Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-172/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X6, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin hüquqi varisləri X4 və X1, Zərərçəkmiş şəxs5 Mayıs oğlunun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1951-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, xx xxxxxx 2019-cu ildə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 10-00 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz D902KA» markalı ** XE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 80-90 km\saat sürətlə hərəkətdə olarkən, həmin yolun Qaradağ rayonu ərazisindən keçən 70-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və idarəetməni itirərək avtomaşın yoldan çıxaraq aşmışdır. Təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqla törətdiyi həmin yol-nəqliyyat hadisəsi nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olaraq, «Mercedes Benz D902KA» markalı ** XE *** dövlət qeydiyyat nişanlı mikroavtobusda olan sərnişin Zərərçəkmiş şəxs7 sol İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, sol ağ ciyərin orta payının cırılması, başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sağ baldırın və burun kökünün sıyrıqları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə hadisə yerində ölmüş, Zərərçəkmiş şəxs8 baş beyinə qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, başın təpə nahiyəsinin əzilmiş yarası ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəyməklə xəstəxanaya aparılarkən yolda ölmüş, Zərərçəkmiş şəxs5 baş beyinin silkələnməsi və huşun koma İ tipli pozulması ilə müşaiyət olunan alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, döş qəfəsinin sağda İİ,İİİ,İX qabırğaların, solda İİ,İX qabırğaların sınıqları, onurğa beyninin əzilməsi ilə müşaiyət olunan onurğanın döş şöbəsinin X,Xİ,Xİİ fəqərələrinin kompression, qəlpəli kanala sirayət edən sınığı, onurğanın döş qəfəsinin İİ,İV,İX fəqərələrinin arxa çıxıntısının sınığı və onurğanın bel şöbəsinin L1,L4,L5 fəqərələrinin yan çıxıntılarının sınığı, sağ bud sümüyünün qəlpəli, yerini dəyişmiş sınığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəymiş, Zərərçəkmiş şəxs2 onurğanın, bel şöbəsinin İ (L1) fəqərəsinin cisminin qəlpəli, kompression fəsadlaşmayan sınığı və sinir kökcük ağrıları ilə müşaiyət olunan səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər dəymiş, Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi ilə müşaiyət olunan sol alın və sol gözətrafı nahiyənin dərialtı hematoması, sol döş qəfəsinin, kürək nahiyəsinin və sağ diz nahiyəsinin qançırları ilə müşaiyət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş, Zərərçəkmiş şəxs3 başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol çiyin nahiyəsinin sıyrığı və sol budun qançırı ilə müşaiyət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş, Zərərçəkmiş şəxs6 dördüncü bel fəqərəsinin cisminin fəsadlaşmış kompression sınığı, soldan İX qabırğanın qapalı yerdəyişməsiz sınığı və döş sümüyünün sınığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər dəymiş və Zərərçəkmiş şəxs4 məxsus «Mercedes Benz D902KA» markalı ** XE *** dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsinə səbəb olaraq 8379 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10-00 radələrində etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz D902KA» markalı ** XE *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonundan Bakı şəhəri istiqamətində yola düşmüşdür. Həmin vaxt avtobusun içərisində 6-7 nəfər sərnişin olmuşdur. Yolboyu əl edən sərnişinləri maşına götürməklə və ya mənzil başına çatan şəxsləri düşürməklə Bakı-Qazax-Gürcüstan sərhədi yolu ilə Bakıya doğru hərəkət etmişdir. Bakı istiqamətində saatda 80-90 km sürətlə hərəkətdə olarkən Qaradağ rayonu ərazisində birdən mikroavtobusun sükanı idarə edilməz vəziyyətə düşmüşdür. Buna görə o, mikroavtobusu idarə etməkdə çətinlik çəkmiş, maşını əvvəlcə sola, sonra sağa istiqamətləndirmiş, mikroavtobusu yola düzəltməyə çalışmışdır. Lakin bütün cəhdlərə baxmayaraq, mikroavtobus yoldan sağa çıxaraq aşmışdır. Onun özü, həmçinin həmin vaxt mikroavtobusda olan sərnişinlər xəsarət almışlar. Avtoqəza nəticəsində bir kişi sərnişin hadisə yerində, ikinci kişi sərnişin isə Bakı şəhərinə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Təqsirləndirilən şəxs ifadəsinə görə, əvvəllər mikroavtobusun idarəetmə sistemində və sükanda heç vaxt nasazlıq olmamışdır. O, ümumiyyətlə sprtli içki qəbul etmir, mikroavtobusu idarə etmək üçün onun sürücülük vəsiqəsi və etibarnaməsi olmuşdur. Sərnişin daşıyan zaman mikroavtobusun sahibi Zərərçəkmiş şəxs4 həmişə yanında olur, maşının bütün sənədləri qaydasındadır. Bakıdan Qazax rayonuna gedən zaman mikroavtobusun sahibi yanında olmuş, lakin geri Bakı şəhərinə qayıdan zaman işi olduğuna görə mikroavtobusun sahibi Ziyad Gəncədə qalmış, sonuncunun oğlu Samir mikroavtobusda olmuşdur. Baş vermiş avtoqəza nəticəsində iki nəfər şəxsin ölümünə, bir neçə nəfərin isə ağır xəsarət almalarına səbəb olduğuna görə təəssüf hissi keçirir, əməlinə görə peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərin bəzisi ilə barışıq əldə edə bilmiş, maddi imkanı zəif olduğuna görə digərləri ilə barışığa gələ bilməmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10-00 radələrində «Mercedes Benz» markalı mikroavtobusda sərnişin kimi Bakı-Qazax- Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində gələrkən mikroavtobusda sol tərəfdə orta oturacaqda oturmuşdur. Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində mikroavtobusun sağa və sola getdiyini görmüş, sonra mikroavtobus yoldan sağa çıxaraq aşmışdır. Nəticədə, həmin vaxt mikroavtobusda olan digər sərnişinlər kimi o da, xəsarət almışdır. Onları Bakı şəhərinə xəstəxanaya gətirmişlər. Mikroavtobusun hansı səbəbdən yoldan çıxaraq aşdığını bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10-00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs5lə birlikdə «Mercedes Benz» markalı mikroavtobusda sərnişin kimi Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində gələrkən mikroavtobusda sol tərəfdə üçüncü oturacaqda oturmuşlar. Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində mikroavtobus sürətlə hərəkətdə olmuşdur. Birdən maşın yoldan sağa çıxaraq aşmışdır. Həmin vaxt mikroavtobusda olan digər sərnişinlər kimi o da, xəsarət almışdır. Onları Bakı şəhərinə xəstəxanaya gətirmişlər. Həmin vaxt mikroavtobusun hansı səbəbə görə yoldan çıxdığını və aşdığını bilməmişdir (cild 1, iş vərəqi 30-33). Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun da xx xxxxxx 2019-cu il tarixdə saat 10-00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə mikroavtobusa minib Bakı şəhəri istiqamətində hərəkət etdiyi, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət aldığı müəyyən olundu (cild 1, iş vərəqi 113-116). Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs5 onun oğlu, Zərərçəkmiş şəxs2 isə gəlinidir. Onlar xx xxxxxx 2019-cu il tarixdə səhər evdən çıxaraq Bakı şəhərinə həkim müayinəsinə yola düşmüşlər. Həmin gün ona məlumat verilmişdir ki, oğlu və gəlininin olduğu mikroavtobus sürücünün səhlənkarlığı ucbatından qəzaya uğramış, nəticədə həm oğlu Elşad, həm də gəlini Əminə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişlər. Həmin vaxtdan sonra onların hər ikisi aldığı xəsarətlərin nəticəsi olaraq sağlamlıqlarını tamamilə itirmiş, oğlu hərəkət edə bilmir. Sürücü və avtobusun sahibi tərəfindən ona 1.700 manat maddi yardım edilmiş, halbuki onun özünün oğlu və gəlininin müalicəsinə təxminən 17 min manata yaxın xərci çıxmışdır. Hələ də onlar tam sağalmamış və müalicələrinin davam etdirilməsinə ehtiyac vardır. Ona görə də, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Oğlu və gəlininə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10-00 radələrində atasına məxsus Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz D902KA» markalı ** XE *** dövlət qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi Bakı-Qazax- Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində gələrkən Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində mikroavtobusun sağa və sola getdiyini görmüşdür. O, sürücü İsmayıldan nə etdiyini soruşduqda, İsmayıl ona heç nə deməmişdir. Sonra mikroavtobus yoldan sağa çıxaraq aşmışdır. Həmin vaxt o da, mikroavtobusda olan digər sərnişinlər kimi xəsarət almışdır. Bundan başqa, bir kişi sərnişin hadisə yerində, ikinci kişi sərnişin isə Bakı şəhərinə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Həmin vaxt mikroavtobusun hansı səbəbdən yoldan çıxdığını və aşdığını bilməmişdir. Hadisə nəticəsində xəsarət alsa da, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs6 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10-00 radələrində «Mercedes Benz» markalı mikroavtobusda sərnişin kimi Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində gələrkən mikroavtobusda arxada solda oturmuşdur. Həmin vaxt mikroavtobusda 7 nəfər sərnişin olmuşdur. Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində telefonla məşğul olan zaman eşitmişdir ki, mikroavtobusda olan sərnişinlər sürücüdən idarəetməni düzəltməyi qışqıraraq tələb etmişlər. Buna baxmayaraq mikravtobus yoldan sağa çıxaraq aşmışdır. Həmin vaxt o, xəsarət almış, özü xəstəxanaya getmişdir. Sonradan eşitmişdir ki, avtoqəza zamanı bir kişi sərnişin hadisə yerində, ikinci kişi sərnişin isə Bakı şəhərinə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Mikroavtobusun hansı səbəbdən yoldan çıxdığını bilməmişdir (bax iş vər: 118-121). Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs7 xx xxxxxx 2019-cu ildə yaşadığı Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 84-dən çıxaraq Bakı şəhərinə gedəcəyini bildrmişdir. Həmin gün saat 11 radələrində telefonla məlumat almışlar ki, Fikrətin Bakı şəhərinə getdiyi mikroavtobus Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yoldan çıxparaq aşmış və Fikrət vəfat etmişdir. Onun meyitini Qaradağ rayonundakı meyitxanadan götürüb sonra dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Zaxra Vəliyevanın ifadəsinə görə, hadisə baş verəndən sonra təqsirləndirilən şəxsin özü və yaxınları tərəfindən onunla barışıq əldə edilməmiş və heç kim onunla maraqlanmamışdır. Ona görə də, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, onun qanun qarşısında cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs8 xx xxxxxx 2019-cu ildə yaşadığı Hacıqabul şəhəri, Şirvan küçəsi ev 28-dən çıxaraq Bakı şəhərinə gedəcəyini bildrmişdir. Həmin gün saat 11 radələrində o, telefonla məlumat almışdır ki, Vahidin Bakı şəhərinə getdiyi mikroavtobus Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yoldan çıxaraq aşmış və Vahid Bakı şəhərinə xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Sonradan onun meyitini Qaradağ rayonundakı meyitxanadan götürüb dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Rahilə Nəcəfovanın ifadəsinə görə, hadisədən sonra təqsirləndirilən şəxsin qohumları tərəfindən ona yardım göstərilmiş və onunla barışıq əldə edilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, onun özünə məxsus «Mercedes Benz D902KA» markalı ** XE *** dövlət qeydiyyat nişanlı mikroavtobusu vardır. Həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün tanışı Təqsirləndirilən şəxs vermişdir. İsmayıl həmin mikroavtobusla Bakı şəhəri, Lökbatan dairəsindən Qazax rayonuna və geriyə sərnişin daşımaqla məşğul olmuşdur.xx xxxxxx 2019-cu ildə İsmayıl həmin mikravtobusla Qazax rayonuna sərnişin aparmış və xx xxxxxx 2019-cu ildə geri qayıdarkən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində mikroavtobus yoldan çıxıb aşmışdır. Həmin vaxt mikroavtobusda oğlu Zərərçəkmiş şəxs3 da olmuşdur. Baş vermiş avtoqəza nəticəsində oğlu və sərnişinlər xəsarət almış, iki sərnişin isə ölmüşdür. Həmçinin ona məxsus göstərilən mikroavtobus əzilərək ona 8379 manat məbləğində ziyan dəymiş, lakin dəymiş ziyanla əlaqədar onun sürücüyə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 meyitinin müayinəsi zamanı baş beyinə qansızma, baş beyinin ağır dərəcəli əzilməsi, başın təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Həmin xəsarətlər həyatidir, bərk küt əşya təsirindən törənmişlər. xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gələ bilərdi. Dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs8 ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs8 ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs8 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil sprti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 91-95). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 103 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 meyitinin müayinəsi zamanı sol İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları, sol ağ ciyərin orta payının cırılması, başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sağ baldırın və burun kökünün sıyrıqları müəyyən edilmişdir. Həmin xəsarətlər həyatidir, bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gələ bilərdi. Dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və Zərərçəkmiş şəxs7 ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs7 ölümünə səbəb sol ağ ciyərin orta payının cırılması, sol İV-V- Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları nəticəsində daxili qanaxma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil sprti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 96-100). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1036 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı baş beyin silkələnməsi ilə müşaiyət olunan sol alın və sol gözətrafı nahiyənin dərialtı hematoması, sol döş qəfəsinin, kürək nahiyəsinin və sağ diz nahiyəsinin qançırları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 101-104). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1040 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol çiyin nahiyəsinin sıyrığı və sol budun qançırı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 1, iş vərəqi 105-107). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1034 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı onurğanın, bel şöbəsinin İ (L1) fəqərəsinin cisminin qəlpəli, kompression fəsadlaşmayan sınığı və sinir kökcük ağrıları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 108-111). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1035 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 Mayıs oğlunun müayinəsi zamanı baş beyinin silkələnməsi və huşun koma İ tipli pozulması ilə müşaiyət olunan alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi, döş qəfəsin sağda İİ,İİİ,İX qabırğaların, solda İİ,İX qabırğaların sınıqları, onurğa beynin əzilməsi ilə müşaiyət olunan onurğanın döş şöbəsinin X,Xİ,Xİİ fəqərələrinin kompression, qəlpəli, kanala sirayət edən sınığı, onurğanın döş qəfəsinin İİ,İV,İX fəqərələrinin arxa çıxıntısının sınığı və onurğanın bel şöbəsinin L1,L4,L5 fəqərələrinin yan çıxıntılarının sınığı, sağ bud sümüyünün qəlpəli, yerini dəyişmiş sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər. xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 138-140). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 158 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 müayinəsi zamanı dördüncü bel fəqərəsinin cisminin fəsadlaşmış kompression sınığı, soldan İX qabırğanın qapalı yerdəyişməsiz sınığı və döş sümüyünün sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər. xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild1, iş vərəqi 163-165). Kompleks məhkəmə-trassoloji və yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2020-ci il tarixli 31941 №li rəyindən görünür ki, Mercedes Benz D902KA markalı, ** XE *** dövlət qeydiyat nişanlı mikroavtobusun sükan sistemi hadisədən əvvəl işlək vəziyyətdə olmuşdur. Yəni, mikroavtobusun sükan sisteminin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. Mercedes Benz D902KA markalı, ** XE *** dövlət qeydiyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, iş vərəqi 166-169). Hacıqabul rayon Mərkəzi xəstəxanasının TTYS-nın xx.xx.2019-cu il tarixli 795 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, sərxoşluq vəziyyəti yoxdur (cild 1, iş vərəqi 14). Cinayət işinə əlavə edlmiş Baş Dövlət Yol Polisi idarəsinin X3 alınmış xx.xx.2020-ci il tarixli 016-11749-1220 saylı məktubdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2011-ci il tarixdə «BCD» kateqoryalı, AB seryalı 598929 nömrəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur (cild 1, iş vərəqi 152). İş materiallarında olan «xxxx» Müəssisəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 02K saylı qiymətləndirmə aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz D902KA markalı, ** XE *** dövlət qeydiyat nişanlı avtomobilə 8379 manat ziyan dəymişdir (cild 1, iş vərəqi 154). İbtidai istintaq orqanının xx xxxxx 2020-ci il tarixli qərarı ilə Mercedes Benz D902KA markalı, ** XE *** dövlət qeydiyat nişanlı avtomobil hazırkı iş üzrə maddi sübut kimi tanınmış və xx xxx 2020-ci il tarixli qəbzlə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs4 təhvil verilmişdir (cild 1, iş vərəqi 185-186). Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əhmədov X8 şəhəri, Köhnə Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2 ünvanında qeydiyyatdadır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 188-189). İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizələrdən, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli teleqramlardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızının, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Cinayət işində olan xx.xx.2020-ci il tarixli ərizələrə, xx.xx.2020-ci il tarixli teleqrama əsasən, Zərərçəkmiş şəxs5 Mayıs oğlunun nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri olduğunu bildirmişlər. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 65). Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinin tələblərinə görə, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs xəstəliyini və yaşlı olmasını, vurulmuş maddi ziyanın qismən aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həmçinin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.1.3-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan Mercedes Benz D902KA markalı, ** XE *** dövlət qeydiyat nişanlı avtomobilin xx xxx 2020-ci il tarixdə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınaraq onun sərəncamına verilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 Mayıs oğluna, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan Mercedes Benz D902KA markalı, ** XE *** dövlət qeydiyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınaraq onun sərəncamına verilsin. Məhkəmə məsrəfləri hesab edilən 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 Mayıs oğluna, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-172/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-172/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver