Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-172/2023 15.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X4 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, Rusiya Federasiyasının vətəndaşı, Yekaterinbuq şəhəri, Zeniçkova küçəsi, ev 40-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə Bərdə rayonu ərazisindən 02 noyabr 2021-ci il tarixdə yol nişanının altından satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 3601,226 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, “Sabir” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb bacısı oğlu Namiq Avilova məxsus “Mercedes” markalı, KK-465-QQ Gürcüstan dövlət nömrə nişanlı avtomobildə saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, həmin narkotik vasitə tiryəkin 1861,226 qramını üzərində saxlamaqla daşıyarkən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi avtomobilin yanında saxlanılmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada həmin tarixdə saat 21:45-dən etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,226 qram, sağ əlindəki sellofan torbanın içərisindən isə bir ədəd bağlamada təmiz çəkisi 1860,0 qram tərkiblərinə görə eyni olan narkotik vasitə tiryək aşkar edilmiş, eyni zamanda həmin tarixdə saat 22:30-dan etibarən öz razılığı və iştirakı ilə etibarnaməsi olmadan idarə etdiyi bacısı oğlu X7 məxsus “Mercedes” markalı KK 465 QQ Gürcüstan dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin sağ ön hissəsində olan cihazlar panelinin saxlanc yerindəki bir ədəd sellofan torbanın içərisindən bir ədəd bağlamada təmiz çəkisi 1740,0 qram Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə tiryəklə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunmasına dair məhkəmə tədqiqatı: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasının, Bolnisi rayonunun, Kəpənəkçi kəndində anadan olmuşdur. Eyni zamanda həmin kənddə yerləşən orta məktəbdə Azərbaycan dilində təhsil almışdır. 1997-ci ildən etibarən işləri ilə əlaqədar Rusiya Federasiyasının Yekaterinburq şəhərinə köçmüş, 2007-ci ildən etibarən isə həmin ölkənin vətəndaşıdır. Orada tanışları olan İranlı Sabir və gürcüstanlı Mübariz ilə meyvə alveri ilə məşğul olurdular. Rusiyadan 01 noyabr 2021-ci il tarixdə qayıtdığı gün Bakı şəhərində Xətai rayonu ərazisində yaşayan bacısıgilə getmiş, orada olan zaman Mübarizlə əlaqə saxlamışdır. Mübariz ona and içərək narahat olmamasını bildirməklə Bərdə rayonuna gedərək yol nişanının altından bir ədəd torbanı götürüb Bakı şəhərinə gətirməsini, Bakıda həmin torbanı ondan başqa bir şəxsin alacağını bildirmişdir. O da Mübarizlə razılaşaraq bacısı oğlu Namiqə məxsus «Mercedes» markalı maşınla yola çıxaraq Bərdə-Yevlax avtomobil yolunda Bərdə istiqamətində yol nişanın altına qoyulmuş torbanı götürərək geri Bakıya qayıtmışdır. Teymur Əliyev küçəsində Mübarizin zənginə əsasən maşını saxlamış, həmin vaxt 7-8 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmədən onu tutub polisə aparmışlar. Polis idarəsində məlum olmuşdur ki, həmin qara torbanın içərisində tiryək olmuşdur. Etiraf edir ki, torba ona məxsusdur, maşınla onu Bakıya o gətirmiş, lakin həmin torbanın içərisində nə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri tədbirlə bağlı tanımışdır. Belə ki, ona daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə əldə edilməsi ilə məşğuldur. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş, idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmiş, qrupun üzvləri isə Şahid2 və Şahid3 təyin edilmişlər. Keçirdikləri tədbirin nəticəsində Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində “Mercedes” markalı maşının yanında əlində selofan torba ilə saxlanılaraq maşınla birlikdə idarəyə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmiş və sonuncu müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, o və həmkarları isə baxışda iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaların masanın üzərinə qoyması barədə təklifindən sonra torbanı və qara rəngli gödəkçənin sol döş cibindən balaca büküm təqdim etmişdir. Sellofan torbadan böyük bağlama açldıqda içindən tiryəkə oxşar, tünd-qəhvəyi rəngli maddə, həmçinin balaca büküm də açıldıqda içindən tiryəkə bənzər, tünd-qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkildikdə çəkisi təxmini olaraq 2 kq-a yaxın olmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitəsi tiryəkdir və onu tanıdığı iranlı Sabirin telefonla bildirdiyi yerdən götürmüş, tiryəki sonra Sabirin deyəcəyi ünvanlara yerləşdirməli idi. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, idarə etdiyi “Mercedes” markalı maşında da narkotik vasitə var və maşina baxış keçirilməsinə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryəkə bənzər maddələr qablaşdırılmış, möhürlənmiş və protokol tərtib olunmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının təklifi ilə idarənin həyətində saxlanılan “Mercedes” markalı maşina da baxış keçirilmişdir. Təqsirləndirilən şəxs öz açarı ilə maşının sağ qabaq qapısını açaraq «Bardaçok» deyilən saxlanc yerindən bir sellofan torba götürüb təqdim etmiş, həmin torbada da tiryək olmasını, onu da Sabirin dediyi yerdən, Bərdə rayonundan əldə edib Bakı şəhərinə gətirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbir ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması üçün rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1, üzvləri isə o və həmkarı Şahid3 təyin edilmişlər. Keçirdikləri tədbirin nəticəsində Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində “Mercedes” markalı maşının yanında əlində selofan torba ilə saxlanılaraq maşınla birlikdə idarəyə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, onlar da keçirilmiş baxışda iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaların masanın üzərinə qoyması barədə təklifindən sonra torbanı və qara rəngli gödəkçənin sol döş cibindən balaca büküm təqdim etmişdir. Sellofan torbadan böyük bağlama açldıqda içindən tiryəkə oxşar, tünd-qəhvəyi rəngli maddə, həmçinin balaca büküm də açıldıqda içindən tiryəkə bənzər, tünd-qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilərək çəkisinin 2 kq-a yaxın olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitəsi tiryəkdir və onu tanıdığı iranlı Sabirin telefonla bildirdiyi yerdən götürmüş, tiryəki sonra Sabirin deyəcəyi ünvanlara yerləşdirməli idi. Bundan sonra Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, idarə etdiyi “Mercedes” markalı maşında da narkotik vasitə var və maşina baxış keçirilməsinə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryəkə bənzər maddələr qablaşdırılaraq möhürlənmiş və protokol tərtib olunmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının təklifi ilə idarənin həyətində saxlanılan “Mercedes” markalı maşina da baxış keçirilmişdir. Təqsirləndirilən şəxs öz açarı ilə maşının sağ qabaq qapısını açaraq «Bardaçok» deyilən saxlanc yerindən bir sellofan torba götürüb təqdim etmiş, həmin torbada da tiryək olmasını, onu da Sabirin dediyi yerdən, Bərdə rayonundan əldə edib Bakı şəhərinə gətirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Zakir oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbir ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması üçün rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1, üzvləri isə o və həmkarı Şahid2 olmuşlar. Keçirdikləri tədbirin nəticəsində Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində “Mercedes” markalı maşının yanında əlində selofan torba ilə saxlanılaraq maşınla birlikdə idarəyə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, onlar da keçirilmiş baxışda iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaların masanın üzərinə qoyması barədə təklifindən sonra torbanı və qara rəngli gödəkçənin sol döş cibindən balaca büküm təqdim etmişdir. Sellofan torbadan böyük bağlama açldıqda içindən tiryəkə oxşar, tünd-qəhvəyi rəngli maddə, həmçinin balaca büküm də açıldıqda içindən tiryəkə bənzər, tünd-qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilərək çəkisinin 2 kq-a yaxın olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitəsi tiryəkdir və onu tanıdığı iranlı Sabirin telefonla bildirdiyi yerdən götürmüş, tiryəki sonra Sabirin deyəcəyi ünvanlara yerləşdirməli idi. Bundan sonra Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, idarə etdiyi “Mercedes” markalı maşında da narkotik vasitə var və maşina baxış keçirilməsinə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryəkə bənzər maddələr qablaşdırılaraq möhürlənmiş və protokol tərtib olunmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının təklifi ilə idarənin həyətində saxlanılan “Mercedes” markalı maşina da baxış keçirilmişdir. Təqsirləndirilən şəxs öz açarı ilə maşının sağ qabaq qapısını açaraq «Bardaçok» deyilən saxlanc yerindən bir sellofan torba götürüb təqdim etmiş, həmin torbada da tiryək olmasını, onu da Sabirin dediyi yerdən, Bərdə rayonundan əldə edib Bakı şəhərinə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 noyabr 2022-ci il tarixdə saat 20:15-də Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanının yaxınlığında “Mercedes” markalı, KK-465-QQ Gürcüstan dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 02 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçi X5 iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanı və əyinində olan qara rəngli gödəkcəsinin sol döş cibindən 1 büküm təqdim etmişdir. Sağ ic cibində isə avtomobil açarı, iki təyyara bileti, avtomobilin qeydiyyat şəhadətnaməsi, bank kartı, “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs oğunun təqdim etdiyi bir topa və bir bükümdə olan tiryəkə oxşar maddə elektron tərəzidə çəkilərkən 1 kiloqram 923 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan və özünün təqdim etdiyi tiryəki 02 noyabr 2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı “Sabir” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonunda əvvəlcədən təyin edilmiş yerlərdən deyiləcək yerlərə çatdırmaq məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 02 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, KK-465-QQ Gürcüstan dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön cihazlar panelinin saxlanc yerindəki bir ədəd sellofan torbanın içərisindən bir ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkilərkən 1 kiloqram763 qram olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 03 noyabr 2021-ci il tarixli, 6/4866 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd sellofan bağlamada və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1860,0 qram və 1,226 qram ümumi təmiz çəkisi 1861,226 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş digər kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 1740,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim edilmiş üç ədəd bükümdə olan tiryək xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 469 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsini inkar edir. Narkotik vasitələrdən istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1234 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntu aşkar edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin heç bir bəndinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarını müəyyən edərkən diqqətində dayanıqsızlıq, abstrakt anlayışların dərk edilməsinin zəif çıxış edərək, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürünün bir qədər ləng olması, bir mövzüdan digərinə keçməkdə şətinlik çəkməsi, yada salma və yadda saxlama proseslərinin və proqnozlaşdırma qabiliyyətinin bir qədər zəif olması, emosional-iradi sferasında emosional qeyri-sabitlik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, özünü iradi tənzimləmənin çatışmazlığı aşkar olundu. Təqsirləndirilən şəxs emosionalı vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefon aparatına baxış keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı İran mobil operatorlarına məxsus +**********70 nömrəsi “Cabip” kimi, +**********14 nömrəsi “Cabip 2” kimi +**********40 nömrəsi isə “Cabip 3” kimi qeyd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 25944 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********30 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olmuş, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 008-3049-1222 saylı məktubundan müəyyən olunur ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı «Sabir» adlı şəxslə birgə əlaqəsinin olmasına, «Sabir» adlı şəxsin həmin narkotik vasitələri digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair məlumatlar əldə edilmiş, lakin «Sabir» adlı şəxsin və cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işinin materiallarından ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BƏSİİnin «Giriş-çıxış və qeydiyyat» İAMAS-nın «Sərhədkeçməyə məhdudiyyət» sistemi üzrə xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçən müddət ərzində müxtəlif vaxtlarda Azərbaycan Respublikası ərazisinə, Gürcüstan Respublikası ərazisinə, X9 ərazisinə və Rusiya Federasiyası ərazisinə keçməsi, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə Heydər Əliyev adına Beynəlxalq aeroportundan keçməklə qayıtması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobildən götürülmüş, ekspertiza təhqiqatından sonra qalıq qalan 3601,076 qram tiryək və mobil «Samsung» markalı mobil telefon Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Şəxsi axtarış və baxış aparılması zamanı videogörüntüləri özündə əks etdirən 2 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Məhkəmənin 07 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçilərinin vəsatəti təmin edilmiş və barəsində təkrar stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilmiş, təkrar stasionar məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 143 saylı rəyində müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi ittiham olunan cinayət əməlinə münasibətdə Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə uüyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəkilində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cəzalaran İcra Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərəsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs verilmiş ittihamla əlaqədar məhkəmənin gəldiyi nəticə: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona görə də ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə razılığa gələrək köməklik etmişdir. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları və hazırkı hökmdə sadalanan sübutları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs bu əməlləri məhkəməyədək və məhkəmədə özünün və şahidlərin ifdələri, narkotik vasitələrə baxış protokolları və 2 ədəd DVD disklərlə, cinayət işinin digər materialları ilə sübut olunmşdur. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan hərəkətləri üzrə əməli düzgün tövsif edilmiş, əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 52-ci maddəsinə əsasən əcnəbilər onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra onlara Azərbaycan Respublikasından kənara məcburi çıxarma cəza növü tətbiq edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Gürcüstan Respublikasında anadan olmaqla, xx.xx.2013-cü ildən Rusiya Federasiyasının vətəndaşıdır, sübaydır, övladı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Mİqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* saylı arayışından müyyən olunur ki, xx.xx.1979-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 224412/m nömrəli, 30 may 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci id tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan əsas cəza ilə yanaşı, əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən və məcburi çıxarılmaya mane olan hallar məhkəmə iclası zamanı aşkar edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 02 noyabr 2021-ci il tarixdən hesablamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi-xarakterli məcburi tədbirlər təyin olunmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertizpa təhqiqatından sonra qalıq qalan 3601,076 qram tiryək məhv edilməli, şəxsi axtarış və baxışin keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş «Samsung» markalı mobil telefon qohumlarına təhvil verilməsi üçün «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 təhvil verilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «A.İ.M» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün isə 450 AZN (dörd yüz əlli manat) pul «A.İ.M» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.1, 95.0.1, 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi-xarakterli məcburi tədbirlər təyin olunsun. Azərbaycan Respublikası Cəzalaran İcra Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 42.0.9 və 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində o əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin. Əlavə cəzanın icra edilməsi məhkumun əsas cəzasını icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza təhqiqatından sonra qalıq qalan 3601,076 qram tiryək məhv edilsin, 02 ədəd DVD disk ctnayət işin materiallarında saxlanılsın. Narkotik vasitələrin və psixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş «Samsung» markalı mobil telefon qohumlarına təhvil verlməsi üçün «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 təhvil verilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş)manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 450 AZN (dörd yüz əlli manat) pul «A.İ.M» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-172/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-172/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver