Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1717/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məcidov X7 və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Bakı şəhəri, Nərimanov rayonu, X8 karxanası, ev 24A ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında müvəqqəti yaşamış, 13 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 15 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda iki ədəd bükümdə, ümumilikdə təmiz çəkisi 2,414 qram təşkil edən narkotik vasitə heroin alaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı RPİ 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyun 2021-ci il tarixdə saat 14:45-də ünvan 2 ünvanının yaxınlığında saxlanılıb, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə gətirilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 1,248 qram və 1,166 qram olmaqla ümumi təmiz çəkisi 2,414 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 12 iyun 2021-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxslə görüşərək, ondan şəxsi istifadəsi üçün iki ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroin almışdır. Bunun üçün həmin şəxsə 40 manat pul ödəmişdir. Sonra həmin narkotik vasitələri münasib vaxtda istifadə etməsi üçün əynində olan boz rəngli şalvarının sol cibinə qoymuşdur. 13 iyun 2021-ci il tarixdə saat 14:40 radələrində yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, ev 42 ünvanından küçəyə çıxaraq bir qədər getdikdən sonra mülki geyimdə olan iki nəfər ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını, onun Suraxanı rayonu ərazisindən su sayğaclarını oğurlamaqda şübhəli olduğunu bildirmişlər. Bu vaxt o, törətdiyi oğurluq cinayətini etiraf etmiş və bundan başqa üzərində narkotik vasitə heroin də olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu 31-ci Polis bölməsinə aparmışlar. Orada vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində axtarış keçirilmişdir. Polis işçilərinin təklifi ilə o, əynindəki şalvarının sol yan cibində saxladığı iki ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində heroin olduğunu, onu bir gün qabaq Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis işçiləri həmin iki ədəd bükümü götürərək zərfə qoymuş, zərfin üstünə orada iştirak edənlərin hamısı, o cümlədən özü də imzalamışdır. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və əlavə qanunsuz əşyalar aşkar edilməmişdir. Sonra polis işçisi protokol yazmış, o da, həmin protokolu imzalamışdır. Verilən suallara cavabında Təqsirləndirilən şəxs bildirdi ki, o, 2019-cu ilin aprelində Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin hökmü ilə CM-nin 180.1-ci maddəsinə əsasən təqsirli bilinib, 1 il müddətə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmişdir. Lakin sonradan keçən müddət ərzində onu həmin cəza ilə bağlı heç bir icra orqanına dəvət etməmişlər, onu qeydiyyata almamışlar və o, həmin cəzanı çəkməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ 31-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi ərazidə su sayğaclarının oğurlanması ilə əlaqədar əməliyyat tədbirləri keçirilmiş, 13 iyun 2021-ci il tarixdə saat 14:45 radələrində bölmənin əməliyyat müvəkkili Ramil Səfərovla ərazidə xidmət apararkən ünvan 4 ünvanının qarşısında həmin oğurluqlarda şübhəli olan şəxsə yaxınlaşmışlar. Onu inzibati ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq şübhəli olduğu üçün Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət etmişlər. O da, etiraz etməmiş və eyni zamanda, üzərində narkotik vasitə olduğunu da etiraf etmişdir. Bundan sonra həmin şəxslə birlikdə bölməyə gəlmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bölmədə xidməti otaqların birində vəkilin iştirakı ilə saxlanılmış şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman ona üstündə hər hansı qeyriqanuni əşya və ya predmetin olub-olmadığı soruşulmuş, o isə, əynində olan şalvarın sol yan cibindən 2 ədəd siqaretin gümüşü kağızındakı bükümləri təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotiki Əmircan qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, sonda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ 31-ci Polis bölməsinin əməliyyat müvəkkili X3 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 iyun 2021-ci il tarixli protokola əsasən, həmin tarixdə Suraxanı RPİ 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilmiş həmin əməliyyat-axtarış tədbiri zamanı əynində olan olan boz rəngli şalvarının sol yan cibindən siqaretin kağızında olan iki büküm narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 24-25). İş materiallarına əlavə edilmiş 05 sentyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən diskə baxış keçirilmiş, həmin baxışla şəxsi axtarış və götürmə aparılması haqqında protokolda əks olunanlar bir daha öz təsdiqini tapmışdır. İbtidai istintaq orqanının 15.09.2021-ci il tarixli qərarı ilə həmin disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 219, 241). Məhkəmə kimyəvi ekspertizasının 14 iyun 2021-ci il tarixli 6/2412 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,248 qram və 1,166 qram, ümumi təmiz çəkisi 2,414 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir (cild 1, iş vərəqi 35-38). Məhkəmə narkoloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 3256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 214-215). Məhkəmə psixiatrik ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 2048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 233-234). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2021-ci il tarixli 6/2578 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd büküm narkotik vasitə heroin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər (cild 1, iş vərəqi 210-212). İbtidai istintaq orqanının 15.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi 2,414 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,254 qramı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 242). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 24.07.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 25.04.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 199-201, 222-228). Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 19.11.2021-ci il tarixli 1(005)-173/2019 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 25.04.2019-cu il tarixli hökmündən apellyasiya şikayəti və ya protesti verilməmiş, hökm 16 may 2019-cu il tarixdə qüvvəyə minmişdir. Həmçinin, sözügedən hökm icra olunması üçün 16 may 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin 06.12.2021-ci il tarixli 15-20287 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 25.04.2019-cu il tarixli hökmünün yalnız ekspertiza xərcinə dair icra sənədi şöbənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinin 06.12.2021-ci il tarixli 21/3-11762/13 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya idarəsinin qeydiyyatında yoxdur, onun barəsində hər hansı məhkəmə hökmü və ya qərarı idarənin icraatına daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya xidmətinin 16.12.2021-ci il tarixli 21/1- 1006 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barədə müvafiq məhkəmə hökmü Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinə daxil olmadığından icra edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmiş, cinayət işinə əlavə edilmiş sənədlərə əsasən o, həmin cəzanı çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan, həmin məhkumluq ona münasibətdə residiv kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2019cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən, həmin cəza hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına hökmlərin məcmusu qaydasında tamamilə birləşdirilərək, Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 13 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı rayon Polis idarəsi 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 2,414 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,254 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 219 (iki yüz on doqquz) manat 80 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 219 (iki yüz on doqquz) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 3256 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmü üzrə müəyyən edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası tamamilə birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı şəkildə həll edilsin: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalan 2,254 qram narkotik vasitə olan heroin məhv edilsin; - Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 219 (iki yüz on doqquz) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Azad Məcidov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1717/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1717/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver