Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-172/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15 : 00 - da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13.12.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 182.2.1-ci, 182.2.4-cü və 309-cu maddələri ilə təqsirli bilinib, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək ona övladı Şahid2 DİN-in “102 Xidməti zəng-mərkəzi”-nə operator vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşib, 2020-ci ilin noyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən fərdi həyət evin qarşısında Şahid1 2.500 manat və 2020-ci ilin noyabr ayın sonlarında eyni ünvanda Şahid2 1.500 manat olmaqla ümumilikdə 4.000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Şahid1 4.000 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid3 özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək onun DİN-in “102 Xidməti zəng-mərkəzi”-nə operator vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşib, 25 dekabr 2020-ci il tarixdə saat 10:30-da Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyasının qarşısında Şahid3 2.500 manat pulu alıb ələ keçirərək Şahid3 2.500 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, təkrarən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid14 özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək ona X1nu DİN-in Baş Mühafizə İdarəsiniin Qax rayonunda mülki mühafizə xidmətinə mühafizəçi vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.700 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşib, 31 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında Şahid14 1.500 manat, 21 yanvar 2021-ci il tarixdə isə eyni ünvanda 200 manat olmaqla ümumilikdə 1.700 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Şahid14 1.700 manat maddi ziyan vurmaqla dələduzluq etmiş, təkrarən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə Teymur Məmmədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə Şahid14 təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Şahid6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşib, 2021ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən “ASAN xidmət”in binasının yaxınlığında Şahid6 12.500 manat alıb ələ keçirərək Şahid6 12.500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, təkrarən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşib, 2021ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının qarşısında Şahid7 10.500 manat alıb ələ keçirərək Şahid7 10.500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, təkrarən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid8 özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək onun DİN-in “102 Xidməti zəng-mərkəzi”-nə operator vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşib, 12 mart 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığında Şahid8 500 manat pul alıb ələ keçirərək dələduzluq etmiş, təkrarən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə bağlı Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Şahid11 özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək ona Salyan Rayon Polis Şöbəsinə post-patrul xidmətinə polis nəfəri vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olmasını yalandan vəd edib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.800 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək razılığını almaqla onunla sövdələşib, 22 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermağın arxasında Şahid11 2000 manat, 27 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən DİNin İdman Cəmiyyətinin inzibati binasının qarşısında 2.300 manat və Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Lökbatan dairəsi” deyilən yerdə şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü vasitəsilə 2021-ci ilin mart ayının əvvəllərində göndərilmiş 1.000 manat pulu, 16 mart 2021-ci il tarixdə göndərilmiş 2.000 manat və 25 mart 2021-ci il tarixdə göndərilmiş 500 manat alıb pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs Şahid11 7.800 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, təkrarən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə Şahid11 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs rəhbəri olduğu ünvan 3 ünvanda yerləşən lombarda kredit götürmək adı ilə müraciət edib pulu vaxtında qaytaracağına inam yaratmaq üçün qızıl zinyət əşyaları adı ilə bir ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzük-kolye və bilərzik hissəsi dəstini girov qoyub 2.400 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs 2.400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-2017ci il tarixlərdə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsində manqa komandiri vəzifəsində çalışmış və polis baş serjantı xüsusi rütbəsini daşımışdır. 2017-2020-ci il tarixlərdə həmin İdarənin Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışmış və polis baş leytenantı xüsusi rütbəsini daşımışdır. 2020-ci ilin noyabr ayının 7-də X9n xidmətdən xaric olunmuşdur. 2020-ci ilin yay aylarında “İnstagram” sosial şəbəkəsində Nuranə adlı bir qızla tanış olmuşdur. Onunla tanışlıqları daha da səmimiləşdikdən sonra Nuranə ilə “Whatsapp” sosial şəbəkəsində danışmağa başlamış, sonradan ona məlum olmuşdur ki, danışdığı şəxs Şahid2dır. Danışıq əsnasında Nuranə ona demişdir ki, Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyir, o da təklif etmişdir ki, istəsə onu DİN-in 102 zəng xidmətinə operator vəzifəsinə işə düzəltdirə bilər. Nuranə nə qədər xərcinin çıxacağını soruşduqda 5000 manat olduğunu demiş, Nuranə isə imkanının zəif olduğunu bildirib maksimum 4000 manat verə biləcəyini demiş, o da onunla razılaşmışdır. Bir müddətdən sonra dəqiq yadında olmayan tarixdə Nuranə ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında görüşmüş, görüş zamanı Nuranəyə siyahı verib işə düzəlmə ilə bağlı lazım olan sənədləri yığmasını demişdir. Bu hadisə bir müddət sonra dəqiq yadında olmayan tarixdə yenə də Xırdalanda həmin ünvanda Nuranə ilə görüşmüş, bu görüşə Nuranə anası Roza xanımla gəlmiş, həmin görüşdə Nuranə ona tapşırdığı sənədlərin kserosurətini ona təqdim etmişdir. Həmin sənədlərə onun şəxsiyyət vəsiqəsi, məhkumluq haqqında arayış, sağlamlıq kağızı, 3x4 fotoşəkil və başqa sənədlər olmuş, o, ondan sənədləri alıb ona pulu gətirmək lazım olduğunu bildirmişdır. 2020-ci ilin noyabr ayının ortalarında Nuranənin anası Roza xanımla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında görüşüb sonuncudan 2500 manat pul almış və Roza xanım yerdə qalan məbləği tezliklə verəcəyini bildirmişdir. Bu hadisədən on gün sonra noyabr ayının sonlarında o, yenə də həmin yerdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında Nuranənin özü ilə görüşüb yerdə qalan məbləği, 1500 manat pulu almışdır. Pulu alandan sonra Nuranəyə hardasa 4-5 aya iş düzələcəyini bildirmiş, bu görüşdən sonra o, nə Nuranə ilə, nə də anası Roza xanımla görüşməmişdir. Ayda 1-2 dəfə Nuranə ona yazıb işin nə yerdə olduğunu soruşmuş, o da hər dəfə vədlər verərək sənədləşmə işlərinin getdiyini və işin tezliklə düzələcəyini bildirimişdir. Bundan başqa o, Şahid3 onun əmisi qızı Gülşənin vasitəsi ilə tanımış, Gülşənlə söhbət zamanı ona demişdir ki, istəyən olsa Daxili İşlər Nazirliyinin “102 Xidməti zəng-mərkəzi”nə operator vəzifəsinə işə düzəldə biləcəyini bildirmiş, Gülşən də ona əmisi qızı Fainənin ali təhsil aldığını, lakin iş tapa bilmədiyini, ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra Gülşən onu Faina ilə tanış etmiş, söhbət zamanı o, həmin işin düzəlməsi üçün 5.000 manat pul istəmiş, lakin Faina atasının və anasının olmadığını deyib o qədər pul düzəldə bilməyəcəyini bildirmişdir. Bundan sonra o Fainaya güzəşt edərək məbləği 4.000 manata endirmiş və razılaşmışlar ki, pulun 2.500 manatını əvvəldən, qalan 1.500 manatını isə iş düzələndən sonra versin. Bundan sonra 2020-ci ilin dekabr ayının 25-də Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyasının qarşısında Fainadan 2.500 manat pul almış, həmin vaxtı Gülşən də onların yanında olmuş, həmin pulu o, öz şəxsi məqsədlərimə sərf etmişdir. Bundan başqa Şahid14 2020-ci ilin dekabr ayının axırlarında tanışı Eldarın vasitəsi ilə tanımış, söhbət zamanı əvvəllər polis orqanlarında işlədiyi barədə məlumat verdikdə Zaur qardaşının işsiz olduğunu, Qax rayonunda DİN-in Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinə işə düzəlmək istədiyini bildirmişdir. Bu zaman o, Zaura qardaşının işə düzəlməsi üçün 1.500 manat, 200 manat isə idman normativinə xərcləmək lazım olduğunu bildırmişdir. Həmin vaxtı Zaur da onunla razılaşmış, 31 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığındakı “Kapital Bank”ın yanında Zaurdan 1.500 manat pul almış, həmin vaxt Eldar da onların yanında olmuşdur. 2021-ci ilin yanvar ayının 21-də Zaurla Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığındakı “Kapital Bank”ın yaxınlığında görüşüb ondan idmanla bağlı 200 manat pul da almış, beləliklə Zaurdan ümumilikdə 1.700 manat pul alıb öz şəxsi məqsədlərinə sərf etmişdir. Bundan başqa Ağstafa rayon sakini Şahid6la 2019-cu ilin iyun ayında Ağstafa rayonu ərazisində yerləşən “Böyük kəsik” dəmir yolu vağzalında tanış olmuşdur. 2020-ci ilin noyabr ayında söhbətlərin birində Farizin iş axtardığını bilib ona tanışlarının vasitəsi ilə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini bildirib, bunun müqabilində bir az pul verməli olacağını bildirmişdir. Fariz də onunla razılaşıb pul verə biləcəyini demiş, bundan bir neçə gün sonra Farizə həmin işin düzəlməsi üçün 12.500 manat pul verməli olduğunu bildirmiş, Fariz də onunla razılaşmışdır. Beləliklə də 2021-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “ASAN” xidmətin yaxınlığında Fariz ona 12.500 manat pul vermiş, o da həmin pulu öz şəxsi məqsədlərinə sərf etmişdir. Sonradan Farizə o, 3.000 manat pul qaytarmış, hazırda Farizə 9.500 manat pul verməlidir. Bundan başqa Ağstafa rayon sakini Şahid7 2020-cu ilin noyabr ayında Şahid6 vasitəsi ilə tanımışdır. Belə ki, Fariz ondan xahiş etmişdir ki, Əsgəri də tanışlarının vasitəsi ilə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən kimi işə düzəltsin. O da bu adla Əsgərdən 10.500 manat pul istəmişdir. 2021-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında Əsgərdən 10.500 manat pul alaraq öz şəxsi məqsədlərinə xərcləmişdir. Bundan başqa 2021-ci ilin mart ayında “İnstagram” sosial şəbəkəsində olan zaman “polis_azerbaycan” səhifəsinin yorum bölməsində Şahid8 komment yazdığını görüb polisə düzəlmək istədiyini müəyyən etdikdə ona ismarıc göndərib polis əməkdaşı olduğunu bildirərək ona kömək edə biləcəyini yazmışdır. Nəzrinlə bir müddət yazışdıqdan sonra ona məlum olmuşdur ki, həmin şəxs X3r və polisə düzəlmək istəyir. Bundan sonra X20 Nazirliyinin yaxınlığında görüşmüş, həmin vaxt Nəzrinin atası da onların yanında olmuşdur. X18 Nazirliyinin “102 Xidməti zəngmərkəzi”nə operator vəzifəsinə işə düzəlməsi üçün 8.000 manat istəsə də, pulu düzəldə bilmədiyini, cəmi 500 manat verə biləcəyini demiş, o da razılaşmışdır. 2021-ci ilin mart ayının 12-də Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət mərkəzinin yaxınlığında Nəzrindən 500 manat alıb öz şəxsi məqsədlərinə xərcləmişdir. Bundan başqa 2020-ci ilin sentyabr ayında “İnstagram” sosial şəbəkəsində olan zaman “polis_azerbaycan” səhifəsinin yorum bölməsinə “arzum_zuzu_” adlı istifadəçinin “növbəti seçimlər nə vaxt olacaq?” sualını görüb düşünmüşdür ki, bu şəxs kimdirsə polisə düzəlmək istəyir. Buna görə də, həmin istifadəçiyə ismarıc göndərib polis əməkdaşı olduğunu bildirib ona kömək edə biləcəyini yazmışdır. Onunla bir müddət yazışdıqdan sonra məlum olmuşdur ki, həmin şəxs Şahid12dır və qardaşı Şahid11 polisə düzəltmək istəyir. Arzu həmçinin, ona bildirmişdir ki, qardaşı bir dəfə imtahan verib, lakin, idmandan kəsilib. O isə məsələlərin hamısını həll edə biləcəyini bildirmişdir. Bundan sonra Arzu ondan mobil nömrəsini istəmişdir ki əlaqə saxlasınlar. O da həmin vaxtı istifadəsində olan ***-***-**-** mobil nömrəsini Arzuya vermişdir. Bundan sonra Arzunun qardaşı Rauf onunla əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. O da razılaşmışdır. Birinci dəfə 2021-ci ilin yanvar ayında dəqiq yadında olmayan tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən mərkəzi univermağın arxasında Rauf və onun anası Xalidə xanımla görüşmüşlər. Görüş əsnasında işlə bağlı müəyyən söhbətlər etmiş və Raufa hansı vəzifələrdə işləməyin nə qədər xərci olduğunu bildirmişdir. Rauf Salyan rayonunda PPX işləmək istədiyini bildirmiş, o da bu iş üçün 8000 manat pul lazım olduğunu demişdir. Raufgil də razışlaşmışlar. O, həmçinin ilkin lazım olan sənədlərin nə olduğunu bildirmişdir. Həmçinin 8000 manatı hissə-hissə verəcəkləri ilə razılaşmışdır. 22 yanvar 2021-ci il tarixdə o, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən mərkəzi univermağın arxasında Rauf və onun anası Xalidə xanımla görüşmüş və Rauf ona 2000 manat, həmçinin, bir neçə sənədləri vermişdir. İkinci dəfə Rauf və Xalidə xanımla 27 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən DİN-in Dinamo İdman Cəmiyyətinin yanında görüşmüş, görüş yerinə o, tanımadığı taksi sürücüsü ilə getmiş və etibarını daha da artırmaq üçün taksi sürücüsünə 30 manat artıq pul təklif etmişdir ki, Rauf və Xalidənin yanında özünü İdman Cəmiyyətinin üzvü kimi təqdim etsin. Taksi sürücüsü də razılaşmışdır. Görüş zamanı o Raufdan 2300 manat pul almışdır. Bu hadisələrdən təxminən iki ay sonra yəni, mart ayında Raufla danışıb yerdə qalan məbləğləri də verməli olduğunu bildirmişdir. Rauf da ona təklif etmişdir ki, pulu taksi ilə göndərsin. Bundan sonra 2021-ci ilin mart ayının əvvəllərində tanımadığı taksi sürücüsündən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsinin yanında Raufun göndərdiyi 1000 manat pulu almışdır. Daha sonra 16 mart 2021-ci il tarixdə o, tanımadığı taksi sürücüsündən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsinin yanında Raufun göndərdiyi 2000 manat pulu almışdır. Mart ayının 25-də o, yenə raufla danışıb xidməti forma üçün 500 manat lazım olduğunu bildirmiş, Rauf da həmin gün tanımadığı taksi sürücüsü vasitəsi ilə ona 500 manat göndərmiş, yenə də həmin pulu Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Lökbatan dairəsinin yanında götürmüşdür. O Raufa vəd vermişdir ki, mart ayının sonuna kimi məsələ həll olunacaq. Problemin çıxmaması üçün mart ayının sonunda başqa mobil nömrədən Raufa zəng edib səsini dəyişərək özünü Salyan RPŞ-nin əməkdaşı olan Şövqü Həsənli kimi təqdim etmiş və əmrinin olduğunu, həmçinin 02 aprel 2021-ci il tarixdən işə çıxmalı olduğunu bildirmişdir. Bundan sonra həmin nömrəni sındıraraq atmışdır. Bundan başqa 2019-cu ildə yaşadığı evin yaxınlığında, zibilliyinin yanında hər birinin üzərində 750 dövlət əyyarı damğası vurulmuş bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qırıq kolye və bir ədəd qırıq qolbaq tapmışdır. Yoxlatdırdıqda onların yarı qızıl, yarı metal olmaqla əyarının saxta olduğu məlum olmuşdur. Pula ehtiyacı olduqda həmin əşyaları lombarda qoyub pul götürməyi qərar almışdır. Bu məqsədlə 01 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən lombarda gedərək həmin əşyaları qızıl kimi təqdim etmiş, qeyd olunan əşyaları qiymətləndirilərək ona 2.400 manat kredit verilmişdir. Pulu götürərkən ünvanını da səhv demişdir. Qeyd etmək istəyir ki, o, pulu götürəndə onu qaytarmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs şəxsən tanımır, pulu onun işçisindən götürmüşdür. Cinayət əməllərini törədən zaman öz vəzifə səlahiyyətlərindən istifadə etməmiş, eləcə də, hər hansı vəzifəli şəxsə rüşvət vermək niyyəti ilə pul vəsaitlərini ələ keçirməmişdir, hazırda törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, sahibkar kimi vergi orqanları tərəfindən müvafiq qaydada qeydiyyata alınaraq Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 16 saylı yaşayış binasının birinci mərtəbəsində olan sahəni icarəyə götürərək lombard fəaliyyətini həyata keçirir. 01 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs kredit götürmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 16 saylı yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən sahibkarı olduğu lombarda gələrək, hər birinin üzərində 750 dövlət əyyarı damğası vurulmuş, 8,2 qram 1 cüt sırğa, 3,99 qram 1 ədəd üzük, 24,89 qram 1 ədəd qırıq kolye və 4.99 qram 1 ədəd qırıq qolbaq olmaqla ümumi çəkisi 41,4 qram təşkil edən əşyaları təqdim etmiş, qeyd olunan əşyalar qiymətləndirilərək şəxsiyyət vəsiqəsinə əsasən onun adına girov bileti tərtib ediləndən sonra, lombardın işçisi Şahid13 tərəfindən Elşənə 2400 manat qısa-müddətli kredit ayırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs girov qoyduğu əşyalar üzrə əlavə yoxlama keçirilmiş və müəyyən olmuşdur, onun girov qoyduğu 41,4 qram təşkil edən əşyaların heç biri qızıl-zinət əşyalarına aidiyyəti yoxdur, Təqsirləndirilən şəxs əsas niyyəti, həmin əşyaların üzərinə saxta 750 dövlət əyyar damğasını vurmaqla lombardın nəzarətçi-yığıcı vəzifəsində işləyən Şahid13 bu yolla aldadaraq 2400 manatı ələ keçirməsinə yönəlmişdir və o, öz niyyətinə çataraq 2400 manatı bu yolla ələ keçirmişdir. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq üçün qeyd etdiyi mobil telefonunun ***-***-**-** nömrəsinə zəng edərək lombarda yaxınlaşmasını bildirəndən sonra, Təqsirləndirilən şəxs həmin nömrəni qapadaraq əlaqəni kəsdiyinə görə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən girov bileti tərtib edilərkən, həmin vəsiqəsinin yeni vəsiqələrə aid olduğu üçün, qeydiyyatda olduğu və yaşadığı ünvan onun sözləri ilə ünvan 4də göstərilmişdir. Həmin ünvan yoxlanılarkən müəyyən olmuşdur ki, yanlış ünvandır. Daha sonra məlum olmuşdur ki, Elşənin qeydiyyatda olduğu və yaşadığı əsil ünvan: ünvan 6lefonunun nömrəsi 562-27-29-dur. Təqsirləndirilən şəxsla əlaqə yaratmaq üçün ev telefon nömrəsinə zəng edərkən, bir qadınla danışıq baş tutumuşdur. Həmin qadın Elşənin anası kimi özünü təqdim etmiş və oğlu Elşənlə heç bir əlaqəsinin olmamasını bildirmişdir. Sonradan məlum oldu ki, Təqsirləndirilən şəxs vətəndaşların pulllarını ələ keçirdiyinə görə tutularaq həbs edilmişdir. Ona görə də ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onunla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən Zərərçəkmiş şəxs rəhbəri olduğu, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 16 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən lombardda yığıcı-nəzarətçi vəzifəsində işləyir. 01 aprel 2021-ci il tarixdə işdə olduğu zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs kredit götürmək üçün lombarda gələrək, hər birinin üzərində 750 dövlət əyyarı damğası vurulmuş, 8,2 qram 1 cüt sırğa, 3,99 qram 1 ədəd üzük, 24,89 qram 1 ədəd qırıq kolye və 4.99 qram 1 ədəd qırıq qolbaq olmaqla ümumi çəkisi 41,4 qram təşkil edən əşyaları təqdim etmiş, qeyd olunan əşyalar qiymətləndirilərək şəxsiyyət vəsiqəsinə əsasən Elşənin adına girov bileti tərtib ediləndən sonra tərəfindən ona 2400 manat qısamüddətli kredit ayırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs girov qoyduğu əşyalar üzrə əlavə yoxlama keçirilərkən müəyyən olunmuşdur, onun girov qoyduğu 41,4 qram təşkil edən əşyaların heç biri qızıl-zinət əşyalarına aidiyyəti yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq üçün qeyd etdiyi mobil telefonuna zəng edərək lombarda yaxınlaşmasını bildirəndən sonra, Təqsirləndirilən şəxs həmin nömrəni qopardaraq əlaqəni kəsdiyinə görə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs vətəndaşların pulllarını ələ keçirdiyinə görə tutularaq həbs edilmişdir. Ona görə də lombardın müdiri Zərərçəkmiş şəxs ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, övladı Şahid2 dövlət orqanlarında, əsasən də DİN və ya FHN-də işləmək istədiyindən əvvəlcə onun sənədlərini yığaraq FHN-ə müraciət etmişlər. Nuranə orada bir çox qəbullarda və müsahibələrdə olmuşdur. Sonda Nuranəni uzaq rayona işə götürə biləcəklərini bildirdiklərindən razılaşmamışdır. Bundan sonra təxminən 2020-ci ilin may ayında Nuranə rəfiqəsinin qohumu olan Elşən adlı şəxsin onun DİN-in 102 xidmətinə işə qəbul olunmasına köməklik edə biləcəyini bildirmişdir. Nuranə Elşənin bunun müqabilində 5.000 manat pul istədiyini bildirmişdir. O, Elşən barədə maraqlandıqda X22 Nazirliyində polis kapitanı rütbəsində işlədiyini bildirmişdir. O, Elşən barədə maraqlanmış və həmin ərəfələrdə onunla bir dəfə də görüşmüşdür. Elşənlə görüş zamanı həmin işi həll etmək üçün 5.000 manat pul istəmişdir. Elşən polisdə işlədiyindən ona inanmış və fikirləşmişdir ki, kömək edə bilər. Həmçinin Elşən yüksək vəzifələrdə işləyən qohumlarının olduğunu, “sanballı nəsil” olduqlarını bildirmişdir. Razılaşmışlar ki, məbləğin 2500 manatını qabaqcadan zəruri sənədlər verilən zaman, qalan yarısını isə Nurənənin əmri olduqdan sonra verəcəklər. Elşənin dediyi sənədləri hazırlayıb 2020-ci ilin noyabr ayının ortalarında Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə, H.Aslanov küçəsində yerləşən evlərinin qarşısında qızı Nuranənin iştirakı ilə 2.500 manat pulu və sənədləri Elşənə vermişdir. Bundan bir müddət sonra Nuranə ona bildirmişdir ki, Elşən ona guya rəisi Nuranənin sənədlərinə baxan zaman Cəbrayıl rayonundan məcburi köçkün olduğunu görmüş və 1000 manat güzəşt etmək qərarına gəldiyini bildirmişdir. Lakin bunun üçün gərək qalan 1500 manatı əvvəlcədən ödəməlidirlər. O da Elşənə inandığından 1500 manat pulu Elşənə çatdırılması üçün Nuranəyə vermiş, Nuranə də öz növbəsində 2020-ci ilin noyabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, H.Aslanov küçəsində yerləşən evlərinin qarşısında 1500 manat pulu Elşənin özünə təqdim etmişdir. Elşən yaxın müddətdə işin düzələcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Lakin sonradan onun telefon nömrələrinə ümumiyyətlə zəng çatmamış və məlum olmuşdur ki, Elşən onu aldadaraq pulunu ələ keçirmişdir. Ona görə də şikayət etmək qərarına gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdə Bakı Biznes və Korperasiya Kollecinin kommersiya fakultəsini bitirmiş, 2020-ci il tarixdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur. 3 il bundan qabaq “instaqram” sosial şəbəkəsində hüquq mühafizə orqanlarında kiminsə tanışı olub olmadığı barədə status yazmışdır. Həmin statusa özünə “Elşən” kimi təqdim edən şəxs yazaraq özünün polisdə işlədiyini bildirmiş və köməklik edə biləcəyini demişdir. O da Elşənə polisə və yaxud da fövqəladə hallar nazirliyinə işə qəbul olunmaq istədiyini bildirmişdir. Həmin zaman FHN-ə sənədləri vermişdir. Bu barədə Elşənə bildirdikdə sonuncu “indiki dövrdə heç kimi pulsuz işə qəbul etmirlər” demişdir. O da Elşənə heç nə olmaz yoxlayaram demişdir. Bundan sonra onu FHN-ə işə götürsələr də Bakı şəhərindən uzaqda yerləşən rayona göndərdiklərindən imtina etmişdir. Həmin ərəfələrdə Elşənlə bir müddət danışmışdır. Elşənlə normal münasibəti var idi. Elşən özünü polis kapitanı kimi təqdim etmiş, həm də subay olduğunu və onunla ailə quracağını bildirmişdir. Lakin sonradan hazırda xatırlamdığı səbəbdən onun Elşənlə münasibətləri kəsilmişdir. Təxminən 2020-ci ilin mart ayının əvvəllərində elşən onunla yenidən əlaqə saxlayaraq işə qəbul olunub-olunmadığını soruşmuşdur. O da işə qəbul olunmadığını bildirdikdə demişdir ki, istəsə 5.000 manat müqabilində onu DİN-in 102 xidmətinə operator vəzifəsinə işə düzəldə bilər. O da bu barədə anası Şahid1 məlumat vermişdir. O Elşəni anasına qrup yoldaşının tanışı kimi təqdim etmişdir. Bu barədə Elşənə də məlumat vermişdir. Bundan sonra iş barədə anası ilə məsləhətləşdikdə anası pul verməyə razılıq vermiş və Elşənlə görüşmək istədiyini bildirmişdir. Bundan sonra dəqiq xatırlamdığı tarixdə Elşənlə anasını tanış etmişdir. Həmin zaman Elşən anasına da polisdə işlədiyi bildirmişdir. Həmin zaman Elşən pulun 2500 manatını əvvəlcədən qalan 2500 manatı isə iş düzəldikdən sonra alacağını bildirmişdir. Həmçinin mənə 2 ədəd 3X4 foto şəkil, məhkumluq, sağlamlıq, yaşayış yeri üzrə arayışlar, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti və sair sənədləri toplamağını bildirmişdir. O, həmin sənədləri topladıqdan sonra təxminən 2020-ci ilin noyabr ayının ortalarında Elşənlə yaşadığı Xırdalan şəhərində evin qarşısında onun gəldiyi avtomobildə görüşmüş və anası Şahid1 özündə olan 2500 manat pulu maşında olan sürücünün yanında Elşənə vermişdir. O da topladığı sənədləri Elşənə vermişdir. Elşən iki aya əmrin veriləcəyini bildirmişdir. Bundan təxminən 10 gün sonra Elşən yenidən onunla əlaqə saxlayaraq sənədlərini yoxlayan zaman rəisin onun Cəbrayıl rayonundan məcburi köçkün olduğunu gördüyünü və buna görə 1000 manat güzəşt etdiyini, yəni 4000 manat alacağını bildirmişdir. Lakin qalan 1500 manat işin axırında deyil indi verə bilərsə buna razı olacağını da qeyd etmişdir. O da anasına dedikdə, o Elşənə inandığını və problem olmayacağını onsuz da 2500 manat verdiyini bildirmiş və qalan 1500 manatı da verə biləcəyini demişdir. O da Elşənə bu barədə məlumat verdikdən sonra onunla 2020-ci ilin noyabr ayının sonlarında yaşadığı evin qarşısında görüşüb 1500 manat pulu vermişdir. Bundan sonra Elşəndən mütəmadi olaraq işi ilə bağlı soruşduqda, gah karantinlə bağlı qəbulun dayandırıldığını, gah universitetə girdiyinə görə problem olduğunu bəhanə edərək onu aldatmağa başlamışdır. Buna görə də Elşənin onları aldatdığını başa düşmüş və bu barədə anası ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs aldığı ümumilikdə 4000 manat pul anası X17 məxsus olmuşdur. Hadisə nəticəsində maddi ziyan anasına dəymişdir. Ona görə anası ərizə ilə polisə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirsə də heç bir yerdə iş tapa bilmirdi. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında əmisi qızı Şahid4 vasitəsi ilə tanımışdır. Belə ki, Elşənlə Gülşən bir-birilərini uzun müddət tanımış, Elşənin polis orqanlarında işlədiyini bilmişdir. Elşən Gülşənə demişdir ki, istəyən olsa Daxili İşlər Nazirliyinin “102 Xidməti zəng-mərkəzi”nə operator vəzifəsinə işə düzəldə bilər. Həmin vaxtlar o, işsiz olduğundan özünü dolandırmaq üçün iş axtarmışdır. Beləliklə də Gülşən onu Elşənlə tanış etmiş, söhbət zamanı Elşən DİN-in “102 Xidməti zəng-mərkəzi”-nə operator vəzifəsinə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olduğunu bildirərək bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə 5.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını demiş, lakin o, atasız və anasız olduğunu, bu qədər pulunun olmadığını demişdir. Bundan sonra Elşən ona güzəşt edərək məbləği 4.000 manata endirmişdir. Razılaşmışlar ki, pulun 2.500 manatını əvvəldən, qalan 1.500 manatı isə iş düzələndən sonra ona verməlidir. O da 2.500 manat pul düzəldib 2020-ci ilin dekabr ayının 25-də saat 10:30 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyasının qarşısında Elşənə vermişdir. Pulu verərkən əmisi qızı Gülşən də onların yanında olmuşdur. Bundan sonra Elşənlə əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadaraq gözləməyini xahiş etmişdir. O da əlacsız qalıb gözləmiş, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs analojı cinayətlər törətdiyinə görə tutularaq həbs edilmişdir. Ona görə də o da ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onunla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, tanımış, Təqsirləndirilən şəxs hələ polis orqanlarında işləyərkən onun işlədiyi kosmetik şirkətdən mal alıb satışı ilə məşğul olurdu. Elşənlə işgüzar münasibətləri olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamış, 2020-ci ilin dekabr ayında Elşən onunla söhbət edərkən Daxili İşlər Nazirliyində yaxşı əlaqələrinin olmasını, kadr məsələsində lazımı köməklik göstərə biləcəyini demişdir. Əmisi qızı Şahid3 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirsə də heç bir yerdə iş tapa bilməmişdir. O da bu barədə Elşənə demiş, sonuncu da bildirmişdir ki, X23 Nazirliyinin “102 Xidməti zəng-mərkəzi”nə operator vəzifəsinə işə düzəldə bilər. Bundan sonra o, Fainanı Elşənlə tanış etmiş, söhbət zamanı Elşən həmin işə düzəlmək üçün Fainadan 5.000 manat pul istəmiş, lakin Faina atasız və anasız olduğunu deyib həmin məbləği düzəldə bilməyəcəni bildirmişdir. Bundan sonra Elşən ona güzəşt edərək məbləği 4.000 manata endirmiş, aralarında razılaşmışlar ki, pulun 2.500 manatını əvvəldən, qalan 1.500 manatı isə iş düzələndən sonra verilməlidir. Bundan sonra Faina 2.500 manat pul düzəldib 2020-ci ilin dekabr ayının 25-də saat 10:30 radələrində, onunla birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xətai” metrostansiyasının qarşısında Elşənlə görüşüb həmin pulu vermişdir. Bundan sonra Elşənlə əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadaraq gözləməyi xahiş etmiş, onlar da Elşənə inanıb gözləmişlər. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs analojı cinayətlər törətdiyinə görə tutularaq həbs edilmiş, ona görə də Faina ərizə ilə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onunla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, təxminən 17 ildir ki, "xxxx" MMC-yə məxsus çoxmənzilli binanın mühafizəçisi işləyir, həmin binanın bir çox sakinləri ilə münasibəti vardır. X1 Qax rayonunda yaşayır, o, ali təhsillidir, lakin işlə təmin olunmamışdır. Teymur DİN-in Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olduğu üçün X9 işləməyə həvəsi olmuş, hətta bir dəfə DİN-in Baş Mühafizə Xidmətinə müraciət etmiş, lakin boyuna görə ona imtina edilmişdir. 2020-ci ilin dekabr ayının 29-da Yeni il şənliyi ilə bağlı işlədiyi binanın sakini Eldarla birlikdə binanın altındakı marketə girib bazarlıq edərkən təsadüfən Eldar Təqsirləndirilən şəxs ilə görüşüb onları tanış etmişdir. Sonra onlar bazarlıq edib Elşəni də Eldarın evinə dəvət etmiş, orada yeyib içərkən Elşən əvvəllər polis orqanlarında işlədiyi barədə məlumat verib Daxili İşlər Nazirliyində yaxşı əlaqələrinin olmasını, kadr məsələsində lazımı köməklik göstərə biləcəyini demişdir. O da qardaşının işsiz olduğunu, Qax rayonunda DİN-in Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinə işə düzəlmək istəməsi barədə Elşənə bildirmişdir. Bu zaman Elşən qardaşının həmin vəzifəyə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olduğunu bildirərək bunun üçün həmin vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə 1.500 manat, 200 manat isə idman normativinə verməli olduğunu demişdir. O da sevinərək dərhal razılıq vermiş, 30 dekabr 2020-ci il tarixdə Elşən ona zəng edərək məsələni danışdığını bildirib pulu gətirməyi xahiş etmişdir. 31 dekabr 2020-ci il tarixdə 1.500 manat pul götürüb Eldarla birlikdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığındakı “Kapital Bank”ın yaxınlığına gedib Elşənlə görüşmüşdür. Elşən yenə də onu əmin etmişdir ki, qardaşının məsələsini artıq danışıb, həll etdirəcəkdir. Beləliklə də Təqsirləndirilən şəxs vədinə inanıb həmin gün Eldarın iştirakı ilə Elşənə 1.500 manat pul vermiş, 2021-ci ilin yanvar ayının 21-də Elşənlə yenə də Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığındakı “Kapital Bank”ın yaxınlığında görüşüb ona idmanla bağlı 200 manat pul da vermişdir. Bundan sonra Elşən qardaşının Qax rayonunda DİN-in Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinə mühafizəçi kimi işə qəbul olunacağını söz versə də müxtəlif bəhanələrlə vaxtı uzadaraq verdiyi vədə əməl etməyib pulunu da ələ keçirmişdir. Sonradan eşitmişdir ki, Elşən analojı cinayətlər törətdiyinə görə tutularaq həbs edilmiş, ona görə də ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onunla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şahid14 təxminən 15 ildir ki, tanıyır, Zaur onun yaşadığı binanın mühafizəçisidir. Təqsirləndirilən şəxs isə əvvəllər yaşadığı, “Kubinka” deyilən yerdən məhəllə uşağı kimi tanımış, Elşənlə heç bir yaxın münasibəti, o cümlədən ədavəti və yaxud düşmənçiliyi olmamış, Elşəni polis əməkdaşı kimi tanımışdır. 2020-ci ilin dekabr ayının 29-da Yeni il şənliyi ilə bağlı Zaurla birlikdə binanın altındakı marketə girib bazarlıq edərkən təsadüfən Elşənlə görüşmüş və onu Zaurla tanış etmişdir. Sonra bazarlıq edib Elşəni də evinə dəvət etmişlər. Orada yeyib içərkən Elşən Zaurla söhbət edib əvvələr polis orqanlarında işlədiyi barədə məlumat verib Daxili İşlər Nazirliyində yaxşı əlaqələrinin olmasını, kadr məsələsində lazımı köməklik göstərə biləcəyini demişdir. Zaur da qardaşının işsiz olduğunu, Qax rayonunda DİN-in Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinə işə düzəlmək istəməsi barədə Elşənə bildirmişdir. Bu zaman Elşən Zaura demişdir ki, qardaşının işə düzəlməsi üçün 1.500 manat ona, 200 manat isə idman normativinə xərcləmək lazımdır. Zaur da razılaşmışdır. 31 dekabr 2020-ci il tarixdə Zaurla birlikdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığındakı “Kapital Bank”ın yaxınlığına gedib Elşənlə görüşmüş, orada Zaur onun iştirakı ilə Elşənə 1.500 manat pul vermişdir. Elşən pulu götürüb onları əmin etmişdir ki, Zaurun qardaşının məsələsini artıq danışıb, həll etdirəcəkdir. Bir müddətdən sonra Zaur Elşənə qalan 200 manat pulu da vermişdir. Lakin o orada iştrirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Elşən Zaurun qardaşının Qax rayonunda DİN-in Baş Mühafizə İdarəsinin mülki mühafizə xidmətinə mühafizəçi kimi işə qəbul olunacağını söz versə də müxtəlif bəhanələrlə vaxtı uzadaraq verdiyi vədə əməl etməyib pulunu ələ keçirmişdir. Sonradan eşitmişdir ki, Elşən analojı cinayətlər törətdiyinə görə tutularaq həbs edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onunla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, özü heç bir yerdə işləmədiyindən iş axtarırdı, marağı yanğınsöndürən işinə idi. 2019-cu ilin iyun ayında Ağstafa rayonu ərazisində yerləşən “Böyük kəsik” dəmir yolu vağzalında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elşən həmin vaxtlar dəmir yolunda polis əməkdaşı işlədiyindən tez-tez qatarla Böyük Kəsik dəmir yolu vağzalına gəlib gedirdi. Onun da işsiz olduğunu bilirdi. 2020-ci ilin noyabr ayında söhbətlərin birində Elşən tanışlarının vasitəsi ilə onu Fövqəlada Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini, bunun müqabilində bir az pul verməli olduğunu demişdir. O da pul verə biləcəyini demişdir Bundan bir neçə gün sonra Elşən həmin vəzifəyə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olduğunu bildirərək bunun üçün həmin vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə 12.500 manat pul verməli olduğunu demişdir. O da razılaşmışdır. Bir müddət ərzində pul toplamağa başlamış və 2021-ci ilin fevral ayının ortalarında Bakı şəhərinə gedib Elşənlə Xətai rayonu ərazisində yerləşən ASAN xidmətin yaxınlığında 12.500 manat pulu Elşənə vermişdir. Bundan sonra Elşən onu Fövqəlada Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən kimi işə düzələcəyini söz versə də müxtəlif bəhanələrlə vaxtı uzadaraq verdiyi vədə əməl etməyib pulunu ələ keçirmişdir. 2021-ci ilin mart ayında Elşən ona 3.000 manat pulu qaytarıb, qalan pulu yaxın vaxtda ödəcəyinə söz vermiş, lakin yenə də sözünə əməl etməyib aldatmışdır. Həmçinin həmkəndlisi Şahid7 işə düzəlmək məqsədi ilə onun vasitəsi ilə Elşənlə tanış olmuş, Elşən ona da Fövqəlada Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən kimi işə düzəldəcəyini söz verərək Əsgərdən 10.500 manat pulunu alaraq ələ keçirmişdir. O bunu Əsgərin özündən eşitmiş, pulun verilməsində iştirak etməmişdir. Sonradan eşitmişdir ki, Elşən analoji cinayətlər törətdiyinə görə tutularaq həbs edilmişdir. Ona görə də ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın müəyyən hissəsi ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2020-cu ilin noyabr ayında həmkəndlisi Şahid6 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elşən tanışlarının vasitəsi ilə X15 Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini demişdir. O da bunu eşidib eyni yerə işə düzəlmək istədiyini demişdir. Elşənlə tanış olandan sonra Elşən həmin vəzifəyə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olduğunu bildirərək bunun üçün həmin vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə 10.500 manat pul verməli olduğunu demişdir. O da razılaşmışdır. Bir müddət ərzində pul toplamağa başlamış və 2021-ci ilin fevral ayının ortalarında Bakı şəhərinə gəlib Koroğlu metrosunun yaxınlığında Elşənə 10.500 manat pul vermişdir. Bundan sonra Elşən onu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon şöbəsinə yanğınsöndürən kimi işə düzələcəyini söz versə də, müxtəlif bəhanələrlə vaxtı uzadaraq verdiyi vədə əməl etməyib pulumu ələ keçirmişdir. Sonradan Elşən ona və Farizə demişdir ki, iş düzəlməyib,pullarını qaytaracaq. Farizə 3.000 manat qaytarmış, sonrakı müddətdə nə Farizin, nə də ki, onun pulunu qaytarmamışdır. Sonradan eşitmişdir ki, Elşən analojı cinayətlər törətdiyinə görə tutularaq həbs edilmişdir. Ona görə də ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, atası uzun müddət polis orqanlarında xidmət etdiyindən onun da bu sahəyə marağı vardır. X11 xidmətə qəbulla bağlı bir neçə dəfə müraciət etsə də, vakant yer olmadığından imtina olunmuşdur. 2020-ci ilin dekabr ayının təxminən 2-də Daxili İşlər Nazirliyinin “İnstaqram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə girib qızlar üçün vakansiyanın olub-olmaması barədə koment yazmış, üstündən bir gün keçmişdir ki, onun komentinə “DİN_102” profilindən ismarıc gəlmişdir ki, “vakansiya var, direktimə yaz”. O da yazmış, özünü kadrların inspektoru Elçin kimi təqdim edən şəxs öz nömrəsini qoyub əvvəlcə valideynimlə görüşüb danışmalı olduğunu demişdir. Bir neçə gündən sonra, yəni 09 dekabr 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin qarşısında, Mərkəzi Univermağın yanında atası ilə birlikdə özünü Elçin kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxslə görüşmüşlər. Söhbət zamanı X25 Nazirliyinin “102 Xidməti zəng-mərkəzi”ndə operator vəzifəsinin vakant olduğunu, həmin vəzifəyə işə qəbul edilməsini yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll etmək imkanına malik olduğunu bildirərək bunun üçün həmin vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə 8.000 manat pul verməli olduğunu demişdir. O da razılaşıb banklardan pul götürüb verə biləcəyini demişdir. Lakin bir müdət banklara müraciət edərək pul tapa bilməmiş, Elşən isə tez-tez zəng edərək pulun düzəlib-düzəlməməsi ilə maraqlanmışdır. 2021-ci ilin mart ayının 12-də Elşənə demişdir ki, artıq pul düzəldə bilmir, cəmi 500 manatı var. Elşən də eybi yox, bunu ver, qalanını işləyə-işləyə verərsən deyib razılaşmışdır. Beləliklə də 2021-ci ilin mart ayının 12də saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Metropark ticarət mərkəzinin yaxınlığında atası Şahid9 iştirakı ilə Elşənə 500 manat pul vermişdir. Bundan sonra Elşənlə əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadıraraq gözləməyini xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs analojı cinayətlər törətdiyinə görə tutularaq həbs edilmişdir. Ona görə də ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onunla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, özü uzun müddət ərzində X9 polis nəfəri vəzifəsində xidmət etmiş, 2012-ci ildə təqaüdə çıxmışdır. 1998-ci il təvəllüdlü qızı Şahid8 X9 xidmət etməyə marağı vardır. X11 xidmətə qəbulla bağlı bir neçə dəfə müraciət etsə də, vakant yer olmadığından Nəzrinə imtina olunmuşdur. 2020-ci ilin dekabr ayının təxminən 2-də X24 Nazirliyinin “İnstaqram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə girib qızlar üçün vakansiyanın olub-olmaması barədə koment yazmış, bir gündən sonra özünü kadrların inspektoru Elçin kimi təqdim edən şəxs vakant yer olduğunu deyərək valideyni ilə birlikdə görüşə dəvət etmişdir. 09 dekabr 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin qarşısında, Mərkəzi Univermağın yanında Nəzrinlə birlikdə özünü Elçin kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxslə görüşmüşlər. Söhbət zamanı X25 Nazirliyinin “102 Xidməti zəng-mərkəzi”ndə operator vəzifəsinin vakant olduğunu deyib bu işin düzəlməsi üçün 8.000 manat verməli olduqlarını demişdir. Nəzrin də razılaşıb banklardan pul götürüb verə biləcəyini demişdir. Lakin bir müdət banklara müraciət edərək pul tapa bilməmişlər. Elşən isə tez-tez zəng edərək pulun düzəlib-düzəlməməsi ilə maraqlanmışdır. 2021-ci ilin mart ayının 12-də Nəzrin Elşənə demişdir ki, artıq pul düzəldə bilmir, cəmi 500 manatı var. Elşən də eybi yox, bunu ver, qalanını işləyə-işləyə verərsən deyib razılaşmışdır. Beləliklə də 2021-ci ilin mart ayının 12də saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığında onun iştirakı ilə Nəzrin Elşənə 500 manat pul vermişdir. Bundan sonra Elşənlə əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadıraraq gözləməyi xahiş etmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs analojı cinayətlər törətdiyinə görə tutularaq həbs edilmişdir. Ona görə də qızı Nəzrin ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən onunla barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayında X11 xidmətə qəbulla bağlı müraciət etmiş, lakin idman məqbulunu yetərli verə bilmədiyi üçün işə qəbul oluna bilməmişdir. Lakin sonradan DİO-ya qəbul üçün DİN-in rəsmi instagram səhifəsi olan “polis_azerbaycan” səhifəsində bacısı Şahid12 həmin sosial şəbəkədəki “arzum_zuzu_” adlı səhifəsi vasitəsi ilə polisə işə qəbulla bağlı sual vermişdir. Təxminən bir neçə gün sonra instagram səhifəsindən özünü DİN-in “Məktublar şöbəsi”nin əməkdaşı və polis kapitanı “Elçin” kimi təqdim edən şəxs bacısına ismarıc yazmış və xidmətə qəbulla bağlı köməklik edəcəyini vəd vermişdir. İkinci dəfə boy ölçüsü ilə bağlı müraciətinə rədd cavabı gəldiyi üçün ailə üzvlərim məsləhət etmişlər ki, həmin şəxslə danışıb işə düzəlməyinə köməklik etməsini xahiş etsin. Bundan sonra bacısı həmin şəxslə əlaqə saxlayıb danışmış və həmin şəxs özünü DİN əməkdaşı kimi təqdim etmişdir. Özünü Elçin kimi təqdim edən şəxsin deməsinə görə onu heç bir imtahan vermədən işə qəbul etdirəcəkdir. İlk dəfə 2021-ci ilin yanvar ayının ortalarında Daxili İşlər Nazirliyinin qarşısında yerləşən parklama yerində idarə etdiyi Nissan Murano markalı **-FJ-*** qeydiyyat nişanlı avtomobilin içərisində anası Şahid10 Baxşeyiş qızının iştirakı ilə Elçinlə görüşmüşdür. Elçin görüş zamanı bildirmişdir ki, polis serjantı rütbəsi ilə mühafizə xidmətinə işə qəbul üçün 6.000 manat, post-patrul xidməti üçün 8.000 manat, DİN-in Polis Akademiyasına qəbul üçün orta təhsillilərə 35.000, ali təhsillilərə 15.000 manat, digər xidmətdən yol-patrul xidmətinə köçürmə üçün isə 8.000 manat pul almaqla məsələləri həll edir. O, həmin şəxsin sözlərinə inanmasa da müraciətlərinə rədd cavabı verildiyi üçün başqa əlacı qalmadığından Salyan Rayon Polis Şöbəsinin post-patrul xidmətinə düzəlmək istədiyini bildirmiş, Elçin bunun üçün 8.000 manat pul istəmişdir. Razılaşmışlar ki, həmin məbləği hissə-hissə versinlər. Birinci dəfə 22 yanvar 2021-ci il tarixdə yuxarıda qeyd etdiyi yerdə görüşərək 2.000 manat pulu, həmçinin özünə məxsus diplom və digər sənədlərini anası Xalidənin iştirakı ilə Elçinə vermişdir. İkinci dəfə 27 yanvar 2021-ci il tarixdə DİN-in İdman Cəmiyyətinin yaxınlığında həmin cəmiyyətin rəisi kimi təqdim etdiyi şəxsin yanında Elçinə daha 2.000 manat və əlavə xərclər üçün, yəni guya onu dartınma idman məqbulundan keçirtməsinə görə 300 manat pul verərək sənədlərini təhvil almışdır. Növbəti dəfə 2021-ci ilin mart ayının əvvəllərinə 1000 manat, 16 mart 2021-ci il tarixdə 2000 manat və 25 mart 2021-ci il tarixdə xatırlamdığı rayon taksiləri vasitəsilə Elçinə pul göndərmiş və sonuncu pulu Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsi deyilən yerdə təhvil alıb onu bu barədə məlumatlandırmışdır. Elçinin deməsinə görə 2021-ci ilin mart ayının axırları aprel ayının əvvəllərində o artıq xidmətə başlayacaqdır. Təxminən 2021-ci ilin mart ayının axırlarında özünü Salyan RPŞ-nin əməkdaşı Şövqü Həsənli kimi təqdim edən şəxs ona zəng edərək artıq xidmətə qəbul olunmağı ilə bağlı əmr verdildiyini və DİNin Maddi-Texniki Təminat İdarəsindən xidməti forma almalı olduğunu bildirmişdir. Lakin sonrakı zəngində xidməti formanın RPŞ-yə göndəriləcəyini və 02 aprel 2021-ci il tarixdə işə çıxacağını bildirmişdir. Sonradan Elçin zəng edərək 29 mart 2021-ci il tarixdə xidməti formanı təhvil almaq üçün Salyan RPŞ-yə getməyini tapşırmışdır. Həmin tarixdə o Elçinə zəng edərək şöbədə kimə müraciət etməyi soruşmaq istədikdə Elçinin mobil nömrəsinə zəng çatmamışdır. Həmçinin Salyan RPŞ-yə gedərək Şövqü Həsənlini soruşduqda elə bir adamın işləmədiyini bildirmişlər. Məlum olmuşdur ki, Elçin onu aldadıb pulunu ələ keçirmişdir. Həmçinin sonradan bilmişdir ki, özünü Elçin kimi təqdim edən şəxs əslində Təqsirləndirilən şəxsdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 Baxşeyiş qızı ifadəsində göstərdi ki, Şahid11 onun övladıdır. Rauf polis orqanlarında xidmət etmək arzusunda olmuşdur. 2020ci ilin sentyabr ayında Rauf X11 xidmətə qəbulla bağlı müraciət etmişr, lakin idman məqbulunu yetərli verə bilmədiyi üçün işə qəbul oluna bilməmişdir. Sonradan DİO-ya qəbul üçün DİN-in rəsmi instagram səhifəsi olan “polis_azerbaycan” səhifəsində qızı Şahid12 həmin sosial şəbəkədəki “arzum_zuzu_” adlı səhifəsi vasitəsi ilə polisə işə qəbulla bağlı sual vermişdir. Təxminən bir neçə gün sonra instagram səhifəsindən özünü DİN-in “Məktublar şöbəsi”nin əməkdaşı və polis kapitanı “Elçin” kimi təqdim edən şəxs qızına ismarıc yazmış və xidmətə qəbulla bağlı köməklik edəcəyini vəd vermişdir. İkinci dəfə oğlunun boy ölçüsü ilə bağlı müraciətinə rədd cavabı gəldiyi üçün məsləhətləşib qərara gəlmişlər ki, həmin şəxslə danışıb Raufun işə düzəlməyinə köməklik etməsini xahiş etsinlər. Bundan sonra qızı Arzu həmin şəxslə əlaqə saxlayıb danışmış və həmin şəxs özünü DİN əməkdaşı kimi təqdim etmişdir. Özünü Elçin kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin deməsinə görə Raufu heç bir imtahan vermədən işə qəbul etdirəcəyinə vəd etmişdir. İlk dəfə 2021-ci ilin yanvar ayının ortalarında Daxili İşlər Nazirliyinin qarşısında yerləşən parklama yerində Raufla birlikdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Görüş zamanı Elşən bildirmişdir ki, polis serjantı rütbəsi ilə mühafizə xidmətinə işə qəbul üçün 6.000 manat, post-patrul xidməti üçün 8.000 manat, DİN-in Polis Akademiyasına qəbul üçün orta təhsillilərə 35.000, ali təhsillilərə 15.000 manat, digər xidmətdən yol-patrul xidmətinə köçürmə üçün isə 8.000 manat pul almaqla məsələləri həll edə bilər. Rauf da Salyan Rayon Polis Şöbəsinin post-patrul xidmətinə düzəlmək istədiyini bildirmişdir. Elçin bunun üçün 8.000 manat pul verməli olduğunu demişdir. Onlarla həmin məbləği hissə-hissə vermək barədə razılığa gəlmişlər. Birinci dəfə 22 yanvar 2021-ci il tarixdə yuxarıda qeyd etdiyi yerdə Rauf onun iştirakı ilə Elşənə 2.000 manat pulu, həmçinin özünə məxsus diplom və digər sənədlərini vermişdir. İkinci dəfə 27 yanvar 2021-ci il tarixdə DİN-in İdman Cəmiyyətinin yaxınlığında həmin cəmiyyətin rəisi kimi təqdim etdiyi şəxsin yanında onun iştirakı ilə Rauf Elşənə daha 2.000 manat və əlavə xərclər üçün, yəni guya onu dartınma idman məqbulundan keçirtməsinə görə 300 manat pul verərək sənədlərini ondan təhvil almışdır. Növbəti dəfə 2021-ci ilin mart ayının əvvəllərinə 1000 manat, 16 mart 2021-ci il tarixdə 2000 manat və 25 mart 2021-ci il tarixdə tanımadığı rayon taksiləri vasitəsilə Rauf Elşənə pul göndərmişdir. Elşənin deməsinə görə 2021-ci ilin mart ayının axırları aprel ayının əvvəllərində Rauf artıq xidmətə başlayacaqdır. Təxminən 2021-ci ilin mart ayının axırlarında özünü Salyan RPŞnin əməkdaşı Şövqü Həsənli kimi təqdim edən şəxs oğluna zəng edərək artıq xidmətə qəbul olunmağı ilə bağlı əmr verildiyini və DİN-in Maddi-Texniki Təminat İdarəsindən xidməti forma almalı olduğunu bildirmişdir. Lakin sonrakı zəngində o, xidməti formanın RPŞ-yə göndəriləcəyini və 02 aprel 2021-ci il tarixdə işə çıxacağını bildirmişdir. Sonradan isə Elşənin mobil nömrəsinə zəng çatmamışdır. Həmçinin oğlu Rauf Salyan RPŞ-yə gedərək Şövqü Həsənlini soruşduqda elə bir adamın işləmədiyini bildirmişlər. Ona görə də oğlu Şahid11 Elşənin barəsində ərizə ilə müraciət etmişdir. Elşən tərəfindən ələ keçirilən pullar Raufa məxsus olduğu üçün zərərçəkmiş şəxs kimi Raufun özü tanınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 analoji ifadə verərək Şahid11 və Şahid10 Baxşeyiş qızının ifadələrində göstərdikləri xüsusatları təsdiq etdilər. Kompleks məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 01 iyun 2021-ci il tarixli 6/2179-9/3567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzük-kolye və bilərzik hissəsi dəsti (kolye qırıqdır) – üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı üzərinə 750 əyarlı qızıl suyu çəkilmiş, 925 əyarlı gümüşdən hazırlanmışdır. Məmulatın bəzi hissələrinin metalı (üzüyün halqa hissəsinin alt tərəfi, sırğa cütünün kilid hissəsi və məmulatın üst hissəsinin kənarlarında olan çubuq formalı elementlər) 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 41,42 qramdır. Məmulatın üzərində olan qaşlar qiymətli daşlara aid deyil. Kolye və bilərzik hissəsi qırıntı hesab olunur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların metalının tərkibində olan qiymətli metal ərintilərinin ayrıayrılıqda çəkiləri məlum olmadığı üçün qiymətləndirilmə aparılmamışdır. (Bax cild 2, iş vərəqə 24-26, 50-54) İş üzrə götürülmüş 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzük-kolye və bilərzik hissəsi dəsti, eləcə də girov biletinin surəti iş üzrə maddi sübut hesab edilmiş, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütüüzük-kolye və bilərzik hissəsi dəsti Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, bir ədəd girov biletinin surəti isə cinayət işinin materiallarına əlavə edilmişdir. (Bax cild 2, iş vərəqə 72-89) Cinayət işinin materiallarına əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2007-ci ildən 07 noyabr 2020-ci il tarixədək olan müddət ərzində daxili işlər orqanlarının əməkdaşı olmuşdur. (Bax cild 1, iş vərəqə 24) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X10 Şəxsi tərəfindən verilmiş 3250 saylı, 16.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 1, iş vərəqə 92 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi tərəfindən verilmiş 19/51-4370 saylı, 19.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 1, iş vərəqə 93) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətəuyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Yuxarıda qeyd olunan Plenum Qərarının 36-cı bəndinin 3-cü abzasında qeyd edilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. X19 36-cı bəndinin 7-ci abzasında qeyd edilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitlərinin rüşvət qismində verilməsinə təhrikçilik əməllərini törətməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi həqiqəti əks etdirməyərək, iş üzrə dindirilmiş şahidlərin ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 152) Həmçinin, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 13.12.2021-ci il tarixli, 1(101)-1794/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 182.2.1, 182.2.4 və 309.1-ci maddələri ilə təqsirli bilinərək, ona AR CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14.03.2022-ci il tarixli, 1(103)-577/2022 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 309.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13.12.2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 2 saylı Bakı “Asan Xidmət” Qeydiyyat Şöbəsinin 5526 saylı, 12.10.2019-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır. (iş vərəqə 212) İş materiallarına əlavə edilmiş Şahid3 tərəfindən verilmiş notarial qayadada təsdiq edilən ərizədən görünür ki, Şahid3 vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. İş materiallarına əlavə edilmiş Şahid4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilən ərizədən görünür ki, Şahid4 vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaqdır. İş materiallarına əlavə edilmiş X7 tərəfindən verilmiş notarial qaydada təsdiq edilən ərizədən görünür ki, X5 vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. İş materiallarına əlavə edilmiş Şahid14 tərəfindən verilmiş notarial qaydada təsdiq edilən ərizədən görünür ki, Şahid14 vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. İş materiallarına əlavə edilmiş Şahid8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilən ərizədən görünür ki, Şahid8 vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. İş materiallarına əlavə edilmiş Şahid9 tərəfindən verilmiş notarial qaydada təsdiq edilən ərizədən görünür ki, Şahid9 vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Zərərçəkmiş şəxs 19.08.2021-ci il tarixdə məhkəməyə maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli nəticəsində ona dəymiş 2.400 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, sonradan məhkəməyə ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışması, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiasının olmaması və bundan sonra da olmayacağı ilə bağlı 03 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrini rəhbər tutaraq, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini, eyni zamanda onun cinayət əməli nəticəsində vurulmuş digər maddi ziyanları qismən ödəməsini, əməlini etiraf edərək peşmançılıq çəkməsini, himayəsində bir az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, AR CM-in 60-cı maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza onun təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Yuxarıda qeyd olunan Plenum Qərarının 16-cı bəndində qeyd edilir ki, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. AR CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs birinci iş üzrə hökm (Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 1 (101)-1794/2021 saylı hökmü) çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətlərdə də (2020-ci ilin noyabr ayının ortalarında, 2020-ci ilin noyabr ayın sonlarında, 25 dekabr 2020-ci il tarixdə, 31 dekabr 2020-ci il tarixdə, 21 yanvar 2021-ci il tarixdə, 22 yanvar 2021-ci il tarixdə, 27 yanvar 2021-ci il tarixdə, 2021-ci ilin fevral ayının ortalarında, 12 mart 2021-ci il tarixdə, 16 mart 2021-ci il tarixdə, 2021-ci ilin mart ayının əvvəllərində, 25 mart 2021-ci il tarixdə, 01 aprel 2021-ci tarixdə törətmiş olduğu cinayətlərdə) təqsirli olduğu müəyyən olunduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14.03.2022-ci il tarixli, 1(103)-577/2022 nömrəli qərarına əsasən dəyişdirilmədən saxlanılmış 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzük-kolye və bilərzik hissəsi dəsti hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, iş materiallarında olan bir ədəd girov biletinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109 manat, 50 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs məhkəməyə ona vurulmuş maddi ziyan tam olaraq ödənilməsi, Təqsirləndirilən şəxs ilə barışması, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi, iddiasının olmaması və bundan sonra da olmayacağı ilə bağlı 03 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdiyindən, mülki iddiaçının iddiadan imtina etməsi qəbul edilməli və Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19.08.2021-ci il tarixli mülki iddiaya xitam verilməlidir. AR CPM-in 180.1-ci maddəsinə əsasən, eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2021-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-341/2021 saylı, 06 aprel 2021 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli, onun şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 05 aprel 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Pro Bono vəkil bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 1 (101)-1794/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 manat, 50 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü-üzük-kolye və bilərzik hissəsi dəsti hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, iş materiallarında olan bir ədəd girov biletinin surəti cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19.08.2021-ci il tarixli mülki iddiaya xitam verilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Pro Bono vəkil bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-172/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-172/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver