Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1719/2024 24.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X11 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ll qrup əlil (orqanizmin funksiyalarının 61-80 faizinin pozulması), əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məsqədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş qanunun tələblərinə əsasən), həmçinin satış məsqədi olmadan külli miqdarda qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,242 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 26 avqust 2023-cü il tarixdə, saat 12:20-də Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,242 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 5,294 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 3,132 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə, saat 21:30-də Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,874 qram və 2,420 qram, ümumi təmiz çəkisi 5,294 qram olan qəhvəyi rəngli tozşəkilli xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,778 qram və 1,354 qram, ümumi təmiz çəkisi 3,132 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq təmiz çəkisi 0,166 qram olan qəhvəyi rəngli maddə olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə əlaqədar olaraq 13 dekabr 2023-cü il tarixdə, saat 11:15-də İstintaq Təcridxanasının əməkdaşları tərəfindən xidməti otaqların birində onun üzərinə və şəxsi əşyalarına baxış keçirilərkən, əşyalarının yerləşdirildiyi paketin içərisində olan ona məxsus tünd sarı rəngli şalvarın sağ ön cibindən 01 ədəd şəfaf sellofona bükülmüş ümumi təmiz çəkisi 0,166 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, arvadı vəfat etdikdən sonra, təxminən 2020-ci ildən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni müxtəlif ünvanlardan və şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə oğlu Pərviz və oğlunun dostu olan zaman polis əməkdaşları gələrək onları polis idarəsinə aparmışlar. Belə ki, həmin zaman oğlu Pərviz kimlərləsə dalaşmışdır. İdarədə ona “bunu götürün, sizi buraxırıq” deyərək üzərinə narkotik vasitə qoymuşlar. Orada “ya bu uşağı tuturlar”, “ya da bu əməli törətməyini boynuna al” demişlər. Elə də olmuş, ilk dəfə Pərvizi tutanda boynuna aldığı üçün onu buraxmışlar. Bundan sonra 17 oktyabr 2023-cü il tarixdə o, dayısıoğlu Mirseyid və oğlunun dostu Eminlə Pərvizin yanına getmək üçün yaşadığı evdə hazırlıq görmüşlər. Axşam saatlarında əməliyyatçılar evə daxil olaraq axtarış aparmış, lakin heç nə tapmamışlar. Hüseyn adlı əməliyyatçı “bizdə çoxdur” deyərək onu evində olan digər şəxslərlə birlikdə idarəyə aparmışlar. İdarədə cibinə “mal” qoyaraq çəkilişdə təqdim etməsini demiş, o isə buna etiraz etmişdir. Əməliyyatçılar Hüseyn və Etibar ona fiziki güc tətbiq etdiyindən məcburiyyət qarşısında ona deyilənlərlə razılaşmışdır. Əməliyyatçı Hüseyn onun qohumudur və onunla şəxsi ədavətləri var. Hüseynin atasının onların qohumları ilə torpaq söhbətinə görə mübahisələri olub, qohumları Hüseynin atasını 3 dəfə bıçaqla vurublar. Hüseynin bibisi onun dayısının yoldaşı olubdur. İstintaqda da bunu bildirib, lakin nəzərə alınmayıbdır. Hər iki halda, yəni 28 avqust 2023-cü il tarixdə, həm də 17 oktyabr 2023-cü il tarixdə üzərində heç bir narkotik vasitə olmayıbdır. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən onun üzərinə qoyulubdur. 2023-cü ilin dekabr ayının əvvəllərində Yasamal rayon Polis İdarəsinin MSY-də olan zaman qardaşı arvadından ona paltar gətirməsini xahiş etmişdir. Qardaşı arvadı da paltarları polis vasitəsi ilə ona çatdırmışdır. Yasamal rayon Polis İdarəsinin MSY-də həmin paltarların polis tərəfindən yoxlanılıbyoxlanılmamasını bilmir. Bakı İstintaq Təcridxanasında paltarları yoxlanılan zaman ona məxsus çantanın içərisində olan sarı rəngli yay şalvarının sağ yan cibindən 01 ədəd bükümdəki heroin aşkar edilərək götürülmüşdür. Dəqiq xatırlamasa da ola bilər ki, həmin bükülünü nə vaxsa almış və şalvarının cibində unutmuşdur. Məhkəmədə dediklərində tam səmimidir və yalan danışmır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcdrixanasının Rejim Nəzarət şöbəsində nəzarətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 13 dekabr 2023-cü il tarixində Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən Bakı İstintaq Təcridxanasına gətirilən zaman tərəflərindən üzərinə və əşyalarına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü ilə gətirdiyi əşyaların olduğu paketdəki tünd sarı rəngli şalvarın sağ ön cibindən 1 ədəd sellofana bükülmüş vəziyyətdə narkotik maddəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükülüdə olan maddənin narkotik vasitə olmaqla özünə məxsus olduğunu, tutulmamışdan əvvəl alaraq cibində saxladığını və sonradan cibində qalmasını unutduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcdrixanasında nəzarətçisi işləyən Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. O məhkum olunduğu üçün hazırda Bakı İstintaq Təcridxanasında cəza çəkir. 13 dekabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilən Təqsirləndirilən şəxs üzərinə və əşyalarına onun və digər hal şahidinin iştirakı ilə təcridxana əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs aid əşyaların yerləşdiyi paketin içərisində olan tünd sarı rəngli şalvarın sağ ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra sənədləşdirmə işləri aparılmış, o da tərtib olunmuş sənədlərə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid7 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi Yasamal rayonu ərazisinin sakini kimi tanıyır, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 26 avqust 2023-cü il tarixdə ona X1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı müvafiq sənədləşdirmə işləri aparılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində təxminən saat 12 radələrində Pərviz Mustafayev və onunla bir yerdə olan Təqsirləndirilən şəxs Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi 28 saylı ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilmişlər. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd içərisində ağ rəngli maddələr olan bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə olan metamfetaminin olmasını, həmin maddəni «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxslə bağlı əməliyyatçı Şahid6 daxil olmuş məlumatla bağlı keçirilmiş tədbirdə də iştirak etmişdir. Belə ki, 17 oktyabr 2023-cü il tarixdə, təxminən saat 21:30 radələrində onun, Şahid6 və Şahid8 iştirakı ilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs və onunla birlikdə iki nəfər, yəni Mirseyid və Emin adlı şəxslər ünvan 4 ünvanın qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmişlər. İdarədə müvafiq sənədləşdirmə işləri aparılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd içərisində ağ rəngli, 02 ədəd içərisində qəhvəyi rəngli maddələr olan bükümləri çıxararaq təqdim etmiş və həmin bükümlərdə narkotik maddə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını, həmin bükümləri “Kubinka” adlı ərazidən üzdən tanıdığı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs dediyi kimi onunla hər hansı qohumluq əlaqələri, düşmənçiliyi və ədavəti yoxdur. Hətta səhv xatırlamırsa, şəxsin psixi pozuntusu da var. Yasamal rayonunda əslən “dağlı” olanlar necəsə qohum çıxa bilər. Lakin o maraqlanmış və belə bir qohumu olmadığını öyrənmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi torpaq söhbəti təxminən eşitdiyinə görə 30 il bundan əvvəl olmuş, o da tərəflər arasında razılıqla həll olunmuşdur, yəni bıçaq söhbəti olmamışdır. Təqsirləndirilən şəxs onun barəsində dedikləri əsassızdır. Hər iki halda ünvana əməliyyat məlumatı əsasında getmişlər. O və ya başqası tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixoloji təsir olmamışdır. Təqsirləndirilən şəxs hər iki halda əməlini könüllü olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili Şahid6 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı tanımışdır. Onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 17 oktyabr 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sənədləşdirmə aparılaraq əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbirində o, əməkdaşlar Şahid7 və Şahid8 iştirak etmişdir. 17 oktyabr 2023-cü il tarixdə, saat 21:30-da ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs və həmin vaxt onun yanında olan digər iki nəfərə, şəxsiyyətləri sonradan müəyyən edilmiş X3 və X8 yaxınlaşaraq onları idarəyə dəvət etmişlər. Sonuncular heç bir etiraz etməyərək onlarla birlikdə idarəyə gəlmişlər. İdarədə Yasamal RPİ-nin TŞ-də təhqiqatçı Orxan Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda sonuncu əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddə və 02 ədəd içərisində ağ rəngli maddələr olan ümumilikdə 04 ədəd bükümləri təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olmasını, həmin maddələri «Kubinka» adlanan ərazidə üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O və ya digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fizki və ya psixoloji təzyiq olmamış, Təqsirləndirilən şəxs özü üzərində olan qanunsuz əşyaları təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili Şahid8 da şahidlər Şahid6 və Şahid7 verdikləri ifadələrlə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X12 tərəfindən tərtib olunmuş, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkili Şahid7 və Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru Şahid8, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kolegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən imzalanmış 26 avqust 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz əldə olunması və istifadə edilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 12:20-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan metamfetamin olduğunu, həmin narkotik vasitəni 26 avqust 2023-cü il tarixdə «Kubinka» adlanan ərazidən üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağıza bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində ağ qəhvəyi rəngli, kristal şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış və götürmə günorta vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkiliş həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə 14:25-də başlamış, 14:50-də başa çatmışdır (cild 1, i/v 223-224). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı 26 avqust 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4565 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; Təqsirləndirilən şəxs – imza; iştirakçılar-iki imza, baş təhqiqatçı:Ə.Məmmədovimza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi – 0,242 qram olan ağ kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi – 0,242 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,192 qram qalıq qalmışdır (cild 1, i/v 231-234). - Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 5(004)-881/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Yasamal rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, i/v 240). - 26 avqust 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 28 avqsut 2023-cü il tarixli qərardan və “başqa yerə getməmək haqqında” 28 avqust 2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 26 avqsut 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokuroru tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərarla barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal rayon Pİ-nin İŞ-nin müstəntiqi İmamverdi Mehralının vəsatətinin müdafiə edilməsindən imtina edilərək dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, 212-213, cild 2, i/v 8-11). - Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X14 tərəfindən tərtib olunmuş, Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid6, Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru Şahid8, Bakı şəhəri Yasamal RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid7 oğlu, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarın sağ yan 02 ədəd şəffaf sellofan büküm içərisində ağ kristal şəkilli maddə, 02 ədəd şəffaf sellofan büküm içərisində qəhvəyi rəngli kütlə çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nədən ibarət olduğu soruşulduqda o bildirmişdir ki, həmin kütlələr narkotik vasitələrdir. Həmin narkotik vasitələrin kimdən əldən olunduğu soruşulduqda o bildirmişdir ki, həmin narkotik vasitələri Yasamal rayonu, Kubinka adlanan ərazisindən üzdən tanıdığı şəxsdən 50 manat pul ödəyərək əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş naməlum maddələr ekspertizaya təqdim edilmək üçün 01 ədəd ağ rəngli zərflə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən aşkar edilmiş bir ədəd Rothmans markalı siqaret qutusu, təsbeh, kibrit qutusu və kağız parçası sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirən zaman üzərindən qanunla qadağan olunan heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış, axtarış və götürmə zamanı “İphone” markalı mobil telefondan istifadə edilməklə çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olmaqla qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış və götürmə 22:20-də başlamış, 22:40-da başa çatmışdır (cild 1, i/v 104-105). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş və maddi sübut kimi tanınmış videogörüntüləri özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı 17 oktyabr 2023-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5603 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza; dörd imza, təhqiqatçı: O.Əliyev...” bir ədəd kağız zərfdə 02 ədəd bükümlərdə təmiz çəkiləri – 2,874 qram, 2,420 qram, ümumi təmiz çəkisi – 5,294 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri - 1,778 qram, - 1,354 qram, ümumi təmiz çəkisi - 3,132 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinlərin ümumi təmiz çəkisi 5,294 qram olmuş, 0,1 qram (hər birindən 0,05 qram) tədqiqata sərf edilmiş, 5,194 qram qalıq qalmışdır. Metamfetaminlərin ümumi təmiz çəkisi – 3,132 qram olmuş, 0,1 qram (hər birindən 0,05 qram) tədqiqata sərf edilmiş, 3,032 qram qalıq qalmışdır (cild 1, i/v 117-120). - Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 5(004)-1115/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Yasamal rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Şahid6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, i/v 131). - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan, həmin tarixli protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-816/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 4(008)-205/2024 nömrəli qərarları ilə həbsdə saxlanılma müddəti sonuncu dəfə 08 may 2024-cü il tarixinədək uzadılmışdır (cild 1, i/v 91, 92, 150-152, cild 2, i/v 125-131, 212-215). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, PX-nin Bakı İstintaq Təcridxanasının Əməliyyat şöbəsinin böyük inspektoru Şahid3 tərəfindən tərtib edilmiş, Bakı İstintaq Təcridxanasının axtarış otağının nəzarətçiləri Şahid1, Şahid2, hal şahidləri Bakı İstintaq Təcridxanasının təsərrüfat briqadasında saxlanılan Şahid5 və X9, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış otağında baxış keçirilən zaman özü ilə gətirdiyi əşyalarının yerləşdirildiyi paketin içərisində olan tünd sarı rəngli şalvarın sağ ön yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs müəssisənin əməliyyat şöbəsinin xidməti otağına dəvət olundu və öz yazılı izahatında bildirdi ki, 13 dekabr 2023-cü il tarixdə, təxminən saat 11:15 radələrində DİN-nin Yasamal RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman təcridxana əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda hal şahidlərinin iştirakı ilə üzərinə və əşyalarına baxış keçirilərkən özü ilə gətirdiyi əşyalarının yerləşdirildiyi paketin içərisində olan ona məxsus tünd sarı rəngli şalvarın sağ ön yan cibindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin ona məxsus olduğunu, narkotik maddələrin aludəçisi olduğuna görə həbs olunmamışdan bir müddət əvvəl narkotik maddəni tünd sarı rəngli şalvarın sağ ön yan cibinə qoyduğunu və sonradan orada olduğunu unutduğunu qeyd etmişdir. Daha sonra bildirmişdir ki, o, Yasamal RPİ-nin müvəqqəti saxlama yerində saxlanılarkən qardaşı Samir Mustafayevin həyat yoldaşı Nailə Mustafayeva tərəfindən ona əşyalarını gətirdiyini və gətirdiyi geyim əşyalarının arasında olan tünd sarı rəngli şalvarın cibində narkotik maddənin olduğundan xəbərinin olmadığını qeyd etdi. Götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin tərkibini və çəkisini müəyyən etmək məqsədilə kriminalistik tədqiqat keçirilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədilə hal şahidlərinin və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq xüsusi paketə qoyuldu və müəssisənin üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndi. Protokol tərtib olundu, ucadan oxundu, hal şahidləri, iştirakçılar və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalandı, proses zamanı şikayət və təkliflər daxil olmadı (cild 1, i/v 6). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6399 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi olan və “Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilən zaman... Həbs olunmuş şəxs: imza “Təqsirləndirilən şəxs” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) əsəd bükümdə təmiz çəkisi 0,166 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 0,166 qram olmuş, 0,030 qram tədqiqata sərf edilmiş, 0,136 qram qalıq qalmışdır (cild 1, i/v 17- 19). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/6541 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası Zərflər üçün” dairəvi möhür əksi olan, ”xx.xx.2023-cü il tarixdə təxminən 11:15 radələrində... Təqsirləndirilən şəxs üzərinə və gətirdiyi əşyalarına baxış keçirilən zaman... ” Həbs olunmuş şəxs: imza “Təqsirləndirilən şəxs” sözləri, ad, soyad, ata adı və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,136 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 0,136 qram olmuş, 0,030 qram tədqiqata sərf edilmiş, 0,106 qram qalıq qalmışdır (cild 1, i/v 34- 36). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 5956 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən “Narkotik və digər psixoaktiv maddələrdən birlikdə istifadə edilməsi nəticəsində psixi davranış pozuntuları” diqanozu ilə BŞNM-də qeydiyyatdadır (cild 2, i/v 26). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, xx/xx-12905 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən narkoloji (dispanser) qeydiyyatdadır (cild 2, i/v 28). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 14706 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə dəfələrlə həmin xəstəxanada müalicədə olub. Sonuncu dəfə xx.xx.2010-cu il tarixdə xəstəxanaya qəbul olunub. xx.xx.2010-cu il tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Baş-beyin travmatik xəstəliyi, davranış pozuntusu ilə narkotizasiyası ilə fəsadlaşmış” (cild 2, i/v 34). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3123 saylı rəyinin yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu, anamnezində narkomaniya ilə fəsadlaşmış müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir (cild 2, i/v 40-42). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator X2 xx.xx.2023-cü il tarixli, 7922 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 93-94). - 28 mart 2024-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PŞ-nin Bakı İT-də keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əşyaları arasındaki sarı rəngli şalvarın sağ ön cibindən aşkar edilmiş 0,166 qram narkotik vasitə heroin, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 5,294 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,132 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 0,242 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 17 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən 1 ədəd CD disk və 26 avqust 2023cü il tarixli “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonraki qalıq çəkisi 0,106 qram narkotik vasitə heroin, 5,194 qram narkotik vasitə heroin və 3,032 qram psixotrop maddə metamfetamin, 0.242 qram psixotrop maddə metamfetaminin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, 17 oktyabr 2023-cü il tarixli və 26 avqust 2023-cü il tarixli “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən 2 ədəd CD diskin cinayət işinin materiallarına əlavə ediməsi qərara alınmışdır (cild 2, i/v 148-159). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-300/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i/v 183-190, cidl 2, i/v 24-25). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 21-1/314749-16 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 1(004)-300/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya idarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçlmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən seçilmişdir. xx.xx.2023-cü il tarixə ona təyin olunmş cəzanın 02 ay 20 gününü çəkmiş, 02 il 09 ay 06 gün çəkilməmiş cəzası vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1238 №-li sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – hər iki bazunun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri onun müayinə olunduğu vaxtdan 4- 6 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 2, i/v 86-88). - Bakı şəhəri, Yasamal rayon prokurorluğunun böyük müstəntiqi X4 tərəfindən qəbul edilmiş 507-c-23 nömrəli yoxlama materialı üzrə 07 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra döyülməsi və təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, i/v 102-105). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni narkotik vasitə olan heroini və psixotrop maddə olan matemfetamini satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq və külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən qismən etiraf edilsə də məhkəmə icraatında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirərək qeyd edir ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə saxlanılan zaman müdafiəçinin iştirakı ilə həm şübhəli şəxs qismində, həm təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində psixotrop maddələrdən istifadə etdiyini, 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakının Kubinka adlanan ərazisində üzdən tanıdığı, adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 10 manat qarşılığında ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aldığını, 26 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi 28 ünvanının qarşısında oğlu Pərviz Mustafazadə ilə birlikdə olduğu zaman iki nəfər polis əməkdaşının onlara yaxınlaşaraq özlərini təqdim etdiklərini, onlara polis idarəsinə getməyi təklif etdiklərini, onların da bununla razılaşaraq idarəyə getdiklərini, üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən psixotrop maddə metamfetamini çıxarıb təqdim etdiyini bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə saxlanılan zaman şübhəli şəxs qismində, həm təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində heroin və metamfetamini Yasamal rayonu, Kubinka adlanan ərazidən üzdən tanıdığı şəxsdən 50 manat pul ödəyərək öz narkotik ehtiyacını ödəmək üçün aldığını, həmin tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirildiyini, üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ağ kristalşəkilli maddə, 02 ədəd bükümdə qəhvəyi rəngli maddə çıxararaq təqdim etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmə iclasında isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmiş, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı prokurorluq tərəfindən araşdırılma aparılmış və 17 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra döyülməsi və təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın ədalətli məhkəmə araşdırılması hüququna dair 6-cı maddəsinin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən həyata keçirilməsinin qarşısının alınmasına yönəlmiş olsa da, məhdudiyyətsiz müdaxilə arqumentinin istifadəsini təmin etmir. Həmin hüquqdan istifadə edən zaman bilərəkdən cinayət mühakimə icraatında iştirak edən şahid və ya hər hansı başqa şəxsin cəzalandırılmalı olan davranışı haqqında yalan məlumat verilməsi halında təqib edilə bilməyəcəyini düşünmək cinayət törətməkdə ittiham olunan şəxslərin müdafiə hüququ anlayışını həddindən artıq şişirtmiş olardı (Brandstetter Avstriyaya qarşı iş üzrə 28 avqust 1991-ci il tarixli Qərar). Məhkəmə qeyd olunanları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş digər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında göstərilmişdir ki, şəxs satış məqsədi olmadan müxtəlif vaxtlarda (ayrıca əməllər kimi) həm CM-in 234.1-ci, həm 234.1-1-ci, həm də 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsinə, məsələn, xeyli miqdarda qurudulmuş marixuana əldə edib saxlaması cinayətini başa çatdırdıqdan sonra külli miqdarda həmin və yaxud başqa növ narkotik vasitəni əldə edib saxlamasına (cinayətlərin real məcmusuna) görə cinayət məsiliyyətinə cəlb olunduqda, onun əməlləri bu cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil (orqanizmin funksiyalarının 61-80 faizinin pozulmasını) olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 1(004)-300/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 09 (doqquz) ay 06 (altı) gün hissəsi bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddət hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 02 (iki) gün ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 338 (üç yüz otuz səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 0,106 qram olan narkotik vasitə heroin, 5,194 qram olan narkotik vasitə heroin, 3,032 qram olan psixotrop maddə metamfetamin və 0,242 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1719/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 1(004)-300/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 09 (doqquz) ay 06 (altı) gün hissəsi bir günə iki gün hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddət hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla, yəni 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 338 (üç yüz otuz səkikiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 0,106 qram olan narkotik vasitə heroin, 5,194 qram olan narkotik vasitə heroin, 3,032 qram olan psixotrop maddə metamfetamin və 0,242 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair videogörüntüləri əks etdirən 2 ədəd CD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1719/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1719/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver