Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1719/2021 06.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, H.Əliyev küçəsi, ev 9, mənzil 16-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda təkrarən əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,464 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 2,967 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış və 03 may 2021-ci il tarixdə, saat 12:40-da Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,464 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində "X8" yazılmış kibrit qutusunun içərisindən təmiz çəkisi 2,967 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrarən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 17,362 qram olan narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,875 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və 23 may 2021- ci il tarixdə, saat 07:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən hərəkətləri ilə şübhə doğurduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yol kənarında saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinə gətirilmişdir. İnzibati binada onun üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən 2 (iki) ədəd şəffaf sellofan bükümdə, 1 (bir) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,501 qram, 4,126 qram və 0,047 qram, ümumi təmiz çəkisi 5,674 qram, yəni külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəffaf sellofan bükümdə təmiz çəkisi 0,875 qran olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmçinin şübhəli şəxs qismində tutulduğu üçün 23 may 2021-ci il tarixdə, saat 18:00-da Sabunçu rayon Polis İdarəsinin MSY-yə təhvil verildikdən sonra orada MSY-nin əməkdaşları tərəfindən üzərində aparılmış axtarış nəticəsində alt paltarında gizlətdiyi 2 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 10,317 qram, 1,371 qram, ümumi təmiz çəkisi 11,688 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə “kakosdan” istifadə edir. O, əslən Naxçıvan Muxtar Respublikasından olsa da, bir neçə ildir ki, ailəsi ilə birlikdə Maştağa qəsəbəsində yaşayır. O, tutulmamışdan əvvəl Zabrat yolunda yerləşən dəmirçi sexində qaynaqçı işləmişdir. O, narkomaniya xəstəliyindən xeyli müddətdir ki, əziyyət çəkir. Ona narkotik vasitə lazım olduqda, o, Nizami rayonu ərazisində tanımadığı şəxslərdən narkotik vasitələri pulla almışdır. O, aylıq qazancından uşaqlarına pul vermiş və uşaqlarının daxılı olmuşdur. Uşaqlarına verdiyi pullar hesabına daxılda 725 manat pul toplanmışdır. O, uşaqlarını sünnət etdirmək üçün daxılda olan pulu götürmüş və qoyun almaq üçün yollanmışdır. Bu məqsədlə o, Ləhiş bağlarına heyvan almağa getmişdir. Heyvan almaq məqsədi ilə o, oğlu ilə birlikdə bir dalana daxil olmuşdur. Həmin vaxt dalanda bir neçə polis əməkdaşı bir nəfəri zorla polis maşınına mindirmişlər. Orada yol dar olduğundan o, oğlu ilə orada dayanmış və polisdən nə baş verdiyini soruşmuşdur. Polis isə baş verən məsələnin ona aid məsələ olmadığını bildirmiş və ondan getməsini tələb etmişdir. O, oradan getmək istədikdə, polislərdən biri ondan siqaret istəmişdir. O da cibində olan siqaret qutusunu açıb polis əməkdaşına siqaret vermək istəmişdir. O, cibindən siqaret qutusunu çıxarıb açdıqda, həmin vaxt qutunun içərisində falqaya bükülmüş “kakos” olmuşdur. O, tutulmamışdan bir neçə gün əvvəl öz istifadəsi üçün “kakos” almış və bir hissəsini də istifadə etmişdir. Siqaret qutusunda qalan hissəsini isə o, növbəti istifadə üçün siqaret qutusunun içərisində saxlamışdır. O, siqaret qutusunu açdıqda, polis əməkdaşı falqanı görmüş və dərhal siqaret qutusunu onun əlindən almışdır. Qutuda təxminən 0.2-0.3 qram çəkidə narkotik vasitə “kakos” olmuşdur. Bundan sonra polis əməkdaşları onu da polis maşınına mindirərək Polis bölməsinə aparmışlar. O, da polis əməkdaşlarına etiraz etməyərək Polis bölməsinə getmişdir. Polis bölməsində onun üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qadağan olunmuş heç bir narkotik vasitə aşkar edilməmişdir. O, tutularkən üzərində olan siqaret qutusunun içərisində öz istifadəsi üçün aldığı 0.2-0.3 qram çəkidə narkotik vasitə “kakos” olmuşdur. Bundan sonra polis əməkdaşları haradansa narkotik vasitələr gətirmişlər və ondan həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. O da polislərin qorxusundan ittiham aktında qeyd edilmiş çəkilərdə və növdə olan vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. Bundan əvvəl də o, tutulduğundan qorxmuş və ona görə də polislərdən qorxaraq etiraf etmişdir. Lakin əslində onun üzərində Polis bölməsində şəxsi axtarış aparılan zaman narkotik vasitə aşkar edilməmişdir. Ona məxsus olan narkotik vasitə ancaq siqaret qutusunda olan “kakos” olmuşdur. Onun üzərində başqa narkotik vasitə və psixotrop maddə olmamışdır. O, heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınması, əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsində polis nəfəri vəzifəsində işləyir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. O, iş yoldaşları ilə birlikdə 23 may 2021-ci il tarixdə, səhər saat 07:00 radələrində Ləhış bağları massivində xidmət apararkən yolun kənarında dayanan **-PZ-*** dövlət nömrə nişanlı, "KHAZAR" markalı avtomobil onlara şübhəli gəlmişdir. O, digər polis əməkdaşı Şahid3 ilə birlikdə həmin avtomobilə yaxınlaşmışdır. Onlar avtomobilə yaxınlaşdıqda, avtomobilin sürücüsü özünü şübhəli aparmışdır. Onlar sürücüdən avtomobildən düşməsini və sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü də yəni, Təqsirləndirilən şəxs avtomobildən düşmüş və onlara üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara sənədinin olmadığını dedikdə, onlar Təqsirləndirilən şəxs sərxoş olduğunu güman etmişlər. Belə ki, Tofiqin gözləri “axmış” və ayaq üstə dura bilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs spitli içkinin iyi gəlməmişdir. Onun təcrübəsinə əsasən onlar hesab etmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olmuşdur. Buna görə də onlar Təqsirləndirilən şəxs 42-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində onların tutduqları şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra təhqiqatçı gəlmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində onların iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən siqaret qutusunu çıxararaq təhqiqatçıya təqdim etmiş və siqaret qutusunun içində bir neçə bükümdə narkotik vasitə olduğunu demişdir. Hadisənin üstündən xeyli müddət keçdiyindən o, hazırda Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində neçə bükümdə narkotik vasitənin olmasını xatırlamır. Bundan sonra həmin vasitələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra keçirilmiş prosessual hərəkətlə bağlı protokol tərtib olunmuş və şəxsi axtarışda iştirak edən bütün şəxslər həmin protokolu imzalamışlar. Bundan başqa, onlar sonradan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə də baxış keçirmişlər. Lakin avtomobildə qadağan edilmiş əşya aşkar edilməmişdir. O, sonrakı prosessual hərəkətlərdə iştirak etməmişdir. Ona görə də sonradan Təqsirləndirilən şəxs üzərinə təkrar şəxsi axtarış keçirilən zaman o, sonuncudan hansına narkotik vasitənin aşkarlanmasını görməmişdir. O, Təqsirləndirilən şəxs alt paltarında narkotik vasitənin aşkarlanmasının şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Sabunçu rayon Polis İdarəsinin MSY-də növbətçi vəzifəsində işləyir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 23 may 2021-ci il tarixdə, saat 18:00 radələrində o, işdə növbətçi olduğu zaman 42-ci Polis bölməsinin təhqiqatçısı Rəşad Yaqubov tərəfindən tərtib edilmiş 23 may 2021-ci il tarixli protokol üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Əliyev X2 Saxlama Yerinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs MSY-yə qəbul edildikdən sonra MSY-nin X4 əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs MSY-yə qəbul edilərkən özünü şübhəli aparmış və ona görə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs alt paltarından narkotik vasitəyə oxşar maddə çıxararaq onlara təqdim etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin "kakos" olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün aldığını demişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi vasitə zərfə qoyularaq qablaşdırılmışdir. Təqsirləndirilən şəxs üzərində həmin vasitədən başqa qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonrakı proseslər Təqsirləndirilən şəxs soyundurulması şərtilə üzərinə baxış keçirilməsi ilə davam etdiyindən videoçəkiliş dayandırılmışdır. Soyundurularaq axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, 32-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 03 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid8 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin gün saat 12:30 radəsində ünvan 3 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuya narkotik maddələrin istifadəsi və üzərində saxlanmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib 32-ci Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs də onlarla razlaşaraq Polis bölməsinə getmişdir. 32-ci Polis bölməsində xidməti otaqların birində tutduqları Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş 1 (bir) ədəd büküm, eləcə də 1 (bir) ədəd kibrit qutusunun içəsirində olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 2 (iki) ədəd bükümün içərisində nə olması, nə vaxt və necə əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində heroin, digər kibrit qutusunun içərisində isə marixuana olmasını və həmin vasitələri 02 may 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında üzdən tanıdığı, ancaq adını bilmədiyi şəxsdən öz istifadəsi üçün heroini 20 manata və marixuananı isə 15 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 2 (iki) ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və bu vaxt hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 oxşar məzmunlu ifadə verməklə Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X7 ifadəsində göstərdi ki, onun iki qardaşı və iki bacısı var. Onun atası həbs edilən ərəfədə onun üçün kiçik toy mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur. Onun evdə pul yığmaq üçün qabı, yəni daxılı olmamışdır. Ancaq onun bacılarının daxılı olmuşdur. Evdə ona pul verildikdə, o, həmin pulları daxıla yımamışdır. O, həmin pulla dükana gedib nəsə almışdır. Onun atası Təqsirləndirilən şəxs onun sünnət toyu üçün qoyun almaq istəmişdir. Amma qoyun alınması üçün pul yığılmamışdır. Adətən o, atasının maşını ilə nənəsigilin evinə getmiş və 2-3 gün nənəsigildə qalmışdır. O, atası Tofiq ilə Ləhiş bağlarına da getmişdir. O, axırıncı dəfə atası ilə Ləhiş bağlarına nə vaxt getməsini xatırlamır. Onun atasının qara rəngli maşını olmuşdur. Atası Tofiq polislər tərəfindən saxlanıldığı zaman o da maşında olmuşdur. O, atası ilə bağda olan inəklərinə yemək aparan zaman polislər onların maşınını saxlamışdır. Polislər bir neçə nəfər olmuşlar. Polislərdən biri maşına yaxınlaşaraq atasını maşından düşürmüşdür. Sonra polislərdən biri onun atasını təpiklə vurmuşdur. Daha sonra onları Polis bölməsinə aparmışlar. Orada atasının üstünə qışqırmışlar və polislərdən biri ona “böyüyəndə sən də atanın tayı olacaqsan” demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 110) görünür ki, həmin gün Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə “Tofiq” adlı şəxsin narkotik vasitələri saxlaması və istifadə etməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 111-112) görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:40 radələrində ünvan 4 ünvanın qarşısında narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bilindiyinə görrə saxlanılmış və Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 135-136) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 138-139) görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə, 1 (bir) ədəd üzərində "X9” yazılmış kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin məktubundan (cild 1, iş vərəqə 145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs oğu şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/418 nömrəli rəyindən (cild 1, iş vərəqə 118) görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan kibrit qutusunda olan təmiz çəkisi 2,967 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1786 nömrəli rəyindən (cild 1, iş vərəqə 152-153) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №195" möhür əksi, "... Təqsirləndirilən şəxs götürülən..." və s. yazılar, imzalar (5 imza) olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,464 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 166-167) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli qətimkan təbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 185) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 146) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1415 saylı rəyindən (cild 2, iş vərəqə 23-24) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi pereparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 195-196) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin onun barəsində olan cinayət işinə 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs 23.05.2021-ci il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağları adlanan ərazidə “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında olmasında şübhə yarandığına görə tutularaq 42-ci Polis bölməsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 16) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs üzərinə və paltarına şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı avtomobildə axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın ön sağ cibindən “Vegas” markalı siqaret qutusunun içərisindəki 2 (iki) ədəd şəffaf selofana bükülmüş və 1 (bir) ədəd gümüşü siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinə oxşar, həmçinin 1 (bir) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 32-33) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2035 nömrəli rəyindən (cild 1, iş vərəqə 41-42) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N241" dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,875 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,501 qram, 4,126 qram və 0,047 qram, ümumi təmiz çəkisi 5,674 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli tutulmuş və həbs edilmiş şəxslərin tam axtarışı haqqında protokoldan (cild 1, iş vərəqə 47- 48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın arxa tərəfindən içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə olan 2 (iki) ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 201) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 may 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-336/2021 saylı qərarından (cild 1, iş vərəqə 72-74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin və nikah haqqında şəhadətnamənin surətlərindən (cild 1, iş vərəqə 76-81) görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 3 (üç) azyaşlı uşağı var. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2067 nömrəli rəyindən (cild 2, iş vərəqə 27-28) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,317 qram, 1,371 qram ümumi təmiz çəkisi 11,688 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65" dairəvi dairəvi möhür əksləri olan bir ədəd kağız paketin içərisində, üzərində adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 3 (üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 5,544 olan heroinlər ilə digər 1 (bir) ədəd zərfdəki 2 (iki) ədəd bükümdəki ümumi təmiz çəkisi 11,688 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Cinayət işində olan və məhkəm istintaqında tədqiq edilmiş 14 iyul 2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 102-103) görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işi Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınması haqqında qərardan (cild 2, iş vərəqə 58-59) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 17,362 qram olan narkotik vasitə heroinin və 2,967 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 17,152 qram təşkil edən narkotik vasitə heroninin və 2,947 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi, 03 may 2021-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci Polis bölməsində və 23 may 2021-ci il tarixdə Suraxanı RPİ-nin 42-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışların videogörüntülərini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-591/2021 saylı qərarından (cild 2, iş vərəqə 41-43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 23 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3777 nömrəli rəyindən (cild 2, iş vərəqə 35-36) görünür ki, 03 may 2021-ci il tarixdə və 23 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 senyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 60-67) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və ona həmin maddələr üzrə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 69-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-738/2021 saylı qərarından (cild 2, iş vərəqə 108-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olfevralaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə, saat 12:40-da Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində tutularaq 32-ci Polis bölməsinə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,464 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 2,967 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansı qiymətə, hansı çəkidə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə və nə vaxt 03 may 2021ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 03 may 2021-ci il tarixdə 32-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçiirlməsi və həmin vaxt onun üzərindən təmiz çəkisi 0,464 qram təşkil edən narkotik vasitə heroinin və təmiz çəkisi 2,967 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə, saat 07:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yol kənarında tutularaq 42-ci Polis bölməsinə aparılmışdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ qabaq cibindən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,501 qram, 4,126 qram və 0,047 qram, ümumi təmiz çəkisi 5,674 qram təşkil edən narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,875 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan və həmin gün onun üzərində şəxsi axtarış keçirilib üzərindən 5,674 qram çəkidə narkotik vasitə heroin və 0,875 çəkidə psixotrop maddə metamfetamin aşkar edildikdən sonra həmin gün saat 18:00-da Sabunçu rayon Polis İdarəsinin MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs MSY-yə qəbul edilərkən üzərində yenidən şəxsi axtarış keçiirlmiş və bu vaxt onun alt paltarında gizlətdiyi 2 (iki) ədəd şəffaf sellofan bükümdə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkisi 10,317 qram və 1,371 qram, ümumi təmiz çəkisi 11,688 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs hansı qiymətə, hansı çəkidə, ümumiyyətlə əvəzli və ya əvəzsiz şəkildə, habelə hansı şəraitdə və nə vaxt 23 may 2021ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 23 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsində şəxsi axtarış aparılması və onun üzərindən ümumi təmiz çəkisi 5,674 qram təşkil edən narkotik vasitə heroinin, ümumi təmiz çəkisi 0,875 qram təşkil edən psixotrop maddə metamfetaminin, eləcə də MSY-yə qəbul edilərkən üzərində yenidən şəxsi axtarış aparılan zaman üzərindən ümumi təmiz çəkisi 11,688 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulması şəraitini və yeri, eləcə də üzərində şəxsi axtarış keçirilərkən aşkarlanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olmasını mübahisələndirsə də, yəni 23 may 2021-ci il tarixdə tutularkən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmadığını, həmin gün narkotik vasitələrin təsiri altında olduğunu, ittiham aktında göstərilmiş çəkidə, növdə və bükümlərdə narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını, göstərilən predmetlərin polis əməkdaşları tərəfindən onun cibinə və alt paltarına qoyulduğunu iddia etsə də, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri dəlillər məhkəmə istintaqında ayrı-ayrılıqda dindirilmiş şahid ifadələri, o cümlədən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladının ifadəsi ilə tam şəkildə təqzib edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verərək mümkün qədər cinayət məsuliyyətindən yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hallar müəyyən edilmədi. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həm 03 may 2021-ci il tarixdə, həm də 23 may 2021-ci il tarixdə tutularkən üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddə metamfetamini qanunsuz şəkildə məhz satış məqsədi ilə əldə etmişdir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmasına baxmayaraq, onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinə nisbətdə dövlət ona güzəşt göstərmiş və nəticədə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdir. Dövlətin ona göstərmiş olduğu güzəştə baxmayaraq, Təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış və təxminən 20 gündən sonra daha çox çəkidə, növdə, bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və 23 may 2021-ci il tarixdə yenidən tutulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin növünü, çəkisini, ayrı-ayrılıqda bükümlərdə olmasını, habelə apelyasiya instansiyası məhkəməsində bərqərar olmuş məhkəmə təcrübəsini əsas götürərək məhkəmə hesab edir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məzh satış məqsədi ilə əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla yanaşı, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, evli olmasını, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddələr üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəticəsinə gələrkən onun evli olmaqla, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə onunla uşaqları arasında möhkəm mənəvi bağlılığın olmasını əsas tutmuşdur. Belə ki, məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş uşağı atasının tutulmasının ona çox pis təsir etdiyini, ailə üzvlərinin yaşlı nənəsinin himayəsində qaldıqlarını və onların maddi cəhətdən çətinlik çəkdiklərini dəfələrlə ifadə etmişdir. Məhkəmə hesab edir ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunan və evli olmaqla himayəsində 3 (üç) azyaşlı uşağı olan Təqsirləndirilən şəxs cəza təyini zamanı istisna qaydada dövlət tərəfindən güzəşt tətbiq edilməklə ədalətin bərqərar olmasına nail olmaq olar. Bu səbəbdən də məhkəmə ona təqsirli bilindiyi maddələr üzrə ən aşağı həddə cəzanın təyin edilməsini məqbul sayır. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, o, 03 may 2021-ci il tarixdə tutulmuş və 04 may 2021-ci il tarixdə azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, onun 03 may 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır və onun üzərində saxlanılan cəzanın əvvəli 23 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi pereparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Sabuçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 17,152 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,947 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 311 (üç yüz on bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 311 (üç yüz on bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabuçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 17,152 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,947 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə aparılması videogörüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1719/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1719/2021
06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver