Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1716/2021 15.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakları ilə, 27 avqust 1996-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, subay, orta təhsilli, Ağdam şəhəri, Füzuli küçəsi, ev 3, mənzil 2-də qeydiyyatda olmaqla, ünvan 1-də kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan kokaini və qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddələr olan metamfetamini və metilendioksimetamfetamin (MDMA, ekstazi) tərkibli həbləri, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalin tərkibli dərman preparatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmə, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan kokaini və qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddələr olan metamfetamini və metilendioksimetamfetamin (MDMA, ekstazi) tərkibli həbləri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan külli miqdarda preqabalin tərkibli dərman preparatını əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan “Samir” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü olan “Samir” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla qanunsuz keçirib satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə ona göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə Bakı şəhərinin Nəsimi və Nizami rayonları ərazisində naməlum şəxs vasitəsi ilə ona çatdırdığı kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 58,08 qram təmiz çəkidə psixotrop maddə metamfetamini, kustar üsulla hazırlanmış külli miqdarda 6,246 qram təmiz çəkidə narkotik vasitə kokaini, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 116,24 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 28 ədəd həblərdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 5,88 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA (ekstazi) həblərini, ümumilikdə 1096 ədəd kapsullardan ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin təsiredici maddəsinin ümumi miqdarı 312 qram təşkil edən külli miqdarda “Alyse 150 mg” markalı və “Galara 300 mg” markalı preqabalin dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq həmin maddələrdən metamfetaminin, preqabalin dərman preparatının və qurudulmuş marixuananın bir hissəsini öz üzərində, qalan digər hissələrini və maddələri isə kirayədə yaşadığı ünvan 1 ünvanında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz 14 əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 21:50-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada onun üzərində həmin gün saat 23:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən qurudulmuş marixuananın bir hissəsi olan ümumilikdə 6,588 qram təmiz çəkidə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 0,855 qram, 0,972 qram, 0,807 qram, 1,580 qram, 1,572 qram və 0,847 qram olmaqla 6 ədəd şəffaf sellofan bükümlərdə, təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən 4 ədəd kapsullardan ibarət preqabalin dərman preparatı və psixotrop maddə metamfetaminin bir hissəsi olan ümumilikdə 9,311 qram təmiz çəkidə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 1,001 qram, 0,548 qram, 0,349 qram, 0,377 qram, 0,339 qram, 0,433 qram, 0,780 qram, 0,356 qram, 0,394 qram, 0,380 qram, 0,428 qram, 0,389 qram, 0,463 qram və 3,074 qram olmaqla 14 ədəd şəffaf sellofan bükümlərdə Təqsirləndirilən şəxs əlində saxladığı və təqdim etdiyi qara rəngli pul qabının içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 23 iyun 2021-ci il tarixdə saat 00:30-dan etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı qeyd edilən maddələrin qalan hissələri olan 01 ədəd bükümdə külli miqdarda 6,246 qram təmiz çəkidə narkotik vasitə kokain, 01 ədəd bükümdə külli miqdarda 48,769 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, 28 ədəd həblərdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 5,88 qram təşkil edən külli miqdarda psixotrop maddə MDMA (ekstazi) həbləri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə hesab olunan preqabalin təsiredici maddəsinin ümumi miqdarı 16,8 qram təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 8 ədəd konvalyutda ümumilikdə 112 ədəd kapsuldan ibarət “Alyse 150 mg” markalı və preqabalin təsiredici maddəsinin ümumi miqdarı 294 qram təşkil edən, hər konvalyutda 14 ədəd olmaqla 70 ədəd konvalyutda ümumilikdə 980 ədəd kapsuldan ibarət “Galara 300 mg” markalı preqabalin dərman preparatı, 03 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,986 qram, 3,299 qram və 101,367 qram olmaqla ümumilikdə 109,652 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd “500g / 0,1g” markalı gümüşi rəngli elektron tərəzi ilə birgə Təqsirləndirilən şəxs mənzildə girişdən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabda saxladığı və çıxarıb təqdim etdiyi 02 ədəd sellofan torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmuş və özünü ona irəli sürülən ittiham üzrə 234.4.1 və 234.4.3-cü maddələrlə təqsirli bilir. Lakin ona irəli sürülən ittiham üzrə digər maddələrlə özünü təqsirli bilmir. O heç vaxt qaçaqmalçılıqla məşğul olmamış, Samir adlı şəxslə “Whatsapp” mobil tətbiqi ilə tanış olmuşdu, həmin Samir adlı şəxsi heç vaxt görməmiş, onunla yalnız yazışmışdır. O ona narkotik vasitələri götürülməli olduğu yerləri deyirdi və o da gedib narkotik vasitəni götürüb yenə onun dediyi yerlərə aparıb qoyurdu. Samir adlı şəxsin onun dediyinə görə, Türkiyədə yaşayırdı. Samir adlı şəxs ona gündəlik 50 manat kartla xidmət haqqı kimi pul ödəyirdi. Lakin bu məbləğ sabit deyildi, arabir dəyişirdi. Sadəcə olaraq 26 gün bu formada fəaliyyət göstərdi və həmin müddət ərzində bu fəaliyyətindən 1.000 manat məbləğində pul qazandı. Arabir özü də narkotik vasitə istifadə edirdi. O digər ölkələrdən ölkəyə narkotik vasitə gətirilməsini təşkil etməmiş və buna köməklik göstərməmişdir. O narkotik vasitələri ona deyilən yerdən götürüb yenə ona deyilən digər ünvana qoyurdu. Həmin malın nə vaxt, hansı şəraitdə və kim tərəfindən keçirilməsi barədə məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyir. 22 iyun 2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq prospekti 15 ünvanı yaxınlığında tərəflərindən saxlanıldı və onu baş idarəyə gətirdilər. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtraış keçirilməsi zamanı onun üzərində marixuana, metamfetamin və 4 ədəd preqabalin həbi aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildi və evində kokain, metamfetamin, dərman preparatları aşkar edildi. Təqsirləndirilən şəxs həm üzərində, həm də evində aşkar edilmiş narkotik vasitələri Türkiyədə yaşayan Samir adlı şəxs vasitəsilə əldə etdiyini və onun dediyi yerlərə yerləşdirmək üçün daşıdığını və saxladığını bildirdi. şəxsi axtarış və yaşadığı evə baxış keçirilərkən vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmuşdu Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 22 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2021-ci il tarixli, həmçinin mənzilə baxış keçirilməsi və götürmə haqqında 23 iyun 2021-ci il tarixli protokollara və onlara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disklərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhərinin Nəsimi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 21:50-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilməklə orada onun üzərində həmin gün saat 23:00-dan etibarən şəxsi axtarış və götürmə aparılarkən onun əlində saxladığı və təqdim etdiyi qara rəngli pul qabının içərisindən 6 ədəd bükümlərdə qablaşdırma İlə birlikdə təxminən 8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 14 ədəd bükümlərdə qablaşdırma ilə birlikdə təxminən 10 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddələr, 4 ədəd güclü təsir edən maddə olan preqabalin həblərinə bənzər dərman preparatı, həmçinin ona məxsus 1 ədəd “Redmi” markalı mobil telefon aparatı, **********126513 və **********952118 nömrəli 2 ədəd plastik bank kartları aşkar edilərək götürülmüşdür. Eləcə də bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına 23 iyun 2021-ci il tarixdə saat 00:30-dan etibarən onun öz iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs mənzildə girişdən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı dolabda saxladığı və çıxarıb təqdim etdiyi 2 ədəd sellofan torbaların içərisindən 1 ədəd bükümdə təxminən 7 qram çəkidə narkotik vasitə kokainə bənzər, 1 ədəd bükümdə təxminən 50 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər, 3 ədəd bükümlərdə ümumilikdə təxminən 114 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, 28 ədəd psixotrop maddə olan “Ekstazi” (MDMA) həblərinə bənzər dərman preparatı, 980 ədəd üzərində “Galara” sözü yazılan və 112 ədəd üzərində “Alyse” sözü yazılan güclü təsir edən maddə olan preqabalin həblərinə bənzər dərman preparatı, 1 ədəd elektron tərəzi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli 6/2546 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində“...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 9,311 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin paketdə olan 4 ədəd ağ-qəhvəyi rəngli kapsuldakı ağ rəngli maddə preqabalin tərkibli dərman preparatıdır və 4 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qramdır. Tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar olunmuş..." yazısı olan bağlamadakı - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,246 qram ağ rəngli tozşəkilli, spesifik iyli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 48,769 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 (iyirmi səkkiz) ədəd üçbucaq formalı çəhrayı rəngli həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (ekstazidir). 28 ədəd həbdən ibarət MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 5,88 qram təşkil edir (bir ədəd həbdə 0,21 qram MDMA olmaqla). Həblər xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Üzərində “Alyse 150 mg (preqabalin)” markalanma göstəricisi olan 8 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 112 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 112 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 16,8 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Üzərində “Galara 300 mg (preqabalin)” markalanma göstəricisi olan 70 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd, ümumilikdə 980 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 980 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 294 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla). Bir ədəd “500 g/0,1g” markalı gümüş! rəngli elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. Vət. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 58,080 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş elektron tərəzinin üzərindəki metamfetamin iz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş preqabalinin ümumi miqdarı 312 qram təşkil edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, kokain “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin və MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in İ siyahısına daxildirlər. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumilikdə 57,740 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 6,216 qram qalıq çəkidə narkotik vasitə kokain, qalıq 03 ədəd həbdən ibarət güclü təsir edən maddə olan preqabalin dərman preparatı, qalıq 25 ədəd həbdən ibarət psixotrop maddə MDMA (ekstazi) dərman preparatı, qalıq 974 ədəd həbdən ibarət “Galara 300 mg” markalı və qalıq 106 ədəd həbdən ibarət “Alyse 150 mg” markalı güclü təsir edən maddə olan preqabalin dərman preparatı qalmışdır. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 23 iyun 2021-ci il tarixli 7/588 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazı və imzalar olan zərfdə 6 ədəd şəffaf sellofan kəsiyi bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,855 qram, 0,972 qram, 0,807 qram, 1,580 qram, 1,572 qram, 0,847 qram olmaqla, ümumi təmiz çəkisi 6,588 qram bitki mənşəli kütlə və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan...” yazı və imzalar olan torbada 3 ədəd şəffaf sellofan kəsiyi10 bükümlərində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,986 qram, 3,299 qram və 101,367 qram olmaqla ümumi təmiz çəkisi 109,652 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynilik təşkil edir. Həmin ekspert rəyinə əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumilikdə 115,790 qram qalıq çəkidə qurudulmuş marixuana qalmışdır. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara istintaq zamanı baxış keçirilmişdir. Baxış zamanı “Redmi” markalı mobil telefon aparatının yaddaşında “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində, həmçinin mobil telefonun zənglər bölməsindəki abunəçilər siyahısında Türkiyə mobil operatoruna aid +90 541 *** ** ** mobil nömrə istifadəçisinin “ToT KTo” adı altında qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı “Redmi” markalı mobil telefon aparatının yaddaşında “Google” adı altında yarlıkların cəmləşdirildiyi bölmədə olan “Fotoğraflar" yarlıkında müxtəlif tarixlərdə çəkilmiş psixotrop maddələr olan metamfetaminə və MDMA (ekstazi) həblərinə bənzər maddələrin, narkotik vasitələr olan qurudulmuş marixuana və kokainə bənzər maddələrin, həmçinin narkotik və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan “Alyse 150 mg” markalı və “Galara 300 mg” markalı preqabalin (lirika) dərman preparatları (kapsulları) olan konvalyutların fotoşəkilləri, həmin maddələrin kiçik şəffaf sellofan bükümlərdə elektron tərəzi üzərində qram çəki vahidi ilə çəkiləri müəyyən edilən vəziyyətdə fotoşəkilləri, qeyd edilən maddələrin qramla çəkilərini və saylarını bildirən “14 əd LİLİ” məzmunlu, “19 əd Eki, 2 əd LİLİ, 10 qr Patı, 50 qr ot, 1 List Alisa" məzmunlu, “12 List LİLİ, 7 əd LİLİ, 1 List Alyse, 41 əd Eki+1 əd qırılmış Eki, 20 qr ot (8 əd 2 qr+1 əd 4 qr), 46.18 Patı” məzmunlu yazılı qeydlərin aparıldığı ağ kağız vərəqələrin fotoşəkilləri, həmin maddələrin ayrı- ayrı şəffaf sellofan bükümlərdə qablaşdırılmış halda fotoşəkilləri, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin, güclü təsir edən maddələrin internet üzərindən onlayn qaydada alqısatqı prosesi zamanı onların müştərilərə çatdırılması üçün yerləşdirildiyi ünvanların mobil telefonda qrafik-proqram təminatından istifadə edilməklə ox işarəsi ilə işarələnmiş fotoşəkilləri, həmçinin “Ele O” adı altında qeydə alınmış abunəçi ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsi vasitəsi ilə 09 may 2021-ci il tarixli “Sesde eşidilmir brat, Direm taksideyem gedirem uşağın pulun qaytarmağa evden götürmşem yeni qalsın Qadan alaram”, “X2 uzbeuz durdanda Soldakı 5 mertebenin 129 bloka gr 1 den 2 ye qalxanda işare elediyim yerde 0,5 p” məzmunlu mübadiləsi həyata keçirilmiş SMS mətnlərinin və səs mesajının, yerləşmə ünvanı ilə bağlı fotogörüntü fotoşəkillərinin qeydə alındığı müəyyən edilmişdir. Qeyd edilən “Redmi” markalı mobil telefon aparatının yaddaşında fotoşəkillərdə əksini tapan psixotrop maddələr olan metamfetaminə “Patı” yaxud “P” adları altında, MDMA (ekstazi) həblərinə “Eki” adı altında, güclü təsir edən maddə olan preqabalin (lirika) dərman preparatına (kapsullarına) “LiLi” adı altında, narkotik vasitə olan qurudulmuş marixuanaya “Ot” adı altında işarə edilməklə həmin maddələrin, onlara dair yazılı qeydlərin və SMS mətnlərinin, fotoşəkillərinin aşkar edilməsi Təqsirləndirilən şəxs əvvəlki ötən dövr ərzində də narkotik vasitələrin və psixotrop maddələrin, narkotik və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satılması, bu kimi qanunsuz maddələrin digər naməlum şəxslər tərəfindən əldə edilməsi üçün müxtəlif ünvanlara yerləşdirilməsi ilə müşayiət olunan qanunsuz ticarət dövriyyəsini həyata keçirməsi fəaliyyəti ilə məşğul olduğunu xarakterizə edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin 30.08.2021-ci il tarixli 3154 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 22 iyun 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, barəsində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinində saxlanılan Təqsirləndirilən şəxs adına olan 01 ədəd **********126513 nömrəli “RabitəBank” və 01 ədəd **********952118 nömrəli “KapitalBank” plastik bank kartları və 01 ədəd “Redmi” markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılmalı, ekspertiza tədqiqatlarından sonra qablaşdırılmış halda ümumilikdə 57,740 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 6,216 qram qalıq çəkidə narkotik vasitə kokain, güclü təsir edən maddə olan qalıq 03 ədəd həbdən ibarət preqabalin dərman preparatı, qalıq 25 ədəd həbdən ibarət psixotrop maddə MDMA (ekstazi) dərman preparatı, güclü təsir edən maddə olan qalıq 974 ədəd həbdən ibarət “Galara 300 mg” markalı və qalıq 106 ədəd həbdən ibarət “Alyse 150 mg” markalı preqabalin dərman preparatı, ümumilikdə 115,790 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “500g/0,1g” markalı gümüşi rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanlması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 202 (iki yüz) manat 70 (yetmiş) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 7 (yeddi) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyun 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 202 (iki yüz) manat 70 (yetmiş) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinində saxlanılan Təqsirləndirilən şəxs adına olan 01 ədəd **********126513 nömrəli “RabitəBank” və 01 ədəd **********952118 nömrəli “KapitalBank” plastik bank kartları və 01 ədəd “Redmi” markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılsın, ekspertiza tədqiqatlarından sonra qablaşdırılmış halda ümumilikdə 57,740 qram qalıq çəkidə psixotrop maddə metamfetamin, 6,216 qram qalıq çəkidə narkotik vasitə kokain, güclü təsir edən maddə olan qalıq 03 ədəd həbdən ibarət preqabalin dərman preparatı, qalıq 25 ədəd həbdən ibarət psixotrop maddə MDMA (ekstazi) dərman preparatı, güclü təsir edən maddə olan qalıq 974 ədəd həbdən ibarət “Galara 300 mg” markalı və qalıq 106 ədəd həbdən ibarət “Alyse 150 mg” markalı preqabalin dərman preparatı, ümumilikdə 115,790 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “500g/0,1g” markalı gümüşi rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə aparılması proseslərinin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanlması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1716/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1716/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver