Məhkəmə qərarları › İş №1(101)-1721/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1721/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1721/2021 20.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 may 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Nizami rayon məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il 2 (iki) ay müddətə endirilmiş və 14 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir) məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 sayl İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımış və 2 avqust 2021-ci il tarixdə həbs edildikdən sonra saxlanıldığı Nizami RPİ-nin MSY-dən həbs yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədilə külli miqdarda təmiz çəkisi 4,348 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 30 iyul 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü Polis Bölməsinin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı əynində olan tünd qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlamaqla daşıdığı 1 ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 4,348 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Bakı şəhəri Nizami rayon məhkəməsinin 1 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ünvan 5 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin MSY-də saxlanılarkən 2 avqust 2021-ci il tarixdə saat 9:45 radələrində cinayət məsuliyyətindən yayınmaq məqsədilə saxlanıldığı MSY-nin 1-ci kamerasının pəncərəsinin dəmir barmaqlıqlarını oynadıb yerindən qoparmaqla həmin pəncərədən çıxıb həbs yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşamışdır. 30 iyul 2021-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı evin qarşısında saxlanılmış və polis əməkdaşları evinin həyətinə daxil olaraq evin zirzəmisində olan otaqdakı masanın üzərində narkotik vasitə aşkar etmişlər. Narkotik vasitənin ona məxsus olmamasını polis əməkdaşlarına bildirsə də, onu Nizami RPİ-nin 23cü PB-nə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl evinə Xalid adlı Nizami rayonu, Keşlə qəsəbəsində ət kombinatı deyilən yerdə yaşayan şəxs gəlmiş, onunla hal-əhval tutmuş və sonuncu çıxdıqdan sonra polis əməkdaşları gəlmişlər. Narkotik vasitənin həmin Xalid adlı şəxs tərəfindən evinə yerləşdirildiyini güman edir. Nizami RPİ-nin 23-cü PB-də üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Narkotik vasitənin ona aid olmasını bildirməsi üçün təzyiq göstərilmişdir. Təzyiqlərdən yaxa qurtarmaq üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Videoçəkiliş zamanı könüllü olaraq təqdim etdiyi narkotik vasitə ona aid olmamışdır. Narkotik istifadəçisi olsa da, narkotik vasitəni yalnız öz istifadəsi üçün üzərində gəzdirmişdir. Daha sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və Nizami rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs qətimkan tədbiri seçildikdən sonra Nizami RPİ-nin X5 1-ci və 3-cü kameralarda saxlanılmışdır. 1-ci kamerada olarkən yeri Nizami RPİnin arxa tərəfdən həyətinə açılan pəncərənin yanında olan çarpayının ikinci mərtəbəsi olmuşdur. Pəncərə içəri tərəfdən dəmir barmaqlıqlarla bağlı vəziyyətdə olmuşdur. Lakin barmaqlıqlar divara bərkidilmiş vəziyyətdə olsa da, divardan bir qədər aralanmışdır. Nizami RPİ-nin X6 əməkdaşlarının diqqətsizliyindən istifadə edərək dəmir barmaqlıqları tərpətməklə barmaqlıqları pəncərədən çıxarmışdır. Pəncərə açıq vəziyyətdə olduğundan oradan çıxaraq Nizami RPİ-nin həyətinə, daha sonra arxa tərəfdən divarın üstündən küçəyə düşərək Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metrostansiyasının yaxınlığında tanımadığı taksi ilə Keşlə qəsəbəsində yerləşən “Montin” bazarına getmiş, lakin təxminən axşam saatlarında polis əməkdaşları tərəfindən tutulmuşdur. X5 ona polis əməkdaşları tərəfindən təzyiq olunduğundan oradan qaçmaq fikirinə düşərək pəncərənin dəmir barmaqlıqlarının yerinə yaxşı bərkidilməməsindən istifadə edərək qaçmışdır. X5n qaçdığı üçün peşmandır. İçərisində ***-***-**-** aktiv mobil nömrəsi olan “Samsung” markalı telefon ona məxsus olsa da, həmin telefona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə istifadəsində olan qeyd edilən nömrəyə müxtəlif vaxtlarda mesajlar yazaraq ondan müxtəlif qiymətə narkotik vasitələr və metafetamin istəyən şəxsləri tanımır. Müxtəlif vaxtlarda həmin şəxslərin mesajlarına telefonu ilə cavab yazsa da, onları xatırlamır. Özünü qismən təqsirli bilir. Belə ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin Nizami RPİ-nin MSY-dən qaçmışdır. Əməlindən peşmandır. ***-***-**-** mobil nömrəsinin “WhatsApp”ı olmuşdur. Narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı hissəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həmin hissəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşamışdır. Narkotik vasitələri 9 aya yaxındır ki, bədənində olan ağrılara görə qəbul etmişdir. Narkotik vasitəni müxtəlif şəxslərdən, müxtəlif qiymətə almışdır. 30 iyul 2021-ci il tarixdə yaşadığı evdən çıxarkən mülki geyimli şəxslər ona yaxınlaşmış, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu qeyd etdikdən sonra Nizami RPİ-nin 23-cü PB-nə gəlməli olduğunu ona bildirmişlər. Polis bölməsində üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni o, polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitənin heroin olduğunu, şəxsi istifadəsi üçün üzdən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə onun və iştirakçıların iştirakı ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, o və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni xatırlamadığı vaxtda, xatırlamadığı şəxsdən almış, şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki zorakılığa məruz qalmamışdır (cild 1, iş vərəqə 41-42 və 53-54). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Abas adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən o və Nizami RPİ-nin 23cü PB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında ünvan 8 ünvanın yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə Nizami RPİ-nin 23-cü PB-də bölmənin təhqiqatçısı Fuad Qaziyev tərəfindən o, əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 1 ədəd sellofana bükülmüş maddəni çıxararaq stolun üzərinə qoymuşdur. Daha sonra həmin maddəni narkotik vasitə olan “heroin” kimi tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən heç bir fiziki zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs üzərinə Nizami RPİ-nin 23-cü PB-də şəxsi axtarış keçirilən zaman özü könüllü olaraq narkotik vasitə olan heroini təqdim etmişdir. Xalid adlı şəxsi tanımır və onlar Təqsirləndirilən şəxs saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını ona bildirdikdə orada başqa hər hansı şəxs olmamışdır. Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazidə polis bölməsinə şikayətlər olmuşdur. Təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman tutmuşlar. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələtin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 154-156). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 1995-ci ildən X7 xidmət edir, 2017-ci ildən etibarən isə Nizami RPİ-nin MSY-nin rəisi vəzifəsində çalışmışdır. 31 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində istintaq aparılan təqsirləndirilən şəxs Əliyev X4 RPİnin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs Nizami RPİ-nin MSY-də 1-ci kamerada saxlanılmışdır. Onun kameradakı yatağı kameraya daxil olduqda sol tərəfdə, kameranın girişi ilə üzbəüz, pəncərənin yanında yerləşən 2 mərtəbəli yatağın 2-ci mərtəbəsi olmuşdur. Pəncərə kameranın daxilində havanın dəyişdirilməsi məqsədilə açıq vəziyyətdə olmuş, lakin içəri tərəfdən dəmir barmaqlıqlar vasitəsilə bağlanmışdır. Pəncərənin açılıb-örtülməsi üçün əllə tutacaq yeri çöl tərəfdən olmuşdur. 2 avqust 2021-ci il tarixdə səhər saatlarında kameranın həmin pəncərəsi içəridəki havanın dəyişdirilməsi üçün açıq vəziyyətdə olmuş, həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs dəmir barmaqlığın aşağı tərəfində qaynaqla birləşdirilmiş və divarın içərisinə salınmış dəmirin bir qədər nazik olmasından və uzun müddətdən bəri divara bərkidildiyindən dəmirin divara daxil olan hissəsində oyuğun genişlənməsindən istifadə edərək həmin barmaqlığı əli ilə bir qədər silkələyərək yerindən çıxarıb həmin kameranın Nizami RPİ-nin arxa tərəfdən həyətinə açılan pəncərəsindən çıxaraq qaçmışdır. Hadisə zamanı Nizami RPİ-nin MSY-də təhvil-təslim prosesindən sonra kameraları gəzərək yoxlayarkən Nizami RPİ-nin MSY-nin polis nəfəri Şahid8 ona 1-ci kamerada saxlanılan Təqsirləndirilən şəxs kameranın pəncərəsindən qaçdığını bildirmişdir. O, dərhal həmin kameranı yoxlamış və Təqsirləndirilən şəxs yerində olmadığını görən kimi bu barədə dərhal rəhbərliyə məruzə etmişdir. Hadisə Nizami RPİ-nin MSY-də təhvil-təslim prosesini həyata keçirən zaman baş vermişdir. Təqsirləndirilən şəxs qaçdığını onunla eyni kamerada olan şəxslər xəbər vermişdir. X5 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs hadisə günü təxminən saat 17:00-da tutulmuşdur. Həmin hadisəyə görə şiddətli töhmət almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8, Şahid10, Şahid7 və Şahid9 Şahid6 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, kirayəyə götürdüyü “Xəzər” markalı avtomobillə ara-sıra taksi kimi fəaliyət göstərir. Təqsirləndirilən şəxs Keşlə qəsəbəsindən tanıyır. Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitə alqı-satqısı ilə məşğul olduğunu, həmçinin narkotik vasitə istifadəçisi olduğunu eşitmişdir. Onunla aralarında münasibətlər normal olmuşdur. 30 iyul 2021-ci il tarixdə o, müxtəlif şəxslərdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir. Daha sonra 2 avqust 2021-ci il tarixdə Keşlə qəsəbəsində, sakinlərdən Təqsirləndirilən şəxs saxlanıldığı yerdən qaçdığını eşitmiş, lakin onu görməmişdir. Təqsirləndirilən şəxs tanısa da, 30 iyul 2021-ci il tarixdə sonuncunun yaşadığı evə getməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin onun tərəfindən evinə yerləşdirilməsi barədə söyədiyi fikirlər yalandır (cild 1, iş vərəqə 209-211). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Keşlə qəsəbəsində yaşadığına görə Təqsirləndirilən şəxs tanıyır. Onunla yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını eşitmişdir. Özü narkotik vasitə istifadəçisi deyil. 27 iyul 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan telefona mesaj yazaraq ağrıdığını və ondan kömək istədiyini bildirsə də, hansı məqsədlə Təqsirləndirilən şəxs belə bir mesaj yazdığını xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitələrin alğı-satqısı ilə məşğul olması barədə Keşlə qəsəbəsində müxtəlif şəxslərdən eşitmişdir. O, Təqsirləndirilən şəxs 2 avqust 2021-ci il tarixdə saxlanıldığı həbs yerindən qaçması barədə eşitsə də, Abası görməmişdir (cild 1, iş vərəqə 212-214). Cinayət işinin materiallarında olan Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 231-232). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-də Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofanda olan bükümü polis əməkdaşlarına təqdim edərək həmin bükümdə olan maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-in 163 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 23-24). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncu idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə olan heroin kimi tanıdığı qəhvəyi rəngdə olan narkotik vasitəni təqdim edərək həmin narkotik vasitəni tanımadığı şəxsdən pul qarşılığında almasını bildirmişdir. Daha sonra həmin narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi məqsədilə iştirakçıların imzası ilə qablaşdırılaraq DİN-nin 163 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 85). Cinayət işinin materiallarında olan “axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda keçirilən axtarış zamanı təqsirləndirilən şəxsin anası X8 tərəfindən oğlu Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı içərisində ***-***-**-** nömrəsi olan mobil telefon könüllü olaraq təqdim edildikdən sonra götürülmüşdür (cild 1, iş vərəqə 171-179). Cinayət işinin materiallarında olan “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “SM-J415FN” modelli “RZ8KB25LHQK” seriya nömrəli “Samsung” markalı, **********20269 və **********20267 İMEİ kodlu, arxa tərəfi qızılı rəngli, içərisində ***-***-**-** nömrə olan mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “WhatsApp” mesajlaşma proqramı vasitəsilə müxtəlif şəxslərlə müxtəlif növ narkotik vasitələrin satışı ilə əlaqədar danışıqlar aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs “WhatsApp” mesajlaşma proqramı vasitəsilə 30 iyul 2021-ci il tarixdə saat 16:39 radələrində “+**********67” nömrəli mobil nömrədən göndərilmiş mesajın mətnində “Emi menem rauf basiva donerem ozumde agriyiram, 1 qram Kimese de Verim pulu Hell elesinde 35manat cibimdedir” yazılmış, daha sonra 16:40-da həmin nömrədən zəng daxil olmuşdur. 21 iyul 2021-ci il tarixdə saat 05:07, 11:13, 11:46 radələrində +**********77 nömrəli mobil telefon istifadəçisi tərəfindən göndərilmiş mesaj mətninin məzmununda yazılmışdır: “Qoum yigda meni menem Nicat Hecne yazma bira onsuz dorsene qoun oeosdadaaa)))) Qoum birazcun gelicem bidene 5diy saxlada mene xeber eliyib gelicem cimib cixib gekem”. 26 iyul 2021-ci il tarixdə saat 03:17 radələrində adı “Roşka. (aptek)” deyə qeyd olunmuş +**********50 nömrəli mobil telefon istifadəçisi tərəfindən göndərilmiş səs yazısından görünür ki, həmin şəxs səs yazısı göndərərək “Abas neynədin y3atmamısan? Götürdün şeyi, Pati? Birdənə cavab de də mənə, neynəyə bildin, gəlmirəm e sabah gəlib götürərəm, eybiyox.” deyə bildirmişdir. 29 iyul 2021-ci il tarixdə saat 00:14 radələrində +**********26 nömrəli mobil telefon istifadəçisi tərəfindən göndərilmiş 32 saniyəlik səs yazısından görünür ki, həmin şəxs səs yazısı göndərərək “Neynir mənim qardaşım? Salamatçılığ? Eşidirsən? Kişisən adın sanun var, 11 manat pulum var, yəni kola zad başuva dəysin, 11 manatdıx bidənə qəşəy mənə patı. Yəni gəlib məni orda çox saxlatdırma, it-qurd doludu, yəni bu saat 1-2 nəfəri vurmuşam...... biznən. Yəni çox bilirsən ki gəzə bilmirəm. Yəni 11 manatdıx Abas patı. Bidənə mənə tez hə-yox denən. Svyaza gir.” deyə bildirmişdir. 30 iyul 2021-ci il tarixdə saat 16:07 radələrində +**********97 nömrəli adı “Orxan.naxcivan...” deyə qeyd olunmuş mobil telefon istifadəçisi tərəfindən göndərilmiş mesajın mətnindən görünür ki, həmin şəxs mesaj yazaraq bildirmişdir ki, “Salam mənəm rauf 35manat var 1 qram lazımdı alınır, Emı? Pul mendedi. 16:07 radələrində həmin nömrəyə Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş səs yazısından görünür ki, Təqsirləndirilən şəxs 08 saniyəlik səs yazısı göndərərək həmin şəxsə bildirmişdir ki, “balnisadayam e mən, həkimdəyəm, ayağımı salıblar aparata, gec gələcəyəm e hələ mən, 1-2 saata” deyə bildirmişdir. Daha sonra həmin şəxs ona mesaj yazaraq “Kimese tapsira bilersen, goturek ondan?” deyə bildirmişdir. 30 iyul 2021-ci il tarixdə saat 19:44 radələrində +**********75 nömrəli mobil telefon istifadəçisi mesaj yazaraq bildirmişdir: “Abas evdesen qaqa? Mene yarm birde 5 diy cet lazm di duzeler er? Abas qohum cıxsan mehledeyem seher aclanan Gozdirem senen xever yoxdu Qaqaw menki sene bele olmamiwam seher aclanan olem agrdan dedin hell elieriy qapdan cagrdim o gundeydimki ölürdüm uje ondada cxmadun pulsuz istemiremki ama birce meni agrda qoymada qaqa” deyə bildirmişdir. 30 iyul 2021-ci il tarixdə saat 19:24 radələrində +**********48 nömrəli mobil telefon istifadəçisi mesaj yazaraq bildirmişdir ki, “Abas gelmisen Menem akif Bidene yari bide 5 diy duz lazımdi 20 nagdidi” deyə bildirmişdir. 27 iyul 2021-ci il tarixdə müxtəlif saatlarda +**********63 nömrəli adı “Radmik. Pidrila” adı ilə qeyd olunmuş mobil telefon istifadəçisi ilə aşağıdakı məzmunda söhbətləşmə aparılmışdır: -+**********10- (Təqsirləndirilən şəxs) “Hardasan? Mənimlə əlaqə saxla: +**********63- “ALLAH sənin köməyin olsun həmişə başımızın üstünnən əsgiy olma Abbas atam köməy elə mənə günortaya kimi Xaiş edirəm xəcalətın cıxacam həm də sənə başqa birşey gətirəcəm. Atam gətirirəm. Özüdə isti isti bulkuda almişam. Abbas bərk ağrıyıram qurban sənə. Ata sənə ehtiyyacım var. Telefonumu verərəm lap isdəsən. Abbas ata evdəsən gəlim sənə sözüm var” (cild 1, iş vərəqə 181-193). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ayrı-ayrı nömrələrin istifadəçiləri tərəfindən ünvanlanmış mesajlarda həmin nömrələrin sahibləri Təqsirləndirilən şəxs pul qarşılığında müxtəlif növ narkotik vasitələr istəmiş, Təqsirləndirilən şəxs həmin şəxslərlə mütəmadi olaraq əlaqədə olmuşdur. Anten məlumatlarının təhlilinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxslə əlaqə saxlayan şəxslər Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində olarkən onunla əlaqə saxlamışlar (cild 1, iş vərəqə 227). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2021-ci il tarixli 6/3217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd zərfdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 4,348 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 4,348 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 4,298 qram, cild 1, iş vərəqə 32-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 23 sentyabr 2021-ci il tarixli 3595 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 228-229). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Nizami rayon Polis İdarəsinin Müvəqqəti saxlama yeri ünvan 5 ünvanında Nizami RPİ-nin 1-ci mərtəbəsində yerləşir. Baxış iştirakçısı Nizami RPİ-nin MSYnin rəisi, polis mayoru Şahid6 barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs MSY-nin 1-ci kamerasında saxlanıldığını bildirmişdir. Kameranın eni 3,5 metr, uzunluğu 4 metr olmaqla girişdən sol tərəfdə qapı ilə diaqonal vəziyyətdə yerləşən 80 sm hündürlüyü, 1 metr uzunluğu olan pəncərə yerləşir. Pəncərənin üzərinə dəmir barmaqlıqlar vurulmuşdur. MSY-nin rəisi Şahid6 Nizami RPİ-nin MSY-nin 1-ci kamerasında olan üzərinə dəmir barmaqlıqlar vurulmuş pəncərəni göstərərək Təqsirləndirilən şəxs dəmir barmaqlıqları yerindən oynadıb çıxararaq həmin pəncərədən çıxıb qaçdığını bildirmişdir (cild 1, iş vərəqə 78-82). Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs 2 avqust 2021-ci il tarixdə saat 18 radələrində ünvan 10 ünvanında tutulmuş və Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 1, iş vərəqə 66). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 288-290). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 255-257). Cinayət işinin materiallarında olan hökmün surətindən və məhkumluq haqqında arayışdan görünür ki, təqsirləndirilən şəxs Əliyev X4 rayon məhkəməsinin 16 oktyabr 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 3 (üç) il 2 (iki) ay müddətə endirilmiş və 14 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 205-207, 248-253). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə cinayətlərin təsnifatına görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətlərə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 15). Cinayət işinin materiallarında olan Nizami rayon məhkəməsinin 1 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 61-62). Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 4,298 qram narkotik vasitə heroin məhv edilməli, Nizami rayon prokurorluğunun maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanında aparılan axtarış zamanı götürülmüş 1 ədəd “SM-J415FN” modelli “RZ8KB25LHQK” seriya nömrəli “Samsung” markalı **********20269 və **********20267 İMEİ kodlu içərisində ***-***-**-** nömrə olan mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və narkotik vasitənin götürülməsini əks etdirən videoçəkiliş yazılmış DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 304.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 4,298 qram narkotik vasitə heroin məhv edilsin, Nizami rayon prokurorluğunun maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 12 ünvanında aparılan axtarış zamanı götürülmüş 1 ədəd “SM-J415FN” modelli “RZ8KB25LHQK” seriya nömrəli “Samsung” markalı **********20269 və **********20267 İMEİ kodlu içərisində ***-***-**-** nömrə olan mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və narkotik vasitənin götürülməsini əks etdirən videoçəkiliş yazılmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar