Məhkəmə qərarları › İş №1(101)-172/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-172/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-172/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət kollegial tərkibdə məhkəmə iclasının katibi x5, dövlət ittihamçıları -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorlarıDövlət ittihamçısı və x6,müdafiəçi - Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş: Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (məhkumluğu götürülməmiş və ödənilməmiş), Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (hökm Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş), Azərbayan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, törətdiyi həmin cinayətlərə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən, həmçinin digər az ağır cinayət törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, yenidən qəsdən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşıyaraq gəzdirmiş və saxlamışdır, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, əvvəllər törətdiyi az ağır cinayətə görə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmasına və xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına, həmçinin narkotik vasitələri əldə etməklə bağlı digər az ağır cinayət törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, yenidən, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq bir ədəd gümüşü rəngli kağız bükümdə külli miqdarda - 2,176 qram çəkidə narkotik vasitə heroini və bir ədəd gümüşü rəngli kağız bükümdə - 3,844 qram çəkidə narkotik vasitə tiryəki əldə edib üstündə saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri, Şəhid Təqsirləndirilən şəxs küçəsi - 91 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşları tərəfindən x xxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 18:15-da qeyd olunan ünvanda saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə külli miqdarda - 2,176 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd gümüşü rəngli kağız bükümdə - 3,844 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki və şalvarının sağ arxa cibindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan, arxa tərəfində “BP-N series x11 200g x 0,01” yazılı elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələr və tərəzi aşkar edildiyindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə keçmiş “SSRİ” dövlətində 1948-ci ildə Tula silah zavodunda istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli, CB-1186 nömrəli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu silahı hesab edilən 01 ədəd tapançanı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 7,62x25 mm kalibrli patronların yerləşdirilmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan, texniki cəhətdən saz və istifadə üçün yararlı komplekt hissəsi olan 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atış açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesan edilən və atəş üçün yararlı olan 06 ədəd patronları qanunsuz olaraq əldə edib üstündə gəzdirərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91, 116 saylı mənzilə daşıyaraq yataq otağında yerləşən güzgülü tryumonun arxasında gizlədərək saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində xx xxxx 2019-cu il tarixdə saat 10.55-də qeyd olunan ünvanda baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin yataq otağında yerləşən güzgülü tryumonun arxasından çıxarıb təqdim etdiyi darağında 06 ədəd patron olan Tokarev (TT) konstruksiyalı tapança aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən - ancaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Gürcüstan vətəndaşı olan Gia adlı dostu Gürcüstana getdiyi üçün ona saxlamağı üçün bir ədəd TT markal silah verərək qayıdanadək saxlamağını xahiş etmiş, o, həmin silahı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91, 116 №-li mənzilində gizlətmiş, x xxxx 2019-cu il tarixdə qonağı olan Ramil adlı dostu ilə mənzilindən çıxmış, avtomobilini işə salmaq istəyərkən onlara Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşmış, onu və Ramili tutaraq mənzilinə qalxmış, polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağını etiraf etməsə, qonağı olan Ramilə qarşı da cinayət işi qaldıracaqları barədə xəbərdar etmişlər, o, polis əməkdaşlarının təklifi ilə yaşadığı binanın qarşısında videoçəkilişlə üzərindən guya narkotik vasitə çıxarıb polis əməkdaşlarına təqdim etmiş, əslində isə onda narkotik vasitə olmamış, bundan sonra mənzilinə qalxmışlar, o, Gianın ona saxlamaq üçün verdiyi TT markalı tapançanı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, 7 ilə yaxındır ki, narkotik vasitələr olan heroin və tiryək qəbul etmiş, daim üzərində elektron tərəzi saxlamış, həmin tərəzidən tanımadığı şəxslərdən narkotik vasitə aldıqda həmin şəxslər onu çəkidə almatmamaları üçün aldığı narkotik vasitələrin çəkisini yoxlamaq üçün istifadə etmiş, təxminən xx xxxx 2019-cu il tarxidə yaşadığı evin yaxınlığından keçən zaman yolun kənarında yerdə bir ədəd büküm tiryək və bir ədəd büküm heroin tapıb həmin tiryək şəxsi istifadəsi üçün götürüb özündə saxlamış, həmin tiryək və heroindən qəbul etməmiş, heroin və tiryəkin hər birinin çəkiləri təxminən 2-3 qram olmuş, lakin onları özündə olan tərəzi ilə çəkməmiş, həmin nartkotikləri üzərində saxlamağı barədə heç kimə deməmiş, əldə etdiyi narkotik vasitələri satmaq fikri olamamış və heç kimə də təklif etməmişdir; xx xxxx 2019-cu il tarixdə saat 18:00 radələrində şəxsi işləri ilə bağlı yaşadığı evin qarşısına çıxadıqda ona bir neçə nəfər yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər, polislər onun barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarı elan etmiş və üstünə baxış keçirəcəklərini təklif edib üstündə qanunsuz əşya olduğu halda təqdim etməsini xahiş etmiş, o, razılaşib, üzərində narkotik vasitə tiryək və heroin olduğunu bildirib əynində olan cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə tiryək və heroin olan bükümləri və arxa sağ cibindən elektron tərəzini polislərə təqdim etmiş, bundan başqa mobil telefonu və digər şəxsi əşyalarını, açarı, siqareti, alışqanı polislərə təqdim etmiş, təqdim etdiyi büküm və tərəzi götürülüb ona baxış keçirilmiş və zərflərə qoyularaq qablaşdırılmış, telefon, qablaşdırılan maddələr və tərəzidən başqa digər əşyalar ona qaytarılmış, sorğu zamanı həmin bükümdə olan tiryək və heroin tutulmamışdan iki gün öncə yerdən tapdığını etiraf etmiş, bundan sonra polislərin dəvətinə əsasən onlar polis idarəsinə gəlmiş və orada ona təqdim olunan vəkilin iştirakı ilə protokol tərtib olunmuş, tərtib edilmiş, protokol ona ucadan oxunduqdan sonra o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş x1 İdarəsinin əməkdaşı Şahid1 ifadə verərək göstərmişdir ki, x xxxx 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinə xx xxxx 1972-ci ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Şəhid Təqsirləndirilən şəxs küçəsi ev 58-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri Həsən Əliyev küçəsi ev 91 mənzil 15də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, bundan sonra, saat 18.00-da, əməliyyat qrupunun üzvləri ilə Təqsirləndirilən şəxs olması ehtimal olunan yerə, yəni Abşeron rayonu Xırdalan şəhəri Təqsirləndirilən şəxs küçəsi - 91 ünvanının qarşısına gəlmiş, bir qədər sonra, yəni x xxxx 2019-cu il tarixdə saat 18:15-də, əməliyyat məlumatına əsasən zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin binanın 1-ci blokundan çıxdığını görmüş, keçirilən tədbiri əməliyyat qrupunun üzvü Şahid2 məxsus “iPhone 7” markalı mobil telefonla videolentə almaqla dərhal ona yaxınlaşmış, həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, kimliyi ilə bağlı sorğu etdikdə o özünü təqdim edərək 1972-ci il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91, mənzil 15-də kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış edib üzərində hər hansı qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 ədəd bükümü, həmin şalvarın arxa sağ cibindən 1 ədəd elektron tərəzini, sol yan cibindən 1 ədəd “Samsung Galaxy J3" markalı mobil telefonu, 1 ədəd “Winston” siqaretinin qutusunu və 2 ədəd açarı təqdim edərək, təqdim etdiyi bükümlərdəki maddələrin narkotik vasitə heroin və narkotik vasitə tiryək olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroinə, digərində isə narkotik vasitə tiryəkə bənzər maddələrin olması, elektron tərəzi qismində təqdim etdiyi əşyanın isə gümüşü rəngli, işlək vəziyyətdə olan elektron tərəzi olması müəyyən edilmiş, təqdim edilmiş bükümlərə və elektron tərəziyə baxış keçirildikdən sonra həmin bükümlər və elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş, 1 ədəd “Samsung Galaxy J3" markalı mobil telefon, 1 ədəd “Winston” siqaretinin qutusu və 2 ədəd açar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün götürülmədən özünə qaytarılmış, sorğu zamanı Təqsirləndirilən şəxs sonuncudan aşkar edilmiş narkotik vasitə heroin və narkotik vasitə tiryəki şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini isə əldə etdiyi narkotik vasitənin çəkisini müəyyən etmək məqsədilə üzərində gəzdirdiyini bildirmiş, əməliyyat tədbirinin keçirilməsi x xxxx 2019-cu il tarixdə saat 18:15-dən 18:30-dək “İPhone7” markalı mobil telefon vasitəsi ilə videoləntə alınmış, baxış keçirilən yerdə sənədləşdirmənin aparılması üçün əlverişli şərait olmadığından saxlanılan şəxs Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinə dəvət olunmuş, Baş İdarədə saxlanılan şəxsin hüquqlarını müdafiə edilməsi ilə üçün vəkil təqdim edilmiş, bundan sonra keçirilən əməliyyataxtarış tədbiri ilə əlaqədar protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, istintaqın əməliyyat tapşırığına əsasən davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91, mənzil 15-də odlu silah hesab olunan “TT” markalı tapanca və döyüş sursatları hesab olunan patronlar saxladığı məlum olmuş, həmin məlumat dərhal istintaqa təqdim edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs artıq bu barədə məlumatın olduğunu görərək qeyd olunan xüsusatı etiraf etmiş, yaşadığı evində saxladığı silahı istintaqa təqdim etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Baş x1 İdarəsinin əməkdaşı Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə o, Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsinin əməkdaşlarının təklifi əsasında onlar tərəfindən keçirilmiş istintaq hərəkətində hal şahidi qismində iştirak etməyə razılıq vermiş, həmin vaxt polis əməkdaşları tərəfindən tanımadığı daha bir nəfər şəxs hal şahidi qismində dəvət olunmuş, polis əməkdaşları tərəfindən onlara qanunvericilikdə nəzərdə tutulmuş hal şahidinin hüquq və vəzifələri izah edilmiş, Baş x1 İdarəsində saxlanılan Təqsirləndirilən şəxs odlu silah saxlaması barədə daxil olmuş məlumat əsasında sonuncunun yaşadığı evdə odlu silah saxladığını etiraf etdiyi və həmin silahı təqdim edə biləcəyini dediyi bildirilmiş, bundan sonra polislərin dəvətinə əsasən Təqsirləndirilən şəxs göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91, mənzil 15-ə yollanmış Təqsirləndirilən şəxs təxminən 1 ay əvvəl yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91-in yaxınlığında darağında 6 ədəd patronu olan “TT” markalı tapanca tapıb gələcəkdə öz müdafiəsi üçün lazım ola biləcəyini fikirləşərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91, mənzil 15-ə gətirib yataq otağında olan güzgülü tryumonun arxa tərəfində gizlətdiyini, həmin silahın hazırki vaxtadək gizlətdiyi yerdə olduğunu bildirmiş, həmin yerdən silahı çıxarıb təqdim etmiş, həmin tapanca götürülmüş, baxış keçirilən zaman həmin üzərində “CB 1186 1948” rəqəm və nömrələr əks olunmuş tapancanın darağında 6 ədəd patronun olması müəyyən edilmiş, bundan sonra həmin tapanca, daraq və patronlarla birlikdə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir; bundan sonra onlar polis əməkdaşlarının dəvəti ilə Baş idarəyə gəlmiş, orada müvafiq protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra onlar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər, götürülmüş əşyalar protokola əlavə olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 işin faktiki hallarına və Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan x xxxx 2019-cu il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, x xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifindən sonra əynindəki mavi cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 ədəd bükümü, həmin şalvarın arxa sağ cibindən 1 ədəd elektron tərəzini, sol yan cibindən 1 ədəd “Samsung Galaxy J3" markalı mobil telefonu, 1 ədəd “Winston” siqaretinin qutusunu və 2 ədəd açarı təqdim etmiş, təqdim edilmiş bükümlərə və elektron tərəziyə baxış keçirildikdən sonra həmin bükümlər və elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmiş, 1 ədəd “Samsung Galaxy J3" markalı mobil telefon, 1 ədəd “Winston” siqaretinin qutusu və 2 ədəd açar maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün götürülmədən özünə qaytarılmış, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 91, mənzil 15-də odlu silah hesab olunan “TT” markalı tapanca və döyüş sursatları hesab olunan patronlar saxladığı, müəyyən olunmuş, həmin məlumat dərhal istintaqa təqdim edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs artıq bu barədə məlumatın olduğunu görərək qeyd olunan xüsusatı etiraf etmiş, yaşadığı evində saxladığı silahı istintaqa təqdim etmişdir (1-ci cild iş vərəqi 14-16). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə x xxxx 2019-cu il tarixli 14888 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd zərfdə qablaşdırılan bir ədəd gümüşü rəngli kağız bükümdə - 2,176 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə - 3,844 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; təqdim olunmuş zərfdə bir ədəd elektron tərəzi üzərində narkotik vasitə olan - heroinin izləri vardır (qalıq: heroin - 2,126 qram, tiryək - 3,744 qram) (1-ci cild iş vərəqi 32-34). İşdə olan məhkəmə-ballistik ekspertiza üzrə xx xxxx 2019-cu il tarixli 19/209R №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş CB-1186 nömrəli silah keçmiş “SSRİ” dövlətində 1948-ci ildə Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapancadır, yivli odlu silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır; tədqiqata təqdim olunmuş 06 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapanca-pulemyotlardan atış açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır; tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır (qeyd: təqdim edilmiş 06 ədəd patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu (1-ci cild iş vərəqi 117-118). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının x xxxxxx 2019-cu il tarixli 1884 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir (1-ci cild iş vərəqi 175-176). İşdə olan DİN-in Baş Əməliyyat və x2 əldə edilmiş tələbnamədən və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Əliyev x7 Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmuş və xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (1-ci cild iş vərəqi 148-159). İşdə olan şübhəli şəxsin tutulması haqqında x xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 18). İşdə olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə, yəni x xxxxxxx 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 82-84). İşdə olan Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, x4 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 2 il 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmmiş və qeyd edilən hökm qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidin ifadəsinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üstündə saxlaması və daşıması tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi az ağır, 234.4.3-cü maddəsi isə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. İşdə olan DİN-in Baş Əməliyyat və x2 əldə edilmiş tələbnamədən və Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və bundan 2 il müddət keçmədən hazırki iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 1 il 6 ay müddfətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Əliyev x7 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrmetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixlə qərarı ilə qeyd edilən hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmiş, hazırki cinayət işi üzrə cinayət əməlini isə Hüseyn Əiyev 2019-cu ilin iyun ayında, yəni sonuncu iş üzrə məhkəmə hökmü çıxarılanadək törətmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ittiham üzrə cinayət əməlini 2019-cü ilin iyun ayında, yəni Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətməsi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs məsuliyyətlərini ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, tiryək narkotik vasitəsinin külli miqdarının aşağı həddi 50 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı 2,176 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” x xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən x3 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı x xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, (Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li qərarının 30-cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin x xxxx 2019-cu il tarixli 14888 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr kustar üsulla alınmışdır. İş üzrə maddi sübutlar - iki ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonrakı qalıq qalan bir ədəd gümüşü rəngli kağız bükümdə - 2,126 qram çəkidə narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə - 3,744 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd zərfdə qablaşdırılan üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd zərfdə qablaşdırılan bir ədəd Tokarev (TT) konstruksiyalı odlu silah hesab edilən tapanca, bir ədəd odlu silahın komplekt hissəsi hesab edilən daraq və eksperimental atəşdən sonra qalıq qalan 03 ədəd 7,62 kalibrli döyüş sursatı hesab edilən patron Azərbaycan Respublikası DİN-ə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və sübutun götürülməsini özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-ballistik ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin hesabına keçirilməlidir İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı x xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - iki ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonrakı qalıq qalan bir ədəd gümüşü rəngli kağız bükümdə - 2,126 qram çəkidə narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə - 3,744 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd zərfdə qablaşdırılan üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd zərfdə qablaşdırılan bir ədəd Tokarev (TT) konstruksiyalı odlu silah hesab edilən tapanca, bir ədəd odlu silahın komplekt hissəsi hesab edilən daraq və eksperimental atəşdən sonra qalıq qalan 03 ədəd 7,62 kalibrli döyüş sursatı hesab edilən patron Azərbaycan Respublikası DİN-ə təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və sübutun götürülməsini özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə-ballistik ekspertizası üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar