Məhkəmə qərarları › İş №1(101)-1722/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1722/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1722/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, 02 iyun 1971-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunan, Masallı şəhəri, H.Aslanov küçəsi, ev 17-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xətai rayonu, Şıxlınski küçəsi, ev 49, mənzil 84-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 42,671 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 7,672 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib müvəqqəti yaşadığı ünvan 1 ünvana daşıdıqdan sonra satış məqsədilə psixotrop maddə metamfetamini və narkotik vasitə heroinin 38,493 qram hissəsini həmin mənzildə, narkotik vasitə heroinin 4,178 qram hissəsini isə üzərində saxlamış, 09 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,178 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23:20-də müvəqqəti yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman mənzilin giriş qapısı ilə üzbəüz olan otaqda qoyulmuş taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 38,493 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,672 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ali təhsillidir, lakin 25-30 ildir ki, usta işləyir. O, evlidir, himayəsində 1 (bir) uşağı var və uşağı 3-4-cü dərəcəli skolioz xəstəsidir. O, həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsində yerləşən mənzildə 14-15 ildir ki, yaşamışdır. Onun Yaşar adlı tanışı vardır. Bir gün Yaşar ona zəng edib yeni mənzilində elektrik işi olduğunu demiş və ondan elektrik işini həll etməyi xahiş etmişdir. O da Yaşarla razılaşmışdır. Sonra o, Yaşarın qonşusundan təzə mənzilin açarlarını alıb həmin mənzilə getmişdir. O, köməkçi kimi bir nəfər şəxsi özü ilə gətirmişdir. Ayın 9-u axşamüstü başqa köməkçilər də gəlmişlər. Həmin şəxslərdən biri su almaq üçün mağazaya düşmüşdür. O, isə həmin vaxt evdən çıxmağa hazırlaşmışdır. Birdən qapı döyülmüşdür. O, qapını açmış və 4 (dörd) nəfər içəri daxil olmuşdur. İçəri daxil olan şəxslərdən ikisi onu tutmuş, digər ikisi isə evi axtarmışlar. Lakin həmin şəxslər heç nə aşkar edə bilməmişlər. Sonra həmin şəxslər onları Polis İdarəsinə aparmışlar. Şahid1 əlində olan 2 (iki) ədəd torbanı göstərib ona demişdir ki, “bunlardan birinin cibindən, digərinin isə evdən, yəni iş yerindən çıxdığını deyərsən”. O, miqdarın çox olduğunu görüb, Ülfana demişdir ki, “bu torbalardakılar mənə aid deyil”. Bundan sonra polislər ona təzyiq göstərmişlər. Polislər, ən çox isə Ülfan əlinin içi ilə onun qulaqlarına bir neçə dəfə vurmuşdur. Bundan sonra sanki onun başı “xarab olmuşdur”. Onun vəziyyəti çox pisləşmişdir. Həmçinin həmin vaxt o, “lomkada” olmuşdur. Sonra Şahid1 ona yaxınlaşaraq çəkmək üçün ona metamfetamin vermişdir. O, həmin metamfetamini istifadə etdikdən sonra biraz özünə gəlmişdir. Sonra ona xanım vəkil təqdim olunmuşdur. O, öz vəkilinin olduğunu desə də, polislər buna məhəl qoymamışlar. Gecə saat 00:00:00:30-da polislər onunla birlikdə onun işlədiyi yerə getmişlər. O, qapını açmış və evə ilk Ülfan daxil olmuşdur. Orada onun təmir tikinti alətlərini qoyduğu dolab olmuşdur. Ülfan həmin dolaba yaxınlaşıb əlindəki torbanı həmin dolabın içinə qoymuşdur. Həmin vaxt o, özündə olmamışdır. Sonra ona demişlər ki, “dolabdan narkotik vasitəni çıxar”. O da yaxınlaşaraq dolabı açmış və Ülfanın ora yerləşdirdiyi narkotik vasitəni çıxarmışdır. Bu vaxt çəkiliş getmişdir. Bundan sonra onu yenidən Polis İdarəsinə aparmışlar. Daha sonra onu Nəsimi rayonunda yerləşən MSY-yə yerləşdirmişlər. Onun iş yerinin yerləşdiyi binanın kameralarında bütün proseslər əks olunmuşdur. İttiham aktında göstərilən narkotik vasitələrə onun heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, törətmiş olduğu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyətinin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyətinin olmaması barədə ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyun 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nəsimi rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə İdarədə onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 09 iyun 2022-ci il tarixdə, saat 20:45 radələrində onlar ünvan 4 ünvana getmişlər. Onlar həmin gün saat 21:00 radələrində həmin ünvanda olarkən əməliyyat məlumatına uyğun şəxsi görüb yaxınlaşmışlar. Onlar həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlaması, daşıması, satması və gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirmiş və sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək Baş İdarəyə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş və videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlara heç bir etiraz bildirməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində nə varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynindəki şalvarın cibindən 1 (bir) ədəd bükümü çıxarıb onlara təqdim etmişdir. Aşkar edilmiş bükümdəki maddə barədə Təqsirləndirilən şəxs soruşduqda, sonuncu həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu və həmin heroini 3 gün əvvəl iranlı “Hadi” adlı şəxsdən Nəsimi rayonu ərazisində 130 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş büküm qablaşdırılmaqla götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Sonra qablaşdırılmış zərf ekspertizaya göndərilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) ədəd bükümdəki maddə təmiz çəkisi 4,178 qram olan narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs, həmçinin onlara bildirmişdir ki, yaşadığı mənzildə də narkotik vasitə var. Bundan sonra onlar Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi X3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 110 D, mənzil 404 ünvanına getmişlər. Həmin mənzilə baxış keçirilərkən mənzilin giriş qapısı ilə üzbəüz otaqda yerləşən taxta dolabdan 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə, 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs mənzildən aşkar edilmiş bükümlərdəki maddələrin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrdən birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri də iranlı “Hadi” adlı şəxsdən 130 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş bükümlər götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra qablaşdırılmış zərf ekspertizaya göndərilmiş və ekspertin rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 38,493 qram narkotik vasitə heroin, digər bükümdə isə 7,672 qram psixotrop maddə metamfetamin olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 31-33) görünür ki, şəxs axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin, şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung J7” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli əzirədən (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 110 D, mənzil 404 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli mənzilə baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 110 D, mənzil 404 ünvanına baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan, həmin protokola əlavə edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 36-37) görünür ki, ünvan 5 ünvanda yerləşən 404 nömrəli mənzilin giriş qapısı ilə üzbəüz olan otaqdakı taxta dolabdan 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3261 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 45-49) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,178 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Üzərində” Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş “sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 38,493 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 7, 672 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 2 ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı. Təqdim edilmiş 1 ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunəsi ilə müqayisəli tədqiqatı aparılmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 79-80) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-326/2022 saylı qərarından (cild 1, iş vərəqə 117-120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 42,571 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 7,622 qram təşkil edən psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd qara rəngli tərəzinin maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 135-136) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, lakin sonuncu dəfə 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət işi baxılması üçün 20 may 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 20220ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 141-148) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 1 (bir) ədəd qara rəngli «Samsung Galaxy J7» markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefon aparatında “***-***-**-**” saylı Bakcell GSM mobil nömrəsinin olması aşkar edilmişdir. Həmin mobil telefon aparatının yaddaşında «Сообщение» başlıqlı SMS yazışması bölümündə, Təqsirləndirilən şəxs Anar adlı şəxsə “aç telefonu, hə yox denən, məndə işimi bilim, uşaqkimi.... sənə nəsə lazım olanda necə edirsən?” smsləri, Eldar Liman adlı şəxsə “Eldar bu mənim əsəblərimi tamam korlayıb, gəlməyib ora? Razində axtarıram onu” smsləri, Nahid adlı şəxsə “ vatsapa gir” smsi, Ramin Şahmar adlı şəxsə “sən həmişə belə edirsən, cavab ver gəlirsən? yoxsa getməliyəm” smsləri, Nicat Usta adlı şəxsə “kartın adını de, 4098-5844-5059-6588 Nicat biraz tez alındıra bilirsən? Natariusun işçisinin kartıdır bu kart, dedi vurun karta, gözləyir, ele bilir fufla qanyat eliyirik” smsləri yazması aşkar edilmişdir. Mobil telefon aparatının “Votsap” adlı proqramına girdikdə Təqsirləndirilən şəxs Tərlan adlı şəxsə müxtəlif mənşəli və çəkidə narkotik vasitəyə bənzər maddələrin, həmçinin müxtəlif markası bilinməyən dərman vasitələrinin fotoşəkillərini atması, Tərlan adlı şəxsin isə ona “Tofiq hardasan, necəsən yığıram açmırsan” smsləri yazması, ***-***-**-** saylı nömrənin sahibinə Təqsirləndirilən şəxs “brat güllərdən nə edə bildin? məndədə var biraz, axşama qalan gülü atdırım? smsi yazması, Anar adlı şəxsin Təqsirləndirilən şəxs “1-2 qram kola var, kankret pulnan nağd”, bə nətər edək, necə kola var, 2 kola var”, “mənə dəqiq de, 1 qram kola təmiz 25 manat var alınır ya yox” sms-lər yazması, ***-***-**-** saylı nömrəyə Təqsirləndirilən şəxs “2 dənə kola, biraz da. Hazırlayım 50 manat taksidə mənə göndər, dünən 90 qaldı, səndə cəmi 140 manat” sms-ləri yazması, həmin nömrənin sahibindən Təqsirləndirilən şəxs “xəstə maldı, kiməsə versən soxsa peredoz gedəcək sonra sənə prablem yaranacaq, bunu dəyişe Tofiq, bu nədi, elə mənə belə poxlu malları verirsən, dostum biraz soxdu, peredoz getdi, gücnən ayıltdıx” sms-ləri yazması aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 151-152) görünür ki, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, həmçinin sms mətnlərin qeydə alındığı bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı diskdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin olması, həmçinin sms mətnlərin olması öz əksini tapmışdır. Bundan başqa, həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəyə “Salam qədeş. sabahun xeyir.necesen? duran kimi mene zeng vur vacibi xeyirli işler var. gedek biryerde gör.danışaq.hemdeki saat 2-3 de qruzumuz gelmelidi.. dur, çox yatma, Ay Anar, dure qaqa. Ne qeder yatırsıze siz? dvijeniya lazımdjr. moykadayam, gel gedek planşeti sataq.biraz pul para, gündüzken ikleri aşırdaq, Anar 1 saata terezide mene lazım olacaq, neftçilerde gözleyecem seni” sms mətinlərinin olması, həmçinin ***-***-**-** saylı nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Mene srocnu 1 Qram kola indi ver nagd pulun verirem hardasan tez goruwerdiy, Bidene deqiq mene Deneen heresinen 2 3 dene nagd pula Alinar ustunde var deqiq?? harasa getmey yoxda sende varsa deqiq Deneen gozdedim usaglari?? eger yoxdusa men gozdemiyim gedim borcumu hell edim” sms mətninin olması, həmçinin **********67 nömrədən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Mal sende???” sms mətninin olması, həmçinin ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Qohum agriyiram sen canin gelirsen?” sms mətninin yazılması müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4178 nömrəli rəyindən (cild 1, iş vərəqə 185-186) görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 2194 saylı rəyindən (cild 1, iş vərəqə 181-184) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına uyğun olaraq etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1330/2022 saylı hökmündən (cild 1, iş vərəqə 196-208) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş, ona həmin maddə ilə 06 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək tutulduğu 5 (beş) ay 7 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 6 (altı) il 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 209-222) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.1, 234.4.1, 234.4.2 və 234.4.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlarla bağlı onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 42,571 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 7,622 qram təşkil edən psixotrop maddə metamfetaminin və 1 (bir) ədəd qara rəngli tərəzinin, “Samsung J7” mobil telefonun maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə axtarış, baxış və götürmə keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2022-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1967/2022 saylı qərarından (cild 2, iş vərəqə 43-54) görünür ki, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 1(101)-1330/2022 saylı hökmü cəza hissəsində dəyişdirilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmiş və onun xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək tutulduğu 5 (beş) ay 7 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 5 (beş) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bununla d məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən və yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə və psixotrop maddəni əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitə və psixotrop maddəni qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, əldə etdikdən sonra daşıması, psixotrop maddə metamfetamini və narkotik vasitə heroinin 38,493 qram hissəsini həmin mənzildə saxlaması, narkotik vasitə heroinin 4,178 qram hissəsini isə üzərində saxlaması, 09 iyun 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılması, orada onun üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,178 qram təşkil edən narkotik vasitə heroin aşkar edilməsi, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23:20-də ünvan 3 ünvanına baxış keçirilməsi və həmin vaxt mənzildən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 38,493 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,672 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetamin izləri olan 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi və qablaşdırılmaqla götürülməsi öz təsdiqini tam şəkildə tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə istintaqında ətraflı və obyektiv şəkildə tədqiq edilmiş və araşdırılmış mötəbər sübutlarla təsdiq olunmuşdur ki, 09 iyun 2022-ci il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşöul olması barədə əməliyyat məlumatı daxil olmuş və barəsində məlumat daxil olan şəxsin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Bundan başqa, məhkəmə istintaqında ətraflı və obyektiv şəkildə tədqiq edilmiş və araşdırılmış mötəbər sübutlarla təsdiq olunmuşdur ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə və sonuncunun mobil telefonuna yüklənmiş “Votsap” sosial şəbəkəsi vasitəsi ilə sms və mesaj yazaraq, başqa sözlə, müraciət edərək Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, müxtəlif çəkilərdə, müxtəlif adlarda narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər, bəzi hallarda razılaşdırdıqları narkotik vasitə və psixotrop maddələri almışlar, aldıqdan sonra aldıqları həmin vasitə/maddələrin çəkilərinin düzgün olmaması, eləcə də keyfiyyətlərinin yaxşı olmaması ilə bağlı iradlarını bildirmişlər, bununla da Təqsirləndirilən şəxs faktiki olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısını həyata keçirmişdir. Eyni zamanda yuxarıda göstərilən danışıqlar və yazışmalar “jarqon” terminlərdə, yəni “kola”, “torpaq”, “patı, “peredoz” və sair sözlərdə ifadə olunmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı mənzildən aşkarlanmış narkotik vasitələri və psixotrop maddələri qazanc müqabilində qanunsuz şəkildə əldə etməklə, faktiki olaraq, həmin narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısını” realizə etmək məqsədi güdmüşdür. Eyni zamanda məhkəmə bu hissədə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində 17 avqust 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1330/2022 saylı hökmü və Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(103)-1967/2022 saylı qərarından da görünür ki, Təqsirləndirilən şəxs sözegedən məhkəmə hökmü və məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və onun qeyd edilən maddə üzrə təqsirli bilinməsinə əsaslardan biri kimi müxtəlif şəxslərin narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” barədə ona müxtəlif məzmunda mesajların yazması, başqa sözlə, onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması çıxış etmişdir. Təqsirləndirilən şəxs yuxarıda sadalan və izahı verilən əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, onun əməlində həqiqətən də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin məcmusu olduğundan hazırki iş üzrə cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməli və ona cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilən hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə Cinayət Məcəlləsi ilə qadağan edilmiş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 1(101)-1330/2022 saylı hökmü ilə o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(103)-1967/2022 saylı qərarı ilə isə əməlin tövsifi hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 1(101)-1330/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, təyin edilmiş cəza isə 6 il 6 ay müddətdən 6 ilədək endirilmişdir. Hazırki cinayət işi üzrə isə Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə törətmiş olduğu cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə yeni cinayət törədərkən onun barəsində qanuni qüvvəsini almış və nəticə etibarı ilə məhkumluqla nəticələ bilən hər hansı məhkəmə hökmü çıxarılmışdır. Bu da öz növbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayət əməlini təşkil edir. Qeyd edilən cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və ali təhsilli olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yuxarıda qeyd edilənləri, habelə Təqsirləndirilən şəxs qısa zaman çərçivəsində eyni kateqoriyadan olan cinayət əməllərini törətməsini məcmu halda qiymətləndirib nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyindən ona həmin maddə üzrə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərarı ilə üzərində saxlanılmış cəza ilə qismən toplanmaqla, ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddət cinayətlərin məcmusu üzrə ona təyin ediləcək qəti cəzadan çıxılmalı və onun üzərində saxlanılan cəzanın əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nəsimi rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 42,571 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 7,622 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd qara rəngli tərəzi məhv edilməli, “Samsung J7” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə baxış, axtarış və götürmə keçirilməsini əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(103)-1967/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 5 (beş) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş qəti cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli 04 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nəsimi rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 42,571 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 7,622 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd tərəzi məhv edilsin, “Samsung J7” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə baxış, axtarış və götürmə keçirilməsini əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar