Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1720/2021 02.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1 (101)-1720/2021 Azərbaycan Respublikası adından Hökm 02 noyabr 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsi Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X13 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 (xx.xx.1992-ci ildə Neftçala şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, işləməyən, subay, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi ev 15 mənzil 34-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ƏN PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Baba” adlı şəxs tərəfindən göndərilmiş təmiz çəkisi 12,864 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə saat 13:40-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq şöbənin inzibati binasına aparılmış və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əlində olan, üzərində «Mysilver» sözləri yazılmış torbanın içərisindən həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf selofan paketdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istfadə edən olmuş, «pati» deyilən psixotrop maddə istifadə etmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində internetdə tanış olduğu və tanımadığı şəxsdən 10 manat müqabilində aldığı bir büküm, yəni bir istifadəlik «pati» deyilən psixotrop maddə olmuşdur. Özü Neftçala rayonunda yaşamış və balıqçılıqla məşğul olmuşdur. Tuğulmazdan 2 gün əvvəl Bakı şəhərinə gəlmiş, 20 yanvar deyilən ərazidə tanışının evində olmuşdur. Tanışının evindən çıxdığı zaman günüz vaxtı saat 12 radələrində evin giriş qapısının ağzında polis əməkdaşları onu saxlayıb polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərindən cəmi 10 manata aldığı bir istifadəlik «pati» deyilən psixotrop maddə, bel kəməri, qol saatı, və 4 ədəd mobil telefon aşkar olunmuşdur. Polis əməkdaşları masanın üzərinə əlavə olaraq ona aid olmayan narotik vasitə qoymuşlar və həmin narotik vasitənin vidioçəkliş zamanı onun olması barədə ifadələr verməyə məcbur etmişlər. O da polislərlə razılaşmadıqda vidioçəkliş dayandırılmış və həmin narkotik vasitənin onun özününkü kimi ifadə verməyə məcbur edilmiş və ikinci dəfə vidioçəkliş olmuşdur. Narkotik vasitəni özü istifdə etmiş, heç kimə verməmiş və ya satmamışdır. X2 ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik və psixotrop maddələrdən yəni heroin və metamfetamindən istifadə edir və satışı ilə də məşğul olmuşdur. 16.03.2021-ci il tarixdə saat 13:40 radələrində ünvan 2 ünvanın qarşısında olarkən 2 nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşları olmalarını bildirmişlər özünü təqdim etməsini demişlər. O da özünü təqdim edəndən sonra üzərində narkotik maddənin olub olmadığını soruşarkən üzərində heçnə olmadığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları əlində müxtəlif əşyalar olan ağ rəngli selofan torba ilə birlikdə onu öz avtomobillərinə otuzdurub Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Polis Şöbəsində ona müdafiəçi dəvət etməklə hüquqlarını izah etmişlər. Daha sonra polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirməklə bunun üçün video çəkilişdən istifadə edəcəklərini demişlər. O da etiraz etmədiyi üçün üzərində aparılan şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Axtarış zamanı əlində olan selofanın içərisində olan psixotrop maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları psixotrop maddəni hardan əldə etdiyi barədə ondan soruşanda həmin maddəni 15.03.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində əvvəlcədən ona vatsap vasitəsi ilə göndərilən ünvanda ağacın altından götürdüyünü bildirmişdir. Həmin maddəni isə əvvəlcədən İran islam Respublikasının vətəndaşı “Baba” adlı şəxslə 590 manat razılaşmalarını da polis əməkdaşlarına bildirmişdir. O, ertəsi günü psixotrop maddənin pulunu hazır etdikdə Baba özü əlaqə saxlayıb ona kart məlumatlarını deyəcəkmiş ki, pulu həmin karta göndərə bilsin. Lakin, tutulduğu üçün Babadan aldığı psixotrop maddəni sata bilmədiyindən, pulu da Babaya göndərə bilməmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, Baba adlı şəxsi əvvəllər görməmiş, onu üzdən tanımamış, onu təsadüfü olaraq tanımış, həmin şəxsin anket məlumatları barədə onda heç bir məlumat olmamışdır. Onun Baba ilə əlaqəsi yalnız votçap danışıqları olmuş, həmin nömrəni də hal-hazırda xatırlamır. Babanı isə təqribən bir ilə yaxın bir müddətdir ki, tanımışdır. Onun təklifi ilə göndərdiyi narkotik və psixotrop maddələri özü satmaqla əldə olunan pulları Babaya göndərirmiş. Bunun qarşılıqında Baba özünün istifadəsi üçün ona narkotik və psixotrop maddələr verirmiş. Baba hər dəfə göndərdiyi narkotik və psixotrop maddələri ona məlum olmayan ünvanlara qoydurmaqla sonradan ona bu barədə məlumat verirmiş. 25.01.2021-ci il tarixdə saat 23:27 dəqiqədə ***-***-**-** saylı mobil nömrəsin «WhatsApp» dan istifadəsində olan 055 572-10-47 saylı mobil nömrəsinə «Qaqa mənə bir az pati bir az da kola verersenimi imkan olan qeder men sene neye imkan varsa verecem borcluda qalsam sora raşotlaşacaqıqik, imkan varsa gəlim mehelle terefe» sms göndərilməsi ilə bağlı mobil nömrənin kimə məxsus olduğunu xatırlamadığını, həmin şəxsin hansı məqsədlə ona belə bir mesaj göndərməsinin səbəbini bilmədiyini göstərmişdir. 27.01.2021-ci il tarixdə saat 23:00 dəqiqədə ***-***-**-** saylı mobil nömrəsindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə «qaqa menem Murad, duran kimi meni yığda, qaqa heç olmasa 1 dene verə bilmirsən? Qaqa canı lomkadayam hemde alınsa heç olmasa kola elə qaqa 2 dene de pati mende rahat olsun» sms ilə bağlı Murad adlı şəxsi tanımadığını və qeyd olunan mobil nömrənin kimə məxsus olduğunu bilmədiyini, həmçinin həmin şəxsin hansı səbəbdən ona belə bir məzmunda mesaj yazmasının səbibini bilmədiyini göstərmişdir. X5 ibtidai araşdırma zamanı verdiyi ifadələrini təsdiq etmədiyini, ilkin ifadələr verdiyi zaman narkotik vasitənin təsiri altında olduğu üçün ifadəni oxumadan imza etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş DİN Nəsimi RPİ-nin 19-cu PŞ-in baş əməliyyat müvəkkili Şahid1 Zülfüqar oğlu ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Ona daxil olmuş əməliyyat məlumatından bəlli olmuşdur ki, «İsmayıl» adlı şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. İsmayıl adlı şəxsin yaxalanıb cinayət məsuliyyətinə cəlb olunması və onun əməlinin ifşa olunması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi üçün raportla 19-cu PŞ-nin rəisinə müraciət etmişdir. Bundan sonra şöbənin digər əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar tərtib olunmaqla «İsmayıl» adlı şəxsin ifşa olunması üçün tərəflərindən əməliyyat tədbiri keçirilmişdir. Belə ki, 16.03.2021-ci il tarixdə saat 13:40 radələrində tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı «İsmayıl» adlı şəxs ünvan 4 ünvanın qarşısında saxlanmışdır. Saxlanıldıqdan sonra müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il tarixdə Neftçala rayonu Kürkəndi kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində və əlində daşıdığı bükümdə qanunsuz xüsusən də narkotik və psixotrop maddələrin olub-olmamasını yoxlamaq məqsədi ilə ona polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə saxlanılan şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra həmçinin dəvət edilmiş mütəxəssisin iştirakı ilə videoçəklişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofanı açaraq içindəki əşyaları təqdim etmişdir. Həmin əşyalar onun özünə məxsus olan xüsusi əşyalarla yanaşı o, üzərində «Mysilver» yazılmış şabalıdı rəngli torbanı açmaqla içərisində bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər və gümüşü kağıza bükülmüş ağ rəngli narkotik vasitəyə bənzər maddələri stolun üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli, sellofana bükülünü göstərərək həmin bükümdəkinin birinin içərisində «kakos» deyilən narkotik vasitə digər gümüşü bükülünün içərisindəkinin «metanfitamin» deyilən narkotik vasitə olduğunu bildirdi. Ondan həmin narkotik və psixotrop maddələri haradan əldə etməsi və hansı məqsədlə gəzdirməsi barədə soruşulduqda o, həmin maddələri Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində ona əvvəlcədən göstərilən ünvanda ağacın altından götürdüyünü, İran İslam Respublikası vətəndaşı Baba adlı şəxslə ümumilikdə 590 manata razılaşıb sonradan ona pulunu göndərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmaqla götürülmüş narkotik və psixotrop maddələr zərfə qoylumaqla qablaşdırılıb möhürlənmiş və ekspertiza tədqiqatına göndərilmişdir. Daha sona baxışla bağlı çəkilmiş videoçəkiliş iştirakçılara göstərildikdən sonra baxış yekunlaşdırılmışdır. Baxış zamanı da iştirakçılar tərəfindən hər hansı bir vəsatət, şikayət daxil olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları zaman özünü sərbəst idarə etmiş, ancaq sonuncu sanki bihuş kimi bir halda olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Nəsimi RPİ-in 19-cu PŞ-in baş əməliyyat müvəkkili Şahid2 Şahid1 Zülfüqar oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. X3 törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün ifadəsi, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 16 mart 2021-ci il tarixli protokoldan məlum olur ki, X7 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nəsimi rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 18 mart 2021-ci il tarixli qərarından məlum olur ki, X3 barəsində həbs etmənin əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X7 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan X3 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüyə baxış keçirilməsi barədə protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-in təhqiqatçısı polis polkovnik-leytenantı İlham Məmmədov tərəfindən xidməti otaqların birində X3 üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, vətəndaş Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əlindəki ağ rəngli selofonı açaraq içindəkiləri tədim etmişdir. Selofandan digər şəxsi, məişət əşyaları ilə yanaşı üzərində Zəfəran yazılmış selofan torbanın içərisindən üzərinə Mysilver yazılmış şabaldı rəngli torbanı çıxarmışdır. Musilver yazılan torbadan bir ədəd şəfaf selonfana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər və gümüşü kağıza bükülmüş ağ rəngli narkotik vasitəyə bənzər maddələri stolun üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş o, bir ədəd şəfaf rəngli, selofanda olan bükülünü göstərərək həmin bükülüdəkinin birinin içində“kakos” deyilən narkotik vasitə, digər gümüşü kağız bükülünün icərisində «metanfitamin» deyilən psixotrop maddə olduğunu bildirdi, ondan həmin bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ona əvvəlcədən «whatsapp»da şəkili göstərilən ünvanda ağacın altından götürdüyünü, İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə ümumilikdə 590 manat razılaşdığını, narkotik vasitəni götüdükdən sonra pulu göndərəcəyni bildirmişdir. Cinayət işinin istintaq materiallarında olan X6 məxsus 055- 572-10-47 saylı mobil nömrənin "xxxx" MMC-dən götürülmüş telefon danışıqları məlumatlarından görünür ki, 03.01.2021-ci il tarixdə saat 23:21-də ***-***-**-** saylı mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olan 055- 572-10-47 saylı mobil nömrəsinə «qardaşım atacanı imkanım yaxşı deyil, dedim qiymət münasib olsaydı 7 manatdan 5 dene götürərdim, dedim götürüremse 1 defelik götürüb atardım nənəmgilə. Elə alınar?» mətndə göstərilən sms, həmçinin 25.01.2021-ci il tarixdə saat 23:27 dəqiqədə ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 572-10-47 saylı mobil nömrəsinə «Qaqa mənə bir az pati bir azda kola verersen imkan olan qeder men sene neye imkan varsa verecem borcluda qalsam sora raşotlaşacaqıqik, imkan varsa gəlim mehelle terefe» sms göndərilmişdir. Bundan başqa 27.01.2021-ci il tarixdə saat 23:00 dəqiqədə ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə «qaqa menem Murad, duran kimi meni yığda, qaqa heç olmasa 1 dene verə bilmirsən? Qaqacanı lomkadayam hemde alınsa heç olmasa kola elə qaqa 2 dene de pati mende rahat olsun» sms göndərilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17.03.2021-ci il tarixli, 6/1071 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “…Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 12,864 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 02.06.2021-ci il tarixli, 1708№-li rəyindən görünür ki, müayinə zamanı X4 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metanfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə X3 üzərindən aşkar edilərək götürülmüş12,864 qram olan psixotrop maddə metamfetamin 24.06.2021-ci il tarixli qərarla madi sübut kimi tanınmış və məhkəməkimyəvi ekspertizasının keçirilməsindən sonra qalıq qalmış 12,814 qram olan psixotrop maddə metamfetamin və tərkibində narkotik vasitə olmayan 28,531 qram olan qəhvəyi rəngli maddə saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhfil verilmişdir. İş üzrə X3 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək X3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X6 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 12,814 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, “Bakcel” Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə etdirən 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. X3 cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 16 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 manat 82 qəpik (səksən bir manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 12,814 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, “Bakcel” Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə etdirən 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 manat 82 qəpik (səksən bir manat səksən iki qəpik) məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov Əsli ilə düzdür: Hakim Zeynal Ağayev
Məhkəmə qərarları › İş №1(101)-1720/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1720/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver