb yerləşdirməli olmuşdur. Narkotik vasitəni götürüb bir qədər həmin yerdən aralaşmış və yenidən evə qayıtmaq üçün taksi avtomobili sifariş vermək istəmişdir. Saat təxminən 00:30 radələri olmuşdur Həmin zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər və onun da özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etmiş və sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu, əməliyyat axtarış tədbiri keçirildiyini bildirmişlər. Bununla bağlı onu qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib polis idarəsinə dəvət etmişlər. Artıq polis əməkdaşlarının məlumatlarının olduğunu başa düşüb heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə əlində olan sellofan torba ilə polis şöbəsinə gəlmişdir. Polis İdarəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuş, habələ ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Şəxsi axtarışda müdafiəçi də iştirak etmiş və şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla aparılacağı bildirilmişdir. Buna da hər hansı bir etiraz etməmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş başqa əşyaların olub-olmaması soruşulmuşdur. O da, tutulduğunu başa düşərək heç bir etiraz etməmiş sağ əlində olan qara rəngli sellofan torbada narkotik vasitə heroin olduğunu demiş, həmin torbanı masa üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa üzərində olan bank kartını və bir ədəd “Samsung A12” markalı mobil telefonu, 20 manat pulu və azadlığın məhduldaşdırılması ilə bağlı elektron qolbağa aid mobil cihazı da cibindən çıxardıb masa üzərinə qoymuşdur. Onun təqdim etdiyi sellofan torbaya baxıldıqda içərisində bir ədəd qara rəngli yapışqan lentlə bağlanmış bir ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlama açıldıqda içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı aşkar olunmuş həmin bükümün özünə məxus olduğunu etiraf etmiş və orada da həmin maddəni Məhəmməd Pənahi kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin şəxsin ona zəng edib göndərdiyi narkotik vasitəni dediyi yerə aparıb qoymasını və sonra şəklin çəkib göndərməsini ondan xahiş etmişdir. Əvəzində isə ona narkotik vasitə verəcəyini demişdir. O da, həmin şəxslə razılaşmış, çünki daimi olaraq həmin şəxslə alver etmişdir. Videoçəkiliş zamanı da həmin şəxsin ona 50 qram narkotik vasitə göndərməsini dediyini qeyd etmişdir. Lakin gedib götürərkən həmin miqdardan çox ağır olduğunu görmüşdür. O, Məhəmməd adlı şəxsdən artıq iki ildir ki, narkotik vasitə alveri etmişdir. Əvvəl ancaq özü üçün gedib almışdır. Əvvəllər aparıb hər hansı bir yerə yerləşdirdiyi hallar olmamışdır. Daha sonra üzərində şəxsi axtarış aparılarkən başqa bir predmet və əşya aşkar edilməmişdir. Üzərində aşkar edilmiş bir sellofan torbada olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb üzəri möhürlənmişdir. Həmin bağlama iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin üzərindən aşkar edilmiş mobil telefon və bir ədəd bank kartı da götürülmüşdür. Lakin 20 manat pul və elektron qolbağa aid mobil cihaz özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunub ona və iştirakçılara ucadan oxunmuş, protokol düzgün olduğu üçün o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 15 iyun 2022-ci il tarixdə Beyləqan rayonunun Şəfəq qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan “Mikayıl” adlı şəxsin külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə edib razılıq alındıqdan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa o, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı X3 da daxil edilmişlər. Qrupa rəhbərliy isə tərəfindən həyata keçirilmişdir. 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvləri tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan həmin ünvana getmişlər. 16 iyun 2022-ci il tarixə keçən gecə saat 00:30-da həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi əlində qara rəngli sellofan torba ilə müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən əlində olan sellofan torba ilə birlikdə onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün sonuncu müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təxirə salınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, videoçəkiliş isə Şahid3 tərəfindən aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əlində saxladığı qara rəngli sellofan torbanı, şalvarının cibində olan 20 manat pulu, bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd plastik bank kartını və bir ədəd azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq olunan elektron qolbağın mobil cihazını çıxardıb masa üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda torbanın içərisindən bir ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba açıldıqda bağlamanın içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zaman başqa hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar edilmiş narkotik vasitə heroini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Məhəmməd Pənahi” adlı şəxsdən aldığını, həmin şəxslə 2 il əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə aralarında münasibət yarandığını, iki ilə yaxın müddətdir ki, mütəmadi olaraq həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitələr aldığını, 15 iyun 2022-ci il tarixdə "Məhəmməd Pənahi” adlı şəxsin "Whats app” ani mesajlaşma proqramı vasitəsilə onunla əlaqə saxlayıb ona külli miqdarda narkotik vasitə heroin göndərəcəyini, həmin narkotik vasitəni Bakı şəhərində götürüb özündə saxlayacağını, sonradan narkotik vasitəni həmin şəxsin dediyi ünvana qoyub həmin yerin şəkillərini çəkib göndərməli olduğunu, bunun müqabilində istifadə etmək üçün narkotik vasitə götürəcəyini, razılaşdıqdan sonra “Məhəmməd Pənahi” tərəfindən onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, sonra 15 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixə keçən gecə “Məhəmməd Pənahi” adlı şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən adını bilmədiyi avtomobillərin təmiri servisinin həyətinə gəlib orada yerə qoyulmuş avtomobil təkərinin içərisində gizlədilmiş narkotik vasitə heroini bir ədəd qara rəngli sellofan torbada götürüb həmin yerdən uzaqlaşıb yaşadığı ünvana gedən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 20 manat pul əhəmiyyət kəsb etmədiyi üçün geri qaytarılmış, lakin üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə təhqiqatçı tərəfindən bir ədəd kağız paketə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “Samsung” markalı mobil telefon və bank kartı da təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir etiraz və qeyd daxil olmadan protokol doğru hesab edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 27-29-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2022-ci tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixinə keçən gecə saat 00:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman onun əlində olan qara rəngli sellofan torbanın içərisində saxladığı bir ədəd sellofan bağlamada narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, həmin maddəni İran İslam Respublikasının vətəndaşı “Məhəmməd Pənahi” adlı şəxsdən almışdır. Cinayət işinin 43-47-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 16 iyun 2022-ci il tarixli, 6/3368 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6”-lı dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 5013,2 (5 kq 13,2qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanuni ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 5013,2 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 5013,0 qram. Cinayət işinin 131-174-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2022-ci tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki: şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd "SamsungA12” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Baxış zamanı telefonda olan “Whats app" mobil tətbiqində Maqa-Maqa adı ilə qeydiyyata alınmış İran İslam Respublikasına məxsus +98 938 *** ** ** mobil nömrəsindən yazışmalar müəyyən edilir. Həmin yazışmada 03 aprel 2022-ci il tarixdə saat 02:51-də "Maqa-Maqa” adlı istifadəçidən iran ləhcəsinə oxşar səslə “Atdıracam atdıracam səbrli ol, adam ki var ki gətirib orada qoyacaq istəyirəm ondan atdıram 5-10 dəqiqənin içərisində” deyə səsli ismarıc daxil olmuşdur. Daha sonra həmin istifadəçidən saat 05:48-də bir ədəd “Rothmans” markalı siqaret qutusunun şəkili daxil olmuşdur. Yenə də həmin tarixdə saat 05:52-də iki ədəd fotoşəkil daxil olmuşdur. Həmin şəkillərdən birində ağacın alt hissəsinə ox işarəsi çəkilmişdir. Daha sonra 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saat 19:20-də "İndi nə yerdə qoyaq qaqaşıvın işini gəl qardaşıva ay Maqa əl tut gülü duaçı olda atam veziyetim çox pisdi mənim qardaşım 150 manatda pul varımdı kolanın üstünə atarsan”; “əl tut qaqava" "Maşınla qardaşın sənin güclü temalarıvı satacaq İnşallah” kimi SMS-lər göndərmişdir. Daha sonra 09 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saat 02:44-də “Ay qardaşım sən Əbəlfəz mənə 10-15 dənə kola at yoxumdu qardaşım, pul vardı, özündə də olmasa kimin varıdısa” deyə SMS göndərmişdir. “Maqa-Maqa” adı ilə qeyd olunmuş şəxs saat 02:47-də cavab olaraq “Fako sənin başa dolanım darıxma, qoy qaranı atsın, getsin adam qaranı götürsün, üstünə kola da, patı da qoyduraram götürərsən” deyə səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs saat 02:59-da "Sənin qadan alım qardaşım qaqaşın altına maşınıydı çətinliyi onu da şükür olsun rəbbimizə yetirdi Allah olmayana nəsib etsin. Qardaşım sən indi bax gör mən qardaşın necə tema dağıdır gün ərzində mənim yaralı yerim maşınıydı” mətnli SMS göndərir; 11 aprel 2022-ci il tarixdə saat 03;15-də “Maga_Maga” adlı istifadəçidən yenə sellofanla bağlanmış “Rothmans” markalı siqaret qutusunun, ox ilə işarələnmiş ərazi şəkili və həmin yerin xəritəsi göndərilmişdir. Həmin gün saat 03:18-də Təqsirləndirilən şəxs “Qardaş nədi bu”; saat 04:31-də “atam götürmüşəm amanatı”, saat 05:58-də “Nə oldu o biri amanatlar ay əziz qardaşım” kimi SMS mətnləri göndərmişdir. 17 aprel 2022-ci il tarixdə saat 10:50-də “MagaJVlaga” adlı istifadəçi elektron tərəzi üzərində slleofan büküm olan iki ədəd şəkil göndərmiş və arxası ilə “Fako bu nədi mənə Elmar kişi yollamışdır deyə səsli ismarıc göndərmişdir. İlk şəkildə tərəzi 9,99 qram, ikinci şəkildə isə 19,61 qram göstərmişdir. Təqsirləndirilən şəxs isə cavabında Mənim qardaşım bu mənim götürdüklərimdi axşam kola da, süd də”deyə səsli ismarıc göndərmişdir. 21 aprel 2022-ci il tarixdə saat 20:02-də Təqsirləndirilən şəxs ödəmə terminalı vasitəsilə 240 manat pul göndərməsi barədə qəbzin fotoşəklini göndərmişdir. “Maga-Maga” adlı istifadəçi saat 20:08də cavabında xərit və oxla işarələnmiş və ünvanı izah edilən fotoşəkillər göndərmişdir. 22 aprel 2022-ci il tarixdə saat 20:28-də Təqsirləndirilən şəxs elektron tərəzi üzərində iki ədəd fotoşəkil göndərmişdir. Saat 20:31-də “Onu harda qoya bilərsən, adama deyim gedib götürsün, sən də gözlə adam götürənə qədər”. Deyə səsli ismarıc göndərmişdir. Saat 20:32-də isə Təqsirləndirilən şəxs Ramanaya cavabı yazmışdır. 23 aprel 2022-ci il tarixdə saat 01:04-də “Maga-Maga” adlı istifadəçi “Setdə olarsan birazdan sənə əmanat qoyduracam götürərsən” deyə səsli ismarıc göndərmişdir. Daha sonra saat 02:14-də ərazi fotoşəkili və həmin yerin dəqiqliyi barədə xəritə göndərmişdir. 27 aprel 2022-ci il tarixdə saat 22:14-də Təqsirləndirilən şəxs elektron ödəmə vasitəsilə 375 manat pul göndərməsi barədə qəbzin fotoşəklini göndərmişdir. Həmin tarixdə saat 23:33-də “Maga-Maga” xəritə və ərazinin fotoşəkillərini göndərmişdir. 9 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saat 21:07-də ödəmə terminalı vasitəsilə 450 manat pul göndərməsi barədə qəbz şəkili göndərmişdir. 10 may 2022-ci il tarixdə 'Maga-Maga” adı ilə qeydə alınmış nömrədən 4 ədəd işarələnmiş fotoşəkil və həmin yerin xəritəsi göndərilmişdir. 20 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onlayn ödəmə terminalı vasitəsilə 100 manat pul göndərməsi barədə qəbz şəkili göndərmişdir. 21 may 2022-ci il tarixdə saat 00:58-də “Maga_maga” bir ədəd sellofan büküm, yerləşdirildiyi ərazinin işarələnmiş fotoşəkillərini və həmin yerin xəritə üzərində yerini göndərmişdir. Saat 01:09-da Təqsirləndirilən şəxs “qardaşım çox sağol, qardaşım bu ünvana birdəfədə atmışdım” deyə SMS-lər göndərmişdir. 21 may 2022-ci il tarixdə saat 23:40-da Təqsirləndirilən şəxs 180 manat pul göndərməsi barədə qəbzin fotoşəkilini göndərmişdir. “Maga-maga” adlı istifadəçi 22 may 2022-ci il tarixdə saat 01:07-də ox işarələri ilə işarələnmiş ərazi fotoşəkilləri və həmin yerin xəritə üzərində ünvanını göndərmişdir. 15 iyun 2022-ci il tarixdə “Maga-maga” adlı istifadəçi “Fako ünvan var götürürsen deyim ged götür” SMS göndərmişdir. Təqsirləndirilən şəxs isə saat 23:02-də “qardaşım” deyə cavab yazmışdır. Saat 23:04-də “Maga- Maga” dedim çıxsın atsın deyə SMS yazmışdır. Saat 23:44-də “Maga-maga” avtotəmir yerinin fotoşəklini atmış və orada olan təkərin içərisini ox ilə işarələmiş fotoşəklini və “qardaşım bura Ayna Sultanovadır" deyə səsli ismarıc və daha sonra həmin yerin xəritə üzərində dəqiq ünvanını göndərmişdir.Təqsirləndirilən şəxs saat 00:22-də bir dəqiqəyə həmin yerdəyəm deyə səsli ismarıc göndərmişdir; Bundan başqa “Whats app” mobil tətbiqində İran İslam Respublikasla məxsus +98 921 989 24654 nömrəsi olan “Qiz” adı ilə qeydə alınmış istifadəçidən 15 may 2022-ci il tarixdə saat 20:52də yaşımtıl rəngli bitki tərkibli bitki şəkili, saat 21:00-də “istəyirsən bağlayım, mənə cavab de” kimi SMS göndərilmişdir. 16 may 2022-ci il tarixdə saat 20:10- da Təqsirləndirilən şəxs onlayn ödəmə terminalı vasitəsilə 150 manat pul göndərməsi barədə qəbz fotoşəkili göndərmişdir. Həmin istifadəçi 16 may 2022-ci il tarixdə saat 22:43-də elektron tərəzi üzərində bitki mənşəlli kütlənin fotoşəklini göndərmişdir. 17 may 2022-ci il tarixdə saat 00:17-də ərazinin işarələnmiş fotoşəkili və xəritə üzərində dəqiq ünvan göndərilmişdir. 18 may 2022-ci il tarixdə həmin istifadıçidən saat 14:22-də "qardaşım bu günə nəsə lazım olacaq, patı da var, kola da” məzmunlu SMS göndərilmişdir. 22 may 2022-ci il tarixdə saat 13:19-da Təqsirləndirilən şəxs “Salam bacı, mənə vaəsait lazım olsa nə vaxta atdıra bilərsən” məzmununda SMS göndərmiş, həmin istifadəçi isə saat 15:02-də “Bu gün atılacaq, saat 6 kimi” məzmununda cavab göndərmişdir. 22 may 2022-ci il tarixdə saat 19:32-də həmin istifadəçi narkotik vasitəyə qurudulmuş marixuanaya oxşar kütlənin 32 saniyədən ibarət videoçəkilişin göndərmiş, saat 19:38-də isə "15 kola, 10 daş bunu bağlayım budu” məzmunlu SMS yazmışdır. Həmin gün saat 19:52-də “atdım” deyə SMS göndərmiş, saat 19:54-də isə Təqsirləndirilən şəxs “bildim bacı, çıxıram” deyə cavab vermişdir. Saat 19:56-da qeyd olunan istifadəçi “oldu 260 manat eləyir” kimi SMS yazmış və saat 20:10-da elektron tərəzi üzərində sellofan bükümlərin iki ədəd fotoşəkillərini göndərmişdir. İlk fotoşəkildə kütlənin çəkisi 15,08, ikinci fotoşəkildə isə 5,03 qramdır. Həmin istifadəçi saat 20:28-də " adamlarına de 1 saata olsunlar Qarayev metrosu yaxınlığında” məzmunlu SMS yazmışdır. Həmin istifadəçi 24 may 2022-ci il tarixdə saat 16:57-də bank hesabı nömrəsi göndərmiş və "325 manat, patı 15 kola, 101 gol” məzmununda SMS göndərmişdir. Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə saat 18:33-də onlayn ödəmə terminalı vasitəsilə 270 manat göndərməsi barədə qəbz fotoşəklini göndərmiş, daha sonra saat 18:37-də həmin istifadəçidən dəqiq ünvan və işarələnmiş fotoşəkil göndərilmişdir. 28 may 2022-ci il tarixdə saat 21:33-də Təqsirləndirilən şəxs “mənə nəşə qoydur baxsınlar istəyən var” deyə SMS göndərmişdir. Cavabında isə həmin istifadəçi saat 21:33-də elektron tərəzi üzərində bir sellofan bağlama fotoşəkili göndərmişdir. Fotoşəkildə elektron tərəzi üzərində olan kütlənin 300 qram olması görünür. Daha sonra isə "Buna bax super nəşədir, dünən qardaşa verdim 100 qram, dedi superdi” məzmunlu SMS-lər göndərmişdir. Təqsirləndirilən şəxs saat 21:35-də “Bildim bacım mənə bir tikə qoydur baxsınlar, 100 dənə istəyənim var"; “Whats app" mobil tətbiqində (050) *** ** ** nömrəsi olan və "Hüseyn kişi” adı ilə qeyd olunan şəxsdən 10 iyun 2022-ci il tarixdə saat 20:57-də "Fərhad qəşəng şey olanda mənə deyərsən” məzmunlu SMS daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin gün saat 21:05- də “Gözəl və əziz insan nə qədər lazımdı ki” cavabı göndərmişdir. Saat 21:07-də Hüseyn adlı şəxs “özümə iki ədəd 5 5 yəni 10 manatlıq, iki yerə bölmək şərti ilə" məzmunlu SMS yazmışdır. Saat 23:32-də Hüseyn adlı şəxs "Mənim qardaşım səndə yaxşı ot var” deyə SMS yazmışdır. Təqsirləndirilən şəxs isə “Ürəyin istəyirsə var edək əlimizdən gəlir bügünki gündə” deyə cavab vermişdir; "Whats app” mobil tətbiqində (055) ***-**-** nömrəsi olan və “Maqa” adı ilə qeyd olunan şəxs 12 iyun 2022-ci il tarixdə saat 03:06-da “Ferhad mənə 15 manatlıq şey verdə". Məzmunlu SMS yazmışdır; "Whats app” proqram təminatında +98 933 *** ** ** nömrəsindən 21 may 2022-ci il tarixdə saat 21:09-da “Salam patı, kola” SMSləri göndərilmişdir. 22 may 2022-ci il tarixdə saat 00:23-də “İrannanam e qardaşım, qəşəng torpaq, daş, gül varımdı” deyə səsli ismarıc göndərmişdir. 23 may 2022-ci İl tarixdə saat 11:05-də həmin şəxs “kola 10, patı 5, ot 1” məzmunlu sms yazmışdır. Həmin gün saat 11:23-də işarələnmiş ərazi fotoşəkili və “Qardaşım çeki də at mənə konum atım sənə” deyə səsli ismarıc göndərmişdir. Saat 11:31-də Təqsirləndirilən şəxs onlayn ödəmə terminalı vasitəsilə 100 manat pul göndərməsi barədə qəbz fotoşəkili göndərmişdir; "Whats app" proqram təminatında (055) *** ** ** nömrəli istifadəçi 24 may 2022-ci il tarixdə saat 08:13-də "20 manatlıq daş istəyirdim” məzmunlu SMS yazmışdır. Təqsirləndirilən şəxs saat 08:15-də cavabında “Aydındı əziz qardaş yalnız obedden sonraya” sms yazmışdır. Saat 08:20-də “Təbiət üçün maraqlanıb düz qoş etmək olar bəlkədə" məzmunlu sms yazmışdır; Bundan başqa mobil telefonun SMS-lər olan bölməsində +994 50 ***-**-** nömrəsindən 13 iyun 2022-ci il tarixdə 50-100 qr. Alınar götürmək? sms-i daxil olmuşdur; +99450 ***-**-** nömrəsindən 13 iyun 2022-ci il tarixdə saat 13:29-da “Gəlirəm ora mənim kolamı ver siznen bu gündən qurtardım” məzmunlu SMS daxil olmuşdur; +99450 ***-**-** nömrəsindən 11 iyun 2022-ci il tarixdə saat 00:14-də “Şey istəyən var" məzmunlu sms daxil olmuşdur; +99451 *** ** ** nömrəsindən 19 aprel 2022-ci il tarixdə saat 21:03-də "Qaqa iki dənə yarı daş lazımdı, bir dənə yarı kola lazımdı,maşındayam gəlim onları verim maşını yola salım" məzmunlu SMS daxil olmuşdur. 23 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd olunan nömrəyə “Qaqapatı azdı üstümdə yarının yarısıdı, kola amma var” məzmunlu sms yazmışdır; Vüsal.Qaraj.Tükan adı ilə qeyd olunmuş şəxsdən 30 aprel 2022-ci il tarixdə saat 02:51-də “Qaqa eybi vermirse yarı olsun mənə xəbər elə gəlim, ama təmiz yarı olsunda imkan varsa” məzmunlu sms daxil olmuşdur. Həmin nömrədən 7 may 2022-ci il tarixdə saat 21:39-da “Qaqa bir dənə 10 manatlıq kontur verəcəm sənə borcun əvəzinə bir yarı kofe 25 manat”. Məzmunlu sms yazmışdır. 24 may 2022-ci il tarixdə saat 01:02-də həmin nömrədən “kola patı düz qoş eləmək olar, evdəyəm ona görə msj yazıram” məzmunlu sms daxil olmuşdur; +994 51 *** ** ** nömrəsindən 24 aprel 2022-ci il tarixdə saat 11:51 -də “Ay qaqa təbiət qoynunda gəzməy istiyən var torpaqnan daşnan maraqlanır” məzmunlu sms daxil olmuşdur; +994 55 *** ** ** nömrəsindən 20 aprel 2022-ci il tarixdə saat 20:02-də “Yetim on manatlıq patı lazımdı” məzmunlu sms daxil olmuşdur; +994 55 *** ** ** nömrəsindən 9 aprel 2022-ci il tarixdə saat 19:49-da “Mənəm maqa aç işim var 20 manatlıq patı lazımdı” məzmunlu sms daxil olmuşdur. Cinayət işinin 128-130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyul 2022-ci tarixli "xxxx" MMC-dən daxil olmuş diskdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (051) ***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən siyahıya baxış keçirilmiş, həmin siyahıya baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS mətnin daxil olması müəyyən olundu: xx/xx/2022-ci il tarixdə saat 07:47:01-də (055) ***-**-** nömrəli mobil telefondan daxil olub: ot var qaqa. Cinayət işinin materiallarında olan protokollardan görünür ki: Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi və saxlaması iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə haqqında” protokolla və həmin protokola əlavə edilmiş istintaq hərəkətini özündə əks etdirən 01 ədəd DVD disklə təsdiq edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Təqsirləndirilən şəxs məxsus “Samsung A 12" markalı mobil telefonda olan məlumatlar işin faktiki hallarını təsdiq etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir; "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskdə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən maddi sübut kimi tanınmış və cinayət işininin materiallarına əlavə edilmişdir; Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin 5013,0 qram qalığı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, o həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” AzərbaycanRespulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 193-194-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 16 iyun 2022ci il tarixli, 3272 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-124-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 noyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılmış və əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 175-ci vərəqində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Probasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 21-1/3-12431- 20 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzasından 20 gün çəkmiş və onun 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası CM-in 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 1 il 4 ay 19 gün müddəti qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5013,2 qram narkotik vasitə heroin - ekspertiza tədqiqatından sonra qalıq qalmış -5013,0 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD diskin və "Azercell” MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-in 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilib çəkilməmiş qalan 2 (iki) il 9 (doqquz) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 1 il 4 ay 19 gün müddəti hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirməklə ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış - 5013,0 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD diskin və "Azercell” MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov