Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1712/2021 08.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 dekabr 2016-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1981-ci il tarixdə Füzuli rayonu, Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 1(022)-52/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Zərgər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etməklə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən təmiz çəkisi 0,770 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin, habelə ayrı-ayrılıqda təmiz çəkiləri 2,766 qram, 1,048 qram, 1,024 qram və 0,518 qram olmaqla ümumi təmiz çəkisi 5,356 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımaqla həmin psixotrop maddələrdən 3 (üç) ədəd bükümdə təmiz çəkiləri 1,048 qram, 1,024 qram və 0,518 qram olmaqla ümumi təmiz çəkisi 2,59 qram psixotrop maddə metamfetamini 30 may 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında yerləşən «Baku Mall» ticarət mərkəzinin yaxınlığında 50 (əlli) manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, Təqsirləndirilən şəxs2 isə öz növbəsində əldə etdiyi həmin psixotrop maddədən 1 (bir) bükümdə təmiz çəkisi 0,518 qram metamfetamini 30 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində istintaqa konkret məlum olmayan ünvanda tanışı Şahid5 25 (iyirmi beş) manat müqabilində satmış və həmin gün saat 19 radələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şahid5la birlikdə Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 196 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 6 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstlərində şəxsi axtarış aparılarkən Şahid5 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib üstündə saxladığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,518 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə əynindəki şalvarın sağ yan kiçik cibindən satış məqsədi ilə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı 2 (iki) ədəd sellofan kəsiyi bükümündə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,048 qram, 1,024 qram, ümumi təmiz çəkisi 2,072 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan sonra, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 31 may 2021-ci il tarixdə saat 03:20 radələrində ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 6 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən pul qabının içərisində istintaqa məlum olmayan vaxtda və yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlayaraq daşıdığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,770 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,766 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop madda metamfetamin əldə edib saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə külli miqdarda psixotrop maddə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etməklə satış məqsədi ilə qanunsuz olaraq sonuncudan 30 may 2021 -ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 8 ünvanında yerləşən «Baku Mall» ticarət mərkəzinin yaxınlığında 50 (əlli) manat müqabilində 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,048 qram, 1,024 qram və 0,518 qram olmaqla ümumi təmiz çəkisi 2,59 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımaqla əldə etdiyi həmin psixotrop maddədən 1 (bir) bükümdə təmiz çəkisi 0,518 qram metamfetamini 30 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu. X14 küçəsində istintaqa konkret məlum olmayan ünvanda tanışı Şahid5 25 (iyirmi beş) manat müqabilində satmış və həmin gün saat 19 radələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid5la birlikdə Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, 196 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 6 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstlərində şəxsi axtarış aparılarkən Şahid5 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edib üstündə saxladığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,518 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə əynindəki şalvarın sağ yan kiçik cibindən satış məqsədi ilə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı 2 (iki) ədəd sellofan kəsiyi bükümündə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,048 qram, 1,024 qram, ümumi təmiz çəkisi 2,072 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər daxili işlər orqanlarında işləmişdir. Xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilmişdir. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbulu ilə məşğul olur. Əvvəllər Yasamal Rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Özü taksi fəaliyyəti ilə məşğul olmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan bir müddət sonra yenidən heroin və metamfetamin qəbul etmişdir. O, narkotik vasitəni üzdən tanıdığı bir nəfər Vüsal adlı şəxsdən alırmış, həmin şəxs Papanin deyilən yerdə yaşamış, hazırda həmin şəxs ölmüşdür. Təqsirləndirilən şəxs2 idman müəllimidir. Oğlu təxminən 2014-cü ildən Talehin yanına məşqlərə getmişdir. Buna görə də Talehi tanımışdır. Onunla heç bir münasibəti olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs2 ona zəng etmiş, telefonla danışmışlar. Sonra yenə zəng etmiş, həmin gün bir neçə dəfə, təxminən 4-5 dəfə telefonla danışmışlar. Günorta saatlarında o, Talehlə Yasamal rayonunda yerləşən “Baku Mall” ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. Taleh ona zəng edib həmin yerdə görüşmələrini demiş, o da getmişdir. Əvvəllər Talehlə heç vaxt görüşü və telefon danışıqları olmamışdır. O, Talehə narkotik vasitə satmamışdır. 31 may 2021-ci il tarixdə günorta saatlarında Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq vəsiqələrini təqdim edib Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun adını, soyadını öyrəndikdən sonra onu 18-ci polis şöbəsinə gətirmişlər. O, polis bölməsinə gətirilərkən Təqsirləndirilən şəxs2 orada olmuşdur. Həmin gün Polis Şöbəsində ona sənədləri imzalatdırmışlar və bildirmişlər ki, onun qohumları gəlmişlər, narahat olmasın, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. Sonra videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Videoçəkiliş başlamazdan əvvəl ona bildirmişlər ki, videoçəkiliş zamanı narkotik vasitəni Talehə 50 manata satdığını desin. O da qorxmuşdur ki, bu sözləri deməsə, polis əməkdaşları ona təzyiq göstərərlər, ona görə də onların deməsinə görə videoçəkiliş zamanı narkotik vasitəni Talehə satmasını demişdir. Ona təqdim olunmuş sənədləri imzalamışdır. Həmin gün onun üzərində cəmi 1 qrama yaxın narkotik vasitə olmuş, yadından çıxıb narkotik vasitə üzərində qalmışdır, onu da rəhmətlik Vüsaldan almışdır. Vüsalın anket məlumatlarını, soyadını, atasının adını, yaşadığı ünvanı və telefon nömrəsini bilmir. Şahid5 Təqsirləndirilən şəxs2 25 manata narkotik vasitəni almasından xəbəri yoxdur. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hadisə günü Talehə narkotik vasitə satamamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 128-129-cu vərəqələrinndə olan şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin, o, bu protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 190-193-cü vərəqələrində və 3-cü cild 62-66-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «....28 may 2021-ci il tarixdə gecə saat 23 radələrində yaşadığım Yasamal rayonu ərazisində yerləşən Baku Mall ticarət mərkəzinin yaxınlığında tanımadığım şəxsdən 25 manata bir büküm təxminən 0,5 qram narkomanlar arasında kakos kimi tanınan heroin, habelə 4 büküm narkomanlar arasında şüşə kimi tanınan psxiotrop maddə metamfetamin aldım. 30 may 2021-ci il tarixdə günorta saat 12 radələrində yaşadığım evdə olan zaman tanışım Təqsirləndirilən şəxs2 mənə zəng vurub tanışı ilə birlikdə qəbul etmək üçün ona 50 manatlıq şüşə, yəni psixotrop maddə metamfetamin təşkil etməyi xahiş etdi. Mən etiraz etməyib Yasamal rayonunda yerləşən Baku Mall ticarət mərkəzinin yaxınlığında görüşməyi təklif etdim. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 ilə Yasamal rayonunda yerləşən Baku Mall ticarət mərkəzinin yaxınlığında görüşüb ona 50 manat müqabilində 03 büküm metamfetamin satdım. Yerdə qalan təxminən 3 qrama yaxın metamfetamini, habelə 0,5 qrama yaxın bir büküm heroini isə öz istifadəm üçün pulqabımın içərisində saxladım. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. Ona təqdim olunmuş imzalar onun imzasıdır, ifadələrini oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 233-cü vərəqəsində olan cinayət işinin materialları ilə tanış etmək haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 ona təqdim olunmuş imzanın onun imzası olduğunu, oxumadan imza etdiyini bildirmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 240-259-cu vərəqələrində olan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms mətnlərinə aşağıdakı mətnlərinə dair Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun istifadəsində ***-***- **-** nömrəsi olmuşdur. Həmin telefonla özünə narkotik vasitə lazım olanda kimlərləsə danışmışdır. Hal-hazırda həmin danışıqları yada sala bilmir, telefon nömrələrində olan şəxslərin anket məlumatlarını xatırlamır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş itihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü idmançıdır, qabaqlar narkotik vasitələri istifadə etməyinə görə məhkum olunmuşdur. Lakin, məhkum olunduqdan sonra narkotik vasitələrdən istifadə etmir. Təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun məşqçisi olmuşdur. Şahid5 2 gün imiş tanımışdır. Belə ki, qapı bir qonşusu Vasif ona bir nəfərin maşın satdığını demişdir. Onunla əlaqədar Turalı tanımışdır. O, həmin gün Turalla restorana getmişlər. Həmin vaxt restoranda Tural başqa kabinetdə qızla oturmuşdur. O, isə ayrı oturmuşdur. Tural polis əməkdaşları tərəfindən tutularkən restorana onunla gəldiyini dediyindən, polis əməkdaşları onu da tutub Polis Bölməsinə aparmışlar. Turalla bir dəfə telefonla danışığı olmuşdur, səhər də onu tutmuşlar. Onda narkotik vasitə olmamış və o, Təqsirləndirilən şəxs1 narkotik vasitə almamış, nə də Turala narkotik vasitə satmamışdır. X17 döyüb ona xəsarət yetirmişlər, qabırğasını sındırmışlar və məcbur etmişlər ki, kamera qarşısında desin ki, güya o, narkotik vasitələri 50 manata Təqsirləndirilən şəxs1 almış və bir hissəsini Şahid5 25 manata satmışdır. Həqiqətdə isə o, Ruslandan narkotik vasitə almamış və Turala satmamışdır. Təqsirləndirilən şəxs1lə bir-iki dəfə telefonla danışmışdır. Onda narkotik vasitə olmamış və heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitədən istifadə etmir. Elan olunmuş cinayət işinin 1-ci cild 88-89-cu vərəqələrində olan şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin elan olunmuş protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və izahat və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 90-91-ci vərəqələrində olan izahatında, 1-ci cild 204- 207-ci vərəqələrində və 3-cü cild 56-61-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... Təxminən 5-6 ay olar ki, yandırıb tüstüsünü udmaqla narkomanlar arasında şüşə kimi tanınan, psixotrop maddə metamfetamin qəbulu ilə məşğul oluram. ...Hal-əhval tutduqdan sonra Tural bir neçə gündür ağrıları olduğunu söyləyib birlikdə şüşə, yəni psixotrop maddə metamfetamin qəbul etməyi təklif edib xahiş etdi ki, ona metamfetamin tapmaqda köməklik edim. Qərara gəldik ki, adama 25 manat pul qoyub 50 manat təşkil etməklə metamfetamin alıb qəbul edək. Bu məqsədlə Tural mənə 25 manat verdi. Mən Turaldan pulu alıb gözləməsini söyləyərək Yasamal rayonunda yaşayan tanışım Təqsirləndirilən şəxs1 zəng edib mənə tanışımla birlikdə qəbul etmək üçün 50 manatlıq metamfetamin təşkil etməsini xahiş etdim. Ruslan razılaşdı və həmin gün, yəni 30 may 2021-ci il tarixdə günorta saat 12 radələrində Ruslanla Yasamal rayonunda yerləşən Baku Mall ticarət mərkəzinin yaxınlığında görüşüb ondan tanışım Turalla birlikdə qəbul etmək üçün 50 manata 03 ədəd sellofan kəsiyi bükümündə narkomanlar arasında şüşə kimi tanınan metamfetamin aldım. Danışdığımız kimi, saat 19 radələrində Turalla Yasamal rayonu. X14 küçəsində görüşdük və mən Ruslandan aldığım içərisində metamfetamin olan 03 ədəd bükümdən birini Turala verdim. ...Mən bundan sonra əynimdəki qəhvəyi rəngli şalvarın sol yan cibindən «Rothmans» siqareti və alışqanı, sol arxa cibindən «İphone» markalı mobil telefon aparatı, sağ yan cibindən 30 manat pul və sağ yan kiçik cibindən isə 02 ədəd sellofan büküm çıxararaq masanın üstünə qoydum. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş izahatı və ifadələri təsdiq etmir. İmzalar onun imzasıdır, oxumadan imza etmişdir. O, Ruslandan narkotik vasitə almamış və Turala da narkotik vasitə satmamışdır. Elan olunmuş cinayət işinin 3-cü cild 234-cü vərəqəsində olan cinayət işinin materialları ilə tanış olma barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 elan olunmuş protokolda olan imzaın onun imzası olduğunu, lakin, onun həmin protokolu da oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 18-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili işləyir. 30 may 2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid5 Taleh adlı şəxslə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edilmiş, sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Şahid5 və Taleh adlı şəxsin olduğu yer müəyyənləşdirilərək, onların saxlanılması məqsədi ilə onun rəhbərliyi ilə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları Şahid4, Şahid3 və Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 Təqsirləndirilən şəxs2 ilə birlikdə 30 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, 196 ünvanının qarşısında müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirilmişlər. Sonra Təqsirləndirilən şəxs2 və Şahid5 barəsində müvafiq araşdırma aparılması üçün raportla rəhbərliyə məruzə edilmişdir. Təqsirləndirilən şəxslərin hər ikisinə vəkil təqdim olunmuşdur. İlk növbədə Şahid5 təqdim olunmuş vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid5 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Emin Quliyev tərəfindən Şahid5, eləcə də axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah olunmuşdur. Şahid5 üzərində şəxsi axtarış aparılan zaman ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Şahid5 əynindəki şalvarının sağ yan kiçik cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək həmin bükümdəki maddənin “şüşə” kimi tanınan metamfetamin olduğunu bildirmişdir. Şahid5 təqdim etdiyi həmin sellofan bükümünə baxış keçirilərkən içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şahid5 təxminən 5 aydır ki, metamfetamin qəbul etdiyini, üzərindən aşkar olunmuş 1 ədəd bükümdəki maddənin “şüşə” kimi tanınan metamfetamin olduğunu və həmin maddəni istifadə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 25 manata aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahid5 üzərindən 25 manat 45 qəpik məbləğində pul vəsaiti, “Pall Mail” markalı boş siqaret qutusu aşkar olunmuşdur. Şahid5 üzərindən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. Şahid5 üzərindən aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf Şahid5 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs2 2 ədəd sellofan bükümündə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə müvafiq sənədləşdirmə aparılaraq protokol tərtib olunmuşdur. Soğu zamanı Təqsirləndirilən şəxs2 onun üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd sellofan bükümündə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 30 may 2021ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin yaxınlığında Ruslan adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan sonra Ruslan adlı həmin şəxsin müəyyən edilərək 18-ci polis şöbəsinə gətirilməsi üçün o, müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edərək, bu barədə müvafiq qərar qəbul olunmuşdur. Ruslan adlı şəxsin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilərək, onun saxlanılması məqsədi ilə onun rəhbərliyi ilə 18-ci polis şöbəsinin əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 31 may 2021-ci il tarixdə gecə saat 03 radələrində ünvan 7 ünvanının qarşısında müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq 18-ci polis şöbəsinə gətirilmişdir. Şöbədə təhqiqatçı Emin Quliyev tərəfindən ona vəkil təqdim olunmuş və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən çıxardığı qara rəngli pul qabısından 1 ədəd sellofan büküm çıxarıb təqdim edərək həmin bükümdə 1 qram “kakos” və 3 qram “şüşə” kimi tanınan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükümlərə baxış keçirilərkən bükümlərdən birinin içərisində açıq qəhvəyi rəngli, spesifik qoxuya malik toz şəkilli hissəciklərdən ibarət narkotik vasitə heroinə oxşar maddə, digər bükümdə isə ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Həmin maddələri haradan və nə məqsədlə əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs1 həmin maddələri Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 25 manata alıb əldə etdiyini və əldə etdiyi psixotrop maddə metamfetaminin bir qismini 30 may 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 satdığını bildirmişdir. Şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs1 üzərindən “Nokia” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 aşkar olunmuş bükümlər qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə də protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Şahid5 və Təqsirləndirilən şəxs2 saxlanılmışlar, sorğu zamanı Tural narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 özü onların yanında etiraf etmişdir ki, narkotik vasitələrin bir hissəsini 25 manata Şahid5 satmışdır. Talehi Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi, 196 ünvanında kafenin qarşısında saxalamışlar. Təqsiləndirilən şəxslərə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhküm olunaraq hal hazırda cəzaçəkmə müəssisəsində çəza çəkir. O, təqribən 2021-ci ilin may ayının son günlərində hal hazırda xatırlamadığı şəxsdən narkotik vasitə almış və bir hissəsini istifadə etmiş, digər hissəsini isə çibində gizlədərək, daşımışdır. Onu polis əməkdaşları saxlayan zaman, həmin narkotik vasitəni üzərindən tapmışlar. Tutularkən bildirmişdir ki, narkotik vasitələri hal hazırda xatırlamadığı şəxsdən əldə etmişdir. Bu əməllərə görə o, məhküm olunmuşdur. Təqsirləndirilən şəxs2 2021-ci ilin may ayının əvvəllərindən kimi tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Talehlə aralarında əlaqə və ünsiyyət olmuşdur. Təqsirləndirilən şəxs1 31 may 2021-ci il tarixədək tanımamış və onunla heç bir əlaqə və münasibəti olmamışdır. Tutulmamışdan qabağ onun istifadəsində olan 055-871- 90-68 mobil telefon nömrəsi ilə Talehin istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub hal-əhval tutmuşdur. Şahid5 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid5 Syavuş oğlunun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuşdur. Belə ki, cinayət işinin 3-cü cild 50-55-ci vərəqələrində olan şahidin dindirmə protokolunda Şahid5 aşağıdakıları göstərmişdir: «... Təqsirləndirilən şəxs2 2021-ci ilin may ayının əvvəllərindən narkotik vasitələrin aludəçisi kimi tanıyır. Təqsirləndirilən şəxs2 ilə 2021-ci ilin may ayının əvvəllərində Bakı şəhərində hazırda ünvanını xatırlamadığı kafedə təsadüfən tanış olmuşdur. Həmin vaxt Talehin metamfetamin qəbul etdiyini görüb gələcəkdə ağrıları olanda “mal” təşkil etməsi üçün onun mobil nömrəsini götürmüşdür. Həmin vaxtdan Talehlə aralarında əlaqə və ünsiyyət yaranmışdır. 29 may 2021 -ci il tarixdə günorta saatlarında uzun müddətdən bəri metamfetamin qəbul etmədiyi üçün ağrılarım şiddətlənmişdir. Bu səbəbdən qəbul etmək üçün narkomanlar arasında «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin axtarmağa başlamış və tanışı Təqsirləndirilən şəxs2 metamfetamin təşkil edə biləcəyini düşünüb ona zəng etməyi qərara almışdır. Həmin gün saat 14 radələrində şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Talehin ***-***-**-** mobil telefon nömrəsinə zəng vurub hal-əhval tutduqdan sonra 25 (iyirmi beş) manat pulunun olduğunu bildirib onun üçün 25 (iyirmi beş) manatlıq narkomanlar arasında «şüşə» kimi tanınan metamfetamin təşkil etməsini xahiş etmişdir. Taleh razılaşaraq növbəti gün səhər saatlarında bu məqsədlə görüşməyi təklif etmişdir. Növbəti gün, yəni 30 may 2021-ci il tarixdə səhər saat 09 radələrində Talehə zəng vurub harada olduğunu soruşmuş və Talehlə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində görüşməyi qərara almışlar. Talehlə həmin gün saat 10 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində görüşmüşlər. Salamlaşıb hal-əhval tutduqdan sonra razılaşdıqları kimi, Talehə 25 (iyirmi beş) manat pul verib onun üçün 25 (iyirmi beş) manatlıq narkomanlar arasında «şüşə» kimi tanınan 1 (bir) büküm psixotrop maddə metamfetamin təşkil etməsini xahiş etmişdir. Taleh pulu alıb öz cibindən 25 (iyirmi beş) manat da əlavə etməklə ümumilikdə 50 (əlli) manat müqabilində metamfetamin alacağını söyləyib onun üçün təşkil edəcəyi 1 (bir) büküm metamfetamini birlikdə istifadə etməyi təklif etmişdir. Etiraz etməyib razılaşmış və Taleh axşamtərəfi saat 19 radələrində Yasamal rayonu, X14 küçəsində görüşməyi təklif edib çıxıb getmişdir. Talehə ağrıları olduğunu bildirib imkan daxilində tez “mal” tapıb qayıtmasını xahiş etmişdir. Həmin gün, yəni 30 may 2021-ci il tarixdə saat 19 radələrində danışdıqları kimi, Talehlə Yasamal rayonun, X14 küçəsində hazırda dəqiq xatırlamadığı ünvanda görüşmüşlər. Taleh bir-iki dəqiqə ətrafa boylandıqdan sonra ona 1 (bir) ədəd sellofan kəsiyi bükümündə narkomanlar arasında “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin vermişdir. Taleh ona metamfetamini verdikdən təxminən 5-10 dəqiqə sonra birlikdə X14 küçəsində gəzişməyə başlayaraq “şüşə” qəbul etmək üçün əlverişli yer axtarmağa başlamışlar. Bu zaman, yəni saat 19 radələrində Talehlə birlikdə “şüşə” qəbul etmək üçün əlverişli yer axtararkən Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 196 ünvanının qarşısında bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışlar. Həmin şəxslər vəsiqələrini təqdim edib onlara Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirməklə ad və soyadlarını soruşub onları 18-ci polis şöbəsinə dəvət etmişlər. ...Polis əməkdaşları təqdim etdiyi 1 (bir) ədəd sellofan kəsiyi bükümündəki həmin maddə barədə ondan soruşduqda başqa çıxış yolu görməyib səmimi etiraf edərək həmin maddənin narkomanlar arasında «şüşə» kimi tanınan metamfetamin olduğunu və həmin maddəni tanışı Təqsirləndirilən şəxs2 onunla birgə istifadə etmək üçün 25 (iyirmi beş) manata aldığını bildirmişdir. …» Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmünə əsasən Şahid5 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 0,518 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 25 manat müqabilində əldə etdiyi üçün məhkum olunmuş və Şahid5 həmin məhkəmə iclasında verdiyi ifadəsində tutulduğu vaxt üstündən aşkar edilmiş metamfetamini 25 manat qarşılığında Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid5 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. Hal-hazırda verdiyi ifadəsi düzgündür. İstintaq vaxtı və məhkəmədə niyə o cür ifadə verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Daxili İşlər orqanlarında xidmətə qəbul olunmuşdur. 2021-ci ilin yanvar ayından isə Nərimanov RPİ-nin 18-ci PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. 30 may 2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid5 Taleh adlı şəxslə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nərimanov RPİ-nin 18ci polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair raportla rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Şahid5 və Taleh adlı şəxsin olduğu yer müəyyənləşdirilərək, onların saxlanılması məqsədi ilə əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin əməkdaşları Şahid4, onun və Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 Təqsirləndirilən şəxs2 ilə birlikdə 30 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 196 ünvanının qarşısında müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə gətirilmişlər. Sonra Təqsirləndirilən şəxs2 və Şahid5 barəsində müvafiq araşdırma aparılması üçün raportla rəhbərliyə məruzə edilmişdir. Təqsirləndirilən şəxslərin hər ikisinə vəkil təqdim olunmuşdur. Həmin vaxt onların üzərinə videoçəkilişlə baxış keçirilməsi bildirilmiş, lakin, o, onların üzərlərinə baxış keçirilməsində iştirak etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, əməliyyat məlumatı Şahid5 Taleh adlı şəxslə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni, qanunsuz alışı, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuşdur. O, yalnız təqsirləndirilən şəxslərin saxlanılmasında iştirak etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 saxlanılarkən yerində üzərinə baxış keçirilməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 88-89-cu vərəqələrində olan 30 may 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokola və protokolda olan imzaya əsasən Şahid3 bildirmişdir ki, elan olunmuş protokolda ona təqdim olunmuş imza onun imzasıdır. Lakin, o, videoçəkiliş zamanı təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən orada olmamışdır. Həmin protokolu hansı şəraitdə imza etməyini xatırlamır. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 186-190-cı vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «...Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şahid1, əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Şahid5 təqdim olunmuş vəkil X4 iştirakları ilə videoçəkiliş aparılmaqla Şahid5 üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış nəticəsində Şahid5 1 ədəd bükümdə narkomanlar arasında şüşə kimi tanınan metamfetamin aşkar olunaraq götürüldü. Şahid5 ona ünvanlanan suallara cavab olaraq həmin maddəni istifadə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 25 manata aldığını bildirdi. Bundan sonra təhqiqatçı Emin Quliyev tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilərək mənim, cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 və Təqsirləndirilən şəxs2 təqdim olunmuş vəkil X1 iştirakları ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparıldı. ...Təqsirləndirilən şəxs2 qəhvəyi rəngli şalvarının sağ yan kiçik cibindən isə sellofan kəsiyindən hazırlanmış 2 ədəd büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümlərdəki maddənin narkoamnlar arasında şüşə kimi tanınan metamfetamin olduğunu bildirdi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, elan olunmuş ifadədə ona təqdim olunmuş imza onun imzasıdır, lakin ifadədə göstərildiyi kimi videoçəkiliş onun yanında olmamışdır. Protokolu oxumadan imza etmişdir. Müdafiəçi3 vəsatəti əsasında polis əməkdaşları yenidən məhkəmə iclasına dəvət edilərək çarpaz dindirilmişlər.Çarpaz dindirilmə zamanı şahidlər Şahid1 və Şahid2 məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyləri ifadələrini bir daha təsdiq etmişlər. Şahid3 isə məhkəmədə verdiyi ilkin ifadələrini təsdiq etməyərək, ifadə verərkən yüsək hərarəti olmasını, ona görə də hadisənin təfsilatını yaddan çıxarmasını və o, özü də 30 may 2021-ci il tarixdə digər polis əməkdaşları ilə birlikdə videoçəkiliş aparılmaqla Şahid5 üzərində şəxsi axtarış hərəkətində iştirak etməsini və sonuncunun qəhvəyi rəngli şalvarının sağ yan cibindən sellofan kəsiyindən hazırlanmış 2 ədəd büküm aşkar olunaraq götürülməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilərkən, şəxsi axtarış zamanı Şahid3 iştirak etdiyi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X7 09 avqust 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 1-ci cild 23-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 30 may 2021-ci il tarixli raportundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan olunmuş təqsirləndirilən şəxs Şahid5 Taleh adlı şəxslə birgə narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşıması, saxlaması və istifadə etmələri, həmçinin, Şahid5 “Taleh” adlı şəxslə birgə 30.05.2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 12 ünvanında yerləşən istirahət parkının qarşısında narkotik vasitələrin birgə istifadəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 29-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(005)-37/2021 saylı qərarına əsasən təqsirləndirilən şəxs Şahid5 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Bayram Alıyevin 30 may 2021-ci il tarixli, Ə35-081-21 saylı Əmrindən görünür ki, Şahid5 və “Taleh” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 30 may 2021-ci il tarixli təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, təqsirləndirilən şəxs Şahid5 və “Taleh” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanını, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 56-57-ci vərəqələrində olan 30 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid5 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 58-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 may 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında potokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında Şahid5 üzərinə şəxsi axtarış aparılan zaman, sonuncu əynindəki mavi rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Şahid5 həmin maddənin psixotrop maddə olan şüşə olduğunu, 30.05.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs2 25 manata alaraq daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin 1-ci cild 60-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 may 2021-ci il tarixli Şahid5 izahatında aşağıdakıları göstərmişdir: “...Bədənimdə ağrılar olduğu üçün demək olar ki, hər gün narkotik vasitələrdən istifadə edirəm. 30.05.2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, Zərdabi küçəsinə getdim. Orada dostum Təqsirləndirilən şəxs2 ilə görüşdüm. Ondan xahiş etdim ki, mənə psixotrop maddə olan şüşə tapmaqda köməklik göstərsin. Mən ona 25 manat pul verdim. Taleh isə həmin gün mənə sellofan kəsiyinə bükülmüş 01 büküm psixotrop maddə olan şüşə gətirdi. ...” Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 30 may 2021-ci il tarixli raportundan görünür ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün ünvan 13 ünvanında yerləşən Nərimanov istirahət parkının qarşsısında əməliyyat mövqeyi seçilsə də, sonradan əlavə məlumatla Şahid5 ilə Taleh adlı şəxsin ünvan 15 ünvanının qarşısına getmələri bildirilmişdir. Bundan sonra, həmin tarixdə saat 19 radələrində ünvan 15 ünvanının qarşısıında Şahid5 və Təqsirləndirilən şəxs2 yaxalayaraq polis şöbəsinə gətirmişlər. Cinayət işinin 1-ci cild 88-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 may 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında potokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman, sonuncu əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən “Rothmans” siqareti və alışqanı, sol arxa cibindən “İphone” markalı mobil telefon aparatı, sağ yan cibindən 30 manat pul və sağ yan kiçik cibindən isə 02 ədəd sellofan büküm çıxararaq masanın üstünə qoymuşdur. Sellofan bükümlər açıldıqda içərisindən ağ rəngli, spesifik qoxuya malik, kristal şəkilli, xörək duzuna bənzər maddələr olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin maddələrin psixotrop maddə olan şüşə olduğunu və ona məxsus olduğunu, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün 30.05.2021-ci il tarixdə Yasamal rayonunda yerləşən “BakuMall” adlanan ticarət mərkəzinin yaxınlığında Ruslan adlı şəxsdən 50 manata aldığını, həmin psixotrop maddənin bir qismini tanışı Şahid5 üçün 25 manata aldığı üçün 30.05.2021-ci il tarixdə saat 19 radələrində ünvan 15 ünvanında Tural verdikdən sonra polislər tərəfindən yaxalandığını bildirmişdir. Aşkar olunmuş psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic HC-V770” markalı video kamera vasitəsilə çəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 may 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 ona məxsus olan 30 manat pulu, alışqanı, “Rothmans” markalı siqareti təhvil almışdır. Cinayət işinin 1-ci cild 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 31 may 2021-ci il tarixli raportundan görünür ki, Ruslan adlı şəxsin narkotik vasitələrin qeyri-qanuni əldə edilməsi, daşıması, saxlaması ilə məşğul olması, həmçinin, 31.05.21-ci il tarixdə saat 03:20 radələrində ünvan 16-in qarşısına gəlməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi ilə məşğul olması, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilərək əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Bayram Alıyevin 31 may 2021-ci il tarixli, Ə35-081-21 saylı Əmrindən görünür ki, ünvan 16 ünvanının qarşsıında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin əldə etməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 102-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 31 may 2021-ci il tarixli təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanının qarşısıında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satış məqsədi ilə qanunsuz əldə edilməsi, daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatını müəyyən etmək məqsədilə təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında potokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması zamanı, sonuncu əynindəki qara rəngli şalvarın sol yan cibindən qara rəngli pul qabının içərisində olan sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində 01 büküm psixotrop maddəyə bənzər ağ rəngli, kristal şəkilli maddə, 01 ədəd qəhvəyi rəngli, toz halında olan narkotik maddəyə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə şüşəni və narkotik vasitə kokosu Yasamal rayonunda yerləşən BakuMall adlanan ticarət mərkəzinin yaxınlığından tanımadığı şəxsdən 25 manata aldığını, 30.05.2021-ci il tarixdə isə həmin psixotrop maddənin bir qismini 25 manata Təqsirləndirilən şəxs2 satdığını və 31.05.2021-ci il tarixdə saat 03:20 radələrində isə ünvan 16 ünvanının olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən «Nokia» markalı mobil telefon aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic HC- V770” markalı video kamera vasitəsilə çəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 142-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 6/2173 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN «Zərflər üçün №224» möhür əksi, «Şahid5 üzərindən aşkar olunmuş...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,518 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 146-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 6/2176 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN «Zərflər üçün №224» möhür əksi, «Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...» və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,048 qram, 1,024 qram, ümumi təmiz çəkiləri 2,072 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 152-157-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 6/2174 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN «Zərflər üçün №224» möhür əksi, «Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,770 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,766 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cild 54-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 iyun 2021-ci il tarixli videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən 02 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin maddələrin psixotrop maddə olan şüşə olduğunu, həmin psixotrop maddəni 30.05.2021-ci il tarixdə Yasamal rayonunda olan “BakuMall” adlanan ticarət mərkəzinin yaxınlığında digər tanışı Təqsirləndirilən şəxs1 50 manata aldığını, Təqsirləndirilən şəxs1 verdiyi həmin vəsaitin 25 manatını isə Şahid5 aldığını bildirmişdir. Cinayət işinin 2-ci cild 56-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 iyun 2021-ci il tarixli videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristal şəkilli maddə kütləsi, 01 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsi vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə şüşəni və narkotik vasitə kokosu Yasamal rayonunda yerləşən «BakuMall» adlanan ticarət mərkəzinin yaxınlığından tanımadığı şəxsdən 25 manata aldığını, əldə etdiyi həmin psixotrop maddənin bir qismini 25 manata tanışı Təqsirləndirilən şəxs2 satdığını bildirmişdir. Cinayət işinin 2-ci cild 82-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş “İphone” markalı mobil telefona baxış keçirilərkən, üzərində "xxxx" MMC-yə aid ***-***-**-** mobil nömrəsinin olduğu müəyyən edilmiş, həmçinin mobil telefon aparatına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 84-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş “Nokia” markalı mobil telefona baxış keçirilərkən, üzərində "xxxx" MMC-yə aid ***-***-**-** mobil nömrəsinin olduğu müəyyən edilmiş, həmçinin mobil telefon aparatına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin istintaq hərəkətlərinin aparılmasına dair 11 iyun 2021-ci il tarixli, 5(005)-650/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 9-da axtarış istintaq hərəkəti aparılması qərara alınmışdır. Cinayət işinin 2-ci cild 144-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 9-da yerləşən mənzildə axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı “Canon” markalı fotoaparatla şəkillər çəkilmişdir. Cinayət işinin 2-ci cild 161-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 5(005)- 648/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 128-də axtarış istintaq hərəkəti aparılması qərara alınmışdır. Cinayət işinin 2-ci cild 163-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyun 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 128-də yerləşən mənzildə axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı “Canon” markalı fotoaparatla şəkillər çəkilmişdir. Cinayət işinin 2-ci cild 211-219-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2lə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında 30 may 2021-ci il tarixdə saat 13:57-dən saat 16:37-dək müxtəlif saatlarla dəfələrlə telefon danışıqları olmuşdur, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 231-238-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolun kserosurətindən və protokola əlavə edilmiş çıxarışdan görünür ki, Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına keçirilmiş baxış zamanı Şahid5la Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında 29 may 2021-ci il tarixdə saat 14:10, 15:17 və 30 may 2021-ci il tarixində saat 00:09, 10:32də telefon zənglərinin qeydə alınması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 240-259-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1lə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsi arasında 30 may 2021-ci il tarixdə saat 13:57-dən saat 16:37-dək müxtəlif saatlarla dəfələrlə telefon danışıqları olmuşdur, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə baxışında cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan məlumatların mətnlərinə baxış zamanı aşağıdakı məzmunda SMS mətnlələr müəyyən edilmişdir: -Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqas o dasdan var bir qardasda 40 dan getirir”; -27 aprel 2021-ci il tarixdə saat 10:51-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqas Ruslandı yiq da meni basqa tema var”; -27 aprel 2021-ci il tarixdə saat 19:25-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqas tekem bidene yiqda meni.pati var mende”; -28 aprel 2021-ci ildə saat 22:54:05-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqaw mene biraz tema verde evdeyem pulda yoxdu. Birde nazim qram istiyirdi”; -07 may 2021-ci ildə saat 01:51-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Yaqmur gelmirsen?200 man kola lazımdı, eger alınmırsa xeber ele terezide vacib lazimdi”; -19 may 2021-ci ildə saat 21:52-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqas patı verecem birsaata”; -20 may 2021-ci ilə saat 16:19:51-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “1dene de kola cek 50man verecey”; -21 may 2021-ci ildə saat 09:50-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqas yarımın pulu noldu?”; -30 may 2021-ci ildə saat 02:48-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqas bu ne hereketdi? Ayıb deyil ay elcan? Cavab verde. Camaat mennen mal istiyir.”; Həmçinin, aşağıdakı məzmunlu mesajlar Ruslan Rzayevə göndərilmişdir: 02 aprel 2021-ci ildə saat 22:32:14-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “ozmen cxarannan sora men lomkya dusennen sora men patisiz buyun ise gedmemsem ruslan crglg eleme sen uje dusmannigelyrsen”; -19 may 2021-ci ildə saat 21:46-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “...30 manata goree nerimanovdayam gelirem ya temani ya pulu hell ele.”; -19 may 2021-ci ildə saat 22:26-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “oldueee uje.50 nefer oturub tema gozleyirik eh”; -22 may 2021-ci ildə saat 01:37-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə “Ay brat.Kəlvə var imkan olsa 15 yari.Otvet ver ki məndə işimi bilim”. Cinayət işinin 3-cü cild 14-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 6/2275 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Şahid5 üzərindən aşkar olunmuş...” qeydli zərfdəki 01 ədəd bükümdəki, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” qeydli zərfdəki 01 ədəd bükümdəki, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” qeydli zərfdəki 02 ədəd bükümdəki psixotrop maddə metamfetamin kütlələri xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 3-cü cild 67-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid5 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid5 istintaq zamanı verdiyi ifadəsini “....Həmin vaxt sənin metamfetamin qəbul etdiyini görüb gələcəkdə ağrılarım olanda mal təşkil etməyim üçün Talehdən mobil telefon nömrəni soruşub öyrənmişdim. ...Salamlaşıb hal-əhval tutduqdan sonra razılaşdığımız kimi, Talehə 25 (iyirmi beş) manat pul verib mənim üçün 25 (iyirmi beş) manatlıq narkomanlar arasında şüşə kimi tanınan 1 (bir) büküm psixotrop maddə metamfetamin təşkil etməyini xahiş etdim. Taleh pulu alıb öz cibindən 25 (iyirmi beş) manat da əlavə etməklə ümumilikdə 50 (əlli) manat müqabilində metamfetamin alacağını söyləyib mənim üçün təşkil edəcəyin 1 (bir) büküm metamfetamini birlikdə istifadə etməyi təklif etdin. ...Həmin gün, yəni 30 may 2021-ci il tarixdə saat 19 radələrində danışdığımız kimi, Səninlə Yasamal rayonun, X14 küçəsində hazırda dəqiq xatırlamadığım ünvanda görüşdük. Sən bir-iki dəqiqə ətrafa boylandıqdan sonra mənə 1 (bir) ədəd sellofan kəsiyi bükümündə narkomanlar arasında şüşə kimi tanınan psixotrop maddə metamfetamin verdin. ... ” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Həmçinin, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 də 25 manat müqabilində Turala şüşə kimi tanınan metamfetamin verdiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 72-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini “....Mən Turaldan pulu alıb gözləməsini söyləyərək saat 14 radələrində Sənə zəng edib mənim üçün 50 (əlli) manatlıq metamfetamin təşkil etməyini xahiş etdim. Sən razılaşdın və həmin gün, yəni 30 may 2021-ci il tarixdə günorta saat 14 radələrində Səninlə Yasamal rayonunda yerləşən BakuMall ticarət mərkəzinin yaxınlığında görüşüb Səndən tanışım Turalla birlikdə qəbul etmək üçün 50 (əlli) manata 03 (üç) ədəd sellofan kəsiyi bükümündə narkomanlar arasında şüşə kimi tanınan metamfetamin aldım. Sənin 50 (əlli) manata mənə satdığın həmin sellofan bükümləri açıb diqqətlə gözdən keçirərək bükümlərdə həqiqətən də metamfetamin olduğunu yəqin etdikdən sonra Səninlə sağollaşıb oradan uzaqlaşdım. Bir neçə saat özüm üçün gəzişdikdən sonra həmin gün saat 19 radələrində əvvəlcədən razılaşdığımız kimi, Turalla Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində görüşdük və mən Səndən aldığım içərisində metamfetamin olan 03 (üç) ədəd bükümdən birini Turala verdim. ... ” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Həmçinin, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 həqiqətən 30 may 2021-ci il tarixdə həqiqətən Təqsirləndirilən şəxs2 50 manat müqabilində 3 büküm metamfetamin satdığını, yerdə qalan 3 qrama yaxın bir büküm metamfetamini, habelə, 0,5 qrama yaxın bir büküm heroini isə ağrıları olanda özü istifadə etmək üçün pulqabının içərisində gizlədib saxladığını etiraf etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 3-cü cild 214-218-ci ərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X7 18 sentyabr 2021ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış,nə Təqsirləndirilən şəxs2 nə də ki digər şəxslərə narkotik vasitə satmamış, həmin gün onun üzərində cəmi 1 qrama yaxın narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 isə özünü təqsirli bilməyərək, narkotik vasitəlri Ruslan Rizaevdən 50 manata almadığını və bir hissəsini Şahid5 satmadığını, həmçinin təhqiqat və ibtidai istintaq zamanı təzyiqlərə və işgəncələrə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyini, işkəncəyə məruz qaldığını bildirmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyləri ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir Belə ki, ibtidai istintaq dövründə dindirilmiş Şahid5 bildirmişdir ki, onda olan psixotrop maddə metamfetamini 25 manat müqabilində Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs2 almışdır. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmü ilə məhküm olunmuş Şahid5 Nərimanov rayon məhkəmə iclasında aşağıdakıları göstərmişdir: “…Təqsirləndirilən şəxs2 2021-ci ilin may ayından narkotik vasitələrin aludəçisi kimi tanıyır, onunla təsadüfən Bakı şəhərində kafedə tanış olmuşdur. Həmin vaxt Talehin metamfetamin qəbul etdiyini görüb gələcəkdə ağrıları olanda ona da təşkil etməsi üçün onun mobil nömrəsini götürmüşdür. Həmin vaxtdan Talehlə aralarında əlaqə yaranmışdır. 29 may 2021- ci il tarixdə günorta saatlarında uzun müddətdən bəri metamfetamin qəbul etmədiyi üçün ağrıları şiddətlənmişdir. Bu səbəbdən qəbul etmək üçün metamfetamin axtarmağa başlamış və tanışı Təqsirləndirilən şəxs2 metamfetamin təşkil edə biləcəyini düşünüb ona zəng etmişdir. O, Talehə 25 manat pulunun olduğunu bildirib onun üçün metamfetamin təşkil etməsini xahiş etmişdir. Taleh razılaşaraq növbəti gün səhər saatlarında bu məqsədlə görüşməyi təklif etmişdir. Növbəti gün, yəni 30 may 2021-ci il tarixdə səhər saatlarında Talehə zəng vurub harada olduğunu soruşmuş və Talehlə Yasamal rayonu ərazisində görüşmüşlər. Onlar razılaşdıqları kimi Talehə 25 manat pul verib onun üçün metamfetamin təşkil etməsini xahiş etmişdir. Taleh pulu alıb öz cibindən 25 manat da əlavə etməklə ümumilikdə 50 (əlli) manat müqabilində metamfetamin alacağını söyləyib onun üçün təşkil edəcəyi 1 (bir) büküm metamfetamini birlikdə istifadə etməyi təklif etmişdir. O, etiraz etməyib razılaşmış və Taleh axşam tərəfi saat 19 radələrində Yasamal rayonu ərazisində görüşməyi təklif edib çıxıb getmişdir. Daha sonra danışdıqları kimi Talehlə Yasamal rayonu ərazisində görüşmüş və Taleh ona 1 (bir) ədəd sellofan kəsiyi bükümündə metamfetamin vermişdir. Bundan sonra Talehlə birlikdə metemfetamin qəbul etmək üçün əlverişli yer axtararkən bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. …” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(005)- 367/2021 saylı hökmünə əsasən Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid5 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 0,518 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 25 manat müqabilində əldə etdiyi üçün məhkum olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş 05 noyabr 2021-ci il tarixli, 1(005)-367/2021 saylı məktubdan görünür ki, Şahid5 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(005)-367/2021 saylı hökmü 28 oktyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə görə, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid1 və Şahid3 ifadələrində göstərmişlər ki, Ruslan adlı şəxsin narkotik vasitələri satış məqsədi ilə gəzdirməsi, saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı onlara daxil olmuşdur.Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və tədqiq edilərək araşdırılmış CD diskdən də görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə müxtəlif şəxslərin telefon nömrələrinə «kola, pati» (narkotik vasitələr) və digər buna oxşar məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin 3-cü cild 124-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 16 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, psixotrop maddə hesab edilən «metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qram və ondan artıq olan hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 iyun 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 221-226-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli, 1(004)-478/2016 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 dekabr 2016-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 177-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin kserosurətindən və cinayət işinin 2-ci cild 228-ci vərəqəsində olan Yasamal RİH Mənzil- Kommunal Təsərrüfatı Birliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 09 dekabr 2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan X8 vardır. Cinayət işinin 2-ci cild 191-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 18 iyun 2021-ci il tarixli, 19/51-6733 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 196-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 iyun 2021-ci il tarixli, 5293 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 229-cu vərəqəsində olan Yasamal RİH Mənzil-Kommunal Təsərrüfatı Birliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Yasamal rayon 24 saylı Mənzil kommunal İstismar Sahəsinə yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 3-cü cild 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 02 iyul 2021-ci il tarixli, 1424 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 3-cü cild 128-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 avqust 2021-ci il tarixli 2691 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 2-ci cild 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Lakin, tələbnamədə göstərilmişdir ki, Əliyev X5 Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, cinayət işi 25 fevral 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 3-cü cild 4-8-ci vərəqələrində olan Biləsuvar Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 1(022)-52/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq nəzərə alınmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Biləsuvar Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə kİ, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 20 oktyabr 2021-ci il tarixli, 21-1/3-8972 nömrəli məktubdan görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 1(022)-52/2021 saylı hökmü ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu müddət nəzərə alınmaqla, üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın 2 il 11 ay 26 günü çəkilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 03 il azadlığın məhdudlaşdırılması cəzasının 2 il 11 ay 26 günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 11 ay 26 günü müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 01 (bir) il 05 (beş) ay 28 gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Biləsuvar Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 11 ay 26 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 01 (bir) il 05 (beş) ay 28 gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 2-ci cild 60-62-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 09.03.2012-ci il təvəllüdlü X11 adlı 01 azyaşlı uşağı, 15.05.2005-ci il təvəllüdlü X13 və 12.10.2006-cı il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işinin 2-ci cild 64-cü vərəqəsində olan Fizuli Rayon Hərbi Komissarlığından daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 15 avqust 1993-cü il tarixdən 27 mart 1995-ci il tarixədək erməni əsirliyində olmuşdur. Cinayət işinin 2-ci cild 192-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 18 iyun 2021-ci il tarixli, 19/51-6736 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 194-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 iyun 2021-ci il tarixli, 5291 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 3-cü cild 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 iyul 2021-ci il tarixli 2554 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cild 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 02 iyul 2021-ci il tarixli, 1423 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 31 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 126-127-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 2-ci cild 43-45-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 4(005)-545/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 31 may 2021ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 30 may 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 86-87-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 149-51-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 4(005)-544/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 30 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 439,60 (dörd yüz otuz doqquz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,952 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,720 qram narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,676 qram psixotrop maddə metamfetamin məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu iki ədəd CD disk, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefon nömrələri ilə ötürülən məlumatları özündə əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 31 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 11 ay 26 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il 05 (beş) ay 28 gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 30 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 439,60 (dörd yüz otuz doqquz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,952 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,720 qram narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,676 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu iki ədəd CD disk, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefon nömrələri ilə ötürülən məlumatları özündə əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüseynov