Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1718/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Əsgərova Aynur Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il 10 ay 9 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində 2 il şərti sınaq müddəti təyin edilmiş, 09 yanvar 2020-ci il tarixdə sınaq müddəti başa çatmış, ünvan 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə keçmiş qaynanası Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək tanışı tərəfindən Quba rayonunda inşa edilən istirahət mərkəzinə sərmayə qoyub qazanc verəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 12 iyul 2019-cu il tarixdə, günorta saatlarında ünvan 1 ünvanında yerləşən «NBC» bankın «Mərkəz» filialının yanında 100000 manat məbləğində pul alaraq ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmin məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə külli miqdarda qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə keçmiş qaynanası Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək nağd pulu ipoteka verən banka digər banklardan fərqli olaraq sərfəli şərtlərlə əmanət şəklində qoyub gəlir verəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 130-da 25 avqust 2019-cu il tarixdə, günorta saatlarında 16000 manat, eyni ünvanda 02 sentyabr 2019-cu il tarixdə, günorta saatlarında 5000 manat, eyni ünvanda 24 sentyabr 2019-cu il tarixdə, günorta saatlarında 71600 manat və eyni ünvanda bir neçə gün sonra, günorta saatlarında 1350 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2295 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 94895 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə külli miqdarda qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə keçmiş qohumu Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək nağd pulu ipoteka verən banka digər banklardan fərqli olaraq sərfəli şərtlərlə əmanət şəklində qoyub gəlir verəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 7 noyabr 2020-ci il tarixdə, axşam saatlarında Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 1a, 41 nömrəli mənzildə 52000 manat pul alaraq ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun zərər çəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq maddəsi ilə məhkum olunmuş və ona 2 il şərti sınaq müddəti təyin edilmiş, həmin müddət 2020-ci ilin yanvar ayında başa çatmışdır. O, Səbinə Bağırova ilə 2018-ci ildə rəsmi nikaha girmiş və 2019-cu il təvəllüdlü bir oğlu var. 2021-ci ildə Səbinədən rəsmi qaydada ayrılmışdır. Təxminən 2019-2020-ci illərdə təsadüfən tanış olduğu İbrahim adlı bir nəfər ondan girov müqabilində aylıq faizə 100000 manat borc pul istəmişdir. O, da bu barədə yoldaşı Səbinəyə deyib pul məsələsi ilə bağlı anası Mənsimə ilə danışmasını bildirmişdir. Belə ki, Mənsimənin pulunun olmasını və nəsə iş görmək istədiyini bilmişdir. Mənsimə pul verməyə razılıq vermiş, daha sonra İbrahim adlı şəxs onlara Səbail rayonunda bir mənzil göstərmiş, o da Səbinə ilə birlikdə gedib həmin mənzilə baxmışdır. Mənzil 2 otaqlı dəyərli mənzil olmuşdur. O, qaynanası Mənsimədən Nərimanov rayonunda bankın yanında 100000 manat pul almış və həmin pulu İbrahimə vermişdir. Bundan sonra notariusda həmin mənzili Səbinənin adına keçirmişlər. İbrahimlə Mənsimə görüşməmişlər. Onun vasitəsilə onlar arasında İbrahimin hər ay Mənsiməyə 5000 manat faiz verəcəyi barədə razılıq olmuşdur. İbrahim cəmi iki ay onun vasitəsilə Mənsiməyə pul göndərmiş, bundan sonra İbrahim pulu verməmiş və sonra o, İbrahimin Səbinənin adına keçirtdiyi mənzilin ünvanını öyrənmişdir. Sənədlə Səbinənin adına keçirilmiş mənzilin İbrahimin ona göstərdiyi mənzil olmadığı məlum olmuşdur. Əslində sənəddə olan mənzil daha ucuz mənzil olmuş və o, həmin mənzili satmaq qərarına gəlmişdir. O, həmin mənzili Səbinənin verdiyi etibarnamə əsasında 43000 manata satmış və həmin pulun 30000 manatını «topaz» oyununa qoyub uduzmuşdur. Qalan pulu isə hara xərclədiyini xatırlamır. Bundan başqa Mənsimə ona 2019-2020-ci illərdə hissə-hissə olmaqla təxminən 54350 ABŞ dolları pul vermiş və o, həmin pulu qaytara bilməmişdir. O, Mənsiməyə həmin pulu bank işinə yatırıb ona qazanc verəcəyini demiş, lakin həmin pulu xərclədiyi üçün Mənsiməyə pul verə bilməmişdir. Onun əsl həqiqətdə banka pul qoymaq fikri olmamış, sadəcə ehtiyacı olduğu üçün Mənsimədən və daha sonra onun bacısı Hökümədən banka qoymaq adı ilə 52000 manat pul almışdır. Həmçinin Hökümənin pulunu da xərclədiyi üçün onun pulunu qaytara bilməmişdir. O, Mənsimə və Hökümədən ümumilikdə təxminən 240000 manat pul almış və 35000 manata yaxın pul qaytarmış, qalan pulu da qaytarmaq üçün çalışacaqdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, qaynanasından aldığı 100.000 manat pulun müqabilində İbrahimin onlara girov kimi verdiyi mənzilə keçmiş arvadı ilə birlikdə baxmış, həmin mənzil X14 ilə üzbəüz olmuşdur. Lakin sonradan mənzilə aid sənədlərdə qeyd olunan ünvanın faktiki göstərilən ünvanla üst-üstə düşmədiyini görüb, bu məsələni araşdırmış və müəyyən etmişdir ki, İbrahimin göstərdiyi mənzil sənədlərdə qeyd olunan mənzil deyil. İbrahimin faktiki olaraq onlara verdiyi mənzil daha aşağı dəyərli mənzil olmuşdur. Həmin mənzili 40.000 manata satmış, mənzilin dəyəri ilə bağlı aldadıldığı üçün qaynanasının 100000 pulunu geri ödəyə bilməyəcəyini düşünmüş və məbləği artırmaq üçün «topaz» oyunu oynamış, lakin pul uda bilməmiş, əksinə oyuna qoyduğu məbləği də uduzmuşdur. Bundan sonra o, qaynanasının pulunu geri qaytara bilmək üçün yenidən ondan müəyyən məbləğlərdə pullar almış, həmin məbləğləri guya banka qoyub yüksək faiz gəliri əldə edəcəyini vəd etmiş, lakin həqiqətdə həmin pulları da «topaz» oynuna yatırmışdır. Aldığı pulları heç bir banka qoymamışdır. Onun əvvəlcə zərərçəkmiş şəxsləri aldatmaq niyyəti olmamış, bunu əvvəldən planlaşdırmamışdır. Əvvəllər də qaynanası üçün müəyyən işlər görmüş, onu aldatmaq planı olsa, bunu əvvəllər də edə bilərdi. İbrahim adlı şəxslə şəxsi tanışlığı olmamış, hadisə baş verən dövrdə onu tanımışdır, lakin onunla bilavasitə tanış olmamış, İbrahimlə aralarında ünsiyyəti təşkil edən «makler» olmuşdur. İbrahimin pulların müqabilində girov qoyduğu ev sonuncuya məxsus olsa da, başqa şəxsin adına olmuşdur. Buna görə də alqısatqı müqaviləsini İbrahimlə deyil, həmin şəxslə bağlamışlar. Səbinə ilə həmin mənzilə baxdıqdan təxminən iki gün sonra notariusda alqı-satqı müqaviləsi bağlamışlar. İbrahim evin qarşılığında 100.000 manat pul istəmiş, onlarla 5-6 ay müddətində pulu geri qaytaracağı, həmin vaxt ərzində isə hər ay müəyyən məbləğdə faiz ödəcəyi, onun isə bu məsələdən bir dəfəlik olmaqla 5000 manat pul qazanacağı barədə razılığa gəlmişlər. O, Quba rayonunda inşa edilən istirahət mərkəzini görməmiş, həqiqətən də belə bir istirahət mərkəzinin inşa edilib-edilməməsini bilmir. İbrahimin onlara təqdim etdiyi bahalı mənzil əslində sonuncuya məxsus olmamış, o, bunu razılaşmadan 3-4 ay müddət keçdikdən sonra, İbrahimin pulun faizini ödəməkdən yayınmasından sonra müəyyənləşdirmişdir. Mənzilin satılmasında keçmiş arvadı Səbinə iştirak etmiş, Səbinənin mənzilin satılmasından məlumatı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Xanəməd qızı ifadəsində göstərmişdir ki, Şahid1 onun qızıdır. Səbinə 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, onlar nikaha daxil olmamışdan əvvəl 3 il müddətinə nişanlı olmuşlar. Əlibəy onun böyük oğlu Ruslanla dost olmuş, həmçinin Əlibəy Ruslanın oğlunun kirvəsidir. Əlibəy Səbinə ilə nikaha daxil olmamışdan bir neçə il əvvəldən onu Ruslana görə tanımışlar. Səbinə Əlibəylə ailə qurduqdan sonra Əlibəyin valideynlərinin yaşadığı Badamdar qəsəbəsində yerləşən evdə yaşamağa başlamışlar. Əlibəy Səbinə ilə nişanlı olduğu dövrdə hansısa layihə üzrə müxtəlif qəsəbələrin qazlaşdırılması işi ilə məşğul olmuş, lakin ailə qurduqdan sonra Əlibəy bir işlə məşğul olmamışdır. Əlibəy Səbinə ilə nişanlı olduğu dövrdə müxtəlif şəxslərə qarşı dələduzluq cinayətləri törətdiyinə görə həbs olunmuş və bir müddət həbsdə qaldıqdan sonra maddi ziyanı ödədiyi üçün həbsdən azad edilmişdir, 2019-cu ilin yay aylarında Əlibəy ona Quba rayonunda İbrahim adlı tanışının istirahət mərkəzi inşa etdiyini və həmin istirahət mərkəzinin tikintisinin başa çatması üçün sərmayə lazım olduğunu, istirahət mərkəzi fəaliyyətə başlayandan sonra onun da orada işlə təmin olunacağını demişdir. Bu məqsədlə Əlibəy ondan həmin tikintiyə onun vasitəsi ilə 100000 manat sərmayə qoymasını istəmişdir. Əlibəy 100000 manatın əvəzinə İbrahim adlı şəxsin onun üçün Bakı şəhəri, Səbail rayonunda olan 2 otaqlı mənzili girov qoyacağını, istirahət mərkəzinin tikintisi başa çatdıqdan sonra həmin istirahət mərkəzi işləyəndə 5-6 ay müddətinə ona aylıq gəlir verəcəyini və sonra da pulunu tam şəkildə qaytaracağını, əgər pulu qaytara bilməsə 2 otaqlı mənzilin ona qalacağını demişdir. Əlibəyin özünün bu işdə xeyri isə istirahət mərkəzi işə başlayandan sonra orada işlə təmin olunmasından ibarət olacaqmış. O, Əlibəyin işlə təmin olunacağına sevinib tikintinin başa çatması üçün ona pul vermək qərarına gəlmişdir. Onun «NBC» bankın Montin qəsəbəsində yerləşən filialında 110000 manat əmanəti olmuş, o, 12 iyul 2019-cu il tarixdə Əlibəylə birlikdə gedərək həmin bankdan 110000 manat əmanətini çıxartmış və elə bankın qarşısında həmin pulun 100000 manatını Əlibəyə vermişdir. Həmin zaman bacısı Hökümə də onların yanında olmuş, Hökümənin də həmin bankda əmanəti olmuşdur. O, Əlibəyə 100000 manatı verdikdən sonra çıxıb getmiş, aralarında olan razılaşmaya görə Əlibəy İbrahim adlı şəxsin girov kimi verəcəyi 2 otaqlı mənzili onun adına sənədləşdirəcək. 2019-cu ilin iyul ayının yanlış xatırlamırsa 16-17-si tarixlərində o, qızı Səbinə ilə danışanda Səbinə ona Əlibəyin onun adına 2 otaqlı mənzil sənədləşdirməsini və çıxarış alınmasını, Əlibəyin ona əslində mənzili anasının, yəni onun adına rəsmiləşməli olmasını, guya onun razılığı ilə Səbinənin adına rəsmiləşdirməsini deməsini bildirmişdir. Əslində isə onun belə bir razılığı olmamışdır. O, Əlibəydən nə üçün mənzili onun adına deyil, Səbinənin adına rəsmiləşdirməsini soruşduqda Əlibəy müxtəlif bəhanələr gətirərək guya sənədləşmə zamanı müxtəlif orqanlarda gözləmələr olduğu üçün onu narahat etmək istəməməsi səbəbindən belə etdiyini, qızı ilə onun arasında heç bir fərq olmadığını demişdir. O da arada bir narazılıq olmaması üçün bu söhbətin üstünə çox getməmişdir. Əlibəy mənzilin sənədləşməsindən əvvəl Səbinəni apararaq həmin mənzili kənardan və içəridən ona göstərmiş, sənədləşmədən sonra isə o, özü də bir dəfə kənardan gedib baxmışdır. Əlibəy 2019-cu ilin avqust ayının ortalarında ona 3000 manat pul vermiş və bu məbləği İbrahimin göndərməsini bildirmişdir. Bundan sonra 2019-cu ilin avqust ayında Əlibəy ona adını çəkmədiyi hansısa bankla münasibəti yarandığını və həmin banka əmanət qoyulacağı halda bankın ona həmin əmanətin aylıq 4 faizini gəlir kimi verəcəyini demişdir. Guya həmin bank vətəndaşlardan əmanət qəbul edib digər şəxslərə 8 faizlə ipoteka verir, əmanət sahiblərinə isə aydıq 4 faiz gəlir verir. Əlibəy əvvəllər də onun pulu ilə müxtəlif işlər görüb, ona gəlir verdiyi üçün o, Əlibəyə inanmış, Əlibəy onun evində pulunun olduğunu bilmişdir. Belə ki, o, Quba məsələsi üçün bankdan çıxartdığı 110000 manatın 10000 manatını özündə saxlamış, bundan başqa da 19 iyul 2019-cu il tarixdə o, həmin bankda olan 20000 manat əmanətini də çıxartmış və Əlibəy bunu bilmişdir. Əlibəyin bankla bağlı təklifi onu maraqlandırdığı üçün ona pul vermək qərarına gəlmişdir. Həmçinin Əlibəy ona əvvəl verdiyi 100000 manatın qarşılığında mənzilin girov qoyulmasını təmin etdiyi üçün özünü ona inandırmışdır. Bundan başqa Əlibəy onun qızının həyat yoldaşı olmaqla yanaşı oğlunun da neçə illik dostu olmuş, Əlibəy əvvəl dələduzluq cinayətləri ilə bağlı həbs olunsa da o, həmin işdə kimlərinsə əhatəsinə və təsirinə düşdüyünü, əslində onun özünün bir təqsiri olmadığına onları inandırmışdır. Həmçinin Əlibəyin əvvəlki 100000 manatla bağlı ona 3000 manat ödəməsi daha da inandırmışdır. O, Əlibəyin dediyi kimi banka qoyması üçün 25 avqust 2019-cu il tarixdə öz evində ona 16000 manat, 2 sentyabr 2019-cu il tarixdə yenə öz evində 5000 manat pul vermişdir. Əlibəy növbəti ayın 1-dən faizlərin hesablanacağını demişdir. Bundan sonra Əlibəy ona banka daha çox pul qoysalar daha çox gəlir götürəcəyini demiş və onu inandırıcı danışıqlarla şirnikləndirmişdir. Həmçinin həmin ayda, yəni sentyabr ayında Əlibəy ona İbrahim adlı şəxsin göndərdiyi adı ilə 3000 manat da pul vermiş və o, Əlibəyə daha dərindən inanmağa başlamışdır. Buna görə də o, 24 sentyabr 2019-cu il tarixdə yenə öz evində Əlibəyə 71600 manat pul vermişdir. Bundan bir-iki gün sonra isə o, yenə öz evində Əlibəyə 1350 ABŞ dolları pul vermişdir. Onun həyat yoldaşının şəhərdə ticarət obyekti var ki, onlar oradan aylıq 4000 manat icarə haqqı alır və o, evdə pul yığır. Yəni, evdə həmişə xeyli miqdarda pulları olur. Bildirir ki, bundan sonra Əlibəy öz əl yazısı ilə qəbz formasında aldığı məbləğləri kağıza qeyd edib ona vermişdir. Həmin kağız parçasını istintaqa təqdim etmişdir. Əlibəyin ondan banka qoymaq adı ilə aldığı bütün məbləğləri manat və dollar hesabı ilə və tarixləri, həmçinin bankın verəcəyi faizləri orada qeyd etmişdir. Əlibəy həmin kağızda ona 24 sentyabrda verdiyi bütöv məbləği 3 ayrı məbləğ kimi yazmış, bunu niyə belə yazmasının səbəbini bilmir, səhv etmirsə Əlibəy guya bu məbləğləri fərqli hesablara qoyacağını demişdir. Əlibəy ondan banka qoymaq adı ilə ümumilikdə dollar hesabı ilə 54350 ABŞ dolları pul almışdır. Ondan sonrakı müddət ərzində Əlibəy ona hər ay rəsmi bank qəbzi gətirib göstərmişdir ki, guya onun banka qoyduğu pulun faizi onun hesabına köçmüşdür. O, da Əlibəyə faizləri götürməmələrini, bankda yığılmasını demişdir. Bu müddət ərzində Əlibəy ona bir manat da olsun həmin bankın gəlirindən verməmiş, amma hər dəfə bank qəbzi göstərib guya faizlərin onun hesabına köçdüyünü demişdir. Lakin Əlibəy həmin qəbzləri ona verməmiş, o, da Əlibəyə inandığı üçün qəbzlərdən özünə götürməmişdir. Qəbzlərdə hansı bankın adı yazıldığı isə yadında deyil. Əlibəy bankın adını ona deməmiş, sonralar guya onun pullarını İpoteka Fonduna qoymasını demişdir. O, bacısı Hökümə ilə söhbət edəndə ona bank məsələsi barədə demiş, Əlibəylə ümumi görüşlər zamanı Əlibəy özü Höküməyə onun da banka pul qoymasını, gəlirlərin yığılmasını və sonra bir dəfəlik götürməsini təklif etmiş, Hökümə də razı olmuşdur. 2020-ci ilin noyabr ayında Əlibəyin anası onkoloji xəstəliklə bağlı müalicə üçün Türkiyəyə getmiş, ona görə də onların əhvalı olmamışdır. 2020-ci ilin noyabr ayının 7-də Əlibəylə Səbinənin yeganə övladının 1 yaşı tamam olmuş, Əlibəyin anasının xəstəliyi və ölkədə olmaması ilə bağlı onlar uşağa öz evlərində ad günü keçirmək istəməmişlər. Həmin vaxtı bacısı Hökümə onlara qonaq getmələrini təklif etmişdir ki, bu səbəbdən də 2020-ci ilin noyabr ayının 7-də, yəni uşağın ad günündə Əlibəy, Səbinə və o, Hökümənin Binəqədi rayonu, Cəfər Xəndan küçəsində olan mənzilinə getmişlər. Həmin vaxtı Əlibəy Hökümədən banka qoyub gəlir vermək adı ilə 52000 manat pul almışdır. Artıq əvvəldən Əlibəylə Hökümə bu barədə danışıb həmin məbləğin veriləcəyini razılaşmışdılar. 2020-ci ilin dekabr ayında o, Əlibəyə pulunu bankdan çıxartmaq istədiyini demiş, həmin vaxt Əlibəy bəhanə etmişdir ki, guya ilin sonudur, bununla bağlı bankdan pul çıxartmaq olmur, ilin əvvəlində pulunu çıxardıb faizləri ilə birlikdə verəcək. 2021- ci ilin yanvar ayının əvvəllərində onun təkidindən sonra Əlibəy Səbinə ilə guya bankdan pulu çıxartmağa getmiş, bir müddət sonra Səbinə ağlaya-ağlaya ona zəng vurub demişdir ki, Əlibəy ona heç bir bank məsələsinin olmadığını, ondan aldığı pulları banka qoymadığını demiş, neçə vaxtdır onu aldatmış, həmçinin Əlibəy 2 otaqlı mənzili də satıb pulunu ələ keçirmişdir. Bundan sonra artıq Əlibəyin onu bu müddət ərzində aldatdığını başa düşmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Xanəməd qızı verilən suallara cavab olaraq bildirmişdir ki, Əlibəy bacısı Hökümənin zərərini ödəyərsə, ona dəymiş ziyanı tələb etməz və həmin məbləği Əlibəyə bağışlayar. Qızı Səbinənin, Əlibəyin girov üçün qoyulmuş evi satmasından xəbəri olmamış, Səbinə telefonla ona ağlaya-ağlaya zəng edərək Əlibəyin evi satması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 200000 manat zərər vurmuş, həmin məbləğdən sadəcə 13.000 manatı geri qaytarmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəmədiyini, onun gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Mənsimə Soltanova onun bacısı, Nəcəfova X6 qızıdır. Səbinə 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, ailə qurduqdan sonra Əlibəyin valideynlərinin yaşadığı Badamdar qəsəbəsində yerləşən evdə yaşamağa başlamışlar. Əlibəy Səbinə ilə nişanlı olduğu dövrdə dələduzluq cinayəti törətdiyinə görə həbs olunmuş və bir müddət həbsdə qaldıqdan sonra maddi ziyanı ödədiyi üçün həbsdən azad edilmişdir. Mənsimənin deməsindən ona məlum olmuşdur ki, 2019-cu ilin yay aylarında Əlibəy ona Quba rayonunda İbrahim adlı tanışının istirahət mərkəzi inşa etdiyini və həmin istirahət mərkəzinin tikintisinin başa çatması üçün sərmayə lazım olduğunu, istirahət mərkəzi fəaliyyətə başlayandan sonra orada işlə təmin olunacağını demişdir. Bu məqsədlə Əlibəy Mənsimədən həmin tikintiyə onun vasitəsi ilə 100000 manat sərmayə qoymağını istəmişdir. Əlibəy 100000 manatın əvəzinə İbrahim adlı şəxsin Bakı şəhəri, Səbail rayonunda olan 2 otaqlı mənzili girov qoyacağını demişdir. Mənsimənin «NBC» bankın Montin qəsəbəsində yerləşən filialında 110000 manat əmanəti olmuşdur. Mənsimə və o, 12 iyul 2019-cu il tarixdə Əlibəylə birlikdə gedərək həmin bankdan 110000 manat əmanəti çıxartmış və Mənsimə elə bankın qarşısında həmin pulun 100000 manatını Əlibəyə vermişdir. Sonrakı vaxtlarda Mənsimə ona demişdir ki, Əlibəy 2 otaqlı mənzili Səbinənin adına rəsmiləşdirmiş, əslində isə mənzil Mənsimənin adına keçməli idi, amma Əlibəy nədənsə Səbinənin adına keçirmişdir. Bundan sonra 2019-cu ilin avqust ayında Əlibəy Mənsiməyə adını çəkmədiyi hansısa bankla münasibəti yarandığını və həmin banka əmanət qoyulacağı halda bankın ona həmin əmanətin aylıq 4 faizini gəlir kimi verəcəyini, guya həmin bankın vətəndaşlardan əmanət qəbul edib digər şəxslərə 8 faizlə ipoteka verdiyini, əmanət sahiblərinə isə aylıq 4 faiz gəlir verdiyini demişdir. Sonrakı vaxtlarda Mənsimə banka qoymaq üçün Əlibəyə hissə-hissə olmaqla ümumilikdə 54350 ABŞ dolları pul verməsini ona demişdir. Ondan sonrakı müddət ərzində Əlibəy Mənsiməyə hər ay rəsmi bank qəbzi gətirib göstərmişdir ki, guya onun banka qoyduğu pulun faizi Mənsimənin hesabına köçmüşdür. Mənsimə də Əlibəyə faizləri götürməmələrini və bankda yığılmasını demişdir. Bu müddət ərzində Əlibəy Mənsiməyə bir manat da olsun həmin bankın gəlirindən verməmiş, amma hər dəfə bank qəbzi göstərib guya faizlərin onun hesabına köçdüyünü demişdir. Lakin Əlibəy həmin qəbzləri Mənsiməyə verməmiş, Mənsimə də ona inandığı üçün qəbzlərdən özünə götürməmiş, qəbzlərdə hansı bankın adının yazıldığına fikir verməmişdir. Əlibəy guya Mənsimənin pullarını İpoteka Fonduna qoymasını demişdir. Mənsimə Əlibəylə olan bütün hərəkətləri barədə ona məlumat vermiş, hətta Əlibəylə ümumi görüşlər zamanı Əlibəy özü ona da Mənsimə kimi banka pul qoymasını, gəlirlərin yığılmasını və sonra birdəfəlik məbləği götürməsini təklif etmişdir. Bildirir ki, onun da «NBC» bankda 45000 manat əmanəti olmuş və üstünə də pul əlavə edib bir otaqlı mənzil alıb kirayə verməsi üçün onu çıxartmışdır. Əlibəy də bunu bilmiş və o, artıq 52000 manat pul yığmışdır. Əlibəyin İpoteka fonduna pul qoyub gəlir əldə etmək təklifi onu şirnikləndirmiş, həmçinin Mənsimə də Əlibəyə həmin iş üçün xeyli məbləğdə pul verdiyindən inanmışdır. 2020-ci ilin noyabr ayında Əlibəyin anası onkoloji xəstəliklə bağlı müalicə üçün Türkiyəyə getmiş, ona görə də onların əhvalı olmamışdır. 2020-ci ilin noyabr ayının 7-də Əlibəylə Səbinənin yeganə övladının 1 yaşı tamam olmuş, Əlibəyin anasının xəstəliyi və ölkədə olmaması ilə bağlı onlar uşağa öz evlərində ad günü keçirmək istəməmişlər. Həmin vaxtı o, onlara qonaq gəlmələri təklif etmiş və bu səbəbdən də 2020ci ilin noyabr ayının 7-də, yəni uşağın ad günündə Əlibəy, Səbinə və Mənsimə onun Binəqədi rayonu, Cəfər Xəndan küçəsində olan mənzilinə gəlmişlər. Həmin vaxt o, Əlibəyə banka qoyub ona gəlir verməsi üçün 52000 manat pul vermişdir. 2020-ci ilin dekabr ayında Mənsimə Əlibəyə pulunu bankdan çıxartmaq istədiyini demişdir ki, həmin vaxtı Əlibəy bəhanə etmişdir ki, guya ilin sonudur, bununla bağlı bankdan pul çıxartmaq olmur, ilin əvvəlində pulunu çıxardıb faizləri ilə birlikdə verəcək. 2021-ci ilin yanvar ayının əvvəllərində Mənsimənin təkidindən sonra Əlibəy Səbinə ilə guya bankdan pulu çıxartmağa getmişlər. Bir müddət sonra Səbinə ağlaya-ağlaya Mənsiməyə zəng vurub demişdir ki, Əlibəy ona heç bir bank məsələsinin olmadığını, onlardan aldığı pulları banka qoymadığını demiş, neçə vaxtdır onları aldatmış, həmçinin Əlibəy 2 otaqlı mənzili də satıb pulunu ələ keçirmişdir. Bundan sonra artıq Əlibəyin onları bu müddət ərzində aldatdığını başa düşmüşlər. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs banka qoyması üçün Əlibəy və Səbinənin uşaqlarının ad günündə, öz evində Əlibəyə 52.000 (əlli iki min) manat pul vermişdir. Mənsimə Əlibəyə bu işlə əlaqədar pul verdiyi üçün, o da Əlibəyə inanmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxsin ondan aldığı məbləği geri qaytarmadığını, buna baxmayaraq Təqsirləndirilən şəxs ağır cəza verilməsini istəmədiyini, lakin pulunu tələb etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. O, 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, onlar nikaha daxil olmamışdan əvvəl 3 il müddətinə nişanlı olmuşlar. Əlibəy qardaşı Ruslanla dost olmuşdur. O, Əlibəylə ailə qurduqdan sonra Əlibəyin valideynlərinin yaşadığı Badamdar qəsəbəsində 3-cü massivdə yerləşən evdə yaşamağa başlamışlar. Əlibəy onunla nişanlı olduğu dövrdə hansısa layihə üzrə müxtəlif qəsəbələrin qazlaşdırılması işi ilə məşğul olmuş, lakin ailə qurduqdan sonra Əlibəy bir işlə məşğul olmamışdır. Bəzi hallarda Əlibəy ev və maşın alqı-satqısı etdiyini demişdir. Əlibəylə nişanlı olduğu dövrdə o, müxtəlif şəxslərə qarşı dələduzluq cinayətləri törətdiyinə görə həbs olunmuş və bir müddət həbsdə qaldıqdan sonra maddi ziyanı ödədiyi üçün həbsdən azad edilmişdir. 2019-cu ilin yay aylarında Əlibəy anasına Quba rayonunda İbrahim adlı tanışının istirahət mərkəzi inşa etdiyini və həmin istirahət mərkəzinin tikintisinin başa çatması üçün sərmayə lazım olduğunu, istirahət mərkəzi fəaliyyətə başlayandan sonra onun orada işlə təmin olunacağını demişdir. Bu məqsədlə Əlibəy anasından həmin tikintiyə onun vasitəsi ilə 100000 manat sərmayə qoymağını istəmişdir. Əlibəy 100000 manatın əvəzinə İbrahim adlı şəxsin anası üçün Bakı şəhəri, Səbail rayonunda olan 2 otaqlı mənzili girov qoyacağını, istirahət mərkəzinin tikintisi başa çatdıqdan sonra həmin istirahət mərkəzi işləyəndə 5-6 ay müddətinə anasına aylıq gəlir verəcəyini və sonra da pulunu tam şəkildə qaytaracağını, əgər pulu qaytara bilməsə 2 otaqlı mənzilin anasına qalacağını demişdir. Əlibəyin özünün bu işdə xeyri isə istirahət mərkəzi işə başlayandan sonra orada işlə təmin olunacağından ibarət olacaqmış. Anası da Əlibəyin işlə təmin olunacağına sevinib tikintinin başa çatması üçün ona pul vermək qərarına gəlmişdir. Anasının «NBC» bankın Montin qəsəbəsində yerləşən filialında 110000 manat əmanəti olmuşdur. Anası 12 iyul 2019-cu il tarixdə Əlibəylə birlikdə gedərək həmin bankdan 110000 manat əmanətini çıxarmış və elə bankın qarşısında həmin pulun 100000 manatını Əlibəyə vermişdir. Həmin zaman xalası Hökümə də onlarla birlikdə olmuş, Hökümənin də həmin bankda əmanəti olmuşdur. Anası ilə Əlibəyin aralarında olan razılaşmaya görə o, İbrahim adlı şəxsin girov kimi verəcəyi 2 otaqlı mənzili anasının adına sənədləşdirəcəkmiş. 2019-cu ilin iyul ayında Əlibəy ona İbrahim adlı şəxsin təcili Qubaya qayıtmalı olmasına görə tez bir vaxtda həmin mənzili onun adına keçirib sənədləşdirməsini demişdir. O, Əlibəyə mənzilin anasının adına keçməli olmasını dedikdə Əlibəy də nə fərqi var, anasının adına olmasın, onun adına olsun demiş, mənzilin onun adına olmasına guya anasının da razılığı olmasını bildirmişdir. Əlibəy onu elə tələsdirmişdir ki, onun anası ilə danışmaq imkanı olmamış, o, da etiraz etməmişdir. Əlibəylə birlikdə «20 yanvar» metrosunun yanında olan 2 saylı notariat kontoruna getmiş, orada mənzillə bağlı onun adına alqı-satqı müqaviləsi bağlanmışdır. Sonra o, anası ilə danışanda Əlibəyin 2 otaqlı mənzili onun adına sənədləşdirib və çıxarış alındığını demişdir. Anası ona demişdir ki, axı mənzil onun adına olmalı idi, o, da anasına Əlibəyin guya onun razılığının olmasını dediyini bildirmişdir. Anası isə belə bir razılığının olmadığını bildirmiş, lakin anası arada bir narazılıq olmaması üçün bu söhbətin üstünə çox getməmişdir. Əlibəy mənzilin sənədləşməsindən əvvəl onu apararaq həmin mənzili kənardan və içəridən ona göstərmişdir. Əlibəy 2019-cu ilin avqust ayının ortalarında anasına 3000 manat pul vermiş və bu məbləği İbrahimin göndərdiyini bildirmişdir. Bundan sonra 2019-cu ilin avqust ayında Əlibəy anasına adını çəkmədiyi hansısa bankla münasibəti yarandığını və həmin banka əmanət qoyulacağı halda bankın ona həmin əmanətin aylıq 4 faizini gəlir kimi verdiyini, guya həmin bankın vətəndaşlardan əmanət qəbul edib digər şəxslərə 8 faizlə ipoteka verdiyini, əmanət sahiblərinə isə aylıq 4 faiz gəlir verdiyini demişdir. Anası da Əlibəyə inanmış və Əlibəy anasının evində pulu olduğunu bilmişdir. Əlibəyin bankla bağlı təklifi anasını maraqlandırdığı üçün ona pul vermək qərarına gəlmişdir. Həmçinin Əlibəy anasının ona əvvəl verdiyi 100000 manatın qarşılığında mənzilin girov qoyulmasını təmin etdiyi üçün özünü anasına inandırmışdır. Bundan başqa Əlibəy onun həyat yoldaşı olmaqla yanaşı qardaşının da neçə illik dostu olmuş, Əlibəy əvvəl dələduzluq cinayətləri ilə bağlı həbs olunsa da o, həmin işdə kimlərinsə əhatəsinə və təsirinə düşdüyünü, əslində onun özünün bir günahının olmadığına onları inandırmışdır. Həmçinin Əlibəyin əvvəlki 100000 manatla bağlı anasına 3000 manat ödəniş etməsi ona daha da inandırmışdır. Anası Əlibəyin dediyi kimi banka qoyması üçün 25 avqust 2019-cu il tarixdə öz evində ona 16000 manat, 2 sentyabr 2019-cu il tarixdə yenə öz evində 5000 manat pul vermişdir. Əlibəy növbəti ayın 1-dən faizlərin hesablanacağını demişdir. Bundan sonra Əlibəy anasına demişdir ki, banka daha çox pul qoysalar daha çox gəlir götürmək olar və anasını inandırıcı danışıqlarla şirnikləndirmişdir. Həmçinin həmin ayda, yəni sentyabr ayında Əlibəy anasına İbrahim adlı şəxsin göndərdiyi adı ilə 3000 manat da pul vermiş və o, Əlibəyə daha dərindən inanmağa başlamışdır. Buna görə də anası 24 sentyabr 2019-cu il tarixdə yenə öz evində Əlibəyə 71600 manat pul vermişdir. Bundan bir-iki gün sonra isə anası yenə öz evində Əlibəyə 1350 ABŞ dolları pul vermişdir. Bundan sonra Əlibəy öz əl yazısı ilə qəbz formasında aldığı məbləğləri kağıza qeyd edib anasına vermişdir. Əlibəy anasından banka qoymaq adı ilə ümumilikdə dollar hesabı ilə 54350 ABŞ dolları pul almışdır. Ondan sonrakı müddət ərzində Əlibəy anasına bank qəbzləri göstərib guya anasının banka qoyduğu pulun faizlərinin onun hesabına köçdüyünü bildirmişdir. Əlibəy sonralar guya anasının pullarını İpoteka Fonduna qoyduğunu demişdir. Anası xalası Hökümə ilə söhbət edəndə ona bank məsələsi barədə demiş, Əlibəylə ümumi görüşlər zamanı Əlibəy özü Höküməyə onun da anası kimi banka pul qoymasını, gəlirlərin yığılmasını və sonra bir dəfəlik götürməsini təklif etmiş, Hökümə də razı olmuşdur. 2020-ci ilin noyabr ayında Əlibəyin anası onkoloji xəstəliklə bağlı müalicə üçün Türkiyəyə getmiş, ona görə də onların əhvalı olmamışdır. 2020-ci ilin noyabr ayının 7-də Əlibəylə onun yeganə övladlarının 1 yaşı tamam olmuş, Əlibəyin anasının xəstəliyi və ölkədə olmaması ilə bağlı onlar uşağa öz evlərində ad günü keçirmək istəməmişlər. Həmin vaxt xalası Hökümə onları evinə qonaq çağırmış və bu səbəbdən də 2020-ci ilin noyabr ayının 7-də, yəni uşağın ad günündə Əlibəy, o və anası Hökümənin Binəqədi rayonu, Cəfər Xəndan küçəsində olan mənzilinə getmişlər. Həmin vaxtı Əlibəy Hökümədən banka qoyub gəlir vermək adı ilə 52000 manat pul almışdır. Qeyd etdiyi kimi artıq əvvəldən Əlibəylə Hökümə bu barədə danışıb həmin məbləğin veriləcəyini razılaşmışlar. 2020-ci ilin dekabr ayında anası Əlibəyə pulunu bankdan çıxartmaq istədiyini demiş, həmin vaxtı Əlibəy bəhanə etmişdir ki, guya ilin sonudur, bununla bağlı bankdan pul çıxartmaq olmur, ilin əvvəlində pulu çıxarıb faizləri ilə birlikdə verəcək. 2021-ci ilin yanvar ayının əvvəllərində anasının təkidindən sonra Əlibəy onunla guya bankdan pulu çıxartmağa getmişlər. Yolda Əlibəy maşında ona anasının pulunu banka qoymadığını, həmçinin Səbaildə olan evi də satdığını demişdir. O, Əlibəyin banka pul qoymadığından şübhələnmiş, amma dəqiq bilməmişdir. Əlibəyin bunu etiraf etməsi onu şoka salmışdır. O, ağlaya-ağlaya anasına zəng vurub demişdir ki, Əlibəy heç bir bank məsələsinin olmadığını, ondan aldığı pulları banka qoymadığını demiş, neçə vaxtdır onları aldatmış, həmçinin Əlibəy 2 otaqlı mənzili də satıb pulunu ələ keçirmişdir. Bundan sonra artıq Əlibəyin anasını bu müddət ərzində aldatdığını başa düşmüşlər. Həmin vaxtdan sonra Əlibəylə münasibətləri pozulmuş və onlar boşanmışlar. Əlibəy onu aldadaraq 2019-cu ilin dekabr ayında ondan bir aylıq etibarnamə almış, Əlibəy ona guya maşın alqı-satqısı ilə məşğul olduğunu və nikahda olduqları üçün onun alqı-satqı etməsi üçün onun razılığının lazım olmasını demiş, o, da inanıb etibarnamə vermişdir. Sonradan o, bilmişdir ki, Əlibəy əslində ondan Səbaildəki mənzillə bağlı etibarnamə almış və mənzili satıb pulunu ələ keçirmişdir. Əlibəyin həmin evi kimə və neçəyə satmasını bilməmişdir. Artıq bundan sonra anası başa düşmüşdür ki, Əlibəy həmin 2 otaqlı evi nə üçün anasının adına deyil, anasından xəbərsiz onun adına rəsmiləşdirmiş, onun əvvəldən məqsədi və niyyəti anasının 100000 manat pulunun qarşılığında girov kimi verilmiş həmin 2 otaqlı mənzili onun adına rəsmiləşdirməklə sonradan onu satıb pulunu ələ keçirə bilməsi olmuşdur. Bundan başqa Əlibəy özü də etiraf etmişdir ki, anasından aldığı 54350 ABŞ dolları pulu və Hökümədən aldığı 52000 manat pulu heç bir banka qoymamış, amma həmin pulları kimə verdiyini və hara sərf etdiyini də onlara deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 öz ifadələrində zərər çəkmiş şəxslərin və Şahid1 ifadələrindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protkolundan görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 205-211). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protkolundan görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 da həmçinin sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 57-61). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protkolundan görünür ki, üzləşmə zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 62-68). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanına Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunan və iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2019-cu il tarixli, "xxxx" ASC-yə məxsus qəbzin surətindən görünür ki, 110000 manatlıq depozit vaxtından əvvəl ödənilmiş, xx.xx.2019-cu il tarixli qəbzin surətindən aydın olur ki, həmin tarixdə 10000 manat əmanət əlavə olunmuşdur. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunan xx.xx.2019-cu il tarixli "xxxx" ASC-yə məxsus qəbzdən aydın olur ki, 45000 manatlıq depozit vaxtından əvvəl ödənilmişdir (iş vərəqə: cild İ, səh. 10,11,12). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanına Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunan olunan və iş üzrə maddi sübut kimi tanınmış «Elektron notariat» X1 Çıxarışın surətindən görünür ki, 16 dekabr 2019-cu ildə X2 Əlibəy Xandadaş oğluna Bakı şəhəri 2 saylı Notariat Kontorunda «Daşınmaz əmlak» predmeti üzrə etibarnamə vermişdir (iş vərəqə: cild İ, səh. 13). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanına Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunan və iş üzrə maddi sübut kimi tanınmış əl yazılarına əsasən müəyyən məbləğlər və onlara dair faiz hesablamalarının aparıldığı müəyyən edilir (iş vərəqə: cild İ, səh. 14). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasındakı nikah Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur (iş vərəqə: cild İ, səh. 32). Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 158, 185-186, 212-214, 229-233). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri yerində yoxlanılmış və onlar hadisə yerini göstərməklə öz ifadələrində qeyd etdikləri xüsusatları bir daha təkrar etmişlər (iş vərəqə: cild İ səh. 235-241). Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu, Bakı şəhəri 14 saylı Notariat Kontorundan təqdim edilmiş 47-557 saylı və Bakı şəhəri 2 saylı Notariat Kontorundan təqdim edilmiş Notariat işlərinin surətindən görünür ki, X7 mülkiyyətində olmuş ünvan 2 ünvanı 13 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 74000 manat müqabilində X5 adına sənədləşdirilmiş, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən isə 40000 manat müqabilində X3 adına qeydiyyata alınmışdır. Həmin notariat işlərinə əlavə edilmiş sənədlərlə həmçinin müəyyən edilir ki, 20 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi Səbinə Bağırovanın etibarnaməsi əsasında Təqsirləndirilən şəxs tərəfindən satılmış və mənzilin satışından əldə olunan 40000 manat pul da sonuncu tərəfindən götürülmüşdür, yəni həmin alqı-satqıda bütün hərəkətlərdə yalnız Təqsirləndirilən şəxs iştirak etmişdir (iş vərəqə: cild İ, səh. 281, cild İİ, səh. 2-45). Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «sənədə baxış keçirilməsi» haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki «Azercell» və «Bakcell» şirkətlərindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan *** *** ** **, *** *** ** **, 050 *** ** ** və 055 *** ** ** saylı mobil nömrələrinə 01 yanvar 2019cu il tarixdən 06 iyun 2022-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən aşağıdakı mesajlar aşkar edilmişdir: xx/xx/2020,12:18:00, **********04, **********11, Rus yigacam seni 1 saata xx/xx/2020,12:36:11,**********04,**********11,Rus gizde yigacam snei xx/xx/2020,14:04:10,**********04,**********11,Yigiram 3 deq xx/xx/2020,16:58:42,**********04,**********09,Sevilya qelebe, Wolfsburg qelebe, Barcelona qol qol, Neftci qol qol vurda 1500 qardas birlesdirrib xx/xx/2020,11:32:13,**********11,**********04,trubkanı qaldırda xx/xx/2020,10:41:18,**********04,**********11,Rus salam, bugun verecem pulu sebir ele, xx/xx/2020,12:40:56,**********11,**********04,trubkanı qaldırda xx/xx/2020,13:54:47,**********04,**********11,Gelirem yarim saata xx/xx/2020,12:15:26,**********04,**********11,Rus sabah vercem pul sene xx/xx/2020,13:35:10,**********04,**********11,Rus qohimbamam gozde dnaisiram onnam yigacam seni burazdan xx/xx/2020,16:44:05,**********04,**********11,Ruslan seher tezdennen qaiye gedib edecik onnanmam ona gore cavab vermirem sene, xx/xx/2020,16:44:38,**********11,**********04,zang vurmana. xx/xx/2020,16:46:39,**********11,**********04,Alibay zang vurmana xx/xx/2020,13:27:46,**********11,**********04,trubkanı qaldır,ayıbdı xx/xx/2020,13:34:10,**********04,**********11,Rus 1 saat sebir ele yigacam xx/xx/2021,18:09:45,**********04,**********11,Ruslan salam,1 ci gun men ozum cixardib verceem senin qizilivi,o edenmir is alinmir hele,1 ci gun men ozum cixardib verecem sene qizili xx/xx/2021,18:11:04,**********04,**********11,Uzurdeyem cixib yigacam seni xx/xx/2021,18:45:31,**********11,**********04,gal montina indi xx/xx/2021,19:23:18,**********11,**********04,trubkani qaldirda! basdadi yena! xx/xx/2021,18:46:08,**********11,**********04,trubkani qaldir! xx/xx/2021,18:46:33,**********11,**********04,trubkani qaldir! haddini cox asirs xx/xx/2021,18:48:20,**********11,**********04,trubkani qaldir! haddini cox ashirsan.evimizda sana gora qirgindi.13000 manati qizili bu gun gatir xx/xx/2021,12:11:38,**********11,**********04,fikrin nadi?! atmaq istiyirsan mana?! qizillar batacaq lombardda.evda boyuk problem yasayiram.puluda qizilida gatir xx/xx/2021,17:01.19,**********11,**********04,sabah emanetlari gatirirsan?qizili pulu? xx/xx/2021,17:17:40,**********04,**********11,He xx/xx/2021,12:58:45,**********11,**********04,saat necaya gətirirsən?! xx/xx/2021,13:26:44,**********11,**********04, alibay sannan xabar gozduyuram. neca vaxta gatirirsan?trubkani qaldiHcox hörmətsizlik eladin xx/xx/2021,17:32:03,**********11,**********04,Alibay nooldu?axsam oldu xx/xx/2021,19:49:42,**********11,**********04,alibay nooldu?sana gora boyuk problem yasayiram.evda qırğındayam.qanmirsan san.essaysan san? qanmirsan?gatir qizili,pulu.aradan pardani goturma.masma gunda 10 dafa yigir.kişiliyin olsunda.pul alanda bela eləmirdin axi.ayibdi alibay.mana qarsi bela elamayin.man sana bela olmamisam.allaha and olsun ilyas mi xx/xx/2021,19:49:53,**********11,**********04,nir mani pula gora. cox pis haldayam. xx/xx/2021,14:46:44,**********04,**********11,Ruslan 1 hefded doz vercem hefde sonu gelecem bakida olacam ver3cem sene hamisini,senden qacib geden deyilem men, bu hefden gizde hell edirem hamisini ,basa dus hell edirem gizde bu hefdeni xx/xx/2021,01:12:10,**********11,**********04,alibay salam. nooldu?hafta bitdi xx/xx/2021,15:40:39,**********11,**********04,alibay zibilin cixartmada.aradan pardani goturma.har dafa deyirsan haftanin axri. 13000 manatida qizilida gatir.evda qirgindayam.belada olmaz.basqa sohbat eliyim?!sana deyiramki uje pis diraniblar mana.evda gunumuz qarədi. xx/xx/2021,21:27:16,**********11,**********04,alibay nooldu. mandan pulu istiyirlar.cavab veq xx/xx/2021,07:12:30,**********11,**********04,alibay nooldu. mandan pulu sorusurlar.pulu istiyir neyniyim man.ozuvu gicdiya qoyma. xx/xx/2021,08:40:58,**********04,**********11 ,Ay kisi gozde 2 gin pulu almamisam 2 gune alib vercem,almamisam pul,gizde 2 gune alib vercem pulu xx/xx/2021,13:06:51,**********11,**********04,alibay nooldu.?fikrin nedi sanin? san gormursan man na vaziyatdayam.?! xx/xx/2021,15:11:47,**********04,**********11,Ruslan fikrimi sen yaxsi bikirsen hele eyni sozderi yazirsan mene.ele bil men milyonun icinde uzurem sene vermirem pulu,gizdede gizde pul alacam vercem sene ,her gun eyni sozu deyirsen,bilmirsenl8 olsa verecem ele hemin deiqe.ayin 9 nakimi qizuilicida puluvuda vercem ruslan,(söyüş) ferid agzini ,onnun xeyirini (söyüş) men xx/xx/2021,18:36:06,**********11,**********04,man basa dusmuram san indi mani borclu cixarirsan.? 9 aydi deyirsanki gozda bu hafta verram.alindan cox pul keçdi vermədin.istasan çoxdan verərdin.hardaf xx/xx/2021,18:36:12,**********11,**********04,ada eyni soz gozda galan hafta verram.indi ayin 9 u. usaqnan danismirsan.ozuvu gijdiya qoyub heyasizliq elama.biliram evdasan.dur gal montina.9 nan sonra xx/xx/2021,18:36:16,**********11,**********04, yay galir.o vadlari hamiya verirsən. xx/xx/2021,18.38:38,**********11,**********04,dur gal montina .indi, mandan pul alanda bela harakat eləmirdin,bela danismirdin.san bile bile bile elamisan. xx/xx/2021,18:42:41,**********11,**********04,hardasan dur indi gal.beynimi (söyüş).beynimi condarma.yox ayin 9 sooramda 19 u.man burda sana gora borc faizda boğuluram san (söyüş) ela mana qarsi.uzumu xx/xx/2021,18:42:46,**********11,**********04, yumsaq gorduz deyasan.bu safar mannan incimə.hardasansa dur indi gal.tez xx/xx/2021,18:45:19,**********11,**********04,ayin 9 na 20 gun var.ayin 9 nan sonra deyassa 19 veracam.dur indi gal montina. xx/xx/2021,19:05:49,**********04,**********11,Rayindayam bakıda deyilem men ruslan,9 da vercem hamsini sene ,vermesem deyerem vermirem ,9 da vvercem qizilivuda pukuvuda .ratindayam bakida deyilem kisi ogku ,ay yarimdi rayindayam men xx/xx/2021,13:58:15,**********11,**********04,alibay 9 na kimi pul hazir olacaqda? 9 u demaki qaldi 12 ne xx/xx/2021,14:03:50,**********04,**********11,Beli verecem 9 da xx/xx/2021,13:52:43,**********11,**********04,alibay zang vuranda trubkani qaldir cavab ver.yigisdir bu bezpontovu harakatlarai. xx/xx/2021,23:56:27,**********11,**********04,alibay nooldu? mana zang vur. xx/xx/2021,17:20:42,**********04,**********11,Anava deyersen Allah onun puluna rehmet elesin vso xx-xx-2021 16:52:24 1.1.**********11 1.1.**********14 qizillari bildim.pulun adini cakmirsan? xx-xx-2021 16:52:40 1.1.**********11 1.1.**********14 san kecan 2 hafta avvalda mana yalannan san ol vurdunki pulu qizili gatiriram.sonrada 1 ci guna soz verdin,indida bazar gunu deyirsan. xx-xx-2020 12:48:54 1.1.**********14 1.1.**********11 Ruslan bir neferenem sebir ele vallahbyigacams nei yarin sata Tədqiq olunan protokolda həmçinin qeyd olunmuşdur ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 oğlu Şahid2 050 *** ** ** saylı nömrədən dəfələrlə mesaj yazaraq Təqsirləndirilən şəxs verilən pulları qaytarmasını istəmiş, Təqsirləndirilən şəxs da ona çoxsaylı mesajlar yazaraq pulu qaytaracağını bildirmiş və müxtəlif bəhanələr gətirmişdir. Həmçinin baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs «topaz» mərc oyununda iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan nömrələr vasitəsilə danışdığı və mesaj yazdığı kontaktlar arasında «İbrahim» adlı şəxs müəyyən edilməmişdir. Bundan başqa baxış zamanı müxtəlif şəxslərin də Təqsirləndirilən şəxs verdikləri pulları geri istəmələri ilə bağlı sonuncuya mesajlar yazmaları, həmçinin Təqsirləndirilən şəxs həmin şəxslərə pulu qaytaracağı barədə vəd verməsi ilə bağlı mesajlar yazması müəyyən edilmişdir.r (iş vərəqə: cild İ, səh. 267-270) Məhkəmə iclasında bilavasitə tədqiq olunmuş maddi sübut CD disklərdə həmçinin «Mehman», «Nahid», «Anar», «İlqar» və digər müxtəlif adlarda olan şəxslərin Təqsirləndirilən şəxs pullarını tələb etmələri, Təqsirləndirilən şəxs isə həmin şəxslərə bir neçə günə onların pullarını geri qaytaracağı ilə bağlı vədlərinə dair sms yazışmalarının olduğu müəyyən edildi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 26 avqust 2022-ci il tarixli 8133 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (iş vərəqə: cild İİ, səh. 53). Cinayət işi üzrə məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş «NBC» bankdan 12 iyul 2019-cu il tarixdə 110000 manat və 19 iyul 2019-cu il tarixdə 20000 manat məxaric etməsinə dair 2 vərəq qəbz, bacısı Zərərçəkmiş şəxs2 18 iyul 2019-cu il tarixdə «NBC» bankdan 45000 manat məxaric etməsinə dair 1 vərəq qəbz, Təqsirləndirilən şəxs ondan 54350 ABŞ dolları alarkən Təqsirləndirilən şəxs öz xətti ilə tarix və məbləğləri yazdığı 1 vərəq əlyazma qeyd kağızının surəti, Təqsirləndirilən şəxs onun külli miqdarda pulunu ələ keçirdikdən sonra oğlu Şahid2 sonuncudan pulları istəməsi ilə bağlı yazdığı və Təqsirləndirilən şəxs pulun batması və qaytaracağı ilə bağlı yazdığı 5 vərəq mesaj mətnlərinin surətləri, həmçinin «Azercell» və «Bakcell» şirkətlərindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən iki ədəd «CD» diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 69-87). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 pulu ilə əvvəllər də iş görməsi, onu aldatmaq niyyəti olsa əvvəllər də aldada biləcəyi, lakin hər zaman müxtəlif işlər görüb qaynanasına pul qazandırdığı, hazırki iş üzrə də aldatmaq niyyətinin olmaması, keçmiş qaynanası Zərərçəkmiş şəxs1 aldığı 100000 manat pulu «İbrahim» adlı tanışına verməsi ilə bağlı ifadəsinə qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs özünün təqsirsizliyi ilə bağlı ifadəsindəki xüsusatlara dair məhkəməyə əsaslı dəlil gətirməməklə birlikdə, arada vasitəçi şəxslər olduğunu bildirsə də, nə «İbrahim» adlı şəxsin, nə də onunla arasındakı vasitəçinin anket məlumatlarını bilmədiyini qeyd etmiş, cinayət işinin materiallarına maddi sübut kimi əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlarda da «İbrahim» adlı kontakt barədə hər hansı məlumat müəyyən edilməmişdir. Həmin şəxslərin mövcudluğu ibtidai istintaq zamanı araşdırılmış, lakin həmin şəxslər barədə heç bir məlumat əldə edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi «İbrahim» adlı şəxs Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə uydurduğu şəxsdir. Bundan əlavə Təqsirləndirilən şəxs «İbrahim» adlı şəxsin Quba rayonunda istirahət mərkəzi inşa etdiyini, keçmiş qaynanasından aldığı 100000 manat məbləği həmin işə sərmayə kimi qoyduğunu, bunun qarşılığında isə «İbrahim» adlı şəxsin qaynanasına 2 otaqlı mənzili girov kimi verdiyini bildirsə də, o, öz ifadəsində Quba rayonunda inşa edilən istirahət mərkəzini görmədiyini, həqiqətən də belə bir istirahət mərkəzinin inşa edilibedilməməsini bilmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi «girov» kimi qoyulmuş mənzilin «İbrahim» adlı şəxsin deyil, X11 adlı şəxsin mülkiyyətində olmasını, həmçinin qeyd olunan mənzili keçmiş qaynanasının deyil, sonradan sataraq pulunu mənimsəmək məqsədi ilə arvadı Səbinə Bağırovanın adına rəsmiləşdirməsini onun qaynanasından aldığı məbləği əvvəlcədən mənimsəmək niyyətində olmasının göstəricisi kimi qəbul edir. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər keçmiş qaynanasının pulu ilə müxtəlif işlər görüb ona pul qazandırması, lakin onu aldatmaması ilə bağlı xüsusata da qiymət verərək məhkəmə hesab edir ki, qeyd olunanlar Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin etibarını qazanmağa yönəlmiş davranış kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin maddi sübut olan CD disklərdə Təqsirləndirilən şəxs «Mehman», «Nahid», «Anar», «İlqar» və digər müxtəlif adlarda olan şəxslərə borcunun olması, qeyd olunan şəxslərin Təqsirləndirilən şəxs pullarını geri tələb etmələri, Təqsirləndirilən şəxs isə borclu olduğu şəxslərə bir neçə günə əlinə pul keçəcəyini, pul tapan kimi borcunu ödəyəcəyini bildirməsini, lakin yazışmaların məzmunundan aydın olduğu üzrə heç bir borclu olduğu şəxsə borcunu ödəməməsini də onun dələduzluq niyyəti ilə bağlı şəxsiyyətini səciyyələndirən hal kimi qəbul edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib CM-in 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il sınaq müddəti təyin edilməklə qəti olaraq 4 (dörd) il 10 (on) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmişdir (cild 1, iş vərəqi 49-50, 51-72). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmünə əsasən 2 il sınaq müddəti ilə şərti məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası xx.xx.2020-ci il tarixdə başa çatdığından Səbail rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır (cild İİ, iş vərəqi 51) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədən zaman ona təyin edilmiş sınaq müddəti başa çatmadığından, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair» 8 dekabr 2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Həmin Qərarın nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Buna baxmayaraq məhkəmə təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 60.1ci maddəsinin tətbiqi üçün əsas görmür. Belə ki, həmin maddənin tətbiqinə cəzanı ağırlaşdıran halların olmadığı halında yol verilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə, cinayətlərin təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmü ilə 4 (dörd) il 10 (on) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum etmə ləğv edilməli və hökmlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. «Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinin c) hissəsinə əsasən məhkəmənin hökmü ilə şərti məhkum edilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində 08 iyun 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 185, 229-233). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 06 iyun 2022-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş «NBC» bankdan 12 iyul 2019-cu il tarixdə 110000 manat və 19 iyul 2019-cu il tarixdə 20000 manat məxaric etməsinə dair 2 vərəq qəbz, bacısı Zərərçəkmiş şəxs2 18 iyul 2019cu il tarixdə «NBC» bankdan 45000 manat məxaric etməsinə dair 1 vərəq qəbz, Təqsirləndirilən şəxs ondan 54350 ABŞ dolları alarkən Təqsirləndirilən şəxs öz xətti ilə tarix və məbləğləri yazdığı 1 vərəq əlyazma qeyd kağızının surəti, Təqsirləndirilən şəxs onun külli miqdarda pulunu ələ keçirdikdən sonra oğlu Şahid2 sonuncudan pulları istəməsi ilə bağlı yazdığı və Təqsirləndirilən şəxs pulun batması və qaytaracağı ilə bağlı yazdığı 5 vərəq mesaj mətnlərinin surətləri, həmçinin «Azercell» və «Bakcell» şirkətlərindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən iki ədəd «CD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 1(101)-1364/2017 saylı hökmü ilə onun üzərində saxlanılmış, lakin çəkilməmiş 4 (dörd) il 10 (on) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilsin və ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş «NBC» bankdan 12 iyul 2019-cu il tarixdə 110000 manat və 19 iyul 2019cu il tarixdə 20000 manat məxaric etməsinə dair 2 vərəq qəbz, bacısı Zərərçəkmiş şəxs2 18 iyul 2019-cu il tarixdə «NBC» bankdan 45000 manat məxaric etməsinə dair 1 vərəq qəbz, Təqsirləndirilən şəxs ondan 54350 ABŞ dolları alarkən Təqsirləndirilən şəxs öz xətti ilə tarix və məbləğləri yazdığı 1 vərəq əlyazma qeyd kağızının surəti, Təqsirləndirilən şəxs onun külli miqdarda pulunu ələ keçirdikdən sonra oğlu Şahid2 sonuncudan pulları istəməsi ilə bağlı yazdığı və Təqsirləndirilən şəxs pulun batması və qaytaracağı ilə bağlı yazdığı 5 vərəq mesaj mətnlərinin surətləri, həmçinin «Azercell» və «Bakcell» şirkətlərindən daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən iki ədəd «CD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1718/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1718/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver