Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1717/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 6,129 qram külli miqdarda narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 aprel 2023-cü il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Müşalan bağları, 37 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23cü Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin bölmədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofanın içərisində dörd ədəd bükümdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 2,543 qram, 1,290 qram, 1,150 qram və 1,146 qram ümumi təmiz çəkisi 6,129 qram tünd qəhvəyi rəngli axıcı kütlə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və şalvarın sol yan cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, saxlanıldığı gün evdə namaz qılırmış. Namaz qıldıqdan sonra qapıya çıxmışdır. Həmin vaxt küçədə bir qadın ona yaxınlaşıb demişdir ki, kirayə ev axtarır, mümkünsə onlara köməklik etsin. O da bildirmişdir ki, “mənim belə şeylərdən başım çıxmır, marketdən soruşsanız onlar sizə kömək edə bilərlər.” O içəri keçib qapını bağlamaq istəyəndə, qadın ondan su gətirməsini xahiş etmişdir. O, kənarda da bir kişinin dayandığını da görmüşdür. O razılaşıb onlara su gətirməyə getmiş, qayıdanda həmin kişi onun qolundan tutub kimisə səsləmiş, bu an 2-3 nəfər mülki geyimdə yaxınlaşıb onu tutmuşlar. Onu bir avtomobilə əyləşdirmiş və 23-cü Polis Bölməsinə aparmışlar. Əllərinə qandal vuranda demişlər ki, “səndə narkotik vasitə olması barədə ifadə verəcəksən. Bu sənin xeyrinədir, ya naroktik vasitənin sənə məxsus olmasını etiraf etməlimsən, ya da İran casusu kimi dövlətə xəyanətdə ittiham olunacaqsan. Ailən var, uşaqların var, onları düşün!” Özünün narkotikdən başı çıxmır, nə də əvvəllər narkotik görməmişdir. Tərəzini də ancaq zərgərlərdə görmüşdür. O bildirmişdir ki, “mən millətimi, dövlətimi sevən adamam, niyə görə dövlətə xəyanətdə ittiham olunmalıyam.” Onu şöbə rəisinin yanına da aparanda o demişdir ki, “mənim heç bir işdə günahım yoxdur, boynuma narkotik qoymayın.” Rəis demişdir ki, “bəs nə edək, axı səni tutmalıyıq. Bu sənin xeyrinədir, yoxsa casus kimi gedəcəksən, o maddənin də sanksiyası15-20 ildir.” Sonra təcridxanada kamera yoldaşları ona izah etmişlər ki, onlar onu təhdid etmişlər. O yazıları oxumadan eynəksiz halda imzalamış, tanımadığı bir vəkili ona təqdim etmişlər. O, heç siqaret çəkmir, narkotikin də nə olduğunu bilmir. Onu nahaqdan həbs ediblər. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü ona polis əməkdaşları tərəfindən fiziki təzyiq edilməmiş, lakin psixoloji təzyiqlər göstərilmişdir. Video çəkiliş zamanı da məcbur olub narkotik vasitənin onun olması barədə ifadə verib, çünki heç vaxt istəməzdi ki, vətən xaini kimi ittiham olunsun. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi. Nizami Abdullayev küçəsi, ev 4/29-da qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan bağları, ev 37-də ailəsilə birlikdə yaşayır. O, 1986-cı ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 nömərli orta məkətbi Azərbaycan dilində bitirmiş və 1987-1989-cu İllərdə həqiqi hərbi xidmət etmişdir. Bundan sonra o, ayaqqabı təmiri ilə məşğul olub çörək pulu qazanmağa başlamış və 1993-cü ildə ailə həyatı qurmuşdur. 2000-ci ildə o, ailəsilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan bağları, 37 nömərli evə köçüb yaşamağa başlamışdır. 07 aprel 2023-cü ildə o, yaşadığı evdən küçəyə çıxan zaman küçədə yerdə bir ədəd büküm görüb götürmüşdür. O, həmin bükümü açmış və görmüşdür ki, həmin bükümün içində ayrıayrılıqda dörd ədəd bükümdə qəhvəyi rəngli, tünd iyili, narkotik vasitə heroin və bir ədəd elektron tərəzi vardır. O, həmin bükümdə olan dörd ədəd bükümü əynində olan boz rəngli şalvarın sağ yan cibində, bir ədəd elektron tərəzini isə əynində olan şalvarın sol yan cibinə qoymuş və bu barədə heç kimə bir söz deməmişdir. 08 aprel 2023-cü ildə saat 13:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan bağları, 37 nömrəli yaşadığı evdən küçəyə çıxan zaman üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin polis işçiləri kimi təqdim etmişlər, polis işçiləri ondan adını və soyadını soruşmuşlar. O, da polis işçilərinə anket məlumatlarını demiş və polis işçiləri üzərində şəxsi axtarış aparılması üçün onu 23-cü Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis işçiləri ilə birlikdə 23-cü Polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və ona Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və polis işçiləri tərəfindən bildirilmişdir ki, təqdim edilmiş vəkillərin siyahısıdır, hansı vəkili istəyirsənsə dövlət hesabına təyinatla dəvət edək gəlib sənin hüquqlarını müdafiə etsin. O, polis işçilərinə demişdir ki, onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilsin. Bundan sonra Vəkil bürosunun vəkili 23-cü Polis bölməsinə gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Polis işçiləri tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq. O, razılıq vermiş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, videoçəkiliş zamanı polis işçiləri Özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Polis işçiləri üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofanın içində olan dörd ədəd bükümü və şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd sellofanda dörd ədəd bükümdə olan maddə narkotik vasitə heroindir, 07 aprel 2023-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan bağları, 37 nömrəli evdən küçəyə çıxan zaman küçədə yerdən tapmışdır. Bir ədəd şəffaf büküm açmış və içərisindən dörd ədəd ayrı-ayrı sellofan büküm polis işçiləri tərəfində açılmış və həmin bükümlərin içəndə qəhvəyi rəngli maddə aşkarlanmışdır. O, polis İşçilərinə bildirmişdir ki, o, narkotik vasitə heroini və bir ədəd elektron tərəzini yaşadığı evin qarşısında küçədə yerdən tapmışdır. Həmin vaxtı polis işçiləri onun üzərində şəxsi axtarış keçirmiş və onun üzərindən qanunla qadağan olmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra dörd ədəd büküm və bir ədəd elektron tərəzi polis işçiləri tərəfindən onun yanında zərfə qoyaraq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı əlavə ifadə verərək bildirmişdir ki, o, tutularaq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə gətirilən zaman üzərində ümumiyyətlə narkotik vasitə və elektron tərəzi olmamışdır. 08 aprel 2023-cü ildə evdə olan zaman çöl qapı döyüdüyü üçün evdən çölə çıxmış və görmüşdür ki, tanımadığı bir qadın ondan su istəyir və həmin qadın ona demişdir ki, kirayə ev axtarır. O, evdən su gətirib həmin qadına vermiş və həmin vaxtı qadının yanında bir kişi var imiş. O, həmin qadına marketi göstərən zaman qadının yanında olan kişi onun qolundan tutub saxlamış və kənardan tanımadığı iki nəfər kişi gəlib onu tutub avtomobilə əyləşdirib Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə aparmışlar. Polis bölməsində ona məcbur etmişlər ki, onun üzərindən narkotik vasitə və elektron tərəzi olmuşdur. O, polis bölməsində demişdir ki, onun üzərində nə narkotik var, nə də elektron tərəzi var. Polis işçilərindən biri ona demişdir ki, narkoti vasitə və elektron tərəzinin üzərində olmasını etiraf etməsə vətən xaini və ya casusluqda günahlandırıb tutacaqlar. O, da məcbur olub onların verdiyi narkoti vasitə və elektron tərəzini guya onda olmasını etiraf etmişdir. Bu hal inandırıcı deyil ki, o, evdə ola-ola narkotik vasitə və elektron tərəzi cibində olsun. O, ümumiyyətlə narkotik vasitə qəbul etməmiş və narkotik vasitəni tanımır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o Nizami Rayonu Polis İdarəsinin 23-cü Polis Bölməsində inzibati vəzifədə işləyir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə onlar rəhbərliyə məruzə etmiş, lakin Təqsirləndirilən şəxs Nizami rayonu Keşlə qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadığına görə bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Rəhbərlik də Bakı şəhəri Baş Polis İdarəsinə raportla məruzə etmişdir. Əməliyyat qrupu yaradılmış və 8 aprel 2023cü ildə günorta saatlarında Maştağa qəsəbəsində ev ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb saxlayaraq 23-cü Polis Bölməsinə dəvət etmişlər. Bölməyə gəldikdə təhqiqatçının otağında dövlət tərəfindən təyin olunan vəkilin də iştirakı ilə şübhəli şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı şübhəli şəxsə üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi tələb olundu. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan 4 büküm narkotik maddəni və bir ədəd tərəzini təqdim etdi. Sonra təhqiqatçının narkotik vasitəni hardan aldığı ilə bağlı suala cavab olaraq narkotiki hardansa tapdığını bildirdi. Əlavə olaraq bildirmişdir ki, saxlanılan zaman təqsirləndirilən şəxs hər hansı tabesizlik göstərməmişdir. Təqsirləndirilən şəxsdən bükümlərin onda olmasının səbəbini soruşduqda o, bükümləri Maştağa qəsəbəsindən tapdığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Telman adlı şəxsin Nizami rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olduğu ilə bağlı daxil olan əməliyyat məlumatı rəhbərliyə məruzə olundu. 8 aprel 2023-cü ildə Sabunçu rayonu, Müşalan bağları deyilən yerdə Şahid3, Şahid1 və o, Telman adlı şəxsin xüsusiyyətlərinə uyğun kişi cinsli bir şəxsi saxlamışlar. Onlar şübhəli şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişlər. Bu zaman saxladıqları şəxs adının Telman olduğunu demişdir. Sonra şəxsiyyətini aydınlaşdırdıqları şəxsi 23-cü Polis Bölməsinə dəvət etmişlər. 23-cü Polis Bölməsinə apardıqda raportla növbətçi hissəyə təhvil vermişlər. 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədovun xidməti otağında Telman adlı şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki cins şalvarın cibindən 1 ədəd sellofan torbaya bükülmüş narkotik maddəyə bənzər kütlə götürülərək rəy alınması üçün ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışarkən 8 aprel tarixində Keşlə qəsəbəsi N.Abdullayev küçəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat yoxlanıldıqdan sonra bu barədə müəyyən tədbirlər həyata keçirilərək müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs həmin vaxt Sabunçu rayonu ərazisində yaşayır. Digər rayonun ərazisində əməliyyat tədbirinin həyata keçirilməsi məqsədilə Bakı şəhəri Baş Polis İdarəsinə raportla məruzə olunduqdan sonra Polis İdarəsinin digər əməkdaşları və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu yaradıldıqdan sonra Sabunçu rayonu Müşalan bağları adlanan yerdə Təqsirləndirilən şəxs yaşadığı ünvanı aydınlaşdırdıq və həmin ünvana getmişlər. Həmin ünvana getdikdə Təqsirləndirilən şəxs xarici əlamətlərinə bənzər şəxsi görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin anket məlumatlarını dəqiqləşdirən zaman onun Təqsirləndirilən şəxs olduğu təsdiqlənmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə şübhəli bilindiyi ilə bağlı məlumat verilmiş və polis bölməsinə dəvət edilmişdir. O, etiraz etmədən onlarla polis bölməsinə gəlmiş, Polis Bölməsinə gəldikdə xidməti otaqların birində tədqiqatçı Rəşad Məmmədovun və müdafiəçinin iştirakı ilə şübhəli şəxsin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən narkotik vasitə olan qəhvəyi rəngli heroin və 1 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi zamanı polis bölməsinə aparılarkən üzərində narkotik vasitə və elektron tərəzinin olmadığını bildirməsi özünü müdafiə məqsədi daşıyır. Belə ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı özü və ya polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 08 aprel 2023-ci ildə Bakı şəhəri. Nizami rayonu. Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/29-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan bağları, ev 37-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə həmin günü Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə məruzə olunmuş və Bakı şəhəri, Sabunçu rayonu ərazisində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra o, 23-cü Polis bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin bölmənin Cinayət- axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 08 aprel 2023-cü il tarixdə saat 13:20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan bağları, 37 nömrəli ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan kişi cinsli şəxsi görüb yaxınlaşıb Özlərini təqdim etmişlər və həmin şəxsdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinə gətirmişlər. Xidməti otaqların birində 23-cü Polis bölməsinin baş təhqiqatçısı polis mayoru Rəşad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 06 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirakına etiraz etməmiş və bundan sonra vəkilin iştikarı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs baş təhqiqatçı Rəşad Məmmədov tərəfindən hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan dörd ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini xidməti otaqda olan masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs dörd ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, dörd ədəd bükümün və bir ədəd elektron tərəzinin Bakı şəhəri, Sabunçu rayonu ərazisində tapdığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş dörd ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və “Zərflər üçün” 163 nömrəli möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, “Telman” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Raport”dan və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən həmin gün saat 13:20-də ünvan 7 ünvanının qarşısında hərəkətdə olduğu zaman saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Polis Bölməsinə gətirilərək orada üzərinə aparılan axtarış zamanı o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan dörd ədəd şəffaf sellofana bükülmüş kütləni və həmin şalvarın sol yan cibindən bir ədəd elektron tərəzini təqdim etmişdir. Onun üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2023-cü il tarixli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,543 qram, 1,290 qram, 1,150 qram və 1,146 qram ümumi təmiz çəkisi 6,129 qram olan tünd qəhvəyi rəngli axıcı kütlə xarici gürünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər dörd ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqat zamanı 6,129 qram heroidən 0,12 qram istifadə edilmiş və qalıq çəkisi - 6,009 qram təşkil etmişdir. İş üzrə tədqiqatdan sonrakı qalıq çəkisi 6,009 qram heroin və elektron tərəzi cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhər Nizami Rayon Polis İdarəsinin saxlanc anbarında-kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 26 may 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyini əlamətləri aşkar olunmur. O, hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin - narkotik vasitənin yalnız çəkisi (miqdarı), iki büküm halında olması və işlək vəziyyətdə olub-olmaması ibtidai istintaq orqanı tərəfindən araşdırılmayan elektron tərəzinin mövcudluğu təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin psixotrop maddələri - narkotik vasitələri satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni - narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin - narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin - narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddələrin - narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq psixotrop maddənin - narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə - narkotik vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin psixotrop maddənin miqdarı, həmin narkotik vasitənin - psixotrop maddənin yalnız iki bükümdə, özü də əvvəlcədən hazırlanaraq eyni çəkilərdə olan xırda bükümlərə bölünməməsi, təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə psixotrop maddənin - narkotik vasitənin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdən aşkar olunan psixotrop maddə - narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin psixotrop maddənin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan psixotrop maddəni - narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni - narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsdən aşkar olunan elektron tərəzi də ibtidai araşdırma orqanı tərəfindən yoxlanılmamış, həmin tərəzinin işlək vəziyyətdə olub-olmaması müəyyən edilməmişdir. Bununla yanaşı, Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2023-cü il tarixli rəyindən müəyyən olunur ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş elektron tərəzidə olan heroinlə ondan aşkar olunmuş dörd ədəd bükümdə olan heroinin kimyəvi tərkib komponentlərinə görə eyni olub-olmamasını müəyyənləşdirilmək mümkün olmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin - psixotrop maddənin miqdarını, iki bükümdə olmasını nəzərə alaraq və işlək vəziyyətdə olması sual altında olan elektron tərəzinin də mövcudluğunu əsas götürərək, əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin - psixotrop maddənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu, şəxsi istifadəsi üçün əldə etmədiyini və belə bir fikrinin olmadığını, həmçinin polis bölməsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddəni narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin psixotrop maddənin ona məxsus olmaması, onu şəxsi istifadəsi üçün əldə etməməsi və polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni narkotik vasitəni - psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələsini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (psixotrop maddəni - narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin 54 yaşda olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin - narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Nizami Rayon Polis İdarəsinin saxlanc anbarındakamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,009 qram heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Nizami Rayon Polis İdarəsinin saxlanc anbarındakamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,009 qram heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1717/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1717/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver