Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1719/2023 25.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 09:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, hal-hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində ümumi sayı 23 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etmiş və 22 iyul 2022-ci il tarixdə saat 15:50-də Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nə gətirilib orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsindən yaş vəziyyətdə, külli miqdarda ümumi sayı 23 ədəd olan aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, marixuana kimi tanıdığı narkotik maddədən çəkmək yolu ilə istifadə edir. Yəni öz həyətində əkib-becərdiyi çətənə bitkisini qurudaraq istifadə edir. 22 iyul 2022-ci il tarixdə saat 15:50 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış aparılması zərurətinin yarandığını bildirib, onlarla birlikdə yaxınlıqda olan Suraxanı RPİ-nə getməli olduğunu demişlər. Suraxanı RPİ-də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil-müdafiəçi ilə təmin edilmişdir. Vəkili ilə təklikdə görüşdükdən sonra, təhqiqatçı tərəfindən xidməti otaqarın birində onu polis idarəsinə gətirən polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya-maddə aşkar edilməsə də yaşadığı evin həyətyanı torpaq sahəsində özünün əkib- becərdiyi tərkibində narkotik maddə olan çətənə kolları olmasını, yaşadığı evə və həyətyanı torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilinin və aqronomun iştirakı ilə yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evinin həyətində torpaq sahəsində əkib-becərdiyi 23 ədəd çətənə kolları aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Sonra yaşadığı evə baxış keçirilmiş və qanunsuz olaraq əldə edilmiş heç bir əşya və ya maddə aşkar olunmamışdır. Yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və aşkar edilmiş çətənə kollan qablaşdırılmış bir ədəd sintetik torbanın üzəri onun və digər iştirakçılar tərtəfmdən imzalanmışdır. Çətənə bitkisinin toxumlarım bir neçə ay əvvəl tanımadığı şəxsdən əldə etmişdir.Narkotik maddələrin satışı ilə məşğul olmur. Həyətindən aşkar edilmiş çətənə kollarını özü, şəxsi istifadəsi üçün əkib- becərmişdir. Sinir xəstəliyilə bağlı narkotik vasitədən istifadə etdiyini, ağrıları çox olduğundan ağrıkəsici dərmanların fayda etmədiyini, bu səbəbdən narkotik vasitə tərkibli bitkidən istifadə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onlar saat 15:50 radəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsi 6 saylı evin qarşısında görüb, yaxınlaşaraq, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, ona bizimlə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs həyətinə olan açıq qapıdan onun həyətində narkotik tərkibli çətənə kollarına bənzər yaşıl kolların olduğunu görüb, ondan həmin kolların həqiqətən də narkotik tərkibli çətənə kolları olduğunu, özünün əkib becərdiyini bidirmişdir. Ona görə də həmin həyətə nəzarət etmək üçün PPX-nin polis nəfərləri çağırılmış və onlara həyətə daxil olmadan həmin kollan nəzarətdə saxlamaq tapşırılmışdır. Şahid1 ilə birlikdə Suraxanı RPİ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçı, polis kapitanı Suad Həmzəyev tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra müdafiəçinin və onların iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, maddə olmadığım, lakin yaşadığı evin həyətində torpaq sahəsində tərkibində narkotik maddə olan çətənə kolları əkib, becərdiyini, həyətyanı sahəsinə və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı ünvan 6 ünvanındakı həyətyanı sahəyə və evinə müdafiəçisinin və mütəxəssisaqronomun iştirakları ilə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs həyətində əkdiyi çətənə kollarını göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin həyətində olan üç tərəfi hasarlı, bir tərəfi politelenlə örtülmüş yerə gətirərək orada bitmiş çox saylı yaşıl və yaş kol bitkilərini göstərərək, həmin kolların tərkiblərində narkotik maddə olan çətənə kolları olduqlarını, kollan özünün əkib, becərdiyini, kolların ətraflarını alaq otlarından təmizlədiyini, mütəmadi olaraq suladığını bildirmişdir. Həmin kollan və bitdikləri torpaq sahəsini müayinə edən mütəxəssis-aqronom kollara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra kollar torpaqdan çıxarılaraq sayılmış və saylarının 23 ədəd olduğu müəyyən edilmişdir. Həmin kollar təhqiqatçı tərəfindən götürülərk ağ rəngli kisəyə qoyularaq qablaşdırılmış, kisənin üzərinə skoçla kağız vərəqəsi yapışdırılmış və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı evə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən bu barədə təhqiqatçı və müdafiəçi tətrəfindən soruşulduqda da Təqsirləndirilən şəxs ona qarşı hər hansi bir formada qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 22 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində biz saat 15:50 radəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsi 6 saylı evin qarşısında görüb, yaxınlaşaraq, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, ona bizimlə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nə getməli olduğunu dedik. Təqsirləndirilən şəxs həyətinə olan açıq qapıdan onun həyətində narkotik tərkibli çətənə kollarına bənzər yaşıl kolların olduğunu görüb, ondan həmin kolların həqiqətən də narkotik tərkibli çətənə kolları olduğunu, özünün əkib becərdiyini bildirmişdir. Ona görə də həmin həyətə nəzarət etmək üçün PPX-nin polis nəfərləri çağırılmış və onlara həyətə daxil olmadan həmin kollan nəzarətdə saxlamaq tapşırılmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə Suraxanı RPİ-nə gəldikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçı, polis kapitanı Suad Həmzəyev tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra müdafiəçinin və onların iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, maddə olmadığım, lakin yaşadığı evin həyətində torpaq sahəsində tərkibində narkotik maddə olan çətənə kolları əkib, becərdiyini, həyətyanı sahəsinə və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı ünvan 6 ünvanındakı həyətyanı sahəyə və evinə müdafiəçisinin və mütəxəssis-aqronomun iştirakları ilə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs həyətində əkdiyi çətənə kollarım göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin həyətində olan üç tərəfi hasarlı, bir tərəfi politelenlə örtülmüş yerə gətirərək orada bitmiş çox saylı yaşıl və yaş kol bitkilərini göstərərək, həmin kolların tərkiblərində narkotik maddə olan çətənə kolları olduqlarını, kollan özünün əkib, becərdiyini, kolların ətraflarını alaq otlarından təmizlədiyini, mütəmadi olaraq suladığını bildirmişdir. Həmin kollan və bitdikləri torpaq sahəsini müayinə edən mütəxəssis-aqronom kollara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra kollar torpaqdan çıxarılaraq sayılmış və saylarının 23 ədəd olduğu müəyyən edilmişdir. Həmin kollar təhqiqatçı tərəfindən götürülərək ağ rəngli kisəyə qoyularaq qablaşdırılmış, kisənin üzərinə skoçla kağız vərəqəsi yapışdırılmış və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı evə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən bu barədə təhqiqatçı və müdafiəçi tərəfindən soruşulduqda da Təqsirləndirilən şəxs ona qarşı hər hansı bir formada qanunsuz hərəkət edilmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/812 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş narkotik bitkilər...” yazısı və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 23 (iyirmi üç) ədəd bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli-çətənə (kannavis) bitkiləridir. (iş vərəqə 46-49) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5215 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoid və psixostimyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 135-136) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2456 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respunlikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 137-140) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz olaraq əldə edilmiş əşya, maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib-becərdiyini və evinə, həyətyanı sahəsinə baxış keçirilməsinə məhkəmə qərarı olmadan baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. (iş vərəqə 30-31;37-38) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən müdafiəçisi X2 və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşyanın, maddənin olmadığını bildirməsi, ancaq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının əkib, becərdiyini, evinə və həyətyanı sahəsinə məhkəmə qərarı olmadan baxış keçirilməsinə etirazının olmadığını bildirməsi bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və başqa hər hansı bir əşya, maddə aşkar edilməməsi müəyyən olunur. (iş vərəqə 85) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 22 iyul 2022-ci il tarixli həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında protokolla Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə və həyətyanı sahəsinə müdafiəçisinin, aqronom-mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və həyətyanı torpaq sahəsindən 23 ədəd yaş halda tərkibində narkotik maddələr olan olan çətənə (kannabis) bitkisi kolları aşkar edilərək götürülmüşdür. (iş vərəqə 37-38; 86) İş materiallarında olan AR DİN Suraxanı RPİ-nin xx.xx.2022-ci il tarixli 096-8188-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana və həyətyanı sahəsinə baxış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 23 ədəd çətənə (kannabis) kolları iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş vərəqə 143-149) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən həmin bir ədəd DVD diski və onun yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən həmin bir ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və saxlanılması üçün iş materiallarına əlavə olunmuşdur. (iş vərəqə 143-149) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməsi və narkotik vasitələri şəxsi istifadəsi üçün kultivasiya etməklə saxlaması ilə bağlı verdiyi ifadəsinə iş üzrə digər sübutlarla yanaşı hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həm yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitənin miqdarı, həm də kultivasiya edilmiş kolların sayı, ekspertiza rəyləri, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “diskə baxış keçirilməsi haqqında”, protokollar və digər mötəbər sübutlar işin faktiki hallarına uyğundur, onların mötəbərliyi şübhə doğurmur, həmin sübutlar Təqsirləndirilən şəxs təqsirli olduğunu sübut edir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə növü tərkibində narkotik maddələr olan bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə-bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən torpaq sahəsində qanunsuz olaraq əkilib yetişdirməklə külli miqdarda ümumilikdə əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini kultivasiya etmişdir. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 23 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 84) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 X3 Xəstəxasının xx.xx.2023-cü il tarixli, 1/3749 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Ağayev X1 və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər Bakı şəhəri 2 X3 Xəstəxanasında stasionar müayinədə olmuşdur. İş materiallarında olan 116862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4 vardır. İş materiallarında olan 344462 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X5 vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-443/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 iyul 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 20, 82-83) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-479/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 22 noyabr 2022-ci il tarixinədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı növündə qətimkan tədbirinin tətbiqinə xx.xx.2022-ci il tarixdən başlanılmışdır. (iş vərəqə 105-106) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. AR Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 25 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 5215 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvana və həyətyanı sahəsinə baxış, götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 23 ədəd çətənə (kannabis) kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD formatlı disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay ona təyin edilmiş cəzadan çıxılsın, üzərində 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 23 ədəd çətənə bitkisi (kannabis) kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD formatlı disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1719/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1719/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver