Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1713/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X5 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, döngə 5, ev 31-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, külli miqdarda, 01 ədəd bükümdə olan təmiz çəkisi 3,801 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 08 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ Siyahısına daxil edilən, açıq qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış və təmiz çəkisi 3,801 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2023cü il tarixdə, günorta, saat 14:00-15:00 arası evdə istirahət etmək istəmişdir. Birdən evin qapısı döyülmüş, qapını açdıqda tanımadığı bir şəxs qapının qarşısında durmuşdur. Həmin şəxs ona evlə bağlı sənədlərə imza çəkməli olduğunu bildirmişdir. Evin sol tərəfində, 15 metr aralıda bir avtomobil dayanmışdır. Qapını döyən şəxs avtomobildə oturan adamdan sənədləri gətirməyi xahiş etmişdir. Avtomobildə oturan şəxs də onların ona yaxınlaşmaqlarını istəmişdir. Tanımadığı şəxslər söhbətləri ilə başını qatan zaman qabaqlarında bir başqa avtomobil saxlamışdır. Həmin vaxt 6 yaşlı övladı yanında olmuşdur. Ona avtomobilə əyləşib imza çəkmək üçün idarəyə getməli olduğunu bildirmişlər. Həmin vaxt tanımadığı şəxslərə paltarını dəyişmək istədiyini bildirsə də dediklərinə məhəl qoymayıb onu maşına əyləşdirmişlər. Həmin vaxt onunla həyətə çıxan övladı küçənin ortasında tək qalmışdır. Tanımadığı şəxslər onu polis idarəsinə gətirmişlər. Bundan sonra onu idarənin 2-ci mərtəbədəki otaqların birinə qaldırmışlar. Otaqda tanımadığı şəxs seyfdən bir büküm çıxartmış və onun cibindən çıxdığını söyləmişdir. O, bükümün içində nə olduğunu soruşmuşdur. Tanımadığı şəxs bükümün içində kakos adlı narkotik vasitənin olduğunu demişdir. Onlara bu yaşına qədər içkidən, siqaretdən, narkotik vasitələrdən uzaq olduğunu bildirmişdir. Onu narkotik vasitəni üzərinə götürmədiyi təqdirdə vətən xaini kimi sənədləşdirəcəkləri ilə təhdid etmişlər. O da onlara vətəninə heç vaxt xəyanət etmədiyini bildirmişdir. O, 21-22 yaşında 20 Yanvar hadisələrində iştirak etmişdir. Qardaşı Qarabağın azadlığı yolunda əl barmaqlarını itirmişdir. ll Qarabağ müharibəsində isə dayısı nəvəsi 17 güllə yarası alaraq şəhid olmuşdur. Xəzər RPİ-də tanımadığı kapitan rütbəli polis əməkdaşı 1 büküm narkotik vasitəni ona təqdim etmişdir. Sonuncu video çəkiliş zamanı həmin narkotik vasitəni şalvarının sağ yan cibində çıxardacağını və Suraxanı rayonunda tanımadığı adamdan aldığını deyəcəyini bildirmişdir. Onu təhdid etdiklərinə görə dedikləri kimi də etmişdir. Axşam 20:00 radələrində səhv etmirsə, Elvin adlı müstəntiq Xəzər RPİ-nin MSY-yə gəlmişdir. Müstəntiq yalandan ona köməklik etməsi üçün bəzi sənədləri imzalatdırmışdır. Sonradan CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu öyrənmişdir. Səhəri gün onu Xəzər rayon Məhkəməsinə aparmışlar və orada barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, seyfdən bir büküm narkotik vasitə ona təqdim edilmiş, narkotik vasitəni video çəkiliş zamanı cibindən çıxartmışdır. Narkotik vasitənin növü Kakos, çəkisi 3 qram olmuşdur. Ona qarşı heç bir fiziki təzyiq olmamışdır. Onun vətən xaini kimi tutulmağı üçün arqument yoxdur, sadəcə bilirdi ki, ibadət edənləri, dindarları həbs edirlər. 1992-2000-ci illər və 2010-2017-ci illər arası İran İslam Respublikasında Qum şəhərində Quran elmləri üzrə təhsil almışdır. Latın qrafikasında yaxşı oxuya bilir. İttiham aktında saxlanılma tarixini təsdiq edir, amma onu yaşadığı evin yaxınlığından deyil, yaşadığı evin içindən aparmışlar. Onu adlarını bilmədiyi 4 nəfər polis əməkdaşı saxlamışdır. Üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişdə müdafiəçi iştirak etmişdir. İlk öncə 2 nəfər yaxınlaşmışdır, sonradan 2 nəfərdə polis əməkdaşı gəlmişdir. Mülki geyimdə olduqlarına görə polis əməkdaşları olduqlarını bilməmişdir. Saxlanıldığı gün onu yaşadığı evdən çölə çağıran şəxs Şahid1 olmuşdur. Hava işıqlı olsa da üzərinə saxlanıldığı yerdə baxış keçirtməmişlər. Onu avtomaşına əyləşdirəndən 10 dəq sonra Xəzər RPİ-nin 3-cü PŞ-nə çatmışlar. 3-cü PŞ-dən çıxıb 20 dəq sonra Xəzər RPİ-nə gəlmişlər. Xəzər RPİ-nin 3-cü PŞ-də yuxarı mərtəbədə tanımadığı şəxsin otağına qalxmışlar. Həmin şəxs seyfdən ona bir büküm narkotik vasitə vermiş və ona məxsus olduğunu demişdir. Ümumiyyətlə, son 4-5 il ərzində Suraxanı rayon ərazisində olmamışdır. Video çəkilişi Elvin adlı polis əməkdaşının xidməti otağında müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə aparmışlar. Polis əməkdaşları ilə arasında narkotik vasitələrin satışı ilə bağlı heç bir söhbət olmamışdır, sadəcə ona video çəkiliş zamanı öz istifadəsi üçün əldə etdiyini deməsini bildirmişlər. Zənnincə, onu ibadət etdiyi üçün tutmuşlar. Onu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə vətən xaini kimi verməkləri ilə hədələmişlər. İl ərzində 1-2 dəfə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə onun İran İslam Respublikasında yaşadığı kirayə evin ünvanını və orada işlətdiyi mobil nömrəsini təqdim etmişdir. Yaşadığı evin həyətində təsərrüfat işləri və heyvandarlıqla məşğul olur. Artıq 5 ildir mütəmadi olaraq məscidə getmir, ancaq bayram günləri gedir. Özü təsərrüfat işləri ilə məşğul olsa da, övladları maddi cəhətdən kömək göstərirlər. 1994-cü ildən ailəlidir, 5 övladı var. Heyvandarlıqla və əkinçiliklə məşğul olur. İran İslam Respublikasında təhsil aldığı illərdə təhsil müəssəsindən aldığı təqaüdlə dolanırdı. Ayda 150 manat təqaüd alır. Aldığı təqaüddən kirayə qaldığı evin pulunu ödəmiş və qalan pulu da ərzaqa xərcləmişdir. Kirayə qaldığı evə görə ayda 15 manat ödəmişdir. Dövlət xaricdə təhsil alanlara nəzarət etdiyinə görə onu da Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə dəvət etmişlər. Polis əməkdaşları ilk dəfə ona bəzi ev sənədlərinə imza edəcəyini bildirmişlər. Üzərinə şəxsi axtarış aparılan zaman 2-3 nəfər polis əməkdaşı, müdafiəçi və 1 nəfər də komputer arxasında yaza-yaza narkotik vasitənin qiymətini müəyyən edən şəxs olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki təsir olmamışdır. Onu konkret olaraq polis əməkdaşları deyil, onların rəisi təhdid etmişdir. Şöbəyə gedən zaman onun telefonu evdə qalmış, amma sonradan polis əməkdaşları telefonunu evdən götürüb Xəzər RPİ-nə gətirib müstəntiqə təqdim etmişlər. Tibbi ekspertlər onun narkomaniyadan əziyyət çəkmədiyini və müalicəyə ehtiyacının olmadığını bildirmişlər. O, narkotik madənin satışında təqsirli bildirmişdir. Halbuki prokuror satış üçün olan dəlilləri təqdim etməmişdir. Satışı göstərən dəlillər telefon danışığı, sms, Whatsapp və ya digər proqramlar vasitələri olan yazışmalar ya səs qeydi, tərəzi, narkotik maddənin bir bükümdən artıq olması ola bilər. Bu dəlillərin heç biri onun ittihamında qeyd olunmamış, yəni satış məqsədi onda olmamışdır. Əməliyyatçılar onu 117№-li məktəbin yanında Nizami Abbasov küçəsində yerləşən evinin yaxınlığında saxladıqlarını bildirmişlər. X24 küçəsində yaşayıram və Əli İsazadə küçəsi ilə Nizami Abbasov küçəsi arasındaki məsafə təqribən 2 km yarımdır, Nizami Abbasov küçəsi ilə 117№-li məktəb arasındakı məsafə təqribən 3 km-dir, Əli İsazadə küçəsi ilə 117№-li məktəb arasındakı məsafə təqribən 1 km-dir. Məhkəmə zalında əməliyyatçılara onu tanımadıqlarını bildirdilər. Halbuki onlar narkoman kimi deyil, bir din alimi kimi çox yaxşı onu tanıyırdılar. Əməliyyatçılar əməliyyat keçirdikləri məntəqəni şöbəyə daxil olan məlumat nəticəsində əldə etdiklərini bildirdilər. Bunu nəzərə alaraq onlar əməliyyat məntəqəsinə video çəklişlə daxil olmalı və məntəqədə narkotik maddəni aşkara çıxarmalı idilər. Video çəklişdə əməliyyatçı iki əlini onun qabırğalarının üstünə və sonra isə ciblərinə doğru yoxlanış həyata keçirdi. Lakin düzgün yoxlanış, əməliyyatçı cibləri, bel nahiyəsi, köynəyin cibi və ayaq nahiyəsi yoxlanışıdır. Burdan məlum olur ki, onlar çəkilişdən əvvəl narkotik vasitəni cibinə yerləşdirib sonra video çəkiliş aparmışlar. Himayəsində beş övladı var ki, onların ikisi az yaşlıdır. Atası neçə illər Binə qəsəbəsi Mövsüm Səlimov məscidində işləmişdir. O, həmin məsciddə neçə illər camaat namazı qılmış və moizə, camaat üçün dini, vətənsevərliyi və vətənpərvərliyi nəsihət etmişdir. Qurani Kərim onun elmi cəhətdən doktorluğunu təsdiq edən elmi işidir. Onun Quranı tərcümə etməsi Azərbaycan Respublikası dini qurumları tərəfindən təsdiqlənib və ziyalılar dəstəsinə aid olduğunu bildirir və qoyulmuş narkotik ittihamını bütün ziyalılara qoyulmuş ittiham kimi qəbul edir. Deyilənlərin nəzərə alınaraq ədalətli qərar, bəraət hökmünün çıxarılmasını, işinə xitam verilməsini məhkəmədən xahiş edir, əgər işinə xitam verilərsə ona düşən təzminatı dövlətə bağışlamaq və həmən pulun Azərbaycan Respublikasının yenicə azad olunmuş torpaqlarında Qarabağda xərclənməsini istəyir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Nizami Abbasov küçəsi, döngə 5, ev 31-də ailəsilə birlikdə yaşamışdır. Təxminən bir il olar ki, “kakos” kimi tanıdığı narkotik vasitədən istifadə edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, tanımadığı şəxsdən 80 manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi üçün 01 ədəd şəffaf sellofana bükülü halda kakosu almışdır. O, hər gün istifadə etmir, buna baxmayaraq pulu olmadığına görə tez-tez bir dəfə istifadə etməyi üçün narkotik vasitə almışdır, hər dəfə alanda qorxmuşdur, sonuncu dəfə əlində bir az pulu var imiş, ona görə fikirləşmişdir ki, çox miqdarda alsın ki, bir müddət istifadə edə bilsin. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsindən aldığı kakosu əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Həmin gün saat təxminən 14:00 radələrində yaşadığı evin yaxınlığında hərəkət edən zaman iki nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və buna görə də onu Xəzər RPİ-nə dəvət etmişlər. Xəzər RPİ-də polis əməkdaşları video çəkiliş aparılmaqla üzərində baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərində baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, üzərində saxladığı içərisi kakos kimi tanıdığı maddə olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və həmin bükülmüş halda olan kakosu aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə kakos kimi tanıdığı narkotik maddədir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış götürmə keçirtmişlər, axtarış nəticəsində üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi narkotik vasitə olan heroin qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O, müdafiəçisi və iştirakçılar qablaşdırmanı imzalamışlar və bu barədə protokol tərtib olunduqdan sonra ona ucadan oxunmuş və o, doğru yazıldığından imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-də 3-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində 2 ay olar ki çalışmır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımırdı. Təqsirləndirilən şəxs barəsində narkotik vasitə ilə bağlı məlumat daxil olduğundan sonuncunu xx.xx.2023-cü il tarixdə, günorta saatlarında, yaşadığı evin yaxınlığında saxlamışlar və sonra Xəzər RPİ-yə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Xəzər rayonunda yerləşən 117 nömrəli məktəbin yanında tək hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncu heç biri narazılıq bildirməmişdir. Xəzər RPİ-də müstəntiqin xidməti otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmişlər. Müstəntiqin kim olduğu yadında deyil. Müstəntiqin otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ondan başqa Şahid2 və müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə kakos aşkar olunmuşdur. Narkotik vasitənin çəkisi 1 qramdan artıq olsa da, kilo olmamağı yadında qalmışdır. Video çəkiliş zamanı müstəntiq soruşanda Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan əldə etməsi yadında deyil. Təqsirləndirilən şəxs ilk dəfə saxlayan zaman görmüş, sonuncunun əvvəllər nə işlə məşğul olmasını bilməmişdir. Xəzər RPİ-də 3cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışdığı vaxtlarda Təqsirləndirilən şəxs yaşadığı ünvan onun çalışdığı inzibati ərazidə yerləşmirdi. Təqsirləndirilən şəxs barəsində məlumat Xəzər RPİ-yə daxil olmuşdur. Təqsirləndirilən şəxsla bağlı məlumatın özünə daxil olması tam yadında deyil. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir psixoloji, fiziki təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqları və saxladıqları vaxt ətrafda kiminsə olubolmamağı vacib deyildir. Təqsirləndirilən şəxs saxladıqları vaxt üzərinə baxış keçirtməyə heç nə mane olmurdu. Təqsirləndirilən şəxs Xəzər RPİ-yə aparıb müdafiəçinin iştirakı ilə müstəntiqin xidməti otağında video çəkilişlə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra heç bir bölmə və ya şöbəyə aparmamışlar. Təqsirləndirilən şəxs Xəzər RPİ-yə “Chevrolet” markalı xidməti avtomobillə aparmışlar. Tam yadında qalmasa da Təqsirləndirilən şəxs saxladıqları vaxt onlarla başqa avtomaşın da var idi. Təqsirləndirilən şəxs saxladıqları vaxt 4 nəfər polis əməkdaşı olsa da 2 nəfər polis əməkdaşı kömək məqsədi ilə kənarda dayanmışdılar. Təqsirləndirilən şəxs daxil olan məlumata əsasən Xəzər RPİ-yə aparmışlar. Daxil olan məlumatda Təqsirləndirilən şəxs təhlükəli bir şəxs olmağı qeyd olunmuşdur. Daxil olan məlumata kömək məqsədi ilə 4 nəfər polis əməkdaşı getsələr də, məlumat Şahid2la ona daxil olmuşdur. Saxlanılan şəxsin üzərinə saxlanılan yerdə də baxış keçirtməyə səlahiyyətləri olsa da, saxlanılan şəxsin üzərinə vəkilin iştirakı ilə təhqiqatçının otağında baxış keçirdilər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişdə o, Şahid2 və müstəntiq iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yer barəsində verdiyi ifadələr hamısı yalandır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxladıqları vaxt yanında uşaq olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ev sonradan onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları vaxt sonuncunun əynindəki geyim yadında deyil. Polis əməkdaşlarından Təqsirləndirilən şəxs qarşı heç bir təhdid göstərilməmiş, onun Təqsirləndirilən şəxsla heç bir şəxsi qərəzliyi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə daxil olan məlumata əsasında Xəzər rayonu, Nizami Abbasov küçəsində Təqsirləndirilən şəxs saxlamışlar, sonra Xəzər RPİ-nə gətirmişlər. Xəzər RPİ-nin inzibati binasında müstəntiqin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan qabaq sonuncuya üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşuldu. Təqsirləndirilən şəxs da üzərindən qanunla qadağan olunmuş əşya olan narkotik vasitə kakos təqdim etdi. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Xəzər rayonu, Nizami Abbasov küçəsi Təqsirləndirilən şəxs yaşadığı evə yaxın yerdə saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evin ünvanını daxil olmuş məlumat əsasında əldə etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yer və yaşadığı ünvan onun xidmət apardığı inzibati ərazi deyil. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Əməliyyat-axtarış tədbirində onula birgə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirak edirdi. Təqsirləndirilən şəxs məhlədə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə kakos idi. Aşkar olunan narkotik vasitənin çəkisi tam yadında olmasa da, çəkinin kilo deyil, qram olması yadındadır. Təqsirləndirilən şəxs narkotik vasitəni Suraxanı rayonun ərazisindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni nə üçün əldə etməsi barədə dedikləri yadında deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə qablaşdırılaraq tərkibinin müəyyən olunması üçün məhkəmə-kimyəvi ekspertizaya göndərildi. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən psixoloji, fiziki təsir və təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə müdafiəçini və müstəntiqin iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı cibindən çıxardıb təqdim etməyi, üzərində başqa nəsə aşkar olunması yadında qalmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxışı Xəzər RPİ-də müstəntiq keçirtdi. Təqsirləndirilən şəxs yaxınlaşdıqları vaxt yanında kənar bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunu şübhəli şəxs qismində Xəzər RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra əvvəllər nə işlə məşğul olması barədə maraqlanmamışdır. Təqsirləndirilən şəxsla heç bir şəxsi qərəzliyi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadənin sonunda çəkilən imza ona məxsusdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs anket məlumatları öyrənilmiş və onun xx.xx.1968-ci il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, döngə 5, ev 31-də olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə onun və Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 08 aprel 2023-cü il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində, yaşadığı evin yaxınlığında Əsədov X1 Xəzər RPİ-nə gətirilmiş və bu barədə tərəfindən tərtib edilmiş raportla idarənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbənin rəhbərliyi tərəfindən istintaq şöbəsinə göstəriş verilmiş və müstəntiq polis kapitanı Elvin Ağayev tərəfindən araşdırma aparılmasına başlanılmışdır. İdarənin inzibati binasında onun, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Bakı şəhər, 8 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla müstəntiq tərəfindən tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə “kakos” kimi tanıdığı narkotik vasitədir və o, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Əsədov X3 zaman və üzərində baxış və şəxsi axtarış aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (İ cild, i.v. 4) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15.30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 23-24) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 08 aprel 2023-cü il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin X13 RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayevin xidməti iş otağında Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 və Xəzər RPİ-nin 3-cü PŞnin CA-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüştoz şəkilli, qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütləni təqdim edərək həmin maddənin “kakos” adlı narkotik vasitə olduğunu, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün aldığını və bu məqsədlə üzərində saxladığını bildirmişdir. (İ cild,i.v. 33-34, 108). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2076 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №43” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 3,801 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (İ cild,i.v. 41-44). xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild,i.v. 53-54) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-182/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (İ cild,i.v. 70-72). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild,i.v. 87) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalan ümumi təmiz çəkisi 3,751 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (İ cild,i.v. 88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X23 Ambulator X4 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3150 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlmətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild,i.v. 113-114) AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X2 olmaqla bir nəfər yetkinlik yaşına çatmayan və bir nəfər azyaşlı uşağı var. (İİ cild,i.v. 3-5) Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndində tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, narkotik vasitə bir bağlamada aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, külli miqdarda, 01 ədəd bükümdə olan təmiz çəkisi 3,801 qram təşkil edən narkotik vasitə heroini əldə edib, daşıyaraq, üzərində saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, mənəvi təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik maddə olan heroini əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər az yaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15.30-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-182/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrini tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,751 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,751 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1713/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1713/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver