Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1718/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və X8, müdafiəçi – Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1953-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 06:24-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq "D", “D1” kateqoriyalarının etibarlılıq müddətinin xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq həmin kateqoriyaya aid nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi (yol vərəqi) olmadan idarə etdiyi ümumi istifadədə olan "Daewoo" markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində Şəhər Yolu Şosesi ilə hərəkətdə olarkən, Zabrat qəsəbəsində, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol-hərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan avtobusun qabaq hissəsi ilə vurması nəticəsində Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, alın və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq və qapalı qəlpəli sınıqları, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, burun, hər iki əng və almacıq sümüklərinin yerini dəyişən, qapalı, qəlpəli sınıqları, hər iki körpücük sümüklərinin, soltərəfli l-ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sağtərəfli İİ- lll-lV-V-Vİ-Vİl-Vİ11 qabırğaların yerini dəyişən, qapalı qəlpəli sınıqları, ağciyərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna qanın və havanın yığılması), sağ bazu və hər iki said sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq, yerini dəyişən qəlpəli sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları kimi, Zərərçəkmiş şəxs2 isə baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, burun, hər iki əng və almacıq sümüklərinin yerini dəyişən, qapalı qəlpəli sınıqları, soltərəfli ll-lll-lV-V-Vİ-Vİl-Vİİl-İX-X, sağtərəfli lll-lV-V- Vİ-Vİl-Vİİl-İX-X qabırğaların yerini dəyişən, qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, ağciyərin, qaraciyərin, dalağın və sidik kisəsinin əzilmiş- cırılmış yaraları, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna qanın və havanın yığılması), sol aşağı ətrafın bud-çanaq oynağı nahiyəsindən tam travmatik amputasiyası və həmin səviyyədə sol bud sümüyünün başının və boynunun çoxqəlpəli açıq sınıqları, sol said sümüklərinin, sağ bud və sağ baldır sümüklərinin diz oynağıdaxili qapalı, sol bud və sol baldır sümüklərinin diz oynağıdaxili açıq, qəlpəli sınıqları, xarici cinsiyyət üzvlərinin, qarın və aralıq nahiyələrinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları və sıyrıqları kimi, dərəcələrinə görə hər ikisində ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, Zərərçəkmiş şəxs2 isə skelet sümüklərinin çoxsaylı açıq və qapalı çoxqəlpəli sınıqları və daxili üzvlərin əzilib-cırılması nəticəsində baş vermiş çoxlu qanitirmə hər iki şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtobusda konduktor kimi çalışır. 1992-ci ildən Bakı şəhərində bütün xətlərdə avtobus sürücüsü işləmiş, işlədiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətmədiyindən, hətta qayda pozuntusuna belə yol vermədiyindən bütün sürücülər onu təcrübəli sürücü kimi tanıyırlar. Səhəti yol vermədiyindən 2018-ci ildən avtobuslarda konduktor kimi işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 06:00-da həmişə olduğu kimi şirkətin Qaraçuxur qəsəbəsində yerləşən dayanacağına getmiş, orada “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid2 xəttə onunla birgə çıxacağını bildirmiş və Şahid2 idarə etdiyi “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla şirkətin həyətindən çıxdıqda sürücü Şahid2 zəng gəlmiş və sonuncu telefonda danışdıqdan sonra ona ailəsində problem olduğundan təcili olaraq Hövsan kəndinə gedəcəyini deyərək avtobusla 1 dövrə vurmasını xahiş edib şirkətin qarşısında saxladığı avtomobili ilə yaşadığı Hövsan kəndinə dəyib metronun “Koroğlu stansiyasının qarşısına gələcəyini bildirmişdir. O da şirkətin Qaraçuxur qəsəbəsində yerləşən dayanacağının qarşısından “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək xəttin əvvəlinə, yəni Məhəmmədi kəndinə yola düşmüşdür. Saat 06:30 radələrində avtobusla Sabunçu rayonu, Şəhər Yolu Şosesində, Sabunçu qəsəbəsi tərəfdən Maştağa qəsəbəsi istiqamətində saatda 40 kilometr surətlə hərəkətdə olarkən, Zabrat qəsəbəsində, hərəkəti istiqamətində yolu keçən piyadaları görmüşdür. Həmin andan onun üçün təhlükə yaranmış və düşünmüşdür ki, onlar avtobusu görüb dayanarlar. Lakin piyadalar hərəkətlərini davam etdirərək təxminən 10 metr məsafə qətt etdikdən sonra yolun qoşa xəttinə az qalmış avtobusun qabaq sol tərəfinə dəymişlər. O, hadisə yerində avtobusu saxlayaraq xəsarət alanlara yaxınlaşdıqda hər ikisini ölmüş vəziyyətdə görmüşdür. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslərin hüquqi varislərinə dəyən zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X5 tanımır, onunla və ya onun ailəsi ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur və olmamışdır. Hadisə ilə bağlı eşitdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində X6, idarə etdiyi “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi tərəfdən Maştağa qəsəbəsi istiqamətində Şəhər Yolu Şosesi ilə hərəkətdə olarkən, qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs1 və qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 avtobusun qabaq hissəsi ilə vurmuş, sonuncular almış olduqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə zamanı Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X5 tanımır, heç bir ədavətləri və ya düşmənçilikləri yoxdur və olmamışdır. Hadisə ilə bağlı eşitdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində X6, idarə etdiyi “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi tərəfdən Maştağa qəsəbəsi istiqamətində Şəhər Yolu Şosesi ilə hərəkətdə olarkən, qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs2 və qonşuluqlarında yaşayan Zərərçəkmiş şəxs1 avtobusun qabaq hissəsi ilə vurmuş, sonuncular almış olduqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam olaraq ödənilmiş, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, sürücü kimi tanıyır, lakin xx.xx.2022-ci il tarixdə hazırda sürücü işlədiyi “Azlənd Plaza" MMC şirkətinə qəbul edilərkən orada Təqsirləndirilən şəxs konduktor kimi işləyən görmüşdür. Sürücü kimi xidmətini cədvələ uyğun olaraq aparır, xidmətə başlamazdan əvvəl tibbi və sərxoşluq müayinələrindən keçir, işə başlaması üçün hər ay ona yol vərəqi verilir. xx.xx.2023-cü il tarixdə saat 05:00-da idarə etdiyi şəxsi avtomobilində "xxxx" MMC şirkətinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən duracağına gəlmişdir. Avtomobilini şirkətin yaxınlığında saxlayaraq şirkətə girmişdir. Şirkətin duracağında tibbi və sərxoşluq müayinələrindən keçmiş, 217 saylı xətt üzrə “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusda işləyəcəyi bildirilmişdir. O, şirkətdən yol vərəqini götürərək marşrut üzrə işləməyə hazır olduğunu bildirmişdir. Həmin tarixdə saat 06 radələrində xidmətə başlayarkən konduktor Təqsirləndirilən şəxs şirkətin Qaraçuxur qəsəbəsində yerləşən duracağına gəlmiş, o, özü ilə konduktor kimi Təqsirləndirilən şəxs götürmüşdür. İdarə etdiyi “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusda, konduktor Təqsirləndirilən şəxslə birgə şirkətin duracağından çıxdıqdan sonra, şirkətin qarşısında olarkən ona evdən zəng gəlmiş, evdə su borusunun partlamasını və evi su basmasını demişlər. Təqsirləndirilən şəxs uzun illər avtobus sürücüsü işləməsini bildiyindən sonuncudan xahiş etmişdir ki, təcili olaraq yaşadığı Suraxanı rayonu, Hövsan kəndinə getməsi üçün onun əvəzinə avtobusla 1 dövrə vursun. Həmin vaxtadək şirkətin qarşısında saxladığı avtomobilində yaşadığı Hövsan kəndindəki evinə baş çəkib metronun “Koroğlu stansiyasının qarşısına gələcəyini bildirdi və şirkətin Qaraçuxur qəsəbəsində yerləşən dayanacağının qarşısında avtobusu Təqsirləndirilən şəxs verdi. Sonuncu da sükan arxasına keçərək oradan sürüb getmişdir. Avtobusu Təqsirləndirilən şəxs sürməyə verməsini heç kim görməmiş və ya heç kəsə deməmişdir. O, öz avtomobilində evinə getmiş, saat 06:30 radələrində şirkətin işçiləri ona zəng vuraraq hadisə barəsində məlumat istəyərkən bilmişdir ki, Təqsirləndirilən şəxs avtobusla yol nəqliyyat hadisəsi törətmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə hadisə baş verərkən görüb tanımış, heç bir münasibətləri, ədavətləri və ya düşmənçilikləri yoxdur. 01,09.2023-cü il tarixdən "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2023-cü il tarixdə saat 04:30-da tibbi və sərxoşluq müayinələrindən keçərək yol vərəqi almış və Q4:55-də şirkətin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən duracağından “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusu götürərək 172 saylı marşrut üzrə işə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 06:24-də idarə etdiyi avtobusla Sabunçu rayonu, Şəhər Yolu şosesində, Maştağa qəsəbəsi tərəfdən Sabunçu qəsəbəsi istiqamətində saatda 30 kilometr surətlə hərəkətdə olarkən, Zabrat qəsəbəsində, hərəkəti istiqamətində sol səkidən sağ səkiyə doğru asta yerişlə yan-yana və düzünə yolu keçən, sonradan adlarını bildiyi piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 görmüşdür. Həmin anda onunla əks istiqamətdə, yəni onunla üz-üzə, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla gəlirmiş. Həmin piyadalar Təqsirləndirilən şəxs üçün sağ səkidən sol səkiyə doğru təxminən 10 metr məsafə qətt edərək qoşa xəttə çatmağa təxminən 1 metr məsafə qalmış, Təqsirləndirilən şəxs avtobusun qabaq sol tərəfi ilə həmin piyadaları vuraraq piyadalardan birini onun yoluna, digərini isə öz yoluna atmışdır. O, qəza işıqlarını yandıraraq onun yoluna düşən piyadaya 3-4 metr məsafə qalmış idarə etdiyi avtobusu dayandırmış və avtobusdan düşmüşdür. Sürücü Təqsirləndirilən şəxs də avtobusdan düşmüşdür. O, və sürücü Təqsirləndirilən şəxs xəsarət alanlara yaxınlaşdıqda görmüşlər ki, hər iki piyada ölmüşlər. O, DİN-in “102” Xidmətinə məlumat vermiş, həmin vaxt YPX inspektorları hadisə yerinə gəlmiş, avtobus sürücüsü Təqsirləndirilən şəxs sənədlərini təqdim edərək hadisə barəsində məlumat vermişdir (cild 1, iş vərəqi 23-25). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 26). xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 263.3cü maddəsindən həmin Məcəllənin 263-1.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi səhifə 58). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263- 1.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 60-61). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 76- 79). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 136). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, iş vərəqi 141). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən, cinayət işinin icraatı təzələnmişdir (cild 1, iş vərəqi 146-147). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263- 1.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 158-160). Şahid1 idarə etdiyi “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusda quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əldə edilməsi üçün verilmiş sorğuya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən alınmış 10.01,2024-cü il tarixli 13-18/2- 42/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun xx.xx.2023-cü il tarixə aid müvafiq video görüntüsünü avtobusda quraşdırılmış “Digital video recorder’’də yerləşən “hard disk drive’’də yaranmış texniki problem səbəbindən qeydə alına bilmədiyindən təqdim etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 130). Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 307 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Burun, hər iki əng və almacıq sümüklərinin yerini dəyişən, qapalı qəlpəli sınıqları. Soltərəfli ll-lll-lV-V-Vİ-Vİl-Vİİl- İX-X, sağtərəfli lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların yerini dəyişən, qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması. Ağciyərin, qaraciyərin, dalağın və sidik kisəsinin əzilmiş-cırılmış yaraları. İkitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna qanın və havanın yığılması). Sol aşağı ətrafın bud-çanaq oynağı nahiyəsindən tam travmatik amputasiyası və həmin səviyyədə sol bud sümüyünün başının və boynunun çoxqəlpəli açıq sınıqları. Sol said sümüklərinin, sağ bud və sağ baldır sümüklərinin diz oynağıdaxili qapalı, sol bud və sol baldır sümüklərinin diz oynağıdaxili açıq, qəlpəli sınıqları. Xarici cinsiyyət üzvlərinin, qarın və aralıq nahiyələrinin əzilmiş-cırılmış yaraları. Döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmişcırılmış yaraları və sıyrıqları; -Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərkküt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 19.11,2023cü il tarixdə və şəraitdə, yəni avtobusun vurması və üzərindən keçməsi nəticəsində törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu həyatla bir araya sığmayan xəsarətlərlə əlaqədar skelet sümüklərinin çoxsaylı açıq və qapalı çoxqəlpəli sınıqları və daxili üzvlərin əzilibcırılması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur; ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir; mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 111-117). Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 306 saylı ekspert rəyindən görünür ki, mərhum X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Alın və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq və qapalı qəlpəli sınıqları. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma. Burun, hər iki əng və almacıq sümüklərinin yerini dəyişən, qapalı qəlpəli sınıqları. Hər iki körpücük sümüklərinin, soltərəfli l-il-lll-İV-V-Vİ-Vİl-Vlil-İX, sağtərəfli ll-lll-İV-V-Vİ-Vll-Vİİİ qabırğaların yerini dəyişən, qapalı qəlpəli sınıqları. Ağciyərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna qanın və havanın yığılması). Sağ bazu və hər iki said sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq, yerini dəyişən qəlpəli sınıqları. Döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları; xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 19.11,2023-cü il tarixdə və şəraitdə, yəni avtobus vurması nəticəsində törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; mərhum X1 ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar baş beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 5-7 saat əvvələ uyğun gəlir; mərhum X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 119-126). Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 8/492 nömrəli ekspert rəyindən görünür ki, «Daewoo” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, iş vərəqi 142-145). Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 30.11,2023-cü il tarixli, 3-13-16/2- 166336/2023 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1953-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, xx.xx.2025-ci il tarixədək etibarlı olan BB 441359 nömrəli, “BCD" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamış, onun “D və D1” kateqoriyası xx.xx.2018-ci il tarixədək etibarlıdır (cild 1, iş vərəqi 107). Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 171). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələrinə eləcə də toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 №-li 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci maddəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz; törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır; Həmin Qərarın 23-cü maddəsinə əsasən məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-in) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (CİM-in 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərəçəkmiş şəxsin hüquqi varislərinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə təqsirini etiraf etməklə səmimi peşmanlığı cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2023-cü il tarixdə barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətin ümumi cəza müddətinə hesablanmasını, lakin yaşlı olmasını, ibtidai istintaq zamanı barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə prosessual qaydada əməl etməsini, ibtidai və məhkəmə istintaqı zamanı qətimkan tədbirinin şərtlərini pozmamasını, əvvəllər məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin hüquqi varislərinə dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsi, həmçinin zərərçəkmiş şəxsin hüquqi varislərinin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsini, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməli və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, məhkəmə məsrəfləri - məhkəmə-avtonəqliyyat ekspertizası üzrə tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbacan Respulikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-avtonəqliyyat ekspertizası üzrə tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1718/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1718/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver