Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1719/2022 02.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Oğuz rayonu, Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Xocalı şəhərində qeydiyyatda olmaqla Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə yaşamış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 Aprel 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Komsomol dairəsi” adlanan ərazidə tanışı X3 20 manata satış məqsədi ilə qanunsuz olaraq 2 büküm, hər bükümdə təmiz çəkiləri 0,320 qram və 0,262 qram olmaqla, ümumi təmiz çəkisi 0,582 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən nömrəsiz evin yaxınlığına qədər daşımış, 12 aprel 2022-ci il tarixdə saat 01 radələrində Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Sabunçu rayonu, ünvan 1çu RPl-yə gətirilmiş, İdarədə onun üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 2 bükümdə ümumi təmiz çəkisi 0,582 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı ehtimal olunan “Məhəmməd” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəyərinin bir qismini sonradan ödəmək şərti ilə satış məqsədilə qanunsuz olaraq 12 büküm, hər bükümdə təmiz çəkiləri 0,470 qram, 0,329 qram, 0,395 qram, 0,393 qram, 0,384 qram, 0,389 qram, 0,584 qram, 0,428 qram, 0,451qram, 0,526 qram, 0,432 qram və 0,525 qram, həmçinin metal qabda təmiz çəkisi 11,89 qram, ümumi təmiz çəkisi 17,196 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala-Ramana yolunda yerləşən Ramana qəbiristanlığının yaxınlığına qədər daşımış, 24 iyun 2022-ci il tarixdə saat 03 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ PPXB-nin polis nəfərləri tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 4nin 12-ci Polis şöbəsinə gətirilmiş, PŞ-də onun üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən ümumi təmiz çəkisi 17,196 qram olan narkotik vasitə qurudulmuş marixuana, sol yan cibindən “Samsung J30” markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə çəkən kimi özünü təqsirli bilir, tanışı Rəsulla heç bir alqı-satqısı olmamışdır. O, əvvəllər kakosdan istifadə etmişdir, lakin onda iki büküm metamfetamin qalmışdır. 11 aprel 2022-ci il tarixdə Rəsulla görüşüb onunla onda olan metamfetamini şəxsi istifadəsi üçün kakosla dəyişdirmək istəyirmiş. Bu vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu polis idarəsinə gətirmişlər və üzərindəki iki ədəd bükümdə metafetamini aşkar etmişlər. İki gün müvəqqəti saxlama yerində saxlanılmışdır. Onlardan barəsində müalicəsi üçün tədbir görülməsini və xəstəxanaya yerləşdirilməyini xahiş etmişdir. Onlar 3 ay müddətinə onu azadlığa buraxmışlar. Bu müddət ərzində nə kakosdan, nə də metamfetamindən istifadə etmişdir. Onları tərgitmək üçün marixuanadan istifadə edirmiş. Marixuananı iranlı şəxsdən əldə edirmiş. İyun ayında isə üzərində 17 qram marixuana olarkən polis əməkdaşları tərəfindən yenidən saxlanılmışdır. Marixuanadan az istifadə edəndə təsir etmirmiş. Hər axşam 6-7 dəfə marixuananı çəkmək lazım imiş ki, təsir etsin. Narkotik istifadə etdiyi üçün peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi, üzərində saxlaması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və digər əməkdaş Şahid4 iştirak edirmiş. 2022-ci ilin aprel ayında əməliyyat müvəkkili Şahid4la birlikdə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Y.Qasımov küçəsi, nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinə dəvət etmişlər, onu polis idarəsinə gətirmişlər. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində iki ədəd büküm aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləyir. 2022-ci ilin iyun ayında digər əməkdaş Şahid1la birgə Sabunçu rayonu, Ramana qəsəbəsi, Qala Ramana ərazisində qəbiristanlığın yanında xidmətdə olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin özünü şübhəli aparması ilə əlaqədar ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərin təqdim edərək şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs sənədinin üzərində olmadığını bildirərək, onlara əhəmiyyət verməyib əli ilə nəyisə yerə atmış və qaçmışdır. Təqsirləndirilən şəxs tutaraq onu ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. 12-ci Polis şöbəsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və onun üzərində 10 və ya 12 bükümdə narkotik vasitə aşkar edilmişdir. Daha sonra şəxsi axtarış barəsində protokol tərtib olunmuş, protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, Təqsirləndirilən şəxs, ibtidai istintaqda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o qazanc əldə etməsi üçün deyil, özünün istifadə etdiyi narkotikin pulunu çıxarması üçün tanışlarına hərdən narkotik satmışdır. Telefon yazışmasında və səsyazılarında istifadə etdiyi terminlər, yəni sözlər narkotik anlamına gəlir. Belə ki, “patı” və şüşə - metamfetamin, “kola” və “kakos”- heroin, “daş” və “torpaq” - tiryək, “ot" və “nəşə" - marixuana deməkdir. Bu terminləri narkomanlar öz aralarında istifadə edirlər. Cinayət işində olan 24 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/683 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Vət. Təqsirləndirilən şəxs götürülmüş 12 ədəd gümüşü kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,329 qram, 0,395 qram, 0,393 qram, 0,384 qram, 0,389 qram, 0,584 qram, 0,428 qram, 0,451 qram, 0,526 qram, 0,432 qram, 0,525 qram və 01 ədəd metal qabda təmiz çəkisi 11,89 qram, ümumi çəkisi 17,196 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr“ in siyahısına (Siyahi 1) daxildir. Marixuananın ümumi çəkisi 17,196 qram, tədqiqata sərf edildi 0,26 qram(hər obyektdən 0.02 qram) qalıq 16,936 qram.(ekspertiza tədqiqatın dəyəri 72 (yetmiş iki) manat) Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Telefona baxış keçirilməsi haqqında“ protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı aşkar olunaraq götürülmüş, ***-***-**-** nömrəsi ilə istifadə etdiyi "Samsung J30 FM/DS” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, “WhatsApp” və “Məsajlar” proqramları vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddələrin satışı zamanı səsli məsajlardan istifadə etmiş və yazışmalar aparmışdır. “WhatsApp” proqramı vasitəsi müəyyən edilmişdir ki, ***-***-**-** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs səs ataraq ondan evinə gəlməsini və gələrkən özü ilə "daş” gətirməsini xahiş edir. ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs daşın qiymətini soruşur, Təqsirləndirilən şəxs daşın qiymətinin 25 manat olmasını yazır və yaxşı mal olmadığından onluq olmadığını deyir. ***-***-**-** nömrəsinin istifadəçisi daşı özü deyil qız tanışının istəməsini deyir, Qobu qəsəbəsində olmasını və hazırda gəlməsini bildirir, bir müddət sonra Təqsirləndirilən şəxs ona məhəllənin başına keçməsini yazır, o, isə məhəllədə olduğunu və Təqsirləndirilən şəxs tez gətirməsini xahiş edir. Telefonun yaddaşında (Pərvin Bərbər) kimi qeydə alınan ***- ***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla səsli yazışarkən “Pərvin Bərbər” mobil telefon şəkilini göndərərək həmin telefonu 40 manat hesabı ilə qəbul edərək 1 çet çətənə və 1 büküm patı istəyir, Təqsirləndirilən şəxs bildirir ki, onun pula ehtiyacı var, telefonun üstündə 30 manatda pul gətirsin.Telefonun yaddaşında {Şirin) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla səsli yazışarkən “patı” olub olmamasını soruşur, Təqsirləndirilən şəxs bildirir ki, yoxudur. xx.xx.2022-ci il tarixdə “Şirin” adlı şəxs ağrılardan ölməsini və 6 manatının olmasını bildirir, Təqsirləndirilən şəxs “patı” soruşur, sonuncu bildirir ki, pulu əlində saxlasın özü “Əlişka" gil tərəfə gəlir. ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla yazışarkən Təqsirləndirilən şəxs “patı” istəyir, sonuncu səsli məsajla bildirir ki, karopkada ot var, lakin “daş” yoxudur. ***- ***-**-** nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxsla 50 manata yarım çet patı və nəşəyə razılaşır.Telefonun yaddaşında (Tanqo ..dosd) kimi qeydə alınan +98-***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla səsli yazışarkən “Tanqo ..dosd” Təqsirləndirilən şəxs deyir ki, pulu kartına atan kimi qəbzini ona göndərsin, malı hazırlayırlar, Maştağa tərəfə qoyacaq. Təqsirləndirilən şəxs deyir ki, 5-10 dəqiyqə səbirli olsun, onun kartına pul oturan kimi həmin pulu ona göndərəcək.Telefonun yaddaşında (Nicat Karyer) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla səsli yazışarkən Təqsirləndirilən şəxs soruşur ki, nağd pulla 2 qram “kola" tapmaq olarmı? Təqsirləndirilən şəxs bildirir ki, gözləsin tapıb gətirir.Telefonun yaddaşında (Tanqo Sim) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxsla yazışarkən sonuncuya lomkada olduğunu bildirib ondan daş istəyir, Təqsirləndirilən şəxs bildirir ki, gələrsən 1-2 çet verərəm, qoyuram girişə götürərsən.Telefonun yaddaşında (Totu) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxsla səsli yazışarkən 2 ədəd torpaq lazım olduğunu, hər ikisini çet formasında deyil, bütöv olmasını istəyir və qiymətini soruşur, Təqsirləndirilən şəxs hazırda “kola” axtardığını deyir.Telefonun yaddaşında (Alpanayev) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla səsli yazışarkən sonuncuya, ondan aldığı koladan 1-2 tüstü vurarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, lakin sərbəst buraxıldığını, kolanın yaxşı olmadığını deyir, Təqsirləndirilən şəxs bildirir ki, həmin maldan 10 nəfər istifadəçiyə satıb, heç biri narazı qalmayıb.Telefonun yaddaşında (Yewqa ,qirmizi) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla səsli yazışarkən bildirir ki, bükümdəki kola çox az idi, yaxşı deyildir, yaxşı ki, üstündə patıda vermişdir, kolanı aldığına görə peşimandır, gərək nəşəni götürərdi.“Məsaj” proqramı vasitəsi ilə müəyyən edilmişdir ki, telefonun yaddaşında (Tanqo Sim) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla yazışarkən, sonuncudan nağd puluyla 2-3 qram kola istəyir, bacardığı qədərincə ucuz olmasını xahiş edir, Təqsirləndirilən şəxs saat 9-da özü gətirəcəyinə söz verir, “Tanqo Sim” adlı istifadəçi əlavə olaraq 3-4 bükümünü ona saxlamasını xahiş edir və pulunu ödəyəcəyini və ya əvəzində daş verəcəyinə söz verir.Telefonun yaddaşında olan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə saat 05:39-da Təqsirləndirilən şəxs “salam qaqa vəziyyətim pisdi nəyinsə var” sözlərini yazır.Telefonun yaddaşında (Zamiq Talış) kimi qeydə alınan ***-***-**-** nömrəsinin istifadəçisi xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxsla yazışarkən ağrıları olduğundan kəndə getməsini bildirir, Təqsirləndirilən şəxs Qarayevdə olmasını, tema götürməyə getməsini bildirir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2063 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün N48” dairəvi möhür əksləri, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan zərfdəki iki ədəd bükümdə ayrı-aryılıqda təmiz çəkisi 0,320 qram, 0,262 qram ümumi təmiz çəkisi 0,582 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’ln siyahısına (Siyahı 1) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 0,582 qram, tədqiqata sərf edildi 0,1 qram qalıq 0,482 (ekspertiza tədqiqatın dəyəri 92 (doxsan iki) manat) Cinayət işində olan 14 aprel 2022-ci il tarixli “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməsinin qeydə alındığı video çəkilişə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunur ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ Təhqiqat şöbəsinin təhqiqatçısı Famil Məsimovun xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir, Sabunçu RPİ TŞ-nin təhqiqatçısı Famil Məsimov, Təqsirləndirilən şəxs qanunsuz əşyaların daşınması, əldə edilməsi və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ əməkdaşları tərəfindən RPİ-yə gətirildiyini deyərək, ona hüquq və vəzifələrini izah edir, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasına etirazının olmadığını deyir. Bundan sonra X4, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və sol yan cibindən “Kotel” markalı mobil telefonu təqdim edir. X4 2 ədəd bükümü açarkən içərisindən ağ rəngli maddə olması müəyyən edildi, sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin maddə narkotik vasitə olan ‘patı’dır, yəni metamfetamindir, 1 ildir ki, istifadə edir, xx.xx.2022-ci il tarixdə Sabunçu dairəsindən “Rəsul” adlı şəxsdən şəxsi istifadəsi üçün 1 bükümünü 10 manata olmaqla 2 bükümünü 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan bükümlər, həmçinin mobil telefon X4 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərflər möhürlənir, Təqsirləndirilən şəxs özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. Cinayət işində olan 25 iyun 2022-ci il tarixli “CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməsinin qeydə alındığı video çəkilişə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunur ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ 12-ci PŞ-nin təhqiqatçısı Anar Məmmədovun xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin təhqiqatçısı Anar Məmmədov, Təqsirləndirilən şəxs qanunsuz əşyaların daşınması, əldə edilməsi və gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən Polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan şəxsi axtarış aparılmasına etirazının olmadığını deyir. Bundan sonra X5, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd dəri üzlüklü saxlama qabını, 1 ədəd gümüşü rəngli dəmir qabı və əynindəki gödəkçəsinin sol yan cibindən smartfon tipli mobil telefonu təqdim edir. X5 əvvəlcə gümüşü rəngli dəmir qabı açır, içərisindən ot kütləsi aşkar olunur, sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin bitki otdur, özünün istifadəsi üçün almışdır. Daha sonra dəri üzlüklü saxlama qabının zamokunu açır, içərisindən gümüşü rəngli falqaya bükülmüş 12 ədəd büküm aşkar olunur, sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, otdur, özünün istifadəsi üçün almışdır. Təhqiqatçı həmin maddələrin nə olmasını və haradan almasını təkrar soruşarkən Təqsirləndirilən şəxs bildirir ki, 4 ildir ki, narkotikdən istifadə edir, təqdim etdiyi ot kütlələri marixuanadır, telefon vasitəsi ilə təxminən 2 il əvvəl təsadüfən tanış olduğu “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşından Saray yolunda 700 manata almışdır, ilkin olaraq 300 manat ödəmiş, qalan pulu borclu qalmış, alarkən büküm çox olmuş, ötən müddət ərzində az qismini istifadə etmiş, qalanını üzərində hərdən istifadə etməsi üçün gəzdirir. Məhəmməd adlı şəxslə 2 il ərzində cəmi 1-2 dəfə görüşmüş, marixuananı bükümlərə bölməkdə məqsədi hər dəfə istifadə edərkən bükümün birini siqaretdə çəkməsi olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan bükümlər, həmçinin mobil telefon X5 tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, Təqsirləndirilən şəxs özü, həmçinin şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən zərf imzalanır və bununla da çəkiliş sona çatır. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, 13 aprel 2022-ci il tarixdə isə barəsində polisin nəzarəti altında qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-550/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4055 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 24 iyun 2022-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 16,936 qram marixuana, qalıq qalmış 0,482 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxsdan ümumi ekspertiza xərci təşkil edən 164 ( yüz altmış dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixindən 13 aprel 202-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün, təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 164 ( yüz altmış dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq qalmış 16,936 qram marixuana, qalıq qalmış 0,482 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 02 ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1719/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1719/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver