Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1718/2023 07.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X4 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi, ev 63-də qeydiyyatla olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, daş karxanası, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə və narkotik vasitələr əldə etmək məqsədilə şəxsiyyəti istintaqa “Ramil” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək mənfəət olaraq gəlir əldə etmək müqabilində qrup üzvü “Ramil” adlı şəxsin istintaqa məlum olmaya vaxtda və mənbədən əldə etdiyi narkotik vasitə və psixotrop maddələri satmaq barədə razılaşıb bu məqsədlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ünvanda qrup üzvü “Ramil” adlı şəxsdən külli miqdarda, ümumi təmiz çəkisi 6.03 qram psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 4,914 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 07 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan, təsiredici maddəsinin ümumi miqdarı 0,28 qram olan narkotik vasitə metadonu və təmiz çəkisi 1,335 qram olan narkotik vasitə tiryəki götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, “Dərnəgül” adlanan ərazidə yerləşən “Qazilər” kafesində həmin psixotrop maddə metamfetaminin 1,235 qram hissəsini 40 manat pul müqabilində tanışı Şahid2 satmış, bundan sonra cinayətkar niyyətini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə satış məqsədi ilə əldə etdiyi psixtrop maddə metamfetmaninin 0,425 qram hissəsini və ümumi miqdarı 0,04 qram olan 01 ədəd narkotik vasitə hesab edilən metadon həbini 07 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Həsənov küçəsi “Şeş- Beş” restoranın yaxınlığında digər tanışı Şahid1 15 manat pul müqabilində satmış, Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 fevral 2023-cü il tarixdə, saat 21:45 radələrində Şahid2 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli zolaqlı şalvarının sağ yan cibindən onun satdığı, 02 ədəd şəffaf sellofana bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,654 qram və 0,581 qram, ümumi təmiz çəkisi 1,235 qram olan olan ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən o, Şahid1la birilikdə 10 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Həsənov küçəsi “Şeş-beş” restoranın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib orada onun üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd pul kisəsinin içərisindən 08 ədəd bükümdə, tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,402 qram, 0,235 qram, 0,234 qram, 0, 425 qram, 0,387 qram, 0, 359 qram, 0,347 qram, 2,525, ümumi təmiz çəkisi 4,914 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,073 qram, 1,090 qram, 1,098 qram, 1,109 qram, ümumi təmiz çəkisi 4,370 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 06 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram olan qəhvəyi rəngli dairəvi formalı, narkotik vasitə hesab edilən metadon həbləri, 01 ədəd bükümdə təmiz çəkisi 1,335 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd üzərində metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən onun satdığı, 01 ədəd bükümdə təmiz çəkisi 0,425 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan qəhvəyi rəngli dairəvi formalı, narkotik vasitə hesab edilən metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Niyaməddin adlı şəxsin avtomaşınında olarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. İttiham aktında qeyd olunan çəkidə narkotik vasitə və tərəzi onun üzərində olmamışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu və Niyaməddini Nizami RPİ-nə aparıb ayrı-ayrı otaqlarda döymüşlər. Nizami RPİ-də döyərək ona aid olmayan tərəzi və narkotik vasitəni ona aid olduğunu etiraf etməsini məcbur etmişlər. Lakin həmin zaman onun cibində 2 büküm tiryək adlı narkotik vasitə olmuşdur. Özünə məxsus mobil telefonda da üzərində olan narkotik vasitələrin alışı ilə bağlı məlumat var. Nizami RPİ-də Niyaməddin adlı şəxsin avtomaşınından çıxan narkotik vasitələrlə və tərəzi ilə bağlı o, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə özünü təqsirli bilmişdir. Bu günə qədər o, «Kubinka» deyilən ərazidə olmamışdır və Ramin adlı şəxslə əlbir olub narkotik vasitənin satışı ilə məşğul olsa idi kafe işlədib, şəxsi sürücü fəaliyyəti ilə məşğul olmazdı. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitənin büküm şəklində olduğuna görə çəkisini tam dəqiq deyə bilmir. O, istifadə etdiyi narkotik vasitəni bir bükümü on manata aldığına görə həmin narkotik vasitənin dəqiq çəkisi barədə məlumatı yoxdur. Taxsi fəaliyyəti ilə məşğul olan, əvvəllər tanıdığı Niyaməddin adlı şəxs onu işlədiyi kafenin yanında düşürərkən saxlamışlar. Avtomaşını nasaz olduğu üçün o, Niyaməddini taksi kimi çağırmışdır. O, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayır, “Dərnəgül” adlanan ərazidə Şeş-Beş restoranının yanında Qazilər adlı kafe işlədir. O, Niyaməddin ilə işlətdiyi kafe üçün bazarlıq etməyə marketə getmişdir. Onlar geri qayıdarkən xx.xx.2023-cü il tarixdə, 13:00-19:00 radələrində mülki geyimdə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onun işlətdiyi kafeni hər səhər, saat 09:00 radələrində atası açır, çox tələbat olmadığı üçün o, isə günorta saatlarında işə gəlir. Həmin günü “Dərnəgül” adlanan ərazidə yerləşən iş yerinə getmək üçün Niyaməddinə zəng vurmuşdur. Niyaməddin Maştağa qəsəbəsindən gəlib onu məhlədən götürüb iş yerinə aparmışdır. İşlətdiyi kafeyə bazarlığı məhlələrinin yanında yerləşən Araz marketdən etmişlər. O, etdikləri bazarlığı işlətdiyi kafeyə qoyub Niyaməddinin pulunu ödəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışlar və ikisini də Nizami RPİ-ə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanıldıqları zaman Niyaməddinin idarə etdiyi avtomobildən aşkar olunan narkotik vasitələrin heç biri ona aid olmamışdır. Onlar Nizami RPİ-nə aparıldıqdan yarım saat sonra avtomaşında olan narkotik vasitələr aşkar olunmuşdur. Onlar təxminən 4-5 nəfər polis əməkdaşları tərəfindən ayrı-ayrı avtomobillərdə Nizami RPİ-nə aparılmışlar. Video çəkiliş ilə üzərlərinə baxış onlar tutulduqdan təxminən, 10 saat sonra gecə saat 02:00 radələrində keçirilmişdir. Çəkiliş zamanı etdiyi etiraflar hamısı məcburiyyətdən olmuşdur. Video çəkiliş o, ifadəyə qol çəkdikdən sonra aparılmışdır. Nizami RPİ-də onu buraxılacaqları ilə aldatmışlar və bu səbəbdən ifadəsinin qeyd olunduğu sənədə qol çəkdirmişlər. Video çəkiliş zamanı onun üzərində tərəzi aşkar olunmamışdır. Narkotik vasitələrdən əlavə üzərində pul, saat, papaq və telefon aşkar olunmuşdur. Telefonunda narkotik vasitənin alışı ilə bağlı yazışması var. İttiham aktında olan narkotik vasitə satdığı 3 mobil nömrələri tanımır. Onun Niyaməddinlə münasibəti olmuş, zənnincə, Niyaməddinlə Bəhlul döyüldüklərinə görə məcbur yalan ifadə vermişlər. O, ümumiyyətlə, Bəhlul adında adam tanımır. Müstəntiqə Bəhlul adında şəxslə üzləşmə istintaq hərəkəti həyata keçirilməsini istəsə də sonuncu bunu etməmişdir. Niyaməddinin avtomaşınında bazardan aldıqlarını kafeyə boşaldandan sonra qayıdıb avtomaşında qalan açarını, pul kisəsini və telefonunu götürəndə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları saxladıqları zaman saxlanılmaqlarının səbəbini onlara deməmişlər. Əlqollarını bağlayıb avtomaşına mindirib Nizami RPİ-nə aparmışlar. Saxlanıldıqları yerdə nə üstlərinə, nə də Niyaməddinə məxsus “Opel Astra” markalı avtomobilə baxış keçirtməmişlər. Niyaməddinin avtomaşınından çıxanlardan Nizami RPİ-də olan zaman xəbəri olmuşdur. Telefonunda ancaq telefon vasitəsilə tanıdığı şəxslə narkotik vasitənin alışı ilə bağlı yazışmaları var. Əvvəllərdə həmin şəxsdən narkotik vasitə almışdır. Onları günorta saatlarında saxlasalar da, çəkiliş gecə 23:00 radələrində aparılmışdır. Polis əməkdaşları onu buraxılacaqları ilə bağlı yalan məlumat verərək oxumadığı kağıza qol çəkdirmişlər. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələri İran Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən online vasitələrlə əldə etmişdir. O, CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağına görə qol çəkmişdir. Məhkəməyə qədər müdafiəçisi ilə konfidensial görüşü olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmişdir. İfadəsində yazılan 15 il narkotik vasitə istifadəçisi olması yanlış məlumatdır. Bəhlul adında adam tanımır, yazışmaları olmamışdır. Niyaməddinə xx.xx.2023-cü il tarixdə, metadonun 1 həbini 10 manata eyni zamanda “Patı” kimi tanıdıqları metamfetamin narkotik vasitəsini satmamışdır. Niyaməddinin üzərinə və avtomaşınına baxış keçirilən zaman iştirak etməmişdir. Onun üzərindən metamfetamin narkotik vasitəsi aşkar olunmamışdır. O, həmişə marixuana istifadəçisi olmuşdur. Saxlanılan zaman üzərində 2 büküm tiryək olmuşdur. 2 büküm narkotik vasitəni büküm şəklində alıb istifadə etdiyinə görə çəkisini dəqiq deyə bilməz. Məhkəməyə çıxarılan vaxt müdafiçi 3 dəqiqədən sonra çıxıb getmişdir. Müdafiəçisi ilə bir dəqiqə belə görüşə bilməmişdir. O, hazırkı məhkəmə iclasında verdiyi ifadəsinin qəbul olunmasını xahiş edir. Şahid5 məhkəmə prosesində verdiyi ifadələrin hamısı yalandır. Niyaməddinlə ona avtomaşının yanında olarkən yaxınlaşmışlar. Şahid O.Mehdiyevin verdiyi ifadə yalandır. Onu döyən polis əməşdaşlarından biri də Oktay Mehdiyevdir. 3 saylı İstintaq Təcridxanasına daxil olanda bədənində olan xəsarətlər qeydiyyata alınıb. Ona qarşı Nizami RPİ-nə aparanda və RPİ-də polis əməkdaşları tərəfindən fiziki təsir və təzyiq göstərilib. İbtidai istintaq zamanı Şahid2la üzləşməsi olmamışdır. Onun sol biləyindəki iz qandallı döydükləri üçün qandalın izidir. Polis əməkdaşı bir ayağını onun ayağının üstünə, birini də qandalın üstünə qoyduğundan qandal qolunu kəsmişdir. O, narkotik vasitə satmamışdır. Polis əməkdaşları qara böyük torba və balaca qadın pul kisəsi gətirərək ikisindən birini götürməyi məcbur etmişdilər. Polis əməkdaşları qadın pul qabında olan narkotik vasitəni götürdüyü təqdirdə işinin yüngül olacağını bildirmişlər. O da işinin yüngül olması üçün balaca bağlamanı, yəni qadın pul kisəsində ola narkotik vasitəni götürmüşdür. Buna da fiziki təzyiq altında razılaşmışdır. Onlar şənbə günü tutuldu, bazar günü məhkəməyə çıxarıldılar. Həmin gün axşama qədər onu döymüşlər, axşam saat 11 radələrində imza çəkdirdilər ki, buna imza çəkildiyi təqdirdə səhər məhkəməyə çıxarılaraq oradan da buraxılacaqları bildirmişlər. O, bunlar bildirildikdən sonra imza çəkmişdir. O, ifadələrə oxumadan imza çəkmişdir. O, telefonundakı mesaj mətnlərindəki nömrələri tanımır. Niyaməddinin orada nömrəsi olub-olmadığını bilmir. Onun mesajlardan xəbəri yoxdur. Bu mesajlar ona gəlməyib. Tanışları telefonunu götürüb yazırdı, sonra qaytarıb verirdi. 10 dəqiqə yazışan olub, 5 dəqiqə yazışan olub, telefonu ilə zəng vuran da olub. Onun telefonuna onun yanında baxış keçirilməyib. Ondan telefonunu istədilər, o da kodunu açıb vermişdir. Polis əməkdaşları özləri ayrı baxıblar. Onun telefonunda bir dənə whatsap tətbiqi olub, WA Business tətbiqi olmayıb, əvvəllər olub, sonra silmiş və yükləməmişdir. xx.xx.2023-cü il tarixdə WA Business tətbiqinin olub-olmadığını dəqiq bilmir. Onun telefonu bir çox dostlarında olub. Əgər lazımdısa ordakı nömrələrı zəng vurulsun, onlar da gəlsinlər, hər hansısa biri onu tanısa veriləcək cəza ilə razıdır. Onun telefonu Niyaməddində də olub, ondan əlavə dostlarında da olub. Şahid1 avtomobilindən aşkar olunan narkotik vasitələrin kimə məxsus olmasını bilmir. Mobil telefon aparatının “WA Business” tətbiqi proqramında aşkar edilmiş mesajları o yazmamışdır. ********** saylı nömrə ona məxsus deyil, həmin nömrəni tanımır, kim olduğunu bilmir, mesajlardan ümumiyyətlə xəbəri yoxdur. Onun telefonunda elə mesajlar olmayıb, o, mesajları görməmişdir. Onun telefonunda başqa mesajlar da var, ona mesaj yazan adı ilə yazıb, “Qaqa” deyə ona heç kim müraciət etməyib. “WA Business” tətbiqi proqramını o, 3-5 gün işlətmiş, sonra ləğv etmişdir. O, heç kimə səs göndərməmişdir. Hər dəfə o, mesajlar yazılanda telefon onda olmamışdır. Müxtəlif vaxtlarda yazılan həmin mesajların heç biri ona yazılmayıb. Onun tanışları ondan telefon istəyiblər, hətta yanında oturub yazışan da olub, amma o, həmin mesajları izləməmişdir. O, telefonunu verdiyi tanışlardan birinin adı Urfandır, o, hal-hazırda tutulub. Bir nəfərin gəlib onun telefonu ilə 2-3 dəfə yazışdığı hallar olub, ayrı-ayrı şəxslər yazışmaq üçün telefonunu istəyib, o da vermişdir. Telefonundan istifadə edən şəxslər yazışmaları saxlamırdılar, o da baxmırdı, mesajları silmələrini tapşırmışdır. Həmin tanışlarının soyadlarını bilmir. Həmin tanışlarının telefon nömrələri onda yoxdur. “WA Business” tətbiqi proqramı ilə adətən ailəsi ilə danışmışdır. Onun telefonunda olan yazışmaların heç birində ona aid əsas, nə Niyaməddin, nə də ki Bəhlul ilə yazışmaları tapılmadı. Onu polis əməkdaşları səhər saat 10:00-11:00 radələrində saxlasalar da, video çəkiliş axşam saat 23:00 radələrində olub. İlk gündən o, ozünü CMnın 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Telefonundakı sübuta qalanda isə 15 manat atdığı şəxs həmin pulun müqabilində tərəzinin üstündə bir büküm narkotik vasitə marixuananın çəkisini çəkib ona atmışdır. Həmin yazışmada narkotik vasitəni satan o deyil, qarşı tərəfdir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən işinə ədalətli baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X.R.Ulutürk küçəsi ev 63-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsində fərdi evdə yaşayır. İki övladı var, biri 6 yaşında, biri isə 8 yaşındadır. Psixotrop maddə və narkotik vasitə satışı ilə məşğuldur. Təxminən 15 il olar ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuanı və tiryək istifadə edir. İki gün bundan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Yasamal rayonu “Kubinka” adlanan ərazidə tanışı “Ramin” adlı şəxsdən yuxarda adları qeyd etdiyi narkotik vasitələri almışdır. Qurudulmuş marixuananın 5 qramını 100 manata alaraq bükümlərə bölüb hər bükümünü 10 manata satmışdır. “Patının” 1 qramını isə 40 manata almışdır. Metadon həblərinin 10 ədədini isə 80 manata almışdır. Hər bir dərman həbini isə 10 manata satdığını bildirmişdir.xx.xx.2023-cü il tarixdə o, qeyd etdiyi narkotik maddələrini cibinə qoyub Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şeş-Beş” restoranının qarşısına gəlmişdir. Həmin günü saat 15:00-da həmin yerdə tanışı Niyaməddinlə orada görüşdükdə dörd nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirərək onları Nizami RPİ-yə dəvət etmişlər. Həmin vaxt cibində narkotik vasitələr olsa da şübhə yaranmasın deyə o, polislərin təklifini qəbul etmiş və onlarla birlikdə Nizami RPİ-nə getmişdir. Yolda polislər ona diqqət yetirdikləri üçün cibində olan narkotik vasitəni tullaya bilməmişdir. Nizami RPİ-də ona şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan gödəkcəsinin sağ yan cibindən qadın pul qabının içərisində saxladığı 2 ədəd siqaretin qızılı, 2 ədəd siqaretin gümüşü, 3 ədəd qəzetin kağızı bükümündə,1 ədəd şaffaf politelin bükümdə qurudulmuş marixuananı, 1 ədəd bükümdə tiryəki, 4 ədəd bükümdə “Patını”, 6 ədəd dərman həblərini və gödəkcəsinin sol yan cibində saxladığı elektron tərəzini masanın üzərinə qoymuşdur. Həmin tərəzini o, narkotik vasitənin çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar edilən narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Üzərinə axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, onun və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Ondan aşkar edilən 20 manatlıq pul əskinazı isə özünə qaytarılmışdır. O verilmiş sualları cavablandırarkən bildirmişdir ki, onun narkotik vasitə istifadə etməsindən ailə üzvlərinin xəbəri olmamışdır. Üzərində aşkar edilən narkotik vasitə və psixotrop maddədən başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamır. Üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddənin bir qismini satış məqsədi ilə digər qismini isə şəxsi istifadəsi üçün əldə etmişdir. O, Şahid2 xx.xx.2023-cü il tarixdə metadon dərmanını hər birini 10 manata satmışdır. Niyaməddinə də xx.xx.2023-cü il tarixdə metadonun 1 həbini 10 manata eyni zamanda “Patı” kimi tanıdığı metamfetamin də satmışdır. Lakin metamfetamindən qazanc əldə etməmişdir. Raminlə narkotik vasitə satmaq barədə razılıq olmuşdur, həm özü narkotik vasitə almış, həm də satıb qazanc əldə etmək üçün etmişdir. O, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, “Kubinka” adlanan yerə gederək Raminlə görüşərək narkotik vastə əldə etmiş, sonuncu telefon istifadə etmirdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Şahnurla ailəvi tanışlıqları olmuşdur. Özü 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş, 3 ay müharibədə iştirak etmiş, başından travma almışdır. Özü narkotik vasitə istifadəçisi olmuş və narkotikdən ağrıkəsici kimi istifadə etmişdir. Şahnurun narkotik vasitə almağını və satmağını görməmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, qənimətlərin daşınmasına görə sürücü kimi getmiş və 3 ay orada qalmışdır. Müharibəyə metro tikintidən ezam olunaraq getmişdir. 2 ilə yaxındır ki, işdən azad olmuş, hal-hazırda heç yerdə işləmir. Uşaqları işləyir, böyük oğlu işləyir və onun hesabına maddi ehtiyaclarını qarşılayır. Şahnurla beton satışı ilə məşğul olmuş və onu oradan tanımışdır. Saxlanılan zaman da onlar həmin iş haqqında danışmışlar. Axırıncı dəfə görüşəndə Şahnura maşın lazım olmuş, bu məqsədlə görüşmüşlər. O, “Opel Astra” markalı maşın istifadə etmişdir. Axırıncı dəfə görüşəndə kafenin qarşısında görüşmüşlər. Onlar maşında oturarkən polislərin onlara yaxınlaşdıqlarını görmüşlər. Müharibədən gələndən sonra dərman istifadə etməyə başlamışdır. Həmin dərman apteklərdə satışda da olmuşdur. Dərman tapa bilmədiyi zamanlarda bir-iki dəfə narkotik vasitə metamfetamin istifadə etmişdir. Həmin narkotik vasitəni whatsapp proqramı vasitəsilə tanımadığı şəxsdən əldə etmişdir. Bölməyə onları aparan zaman maşınına baxış keçirilmiş, dərman vasitəsi və marixuana aşkar olunmuşdur. Məhkəmədə barəsində cinayət işinin olmağından xəbəri olmamışdır. Maştağa qəsəbəsində xəstəxanada müalicə almışdır. Təqsirləndirilən şəxsla ibtidai istintaq zamanı üzləşməsi olmamışdır. Polis əməkdaşları onları saxlayan zaman kafenin qarşısında maşında əyləşmişlər. Polis əməkdaşları onlara yaxınlaşıb Şahnuru və onu ayrı-ayrı maşınlarda polis idarəsinə aparmışlar. Polis idarəsinə aparılan zaman üzərlərində soyuq silahın olub-olmamasını aydınlaşdırmaq üçün əllə yoxlanış aparmışlar. Həmin vaxt Şahnurda narkotik vasitə olmamışdır. Saxlanıldıqları vaxt onun üzərində və avtomobilində narkotik vasitə olmuşdur. Ümumiyyətlə, Şahnurun narkotik vasitə istifadəçisi olması haqqında hər hansı bir məlumatı yoxdur. Heç vaxt onunla birlikdə narkotik vasitə istifadə etməmişdir. Polislər saxlayan vaxt hər hansı bir narkotik vasitə istifadə etməmişlər. Şahnur heç vaxt ona narkotik vasitə almağı və ya satmağı barədə heç nə deməmişdir. Polis idarəsində olduqları zaman təzyiqlərə məruz qalmışdır. Mülki geyimdə olan polis şəxsləri Şahnuru döyərək üzərində olmadığı halda narkotik vasitənin üzərinə götürməyi ilə bağlı təzyiqlər göstərmişlər. Təqsirləndirilən şəxs döyən şəxslər mülki geyimdə olmuşlar. 5- 6 nəfərin Şahnurun döyməsini görmüşdür. Mobil telefonla heç bir çəkiliş olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən heç nə aşkarlanmamışdır. Ondan Şahnurdan narkotik vasitə almağı barədə soruşmuşlar, o da sonuncudan heç vaxt narkotik vasitə almadığını bildirmişdir. Polis əməkdaşları külli miqdarda narkotik vasitənin Şahnurun olmağı barədə imza çəkməyini istəmişlər, o, imza çəkməmişdir. Nizami RPİ-də kompüterdə yazılmış sənədlərə psixoloji problemləri olduğuna görə oxumadan qol çəkmişdir. O, polis idarəsində 3 gün saxlanıldıqdan sonra evə buraxılmışdır. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmişdir. İfadəsində qeyd olunan metadon dərman həbi ona məxsus olmuş, metamfetamin ona aid olmamışdır. 1-ci dəfə olduğuna görə oxumadan qol çəkmişdir. Təqsirləndirilən şəxs tanıdığı müddətdə ehtiyacı olsa da heç vaxt sonuncudan narkotik vasitə almamışdır. Nizami RPİ-dən buraxıldıqdan sonra polis idarəsinə getməmişdir. Ona qarşı Nizami RPİ-də fiziki təzyiq göstərmişlər. İbtidai istintaqda üzləşməsi olmuş, amma Təqsirləndirilən şəxs narkotik vasitə almağını bildirməmişdir. Saxlanıldığı gündən 3 gün sonra buraxılmış və bir daha Nizami RPİ-yə getməmişdir. Nizami RPİ-dən buraxıldıqdan sonra heç bir polis əməkdaşı ilə görüşməmişdir. Saxlanıldığı gün neçə sənədə qol çəkməyi yadında deyil. İmza etdiyi sənədlər ona yazılı formada təqdim olunmuşdur. Onun avtomobilində qeyd olunan narkotik vasitələr olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi, ümumiyyətlə, tanımır. Tutulanda onu təqsirləndirilən şəxslə üzləşdirməmişlər, birinci dəfədir ki, sonuncunu görür. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi birinci dəfədir görür. Təqsirləndirilən şəxslə telefon, “Whatsapp” proqramı vasitəsilə danışmamış, yazışmamışdır. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsində barəsində CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi var. Saxlanılan zaman üzərindən 1 büküm metamfetamin narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni Şahnur adlı tanıdığı şəxsdən 1 bükümünü 40 manata almışdır. O, narkotik vasitəni hazırkı məhkəmə prosesində olan təqsirləndirilən Şahnur adlı şəxsdən almamışdır. Narkotik vasitəni özü tanıdığı Şahnur adlı şəxsdən Dərnəgüldə yerləşən Şeş-Beş restoranının yaxınlığında almışdır. Təqsirləndirilən şəxslə ibtidai istintaq zamanı üzləşdirməsi olmamışdır. Narkotik vasitəni aldığı Şahnur adlı şəxsi üzdən tanıyır. Həmin şəxsdən bir neçə dəfə narkotik vasitə almışdır. Şahnur 29-30 yaşlarında arıq, uzun boy, sarışın və normal saçı olan şəxsdir. Çox vaxt narkotik vasitəni Şahnurdan Sabunçu rayonu, Mehdiabad qəsəbəsində yerləşən Topaz adlanan yerin yanında almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bəhlul adlı şəxs saxlanılmışdır. Bəhlul özü narkotik vasitəni Şahnur adlı şəxsdən aldığını bildirmişdir. Sonradan əməliyyat tapşırığı əsasında Şahnurun yeri müəyyən olunaraq Nərimanov rayonu, Dərnəgül yolunda “Şeş-Beş” kafesinin yaxınlığında adını tam xatırlamadığı küçədə tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman onun üzərində narkotik vasitə aşkarlanmış və polis idarəsinə gətirilmişdir. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxsin Təqsirləndirilən şəxs olmağı əməliyyat yolu ilə müəyyən olunmuşdur. Bəhlulda telefon nömrələri olan Şahnur adlı şəxs Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Niyaməddin adlı şəxsi Təqsirləndirilən şəxs ilə birlikdə saxlamışlar, üzərində narkotik vasitə aşkarlanmışdır və narkotik vasitəni Şahnur adlı şəxsdən aldığını bildirmişdir. Şahnurun baxışında iştirak etmiş, lakin Niyaməddin yadında qalmamışdır, çünki təxminən 7-8 ay əvvəl saxlanılmışlar, təxminən fevral ayı olmuşdur. Niyaməddin və Bəhlulun hər ikisinin barəsində Nizami rayon Məhkəməsində cinayət işi vardır. Hər iki şəxs hal-hazırda azadlıqdadır. Bəhlulla bağlı Nizami rayon Məhkəməsində şahid qismində dindirilmişdir. Bəhlulun narkotik vasitəni Şahnurdan hansı yolla alması barədə heç bir məlumatı yoxdur. Şahnur və digər şəxslər saxlanılan zaman onlara hər hansı bir şəxs tərəfindən fiziki və ya psixoloji təzyiq olmamışdır. Şahnurun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkarlanmış və özü könüllü olaraq təqdim etmişdir. Bəhlulla bağlı onlara məlumat daxil olmuşdur. Əməliyyat Bəhlulun üzərində qurulmuşdur. Əməliyyatın nə vaxt qurulduğu tarixi xatırlamır. Onlar birinci Bəhlulu saxlamışlar. Bəhlulu Neftçilər metrosunun yaxınlığında, Qara Qarayev prospektində saxlamışlar. Təxminən iki gün sonra Şahnuru saxlamışlar. Bəhlul saxlanılan zaman onun üzərində tiryək, metamfetamin və səhv etmirsə marixuana var idi. Açıq və ya bükülü olması dəqiq yadında deyil, hamısı videoçəkilişdə var. Təqsirləndirilən şəxs kafenin qarşısında saxlamışlar. Həm Bəhlulun verdiyi məlumatlardan, həm də əldə olunan digər məlumatlardan ümumi tədbir keçirilmiş və şəxsin Şahnur olduğu müəyyən olunmuşdur. Şahnuru günün hansı hissəsində saxladıqlarını xatırlamır. Saxladıqdan sonra Şahnuru Nizami Rayon Polis İdarəsinə aparmışlar. Əməliyyat zamanı Şahnuru polis idarəsinə hansı əməliyyatçılarla apardıqlarını tam xatırlamır, təxminən 4-5 nəfər olmuşlar. Şəxsin üzərinə onlar baxış keçirmirlər, təhqiqatçının otağında baxış keçirilir. Onlar Şahnuru saxlayan zaman özlərini təqdim etmişlər və polis idarəsinə dəvət etmişlər. Səhv etmirsə onlar onu saxladıqları zaman maşında deyil, yerdə olmuş və Niyaməddinlə birlikdə idi. Niyaməddinlə onu eyni vaxtda polis idarəsinə aparmışlar. Onları ayrı-ayrı maşınlarda aparmışlar. Polis İdarəsinə aparıldıqdan sonra təhqiqatçının otağında vəkilin iştirakı ilə videoçəkiliş aparılmışdır. Video görüntüdən də baxılsa vəkilin iştirakı olmadan video çəkiliş aparılmır. Şahnurun üzərinə baxış keçirilən zaman aşkar olunan narkotik vasitəni təqdim edən zaman onu Xutor deyilən ərazidə Ramin adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 məhkəmə prosesində danışdıqlarının hamısı yalandır. Təqsirləndirilən şəxs Şahid1la onu ayrı-ayrı otaqlarda döyüldüklərini desə də, Şahid1 sonuncunun dediklərinin əksini məhkəmə prosesində deyir. Şahid1 üzərinə video çəkilişlə axtarış aparılan zaman metadon 10 həbi və metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Şahid2 üzərindən aşkar olunan narkotik vasitə əsasında saxlamışlar. Şahid1 üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, keçirilmiş əməliyyat tədbirləri nəticəsində daxil olmuş məlumat nəticəsində narkotik vasitələrin saxlanılması, daşınması ilə məşğul olan Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirtmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Şeş-Beş adlı restoranında yanında zahiri görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsi görərək ona yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs də olmuşdur. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra hər ikisini də Nizami RPİ-nə dəvət etmişlər. Nizami RPİ-də təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncun üzərindən bir ədəd qadın pul kisəsi və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Qadın pul kisəsinin içərisindən hər növdə narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri Ramin adlı şəxsdən aldığını bildirmişdir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təhqiqatçının otağında video çəkiliş zamanı narkotik vasitələri sosial şəbəkələrdə tanıdığı Ramin adlı şəxsdən aldığını etiraf etmişdir. Nizami RPİ-nə aparılan zaman və RPİ-də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Niyaməddinin üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişdə iştirak etməmişdir. Niyaməddinin üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişdə iştirak etmədiyi üçün üzərindən və avtomaşınından nə aşkar olunduğunu bilmir. Təqsirləndirilən şəxs günorta radələrində saxlanıldıqdan sonra Nizami RPİ-nə gətirmişlər. Nizami RPİ-nə daxil olduqdan sonra 3 saat ərzində bütün sənədləşmə işləri aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əməliyyat qrupunda 3 nəfər o, Hikmət və Oktay iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı yerdə baxış keçirtməmişlər. Niyaməddinlə Şahnur kafenin qarşısında Opel markalı avtomobildən düşən zaman yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Yaxınlaşdıqları vaxt Təqsirləndirilən şəxs atası kafenin qarşısında durmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində daxil olmuş məlumat nəticəsində narkotik vasitələrin saxlanılması, daşınması ilə məşğul olan Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirtmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Şeş-Beş adlı restoranın yanında zahiri görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsi görərək ona yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs də olmuşdur. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra hər ikisini də Nizami RPİ-də dəvət etmişlər. Nizami RPİ-də təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncun üzərindən bir ədəd qadın pul kisəsi, bir ədəd Samsung markalı telefon və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Qadın pul kisəsinin içərisindən 8 büküm narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə zərfə qoyularaq tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, günorta radələrində saxlamışlar. Təqsirləndirilən şəxs Niyaməddin adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Şeş-Beş adlı restoranında yanında söhbət etdikləri vaxt yaxınlaşmışlar. Yaxınlaşıb özlərini təqdim etdikdən sonra heç biri narazılıq bildirməmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Hər iki şəxsi saxladıqdan sonra şəxsi avtomobilinə əyləşib Nizami RPİ-nə getmişlər. X1 arasında ünsiyyət yaranmaması üçün bir nəfər polis əməkdaşı arxada aralarında əyləşmişdir. Günorta radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində olan tıxaca görə Nizami RPİ-nə neçə dəqiqəyə çatmaqları tam yadında deyil. Təhqiqatçının otağında 1-ci Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs narkotik vasitəni Ramin və ya Ramil adlı şəxsdən həm öz istifadəsi, həm də satıb pul əldə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Niyaməddinin üzərinə şəxsi axtarış zamanı iştirak etməmişdir. Təqsirləndirilən şəxs qarşı Nizami RPİ-də heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuşdur. Nizami RPİ-in TŞ-nin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən sənədləşdirmə işləri aparılmışdır. Nizami RPİ-də şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı verdiyi ifadəsini xatırlayır. Nizami RPİ-də Niyaməddin adlı şəxs barəsində cinayət işinin olub-olmaması barədə məlumatı yoxdur. Niyaməddin adlı şəxsi əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs Nizami RPİ-də video çəkiliş zamanı narkotik vasitələri Ramin və ya Ramil adlı şəxsdən həm öz istifadəsi, həm də satıb pul əldə etmək məqsədi ilə aldığını etiraf etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Zəngilan şəhəri, H.Hacıyev küçəsi ev 25-də qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, məhəllə 2096, ev 25-də yaşayır. Üzərinə axtarış keçirilən zaman psixotrop maddə hesab edilən “Patının” və metadon dərman həbinin aşkar edilməsi ilə bağlı bildirir ki, təxminən 2 il olar ki, psixotrop maddə hesab edilən “patı” metamfetamini popirus vasitəsi ilə çəkərək qəbul edir. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş “Patını” və “metadonu” xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Müzəffər Həsənov küçəsi “Şeş-Beş” restoranın yaxınlığında tanışı Təqsirləndirilən şəxs 15 manata şəxsi istifadəsi üçün almışdır.xx.xx.2023-cü il tarixdə Şahnurla zəngləşib saat 15:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şeş-Beş” restoranının qarşısına görüşmüşlər. Elə bu vaxt dörd nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-yə getmələrini təklif etmişlər. Həmin vaxt o, cibində qeyd olunan narkotik vasitələr olsa da şübhə yaranmasın deyə polislərin təklifini qəbul edərək onlarla birlikdə Nizami RPİ-yə gəlmişlər. Yolda polislər ona diqqət yetirdikləri üçün cibində olan narkotik vasitəni tullaya bilməmişdir. İdarədə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan cins şalvarının sol yan cibində 1 ədəd şəffaf politelen bükümdə saxladığı “patını” və metadon dərman həbbini çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Üzərinə axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalanmışdır. O, suallara cavab olaraq bildrimişdir ki, O, Şahnurdan yalnız öz istifadəsi üçün narkotik vasitə almışdır. O, tez-tez Şahnurdan narkotik vasitə almışdır, özünə metamfetamin lazım oduqda Şahnurla görüşüb 20-25 manata almışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşayır. O, ailəlidir, övladı yoxdur, əvvəllər məhkumluq həyatı yaşamamışdır. Anası 2019-cu il tarixdə vəfat edib, iki qardaş bir bacıdırlar. Bacısı ailəsindən ayrılıb. Hazırda atası, bacısı və qardaşı birlikdə yaşayırlar. O, təxminən 1 il olar ki, psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetmini müxtəlif şəxslərdən alır və qəbul edir. xx.xx.2023-cü il tarixdə, axşam satlarında Bakı şəhərində “Dərnəgül” adlanan ərazidə yerləşən “Qazilər” kafesində Təqsirləndirilən şəxs ilə görüşmüş və ondan 2 büküm metamfetamini ümumilikdə 40 manata şəxsi istifadəsi üçün almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 21:45-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanın qarşısından keçən zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin daşınmasında istifadəsində şübhəli olduğunu bildirilərək onu Nizami RPİ-nə dəvət etmişlər. Şübhə yaranmasın deyə o, polislərin təklifini qəbul edərək onlarla birlikdə Nizami RPİ-nə getmişdir. Nizami RPİ-də şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan boz rəngli zolaqlı şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellefon bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin 02 ədəd bükümdə şüşə, yəni metamfetamini “Şahnur” adlı şəxsdən, bir bükümünü 20 manata olmaqla, ümumilikdə 40 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd büküm açılıb baxıldıqda içərisində psixotrop maddəyə oxşar maddə qablaşdırılaraq protokol tərtib edilərək tərəfindən imzalanmışdır. O, verilmiş sualları cavablandırarkən bildirmişdir ki, onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə, axşam satlarında Bakı şəhərində “Dərnəgül” adlanan ərazidə yerləşən “Qazilər” kafesində Təqsirləndirilən şəxs 2 bükümünü 40 manata şəxsi istifadəsi üçün almışdır.O, Şahnurdan yalnız öz istifadəsi üçün narkotik vasitə almışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq və təzyiq olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 08 fevral 2023-cü il tarixdə «Bəhlul» adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat raportla Nizami RPİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanın yaxınlığında xarici əlamətləri «Bəhlul» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Şahid2 olmasını bildirdikdən sonra ona narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşıması və istifadəsində şübhəli olması bildirilərək birlikdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin Şahid2 olduğu müəyyən olunduqdan sonra Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Şahid2 bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan boz rəngli zolaqlı şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümü təqdim edərək psixotrop maddə olduğunu və 07 fevral 2023-cü il tarixdə “Dərnəgül” adlanan ərazidə yerləşən kafedə “Şahnur” adlı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümdə psixotrop maddəyə bənzər kütlə tərəfimizdən bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. Yekunda tərəflərindən tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək tərəflərindən imzalanmışdır. Bundan başqa Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Mirzəyev tərəfindən CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri, “Dərnəgül” bazarında “Qazilər” kafesində olan “Şahnur” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək ifadəsinin alınması üçün Nizami RPİ-nin İŞ-nə gətirilməsi təmin edilməsinə dair əməliyyat tapşırığı verilmişdir. 10 fevral 2023-cü il tarixdə «Şahnur» adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat raportla Nizami RPİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olundu və qərar əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Həsənov küçəsi “Şeş-Beş” restoranın qarşısında xarici əlamətləri «Şahnur» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin vaxtı Şahnurun yanında özünü Şahid1 olduğunu bildirən bir nəfər şəxs də var idi. Onlara narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşıması və istifadəsində şübhəli olması bildirilərək birlikdə Bakı şəhər, Nizami rayon, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs və Şahid1 olduğu müəyyən olunduqdan sonra Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən saxladığı 1 ədəd qadın pul qabını, həmin gödəkcənin sol yan cibində saxladığı 1 ədəd “Samsung” markalı mobil telefonu və üzərində “Rosai” sözləri əks olunmuş 1 ədəd elektron təzəsini çıxardıb masanın üzərinə qoyaraq gödəkcənin sağ yan cibindən aşkar edilmiş həmin qadın pul qabının içərisinə baxış keçirildikdə 2 ədəd siqaretin gümüşü bükümünün, 2 ədəd siqaretin qızılı bükümünün, 3 ədəd qazet kağızı bükümünün, 1 ədəd şəffaf politelin bükümünün içərisində plastilin halında qara rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Bundan başqa həmin pul qaıbının içərisində üzərində “Metadon-40” sözləri yazılmış 6 ədəd dərman həbləri aşkar edilmişdir. O, üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni “Ramil” adlı şəxsdən bir qismini şəxsi istifadə üçün, bir qismini isə satıb Ramilə pulu ödəmək üçün alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bükümlərdə olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Mirzəyev tərəfindən CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri, “Dərnəgül” bazarında “Qazilər” kafesində olan “Şahnur” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək ifadəsinin alınması üçün Nizami RPİ-nin İŞ-nə gətirilməsi təmin edilməsinə dair əməliyyat tapşırığı verilmişdir. 10 fevral 2023-cü il tarixdə «Şahnur» adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat raportla Nizami RPİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Həsənov küçəsi “Şeş-Beş” restoranın qarşısında xarici əlamətləri «Şahnur» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin vaxtı Şahnurun yanında özünü Şahid1 olduğunu bildirən bir nəfər şəxs də var idi. O, həmin şəxslərə narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşıması və istifadəsində şübhəli olması bildirilərək birlikdə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs və Şahid1 olduğu müəyyən olunduqdan sonra Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Şahid1 bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən saxladığı 1 ədəd şəffaf politelin bükümü və həmin cibində saxladığı 1 ədəd dərman həbini çıxardıb masanın üzərinə qoymuşdur. Bir ədəd dərmanın üzərində “Metadone-40” sözləri yazılması aşkar edilmişdir. Sorğu zamanı Şahid1 ondan aşkar olunan maddənin “Patı”, dərmanın isə metadon olduğunu, onları Şahnurdan 15 manata “patını”, 10 manata isə dərmanı almasını bildirmişdir. Aşkar olunmuş bükümlərdə olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək imzalanmışdır. Bundan başqa Polis İdarəsində Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı 1 ədəd qadın pul qabını, həmin gödəkcənin sol yan cibində saxladığı 1 ədəd “Samsung” markalı mobil telefonu və üzərində “Rosai” sözləri əks olunmuş 1 ədəd elektron tərəzisini çıxardıb masanın üzərinə qoymuşdur. Gödəkcənin sağ yan cibindən aşkar edilmiş həmin qadın pul qabının içərisinə baxış keçirildikdə 2 ədəd siqaretin gümüşü bükümünün, 2 ədəd siqaretin qızılı bükümünün, 3 ədəd qazet kağızı bükümünün, 1 ədəd şəffaf politelin bükümünün içərisində plastilin halında qara rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Bundan başqa həmin pul qabının içərisində üzərində “Metadon-40” sözləri yazılmış 6 ədəd dərman həbləri aşkar edilmişdir. O, üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni “Ramil” adlı şəxsdən bir qismini şəxsi istifadə üçün, bir qismini isə satıb Ramilə pulu ödəmək üçün alaraq üzərində saxladığını bildirmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı tərəfindən video çəkilişdən istifadə edilmişdir. Aşkar olunmuş bükümlərdə olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPi-in “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Yekunda aparılmış şəxsi axtarış və götürmə ilə bağlı tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamışdır, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək tərəflərindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid5 Zabil oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Mirzəyev tərəfindən CM-nin 234.1ci maddəsi ilə başlanmış ********** saylı cinayət işi üzrə 10 fevral 2023-cü il tarixdə Bakı şəhəri, “Dərnəgül” bazarında "Qazilər" kafesində olan "Şahnur” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək ifadəsinin alınması üçün Nizami RPİ-nin İŞ-nə gətirilməsi təmin edilməsinə dair əməliyyat tapşırığı verilmişdir. 10 fevral 2023-cü il tarixdə “Şahnur” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat raportla Nizami RPİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar əsasında yaradılmış əməliyyat qupunun üzvləri ilə birlikdə həmin gün Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Həsənov küçəsi "Şeş-Beş" restoranın qarşısında xarici əlamətləri “Şahnur” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin vaxtı Şahnurun yanında özünü Şahid1 olduğunu bildirən bir nəfər şəxs də olmuşdur. Onlar sonunculara narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlanılmaqla daşıması və istifadəsində şübhəli olması bildirilərək birlikdə Bakı şəhər, Nizami rayon, Şirin Mirzəyev 71 ünvanında yerləşən Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs və Şahid1 olduğu müəyyən olunduqdan sonra Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X15 tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən saxladığı 1 ədəd qadın pul qabını, həmin göədkçənin sol yan cibində saxladığı 1 ədəd “Samsung” markalı mobil telefonu və üzərində “Rosai” sözləri əks olunmuş 1 ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. Gödəkçənin sağ yan cibindən aşkar edilmiş həmin qadın pul qabının içərisinə baxış keçirildikdə 2 ədəd siqaretin gümüşü bükümünün, 2 ədəd siqaretin qızılı bükümünün, 3 ədəd qazet kağızı bükümünün, 1 ədəd şəffaf politelin bükümünün içərisində plastilin halında qara rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Bundan başqa həmin pul qaıbının içərisində üzərində “Metadon40" sözləri yazılmış 6 ədəd dərman həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni “Ramil” adlı şəxsdən bir qismini şəxsi istifadə üçün, bir qismini isə satıb Ramilə pulu ödəmək üçün alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş bükümlərdə olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-in "Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı video çəkilişdən istifadə edilmişdir. Yekunda tərəflərindən tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış, video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək tərəflərindən imzalanmışdır. O, suala cavab olaraq bildrimişdir ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nə dəvət edərkən onlara heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (l cild i.v. 1-14) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 104-105) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15.00-da saxlanılmışdır. (l cild i.v. 131) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı 1 ədəd qadın pul qabını, həmin gödəkcəsinin sol yan cibində saxladığı 1 ədəd “Samsunq” markalı mobil telefonu və üzərində “Rosai” sözləri əks olunmuş 1 ədəd elektoron tərəzini çıxardıb masa üzərinə qoymuşdur. Gödəkcənin sağ yan cibində aşkar edilmiş həmin qadın pul qabının içərisinə baxış keçirildikdə 2 ədəd siqaretin gümüşü bükümünün, 2 ədəd siqaretin qızılı bükümünün, 3 ədəd qəzet kağızı bükümünün, 1 ədəd şəffaf politelin bükümünün içərisində spesifik qoxuya malik yaşıl ot kütlələri aşkar edilmiş, bundan başqa həmin qadın pul qabının içərisində 4 ədəd şəffaf politelin bükümünün içərisində, hər birində kristal halında maddələr aşkar edilmiş, həmin pul qabının içərisində 1 ədəd şəffaf politelin bükümünün içərisində plastilin halında qara rəngli, spesifik qoxuya malik maddə aşkar edilmiş, pul qabının içərisində üzərində “METADON-40” sözləri yazılmış 6 ədəd dərman həbləri aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cins şalvarının sağ yan cibində 20 manatlıq pul əskinazı da aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddələrin narkotik vasitə qurudulmuş marixuana, tiryək, “Patı” və metadon olduğunu, onları “Ramil” adlı şəxsdən bir qismini şəxsi istifadəsi üçün bir qismini isə satıb “Ramilə” pulu ödəmək üçün alaraq üzərində saxladığını bildirmişdir. (l cild i.v. 132-133, İİ cild, i.v. 68-69) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/207 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki pul kisəsinin içərisində 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə, 02 (iki) ədəd qızılı rəngli kağız bükümdə 03 (üç) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,402 qram, 0,235 qram, 0,234 qram, 0, 425 qram, 0,387 qram, 0, 359 qram, 0,347 qram, 2,525 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Marixuanaların ümumi çəkisi-4,914 qramdır.Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektorn tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (İ cild i.v. 170-171) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/847 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi və “...Şahid1-imza, İştirak etdilər:- iki imza,Qablaşdırdı: E.Hacıyev-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,425 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı həb-metadon tərkibli dərman preparatıdır və 1 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı 0,04 qramdır. Şahid1 üzərindən aşkar edilmiş metamfetamin ilə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminlər (11 fevral 2022-ci il tarixli 6/846 saylı ekspert rəyi) eynidirlər. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildirlər. Metadon adlı dərman perparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildir. (İ cild i.v. 174-177) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/846 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi və “....Təqsirləndirilən şəxs –imza, İştirak etdilər: - üç imza, Qablaşdırdı: E.hacıyev –imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki dörd ədəd bükümlərdəki təmiz çəkisi - 1,073 qram, -1,090 qram, -1,098 qram, -1,109 qram, ümumi təmiz çəkisi -4,370 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 06 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı həb-metadon tərkibli dərman preparatıdır və 06 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -0,24 qramdır; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -1,335 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 01 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in İ siyahısına daxildir. Metadon- adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (İ cild i.v. 180-185) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 195-196) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 232-235) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(007)-70/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 252-253) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.1 maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 2200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikasın Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndində əsasən cəzadan azad edilmişdir. (İİ cild i.v. 32-33, 113-120) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(007)-86/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-in X2 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 “təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (İİ cild i.v.39-40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X17 Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1779 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v.56-57) «Mobil telefon aparatına baxış keçirilməsi barədə» 19 aprel 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, “WA Business” tətbiqi proqramına daxil olduqda +994 77 313 79 57 nömrəsi ilə “20 lik yaxşıdısa” “meslehet deyilse başın burax” “sen densen odu” “otda isdiyirsen” “ot yüz faiz”, “can qaqa ot lazımdı 1 litr”,“15 azn de allahnan aramda pul var normal daş verib böyrundə qardaşıva bidenen qeşeng ximi tutuzdur ya 1-ci gün yada 2-ci gün xecaletinden çıxacam alınırsa mene bir şey de evden çıxım he yox”, +994 51 388 56 23 nömrəsi ilə “qardaşımsan biraz imkan varsa artıq atarsan da gələn defesine pulunu mən də artıq eliyerem”, “qaqa 15 manatlıq daş götürə bilərəm”, +994 55 343 20 93 nömrəsi ilə “ belke daşa elin çatar”, “az lazımdı 5lik 10luq” “M40 var gor isdeyen olsa” və s.sms yazıları aşkar edilmişdir. (İİ cild i.v.71, 73-78) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İİ cild i.v. 88-91) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 03 ay 16 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İİ cild i.v. 105-109) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2702 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №59”-li ştamp əksi olan paketdəki vət. Şahid2 üzərindən aşkar edilərək götürülmüş 2(iki) ədəd bükümdəki metamfetamin üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 68”-li ştamp əksi olan paketdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdəki metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidir. İlkin tədqiqat zamanı vət. Şahid2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 9 fevral 2023-cü il tarixli 6\779 saylı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş metamfetaminin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 11 fevral 2023cü il tarixli 6\846 saylı ekspert rəylərində göstərilmişdir. (İİ cild i.v. 123-125) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqıında və xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 351/724/113/422/182 və 351/725/113/422/189 imeil kodlu “Samsung” markalı mobil telefon aparatı, DVD disklər və şəxsi axtarış və götürmənin qeydə alındığı videogörüntülərin əks olunduğu DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 4,370 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 06 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı həb-metadon tərkibli dərman preparat və 06 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı 0,24 qramdır, 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,335 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonra xalis çəkisi 4,170 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 05 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı həbmetadon tərkibli dərman preparat və 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,285 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək qərarla birlikdə, saxlanılması üçün Nizami RPİ-nin MSK-da təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərindən götürülmüş kağız paketdəki pul kisəsinin içərisində 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə, 02 (iki) ədəd qızılı rəngli kağız bükümdə 03 (üç) ədəd kağız bükümdə və ayrı-ayrılıqda təmiz çəkiləri: 0,402 qram, 0,235 qram, 0,234 qram, 0, 425 qram, 0,387 qram, 0, 359 qram, 0,347 qram, 2,525 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 4,914 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra xalis çəkisi 4,514 qram narkotik vasitə qurudulmuş marixuana qərarla birlikdə, saxlanılması üçün Nizami RPİ-nin MSK-da təhvil verilmişdir. (İİ cild i.v. 70,126-144) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. (İİ cild i.v. 173-174) AzeMis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 olmaqla bir nəfər yetkinlik yaşına çatmayan və bir nəfər azyaşlı uşaqları var. (İİİ cild,i.v. 2-4) Məhkəmənin sorğusu əsasında Nizami rayon Polis İdarəsin məhkəməyə göndərilmiş məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hər hansı yeni xəsarət müəyyən edilməmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-da uyğun olaraq həkim baxışından keçirilmiş, həbs edilmiş şəxs MSY-də xəsarət aldığını bildirmiş, baxış zamanı sol bilək nahiyyəsində sıyrılmış qərtməkli yara aşkar edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai istintaq zamanı araşdırma aparılıb-aparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Nizami Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Nizami Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 228-C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı istintaq təcridxanasına qəbul edilərkən tibbi yoxlanış zamanı bədən səthi üzərində xəsarətlərin aşkar edilməsi ilə Nizami Rayon Prokurorluğuna daxil olmuş müraciət əsasında araşdırma aparılmış, onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış, təyin edilmiş Məhkəmə-Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, TS17 nömrəli rəyi alınmış və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Nizami Rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid2 ona CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə, axşam saatlarında Bakı şəhərində “Dərnəgül” adlanan ərazidə yerləşən “Qazilər” kafesində Təqsirləndirilən şəxs ilə görüşmüş və ondan 2 büküm metamfetamini, ümumilikdə 40 manata şəxsi istifadəsi üçün almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, narkotik vasitə satmaması, fiziki, psixi təsirlərə məruz qalması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, telefona baxış keçirilməsi haqqında protokol, məhkəmə sorğusu əsasında Nizami rayon Polis İdarəsindən, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından, Nizami Rayon Prokurorluğundan daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi polis əməkdaşlarının Şahnuru döyərək üzərində olmadığı halda narkotik vasitənin üzərinə götürməyi ilə bağlı təzyiqlər göstərməsi, polis əməkdaşlarının külli miqdarda narkotik vasitənin Şahnurun olmağı barədə imza çəkməyini istəmələri və s. barədə verdiyi ifadələr, Şahid2 Təqsirləndirilən şəxs tanımaması, tutulanda təqsirləndirilən şəxslə üzləşdirilməməsi, narkotik vasitəni özü tanıdığı Şahnur adlı şəxsdən alması və s. bağlı verdiyi ifadələrə münasibətdə iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə şahidlərin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və təqsirləndirilən şəxsi müdafiə etmək cəhdləri kimi qiymətləndirərək əsaslı qəbul etmir. Həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələr işin halları ilə uyğunluq təşkil etdiyindən, iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə həmin ifadələri əsaslı sayır və obyektiv qəbul edir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmiş, metadonun şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmiş, tiryək narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmiş, həmçinin qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər az yaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(007)-70/2023 saylı qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 03 ay 26 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 284 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin MSK-da təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,170 qram psixotrop maddə metamfetamin, 05 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı həbmetadon tərkibli dərman preparat və 1,285 qram olan narkotik vasitə-tiryək, 4,514 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və ibtidai araşdırma zamanı maddi sübut kimi tanınmış DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, iş materiallarında saxlanılan 351/724/113/422/182, 351/725/113/422/189 imeil kodlu “Samsung” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə (sahibinin razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 110 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 110 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 110 saat hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 660 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin MSK-da təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,170 qram psixotrop maddə metamfetamin, 05 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı həb-metadon tərkibli dərman preparat və 1,285 qram narkotik vasitə tiryək, 4,514 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai araşdırma zamanı maddi sübut kimi tanınmış DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 351/724/113/422/182 və 351/725/113/422/189 imeil kodlu “Samsung” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə (sahibinin razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 284 (iki yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 110 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 660 (altı yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1718/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1718/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver