Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1711/2024 13.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 4 yanvar 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də satış təmsilçisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 12,212 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 21 fevral 2024-cü il tarixdə saat 17:15-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi “Ford Focus” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilməklə orada həmin gün saat 19:32dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 2 ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 6,526 qram və 5,686 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 12,212 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də satış təmsilçisi işləyirdi. Tutulmamışdan 5 gün öncə satış təmsilçisi seçilmişdir. İşdən sonra dolanışıq ilə bağlı olaraq taksi fəaliyyəti ilə də məşğul olurdu. 21 fevral 2024-cü il tarixdə yenə öz işinin başında idi. İşdən sonra yenə taksi kimi fəaliyyət göstərməyə başlamışdır. Müştərilərdən birini Puta qəsəbəsi 2 ünvanında düşürdükdən sonra, saat 17:30 radələri idi, "xxxx" MMCdə olan işi ilə bağlı olaraq sifarişlər qəbul edirdi. Bu zaman maşının qabağından keçən cavan bir oğlan ona əl ilə işarə etmiş, o, pəncərəni açıb nə baş verdiyi soruşanda həmin oğlan ona maşının nömrəsinin düşdüyünü bildirmişdir. O isə maşından düşüb nömrəyə baxan zaman nömrənin yerində olduğunu və düşmədiyini görmüşdür. Bundan sonra 2-3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla getməli olduğunu bildirərək qolunu burub qandallamışlar. Sonra onu öz maşınına otuzdurmuşlar və həmin maşın ilə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Maşında olan zaman ona qarşı nalayiq ifadələr işlətmiş və onu vurmuşlar. İdarəyə gəlmiş və idarədə onu otaqların birinə salıb fiziki və psixi təsir göstərməyə başlamışlar. Orada onun qarşısına 2 ədəd siqaret qutusunda olan narkotik vasitə qoymuşlar. Bundan sonra onu ailəsiylə təhdid etmişlər və həmin narkotik vasitələri öz üzərinə götürməyini bildirmişlər. O da onların dedikləri ilə razılaşmış və şəxsi axtarış zamanı onların dedikləri kimi narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Onu dini ibadətlə məşğul olduğuna görə tutmuşlar. Onu tutan polis əməkdaşlarından əsasən ikisi ona xəsarət yetirmişlər. Bədənində olan xəsarətlər maşında və polis idarəsində polis əməkdaşları tərəfindən döyüldüyünə görə yaranmışdır. O və onun kimi dini ibadətlə məşğul olan şəxslərin olduğu Whatsapp qrupu var idi. Həmin qrup ilə bağlı BMCMİ-də sual vermişlər. Ona qarşı fiziki və psixi təsir göstərildiyindən polislər tərəfindən təqdim edilmiş bütün sənədləri imzalamışdır. 20 fevral 2024-cü il tarixdə Digah qəsəbəsində olmamışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza etmişdir. Polis əməkdaşları olan Şahid1 və Şahid3 tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilmişdir. Polis əməkdaşı Şahid2 tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini tutulmamışdan 1 gün əvvəl, yəni 20 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yolun kənarından tapmışdır. Tapdığı psixotrop maddəni şəxsi istifadə məqsədilə üzərində saxlamışdır. Tutulduğu vaxta kimi narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Lakin narkotik vasitə və ya psixotrop maddələr onda maraq doğurmuşdur. Buna görə də tapdığı psixotrop maddəni istifadə etmək qərarına gəlmişdir. Psixotrop maddəni tapdığını heç kimə deməmişdir. Tapdığı psixotrop maddəni heç kimə verməmiş, heç kimə satmamış və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmamışdır. Tapdığı psixotrop maddəni bir gün üzərində saxlamışdır. 21 fevral 2024-cü il tarixdə saat 17:15 radələrində ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Ford” markalı, **- MO-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu qeyd etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra o, şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üstündə psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümünü, 1 ədəd “Redmi” markalı və 1 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 275 manat pulu, əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən isə “Ford” markalı avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində spesifik qoxuya malik olmayan, ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 40 qəpik pul aşkar olunmuş, başqa əşya və ya predmetlər aşkar edilməmişdir. Üstündən aşkar edilmiş “Redmi” markalı və “İphone” markalı mobil telefonların özünə məxsus olmasını bildirmiş və həmin telefonlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün polis tərəfindən götürülmüş, eyni zamanda 275 manat və 40 qəpik pulun da cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul özünə geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi 1 ədəd avtomobil açarın idarə etdiyi “Ford” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını və avtomobildə qanunsuz əşya və predmet gizlədib saxlamadığını, həmçinin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi avtomobil açarı özünə qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş maddələrin psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yolun kənarında tapdığını, maraq kəsb etdiyi üçün həmin yerdən götürərək üstündə gəzdirməklə daşıdığını, əlavə olaraq üstündən aşkar edilən maddələrdən başqa şəxslərin məlumatının olmadığını, heç kimə satmadığını və hədiyyə etmədiyini bildirmişdir. Daha sonra idarə etdiyi “Ford” markalı, **-MO-*** qeydiyyat nişanlı avtomobilə öz razılığı ilə videoçəkiliş ilə baxış keçirilməyə başlanmışdır. Bundan sonra təklif edilmişdir ki, idarə etdiyi “Ford” markalı, **-MO-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Cavabında, idarə etdiyi «Ford» markalı, **-MO-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, eləcə də digər qanunsuz əşya və predmet saxlamadığını bildirmişdir. Bundan sonra icazəsi və iştirakı ilə onun idarə etdiyi «Ford» markalı, **-MO-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Belə ki, qeyd olunan avtomobilin ilk öncə qabaq, sol yan qapısı tərəfindən açılmışdır. Daha sonra avtomobilin arxa sol, baqaj, arxa sağ və qabaq sağ qapıları açılmışdır. Baxış zamanı avtomobilinin qabaq sol oturacağının qarşısında yerləşən günlük hissəsində «Ford» markalı, **-MO-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, adına verilmiş 2 ədəd etibarnamə, ona məxsus 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bundan başqa avtomobildə iş üzrə əhəmiyyət kəsb edən hər hansı şübhəli əşya aşkar edilməmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır (cild 1, iş vərəqə 83-87). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Bakı şəhəri, Qaradağ rayonuna getmişlər. 21 fevral 2024-cü il tarixdə saat 17:15-də ünvan 3 ünvanının yaxınlığında “Ford” markalı **-MO-*** qeydiyyat nişanlı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan, bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Azərbaycan Respublikası DİN-in BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən idarə etdiyi “Ford” markalı, **-MO-*** avtomobil ilə birlikdə onlarla Azərbaycan Respublikası DİN-in BMCMİ-nin inzibati binasına gəlmişdir. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Orxan Məmmədov tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 21 fevral 2024-cü il tarixdə saat 19 radələrdə BMCMİ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümünü, 1 ədəd “Redmi” markalı və 1 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 275 manat pulu, əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən isə “Ford” markalı avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində spesfik qoxuya malik olmayan, ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 40 qəpik pul aşkar olundu başqa əşya və ya predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs, üstündən aşkar edilmiş “Redmi” markalı və “İphone” markalı mobil telefonların onun özünə məxsus olmasını bildirmiş və həmin telefonlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, eyni zamanda 275 manat və 40 qəpik pulu cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd avtomobil açarın idarə etdiyi “Ford” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını və avtomobildə qanunsuz əşya və predmet gizlədib saxlamadığını, həmçinin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobil açarı onun özünə qaytarılmışdır. İş üzrə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna üç nəfər daxil edilmişdir. Qrup rəhbəri özü idi. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satılması ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Məmmədli oğlu və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 21 fevral 2024-cü il il tarixdə saat 19:32-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 İnqlab oğlu tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümünü, 1 ədəd “Redmi” markalı və 1 ədəd “İphone” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 275 manat pulu, əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən isə “Ford” markalı avtomobil açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində spesifik qoxuya malik olmayan, ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 40 qəpik pul aşkar olundu, başqa əşya və ya predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs, üstündən aşkar edilmiş “Redmi” markalı və “İphone” markalı mobil telefonların onun özünə məxsus olmasını bilirmiş və həmin telefonlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş, eyni zamanda 275 manat və 40 qəpik pulun da cinayət yolu ilə əldə etmədiyini bildirdiyi üçün həmin pul onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd avtomobil açarın idarə etdiyi “Ford” markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını və avtomobildə qanunsuz əşya və predmet gizlədib saxlamadığını, həmçinin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobil açarı onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələrin psixotrop maddə metamfetamin olduğunu və həmin maddələri xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yolun kənarında tapdığını, maraq kəsb etdiyi üçün həmin yerdən götürərək üstündə gəzdirməklə daşıdığını, əlavə olaraq üstündən aşkar edilən maddələrdən başqa şəxslərin məlumatının olmadığını, heç kimə satmadığını və hədiyyə etmədiyini bildirmişdir. Şəxsi axtarış 21 fevral saat 19:49-da başa çatmışdır. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 27-30). Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” barədə 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, “İphone” markalı mobil telefon aparatı qara rəngli gövdəyə malik olmaqla işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsi və sol yan tərəfində səs tənzimi düymələrinin olması aşkar edilmişdir. Mobil telefonun ekranında ön kameranın olması müəyyən edilmiş və telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. “Redmi" markalı mobil telefon aparatı göy rəngli gövdəyə malik olmaqla işlənmiş vəziyyətdədir, plasmasmetal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsi və səs tənzimi düymələrinin olması aşkar edilmişdir. Mobil telefonun ekranında ön kameranın olması müəyyən edilmiş və telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 133). Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, məlumatlar "Bakcell” MMC-nin xx.xx.2024-cü il tarixli 4821/24 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd CD diskdə təqdim olunmuşdur.Həmin disk kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 4 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 137). Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, məlumatlar “Azercell MMC-nın xx.xx.2024-cü il tarixli 5778 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk kompüterin qurğusuna daxıl edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 4 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Emin Yaonəliyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 149). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2024-cü il tarixli 3-16-16/2- 6/1047 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6 dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş, (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,526 qram və 5,686 qram ümumi təmiz çəkisi 12,212 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, küstar üsulla hazırlanmış psixotrop maddəmetametamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metamfetaminin ümümi təmiz çəkisi 12,212 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 12,112 qram, cild 1, iş vərəqə 49-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 23 fevral 2024-cü il tarixli, 1218 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs Psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 152-153). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 6 mart 2024-cü il tarixli 795/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alman təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir (cild 1, iş vərəqə 155-157). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 11 mart 2024-cü il tarixli 108/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ əlin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə,o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyənin küt əşyanın dəyməsi nəticəsində yarana bilərdi, dəqiq olaraq hansı şəraitdə yaranması hüquqi müstəvidə aydınlaşdırıla bilər (cild 1, iş vərəqə 159-161). Cinayət işinin materiallarında olan 27 fevral 2024-cü il tarixli Bakı şəhəri Qaradağ rayon məhkəməsinin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli qərarın qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqə 116-117). Cinayət işinin materiallarında olan 27 fevral 2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon məhkəməsinin “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli qərarın qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqə 120-121). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbacan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 151). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 aprel 2024-cü il tarixli qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı təsdiqi tapmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı izahatları alınmış polis əməkdaşları Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman və ya Baş İdarəyə gətirildikdən sonra döyülməmiş, xəsarət yetirilməmiş, ona qarşı nalayiq ifadələr işlədilməmiş, hədə qorxu gəlinməmiş, hər hansı bir mənəvi və fiziki təzyiq göstərilmədiyini bildirmişlər, həmçinin “MTE və PA Birliyi” PHŞ-nin 291 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmiş, onun adına tərtib olunmuş 1447/2024 nömrəli məhkumun tibbi kitabçasında qeyd olunan xəsarətlər- sağ bazu oynağının və sağ bazunun yuxarı 1/3-nin bayır səthinin yaşılımtıl qançırları küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olmasından 5-7 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir, xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılaraq əmələ gəlməsi inkar olunmur, eləcə də özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqə 162-164). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə saat 17:15-də ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Ford Focus” markalı, **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilməklə orada həmin gün saat 19:32- dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 2 ədəd bükümdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 6,526 qram və 5,686 qram olan ümumi təmiz çəkisi külli miqdarda 12,212 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə ekspertizasının rəyləri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol və ona əlavə edilmiş 1 ədəd DVD disk, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, əməliyyataxtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılması barədə qərarı, əməliyyat tapşırığına cavab məktubu ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini tutulmazdan 1 gün əvvəl, yəni 20 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində yolun kənarından tapdığını, tapdığı psixotrop maddəni şəxsi istifadə məqsədilə üzərində saxladığını, tutulduğu vaxta kimi narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmədiyini, lakin narkotik vasitə və ya psixotrop maddələr onda maraq doğurduğuna görə tapdığı psixotrop maddəni istifadə etmək qərarına gəldiyini, həmin maddəni tapdığını heç kimə demədiyini, tapdığı psixotrop maddəni heç kimə vermədiyini, satmadığını və həmin maddənin üstündə olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddənin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi (cild 1, iş vərəqə 83-87) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmasını sübut etdiyindən məhkəmə həmin ifadəni mötəbər hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 8 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 12,112 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 78-79 və 134-135). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 118-119). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini,o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 171, 173). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 104-108). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 12,112 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 12,112 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1711/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1711/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver